AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1

partlayış baş verə bilər? 
Sıxılmış qaz şəklində oksigen yağ və ya piy ilə təmasda olduqda yanğın və 
ya  partlayış baş verə bilər.  
33. Oksigen, asetilen qazlarının saxlanılması üçün balonlar hansı 
materialdan hazırlanır? 
Oksigen, asetilen qazlarının saxlanılması üçün balonlar Polad materialdan 
hazırlanır.  

 
 
34. Oksigen balonunun xarici səthi hansı rənglə boyanır? 
Oksigen balonunun xarici səthi mavi rənglə boyanır.  
35. Propan baloninun xarici səthi hansı rənglə boyanır? 
Propan baloninun xarici səthi qırmızı rənglə boyanır.  
36. Qaz  balonunda  istifadə  olunan  reduktorun  vəzifəsi  nədən 
ibarətdir? 
Balondan gələn qazın təzyiqini işçi təzyiqinədək azaltmaqdan ibarətdir.  
37. İstehsalat  prosesində  istifadə  edilən  qaz  balonlarının  rəngləri 
hansılardır? 
İstehsalat  prosesində  istifadə  edilən  qaz  balonlarının  rəngləri  aşağıdakı 
cədvəldə göstərilən rənglərdədir: 
 
 
 
 
Sıra  
№ 
Qaz 
Balonun 
rəngi 
Birkanın mətni 
Birkanın 
rəngi 
Zolağın 
rəngi 

Azot 
Qara 
AZOT 
Sarı 
Qəhvəyi 

Ammonyak 
Sarı 
AMMONYAK 
Qara 


Propan 
Qırmızı 
PROPAN 
Ağ 


Texniki arqon 
Qara 
TEXNİKİ ARQON 
Tünd göy 
Tünd göy 

Asetilen  
Ağ 
ASETİLEN 
Qırmızı 


Səmt qazı 
Boz 
SƏMT QAZI 
Qırmızı 


Butan 
Qırmızı 
BUTAN 
Ağ 


Hidrogen 
Tünd yaşıl 
HİDROGEN 
Qırmızı 


Hava 
Qara 
SIXILMIŞ HAVA 
Ağ 

10 
Helium 
Qəhvəyi 
HELİUM 
Ağ 

11 
Oksigen 
Mavi 
OKSİGEN 
Qara 

12 
Tibbi oksigen  
Mavi 
TİBBİ OKSİGEN 
Qara 

13 
Hidrogen sulfid   Ağ 
HİDROGEN 
SULFİD 
Qırmızı 
Qırmızı 
14 
Kükürdlü qaz 
Qara 
KÜKÜRDLÜ QAZ 
Ağ 
Sarı 
15 
Karbon2-oksid 
Qara 
KARBON 2-OKSİD  Sarı 

16 
Xlor 
Xaki 
XLOR 

Yaşıl 

 
 
VI BÖLMƏ 
 
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ HAQQINDA 
 
1. Ekologiya sözünün mənası nədir ? 
“Ekologiya” sözü yunanca – oikos – ev, məskən, vətən mənasını daşıyır. 
Loqos (logiya) isə elm deməkdir 
2. Azərbaycan  Respublikasında ekologiya elminin banisi kimdir? 
Azərbaycan    Respublikasında  ekologiya  elminin  banisi  Həsən  Əliyev 
hesab edilir. 
3. Ətraf mühitin mühafizəsinin məqsədi nədir ? 
Ətraf mühitin mühafizəsinin məqsədi gələcək nəsillərin ehtiyacını nəzərə 
almaqla ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol vermədən təbii 
resurslardan səmərəli istifadə  edilməsidir. 
4. İstixana effektinin törətdiyi fəsadlar hansılardır ? 
İqlim dəyişiklikləri, buzlaqların əriməsi və daşqınların çoxalması istixana 
effektinin törətdiyi fəsadlar. 
5.  Ekologiya elmi nə zaman yaradılmışdır?                         
Ekologiya  elmi  18-ci  əsrin  sonlarında  Ernest  Hekkel  tərəfindən 
yaradılmışdır. 
6. “Kioto protokolu” nə vaxt və neçə dövlət tərəfindən imzalanmışdır?  
“Kioto protokolu” 1997-ci ildə, 159 dövlət tərəfindən imzalanmışdır. 
7. Atmosferə hansı qazların yığılması istixana effekti yaradır? 
Atmosferə CH

, CO və CO
2  
qazların yığılması istixana effekti yaradır. 
8. Ozon təbəqəsi haqqında nə deyə bilərsiniz ?   
Ozon  təbəqəsi  canlı  aləmi  günəşin  dağıdıcı  ultrabənövşəyi  süalarının 
təsirindən  qoruyur.  İstixana  qazları  ozon  qatının  məhv  olmasına  gətirib 
çıxarır. 
9. Ekoloji mədəniyyət nədir ? 
Ekoloji  mədəniyyət  dedikdə  insanın  təbiətə  olan  münasibəti  və  təbiətlə 
davranması başa düşülür.    
10. Dünyada  mövcud  olan  11  iqlim  tipindən  neçəsi  Azərbaycan 
Respublikasının ərazisindədir? 
Dünyada mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycan ərazisindədir.  

 
 
11. Atmosfer  havasının  çirklənməsinin  qarşısını  almaq  üçün  hansı 
enerji mənbələrindən istifadə etmək daha əlverişlidir ? 
Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün alternativ enerji 
mənbələrindən (külək, günəş)  istifadə etmək daha əlverişlidir. 
12. Ekoloji təsir mənbələri hansılardır ? 
İnsana təsir, havaya təsir, torpağa təsir, təbii resurslara təsir Ekoloji təsir 
mənbələridir. 
13. Təhlükəli tullantılar hansılardır ? 
Ekoloji tarazlığın pozulmasına səbəb olan tullantılar Təhlükəli tullantılar 
adlanır. 
14. SOCAR-ın  idarə  və  müəssisələrində  ekologiyaya  dair  hansı 
sənədlərin olması mütləqdir ? 
SOCAR-ın idarə və müəssisələrində ekologiyaya dair Ekoloji pasport, Yol 
Verilən Axıntı  Həddi, Yol Verilən Tullantı  Həddi və radiasiya vəziyyəti 
sənədlərin olması mütləqdir. 
15. SOCAR-ın  idarə  və  müəssisələri  ekologiyaya  dair  hansı  statistik 
hesabatları təqdim etməlidirlər ? 
SOCAR-ın  idarə  və  müəssisələri  ekologiyaya  dair  TG-2  (hava,  su 
təsərrüfatı, tullantılar) statistik hesabatları təqdim etməlidirlər. 
16. Yaşıllıqların çoxaldılmasının nə kimi əhəmiyyəti vardır ? 
Ekosistemin davamlı inkişafının qorunub saxlanılması və ekoloji mühitin 
daha  da  yaxşılaşdırılması  üçün    yaşıllıqların  çoxaldılmasının  böyük 
əhəmiyyəti vardır. 
17. Ekoloji idarəetmə hansı sənədlərlə tənzimlənir ? 
Ekoloji idarəetmə Ekoloji-normativ sənədlərlə tənzimlənir. 
18. Tullantıların idarə edilmə ardıcıllığı necədir ?  
Tullantıların idarə edilmə ardıcıllığı  belədir: 
Toplanma - utilizə edilmə - təkrar emal - kənarlaşdırma. 
19. Ətraf mühiti çirkləndirən əsas hansı amillərdir ? 
Antropogen fəaliyyət ətraf mühiti çirkləndirən əsas amillərdir. 
20. SOCAR-ın Ekoloji Siyasətinin məqsədi nədir ? 
SOCAR-ın Ekoloji Siyasətinin məqsədi Ətraf mühitin qorunması, ekoloji 
təhlükəsizlik  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  sahəsində  praktiki 
fəaliyyətin ümumi istiqamətlərini müəyyən etməkdir.  

 
 
21. Ekologiya anlayışı nədir? 
Ekologiya Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən 
təbii amillər,   antropogen və fiziki prosesləri öyrənən elmdir.  
22. Ekoloji sistem nədir? 
Təbiətdə olan canlı və cansız komponentlərin cəmi Ekoloji sistem adlanır. 
23. Qlobal ekoloji problemlər hansı proseslərin nəticəsidir? 
Qlobal ekoloji problemlər İnkişafın yüksək tempinin nəticəsidir.    
24. Ümumdünya ətraf mühitin mühafizəsi günü nə vaxt keçirilir ?  
5 İyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür                                                                                                                                                                                                                                                                                                   
25. Atmosfer  çirkləndiricilərinin  zərərsizləşdirilməsində  bitkilərin 
rolu nədir? 
Atmosfer çirkləndiricilərinin zərərsizləşdirilməsində bitkilərin rolu ondan 
ibarətdir  ki,  bitkilər  havaya  daxil  olan  toz,  his  və  müxtəlif  qazları  tutur, 
karbon qazını isə udaraq fotosintezlə ətraf mühitə oksigen buraxır.                                                                                                      
26. Məişət tullantılarının utilizasiya qaydaları necədir? 
Məişət  tullantılarının  utilizasiya  qaydaları  dedikdə  çeşidlənərək  təkrar 
emala  göndərilməli,  emal  olunmayanların  isə  yandırılmalı  olduqları 
prosessi başa düşülür.                                                    
27. Məişət-çirkab sularının təmizlənməsinin məqsədi nədir?                                                                                    
Məişət-çirkab  sularının  təmizlənməsinin  məqsədi  çirkab  suyun 
tərkibindəki  inqridientlərin  zərərsizləşdirilməsi  və  canlıların  yoluxucu 
xəstəliklərə yoluxmasının qarşısının alınmasıdır.               
28. Flora-Fauna nədir ?           
Bitki və heyvanlar aləmi Flora-Fauna adlanır.                                                                
29. “Ekologiya” termini hansı alim tərəfindən elmə daxil edilmişdir? 
“Ekologiya”  termini    XVIII  əsrin  sonlarında  Alman  alimi  E.Hekkel  
tərəfindən elmə daxil edilmişdir.    
30. Ətraf mühitin monitorinqi nədir? 
Ətraf mühitin monitorinqi dedikdə  Təbii və antropogen təsir nəticəsində 
ətraf  mühitə yayılan zərərli qaz,  maye və bərk  tullantıların  kəmiyyət və 
keyfiyyətinə  elmi əsaslarla nəzarət  başa düşülür. 
31. Ətraf mühitin mühafizəsi hansı qanunlarla tənzimlənir?       
Ətraf  mühitin  mühafizəsi  Azərbaycan  Respublikası  “Ətraf  mühitin 
mühafizəsi haqqında” və “Ekoloji Təhlükəsizlik haqqında” qanunları ilə 
tənzimlənir.             

 
 
32. Təmiz İnkişaf Mexanizmi nədir?  
Təmiz  İnkişaf  Mexanizmi  dedikdə  İstilik  effekti  yaradan  qazların 
atmosferə atılmalarının   azaldılması üzrə layihələr başa düşülür. 
33.  Atmosferin çirklənməsi nəyə deyilir? 
Havaya  atılan  zərərli  maddələrin  atmosferdəki  konsentrasiyasının 
artmasına atmosferin çirklənməsi  deyilir. 
34. Ətraf mühitin yaxşılaşdırılmasının yolları hansılardır?  
Yaşıllıqların genişləndirilməsi, sənaye müəssisələrindən atmosferə atılan 
tullantıların  azaldılması,  sənaye  müəssisələrindən  ətraf  mühitə  atılan 
tullantıların qarşısının alınması, hidrosferə atılan tullantıların azaldılması, 
ətraf mühitin yaxşılaşdırılmasının yollarıdır. 
35. Müəssisələrdə  ISO-14001  standartını  tətbiq  etməklə  nəyə  nail 
olmaq olar? 
Müəssisələrdə  ISO-14001  standartını  tətbiq  etməklə  ətraf  mühitin 
qorunması  və  ətraf  mühitin  çirklənməsinin  qarşısının  alınmasına    nail 
olmaq olar.   
36. Ətraf mühiti daha çox çirkləndirən sahə hansıdır? 
Ətraf mühiti daha çox çirkləndirən sahə Neft, qaz və kimya sənayesidir.  
37. Torpağın münbit qatı nəyə deyilir?  
Mikroorqanizimlərin mövcud olduğu qat torpağın münbit qatı adlanır. 
38. Meşələrin məhvi hansı qlobal fəsada səbəb olur?  
Meşələrin məhvi oksigen rejiminin pozulması kimi qlobal fəsad yaradır. 
39.  Yer kürəsində canlı həyatın yayıldığı sahə necə adlanır?      
Yer kürəsində canlı həyatın yayıldığı sahə Biosfer adlanır.   
40. Yol verilən axıntı həddi nədir (YVAH)? 
Müəssisənin  fəaliyyəti  zamanı  ətraf  mühitə  axıdılan  tullantıların 
tərkibindəki çirkləndirici maddələrin  razılaşdırılmış maksimal həddi yol 
verilən axıntı həddidir.  
41. Ekoloji təbliğat nədir?  
Ekoloji təbliğat  əhali arasında ekoloji  mədəniyyətin formalaşdırılmasına 
yönəldilən maarifləndirmə  fəaliyyəti sistemidir. 
42. Ətraf mühitin mühafizəsi necə tənzimlənir? 
Ətraf  mühitin  mühafizəsi  ətraf  mühitin  və  təbii  ehtiyatlardan  səmərəli 
istifadə  sahəsində  qanunvericilik    aktları,  Azərbaycan  Respublikası 

 
 
prezidentinin  sərəncamları,  Nazirlər  Kabinetinin  qərarları,  müvafiq  icra 
hakimiyyəti orqanlarının normativ təlimatları və  metodik göstərişləri ilə    
tənzimlənir.      
43. Ekoloji təhlükəsizlik nədir?  
Ekoloji  təhlükəsizlik  dedikdə  insanın  və  cəmiyyətin  həyati  vacib 
maraqlarının, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində yaranan 
təhlükələrdən qorunmasının təmin edilməsi başa düşülür.          
44. Hidrosfer nədir? 
Yerin su qatı hidrosfer adlanır.                                                                             
45. Bəşəriyyətin qlobal ekoloji problemləri hansılardır? 
Ozon  dəliklərinin  genişlənməsi,  səhralaşma,  meşə  sahələrinin  kəskin 
surətdə azalması  bəşəriyyətin qlobal ekoloji problemləridir.      
46. İstixana effekti nədir? 
Çirklənmiş  hava  qatının  yer  səthinə  gələn  radiasiya  şüalarının  asanlıqla 
buraxması,    yer  səthindən    qayıdan  istiliyin  qarşısının  alınması  İstixana 
effekti yaradır.             
47. Atmosfer havasının transsərhəd çirklənməsi nədir? 
Atmosfer  havasının  transsərhəd  çirklənməsi  bir  dövlətin  ərazisində 
yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer 
havasının çirklənməsidir
48. Tullantıların identifikasiyası nədir? 
Tullantıların identifikasiyası istehsal prosesində əmələ gələn tullantıların 
təhlükəli və ya təhlükəsiz olmasının təyin edilməsidir. 
49. Neft-qaz  emalı  sahəsində  atmosferə  atılan  və  ətraf  mühiti 
çirkləndirən əsas hansı maddələrdir? 
Neft-qaz  emalı  sahəsində  əsas  çirkləndiricilər-karbohidrogenlər,  uçucu 
üzvi birləşmələr, karbon oksidləri və azot oksidləridir. 
50. Atmosfer çirklənməsinin nəticəsi nə ola bilər? 
 
Ozon  qatının  deşilməsi,  istixana  effekti,  turşulu  yağışlar    atmosfer 
çirklənməsinin nəticəsi ola   bilər. 
51. Torpağın çirklənməsi nə deməkdir? 
Radioaktiv  maddələr,  erroziya,  şorlaşma,  bataqlaşma  və  s.  nəticəsində 
torpağın məhsuldarlığının azalması torpağın çirklənməsi deməkdir. 
 

 
 
52. Ekoloji terror nədir? 
Ekoloji  terror-digər  ölkə  və  ya  şəxs  tərəfindən  digər  ölkənin  flora  və 
faunasına  zərər  yetirməklə,  təbii  sərvətlərini  məhv  etməklə  vurulan 
ziyandır. 
53. Ekologiyanı mühitə görə necə qruplaşdırmaq olar? 
Ekologiyanı  mühitə  görə  suyun  ekologiyası,    torpağın  ekologiyası,  
havanın ekologiyası üzrə qruplaşdırmaq olar
54. Atmosfer havasının kimyəvi tərkibi necədir? 
Atmosfer  havasının  kimyəvi  tərkibi  belədir:  azot  78,1%,  oksigen  21%, 
təqribən 1 % isə təsirsiz qazların payına düşür. 
55. Nəqliyyat  vasitələri  tərəfindən  atmosfer  havasına  ən  çox  hansı 
zərərli maddələr atılır? 
Nəqliyyat vasitələri tərəfindən atmosfer havasına ən çox dəm qazı atılır. 
56. İstilik-elektrik 
mərkəzlərində 
hansı  yanacaqdan  istifadə 
olunduqda atmosfer havasına daha az zərərli maddələr atılır? 
İstilik-elektrik mərkəzlərində təbii qaz yanacağından istifadə olunduqda 
atmosfer havasına daha az zərərli maddələr atılır.     
57. Atmosfer havasını çirkləndirən səyyar  mənbələr hansılardır? 
Atmosfer havasını çirkləndirən səyyar  mənbələr nəqliyyat vasitələridir.   
58. Tullantı poliqonları nədir? 
Poliqonlar  -  tullantıların  zərərsizləşdirilməsi  və  basdırılması  üçün 
xüsusiləşdirilmiş müəssisələrdir. 
59. Eldar şamının vətəni hansı ölkədir? 
Eldar şamının vətəni Azərbaycan Respublikasıdır. 
60. Kioto Protokolu nə haqdadır? 
İqlim Dəyişmələri üzrə Çərcivə Konvensiyasıdır. 
61. Metanın tam yanması zamanı hansı məhsullar yaranır? 
Metanın tam yanması zamanı karbon qazı və su yaranır. 
62. Metanın natamam yanması zamanı hansı məhsullar yaranır? 
Metanın natamam yanması zamanı karbon qazı, dəm qazı və su yaranır. 
63. Ekoloji təmiz yanacaq dedikdə nə nəzərdə tutulur? 
Ekoloji  təmiz  yanacaq  dedikdə  atmosferə  atılan  yanma  məhsullarının 
miqdar  və  keyfiyyətinə  əsasən  dünya  standartlarına  uyğunluq  nəzərdə 
tutulur. 

 
 
64. Təbii qaza odorant kimi vurulan hansı maddədir? 
Təbii qaza odorant kimi vurulan  maddə Etilmerkaptandır.  
65. Azərbaycanın beynəlxalq əhəmiyyətli magistral neft və qaz  ixrac 
kəmərləri hansılardır? 
Bakı-Tbilisi-Ceyhan,  Bakı-Novorossiysk,  Bakı-Tbilisi-Ərzurum,  Bakı-
Supsa Azərbaycanın beynəlxalq əhəmiyyətli magistral neft və qaz  ixrac 
kəmərləridir. 
66. İnsanın  fəaliyyəti  nəticəsində  ətraf  mühitə  atılan  tullantılar  fiziki 
halına görə neçə növ olur? 
İnsanın  fəaliyyəti  nəticəsində  ətraf  mühitə  atılan  tullantılar  fiziki  halına 
görə 3 növ olur. 
67. SOCAR-ın  müəssisələrində  ekoloji  monitorinqlərin  keçirilməsi 
səlahiyyəti hansı dövlət qurumuna verilmişdir? 
SOCAR-ın müəssisələrində ekoloji monitorinqlərin keçirilməsi səlahiyyəti 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Ətraf  mühitin  Mühafizəsi 
Departamentinə verilmişdir. 
68. Xəzər  dənizinə  axıdılan  çirkab  suların  mənbələri  hansı  böyük 
çaylardır? 
Xəzər  dənizinə  axıdılan  çirkab  suların  mənbələri  Volqa,  Kür  və  Ural 
çaylarıdır. 
69. Ekoloji problemlər miqyasına görə neçə yerə bölünür? 
Ekoloji problemlər miqyasına görə 3 yerə a) lokal; b) regional, v) qlobal 
problemlərə bölünür. 
70. Litosfer nədir? 
Litosfer Yer Kürəsinin bərk hissəsi-qabığı və mantiyanın bir hissəsidir. 
71. Biosfer nədir? 
Biosfer – Yer kürəsində canlı həyatın yayıldığı sahədir. 
72. Təbii qazın digər yanacaq növlərindən üstünlüyü nədir? 
Təbii qaz-ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. 
73. Kağız istehsalında nə qədər ağac istifadə olunur? 
1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. 
74. Kağız tullantılarının təkrar emalının nə faydası vardır?  
Kağız tullantılarının təkrar emalının təbii ehtiyatların qorunmasına, enerji 
sərfiyyatının  azalmasına,su  sərfiyyatının  azalmasına  və  tullantıların 
miqdarının azalması kimi faydası vardır. 

 
 
75. Nə  üçün  dünya  okeanı  ilə  birbaşa  əlaqəsi  olmayan  Xəzər  gölünü 
dəniz adlandırırlar? 
Dibində  okean  tipli  yer  qatı  yerləşdiyinə  və  dəniz  ölçülərinə  malik 
olduğuna görə Xəzər gölünü dəniz adlandırırlar. 
76. Xəzər dənizi daha çox nə ilə çirklənmişdir? 
Xəzər dənizi daha çox karbohidrogenlərlə çirklənmişdir. 
77. Azərbaycanda ekoloji təhlükəsizliyin pozulma səbəbləri nələrdir? 
Sənayenin, kənd təsərrüfatının, nəqliyyatın intensiv inkişafı Azərbaycanda 
ekoloji təhlükəsizliyin pozulma səbəbləridir. 
78. Azərbaycanda atmosferə ən çox atılan kimyəvi maddə hansıdır? 
Azərbaycanda atmosferə ən çox atılan kimyəvi maddə 
Karbohidrogenlərdir
79. Xəzərin çirklənməsinin yaratdığı ekoloji problemin nəticəsi nədir? 
Xəzərin çirklənməsinin yaratdığı ekoloji problem Bioloji resursların 
azalmasıdır. 
80. Ekoloji aspekt nədir? 
Ətraf mühitə təsir edə biləcək potensial mənbəyə ekoloji aspekt deyilir. 
81. Aspektlərin 
qiymətləndirilməsi 
hansı 
formulaya 
əsasən 
hesablanır? 
Aspektlərin qiymətləndirilməsi Risk = ehtimal x şiddət formulasına əsasən 
hesablanır. 
82. Rekultivasiya hansı metodlarla həyata keçirilir? 
Rekultivasiya mexaniki, fiziki və bioloji metodlarla həyata keçirilir. 
83. Meşələrin ətraf mühitdə rolu nədən ibarətdir? 
Meşələr  atmosfer  havasını  zərərli  tullantılardan  təmizləyir,  atmosferi 
oksigen ilə təmin edir,  torpaq örtüyünü eroziya prosseslərindən qoruyur, 
su obyektlərinin rejiminə müsbət təsir göstərir. 
84. Xəzər dənizinin çirklənmə mənbələri hansılardır? 
Xəzərə  axan  çaylar  vasitəsi  ilə  gələn  çirkləndiricilər,  sahil  zonasında 
yerləşən  şəhərlərdən  və  sənaye  obyektlərindən  çirklənmə,  dənizdə  neft 
hasilatı və nəqli ilə əlaqədar çirklənmə, Xəzər dənizi səviyyəsinin qalxması 
nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə. 
 

 
 
VII BÖLMƏ 
 
BEYNƏLXALQ İDARƏETMƏ SİSTEMLƏRİ HAQQINDA 
 
1. ISO nədir? 
ISO  Beynəlxalq  standartlaşdırma  təşkilatıdır  və  təşkilatın  ingilis  dilində 
qısaldılmış adıdır (İnternational Sertification of Organisation). 
2. ISO 9001 nədir? 
ISO 9001 Keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq standartdır. 
3.  Keyfiyyəti İdarəertmə Sisteminin prinsipləri hansılardır ? 
 Müştəriyə istiqamətlənmək. Rəhbərliyin liderliyi. 
 İdarəetmədə personalın iştirakı. Prosesli yanaşma. 
 İdarəetmədə sistem yanaşması. Davamlı təkmilləşdirmə. 
 Qərarların  faktlara  əsaslanaraq  verilməsi.  Tədarükçülərlə  qarşılıqlı 
faydalı əməkdaşlıq. 
4.  Keyfiyyəti 
İdarəertmə  Sisteminin  tələbləri  necə  yerinə 
yetirilməlidir? 
Keyfiyyəti  İdarəertmə  Sisteminin  tələblərinin  yerinə  yetirilmə  ardıcıllığı 
belədir:  Müəyyənləşdirilməlidir,  sənədləşdirilməlidir,  tətbiq  edilməlidir, 
dəstəklənməlidir, effektliyi mütəmadi olaraq yaxşılaşdırılmalıdır.  
5.  Müştəriyə istiqamətlənmək nə deməkdir ? 
Mövcud və gələcək tələbləri müəyyən etmək və yerinə yetirmək müştəriyə 
istiqamətlənmək  deməkdir. 
6.  Rəhbərliyin liderliyi nə deməkdir ? 
Rəhbərliyin liderliyi müəssisənin daxilində birlik və normal psixoloji iqlim 
yaradaraq idarə etmək və bütün personalı cəlb etməklə qarşıya qoyulmuş 
məqsədlərə nail olmaqdan ibarətdir. 
7.  Müəssisədə Rəhbərliyin vəzifələri nədən ibarətdir? 
Rəhbərliyin  vəzifələri  İstehlakçının,  qanunvericiliyin  və  mütləq  olan 
tələblərin yerinə yetirilməsinin vacibliyini təşkilatın diqqətinə çatdırmaq, 
keyfiyyət sahəsində siyasəti (strategiyanı) hazırlamaq, keyfiyyət sahəsində 
məqsədlərin  hazırlanmasını  təmin  etmək,  KİS-nin  təhlilini  aparmaq  və 
lazımı ehtiyatlarla təmin etməkdən ibarətdir. 

 
 
8.  İdarəetmə sistemlərində istifadə olunan sənədlər hansılardır ? 
 Keyfiyyət sahəsində siyasət  
 Keyfiyyət üzrə Rahbər sənəd 
 İS üzrə prosedurlar  
 Vəzifə və nəzarət təlimatları 
 Qeydlər və hesabatlar üçün formalar.  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin