AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


nəyə əsasən həyata keçirilir? 
Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-
satqı  müqaviləsinə  əsasən  həyata  keçirilir.  Həmin  müqaviləyə  qaz 
paylayıcısı  ilə  istehlakçı  arasında  qazpaylayıcı  şəbəkənin  balans 
mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 
Qaz paylayıcısı və istehlakçının müəyyənləşdirilən vəzifələri və hüquqları, 
habelə  istehlakçılara  verilən  qazın  keyfiyyəti  (təzyiq  və  təchizatın 
etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-
satqı müqaviləsində göstərilir. 
5.  “Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə 
dövlət nəzarəti hansı təşkilatlar tərəfindən həyata keçirilir? 
“Qazdan  istifadə  Qaydaları”nın  tələblərinin  yerinə  yetirilməsinə  dövlət 
nəzarətini  öz  səlahiyyətləri  daxilində  qazdan  səmərəli  istifadə  və  qaz 
qurğularının  etibarlı  istismarı  sahəsi  üzrə  Azərbaycan  Respublikasının 
Sənaye  və  Energetika  Nazirliyi,  texniki  təhlükəsizlik  sahəsi  üzrə  isə 
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata 
keçirirlər. 
6. 
Qazpaylayıcısının əsas vəzifəsi nədir?
 
Qazpaylayıcısının  əsas  vəzifəsi  qanunvericiliyin  və  beynəlxalq 
standartların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində 
qaz  şəbəkəsinin  təhlükəsiz  istismarını  təmin  etmək,  ətraf  mühitə  ziyan 
vurmamaq,  təbii  qazdan  istifadə  edən  bütün  istehlakçıları  fasiləsiz, 
keyfiyyətli və təhlükəsiz qaydada təbii qazla təchiz etməkdir. 
7. 
Qaz təsərrüfatında balans mənsubiyyəti sərhədi dedikdə nə başa 
düşülür? 
Balans  mənsubiyyəti  sərhədi  dedikdə  qaz  paylayıcısı  tərəfindən  qazın 
istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında 
müqavilə 
ilə 
qazpaylayıcı 
şəbəkənin 
balans 
mənsubiyyətini 
müəyyənləşdirən ayırma nöqtəsi başa düşülməlidir. 
8. 
Qaz qurğusu dedikdə nə başa düşülür? 
İstilik  enerjisinin  alınması  və  məişət  ehtiyacları  üçün  qazın  yanacaq  və 
müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində 

 
 
istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq 
sertifikatı olan məişət və sənaye qaz qurğuları.  
9. 
Qaz  qurğuları  istismara  qəbul  olunduqdan  və  qazpaylayıcı 
şəbəkəyə   qoşulduqdan sonra neçə gün müddətində qazın alqı-
satqısı barədə müqavilə imzalanmalıdır? 
Qaz  qurğuları  istismara  qəbul  olunduqdan  və  qazpaylayıcı  şəbəkəyə 
qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı 
arasında  qazın  alqı-satqısı  barədə  müqavilə  imzalanır  və  həmin  andan 
etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 
10.  İstehlakçıya tələb edilən  qazın həcmi necə müəyyən edilir? 
İstehlakçıya  tələb  olunan  qazın  həcmi  onun  istismar  edəcəyi  qaz 
qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə 
uyğun olaraq müəyyən edilir. 
11.  Sənaye  qurğusu  olan  istehlakçı  tələb  edilən    qazın  həcmini 
artırmaq və ya azaltmaq istədikdə  nə  etməlidir? 
Sənaye qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən 
həcmi  artırmaq  və  ya  azaltmaq  istədikdə,  bu  barədə  qaz  paylayıcısına 
yazılı müraciət etməlidir. 
12.  İstehlakçılar  tərəfindən  sərf  olunmuş  qazın  miqdarı  necə 
hesablanır? 
İstehlakçılar  tərəfindən  sərf  olunmuş  qazın  miqdarının  qeydə  alınması 
nəzarət-ölçü  cihazlarının  (qaz  sayğaclarının)  aylıq  göstəricilərinə  əsasən 
aparılmalıdır.  
13.  Sayğacların quraşdırılması və istismarı işləri necə tənzimlənir? 
Sayğacların quraşdırılması, nizamlama və sazlama işləri, istismara qəbulu, 
eləcə  də  onların  texniki  vəziyyətinə  nəzarət  Qaz  təchizatı  müəssisəsinin 
struktur bölmələri tərəfindən təlimata uyğun həyata keçirilməlidir. 
14.  Ölçü  qovşaqları  və  ya  sayğacların  Dövlət  yoxlanışı  hansı 
müddətdən bir aparılmalıdır? 
Ölçü  qovşaqları  və  ya  sayğacların  Dövlət  yoxlanışı  Azərbaycan 
Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 
Agentliyinin müəyyən etdiyi müddətlərdə aparılmalıdır. 
 
 

 
 
15.  Ölçü  qovşaqları  və  ya  sayğacların  Dövlət  yoxlanışından 
keçirilməsi hansı təşkilatın səlahiyyətlərindədir? 
Qaz  sərfini  qeydə  almaq  üçün  tətbiq  edilən  müxtəlif  növ  sayğaclar  və 
sərfölçənlər  Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya 
və  Patent  üzrə  Dövlət  Agentliyi  tərəfindən  yoxlanılmalı  və 
plomblanmalıdır. 
16.  Qaz  təchizatı  müəssisəsi  işçilərinin  qaz  ölçü  cihazlarına  günün 
hansı vaxtlarında  baxış keçirə bilər?  
Qaz  istehlakçıları  günün  bütün  vaxtlarında  Qaz  təchizatı  müəssisəsi 
işçilərinin qaz ölçü cihazlarına baxış keçirməsini təmin etməlidir. 
17.  İstehlakçıların  qaz  sərfini  ölçmə  cihazları  müvəqqəti  (az 
müddətdə)  fəaliyyət  göstərmədikdə  qazın  həcmi  necə  təyin 
edilir? 
İstehlakçıların  qaz  sərfini  ölçmə  cihazları  müvəqqəti  (az  müddətdə) 
fəaliyyət göstərmədikdə və ya nasaz olduqda, eləcə də sayğaclarda Dövlət 
yoxlama  damğası  olmadıqda,  sərf  olunan  qazın  qeydə  alınması 
müəssisənin sayğacsız işlədiyi vaxt ərzində, qaz istifadə edən qurğuların 
ümumi məhsuldarlığı ilə müəyyən edilir. 
18.  İstehlakçıların qaz sərfinin  qeydiyyatı necə aparılmalıdır? 
Ay ərzində 100 min kub metrdən artıq qaz istifadə edən istehlakçıların qaz 
sərfinin  qeydiyyatı  gündəlik  aparılmalıdır.  Aylıq  qaz  sərfi  100  min  kub 
metr  və  az  olan  yaşayış  məntəqələri,  müəssisələr,  idarələr,  istilik 
qazanxanaları və fərdi istixanalar üzrə qaz sərfinin çıxarışı təsdiq olunmuş 
qrafikə uyğun olaraq ayda bir dəfə aparılır. 
19.  Qaz kəmərində təzyiq və kəmərin en kəsiyinə görə qaz axını sərfi 
necə  hesablanır? 
Qaz kəməri borusunun en kəsiyinə və təzyiqə görə qaz axını sərfi aşağıdakı  
düsturla hesablanır: 
Q = 3600 x F x C  m3/saat. 
Burada:  Q-qaz sərfi, m
3
/saat; F-qaz kəmərinin en kəsik sahəsi, m
2
 
                                  F = π x d
2
/4, m
2
 
π = 3.14; d - borunun diametri, m; C - qaz kəmərində qazın surətidir, m/san. 
             C =0.65 √ 2g H/Y  - burada Y - qazın xüsusi çəkisi = 0.7 kq/m
3
,  
g - sərbəstdüşmə təcili = 9.81 m/san
2
, H - qaz kəmərində təzyiq düşküsü, 
mm. su süt. 

 
 
20.  Müəssisə və təşkilatların sayğaclarına texniki xidmət necə həyata 
keçirilir? 
Müəssisə və təşkilatların sayğaclarına texniki xidməti müəssisə sahibləri 
və  ya  müqavilə  əsasında  Qaz  təchizatı  müəssisəsi  tərəfindən  istehsalçı 
zavodun təlimatına uyğun olaraq (ildə 1 dəfədən gec olmayaraq) aparıla 
bilər. 
21.  Çox  mənzilli  binalarda  və  fərdi  yaşayış  evlərində  məişət  qaz 
sayğacları hansı hündürlükdə quraşdırılmalıdır? 
Çox mənzilli binalarda və fərdi yaşayış evlərində məişət qaz sayğacları 1,6 
– 1,8 metr hündürlükdə quraşdırılmalıdır. 
22.  Qaz  paylayıcısı  hansı  hallarda  istehlakçıya  qazın  verilməsinin 
dayandırılacağı barədə yazılı bildiriş göndərə bilər? 
Qaz  paylayıcısı  aşağıdakı  hallarda  İstehlakçıya  qazın  verilməsini 
dayandıra bilər: 
 İstehlakçının  müvafiq  yazılı  müraciəti  (qaz  təchizatının 
dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 
 Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən 
yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 
 İstehlakçının  qaz  qurğusu  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab 
vermədikdə; 
 Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən 
hesabı  istehlakçıya  payalayıcı  tərəfindən  təqdim  edildikdən 
(göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədikdə
 Paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; 
 Məhkəmənin qərarı ilə; 
İstehlakçının  qaz  qurğusu  dövlət  standartlarının  tələblərinə  cavab 
vermədiyi, 
Paylayıcının 
İstehlakçıya 
verdiyi 
qazın 
sayğacla 
müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) 
sonra  bir  ay  müddətinə  tam  ödənilmədiyi  və  Paylayıcı  ilə  müvafiq 
müqavilə  bağlanılmadığı  hallarda  qazın  verilməsinin  dayandırılacağı 
barədə İstehlakçıya yazılı bildiriş göndərilə bilər. 
 

 
 
23.  Boru  kəmərində  оlаn  qаzın  həcmini  hеsаblаmаq  üçün  hansı 
göstəricilər tələb olunur? 
Boru kəmərinin diаmеtri, uzunluğu və təzyiqi. 
24.  Qaz sayğaclarının istismara qəbulu necə aparılır? 
Qaz  sayğacı  quraşdırıldıqdan  sonra  sabun  köpüyü  və  ya  xüsusi  cihazla 
kipliyə  yoxlanılır,  giriş  və  çıxış  birləşmələri  və  ekranı  plomblanaraq 
quraşdırılma aktı yazılır. Sayğaclar və plomblar akt əsasında  qeydiyyata 
alınır və əmrlə balansa götürülür. 
25.  AGİS proqramının mənası nədir? 
AGİS Avtomatlaşdırılımış qaz informasiya sistemi sözlərinin qısaldılmış 
versiyasıdır. 
26.  AGİS  proqramında  əhali    abonentləri  hansı  statuslara 
ayrılırlar? 
AGİS proqramında əhali  abonentləri aktiv və passiv statuslara ayrılırlar.  
27.  Abonentin kreditor borcu nə deməkdir? 
Abonent  istehlak  etdiyi  təbii  qazın  dəyərindən  artıq  ödəniş  etdiyi  halda 
hesabında yaranan borca kreditor borc deyilir. 
 
28.  AGİS  kompüter  informasiya  bazası  hansı  qrup  təbii  qaz 
istehlakçılarına bölünür? 
AGİS  kompüter  informasiya  bazası  əhali,  qeyri  əhali  və  fərdi  istixana 
qrupu təbii qaz istehlakçılarına bölünür  
29.  AGİS  proqramında  abonent  kodunun  3-cü  və  4-cü  rəqəmləri 
abonentin ünvanında nəyin kodunu bildirir? 
Abonentin yaşadığı rayonun kodunu bildirir. 
30.  AGİS proqramında abonent kodunun 5-ci, 6-cı və 7-ci rəqəmləri 
abonentin ünvanında nəyin kodunu bildirir? 
Abonentin yaşadığı küçənin kodunu bildirir. 
 
 
 
 
 
 
 

 
 
II FƏSİL 
METROLOGİYA HAQQINDA 
 
 
1. 
Ölçmələr haqqında elm necə adlanır? 
Ölçmələr haqqında elm Metrologiya adlanır. 
2. 
Metroloqun əsas vəzifəsi nədir? 
Qaz təsərrüfatında istifadə olunan ölçü vasitələrinə metroloji nəzarəti, o 
cümlədən onların vəziyyətini, iş şəraitini və göstəricilərinin 
düzgünlüyünü müşahidə etmək və yoxlanmalarını təmin etmək. 
3. 
Dövlət reyesteri nədir? 
Respublika ərazisində istifadəsinə icazə verilmiş ölçmə vasitələrinin 
siyahısı. 
4. 
Temperatur nədir? 
Temperatur,  maddənin  istilik  vəziyyətinin  ölçüsüdür.  Temperatur 
dəyişdikdə maddənin xassəsi dəyişir. 
5. 
Termometr nədir? 
Maddənin temperaturunu ölçmək üçün cihazlardır. Mayeli (civəli), spirtli, 
rəqəmli və s. formalarda olur.  
6. 
Manometrlərin hansı diapazonda istismarı tövsiyə olunur? 
Göstəricisinin 3/1 ÷ 3/2 diapazonunda. 
7. 
Qaz təzyiq tənzimləyicilərinin təyinatı nədir? 
Təzyiqin aşağı salınması və verilmiş həddə saxlanması üçün tətbiq olunan 
qurğu. 
8. 
Qazın təzyiqi nədir? 
Borulardakı  qazlar  həmin  boruların  səthinə  müəyyən  miqdarda  təzyiq 
göstərir  ki,  bu  da  təzyiq  qüvvəsi  adlanır.  Vahid  sahəyə  düşən  qüvvənin 
həmin sahəyə təsir qüvəssinə nisbətinə qazların təzyiqi deyilir.    
P = F/S = N/m
2
 = Pa. 
burada, P-təzyiq, F-qüvvə. S-səthin sahəsi. 
9. 
 Nisbi xəta nədir? 
Nisbi  xəta  cihazın  mütləq  xətasının  ölçmədən  alınan  qiymətə  nisbətinin 
faizlə ifadəsidir. 
 

 
 
10.  Atmosfer təzyiqi nədir? 
Yer  kürəsinin  havadan  ibarət  olan  atmosfer  qatı  yerə  müxtəlif  qiymət 
hədlərində  (80kPa  (600mm.c.s)  -  106kPa  (795mm.c.s))  təzyiq  göstərir. 
Normal  atmosfer  təzyiqi  0
0
C  temperaturda  760  mm.civə  sütunudur 
(101325  Pa,  10332  mm.su  sütunu,  1,0332  kqq/sm
2
,  1,0332bar).  Dəniz 
səviyyəsindən yuxarı qalxdıqca hər 12 metrdən bir havanın sıxlığı azalır 
atmosfer təzyiqi 1mm.civə sütunu (133,3Pa) azalır. 
11.  İzafi təzyiq nədir? 
Atmosfer təzyiqini üstələyən təzyiq izafi təzyiq adlanır. 
12.  Mütləq təzyiq nə deməkdir? 
Sıfırdan ölçülən təzyiq mütləq təzyiq adlanır. Mütləq təzyiq atmosfer 
təzyiqi ilə izafi təzyiqin cəmidir.  P
mütləq
 = P
atm
 + P
izafi.
 
13.  Təftiş yoxlaması nədir? 
Ölçmə  vasitələrinin  istismara  yararlılığını  təyin  etmək  üçün  səlahiyyətli 
təşkilatlar tərəfindən aparılan yoxlamalardır. 
14.  Şəhər qaz kəmərlərinin təzyiqə görə təsnifatı hansılardır? 
Aşağı təzyiqli 0,05 kq/sm
2
-qədər, orta təzyiqli 0,05 – 3,0 kq/sm
2
, yüksək 
təzyiqli    3 – 6 kq/sm
2
, xüsusi hallarda 1,2 MPa qaz kəmərlərinə ayrılır. 
15.   Ölçü  qovşağında  olçü  borusunun  diametri  hansı  diapazonda 
tətbiq olunur? 
50 mm ≤ D ≤ 1000 mm
 
16.  Manometrlə nəyi ölçürlər? 
Atmosfer  təzyiqindən  yüksək  təzyiqlər  (izafi)  manometrlər  vasitəsilə 
ölçülür. 
17.  Qazın sıxlığı nədir? 
Vahid həcmə düşən qazın kütləsidir (kq/m
3
). 
18.  Flyans birləşmələri üçün hansı araqatlardan istifadə olunur? 
Paronit, yağa-benzinə davamlı rezin, alüminium, mis araqatlar. 
19.   Respublika ərazisində normal şəraitin qiyməti ? 
Respublika ərazisində normal şərait kimi 0
o
C (273,15K), 760 mm civə süt. 
(101,325 kPa), 0 nəmlik qəbul olunmuşdur. 
20.  Ölçü qovşağında daraldıcı qurğu (diafraqma) nə üçün tətbiq 
olunur? 
Təzyiqlər fərqi yaratmaq üçün. 

 
 
21.  Daraldıcı qurğunun dəliyinin ən aşağı ölçüsü nə qədərdir? 
d ≥ 12,5 mm 
22.  Şeh nöqtəsi nədir? 
Su  buxarı  ilə  doymamış  qazı  soyutduqda,  onun  nisbi  nəmliyi  artır, 
müəyyən  temperaturda  isə  su  buxarı  ilə  doymuş  halda  olur.  Qazın 
soyumasının  davam  etdirilməsi,  qazda  olan  su  buxarının  kondensasiya 
olunmasına,  su  damcılarına  çevrilməsinə  səbəb  olur.  Verilmiş  təzyiqdə 
kondensasiyanın başlaması temperaturu - şeh nöqtəsi adlanır. 
 
  
23.  Respublika  ərazisində  hansı  tip  qaz  sayğaclarından  istifadə 
edilir? 
 Rotorlu  
 Turbinli 
 Diafraqmalı (membranlı). 
24.  Paronit (QOST 481) hansı təzyiqlərdə araqat kimi istifadə 
oluna bilər və  qalınlığı? 
Təzyiqi  1,6MPa  (16kqq/sm
2
)-ya  (daxil  olmaqla)  qədər  olan  qaz 
kəmərlərində  birləşmələrin  sıxılması  üçün  və  1-4  mm  qalınlıqda  Paronit 
araqat kimi istifadə oluna bilər. 
25.  Mütləq temperaturunun qiyməti hansıdır? 
K= C
o
 
+ 273,16 - Mütləq temperaturunun qiymətidir. 
26.  25 
o
C-də mütləq temperaturun təyini qaydası və qiyməti ? 
273,16 + 25 298,16. 
27.  Mütləq xəta nə deməkdir? 
Cihazın bir bölgüsünün qiymətinin yarısıdır. 
28.  Borunun en kəsiyinin sahəsinin təyini düsturu hansıdır? 
πd
2
/4- Borunun en kəsiyinin sahəsi təyini düsturudur. 
29.  Daraldıcı qurğu (diafraqma) nədir? 
Axan mühitin sərfiyyatını ölçmək üçün, daraldıcı qurğu vasitəsilə qaz boru 
kəmərləri  ilə  qaz  axınının  yerli  daraldılması  nəticəsində  təzyiqlər  fərqi 
yaradılır. Axının sərfiyyatının hesablanmasında əsas amillərdən biri olan 
təzyiqlər  fərqi  (∆p)  nə  qədər  yüksəkdirsə  axının  sərfiyyatı  bir  o  qədər 
yüksək olur və yaxud əksinə. 
 

 
 
30.  Diafraqmanın  dövrü  dövlət  yoxlamasından  keçirilmə  dövrü 
necədir? 
İldə bir dəfədən az olmayaraq diafraqmanın dövrü dövlət yoxlamasından 
keçirilmə dövrüdür. 
31.  Korrektor (ölçü çeviricisi)  nədir? 
Ölçülən  kəmiyyətin  işlənməsi,  saxlanması,  sonrakı  çevrilmələri, 
indikasiyası  və  ya  ötürülməsi  üçün  əlverişli  olan  digər  kəmiyyətə  və  ya 
ölçmə siqnalına çevirməyə yarayan normativ metroloji xarakteristikalara  
malik texniki vasitədir. 
32.  Ölçü diapazonu nədir? 
Ölçmə  diapazonunu  aşağıdan  və  yuxarıdan  (soldan  və  sağdan) 
məhdudlaşdıran kəmiyyət qiymətləri  uyğun olaraq ölçmənin aşağı həddi 
və ya ölçmənin yuxarı həddi adlanır. 
33.  Kalibrlənmə nə deməkdir? 
Kalibrlənmənin nəticələri, ölçmə vasitəsinin göstərdiyi ölçülən kəmiyyətin 
həqiqi qiymətini təyin etməyə və ya ölçmə vasitəsinin göstərişinə düzəliş 
etməyə və ya bu vasitələrin xətasını qiymətləndirməyə imkan verir. 
34.  Ölçmə vasitəsinin ilkin yoxlanması nə deməkdir? 
Tipi  təsdiq  olunmuş  ölçmə  vasitələri  istehsal  olunduqdan,  təmirdən 
çıxdıqdan  və  idxal  olunduqda    ilkin  dövlət  yoxlanmasından 
keçirilməlidirlər. 
35. Təbii qazın özüalışma temperaturu hansıdır? 
Təbii qazın özüalışma temperaturu 650 
o
C-dir. 
36.  Birləşdirici  impuls xətlərinin daxili diametrinin  minimal qiyməti 
neçədir? 
Birləşdirici impuls xətlərinin daxili diametrinin minimal qiyməti  6 mm -
dir. 
37. G-4,  G-6,  G-10  markalı  mexaniki  qaz  sayğacların  nominal  ölçü 
diapazonu neçə kub metrdir? 
 G-4=4 m
3
 
 G-6=6 m
3
 
 G-10=10 m
3
. 
38. Dövrü yoxlanma nədir? 
İstismarda  olan  hər  bir  ölçmə  vasitəsi  Standartlaşma,  Metrologiya  və 
Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  təsdiq  olunmuş  müddət  ərzində 

 
 
dövrü  yoxlanmadan  keçirilməlidir.  Dövrü  dövlət  yoxlanmasından 
keçməyən  cihazların  istismarı  qadağandır.  Yoxlamadan  keçirilmiş 
cihazlara müvafiq  yoxlama kleymoları vurulmalıdır. 
39. Nəzarət  ölçü  cihazları  ilə  qaz  təsərrüfatında  hansı  qrup  fiziki 
parametrlərə nəzarət edilir? 
 Təzyiq 
 Temperatur 
 Sərfiyyat. 
40. Qazın təzyiq vahidləri hansılardır? 
 kqq/sm
2
 
 Pa 
 Bar 
 Atm 
 mm.civə sütunu 
 mm su sütunu. 
41. 1 kqq/m
3
 neçə paskaldır? 
1 kqq/m 100000 Pa.-dır. 
42. Bir atmosfer neçə kPa-dır? 
Bir atmosfer 101,325 kPa-dır. 
43. Respublika ərazisində standart təzyiq neçədir? 
Respublika ərazisində standart təzyiq 101,325 kPa (770 mm civə sütunu) 
qiymətində  təyin  edilir.  QOST  2939-63  tələbərinə  uyğun  olaraq 
istehlakçılarla  aparılan  qarşılıqlı  hesabatlarda  həcm  bu  şərtə 
uyğunlaşdırlmalıdır. 
44. Növbədənkənar yoxlanma nədir? 
İstismar  zamanı  metroloqlar  tərəfindən  işində  nasazlıqlar  aşkar  edilmiş 
ölçmə vasitələri növbədənkənar Dövlət yoxlanmasından keçirilməlidir. 
45. Qazın sıxlığı hansı düsturla hesablanır? 
ρ = m / v 
ρ- qazın sıxlığı, m-qazın kütləsi, v-qazın-həcmidir. 
46. Pikonometr nədir? 
Təbii  qazın  laboratoriya  şəraitində  sıxlığını  təyin  etmək  üçün  istifadə 
olunan qurğu. 
47. Metanın (CH
4
) aqreqat halı hansıdır? 
Qaz halı. 
 

 
 
48. Təbii qazın axın istiqaməti hansı tərəfədir? 
Yüksək təzyiqdən aşağı təzyiqə doğru. 
49. Temperatur  çeviricisinin  və  ya  qoruyucu  gilzəninin  boruda 
dərinliyi nə qədərdir? 
0,3 D-dən 0,7 D-yə qədər. 
50. Hansı temperatur şkalaları vardır? 
 Selsi 
 Kelvin 
 Farenqeyt 
 Ryumer. 
51. Barometr-Aneroid nəyi ölçür? 
Atmosfer təzyiqini ölçən cihazdır. 
52. Kalori-nədir? 
Standart  atmosfer  təzyiqində  (101,325  Kpa)1qr  suyu  1 kelvin  qızdırmaq 
üçün tələb olunan enerji və ya işin miqdarı. 
53. Xromotoqraf nəyi təyin edir? 
Təbii qazın kopmonent tərkibini təyin edən cihazdır. 
54. Qazın həcmi hansı fiziki parametrlərdən asılıdır? 
Qazın temperaturundan və təzyiqindən. 
55. Avaqadro sabitinin qiyməti neçədir? 
Avaqadro sabitinin qiyməti 22,4.-dir. 
56. Qazın xüsusi cəkisi nə qədərdir? 
Qazın xüsusi cəkisi 0,7675 –dir. 
57. Qazın qurudulmasında hansı üsullar istifadə edilir? 
 Rütubətin maye maddə ilə absorbsiya edilib udulması. 
 Rütubətin bərk maddə ilə absorbsiya edilib udulması. 
 Qazın  soyudulması  və  ya  sıxıldıqdan  sonra  soyudulması  ilə  qaza 
rütubəti udan maye yeritməklə soyudulması. 
58.  ROC-407 (107) sərfölçən cihazı nədir? 
Standart daraldıcı qurğuda dəyişən təzyiqlər fərqinə görə qaz sərfini ölçən 
elektron cihazdır. 
59.  Qaz sayğacları hansı qaydada quraşdırılmalıdır? 
Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə 
fiziki  qüvvə  istifadə  edilmədən  və  yer  səthindən  sayğacın  alt  hissəsinə 

 
 
qədər 1,6-1,8 metr hündürlükdə quraşdırılmalıdır (sayğacın zədələnmədən 
istisna halları nəzərə alınmalıdır). 
60.  Qaz sayğaclarının çıxarılma (açılma) səbəbləri hansılardır? 
 Qaz sayğacında gözlə görünən müdaxilə halı aşkar edildikdə
 Sayğacın  hesablayıcı  mexanizminə,  birləşmələrinə  vurulmuş 
plomblara  müdaxilə  olunduqda  və  yaxud  onların  qırıldığı 
aşkarlanarsa yenidən Dövlət yoxlamasına göndərilməsi halında; 
 Mənzil daxilindən və ya həyətlərdə  quraşdırılmış  sayğaclar kənara 
çıxarıldıqda; 
 Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə; 
 Sayğac faktiki sərfiyata uyğun olmadıqda; 
 Sayğacın növbəti Dövlət yoxlamasının vaxtı çatdıqda; 
 Sayğac  düzgün  işləmədikdə  (sayğacdan  qaz  keçmədikdə,  aşağı 
sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, işlək 
vəziyyətdə müəyyən səslər gəldikdə və s.). 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin