AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Sənaye  müəssisələrinin  və  ayrılıqda  yerləşən  qazanxanaların



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


124.  Sənaye  müəssisələrinin  və  ayrılıqda  yerləşən  qazanxanaların 
istilik qurğuları üçün maksimum hansı təzyiqdə qaz tələb oluna 
bilər? 
Sənaye  müəssisələrinin  və  ayrılıqda  yerləşən  qazanxanaların  istilik 
qurğuları  üçün  təzyiqi  1,2  MPa-ya  (12  kqq/sm
2
-ə)  qədər  olan  qazdan 
istifadə  olunmasına  o  zaman  yol  verilir  ki,  istehsalat  texnologiyasının 
sərtlərinə gorə həmin obyektlər üçün göstərilən təzyiqdə qaz tələb olunsun. 
İstehsalat  binalarına  sonradan  əlavə  edilmiş  tikililərdə  yerləşən 
qazanxanalarda  təzyiqi  0,6  MPa-ya  (6  kqq/sm
2
-ə)  qədər  olan  qazdan 
istifadə olunmasına yol verilir. 
125.  Qazpaylayıcı  stansiyalardan  (QPS)  cıxan  qazın  yeraltı  qaz 
kəmərlərinə verilərkən temperaturu nə qədər olmalıdır? 
Qazpaylayıcı  stansiyalardan  (QPS)  çıxan  qazın  yeraltı  qaz  kəmərlərinə 
verilərkən  temperaturu  mənfi  10
0
S-dən,  yerüstü  və  yer  səthindən  yuxarı 
çəkilən  qaz  kəmərlərinə  verildikdə  isə  tikinti  aparılan  rayonun  xarici 
havasının hesabi temperaturundan aşağı olmamalıdır. 
Xarici  havanın  hesabi  temperaturu  СНиП  2.01.01  normativ  sənədinin 
tələblərinə uyğun olaraq 0,92 təminatı ilə ən soyuq beş günün temperaturu 
qədər qəbul edilir. 
Şişən  suxurlarda  çəkilən  yeraltı  qaz  kəmərlərinə  qazın  QPS-dən  mənfi 
temperaturda verilməsi zamanı qaz kəmərlərinin dayanıqlığını təmin edən 
tədbirlər nəzərdə tutulmalıdır. 
126.  Qaz  kəmərlərinin  su  maneələrindən  keçidləri  necə  həyata 
keçirilməlidir? 
Qaz  kəmərlərinin  su  maneələrindən  sualtı  keçidləri  hidroloji,  muhəndis 
geoloji  və  topoqrafiya  axtarış  işlərinin  göstəricilərinə  əsasən  nəzərdə 
tutulmalıdırlar. 
Qaz kəmərlərinin sualtı kecid trassasının, çay məcrasının eninin az olduğu 
və  sahili  yuyulmayan,  dayanıqlı  və  düzxətli  hissəsindən  keçirilməsi 
nəzərdə tutulmalıdır. Sualtı keçid trassalarının istiqaməti, bir qayda olaraq, 

 
 
çayın  mərkəzi  dinamik  oxuna  perpendikulyar  nəzərdə  tutulmalı  və  bu 
keçidlər çayın məcrasının qaya və daşlı sahillərindən kənarlasdırılmalıdır. 
Su  maneələrinin  orta  mövsumi  axın  səviyyəsinə  muvafiq  olaraq,  bu 
maneələrin eni 75 m və daha cox olduqda qaz kəmərlərinin sualtı keçidləri, 
bir qayda olaraq, iki xətli borulardan ibarət olmaqla bu boruların hər birinin 
hesabi  qaz  sərfinin  0,75  misli  qədər  qaz  keçirmə  qabiliyyətinə  muvafiq 
nəzərdə  tutulmalıdır.  Qaz  kəmərlərinin  ikinci  (ehtiyat)  xəttinin  nəzərdə 
tutulmamasına asağıdakı hallarda yol verilir: 
 həlqəvi qaz kəmərləri olduğu halda, sualtı keçid bağlanıldıqda qaz 
istehlakçılarının fasiləsiz qaz ilə təchiz edilməsi mumkun olarsa
 sənaye  istehlakçılarına  dalanlı  qaz  kəməri  çəkildiyi  halda,  sualtı 
keçidin təmir olunduğu muddətdə bu istehlakçıların basqa yanacaq 
növunə keçmək imkanı olarsa. 
Qaz kəmərləri təchizatında fasiləyə yol verməyən istehlakçılara çəkilmiş 
olduğu halda, su maneələrinin eni 75m-dən az olduqda və ya 10% təminatlı 
sərfə uyğun suyun yuxarı səthi (SYS) üzrə suların daşqın ərazilərinin eni 
500m-dən  artıq  olduqda,  həmçinin  daşqın  sular  ilə  ərazinin  basılma 
muddəti 20 gündən çox davam etdikdə, həmçinin dayanıqlı dibi və sahili 
olmayan dağ çayları və digər su maneələri olduqda, bu kəsişmələrdə ikinci 
(ehtiyat) boru xəttinin çəkilməsinə yol verilir. 
Sualtı  qaz  kəməri  keçidlərinin  uzunluğunu  müəyyən  edərkən,  keçidin 
sərhəddi 10% təminatlı sərfə uyğun su maneələrində suyun yuxarı səthinin 
(SYS)  qiymətlərindən  asağı  olmamaq  şərti  ilə  müəyən  edilən  sərhədlərə 
uyğun  qəbul  edilir.  Bağlayıcı  qurğuların  yerləşdirilməsi  bu  sahənin 
sərhədlərindən kənarda nəzərdə tutulmalıdır. 
127.  Sualtı keçidlərdə istifadə olunan boruların divarının qalınlığı nə 
qədər olmalıdır? 
Sualtı keçidlərdə istifadə olunan boruların divarının qalınlığı 5 mm-dən az 
olmamaq sərti ilə hesabi qiymətlərdən, bir qayda olaraq, 2 mm çox ölçüdə 
qəbul  edilməlidir.  Diametri  250  mm-dən  aşağı  olan  qaz  kəmərlərinin  su 
altından  qalxmasına  qarşı  əks  təsir  göstərmək  məqsədilə  boru  divarı 
qalınlığının artırılmasına yol verilir. 
 

 
 
128.  Su  altından  paralel  qaz  kəmərləri  çəkilərkən  onların  oxları 
arasındakı məsafələr nə qədər olmalıdır? 
Su  altından  paralel  qaz  kəmərləri  çəkilərkən  onların  oxları  arasındakı 
məsafələr 30 m-dən az olmamaq sərti ilə yerinə yetirilməlidir. Gəmiçiliyə 
yararlı  olmayan  və  sahili  yuyulmayan  çaylarda,  həmçinin  əhalinin 
məskunlaşdığı  ərazilərin  hududlarında  olan  keçidlərdə  iki  kəmərin  bir 
xəndəkdə 
çəkilməsinə yol verilir. Bu halda qaz kəmərlərinin arasındakı məsafə 0,5 
m-dən az olmamalıdır. 
Su  hövzəsi  ərazilərindən  qaz  kəmərləri  çəkilərkən  onların  arasındakı 
məsafənin,  bu  kəmərlərin  xətti  hissələrindəki  məsafə  qədər  qəbul 
edilməsinə yol verilir. 
129.  Qaz  kəmərlərinin  sualtı  keçidlərdə  kəsişdiyi  su  maneələrinin 
dibinə qədər dərinliyi necə nəzərə alınmalıdır? 
Qaz kəmərlərinin sualtı keçidlərdə kəsişdiyi su maneələrinin dibinə qədər 
dərinliyə salınmaqla nəzərdə tutulmalıdır. Ballastlasdırılmış qaz kəmərinin 
yuxarı  layihə  səthi  çay  dibinin  proqnozlaşdırılan  profilindən  0,5  m, 
gəmiçiliyə yararlı çaylarda isə 1 m aşağı səviyyədə, tikintinin 
qurtarmasından  sonra  25  il  muddətində  çay  dibinin  mumkun  ola  bilən 
yuyulmasını nəzərə almaqla qəbul edilməlidir. Gəmiçiliyə yararlı olmayan 
çayların  hövzələrində  su  altından  keçidlər  tikilərkən,  həmçinin  məcrası 
qaya  və  daş  qruntlarda  olan  ərazilərdə  qaz  kəmərlərinin  qoyulma 
dərinliyinin  azaldılmasına  yol  verilir,  lakin  ballastlaşdırılmış  qaz 
kəmərlərinin yuxarı səviyyəsinin ölçüləri istənilən halda, istismarın hesabi 
muddəti  üçün  çayın  müəyyən  olunmuş  yuyulma  dərinliyinin  dibindən 
aşağı olması şərtilə qəbul edilməlidir. 
130.  Qaz 
kəmərlərində 
bağlayıcı  qurğular  harda  nəzərdə 
tutulmalıdır? 
Qaz  kəmərlərində  bağlayıcı  qurğular  aşağıdakı  yerlərdə  nəzərdə 
tutulmalıdır: 
 yaşayıs evlərinin, ictimai, istehsalat binalarının girişlərində və ya bir-
birinə  bitişik  binalar  qrupunda  qaz  sərfedən  xarici  qurğuların 
girişində; 
 həlqələnmiş  qaz  kəməri  olduqda,  iki  və  daha  artıq  QTM  olan 
sistemlərdə, QTM-ə girişlərdə və QTM-dən çıxışlarda;  

 
 
 qaz kəmərlərindən ayrı-ayrı mikrorayonlara, məhəllələrə, bir sahədə 
yerləşən evlər qrupuna və ya 400-dən cox mənzili olan evlərə ayrılan 
qollarda; 
 qaz  təchizatının  etibarlığını  və  təhlükəsizliyini  təmin  etmək 
məqsədilə, qaz kəmərlərinin ayrı-ayrı hissələrinin bağlanılması üçün; 
 su  maneələrinin  iki  və  çox  xətlə  kəsişdiyi  yerlərdə,  həmçinin  su 
maneələrinin suyun orta axın səviyyəsində eni 75m və çox olduğu və 
bir xətlə kəsişdiyi yerlərdə; 
 I və II dərəcəli avtomobil yolları və ümumi dəmir yolu şəbəkəsi ilə 
kəsişən yerlərdə. 
131.  Bağlayıcı qurğuların qoyulmamasına hansı  hallarda yol verilir? 
Bağlayıcı qurğuların qoyulmamasına aşağıdakı hallarda yol verilir: 
 müəssisələrin  QTM-dən  qabaqda,  paylayıcı  qaz  kəmərlərindən 
müəssisəyə ayrılan qol üzərində olan bağlayıcı qurğu QTM-dən 100 
m-dən artıq olmayan məsafədə yerləşdikdə
 ümumi dəmir yolu şəbəkələri və I və II dərəcəli avtomobil yolları ilə 
kəsişmələrdə  keçid  sahəsində  qazın  verilməsini  bağlamaq  üçün, 
dəmir  yolu  və  avtomobil  yolundan  1000  m-dən  artıq  olmayan 
məsafədə bağlayıcı qurğu (xətti siyirtmələr, QTM və QPS-dən sonra 
bağlayıcı qurğu) yerləsdikdə. 
132.  Xarici qaz kəmərləri üzərində qoyulan bağlayıcı qurğular harda 
yerləşdirilməlidir? 
Xarici  qaz  kəmərləri  üzərində  qoyulan  bağlayıcı  qurğular  quyularda, 
yerüstu  skaflarda  və  ya  hasarlanmış  sahələrdə,  həmçinin  binaların 
divarlarında yerləsdirilməlidir. 
Yeraltı  qaz  kəmərləri  üzərində  bağlayıcı  qurğuların  yerləsdirilməsi,  bir 
qayda olaraq, quyularda nəzərdə tutulmalıdır. 
Bağlayıcı  qurğuların  yerləşdirilməsi  onlara  xidmət  etmək  üçün  əlverişli 
olan yerdə nəzərdə tutulmalıdır. Paralel çəkilən qaz kəmərlərində qoyulan 
bağlayıcı  qurğular  bir-birinə  nisbətən  elə  qarşılıqlı  məsafədə 
yerləşdirilməlidirlər  ki,  onların  sökülüb-yığılması  və  onlara  xidmət 
edilməsi üçün əlverişli şərait təmin olunsun. 
Bağlayıcı armaturların sökülüb-yığılmasını təmin etmək üçün, quyularda 
kompensasiya qurğuları nəzərdə tutulmalıdır. 

 
 
133.  Binaların divarlarında qoyulmaq üçün nəzərdə tutulan bağlayıcı 
qurğular  pəncərə  və  qapı  yerlərindən  hansı  məsafələrdə 
yerləsdirilməlidirlər? 
Binaların divarlarında qoyulmaq üçün nəzərdə tutulan bağlayıcı qurğular 
pəncərə  və  qapı  yerlərindən  aşağıdakı  məsafələrdən  az  olmamaqla 
yerləşdirilməlidirlər: 
 alçaq təzyiqli qaz kəmərləri üçün üfüqi xətt uzrə, bir qayda olaraq, – 
0,5m; 
 orta təzyiqli qaz kəmərləri üçün üfüqi xətt üzrə – 3m; 
 II kateqoriyalı yuksək təzyiqli qaz kəmərləri üçün üfüqi xətt üzrə – 
5m. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
III FƏSİL 
DAXİLİ  QAZ  AVADANLIQLARI  VƏ  XƏTLƏRİNİN  TİKİNTİSİ 
VƏ İSTİSMARI HAQQINDA 
 
1. 
Yаşаyış  еvlərinin  qаz  təchizаtı  sistеmlərinin  qurаşdırılmаsı  və 
istismаrı qaydaları hansılardır? 
Yаşаyış  еvlərinin  qаz  təchizаtı  mənbəyi  QTŞ,  QTM  və  fərdi 
tənzimləyicilərin  çıхışındаn  аyrılаn  аşаğı  təzyiqli  qаz  kəmərləridir. 
Yаşаyış  еvlərinin  qаz  təchizаtı  (qаz  sərfini  ölçən  sаyğаcdаn  sоnrа) 
qаzpаylаyıcısı  ilə  istehlakçının  sərhəddindən  sоnrа  yаşаyış  mənzillərinə 
çəkilən qaz xətləri və onlar üzərindəki qurğulardan ibarətdir. Bu xətlər bir 
qayda  olaraq  pоlаd  bоrulаrdаn  istifаdə  еdilməklə  çəkilir.  Çəkilən  qаz 
xətləri üçün bоrunun divаrının qаlınlığı 3 mm-dən, хаrici yеrüstü və yеr 
səthindən yuхаrı çəkilən qаz kəmərləri üçün isə 2 mm-dən аz оlmаmаqlа 
qəbul  еdilməlidir.  Nəzərdə  tutulаn  bоrulаrın,  оnlаrın  istеhsаl  оlunduğu 
zаvоddа hidrаvlik sınаqdаn kеçirilməsi, bоrulаrın mövcud stаndаrtlаrа və 
yа tikinti şərtləri tələblərinə uyğun оlаn həcmdə hidrаvlik təzyiqə dаvаmlı 
оlmаsı hаqqındа sеrtifikаtı оlmаlıdır. Yаşаyış binаlаrının dахilində çəkilən 
qаz kəmərləri bir qаydа оlаrаq аçıq nəzərdə tutulmаlıdır.  
2. 
Yаşаyış  еvlərinin  qаz  təchizаtı  sistеmlərinin  qurаşdırılmаsı 
zamanı hansı tələblərə riayət olunmalıdırı? 
Binаyа qаz kəməri yеrаltı gəlib yеrüstünə çıхan yеrdə  və mənzilə, оtаqlаrа 
giriş yеrlərində qаz kəmərlərini dеfоrmаsiyаdаn, yахud mехаniki zədədən 
qоrunmаq  üçün  futlyаra  (pаtrоndаn)  kеçirilməlidir.  Qаz  kəməri  mənzilə 
аncаq yаşаyış оlmаyаn оtаqdаn kеçməklə 2 m hündürlük üzrə dахil еdilir 
və  mənzilin  divаrınа  bir-birindən  münаsib  məsаfədə  yеrləşən  pоlаd 
qаrmаqlаrlа bərkidilir. Qаz kəməri üzərindəki bаğlаyıcı аrmаturlаr divаrdа 
аçıqdа  оlmаqlа  hökmən  kоrrоziyаdаn  qоrunmаsı  üçün  2  dəfədən  аz 
оlmаyаrаq yаğlı bоyа ilə rənglənməlidir. Binа dахilində qаz kəmərləri ilə 
divаr üstü аçıq еlеktrik хətləri аrаsındаkı məsаfə 25 sm, divаr içi örtülü 
хətlərlə isə 5 sm-dən аşаğı оlmаmаlıdır. Əgər qаz kəməri divаr üstü аçıq 
kаbеllə kəsişərsə, kəsişmə nöqtəsində sаğа və sоlа 10 sm ölçüdə diеlеktrik 
mаtеriаllа izоlyаsiyа оlunmаlıdır. İşin icrа оlunmаsındа kəmərin mümkün 

 
 
qədər  bаşqа  mühəndis  kоmmunikаsiyаlаrı  ilə  kəsişməsindən  yаyın-
dırılmаsı tövsiyə оlunur. Qаz cihаzınа dахil оlаnа qədər cihаzа yахın 40 
sm-dən аşаğı оlmаmаqlа kəmər üzərində nəzаrət krаnı qurаşdırılmаlıdır. 
Binanın  xarici  divarları  boyu  çəkilən  qaz  kəmərlərində  pəncərə  və 
balkonların altında flyans birləşmələri və armaturlar olmamalıdır. 
3. 
Binaların  və  qurğuların  daxilində  çəkilən  qaz  kəmərləri  necə 
olmalıdır? 
Binaların və qurğuların daxilində çəkilən qaz kəmərləri, polad borulardan 
nəzərdə tutulmalıdır. 
Səyyar aqreqatların, daşına bilən qaz odluqlarının, qaz cihazlarının, NÖC 
və  avtomatika  cihazlarının  birləsdirilməsi  üçün,  rezin  və  rezin  parçalı 
şlanqların  nəzərdə  tutulmasına  yol  verilir.  Şlanqlar  seçilərkən  onların 
həmin  təzyiqdə  və  temperaturda  nəql  edilən  qaza  davamlığı  nəzərə 
alınmalıdır. 
Boruların birləşdirilməsi, bir qayda olaraq, qaynaqla nəzərdə tutulmalıdır. 
Sökülə  bilən  (yivli  və  flyanslı)  birləşmələrin  nəzərdə  tutulmasına  ancaq 
bağlayıcı  armaturlar,  qaz  cihazları,  NÖC,  qaz  tənzimləyicilər  və  digər 
avadanlıqlar quraşdırılan yerlərdə yol verilir. 
Qaz  kəmərlərində  sökülə  bilən  birləşmələrin  qoyulması,  onların 
yoxlanılması və təmiri üçün əlverişli olan yerdə nəzərdə tutulmalıdır. 
4. 
Qaz  kəmərləri  digər  boru  kəmərləri  ilə  bir  yerdə  ümumi 
dayaqlarda çəkilərsə hansı tələblər gözlənilməlidir? 
Qaz  kəmərləri  digər  boru  kəmərləri  ilə  bir  yerdə  ümumi  dayaqlarda 
çəkilərsə  qaz  kəmərləri  onlardan  yuxarıda,  baxılmaq  və  təmir  işləri 
aparmaq üçün əlverişli olan məsafədə yerləşdirilməlidirlər. 
5. 
Sənaye və kənd təsərrüfatı müəssisələrinin, istehsalat xarakterli 
məişət müəssisələrinin istehsalat otaqlarında, qaz kəmərlərində 
hansı yerlərdə bağlayıcı qurğular nəzərdə tutulmalıdır? 
 qaz kəmərinin otaqların daxilinə girişində
 hər aqreqata ayrılan qollarda; 
 odluqların və fitillərin qabağında; 
 üfürmə  boru  kəmərlərində,  onların  qaz  kəmərlərinə  birləşdirildiyi 
yerlərdə. 

 
 
Otaqların  daxilində  qaz  kəmərinin  girişindən  10m-dən  uzaq  olmamaqla 
yerləşdirilmiş qaz sayğacı və ya QTQ olarsa, qaz sayğacından və ya QTQ-
dən  qabaq  olan  siyirtmə  və  ya  kran  girişdə  bağlayıcı  qurğu  kimi  hesab 
edilir. 
Beton  döşəmələrdə  kanallarda  və  ya  divarların  şırımlarında  çəkilən  qaz 
kəmərlərində armaturların qoyulmasına yol verilmir. 
6. 
Yasayış  evlərində  qaz  kəmərlərinin  çəkilməsi  zamanı  hansı 
tələblər nəzərə alınmalıdır? 
Yasayıs evlərində qaz kəmərlərinin çəkilməsi, yaşayış olmayan otaqlarda 
nəzərdə tutulmalıdır. 
Mövcud  olan  və  yenidənqurma  işləri  aparılan  yaşayış  evlərində  başqa 
imkan  olmadıqda,  alçaq  təzyiqli  qaz  kəmərlərinin  yaşayış  otaqlarından 
tranzit kimi çəkilməsinə yol verilir. Tranzit çəkilən 
qaz kəmərlərinin  yaşayış  otaqlarından keçən hissəsində  yivli birləşmələr 
və  armaturlar  olmamalıdır.  Qaz  dayaqlarının  yaşayış  otaqlarından  və 
sanitar qovşaqlarından çəkilməsinə yol verilmir. 
Daxili qaz kəmərləri, o cumlədən kanallarda çəkilənlər rənglənməlidirlər. 
Rənglənmək üçün suyadavamlı lak-boya materialları nəzərdə tutulmalıdır. 
7. 
Yaşayış evlərində və ictimai binalarda (ictimai iaşə muəssisələri 
və istehsal xarakterli məişət xidməti müəssisələri istisna olmaqla) 
çəkilən  qaz  kəmərlərində  bağlayıcı  qurğular  harada  nəzərdə 
tutulmalıdır? 
 beş  mərtəbədən  yüksək  olan  mərtəbələrə  xidmət  edən  dayaqları 
bağlamaq üçün; 
 sayğaclardan qabaqda (əgər sayğaca gedən qazı bağlamaq üçün qaz 
kəmərinin  girişində  qoyulmuş  bağlayıcı  qurğudan  istifadə  etmək 
mümkün deyilsə); 
 hər bir qaz cihazının, soba və ya qurğunun qarşısında; 
 istilik sobalarına və ya cihazlarına ayrılan qollarda. 
Xörək hazırlanan qazanlara, restoran pilətələrinə, istilik sobalarına və digər 
anoloji avadanlıqlara çəkilən qaz kəmərlərində ardıcıl olaraq iki bağlayıcı 
qurğu nəzərdə tutulmalıdır:  
 birini – cihazın (avadanlığın) tam bağlanılması üçün;  
 digərini – odluğun bağlanılması ucun. 

 
 
O  cihazların  ki,  konstruksiyasında  (qaz  pilətələri,  su  qızdırıcıları,  soba 
odluqları və s.) odluqların qarsısında bağlayıcı qurğular nəzərdə tutulub, 
həmin cihazlara çəkilən qaz kəmərlərində bir bağlayıcı qurğu qoylmalıdır. 
Beş  və  az  mərtəbəli  yaşayış  evlərinin  dayaqlarından  qazın  verilməsini 
(binaların girişlərində) kəsmək üçün bağlayıcı qurğuların qoyulması yerli 
konkret şəraitdən, o cümlədən qəza-bərpaetmə və digər işlərin aparıldığı 
hallarda,  bağlanılacaq  mərtəbələrin  və  mənzillərin  sayından  asılı  olaraq 
layihə təskilatı tərəfindən həll edilir. 
Dayaqların  bağlanılması  üçün  nəzərdə  tutulan  qurğular  imkan  daxilində 
binanın xaricində qoyulmalıdırlar. 
8. 
Adamlar keçən yerlərdə qaz kəmərlərinin hündürlüyü nə qədər 
olmalıdır? 
Adamlar  keçən  yerlərdə,  qaz  kəmərlərinin  çəkilməsi  döşəmədən  qaz 
kəmərlərinin  altına  qədər,  istilik  izolyasiyası  olduqda  isə  izolyasiyanın 
altına qədər 2,2 metrdən az olmayan hündürlükdə nəzərdə tutulmalıdır. 
9. 
Yasayış  binalarında nəzarət sistemi  və  siqnalizasiya qoyulması 
nə vaxt nəzərdə tutulmalıdır? 
Yasayış binalarında, mərtəbələrin sayından asılı olmayaraq, qaz pilətələri, 
su  qızdırıcıları,  isitmə  və  digər  aparatlar  mətbəxlərdə,  yaşayış  və  qeyri-
yaşayış otaqlarında qoyularkən qazın verilməsi dayandırıldıqda və havada 
təbii qaz alovunun yayılmasının aşağı qatılıq həddindən 10%-dən yuxarı 
qatılıq  həddinə  çatdıqda,  avtomatik  açılma  ilə  qaz  toplanmasına  qarşı 
nəzarət sistemi və siqnalizasiya qoyulması nəzərdə tutulmalıdır. 
10.  Yanma  məhsullarının  kənarlaşdırılması  üçün  tüstü  bacaları 
nəzərdə tutulan otaqlara olan tələblər hansılardır? 
Yanma  məhsullarının  kənarlaşdırılması  tüstü  bacalarına  nəzərdə  tutulan 
qaz  su  qızdırıcısı,  həmçinin  istilik  qazanı  və  ya  istilik  aparatının 
yerləşdirilməsi  üçün  təyin  edilmis  otaqların  hundurluyu  2m-dən  az 
olmamalıdır. Otaqların həcmi bir cihaz qoyulduqda 7,5 m
3
-dən və iki istilik 
cihazı qoyulduqda 13,5 m
3
-dən az olmamalıdır. 
Qazanlar,  aparatlar  və  qaz  su  qızdırıcıları  qoyulan  mətbəxlərdə  və  ya 
otaqlarda  ventilyasiya  kanalları  olmalıdır.  Havanın  daxil  olması  üçün 
bitişik otaqlara çıxan divarın və ya qapının aşağı hissəsində barmaqlıq və 

 
 
ya qapı ilə döşəmə arasında boşluq en kəsiyi 0,02 m
2
-dən az olmayan ara 
nəzərdə tutulmalıdır. 
11.  Otaqların  isidilməsi  üçün  cihazlar  qoyulduqda  hansı  tələblər 
nəzərə alınmalıdır? 
Otaqların  isidilməsi  üçün  yanma  məhsullarının  tüstü  bacalarına 
kənarlaşdırılması  ilə  qaz  kaminlərinin,  kaloriferlərin  və  zavodda 
hazırlanmış  digər  cihazların  nəzərdə  tutulmasına  yol  verilir.  Həmin 
qurğuların  qaz  odluqları  təhlükəsizlik  avtomatikası  ilə  təchiz 
olunmalıdırlar.  
O  otaqlarda  ki,  qaz  kaminlərinin  və  ya  kaloriferlərin  qoyulması  nəzərdə 
tutulur,  həmin  otaqlarda  nəfəslikli  pəncərə  və  ya  sorucu  ventilyasiya 
kanalları olmalıdır. 
12.  İctimai binaların qaz təchizatına olan tələblər hansılardır? 
Normativ sənədlərə əsasən qazlaşdırılmasına yol verilən müvafiq ictimai 
binaların qaz cihazları, yanma məhsullarının kənarlaşdırılması ilə nəzərdə 
tutulmalıdır. 
Həmin  binalarda  ikidən  çox  olmamaqla  məişət  qaz  pilətələrinin  (tüstü 
bacaları olmadan), həmçinin laboratoriya odluqlarının nəzərdə tutulmasına 
yol verilir. 
Adamlar toplana bilən otaqların altında yerləşdirilmiş,  (yemək və ticarət 
zalları, foye və s.) mətbəxlərdə avadanlıq kimi saatlarla fasiləsiz işləməyə 
hesablanmamaq sərti ilə, bir qaz plitəsinin və bir qaz su qızdırıcısının və 
ya 
su 
qaynadıcısının 
qoyulmasına 
Respublika 
Gigiyena 
və 
Epidiomologiya  Mərkəzi  və  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 
Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla yol 
verilir. 
Yuxarıda  göstərilən  otaqlarda  MKHQ  balonlarının  qoyulmasına  yol 
verilmir. 
Qaz  avadanlıqlarının  qoyulması  nəzərdə  tutulan  otaqlarda  təbii 
işıqlandırma və iş vaxtı üç dəfədən az olmayan, is vaxtından kənar isə bir 
dəfə  hava  mübadiləsini  təmin  edən,  hesabatla  təyin  olunan  daimi  axın-
sorma ventilyasiyası olmalıdır. 
 

 
 
13.  Məisət  qaz  cihazlarının  qarsısında  qazın  təzyiqi  nə  qədər 
olmalıdır?  
Məisət qaz cihazlarının qarsısında qazın təzyiqi aşağıda göstərilən cədvəlin 
4-cu  bəndində  göstərilən  təzyiqdən  artıq  olmamaqla,  cihazların  pasport 
gostəricilərinə uyğun olaraq qəbul edilməlidir: 
 
 
S/s 
 
Qaz istehlakcıları 
Qazın təzyiqi, 
MPa 
(kqq/sm2) 
 

Sənaye  və  kənd  təsərrufatı  müəssisələrinin  istehsalat 
binaları,  həmçinin  ayrılıqda  yerləşən  qazanxanalar  və 
istehsalat 
xarakterli 
məişət 
xidməti 
müəssisələri 
(hamamlar, camaşırxanalar, kimyəvi təmizləmə fabrikləri, 
çörək və şirniyyat məhsulları müəssisələri və s.) 
 
0,6 (6) 
 

Bənd 1-də göstərilmiş istehsalat xarakterli məişət xidməti 
müəssisələri  basqa  məqsədlər  üçün  nəzərdə  tutulmuş 
istehsalat binalarına əlavə edilmiş tikililərdə yaxud onların 
daxilində yerləsdirildikdə 
 
0,3 (3) 
3  Qeyri-istehsalat xarakterli məişət xidməti müəssisələri və 
ictimai binalar 
0,005 (0,05) 
4  Yaşayıs binaları 
0,003 (0,03) 
 
14.  Sənaye,  kənd  təsərrüfatı  və  kommunal  müəssisələrində  daimi 
xidmət işçiləri olmadan  qaz avadanlıqlarının  istismarına  hansı 
hallarda icazə verilə bilər? 
Daimi xidmət işçiləri olmadan qaz avadanlıqlarının istismarına aşağıdakı 
şərtlər yerinə yetirildikdə icazə verilə bilər: 
 avadanlıqlar giriş qapıları siqnalizasiya qurğuları ilə təmin edilmiş, 
ayrıca bağlı binalarda yerləşdirildikdə; 
 bina partlayış təhlükəsi istisna olunan işıqlandırma sistemi ilə təmin 
edildikdə; 
 qaz yanacağı ilə işləyən avadanlıqlar müvafiq layihələndirmə norma 
və  qaydalarına  uyğun  olaraq  təhlükəsizlik  avtomatikası,  avtomatik 
nəzarət və tənzimləmə vasitəsi ilə təchiz edildikdə. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin