AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


40.  Dielektriklər nəyə deyilir? 
İçərisində sərbəst elektronlar olmayan cisimlərə dielektriklər deyilir. 
41.  Şərti  diametri  250-400  mm  olan  boruları  uc-uca  qaynağa 
hazırlamaq üçün qaynaq tikişi  yerinə borunun çevrə uzunluğu 
boyu  neçə  ədəd  kiçik  qaynaq  hissəsləri  (prixvatkalar) 
verilməlidir və uzunluğu  neçə  mm olmalıdır? 
Şərti diametri 250-400 mm olan boruları uc-uca qaynağa hazırlamaq üçün 
qaynaq  tikişi  yerinə  borunun  çevrə  uzunluğu  boyu  3  ədəd  kiçik  qaynaq 
hissəsləri (prixvatkalar) verilməlidir və uzunluğu 50 mm olmalıdır.  
42.  Poladların tərkibində ən çoxu neçə faiz karbon olur? 
Poladların tərkibində ən çoxu 2% karbon olur. Dəmir – karbon ərintisində 
karbonun miqdarı 2%-ə qədər olduqda, bunlara – poladlar deyilir. 
43.  Çuqunların tərkibində ən azı neçə faiz karbon olur? 
Çuqunların tərkibində ən azı 2% karbon olur. Dəmir – karbon ərintisində 
karbonun miqdarı 2%-dən yuxarı olduqda - bunlara çuqunlar deyilir. 
44.  Legirləyici elementlər hansılardır? 
  Xrom 
  Vanadium 
  Titan 
  Nikel  
45.  Qaynaq rejiminin parametrləri hansılardır? 
  Cərəyanın qiyməti; 
  Cəryanın növü və qütbülüyü; 
  Elektrodun diametri; 
  Qövsün gərginliyi və  qaynağın sürəti. 
 

 
 
46.  TCD-500 qaynaq transformatoru ilə eyni vaxtda neçə qaynaqçı 
işləyə bilər? 
TCD-500 qaynaq transformatoru ilə eyni vaxtda bir qaynaqçı işləyə bilər. 
47.  Çuqunların  qaynaqlanması  üçün  əsasən  hansı  qaynaq 
üsulundan istifadə olunur? 
Çuqunların qaynaqlanması üçün əsasən əl elektrik qövs qaynaq üsulundan 
istifadə olunur. 
48.  Qaynaqdan əvvəl əsas metalın qızdırılması  nə üçün aparılır? 
Qaynaqdan əvvəl əsas metalın qızdırılması  aparılır soytmanı ləngitmək və 
çatların qarşısını almaq üçün aparılır. 
49.  Örtüklü  elektrodların  nəm  olması  qaynaqda  nəyə  səbəb  ola 
bilər? 
Örtüklü  elektrodların  nəm  olması  qaynaqda  Qaz  boşluqlarına  səbəb  ola 
bilər.  
50.  Qaynaq zamanı temperaturun sürətlə artmasının deformasyaya 
təsiri nədir? 
Qaynaq zamanı temperaturun sürətlə artması deformasiyanı artırır. 
51.  Hansı qaynaq tikişi çətin qaynaq tikişi adlanır? 
Tavan qaynaq tikişi çətin qaynaq tikişi adlanır. 
52.  Diametri  2,5  mm  olan  elektrod  üçün  təqribən  neçə  amper 
cərəyan lazımdır? 
Diametri 2,5 mm olan elektrod üçün təqribən 80A cərəyan lazımdır.  
53.  Qaynaq zamanı elektrik qaynaq aparatları, transformatorlar və 
qaynaq ediləcək konustruksiyalar  nəyə birləşdirilməlidr?  
Qaynaq zamanı elektrik qaynaq aparatları, transformatorlar və qaynaq 
ediləcək konustruksiyalar  naqillə yerə birləşdirilməlidir. 
54.  Elektrod örtüyü qaynaq prosesində hansı işləri yerinə yetirir ? 
Elektrod  örtüyü  qaynaq  prosesində  qövsun  sabit  yanmasını  təmin  edir, 
havanın  oksigenindən  və  azotundan  qoruyur,  həmçinin  ərimiş  metalı 
lazımı elementlərlə ligerləyir. 
55.  Qaz qaynağında istifadə olunan asetilin qazını necə alırlar? 
Kalsimum-karbidə su ilə təsir etməklə asetilin qazı alınır. 
56.  Qaz qaynağında yanar qazları hansı qazla birlikdə yandırırlar? 
Oksigen qazı ilə birlikdə yandırırlar. 

 
 
57.  Asetilen generatoru nəyə deyilir? 
Kalsium-karbidi  su  ilə  parçalamaqla  asetilen  alınan  aparata  asetilen 
generatoru deyilir. 
58.  Asetilen generatoru ilə alov törədici mənbə arasındakı məsafə nə 
qədər olmalıdır? 
Asetilen  generatoru  ilə  alov  törədici  mənbə  arasındakı  məsafə  10  m-ə 
qədər olmalıdır. 
59.  Sıxılmış oksigen qazı üçün şlanq hansı rəngdə olmalıdır? 
Sıxılmış oksigen qazı üçün şlanq göy rəngdə olmalıdır.  
60.  Asetilen qazı üçün şlanq hansı rəngdə olmalıdır? 
Asetilen qazı üçün şlanq qırmızı rəngdə olmalıdır.  
61.  Asetilen  qazını  (C
2
H
2
)  almaq  üçün  hansı  materialdan  istifadə 
olunur? 
Asetilen qazını almaq üçün Karbid (CaC
2
) materialından istifadə olunur.  
62.  Balona doldurulmuş oksigen qazının (O
2
) təzyiqi nə qədər olur? 
Balona doldurulmuş oksigen qazının təzyiqi 150 atm (kqq/sm
2
) olur.  
63.  Balona  doldurulmuş  asetilen  qazının  (C
2
H
2
)  təzyiqi  nə  qədər 
olur? 
Balona doldurulmuş asetilen qazının təzyiqi 19 atm (kqq/sm
2
) olur.  
64.  Oksigen  balonu  ilə  asetilen  geniratoru  arasınfakı  məsafə 
minumum nə qədər olmalıdır? 
Oksigen balonu ilə asetilen geniratoru arasınfakı məsafə minumum 5 m 
olmalıdır.  
65.  Qaz yandırıcılarının ucları hansı materialdan hazırlanır? 
Qaz yandırıcılarının ucları Mis materialdan hazırlanır.  
66.  Asetilenin normal şəraitdə verilə bilən işçi təzyiqi nə qədərdir? 
Asetilenin normal şəraitdə verilə bilən işçi təzyiqi 1,5 bar-dır.  
67.  Metalların qaz alovlu qaynağı  üçün hansı alətdən istifadə edilir? 
Qaz alov yandırıcısından istifadə edilir. 
68.  Metalların qaz qaynağı zamanı qaz alovu nə ilə tənzimlənir? 
Qaz alov yandırıcısı ilə tənzimlənir. 
 
 

 
 
69.  Metalın qalınlığından aslı olaraq qaz alov yandırıcısının hansı 
hissəsi dəyişdirilir? 
Metalın qalınlığından aslı olaraq qaz alov yandırıcısının ucluq hissəsi 
dəyişdirilir.  
70.  Qaz qaynağında qaynaq olunan metalın qalınlığından aslı olaraq 
neçə üsuldan istifadə   edilir? 
Qaz qaynaq işlərində 2 üsuldan istifadə edilir. 
 Sol qaynaq üsulu (Qalınlığı 3 mm-dən az olan polad materialları, Al, 
Cu və tökmə poladları qaynaq etmək məqsədi ilə  istifadə edilir) 
 Sağ qaynaq (qalınlığı 3 mm-dən çox olan polad materialları qaynaq 
etmək məqsədi ilə istifadə olunur) 
71.  Sağ qaynaq üsulunda alov yandırıcısı hansı istiqamətdə hərəkət 
etdirilir? 
Sağ qaynaq üsulunda alov yandırıcısı Soldan sağa istiqamətində hərəkət 
etdirilir.  
72.  Lehimləmə zamanı əsas metal əridilirmi? 
Lehimləmə zamanı əsas metal əridilmir. 
73.  Qaz qaynağında yandırıcı qaz olaraq aşağıdakılardan hansılar 
sayılır?  
Qaz qaynağında Oksigen yandırıcı qaz sayılır. 
74.  Asetilen generatorları tiplərinə görə neçə qrupa bölünür? 
Asetilen generatorları tiplərinə 2 (iki) qrupa bölünür. Quruluş tipinə görə 
stasionar  və  səyyar  (daşına  bilən).  Stasionar  tipli  generatorların 
məhsuldarlığı 3 m
3
/saat olur. 
75.  Balonlara  doldurulmuş  qazların  təzyiqi  nə  vasitəsi  ilə 
tənzimlənir? 
Balonlara doldurulmuş qazların təzyiqi Reduktor vasitəsi ilə tənzimlənir.  
76.  Texniki  oksigen  qazı  təmizlik  dərəcəsinə  görə  neçə  çeşiddə 
istehsal olunur? 
Texniki  oksigen  qazı  təmizlik  dərəcəsinə  görə  3  (üç)  çeşiddə  istehsal 
olunur.  
 1 - ci çeşidli oksigen – tərkibində azı 99,7 
o
/
o
 xalis oksigen vardır. 
 2 - ci çeşidli oksigen – tərkibində azı 99,5 
o
/
o
 xalis oksigen vardır. 
 3  -  cü  çeşidli  oksigen  –  tərkibində    azı  99,2 
o
/
o
    (həcmcə)  xalis  
oksigen vardır.  

 
 
77.  Kalsium-karbid  parçalarının  ölçülərinə  görə  neçə  cürə 
çeşidlənir? 
Kalsium-karbid parçalarının ölçülərinə görə 4 cürə çeşidlənir. 
 2x8 
 8x15 
 15x25 
 25x80 
78.  Texniki asetilen hansı QOST-un tələblərinə cavab verməlidir? 
QOST- 5457-60 tələblərinə cavab verməlidir. 
79.  Ölçüləri 8-15 mm olan 1-ci növ 1kq karbidi su ilə parçaladıqda 
neçə litr asetilen alınır? 
Ölçüləri 8-15 mm olan 1-ci növ 1kq karbidi su ilə parçaladıqda 260 litr 
asetilen alınır.  
80.  Ölçüləri 15-25 mm olan 2-ci növ 1kq karbidi su ilə parçaladıqda 
neçə litr asetilen alınır? 
Ölçüləri 15-25 mm olan 2-ci növ 1kq karbidi su ilə parçaladıqda 250 litr 
asetilen alınır.  
81.  Ölçüləri 8-15 mm olan 2-ci növ 1kq karbidi su ilə parçaladıqda 
neçə litr asetilen alınır? 
Ölçüləri 8-15 mm olan 2-ci növ 1kq karbidi su ilə parçaladıqda 240 litr 
asetilen alınır.  
82.  Ölçüləri 15-25 mm olan 1-ci növ 1kq karbidi su ilə parçaladıqda 
neçə litr asetilen alınır? 
Ölçüləri 15-25 mm olan 1-ci növ 1kq karbidi su ilə parçaladıqda 270 litr 
asetilen alınır.  
83.  İstehsalatda  istifadə  olunan  Kalsium  karbid  hansı  QOST-un 
tələblərinə cavab verməlidir? 
İstehsalatda  istifadə  olunan  Kalsium  karbid  QOST-  1460-56  tələblərinə 
cavab verməlidir. 
84.  Qaz  qaynaq  geniratorları  istehsal  edilən  asetelien  qazının 
təzyiqindən aslı olaraq neçə    qrupa bölünür? 
Generatorlar  hasil  edilən  asetilenin  təzyiqindən  aslı  olaraq  2  qrupa 
bölünür. 
 Alçaq təzyiqli generatorlar  0,1 kq/sm
2
  daxil olmaqla; 
 Orta təzyiqli generatorlar 0,1-0,7 kq/sm
2
,   0,7-1,5 kq/sm
2
    daxil 
olmaqla. 

 
 
85.  Poladları  hansı  temperatura  qədər  qızdırdıqda  maqnitliyi  yox 
olur? 
Poladları 723
0
 C temperatura qədər qızdırdıqda maqnitliyi yox olur.  
86.  Qaynaq metalında oksigenin (O
2
) artması qaynağın keyfiyyətinə 
necə təsir edir? 
Möhkəmlik və axıcılıq həddini azaldır. 
87.  Sol qaynaq üsulunda alov yandırıcısı hansı istiqamətdə hərəkət 
etdirilir? 
Sol qaynaq üsulunda alov yandırıcısı sağdan sola istiqamətində hərəkət 
etdirilir.  
88.  Qaz qaynaq üsulu qalınlığı neçə mm-ə kimi metalların qaynağı 
üçün sərfəli sayılır? 
Qaz qaynaq üsulu qalınlığı 2 - 4 mm-ə kimi metalların qaynağı üçün sərfəli 
sayılır.  
89.  Yumuşaq lehim ərintiləri hansılardır? 
Qalay və qurğuşun yumuşaq lehim ərintiləridir. 
90.  Sağ  qaynaq  üsulunda  alov  yandırıcısı  ilə  elektrod  məftilinin 
hərəkət ardıcıllığını göstər? 
Əvvəlcə alov yandırıcısı və arxasınca elektrod məftili ardıcıllığı ilə olur. 
91.  Qoruyucu  qazlar  mühütündə  qaynaq  üsulunun  üstünlükəri 
hansılardır?  
Qoruyucu  qazlar  mühütündə  qaynaq  üsulunun  üstünlükəri  yüksək 
keyfiyyətli  qaynaq  tikişinin  alınması  və  prosesin  bütün  vəziyyətlərdə 
aparılmasının mümkün olmasıdır. 
92.  Asetilen  və  oksigen  alovunda  maksimum  temperatur  hansı 
zonada yaranır? 
Asetilen  və  oksigen  alovunda  maksimum  temperatur  bərpaedici  zonada 
yaranır.  
93.  Metal  və  ərintilərin  qaynaqlanma  qabiliyyətinə  əsas  təsir  edən 
element hansıdır? 
Metal  və  ərintilərin  qaynaqlanma  qabiliyyətinə  əsas  təsir  edən  element 
Karbondur. 
 

 
 
94.  Qaz  qaynağı  aparılan  yerdə  neçə  ədəd  oksigen  balonunun 
saxlanılması qadağan deyil? 
Qaz qaynağı aparılan yerdə 2 (iki) ədəd oksigen balonunun saxlanılması 
qadağan deyil. 
95.  Asetilen  generatoru  kalsium  karbid  ilə  doldurulduqdan  sonra, 
odluğu yandırmamışdan əvvəl   nə edilməlidir? 
Qazqolder  və  şlanqlardakı  havanı  şlanqlarda  olan  qazlarla  üfürmək 
lazımdır. 
96.  Qaz qaynaq işləri zamanı şlanqlar nədən qorunmalıdır? 
Şlanqlar  yüksək  temperaturun  təsirindən  və  mexaniki  zədələnmədən 
qorunmalıdır. 
97.  Qaynaq işləri zamanı odluq həddən artıq qızarsa nə edilməlidir? 
Odluğu söndürüb su ilə soytmaq lazımdır. 
98.  Qaz  qaynağı  zamanı  asetilen  generatorundan,  oksigen 
balonlarından, şlanqlardan, qaz xətlərindən və lil çalalarından 
neçə  metr  məsafədə  siqaret  çəkmək  və  açıq  alovdan  istifadə  
etmək qadağandır? 
10  m-dən  az  məsafədə  siqaret  çəkmək  və  açıq  alovdan  istifadə  etmək 
qadağandır. 
99.  Kameranın sayına görə təzyiq nizamlayıcıları necə olur? 
Kameranın sayına görə təzyiq nizamlayıcıları 1 və 2 olur.  
100.  Oksigen qaz təzyiq nizamlayıcısında neçə ədəd manometr olur? 
Oksigen qaz təzyiq nizamlayıcısında 2 ədəd manometr olur.  
101.  Asetilen  qaz  təzyiq  nizamlayıcısında  manometrin  sayı  nə 
qədərdir? 
Asetilen qaz təzyiq nizamlayıcısında 2 ədəd manometr olur.  
102.  Kiçik odluqlar üçün şlanqın diametri nə qədərdir? 
Kiçik odluqlar üçün şlanqın diametri 5,5 mm-dir.     
103.  Adi odluqlar üçün şlanqın diametri neçə mm-dir? 
Adi odluqlar üçün şlanqın diametri 9,5 mm-dir. 
104.  Kəskilər üçün şlanqın diametri neçə mm-dir? 
Kəskilər üçün şlanqın diametri  17,5 mm-dir. 
 

 
 
105.  Şlanqlar  iş  yerlərində  ayda  neçə  dəfə  suya  salınıb  kipliyə 
yoxlanmalıdır? 
Şlanqlar iş yerlərində ayda 1 dəfə suya salınıb kipliyə yoxlanmalıdır.     
106.  Qazı  odluğa  və  kəskiyə  çatdırmaq  üçün  hansı  növ  şlanqdan 
istifadə olunur? 
Qazı odluğa və kəskiyə çatdırmaq üçün  vulkanlaşdırılmış, kətan araqatlı 
rezindən hazırlanmış   xüsusi şlanqlardan istifadə olunur. 
107.  Qaynaqçı  alov  şualarından  və  ərintinin  sıçramasından 
qorunması üçün nədən istifadə  etməlidir? 
Qaynaqçı  alov  şualarından  və  ərintinin  sıçramasından  qorunması  üçün 
xüsusi şüşələrdən hazırlanmış işıq süzgəcli eynəkdən  istifadə etməlidir. 
108.  Qaynaqda hansı fəal qoruyucu qazlardan istifadə olunur? 
Qaynaqda  fəal qoruyucu qazlardan olan  karbon  və hidrogen  
qazlarından istifadə olunur. 
109.  Qaynaq üçün hansı inert qazlardan istifadə olunur? 
Qaynaq üçün  Arqon və helumdan  istifadə olunur. 
110.  Qoruyucu  qaz  mühütündə  hansı  qazlardan  daha  çox  istifadə 
olunur? 
Qoruyucu qaz mühitində Arqon karbon qazından daha çox istifadə olunur.  
111.  Flüsün kimyəvi xassələri üzrə  hansı növü var? 
Flüsün kimyəvi xassələri üzrə silikatlar əmələ gətirənlər növü var.  
112.  Metal nədir? 
Parlaqlığa  malik,  elektriki  və  istiliyi  yaxşı  keçirən,  döyülə  bilən  bərk 
cisimdir. 
113.  Hansı çuqun qaynaq olunmur? 
Ağ çuqun qaynaq olunmur.  
114.  Əlamətlərinə görə metallar neçə cür olur? 
Metallar  əlamətlərinə  görə  iki  növə  ayrılır:   
 əlvan  metallar 
 qara  metallar. 
115.  Poladlar tərkibində olan ligerləyici elementlərin faizlə miqdarına 
görə neçə qrupa    bölünür? 
Poladlar  tərkibində  olan  ligerləyici  elementlərin  faizlə  miqdarına  görə  3 
qrupa bölünür. 

 
 
 aşağı legirli poladlar –  legirləyici elementlərin  miqdarı 2.5 %  - ə 
qədər; 
 orta legirli poladlar –  legirləyici elementlərin miqdarı 2.5 – 10 % 
arasında; 
 yüksək legirli  poladlar –  legirləyici elementlərin miqdarı 10 %  - 
dən yuxarı. 
116.  Azkarbonlu poladın faizlə miqdarı nə qədərdir? 
Azkarbonlu poladın faizlə miqdarı  0,25%-dir.       
117.  Orta karbonlu poladın faizlə miqdarı nə qədərdir? 
Orta karbonlu poladın faizlə miqdarı 0,25-0,6%-dir. 
118.  Qaynaq tikişləri fəzada  yerləşmə vəziyyətinə görə neçə yerə 
bölünür? 
Qaynaq tikişləri fəzada  yerləşmə vəziyyətinə  4  yerə bölünür. 
 Aşağı 
 Üfqi 
 Şaquli 
 tavan 
119.  Lehimləmə zamanı hissələr bir-birinə nə vasitəsilə birləşdirilir? 
Lehimləmə zamanı hissələr bir-birinə  Lehim materialı vasitəsilə 
birləşdirilir. 
120.  Qaynaq  işi  zamanı  asetilen  generatoru  ilə  alov  törədici  mənbə 
arasındakı məsafə neçə  metr  olmalıdır? 
Qaynaq işi zamanı asetilen geniratoru ilə alov törədici mənbə arasındakı 
10 metr olmalıdır. 
121.  Asetilenin kimyəvi işarəsi necədir? 
Asetilenin kimyəvi işarəsi  C
2
H
2
 –dir.       
122.  Diametr üzrə hansı polietilen borular muftasız  qaynaqlanır ? 
225 mm diametrli polietilen boruları muftasız qaynaq edilir. 
123.  Plastik  kütləli  boruların  qaynağı  zamanı  hansı  qaynaq 
üsulundan istifadə edilir? 
Plastik  kütləli  boruların  qaynağı  zamanı  qızdırılmış  alətlə  qaynaq 
üsulundan istifadə edilir. 
 

 
 
124.  Hazırlandığı  plastik  kütlə  markasına  görə  hansı  boru  möhkəm 
sayılır? 
Hazırlandığı  plastik  kütlə  markasına  görə    PEVP-100  markalı  boru 
möhkəm sayılır. 
125.  Sarı zolaqlı plastik borular hansı maddələrin nəqli üçün nəzərdə 
tutulmuşdur? 
Sarı zolaqlı plastik borular Qazın  nəqli üçün nəzərdə tutulmuşdur. 
126.  Qızdırıcıda istilik relesi ilə nəyi tənzimləyirlər? 
Qızdırıcıda istilik relesi ilə Temperaturu  tənzimləyirlər. 
127.  Viniplastı hansı temeraturda qaynaq edirlər? 
Viniplastı 200
0
-220

C  temeraturda qaynaq edirlər.           
128.  Qaynaqlanan 
hissələrin 
uclarının 
müxtəlif 
çirklərdən 
təmizlənməməsi  qaynaq  tikişinin  möhkəmliyinə  necə  təsir  edə 
bilər? 
Qaynaqlanan  hissələrin  uclarının  müxtəlif  çirklərdən  təmizlənməməsi 
qaynaq tikişinin   möhkəmliyin azaldar. 
129.  Hansı qaynaq birləşməsində boruların ucları daha çox qızır? 
Uc-uca qaynaq birləşməsində boruların ucları daha çox qızır. 
130.  Diametr üzrə hansı polietilen borular mufta ilə qaynaqlanır? 
Diametr üzrə 25 mm-lik polietilen borular mufta ilə qaynaqlanır.       
131.  Polietilen boruların istismarı  zamanı qaynaq tikişində yaranan 
qüsurlar necə bərpa edilir? 
Polietilen boruların istismarı zamanı qaynaq tikişində yaranan qüsurlar 
kəsilərək  bərpa edilir. 
132.  Üc-uca qaynaqlanan polietilen plastik kütlə borularının qaynaq 
tikişlərinin keyfiyyətinə  hansı fiziki üsulla nəzarət etmək olar? 
  Üc-uca qaynaqlanan polietilen plastik kütlə borularının qaynaq tikişlərinin 
keyfiyyətinə ultrasəs    üsulu ilə nəzarət etmək olar. 
133.  Qaynaq birləşmələrində ən təhlükəli qüsurlar hansıdır? 
Qaynaq 
birləşmələrində 
ən 
təhlükəli 
qüsurlar 
termostruktur 
dəyişmələridir. 
134.  Plastik kütlələr qara metaldan neçə dəfə yüngüldür? 
Plastik kütlələr qara metaldan 5-6 dəfə yüngüldür. 

 
 
135.  Plastik  kütlə  borularının  qaynağında  məsaməliyin  əmələ 
gəlməsinin əsas səbəbi nədir? 
Plastik kütlə borularının qaynağında məsaməliyin əmələ gəlməsinin əsas 
səbəbi  əridilmiş  ucların    uzun  müddət  havada  qalması  və  oturtma 
təzyiqinin kifayət qədər  olmamasıdır. 
136.  Plastik 
kütlə  borularının  qaynaq  rejim  parametrləri 
hansılardır? 
Plastik  kütlə  borularının  qaynaq  rejim  parametrləri    qızdırılma 
temperaturu, qızdırma müddəti, oturtma təzyiqi və soyuma müddətidir. 
137.  Qaynaq  tikişlərində  hansı  vəziyyətdə  yerləşən  qüsurlar  daha 
təhlükəlidir? 
Qaynaq  tikişlərində  Gərilmə  qüvvələrinə  perependikuliyar  yerləşən 
qüsurlar daha təhlükəlidir. 
138.  Çöl şəraitində borular xəndəyin harasında qaynaqlanırlar? 
Çöl şəraitində borular xəndəyin kənarında qaynaqlanırlar.   
139.  Qaynaq birləşməsində hansı qüsur əmələ gələ bilər? 
Qaynaq  birləşməsində  məsaməlik,  bitişməzlik,  batıqlar,  termostruktur 
dəyişməsi qüsurları əmələ gələ bilər.             
140.  İzi qalmayan qaynaq üsulu hansıdır? 
Ultrasəslə edilən qaynaq  izi qalmayan qaynaq üsuludur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
II BÖLMƏ  
QAZIN 
ALQI-SATQISI, 
ÖLÇÜ 
VASİTƏLƏRİ 
və 
QAZ 
TƏSƏRRÜFATI 
MÜƏSSİSƏLƏRİNDƏ 
QAZ 
SƏRFİ 
və 
QAZPAYLAYICI ŞƏBƏKƏLƏRDƏ TEXNİKİ İTKİLƏRİN TƏYİN 
OLUNMASI METODİKASI HAQQINDA  
 
 
I FƏSİL 
QAZIN ALQI-SATQISI HAQQINDA 
 
1. 
Ölkə ərazisində təbii qazın alqı-satqısı necə tənzimlənir? 
Ölkə  ərazisində  təbii  qazın  alqı-satqısı  "Qaz  təchizatı  haqqında" 
Azərbaycan  Respublikasının  Qanununa  əsasən  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  12.05.2011-ci  il  tarixli  80  №-li  qərarı  ilə  təsdiq 
edilmiş  “Qazdan  istifadə  Qaydaları”  ilə  tənzimlənir.  Bu  qaydalar  qaz 
paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın 
alqı-satqı  müqaviləsi  əsasında),  şəbəkəyə  qoşulma  və  şəbəkədən  ayırma 
şərtlərini,  qazın  keyfiyyəti  (təzyiq  və  təchizatın  etibarlılığı),  qazın 
dəyərinin ödəmə şərtlərini müəyyən edir. 
2. 
Qaz paylayıcısı kimdir? 
Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu 
qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını 
və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. 
Qaz təhlükəli olduğu üçün onun buraxılması, tələblərə uyğun olaraq yerinə 
yetirilməlidir. Qaz kəmərlərinə, QPM-ə (Qaz paylayıcı məntəqə) və qazla 
işləyən obyektlərin qaz avadanlıqlarına qazın buraxılması üzrə işlərin qaz 
təsərrüfatı  müəssisələrinin  ixtisaslaşdırılmış  işə  buraxılma-sazlama 
təşkilatları tərəfindən (paylayıcılar, əmtəə operatorları) aparılmasına icazə 
verilir.  
3. 
İstehlakçı kimdir? 
Alqı-satqı  müqaviləsi  əsasında  qazı  satın  alan  və  qazdan  yanacaq  və  ya 
xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs istehlakçı adlanır. 
 

 
 
4. 
Qaz  paylayıcısı  tərəfindən  istehlakçının  qazla  təchiz  edilməsi 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin