AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Sənaye,  kənd  təsərrüfatı  və  kommunal  müəssisələrin  qaz



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   10   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


15.  Sənaye,  kənd  təsərrüfatı  və  kommunal  müəssisələrin  qaz 
avadanlıqlarına nələr daxildir? 

 
 
Sənaye, 
kənd 
təsərrüfatı 
və  kommunal  müəssisələrinin  qaz 
avadanlıqlarının tərkibinə qaz kəmərləri, qaz tənzimləyici məntəqələr və 
ya qurğular və qazdan yanacaq kimi istifadə edən aqreqatların (qazanlar, 
sobalar (peçlər) və s.) qaz avadanlıqları daxildirlər. 
16.  Yeni  tikilmiş  istilik  qazanxanalarının  istismara  buraxılmasına 
hansı işlər yerinə yetirildikdən sonra icazə verilir ? 
Yeni  tikilmiş  istilik  qazanxanalarının  istismara  buraxılmasına  aşağıdakı 
işlər yerinə yetirildikdən sonra icazə verilir: 
 qaz kəmərlərinin və qaz avadanlıqlarının təhlükəsizlik avtomatikası 
və  nəzarət  ölçü  cihazlarının  layihəyə  uyğunluğu  və  tam  istismara 
yararlığı təmin edildikdə
 tüstü  kənaredici  və  ventilyasiya  qurğularının  layihəyə  uyğunluğu, 
binanın partlayış təhlükəsizliyini təmin edən elektrik işıqlandırılması 
ilə təmin olunması; 
 örtüyün  və  divarların  qaz  keçirməzliyi  barədə  (mövcud  divarlara 
bitişik tikilmiş qazanxanalar üçün) akt təqdim edildikdə;  
 Qaz  təchizatı  müəssisəsinin  nümayəndəsi  və  qazanxananın 
təhlükəsiz  istismarına  cavabdeh  məsul  şəxslərin  iştirakı  ilə  tərtib 
olunmuş qəbul aktının təsdiq olunmuş surəti mövcud olduqda; 
 xidmət heyətinin biliklərinin yoxlanılması haqqında müvafiq sənəd 
(protokol) təqdim edildikdə. 
17.  Müəssisələrdə  qaz  avadanlıqlarının  texniki  xidməti  və  təmiri 
işləri kimlər tərəfindən yerinə yetirilir? 
İstismar  prosesində  qaz  avadanlıqlarının  texniki  xidməti  və  təmiri  “Qaz 
təsərrüfatında  texniki  təhlükəsizlik  qaydaları”  və  “Qaz  təsərrüfatında 
təhlükəsizlik qaydaları”nın tələblərinə əsasən, müəssisələrin işçiləri və ya 
müqavilə  əsasında  Qaz  təchizatı  müəssisəsi  tərəfindən  yerinə 
yetirilməlidir. 
18.  İctimai  və  yaşayış  binalarının  aşağı  təzyiqli  daxili  qaz  xətləri 
kipliyə hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ?  
CHИП  3.05.02-88  əsasən  İctimai  və  yaşayış  binalarının  aşağı  təzyiqli 
daxili  qaz  xətləri  kipliyə  0,05  atm  təzyiq  altında    5  dəq.  müddətində 
sınaqdan keçirilməlidir. 

 
 
19.  İctimai  və  yaşayış  binalarının  aşağı  təzyiqli  daxili  qaz  xətləri 
möhkəmliyə  hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ? 
CHИП  3.05.02-88  əsasən  İctimai  və  yaşayış  binalarının  aşağı  təzyiqli 
daxili  qaz  xətləri  möhkəmliyə  1,0  atm  təzyiq  altında  1saat    müddətində 
sınaqdan keçirilməlidir. 
20.  Binaların  daxilində    qaz  kəmərlərinə  qoşulmalar  necə 
aparılmalıdır? 
Qaz kəmərlərinin binaların və otaqların içərisində işçi təzyiq altında olan 
qaz kəmərlərinə qoşulması qəti qadağandır. 
Bu  zaman  binaya  (iş  aparılan  sahəyə)  qazın  verilməsi  dayandırılmalı, 
istismarda  olan  boru  kəməri  sahəsi  qazdan  azad  edildikdən  və  hava  ilə 
üfürüldükdən sonra qoşulma işlərini yerinə yetirmək mümkündür. 
Qaz  kəmərlərinin  hava  ilə  üfürülməsi  “Qaz  təsərrüfatında  texniki 
təhlükəsizlik qaydaları”na əsasən yerinə yetirilməlidir. 
21.  Qaz    təchizatı  obyektlərinin  istismara  buraxılması  necə  həyata 
keçirilir? 
Qaz təchizatı obyektlərinin istismara buraxılması və qazın verilməsi təsdiq 
edilmiş qəbul aktına və Dövlət Qaz Nəzarəti İdarəsindən alınmış xüsusi 
icazəyə əsasən, bir qayda olaraq, müvafiq əmrlə həyata keçirilir. 
22.  Qaz-hava  qarışığı  çıxarılan  otaqlarda  hansı  təhlükəsizlik 
tələblərinə riayət olunmalıdr ? 
Qaz  avadanlıqlarından  qaz-hava  qarışığı  çıxarılan  otaqlarda  (yerlərdə), 
açıq oddan və elektrik cihazlarından istifadə etmək qəti qadağandır. 
23.  Qazlaşdırılmış  obyektlərin  istismara  qəbul  ediməsi  barədə 
komissiya  üzvlərinə və FHN-nin SİTGDMN Agentliyinə ən azı 
neçə gün əvvəl məlumat verilir ?   
Qazlaşdırılmış  obyektlərin  istismara    qəbul  ediməsi  barədə  ən  azı 
komissiya üzvlərinə 2 gün və FHN-nin SİTGDMN Agentliyinə isə 5 gün  
əvvəl məlumat verilməlidir. 
24.  Mənzillərdə  istifadə  edilən  məişət  qaz  cihazlarının  təhlükəsiz 
istismar olunmasına kimlər cavabdehdir ? 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 
№-li  qərarı  ilə  təsdiq  edilmiş  “Qazdan  istifadə  Qaydaları”əsasən 

 
 
mənzillərdə  istifadə  edilən  məişət  qaz  cihazlarının  təhlükəsiz  istismar 
olunmasına mənzil sahibləri cavabdehdirlər.    
25.  Qaz avadanlıqlarının keyfiyyətli xidmətinə, təmirinə və təhlükəsiz 
istismarına  kimlər   cavabdehdir ? 
Qaz  avadanlıqlarının  keyfiyyətli  xidmətinə,  təmirinə  və  təhlükəsiz 
istismarına Qaz istismar sahəsi cavabdehdir
26.  Yаşаyış  еvlərində  qаz  plitələrinin  qоyulmаsı  üçün  hansı  texniki 
tələblər ödənilməlidir? 
Yаşаyış  еvlərində  qаz  plitələrinin  qоyulmаsı  nəfəslik  pəncərəsi,  sоrucu 
vеntilyаsiyа kаnаlı və təbii işıqlаndırmаsı оlаn, hündürlüyü 2.2 mеtrdən аz 
оlmаyаn  mətbəх  оtаqlаrındа  nəzərdə  tutulmаlıdır.  Bu  hаldа  mətbəх 
оtаqlаrının həcmi аşаğıdа göstərilənlərdən аz оlmаmаlıdır: 
 İki оdluqlu qаz plitələri üçün - 8 m
3

 Üç оdluqlu qаz plitələri üçün - 12 m
3

 Dörd оdluqlu qаz plitələri üçün - 15 m
3

27.  Məişət  qaz  cihazlarının  qarşısında  qazın  təzyiqi  nə  qədər 
saxlanıla bilər? 
Məişət qaz cihazlarının qarşısında qazın təzyiqi 0,03 atm-dən (300 mm su 
sütunundan)  artıq  olmamaqla,  cihazların  pasport  göstəricilərinə  uyğun 
olaraq qəbul edilməlidir. 
28.  Yаşаyış  еvlərinində  təbii  qazla  işləyən  su  qızdırıcılarının 
quraşdırılması  üçün hansı texniki tələblər ödənilməlidir? 
Təbii  qazla  işləyən  su  qızdırıcılаrı  qоyulаn  mətbəхlərdə  və  yа  оtаqlаrdа 
vеntilyаsiyа kаnаllаrı оlmаlıdır. Hаvаnın dахil оlmаsı üçün (nəzərə аlmаq 
lаzımdır ki, 1 m
3
 mеtаn qаzın оdluqdа tаm yаnmаsı üçün 9.5 m
3
 hаvа tələb 
оlunur)  bitişik  оtаqlаrа  çıхаn  divаrın  və  yа  qаpının  аşаğı  hissəsində 
bаrmаqlıq və yа qаpı ilə döşəmə аrаsındа boşluq еn kəsiyi 0.02 m
2
-dаn аz 
оlmyаn аrа nəzərdə tutulmаlıdır.  
29.  Qaz  kəməri ilə razetka və elektrik açarları arasında  məsafə ən 
azı nə qədər olmalıdır? 
Qaz kəməri ilə razetka və elektrik açarları arasında məsafə 0.5 metrdən az 
olmamalıdır. 
 

 
 
30.  Hansı  binaların  vanna  otaqlarında  təbii  qazla  işləyən  su 
qızdırıcılarının quraşdırılmasına icazə verilmir?  
İsti  su  ilə  təchiz  edilən  mehmanxanaların.  sanatoriyaların,  istirahət 
evlərinin  vanna  otaqlarında,  həmçinin  isti  su  ilə  təchiz  edilən  yaşayış 
otaqlarında təbii qazla  işləyən su qızdırıcılarının quraşdırılmasına icazə 
verilmir.  
31.  Qaz cihazları tüstü bacalarına hansı borularla birləşdirilməlidir 
və birləşdirici borulardan biri digərinin içərisinə nə qədər daxil 
olmalıdır? 
Qaz  cihazları  tüstü  bacalarına  metal  borularla  birləşdirilməlidir. 
Birləşdirici borular tüstü bacasına kip birləşdirilməlidir. Birləşdirici qollar 
biri digərinə diametrinin 0,5 hissəsi qədər daxil olmalıdır. 
32.  Uşaq  bağçalarının  yataq  və  qrup  otaqlarının  altında  qaz 
cihazlarının quraşdırılmasına icazə verilirmi ?  
Uşaq  bağçalarının  yataq  və  qrup  otaqlarının  altında  qaz  cihazlarının 
quraşdırılmasına icazə  verilmir. 
33. Qazla işləyən sobaların odluq hissəsinin qarşısında ən azı nə qədər 
keçid məsafəsi olur ?  
Qazla  işləyən  sobaların  odluq  hissəsinin  qarşısında  ən  azı  1  m.  keçid 
məsafəsi olur. 
34. Yaşayış binalarında qaz xətləri hansı borularla çəkilir ?  
Yaşayış binalarında qaz xətləri yalnız metal borularla çəkilməlidir.  
35. Yaşayış binalarında və fərdi yaşayış evlərinin daxili qaz xətlərində 
və dik orularında tıxac qoymaq olarmı ? 
Yaşayış  binalarında  və  fərdi  yaşayış  evlərinin  daxili  qaz  xətlərində  və 
dikborularında tıxac qoymaq olmaz. 
36.  Binalarda qaz dayaqlarının harada çəkilməsinə yol verilmir? 
Binalarda qaz dayaqlarının yaşayış otaqlarından və sanitar qovşaqlarından 
çəkilməsinə yol verilmir. 
37. Hündürlüyü  10  mərtəbəyə  (daxil  olmaqla)  qədər  olan  yaşayış 
binalarında qaz kəməri dayaqlarının çəkilməsi necə aparıla bilər? 
Hündürlüyü 10 mərtəbəyə (daxil olmaqla) qədər olan yaşayış binalarında 
qaz  kəməri  dayaqları  binanın  daxili  (yaşayış  otaqlarından  və  sanitar 
qovşaqları istisna olmaqla) və ya binanın fasadı ilə aparıla bilər. 

 
 
38.  Hündürlüyü 10 mərtəbədən yuxarı olan yaşayış binalarında qaz 
kəməri dayaqlarının çəkilməsi necə aparıla bilər? 
Hündürlüyü  10  mərtəbədən  yuxarı  olan  yaşayış  binalarında  qaz  kəməri 
dayaqlarının çəkilməsi binanın fasadı ilə aparılmalıdır.  
39. Axımlı su qızdırıcıları yanmayan divarda quraşdırıldıqda divarla 
su qızdırıcısı arasında minimal məsafə nə qədərdir ? 
Axımlı  su  qızdırıcıları  yanmayan  divarda  quraşdırıldıqda  divarla  su 
qızdırıcısı arasında minimal məsafə ən azı 2 sm. olmalıdır. 
40. Axımlı su qızdırıcıları çətin yanan divarda quraşdırıldıqda divarla 
su qızdırıcısı arasında minimal məsafə nə qədərdir 
Axımlı  su  qızdırıcıları  çətin  yanan  divarda  quraşdırıldıqda  divarla  su 
qızdırıcısı arasında minimal məsafə ən azı 3 sm olmalıdır. 
41. Tutumlu  su  qızdırıcıları  yanmayan  divardan  hansı  minimal 
məsafədə quraşdırılır ?   
Tutumlu  su  qızdırıcıları    yanmayan  divardan  ən  azı  15  sm  aralı 
quraşdırımalıdır. 
42. Qaz  ilə  işləyən  su  qızdırıcıları  quraşdırılmış  vanna  otaqlarında 
qapı ilə döşəmə arasındakı boşluğun sahəsi nə qədərdir ? 
Qaz  ilə  işləyən  su  qızdırıcıları  quraşdırılmış  vanna  otaqlarında  qapı  ilə 
döşəmə arasındakı boşluğun sahəsi  ən  azı 0,02 m
2  
olmalıdır. 
43. Aşağı  təzyiqli  qaz  xətlərinin  başqa  qayda  ilə  çəkilməsi  mümkün 
olmadıqda yaşayış otaqları ilə çəkilə bilərmi ?  
Yaşayış otaqlarından tranzit şəkildə yivli birləşmə və armatur qoyulmadan 
metal borularla qaz kəmərinin çəkilməsinə icazə verilir. 
44. Yanma  məhsullarının  kənarlasdırılması  üçün  tüstü  bacalarına 
olan tələblər hansılardır? 
Konstruksiyalarında  yanma  məhsullarının  kənar  edilməsi  tüstü  bacaları 
nəzərdə  tutulan  qaz  cihazlarından,  sobalarından  və  digər  qaz 
avadanlıqlarından yanma məhsullarının kənarlaşdırılması 
hər  cihazdan,  aqreqatdan  və  ya  sobadan  ayrılmış  xüsüsi  tüstu  bacası  ilə 
nəzərdə tutulmalıdır. 
Mövcud  binalarda  yanma  məhsullarının  bacaya  girişləri  müxtəlif 
səviyyələrdə olmaq şərti ilə bir bacaya ikidən artıq olmamaqla binanın eyni 
və  ya  muxtəlif  mərtəbələrində  yerləşdirilmiş  suqızdırıcıları  və  ya  istilik 
sobalarının  birləşdirilməsinin  nəzərdə  tutulmasına  yol  verilir.  Bu  halda 

 
 
bacaya girişlər biri-digərindən 0,75m-dən yaxın olmamalıdır və ya bacada 
0,75m-dən  az  olmayan  hündürlükdə  eyni  səviyyədə  bölünmələr 
düzəldilməlidir. 
Mövcud  binalarda  bacalar  olmadıqda  əlavə  (yana  qoyulan)  bacaların 
nəzərdə tutulmasına yol verilir. 
45. Tüstü bacasının en kəsiyi minimum nə qədər olmalıdır? 
Ona birləşdirilən qaz cihazının borusunun (yanma məhsullarının atılması 
üçün) en kəsiyinin sahəsindən az olmamalıdır. 
46.  Ventilyasiya kanalları hansı müddətdən bir təmizlənməlidir ?  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 
№ - li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən Tüstü 
bacalarının, havalandırma və havadəyişmə xətlərinin və tüstü bacalarının 
girişlərinin vəziyyətinin vaxtlı-vaxtında, xüsusilə qış aylarında mütəmadi 
olaraq  yoxlanılmasını  və  ildə  bir  dəfədən  az  olmayaraq  təmizlənməsini 
təmin etməli və görülmüş işləri müvafiq qaydada sənədləşdirməli; 
47.  Cihazlardan  və  sobalardan  tüstü  bacasına  çəkilən  birləşdirici 
borularda döngələrin sayı ən çox nə qədər ola bilər ?  
Cihazlardan  və  sobalardan  tüstü  bacasına  çəkilən  birləşdirici  borularda 
döngələrin sayı 3 ədəddən artıq olmasına icazə verilmir. 
48.  Komissiya tərəfindən qəbul edilmiş obyekt hansı müddət ərzində 
istismara qəbul edilmədikdə yenidən kipliyə yoxlanılır ? 
Komissiya tərəfindən qəbul edilmiş obyekt 6 ay müddətinə istismara qəbul 
edilmədikdə yenidən kipliyə yoxlanılmalıdır . 
49.  Sənaye,  kənd  təsərrüfatı  və  kommunal  müəssisələrinin  qaz 
avadanlıqlarına hansı müddətdən bir texniki xidmət göstərilir ? 
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz avadanlıqlarına 
ayda bir dəfən gec olmamaqla  texniki xidmət göstərilməlidir. 
50.  İctimai  təyinatlı  və  əhaliyə  məişət  xidməti  müəssisələrindəki, 
habelə  yaşayış  evlərinin    qaz  kəmərlərinin  hava  ilə  üfürülərək 
nəzarət  üçün  yoxlanılması  hansı  müddətdə  və    təzyiq  altında 
aparılır və təzyiq düşməsi nə qədər ola bilər?  
İctimai  təyinatlı  və  əhaliyə  məişət  xidməti  müəssisələrindəki,  habelə 
yaşayış  evlərinin    qaz  kəmərlərinin  hava  ilə  üfürülərək  nəzarət  üçün 

 
 
yoxlanılması    5  dəqiqə  müddətində  və  05  atm  təzyiq  altında  aparılır  və 
təzyiq düşməsi 20 mm su süt.ola bilər. 
51.  Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrində qızdırıcı 
qazanların daxili qaz kəmərləri hava ilə üfürülərək nəzarət üçün 
yoxlanılması hansı müddətdə və  təzyiq altında aparılır və təzyiq 
düşməsi nə qədər ola bilər ?  
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrində qızdırıcı qazanların 
daxili qaz kəmərləri hava ilə üfürülərək nəzarət üçün yoxlanılması  1saat  
müddətdə və  0,1 atm,  təzyiq altında aparılır və təzyiq düşməsi 60 mm su 
süt-na qədər ola bilər.  
52.  Məişət (diafraqmalı) qaz sayğaclarının maksimal işçi təzyiqi nə 
qədərdir ? 
 
Məişət  (diafraqmalı)  qaz  sayğaclarının  maksimal  işçi  təzyiqi  0,05atm-ə 
(5000 mm su süt) qədərdir. 
53. Qeyri  standart  qaz  cihazlarının  qarşısında  neçə  bağlayıcı  kran 
(ventil) quraşdırılmalıdır?  
Qeyri standart qaz cihazlarının qarşısında 2  ədəd bağlayıcı kran  (ventil) 
quraşdırılmalıdır  
54. Tüstü  bacalarının  və  ventilyasiya  kanallarının  saz  vəziyyətdə 
saxlanılmasına kimlər cavabdehdir ? 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 
№-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən ildə bir 
dəfədən  az  olmayaraq  tüstü  və  havadəyişmə  xətlərinin  növbəti 
yoxlamalarını  və  təmizləmələrini  aparmadan  qazdan  istifadə  etmək 
qadağandır.  Qaz  Təsərrüfatında  Təhlükəsizlik  qaydalarına  əsasən  tüstü 
bacalarının və ventilyasiya kanallarının saz vəziyyətinə binaların sahibləri 
cavabdehdir. 
55.  Qaz yanacağı ilə işləyən qazan aqreqatlarında və onlardan çıxan 
tüstü  bacalarında  partlayıcı  klapanlar  harda  və  necə  nəzərdə 
tutulmalıdır? 
Qaz  yanacağı  ilə  işləyən  qazan  aqreqatlarında  və  onlardan  çıxan  tüstü 
bacalarında partlayıcı klapanlar nəzərdə tutulmalıdır.  
Buxarın  təzyiqi  0,07  MPa-dan  (0,7  kqq/sm
2
-dən)  yuxarı  olan  buxar 
qazanlarında  və  suyun  temperaturu  115

S-dən  yuxarı  olan  suqızdırıcı 

 
 
qazanlarda  partlayıcı  klapanların  qoyulması  buxar  və  suqızdırıcı 
qazanların  quruluşunu  və  təhlukəsiz  istismarını  tənzimləyən  qaydalara 
uyğun olaraq nəzərdə tutulmalıdır.  
Buxarın  təzyiqi  0,07  MPa-dan  (0,7  kqq/sm2-dən)  artıq  olmayan  buxar 
qazanları  və  suyun  temperaturu  115
0
S-dən  artıq  olmayan  suqızdırıcı 
qazanları  üçün,  həmçinin  qazan  aqreqatlarının  tüstü  bacaları  üçün 
partlayıcı  klapanların  sayı,  onların  yerləşdirilməsi  və  ölçüləri  layihə 
təşkilatı tərəfindən təyin edilməlidir.  
Tüstü  qazı  bir  tərəfə  hərəkət  edən  qazanların  kərpic  hörgülərində 
(obmurovkalarında),  şaquli  slindrik  qazanlar,  paravoz  tipli  və 
lokomobillərin  qazanları  üçün,  həmçinin  tüstü  bacalarında  tüstü 
sorucularından 
qabaqda 
partlayıcı-qoruyucu 
klapanların 
nəzərdə 
tutulmamasına yol verilir. 
56. Dəm qazı hansı halda yaranır ? 
Kimyəvi  adı  karbon-monooksid  (CO)  olan  dəm  qazı  təmiz  halda  gözə 
görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan 
qazdır. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının 
və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.  
Dəm  qazı  natamam  yanma  məhsulu  olub  güclü  zəhərləyici  xassəyə 
malikdir.  İnsanlar  yüksək  konsentrasiyalı  dəm  qazı  olan  mühitdə  çox 
qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Havada 
dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma 
başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 
dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan 
sonra) ölüm baş verir.  
 
 
 

 
 
IV FƏSİL 
QƏZALARIN  LƏĞVİ,  MƏHDUDLAŞDIRILMASI  VƏ  QAZ 
TƏHLÜKƏLİ İŞLƏR HAQQINDA 
 
1. 
Qəzaların ləğvi üzrə ilkin tədbirlər hansılardır?  
 zədələnmiş  qaz  kəməri  sahəsinin  istismarda  olan  qaz  kəmərindən 
açılması; 
 təbii  qazla  qazlaşmiş  (qaz  toplanmış)  otaqların  havasının 
dəyişdirilməsi və mayeləşdirilmiş qaz toplanmış otaqların, partlayış 
təhlükəsi istisna olunan üsulla məcburi ventilyasiyası; 
 siqaret (papiros) çəkilməsi, kibrit yandırılması, elektrik lampasının 
və  elektrik  cihazlarının  qoşulması  və  açılması,  açıq  odla  istilik 
cihazlarından,  peçlərdən,  ağ  neft  plitələrindən  istifadə  edilməsi  və 
sair bu kimi halların qadağan edilməsi; 
 otağa  (binaya)  açıq  odla  daxil  olmamaq  üçün  binanın  girişində 
xəbərdarlıq yazısı olmalıdır; 
 lazım olan hallarda qaz toplanmış otaqlardan sakinlərin köçürülməsi. 
2.  Qəza məlumatlarının qəbulu necə aparılmalıdır? 
Qəza  məlumatlarının  qəbulu  qəza-dispetçer  xidməti  tərəfindən  bütün  gün 
ərzində  aparılmalı  və  xüsusi  nömrələnmiş  və  möhürlənmiş  jurnalda  vaxt 
göstərilməklə qeyd olunmalıdır. 
Qaz təsərrüfatında baş verən qəzalar, qaz sızmaları  və  qaz kəmərlərinin, 
armaturların,  qaz  cihazlarının  nasazlıqları  haqqında  məlumatları  Qaz 
təchizatı  müəssisələrinə  xəbər  vermək  üçün  qəza-dispetçer  xidmətinin 
telefon  nömrələri,  əhaliyə  və  digər  istehlakçılara  çatdırılması  təmin 
edilməlidir. 
3. 
Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər hansı 
sənəd əsasında həyata keçirilir? 
Qəza  vəziyyətlərinin  məhdudlaşdırılması  və  ləğvi  üzrə  işlər  qəzaların 
aradan qaldırılması və  məhdudlaşdırılması planı ilə  müəyyənləşdirilməli 
və  əlaqəli  idarələrin  (yanğın  mühafizəsi,  təcili  yardım,  polis,  kabel 
xətlərinin  istismarı  ilə  məşğul  olan  təşkilatlar,  su-kanalizasiya  xidməti) 
qarşılıqlı  köməyi  ilə  yerli  şəraitdən  asılı  olaraq,  qaz  təsərrüfatı 

 
 
müəssisəsinin  təsdiq  etdiyi,  nümunəvi  plan  əsasında  hər  bir  xidmət 
tərəfindən  işlənib  hazırlanmalı  və  yerli  aidiyyəti  orqanlarla  razılaş-
dırılmalıdır. 
4.  Qəza vəziyyətinin qarşısının alınması və onun məhdudlaşdırılması 
planına nələr daxildir? 
 qəza vəziyyətlərinin xəbərdarlığı və məhdudlaşdırılması tədbirləri
 insanların və qiymətli malların xilas edilməsi tədbirləri; 
 tədbirlərin yerinə yetirilmə qaydaları. 
5.  Təmir-bərpa işləri necə təşkil edilir? 
Təmir-bərpa  işləri  Qaz  təchizatı  müəssisəsinin  rəhbərliyi  tərəfindən 
imzalanmış sərəncama əsasən, istismar işçiləri tərəfindən yerinə yetirilir. 
Həmin işlərin icrası üçün icazə-buraxılış tərtib olunmalı və qəza xidməti 
ilə razılaşdırılmalıdır. 
6.  Qəza  haqqında  məlumatı  qəbul  etmiş  növbətçi  dispetçeri  nə 
etməlidir? 
Qəza  haqqında  məlumatı  qəbul  etmiş  növbətçi  dispetçeri,  qəza  xidməti 
gələnə  qədər  təhlükəsizliyi  təmin  etmək  məqsədilə,  xəbər  verən  şəxsi 
məlumatlandırmalı və təcili qəza briqadasını obyektə göndərməlidir. 
Daxil olmuş məlumatlar və bildirişlər dərhal qəza məlumatları kitabinda 
qeyd  olunmalıdır:  kitabda  məlumatın  qeyd  olunma  vaxtı  (tarix,  saat  və 
dəqiqə), zədələnmənin xarakteri (məlumat verənin sözlərinə əsasən), qəza 
yerinə briqadanın çıxma və çatma vaxtı,  yerinə  yetirilmiş  işlər haqqında 
məlumatlar, işlərin qurtarması və briqadanın geriyə qayıtma vaxtları qeyd 
olunmalıdır. 
Qəzaların  ləğv  edilməsi  üçün  göndərilən  işçilərə,  xüsusi  blanklarda 
kartoçkalar (sifarişlər) açılır və həmin kartoçkada qəza haqqında məlumat 
verənin  imzası  ilə  qəzaların  aradan  qaldırılması  təsdiq  edilir.  Qəza 
briqadası çağırışda olduqda, sifarişlər telefonla verilə bilər. 
7. 
Qəza  xidməti  briqadası  qəza  yerinə  hansı  müddət  ərzində 
çıxmalıdır? 
Qəza  xidməti  briqadası  qəza  yerinə,  partlayış,  yanğın,  otaqlara  qaz 
toplanması  barədə  xəbər  verildikdən  sonra  5  dəqiqədən  gec  olmayaraq 
çıxmalıdır.  Bu  halda  qəza  xidməti  maşınından,  xüsusi  hallarda  qəza 
xidməti maşını olmazsa başqa imkanlardan istifadə edilməlidir. 

 
 
8.  Mənzildə və ya pilləkan qəfəsində qaz iyi gəlir çağırışı zamanı nə 
edilməlidir? 
Mənzildə  və  ya  pilləkən  qəfəsində  “qaz  iyi  gəlir”  qəza  çağırışına  gələn 
qəza briqadası, məlumat verənin göstərdiyi yerlərdə, eləcə də ona qonşu 
yerlərdə zirzəmilərdə havanın tərkibində qazın olmasını yoxlamalı, aşkar 
olunmuş çatışmazlıqları ləğv etməlidir. 
Otaqlarda qaz sızması ləğv edildikdən və otağın havası dəyişdirildikdən 
sonra, təkrarən otaqda, qonşu binaların otaqlarında və zirzəmilərində qazın 
mövcudluğu yoxlanılmalıdır. 
“Qaz  iyi  gəlir”  qəza  çağırışı  ilə  göstərilən  otaqlarda  qazın  olması  aşkar 
edilmədikdə,  pilləkən  qəfəsində  və  binanın  zirzəmisində  qazın 
mövcudluğu yoxlanılmalıdır. 
Yoxlamaq  üçün  hava  nümunəsi  təbii  qaz  üçün  yuxarı  zonadan, 
mayeləşdirilmiş  qazlar  üçün  isə  aşağı  zonadan  (döşəmədən  30  cm-dən 
artıq olmayan hündürlükdən) götürülməlidir. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin