AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


93.  Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə 
qoşulması zamanı hansı işlər görülməlidir?  
 Qoşulma  işlərinin  aparılmasından  əvvəl  elektro-kimyəvi  mühafizə 
vasitələri açılmalıdır (ayrılmalıdır). 
 Qoşulmadan  və  qazın  verilməsindən  əvvəl  yeni  tikilmiş  qaz 
kəmərləri  “Qaz  təsərrüfatında  texniki  təhlükəsizlik  qaydaları”nın 
tələblərinə uyğun olaraq yoxlama sınağından keçirilməlidir. 
 Girişlərdə bütün bağlayıcı qurğular bağlanılmalı və metal tıxaclarla 
qapanmalıdırlar. 
 İşlərin  icrası  tərtib  edilmiş    iş  planı  və  təlimat  əsasında  yerinə 
yetirilməlidir. 
94.  Qaz kəmərindən  qaz-hava qarışığının üfürülməsi  necə həyata 
keçirilir? 
Qaz  kəmərinə  qaz  verilərkən  qaz-hava  qarışığının  üfürülməsi  atqı  şamı 
vasitə  ilə  həyata  keçirilməlidir.  Atqı  şamında  quraşdırılmış  kranlar, 
ardıcıllıqla  açılmalı  və  işlər    onu  yerinə  yetirə  bilən  işçilər  tərəfindən 
təlimat aldıqdan sonra icra edilməlidir. Qazı atqı şamından havaya buraxan 
müddət  ərzində  yaxınlıqda  10  m  radiusunda  açıq  oddan  istifadə  etmək, 
siqaret çəkmək və digər qaz-hava qarışığının yanmasına səbəb ola bilən 
hərəkətlərə  yol  verilməməlidir.  Eyni  zamanda  ildırım  çaxan  zaman  qazı 
atqı şamı vasitəsilə havaya buraxmaq qəti qadağandır. 
95.  Qaz  kəmərləri  nəzarət  üçün  hava  ilə  hansı  təzyiq  altında 
üfürülməlidir? 
Yeraltı  və  yerüstü  qaz  kəmərləri  hesablanmış  təzyiqdən  asılı  olmayaraq 
2000 mm su sütünü (0,02 MPa) təzyiq altında hava ilə üfürülərək nəzarət 
üçün  yoxlanılmalıdır.  Təzyiqin  aşağı  düşməsi  1  saatda  110  mm  su 
sütünündan (10 daPa) artıq olmamalıdır. 
96.  Qaz  kəmərləri  hava  ilə  üfürülərkən  hansı  tələblərə  riayət 
olunmalıdır? 
Qaz kəmərindən qazı çıxararkən, onlar hava ilə, yaxud təsirsiz qazla, qaz 
tamamilə  basılıb  çıxarılanadək  üfürülməlidir.  Üfürmənin  qurtarması 
borudan  götürülən  havanın,  yaxud  təsirsz  qazın  analizi  ilə  təyin  edilir. 
Götürülən  nümunədə  qazdakı  oksigenin  miqdarı  1  faizdən  artıq 
olmamalıdır, qaz isə arası kəsilmədən sakit yanmalıdır. Qaz kəmərlərini 

 
 
üfürən  zaman  qaz-hava  qarışığı  elə  yerlərə  buraxılmalıdır  ki,  binalara, 
həmçinin hər hansı od mənbəyindən alışa biləcək yerlərə keçməsin.  
97.  İstismara qəbul edilmiş qaz kəməri 6 (altı) aydan artıq müddətdə 
istifadəyə  verilmədikdə hansı işlər görülür ?  
İstismara qəbul edilmiş qaz kəməri 6 (altı) aydan artıq müddətdə  istifadəyə  
verilmədikdə kipliyə sınaqdan keçirilib müvafiq qaydada aktlaşdırıldıqdan 
sonra istifadəyə verilməlidir. 
98.  Qaz  kəmərlərinin  üfürülməsindən  sonra  hansı  işlər  yerinə 
yetirilməlidir? 
 Qaz  kəmərlərinin  və  cihazlarının    girişində  monometr  vasitəsilə 
qazın təzyiqinin yoxlanılması; 
 qaz  cihazlarının  qarşısındakı  kranlara  açarların  geydirilməsi 
(taxılması): 
 qaz  cihazlarının  odluqlarının  ardıcıllıqla  yandırılması  və  qazın 
yanmasının tənzimlənməsi; 
 qaz kəmərlərinin və cihazlarının birləşmə yerlərində kipliyin (qazın 
sızmasına qarşı) cihazla və ya sabunlu su məhlulu ilə yoxlanılması; 
 qazdan və qaz cihazlarından təhlükəsiz istifadə edilməsi qaydaları ilə 
abonentlərin təlimatlandırılması və bu məqsədlər üçün təyin olunmuş 
xüsusi nömrələnmiş jurnallarda onların imzalarının alınması. 
99.  Yeni  qaz  kəmərləri  istismarda  olan  qaz  kəmərlərinə  qoşul-
duqdan və hava ilə üfürüldükdən sonra işçi təzyiq altında hansı 
işlərin yerinə yetirilməsi vacibdir? 
 qaynaq  tikişlərinin  və  digər  birləşmələrin  kipliyini  sabunlu  su 
məhlulu və ya cihazla yoxlamaq
 qaz kəmərlərinin yanından keçməklə qoşulmuş qaz kəməri xəttinin 
vəziyyətini yoxlamaq; 
 istismarda olan qaz kəməri ilə yeni qoşulmuş qaz kəmərinin birləşmə 
yerində izolyasiyanın keyfiyyətini yoxlamaq və torpaqla doldurmaq; 
 görülən  işlər  barədə  “icazə-tapşırıqda”  qaz  kəmərinin  pasportunda 
müvafiq qeydlər aparmaq.  
100.  Qaz kəmərlərinin çəkilmə dərinliyi nə qədər olmalıdır? 
Qaz kəmərlərinin çəkilmə dərinliyi qaz kəmərinin və ya futlyarın üstündən 
yerin  səthinə  qədər  0,8  m-dən  az  olmamaqla  nəzərdə  tutulmalıdır. 

 
 
Nəqliyyat  vasitələrinin  hərəkəti  nəzərdə  tutulmayan  yerlərdə  qaz 
kəmərlərinin çəkilmə dərinliyinin 0,6 m-ə qədər azaldılmasına yol verilir. 
101.  Qaz  kəmərlərinin  avtomobil  və  dəmir  yolları  ilə  kəsişmələri 
hansı bucaq altında nəzərdə tutulmalıdır? 
Qaz kəmərlərinin dəmir və tramvay yolları ilə, həmçinin avtomobil yolları 
ilə kəsişmələri, bir qayda olaraq, 90
0
- li bucaq altında nəzərdə tutulmalıdır. 
102.  Yeraltı qaz kəmərlərindən onların dəmir və tramvay yolları ilə 
kəsişdiyi yerlərdə minimum məsafələr nə qədər olmalıdır? 
Yeraltı qaz kəmərlərindən onların dəmir və tramvay yolları ilə kəsişdiyi 
yerlərdə minimum məsafələr aşağıdakı kimi qəbul edilməlidirlər: 
 körpulərə,  borulara,  tunellərə  və  dəmir  yollarında  piyadalar  üçün 
nəzərdə tutulmuş korpülərə və tunellərə qədər – 30 m; 
 tramvay yolları üçün yoldəyişənlərə qədər – 3 m, dəmir yolları ucun 
10 m; 
 kontakt şəbəkəsinin dayaqlarına qədər – 3 m. 
Gostərilən  məsafələrin  azaldılmasına,  kəsişən  qurğuların  tabeçiliyində 
olduğu təşkilatlarla razılığı əldə edildikdən sonra yol verilir. 
Qaz kəmərlərinin ümumi dəmir yolları şəbəkəsi keçidlərində fərqləndirici 
sütuncuqların (nişanların) qoyulması zərurəti və onların sənədləşdirilməsi 
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə həll edilir. 
103.  Yeraltı  qaz  kəmərlərinin  nəqliyyat  yollarının  altından  keçiril-
məsi zamanı hansı qaydalara əməl edilməlidir? 
Bütün təzyiqli yeraltı qaz kəmərlərinin dəmir yolu və tramvay yolları ilə, 
I, II, və III – dərəcəli avtomobil yolları ilə, həmçinin şəhərin hüdudlarında 
sürətli  yollarla,  maqistral  küçələrlə  və  ümumşəhər  əhəmiyyətli  yollarla 
kəsişdiyi yerlərdə  cəkilməsi polad futlyarlarda nəzərdə  tutulmalıdır. Qaz 
kəmərlərinin magistral küçələrlə və rayon əhəmiyyətli yollarla, həmçinin 
yerli əhəmiyyətli küçə və yollarla kəsişdiyi yerlərdə futlyarların qoyulma 
zərurəti  nəqliyyatın  hərəkətinin  intensivliyindən  asılı  olaraq  layihə 
təskilatları  tərəfindən  həll  edilir.  Bu  halda  oz  davamlılığına  və  uzun 
ömürlüyünə  görə  qoyulan  şərtlərə  cavab  verən  qeyri  metal  futlyarların 
nəzərdə tutulmasına yol verilir. 
Futlyarların  ucları  kipləşdirilməlidir.  Futlyarların  bir  ucunda  muhafizə 
qurğusunun  altına  çıxan  nəzarət  borucuğu  nəzərdə  tutulmalıdır, 

 
 
qəsəbələrarası qaz kəmərlərində isə torpaq yatağının kənarından 50 m-dən 
az  olmamaqla  kənara  çıxarılan,  nümunə  göturmək  üçün  qurğusu  olan, 
sorucu şam nəzərdə tutulmalıdır. Futlyarların borulararası boşluğunda qaz 
təchizatı  sistemlərinə  xidmət  etmək  üçün  təyin  edilmiş  istismar  olunan 
rabitə,  telemexanika,  telefon  və  elektrik  mühafizə  drenaj  kabellərinin 
çəkilməsinə yol verilir. 
104.  Futlyarın ucları hansı məsafələrdə kənara çıxarılmalıdır? 
Futlyarın  ucları  aşağıda  göstərilən  məsafələrdən  az  olmamaqla  kənara 
çıxarılmalıdır:  
 dəmir yolunun torpaq yatağının axırıncı sukənaredici (kuvetlərdən, 
xəndəklərdən) qurğularından – 3m; 
 dəmir yolunun kənar relsindən – 10m; sənaye muəssisələrinin dəmir 
yolu xəttindən isə – 3m; 
 tramvay xətlərinın kənar relsindən – 2m; 
 hərəkət ucun nəzərdə tutulan yolun kənarından – 2m; 
 avtomobil yollarının kənarından – 3,5m. 
Butun hallarda futlyarın ucları torpaq tökümünün dabanından 2 m-dən az 
olmamaqla kənara cıxarılmalıdır. 
105.  Qaz kəmərlərinin təhlükəsiz istismarını təmin etmək üçün açma 
armaturu harada yerləşdirilməlidir? 
Açma  armaturunun  quraşdırılması  yeri  şəhərin,  qəsəbənin,  yaxud  kənd 
yaşayış məntəqəsinin qaz ilə təmin edilməsi lahiyəsində təyin edilməlidir. 
Açma  armaturu  elə  yerləşdirilməlidir  ki,  qəza  şəraitində  ayrı-ayrı 
mikrorayonlar, yaxud sahələrin  tezliklə kəmərdən açılması mümkün olsun 
106.  Bir xəndəkdə iki və daha artıq qaz kəməri quraşdırıldıqda (bir 
və  yaxud  müxtəlif  səviyyələrdə)  onların  arasındakı  minimal 
məsafə nə qədər olmalıdır? 
Bir xəndəkdə iki və ya daha artıq qaz kəməri quraşdırıldıqda (bir və yaxud 
müxtəlif səviyyələrdə) onların arasındakı məsafə quraşdırma və təmir üçün 
şərait  yaradılmasına  imkan  verməlidir  və  bu  məsafə  300  mm-ə  qədər 
diametri olan borular üçün 0,4 m, 300 mm-dən yuxarı diametri olan borular 
üçün isə 0,5 m –dən az olmamalıdır. 

 
 
107.  3 kqq/sm
2
 (0,3 Mpa) qədər təzyiqli qaz kəmərləri quraşdırılmış 
xəndəkdə digər kommunikasiyalar arasındakı minumum məsafə 
nə qədərdir? 
Xəndəkdə yerləşdirilən 3 kqq/ sm
2
 (0,3 Mpa) qədər təzyiqli qaz kəməri ilə 
başqa  yeraltı  kommunikasiyalar  (kabel  xətlərindən  başqa)  arasındakı 
horizontal məsafə 0,8 m-dən az olmamalıdır. 
108.  Yeraltı polad qaz kəmərləri və onların üzərindəki avadanlıqların 
kipliyinin və izoliyasiyasının vəziyyəti  necə yoxlanılır? 
Bütün  təzyiqli  yeraltı  polad  qaz  kəmərləri,  atmaturlar  və  s.  istismar 
prosesində  onların  kipliyini,  həm  də  izoliyasiyasının  və  borunun  xarici 
səthinin vəziyyətini təiyin etmək məqsədi ilə dövrü olaraq yoxlanılmalıdır. 
Bütün təzyiqli qaz kəmərlərində  kipliyin yoxlanılması beş ildə bir dəfədən 
az olmayaraq aparılmalıdır . 
109.  Qaz kəmərlərinin üstü açılmadan kiplik və izoliyasiyasının 
vəziyyətini necə yoxlamaq olar? 
Qazın  sızmasını  və  izoliyasiyasının    zədələnməsinin  kəmərin  üzərini 
açmadan da xüsusi cihazlar vasitəsi ilə yoxlanıla bilər. Bu məqsədlə burğac 
üsulu  ilə  qaz  kəmərlərinin  kipliyi  yoxlanılır.  Paylayıçı  küçə  qaz 
kəmərlərində  burğaç  yoxlama  quyusu  boru  birləşmələrinin  yaxınlığında, 
qaz  kəmərinin  divarından  0,3-0,5  metr  məsafədə,  qaz  kəmərinin  üst 
səthinin  yerləşdiyi  dərinliyə  müvafiq  dərinlikdə  qazılır;  qış  vaxtı  torpaq 
donan  zaman  isə  daha  artıq  dərinlikdə,  torpağın  donmuş  qatını  keçənə 
qədər qazılmalıdır. Paylayıcı küçə qaz kəmərlərində boruların birləşməsi 
sxemi  olmadığı  hallarda,  həmçinin  də  həyət  və  məhəllə  paylayıcı  qaz 
kəmərlərində hər  2  metrdən bir   quyu qazılmalıdır. Hissetmə  qabiliyyəti 
həcmə görə 0,01 %-də az olmayan yüksək keyfiyyətli cihazlardan istifadə 
etdikdə quyular arasındakı məsafəni 5 metrə qədər artırmaq olar. 
110.  Qaz  kəmərinin  kipliyinin,  borunun  xarici  səthinin  və 
izoliyasiyasının  vəziyyətinin  yoxlanılmasının  nəticələri  necə 
sənədləşdirilir? 
Qaz  kəmərinin  kipliyinin,  borunun  xarici  sətinin  və  izoliyasiyasının 
vəziyyətinin  yoxlanılmasının  nəticəsi  qaz  kəmərinin  pasportunda  qeyd 
edilməli  və  qaz  kəmərinin  təmir  növü  və  müddətləri  müəyyən  edilərkən 
nəzərə  alanmalıdır.  Əgər  yoxlama  zamanı  zədələnmə  aşkar  edilərsə                  

 
 
(izoliyasiyyanın  pis  vəziyyətdə  olması,  korroziya  ilə  zədələnmə),  qaz 
kəmərinin gələcəkdə  daha artıq zədələnməsinin qarşısını almaq və aşkar 
edilmiş zədələrin aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır. 
111.  Quyularda quraşdırılmış siyirtmə, kran, kompensator və başqa 
armaturlara hansı müddətdən bir texniki xidmət göstərilməlidir.   
Qaz kəmərlərindəki quyularda quraşdırılmış siyirtmə, kran, kompensator 
və  başqa    armaturlara  qaz  təsərrüfatı  müəssisəsinin  baş  mühəndisisnin, 
yaxud bu müəssisənin vəzifəsini yerinə yetirən    təşkilatın  təsdiq etdiyi 
cədvələ uyğun olaraq ildə  azı bir dəfə texniki xidmət göstərilməlidir.  
112.  Yeraltı  qaz  kəmərləri  ilə  başqa    yeraltı  kommunikasiyalar    və 
qurğular arasındakı   horizontal məsafə nə qədər olmalıdır? 
Yeraltı  qaz  kəmərləri  ilə  başqa  yeraltı  kommunikasiyalar    və  qurğular 
arasındakı horizontal məsafə aşağıdakı cədvəldə göstərilmiş kəmiyyətdən 
az olmamalıdır. Eyni zamanda Yeraltı qaz kəmərlərinin qaynaq olunmuş 
birləşmələrindən yer altında birləşmələrindən yer altında kəsişən mühəndis 
kommunikasiyalarının  (planda)  divarına  qədər  məsafə  1  metrdən  az 
olmamalıdır. 
Qaz 
kəmərində 
Qazın təzyiqi 
kqq/sm2 
 
Yeraltı qaz kəmərlərindən horizontal üzrə binalara və tikintilərə qədər olan 
məsafə (metrlə) 
Binaların və 
tikintilərin 
özülünə, 
yolüstü 
körpülər 
və tunellərə 
qədər             
Kontakt 
şəbəkələrin və 
rabitə 
dayaqlarının 
hasarlarına 
qədər 
 
Qıraq yolundan 
 
 
 
 
1520 mm enli dəmir 
yolu 
Xəttinin oxuna qədər
Lakin xəndəyin 
Dərinliyindən az 
Olmamaq şərtilə 
Bəndin aşağısına qədər 
Tramvay 
xəttinin 
oxuna 
qədər 
Yolun 
qıraq 
daşına 
qədər 
 
Alçaq təzyiqli 
(0,05-ə qədər) 


 
3,8 
 
2,8 
 
1,5 
 
Orta təzyiqli 
(0,05-dən 3-ə 
qədər) 


4,8 
2,8 
1,5 
(3-dən 6-ya 
qədər) 


7,8 
3,8 
2,5 
(6-dan 12-yə 
qədər) 
10 

10,8 
 
3,8 
 
2,5 
 

 
 
113.  Yeraltı  qaz  kəmərləri  ilə  başqa  yeraltı  kommunikasiyalar  və 
qurğular arasındakı   şaquli məsafə nə qədər olmalıdır? 
Yeraltı  qaz  kəmərləri  ilə  başqa  yeraltı    kommunikasiyalar  və  qurğular 
arasındakı   şaquli məsafə  aşağıdakı cədvəldə göstərilmiş kəmiyyətdən az 
olmamalıdır.   
Müxtəlif  təzyiqli  yeraltı  qaz  kəmərilərinin  başqa  yeraltı  tikintilərlə 
kəsişdikdə vertikal üzrə (işıqda) məsafələr «L» 
 
 
L, m 
Su kəməri, kanalizasiya, su axıdıcısı, telefon kanalizasiyası və s.  
0,15 
İstilik şəbəkəsi kanalı 
0,20 
Elektrik kabeli, zirehli rabitə  kabeli 
0,50 
Gərcinliyi 110- kV olan yağ doldurulmuş kabel. 
1,0 
 
114.  Yeraltı  qurğularla  kəsişən  qaz  kəmərlərinin  çəkilməsi    zamanı 
hansı tələblər gözlənilməlidir?   
Kommunikasiya kanalları (tunellər), piyada tunelləri, kollektorlar və başqa 
bunlara  uyğun  yeraltı    qurğular  ilə  kəsişən  qaz  kəmərləri,  habelə 
tikintilərdən  keçən qaz futliyara salınmalı və korroziyaya (paslanmaya)  
qarşı örtüklə izolə  edilməlidirlər. Futliyarın   ucları kəsişdikləri tikilinin   
xarici divarlarından  hər iki tərəfə ən azı 2 m-ə qədər çıxarılmalıdır,  təbii 
yaxud süni düzəldilmiş və sıxılmış torpağa oturdulmalı,  qətranlı liflərlə 
kipləşdirilməli və üzərinə bitum tökülməlidir.   
Qaz kəmərinin kəsişmə yerindəki  və bundan hər iki tərəfə 5 m məsafədəki 
bütün qaynaq birləşmələri fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır. 
 Kollektorun, tunelin, quyunun və s. divarlarından futliyar keçdiyi yerlərə 
diqqətlə   kipləşdirilmələdir Təzyiqi 6 kqq/sm
2
 (0,6 MPa-dan)  artıq olan 
qaz kəmərlərinin  göstərilən tikintilərin  divarlarından keçirilməsinə icazə 
verilmir.   
Qaz kəmərləri istilik xətləri ilə kəsişdikləri yerlərdə onların istilik xətləri 
ilə  kəsişdikləri  kameraların  tikinti  konstruksiyalarından,  keçidsiz 
kanallarından və taxçalarından keçirilməsinə icazə  verilmir.     
Qaz kəmərləri ilə istilik şəbəkələrinin  kameraları və taxçaları arasındakı 
məsafə horizontal (işıqda) 0,3 m-dəm az olmamalıdır.   

 
 
115.  Yeraltı  qaz  kəmərində,  açıcı  mexanizmlər  qurulmuş  quyular 
hansı tələblərə cavab verməlidir ? 
Yeraltı  qaz  kəmərində,  açıcı  mexanizmlər  qurulmuş  quyular  tikinti 
xəttindən,  binanın  divarından,  sənaye,  yaxud  kommunal  müəssisənin 
hasarından 2 metrdən az olmayan məsafədə habelə ona xidmət etmə üçün 
əlçatan  yerdə  yerləşdirilməlidir.  Çöl  şəraitində  quyuların  ağzı  yerin 
səhtindən 0,4-0,5 metr hündürdə olmalı və asanlıqla açılan, qıfıllı qapaqla 
örtürməlidir.   
116.  Yerüstü  qaz  kəmərinin  elektrik  xətləri  ilə  kəsişdikləri  yerlərdə 
armaturların  kondensat  yığıçılarının  və  başqa  qurğuların 
qoyulmasına icazə verilirmi?  
Yerüstü  qaz  kəmərinin  elektrik  xətləri  ilə  kəsişdikləri  yerlərdə      hər  iki 
tərəfdən 10 metirdən yaxın məsafədə armaturların kondensat yığıçılırının  
və başqa qurğuların qoyulmasına icazə verilmir.    
117.  Yerüstü  qaz  kəmərlərinin  binaların  divarı  boyu  və  dirəklər 
üzərində çəkilməsi zamanı nəyə diqqət yetirilməlidir? 
Alçaq və orta təzyiqli qaz kəmərlərini, oda davamlığı IV  dərəcədən aşağı 
olmayan yaşayış və ictimai binaların xarici divarları boyu,  hər cür təzyiqli 
qaz  kəmərlərinin  isə    ayrı  qoyulmuş  yanmayan  dirəklərin  (dayaqların)    
üzəri  ilə  çəkmək  olar.  Boruların  şərti  diametri  50  mm-dək  olan  alçaq 
təzyiqli qaz kəmərlərinin oda davamlılığı V dərəcə olan yaşayış binalarının  
(taxtadan olan)  xarici divarları boyu çəkmək olar.   
118.  Dayaqlar üzərində qoyulan yerüstü  qaz kəmərlərinin binalara 
və tikililərə qədər olan üfüqi (işıqla) məsafə minimum nə qədər 
olmalıdır?   
Dayaqlar  üzərində  qoyulan  Yerüstü  qaz  kəmərlərinin  binalaraın 
divarlarına qədər olan üfüqi (işıqla) məsafə, aşağıdakı cədvəldə göstərilmiş 
kəmiyyətdən az olmamalıdır.     
 
 

 
 
Aşağıdakı cədvəldə göstərilmiş 
kəmiyyətdən az olmamalıdır.      
Qazın təziyqi kqq/sm2 
0,5-ə qədər 
0,05-dən 
3-ə qədər 
3-dən 
6-ya qədər 
İstehsalı yanğın təhlükəsinə görə 
aşağıda göstərilən kateqoriyalara aid 
olan istehsalat və anbar binaları: 
 
A, B və V 
   5 
   5 
   5 
Q və D 
   2 
   2 
   2 
 Tezalışan və yanar mayelərin açıq 
anbarları və yana bilən materiallar   
anbarı: 
 
Sənaye müəssisələri ərazisində 
10 
10 
20 
Sənaye müəssisələrindən kənarda   
20 
20 
40 
Yaşayış və ictimai binalar   
   2 
   5 
   5 
Dəmir yolu və tramvay xətləri   
(yuxarıdakı  rels qədər) 
   3 
   3 
   3 
Yeraltı kommunikasiyalar: su 
kəməri,kanalizasiya, qızdırma 
boruları, telefon 
kanalizasiyası,elektrik kabel blokları 
(qaz kəməri dayağı özülünün 
qırağından)  
 

 
 

 
 

 
Açıq elektrik yarımstansiyasının 
hasarı   
10 
10 
10 
Hava elektrik xəttlərinin naqilləri   
Hava  elektrik  xətti  dayağının  hündürlüyündən  az 
olmamalıdır.  
Həçinin, darısqal şəraitdə   
Qaz kəmərinin mühafizə torpaqlayıcısı  olmaq şərti ilə 
TN  və  Q  11-37-76  11cədvəlində  göstərilənlərdən  az 
olmamalıdır    
 
Yollar (yolqırağı daşdan,xəndəyin 
qıraq hissəsinə, yaxud yol qırağı 
bəndin aşağı hissəsinə qədər)  
1,5 
1,5 
1,5 
Açıq od olan tikintilər və əridilmiş 
metalın buraxıldığı yerlər.   
10 
10 
10 
 
Əgər dayağın hündürlüyü elektrik xəttinin   hündürlüyündən artıqdırsa, qaz 
kəməri  ilə  elektrik  xətti  arasındakı  məsafə  qaz  kəməri  dayağının 
hündürlüyündən az olmamalıdır.   
 
 

 
 
119. Bir  neçə  yerüstü  qaz  kəməri,  yaxud  qaz  kəməri  ilə  başqa  boru 
kəmərləri eyni dayaq üzərində birlikdə çəkilə bilərmi?   
Bir neçə yerüstü qaz kəməri, yaxud qaz kəməri ilə başqa boru kəmərləri 
birlikdə  çəkildikdə,  əgər  qaz  kəmərinin  və  onun  dayaqlarının  saxlama 
qüvvəsi buna imkan verirsə, alçaq və orta təzyiqli qaz kəmərlərinə başqa 
qaz  kəmərlərinin  və  ya  boru  kəmərlərinin    bərkidilməsinə  icazə  verilir.  
Belə  bərkitmənin  mümkün  olub-olmaması  layihələşdirici  təşkilat  təyin 
etməlidir. Bu məqsədlər üçün dirsəklərin (kronşteynlər) qaynaq edilməsinə 
ancaq sənaye müəssisələri ərazisində olan qaz kəmərlərində icazə verilir. 
Dirsəklər (kronşteynlər) boru divarlarının qalınlığı 6 mm-dən az olmayan 
qaz  kəmərlərinin  dairəvi  tirlərinə,yaxud  qabırğalara  qaynaqla  bənd 
edilməlidir.  6  mm-dən  az  olmayan  qaz  kəmərlərinin  dairəvi  tirlərinə, 
yaxud qabırğalara qaynaqla bənd edilməlidir.   
120. Nəm qaz nəql edən daxili qaz kəmərlərinin çəkilməsi mailliyi necə 
nəzərdə tutulmalıdır? 
Nəm qaz nəql edən daxili qaz kəmərlərinin çəkilməsi mailliyi 3%-dən az 
olmamalıdır. 
121. AzDTN  2.13-1  standarta  əsasən  yaşayış  məskənləri  ərazisindən 
kənarda polietilen borulardan qaz kəmərlərinin hansı maksimal 
işçi təzyiq həddinə qədər çəkilməsinə icazə verilir? 
AzDTN  2.13-1  standarta  əsasən  yaşayış  məskənləri  ərazisindən  kənarda 
polietilen borulardan qaz kəmərlərinin  maksimal işçi təzyiq həddi - 6 atm-
dir. 
122. Yerüstü boru qaz kəmərləri hansı hündürlükdə çəkilməlidir? 
 Yerüstü boru qaz kəmərləri nəqliyyat vasitələri keçməyən, adamlar 
gəzən  yerlərdə yer səthindən minimum – 2.2 m, 
 nəqliyyat vasitələri və adamlar  keçməyən yerlərdə – 0.5 m,  
 nəqliyyat vasitələri keçən yerlərdə minimum –  4.5 m,  
 dəmir yolu keçən yerlərdə minimum – 5.6 m,  
 elektrik dəmir yolu  keçən yerlərdə minimum – 7.3 m hündürlükdə 
çəkilməlidir. 
123.  Hansı  hallarda  sənaye  müəssislərinə  odarizə  olunmamış  qaz 
verilə bilər? 
Sənaye  müəssisələrinin  istehsalat  qurğularına  odarizə  olunmamış  qaz  o 
şərtlə verilə bilər ki, müəssisəyə gələn qaz kəməri yaşayış məskənlərinin 

 
 
ərazlərindən  kənarda  olsun,  qaz  avadanlıqları  və  qaz  kəmərləri  yerləşən 
otaqlarda qaz yığılmasını xəbər verən xəbərdaredici cihazlar qoyulsun və 
odarizə olunmamış qazın təhlükəsiz istifadə edilməsini təmin edən digər 
əlavə tədbirlər həyata keçirilsin. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin