AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Elektrokimyəvi  mühafizə  qurğularının  cari  təmiri  hansı



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


50.  Elektrokimyəvi  mühafizə  qurğularının  cari  təmiri  hansı 
müddətdə aparılır və hansı təmir işləri yerinə yetirilir ? 
İldə bir dəfədən az olmayaraq aparılır və aşağıdakı işlər yerinə yetirilir: 

 
 
  texniki xidmətlərin bütün əməliyyatları; 
  şkafların  və  başqa  qurğuların  konstruktiv  elementlərinin 
rənglənməsi; 
  cərəyan ötürücü xətlərin təmiri; 
  torpaqlama mühafizəsindəki nasazlıqların ləğvi; 
  elektrik avadanlıqlarındakı nasazlıqların ləğvi. 
51.  Dayaqlar  üzərində  çəkilmiş  qaz  kəmərlərində  siyirtmələrin 
flyanslarından dayağa qədər ən azı nə qədər  məsafə olmalıdır ?  
Dayaqlar üzərində çəkilmiş qaz kəmərlərində siyirtmələrin flyanslarından 
dayağa qədər ən azı 400 mm məsafə olmalıdır. 
52.  Qaz  kəmərləri  binaların  örtüyü  üzərindən  çəkildikdə  binanın 
örtüyü ilə qaz kəmərinin alt hissəsi arasındakı məsafə ən azı nə 
qədər olmalıdır ? 
Qaz kəmərləri binaların örtüyü üzərindən çəkildikdə binanın örtüyü ilə qaz 
kəmərinin alt hissəsi arasındakı məsafə ən azı 0,5 m  olmalıdır. 
53.  Xarici 
qaz 
kəmərlərində 
açma 
armaturları 
harada 
yerləşdirilməlidir ? 
Qaz  paylaşdırıcı  sistemləri  istehlakçıların  qaz  ilə  fasiləsiz  təmin 
edilməsini,  qaz  kəmərlərinin  təhlükəsiz  istiamarını  və  ayrı-ayrı  qaz 
təchizatı  rayonlarının  qaz  kəmərindən  açılmasını  təmin  etməlidir.  Açma 
armaturlarının  quraşdırılma  yeri    layihə    zamanı  təyin  edilir.  Açılma 
armaturları  elə  yerləşdirilməlidir  ki,  qəza  şəraitində  ayrı-ayrı  sahələrin 
tezliklə açılması mümkün olsun. 
54.  Qaz  kəmərləri  üzərində  armaturlar  2,2  metrdən  yüksəkdə 
quraşdırıldıqda  onlara xidmət üçün hansı vasitələrdən istifadə 
etmək lazımdır?  
Qaz  kəmərləri  üzərində  armaturlar  2,2  metrdən  yüksəkdə  quraşdırdıqda 
onlara xidmət üçün yanmayan materialdan pilləkənli meydança yaxud da 
məsafədən  idarəetmə  inteqralı  quraşdırılmalıdır.  Az  istifadə  olunan 
armaturlar üçün xidmət zamanı səyyar nərdivanlardan istifadə oluna bilər. 
55.  Yeraltı və yerüstü qaz kəmərlərinin hava ilə üfürülərək nəzarət 
üçün yoxlanılması hansı müddətdə, hansı təzyiq altında aparılır 
və təzyiq düşməsi nə qədər olur ? 

 
 
Yeraltı  və  yerüstü  qaz  kəmərlərinin  hava  ilə  üfürülərək  nəzarət  üçün 
yoxlanılması 1saat müddətinə,  0,2 atm,   təzyiq altında aparılır və təzyiq 
düşgüsü  10 mm su süt. qədər ola bilər. 
56.  Qaz kəmərləri üzərində kondensat yığıcıları nə məqsədlə və necə 
quraşdırılır? 
Kondensat  yığıcıları  qazın  tərkibində  olan  mayenin  yığılaraq  xaric 
edilməsi  məqsədilə  layihəyə  uyğun  olaraq  qaz  kəmərinin  aşağı 
nöqtələrində  ona  qaynaq  edilməklə  quraşdırılır.  Kondensat  yığıcılardan 
kondensatı  boşaldan  borular  yerin  səthinə  örtük  altına  dayaz  quyunun 
qapağı  altına  çıxarılmalıdır.  Kondensat  yığıcılar  onların  donmamasını 
təmin edən dərinlikdə quraşdırılmalıdır.   
57.  Kondensat yığıcının boşaltma borusi ilə onun üzərinə qoyulmuş 
örtük arasında məsafə nə qədər olmalıdır? 
Kondensat yığıcının boşaltma borusunun tıxacı ilə  onun üzərinə qoyulmuş 
örtüyün qapağı   arasındakı  məsafə 10 sm-dən az olmamalıdır. 
58.  Xarici  qaz  kəmərlərinə  dövri  olaraq  texniki  baxış  hansı 
müddətdən bir keçirilməlidir? 
Xarici qaz kəmərlərinə təsdiq olunmuş qrafik əsasında  dövri olaraq texniki 
baxış  keçirilməlidir.  Yerüstü    qaz  kəmərlərinə  gəzmə  üsulu  ilə  texniki 
baxış 3 ayda bir dəfədən az olmamaqla aparılmalıdır. Yeraltı qaz kəmərləri 
xəttinin  yoxlama-nəzarət  dövriliyi  isə  onların  texniki  vəziyyətindən, 
kimyəvi-elektrokimyəvi  mühafizə  qurğularının  mövcudluğundan  və 
səmərələliyindən, təzyqindən, və s. amillərdən asılı olur.  
59.  Sənaye,  kənd  təsərrüfatı  və  kommunal  müəssisələrinin  yeraltı 
qaz kəmərləri hansı müddətdən bir yoxlanılır ?  
Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin yeraltı qaz kəmərləri 
2 gündə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.      
60.  Yeraltı  qaz  kəmərləri  xəttinin  yoxlanılması  işlərini  həyata 
keçirən briqadanın tərkibi neçə nəfərdən ibarət olmalıdır?  
Yeraltı  qaz  kəmərləri  xəttinin  yoxlanılması  tərkibində  2  nəfərdən  az 
olmayan  briqada  tərəfindən  aparılmalıdır.Yaşayış  məntəqələrindən 
kənarda  və  digər  yeraltı  kommunikasiyalar  olmayan  yerlərdə  bu  işi  bir 
fəhlə ilə aparmağa yol verilir. 

 
 
61.  Yeraltı  qaz  kəmərləri  xəttinin  yoxlanılması  üçün  marşrut 
xəritələrinin  tərtibi nə üçün lazımdır? 
Yeraltı  qaz  xətlərini  yoxlayanlara  marşrut  xəritələri  verilməlidir.  Bu 
xəritələrdə  havası  yoxlanılacaq  qaz  və  digər  qurğuların,  quyuların,  bina  
zirzəmilərinin yerləri qeyd edilməklə (hər iki tərəfə 15 m  məsafədə) qaz 
kəmərləri  xətlərinin  sxemləri  göstərilməlidir.  Bu  xəritələr  hər  il 
dəqiqləşdirilməli,  kəmərdə  və  onun  keçdiyi  ərazidə  baş  vermiş 
dəyişikliklər qeyd edilməlidir.   
62.  Qazın təzyiqi hansı hallarda növbədənkənar yoxlanılmalıdır ? 
 yeni  qazpaylayıcı  kəmərlər  və  qazpaylayıcı  məntəqələr  (QPM) 
istismara buraxıldıqda; 
 istehlakçı limitdən 10%-dən artıq və ya az qaz götürdükdə
 iqlimdə nəzərdə tutulmayan temperatur dəyişiklikləri baş verdikdə
 yeni istehlakçılar qaz kəmərinə qoşulduqda. 
63.  Qaz kəmərlərinin cari təmirinə hansı əsas işlər daxildir? 
 aşkar olunmuş qüsurların ləğv edilməsi
 qaz  kəmərlərinin  dayaqlarının  bərpa  edilməsi  və  ya  onların  
dəyişdirilməsi; 
 yerüstü qaz kəmərlərinin rənglənməsi
 quyuların  (lyuklarının),  qapaqlarının  vəziyyətinin  yoxlanılması  və 
mövcud olan qüsurların ləğv edilməsi
 quyuların örtüklərinin ( lyuklarının )rənglənməsi; 
 bağlayıcı  qurğuların  sökülüb  yığılması,  yararsız  hala  düşmüş 
hissələrin dəyişdirilməsi və kipliyinin yoxlanılması; 
 siyirtmələrin, kranların və kompensatorların rənglənməsi; 
 qaz  kəmərlərinin  yeraltı  girişlərinin  yoxlanması  və  onların  lazımi 
vəziyyətə gətirilməsi. 
64.  Bağlayıcı  armatur  və  kompensatorların  təmirinə  hansı  işlər 
daxildir ? 
 çirklənmədən və paslanmadan təmizlənməsi
 lazım gəldikdə rənglənməsi; 
 siyirtmədə vintin açılması və yağlanması; 
 kipkəcin yoxlanması və doldurulması; 
 siyirtmələrin sazlığının yoxlanması və ötürücü qurğularının təmiri; 

 
 
 kompensatorların vəziyyətinin yoxlanması; 
 bütün  qaynaq,  flans  və  yivli  birləşmələrin  kipliyinin  sabunlu  su 
məhlulu ilə yoxlanması; 
 köhnəlmiş və zədələnmiş boltların  və aralıq qatların dəyişdirilməsi. 
65.  Yeraltı  və  yerüstü  qaz  kəmərlərinin  əsaslı  təmirinə  hansı  əsas 
işlər daxildir? 
 ayrı-ayrı qaynaq calaqlarının müvafiq üsullarla möhkəmləndirilməsi; 
 mühafizə  örtüklərinin  zədələnmiş  və  ya  keyfiyyətsiz    yerlərinin 
təmiri; 
 yararsız vəziyyətə düşmüş boru sahələrinin dəyişdirilməsi
 qaz  kəmərlərinin  ayrı-ayrı  sahələrində  izolyasiya  örtüklərinin 
dəyişdirilməsi; 
 qaz quyularının üst örtüklərinin sökülüb dəyişdirilməsi; 
 istismara yararsız hala düşmüş kran və siyirtmələrin dəyişdirilməsi 
və sairə. 
 Qaz 
kəmərlərində 
tikilmiş 
quyularda 
qazın 
olmasının 
müəyyənləşdirilməsi və nəzarət borucuqlarının yoxlanılması; 
 Quyularda və örtüklərdə armaturların zahiri baxışı; 
 Qaz  kəmərlərinin  oxundan  hər  iki  tərəfə  15m-ə  qədər  məsafədə 
yerləşmiş  digər  qurğularda  qazın  olmasının  yoxlanılması,  digər 
yeraltı  kommunikasiyaların  quyuları,  kollektorlar,  binaların 
zirzəmiləri və sair 
 Zahiri əlamətlər üzrə qaz sızmasının aşkar edilməsi; 
 Quyuların  (lyukların)  örtüklərinin,  divar  göstəricilərinin  yaxşı 
vəziyyətdə  saxlanılmasına  və  onları  qardan,  buzdan,  çirklənmədən 
təmizlənməsinə nəzarət edilməsi. 
66.  Yeraltı qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış keçirdikdə 
kəmərdən hər iki tərəfə neçə metr məsafədəki digər xidmətlərə 
məxsus  quyular,  zirzəmilər  yoxlanılmalı  və  qaz  sızması  aşkar 
edildiyi təqdirdə bu məsafə hansı radiusa qədər artırılır ? 
Yeraltı qaz kəmərlərinə gəzmə üsulu ilə texniki baxış keçirdikdə kəmərdən 
hər  iki  tərəfə  15  metr  məsafədəki  digər  xidmətlərə  məxsus  quyular, 
zirzəmilər yoxlanılmalı və qaz sızması aşkar edildiyi təqdirdə bu məsafə 
50 metr radiusa qədər artırılır

 
 
67.  İstismarda  olan  yeraltı  qaz  kəmərlərinin  cihazlarla  texniki 
müayinəsi hansı müddətdən bir aparılmalıdır? 
İstismarda olan yeraltı qaz kəmərlərinin cihazlarla texniki müayinəsi 5 ildə 
bir dəfədən az olmamaqla aparılmalıdır. Əsaslı təmirə və yenidənqurmaya 
ehtiyacı olan qaz kəmərlərinin cihazla texniki müayinəsi ildə bir dəfədən 
az olmamaqla aparılmalıdır.  
68.  İstismarda olan yeraltı qaz kəmərinin kipliyi (şurf açma yolu ilə 
baxış) neçə ildən bir yoxlanılır ?  
İstismarda olan yeraltı qaz kəmərinin kipliyi 5 ildə bir dəfə şurf açma yolu 
ilə yoxlanılır. 
69.  Qaz  təchizatı  müəssisələrinin  balansında  olan  və  balansında 
olmayan qaz kəmərlərinin və qurğularının tam xarakteristikası 
hansı sənədlərdə öz əksini tapmalıdır? 
Tam xarakteristikalarını (diametrlər, izolyasiya örtüyünün tipi, mühafizə 
vasitələri, texniki vəziyyəti və s.) əks etdirən kompleks istismar sənədləri 
olmalıdır (texniki pasportlar və s.). 
70.  Qaz  kəmərləri  xəttində  nəzarət-ölçü  məntəqələri  arasındakı 
məsafə nə qədər olmalıdır? 
Şəhərlərdən,  qəsəbələrdən  və  kənd  yaşayış  məntəqələrindən  keçən  qaz 
kəmərləri  xəttində nəzarət-ölçü  məntəqələri arasında  200  metrdən artıq, 
yaşayış  məntəqələrindən  kənarda  isə  bu  məsafə  500  metrdən  artıq 
olmamalıdır. Nəzarət-ölçü məntəqələri qaz kəmərlərinin elektrik enerjisi 
işləyən  dəmir  yolu  xətləri  ilə  və  eni  50metrdən  artıq  olan  su  sədləri  ilə 
kəsişdikləri yerlərdə də qoyulmalıdır. 
71.  Qaz kəmərinin istismarı zamanı hansı işlər yerinə yetirilməlidir? 
Qaz kəmərinin istismarı zamanı aşağıdakı işlər yerinə yetirilməlidir: 
 texniki xidmət; 
 planlı təmir (cari və əsaslı); 
 qəza-bərpaetmə.  
72.  Texniki xidmətə hansı işlər daxildir? 
 yeraltı, yerüstü və yer səthindən yuxarıda çəkilmiş qaz kəmərlərinin 
və  onların  qurğularının,  eləcə  də  elektrik  mühafizə  qurğularının 
vəziyyətinə  nəzarət  və  istismar  prosesində  aşkar  olunmuş 
nasazlıqların ləğv edilməsi; 

 
 
 quyularda və yerüstü qaz kəmərlərində quraşdırılmış avadanlıqların 
müayinəsi; 
 qaz  kəmərlərinin  və  onların  izolyasiya  örtüklərinin  vəziyyətinin 
cihazlarla,  qazıma  və  şurflama  üsulu  ilə  müayinə  edilməsi  və 
kəmərlərin təzyiq altında yoxlanılması; 
 qaz kəmərlərində təzyiqin ölçülməsi
 qaz kəmərlərində elektrik potensialının ölçülməsi. 
73.  Yeraltı qaz kəmərlərinin xəttinin yoxlama nəzarət dövrüliyi necə 
müəyyən edilir? 
Yeraltı qaz kəmərlərinin xəttinin gəzmə üsulu ilə yoxlamanın vaxtı və işin 
həcmi Qaz təchizatı müəssisəsinin baş mühəndisinin təsdiq etdiyi təqvim 
qrafikinə  (cədvəlinə)  əsasən  müəyyən  edilir.  Şəhər  və  qəsəbələrdə  qaz 
kəməri  trassalarının  (zolaqlarının)  gəzmə  üsulu  ilə  nəzarətinin  müddəti 
müəyyən  edilərkən  onların  istismar  şəraitləri  (qaz  kəmərinin  texniki 
vəziyyəti,  qazın  təzyiqi,  istismar  etmə  müddəti,  qruntların  qabarma 
xüsusiyyətləri  və  korroziya  aktivliyi,  ilin  fəsli,  elektrik  mühafizəsinin 
mövcudluğu və s.) nəzərə alınmalıdır. 
74.  Yerüstü  qaz  kəmərlərinin    gəzmə  üsulu  yoxlama  müddəti  və 
görülən işlər  haqqında nə deyə bilərsiniz? 
Yerüstü qaz kəmərləri  gəzmə üsulu ilə  yoxlanılması 3 ayda bir dəfədən 
az  olmamaqla  aparılmalıdır.  Qaz  kəmərlərinin  xarici  müayinəsi  zamanı 
boruların  rənglənməsi;  armaturların  bütövlüyü,  qaz  kəmərinin  binaların 
divarlarına  və  ya  dayaqlara  bərkidilməsinin  (dayaqlardan  düşməsinin) 
vəziyyəti,  kənar  təşkilatlar  və  kənar  şəxslər  tərəfindən  özbaşına  qaz 
kəmərlərinə  qoşulmalar,  elektrik  xətlərinin  qaz  kəmərləri  ilə  kəsişdiyi 
yerlərdə onların üstünə düşməsindən mühafizə vasitələrinin mövcudluğu 
və vəziyyəti yoxlanılmalıdır. 
75.  Qaz  kəmərlərinin  yaxınlığında  hər  hansı  təşkilat  tərəfindən  
torpaq  işləri görülərkən qaz təchizatı müəssisəsi nə etməlidir? 
İstismarda  olan  qaz  kəməri  xətlərinin  uzunluğu  boyu,  hər  hansı  təşkilat 
tərəfindən torpaq işləri aparılarkən Qaz təchizatı müəssisəsi, torpaq işləri 
yerinə  yetirilən  müddət  ərzində  öz  nümayəndəsinin  iş  aparılan  sahədə 
olmasını təmin etməlidir. 
 

 
 
76.  Polietilen  borularda  yaranmış  zədələrin  ləğvi  zamanı  hansı 
tələblərə riyət olunmalıdır? 
Polietilen  borularda  yaranmış  xırda  çatlar  (uzunluğu  35  mm-dən  kiçik) 
aşkar edildikdə, polietilen qaz kəmərlərinin təmiri qüsurlu sahədə qaynaq 
işləri  aparmaqla  ləğv  edilə  bilər.  Polietilen  boruların  qaynaq  calaqları 
qırıldıqda,  eləcə  də  boru  kəmərlərində  iri  zədələr  (diametri  35  mm-dən 
böyük  dəliklər,  uzunluğu  35  mm-dən  böyük  çatlar)  olduqda,  qüsurlu 
sahələr  kəsilərək  uzunluğu  500  mm-dən  az  olmayan  qısa  boru  kəsiyi 
qaynaq edilməklə ləğv edilməlidir. 
77.  Qaz  kəmərlərinin  mühafizə  zonaları  hansı  normativ  sənədlə 
tənzimlənir ? 
Qaz  kəmərlərinin  mühafizə  zonaları  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz 
təchizatında  mühafizə  zonaları  və  təhlükəsizlik  tədbirləri  Qaydaları”na 
əsasən tənzimlənir. 
78.  Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz  kəmərlərinin kipliyə 
sınağı  hansı müddətdə və təzyiqdə həyata keçirilir ?  
Yeni inşa edilmiş yeraltı aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı  24 
saat müddətində və 1 atm təzyiq altında aparılır. 
79.  Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin kipliyə 
sınağı  hansı müddətdə və təzyiqdə həyata keçirilir ?  
Yeni inşa edilmiş yerüstü aşağı təzyiqli qaz kəmərlərinin kipliyə sınağı  0,5 
saat müddətdə və 1 atm təzyiq altında aparılır.  
80.  Yeni  inşa  edilmiş  yeraltı  aşağı  təzyiqli  qaz  kəmərlərinin  möh-
kəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?  
Yeni  inşa  edilmiş  yeraltı  aşağı  təzyiqli  qaz  kəmərlərinin  möhkəmliyə 
sınağı 3 saat müddətdə və 6 atm təzyiq altında aparılır. 
81.  Yeni  inşa  edilmiş  yerüstü  aşağı  təzyiqli  qaz  kəmərlərinin 
möhkəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?  
Yeni  inşa  edilmiş  yerüstü  aşağı  təzyiqli  qaz  kəmərlərinin  möhkəmliyə 
sınağı 1saat müddətdə və 3 atm təzyiq altında aparılır. 
82.  Yeni inşa edilmiş yeraltı orta təzyiqli qaz kəmərlərinin möhkəm-
liyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?  
Yeni inşa edilmiş yeraltı orta təzyiqli qaz kəmərlərinin möhkəmliyə  sınağı  
3 saat müddətdə və 6 atm təzyiq altında aparılır.  

 
 
83.  Yeni  inşa  edilmiş  yerüstü  orta  təzyiqli  qaz  kəmərlərinin  möh-
kəmliyə sınağı hansı müddətdə və təzyiqdə həyata keçirilir?  
Yeni  inşa  edilmiş  yerüstü  orta  təzyiqli  qaz  kəmərlərinin  möhkəmliyə  
sınağı 1 saat müddətdə və 4,5 atm təzyiq altında aparılır. 
84.  Futluyara  salınmış  yeraltı    qaz  kəmərlərində  qaynaq  tikişi 
futluyarın  qurtaracağından ən   azı hansı məsafədə  ola bilər?      
Futluyara  salınmış  yeraltı  qaz  kəmərlərinin  qaynaq  tikişindən  futluyarın 
qurtaracağına qədər məsafə 100mm-dən az olmamalıdır. 
85.  Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə 
qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və 
onlara  birləşdirilən  qolların  kipliyə  sınağı    hansı  müddətdə  və 
təzyiqdə həyata keçirilir ?  
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan 
yeraltı  aşağı  təzyiqli  məhəllədaxili  qaz  kəmərləri  və  onlara  birləşdirilən 
qolların kipliyə sınağı  3 saat müddətdə və 1 atm təzyiq altında aparılır. 
86.  Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə 
qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və 
onlara  birləşdirilən  qolların  kipliyə  sınağı    hansı  müddətdə  və 
təzyiqdə həyata keçirilir ?  
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan 
yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən 
qolların kipliyə sınağı  0,5 saat müddətdə və 0,1  atm təzyiq altında aparılır  
87.  Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə 
qədər olan yeraltı aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və 
onlara birləşdirilən qolların möhkəmliyə sınağı  hansı müddətdə 
və təzyiqdə həyata keçirilir ?  
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm -ə qədər olan 
yeraltı  aşağı  təzyiqli  məhəllədaxili  qaz  kəmərləri  və  onlara  birləşdirilən 
qolların  möhkəmliyə  sınağı  1  saat  müddətdə  və    3    atm  təzyiq  altında 
aparılır  
88.  Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə 
qədər olan yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və 
onlara birləşdirilən qolların möhkəmliyə sınağı hansı müddətdə 
və təzyiqdə həyata keçirilir ?  
Küçə xətlərindən ayrılıqda inşa edilmiş şərti diametri 100 mm-ə qədər olan 
yerüstü aşağı təzyiqli məhəllədaxili qaz kəmərləri və onlara birləşdirilən 

 
 
qolların  möhkəmliyə  sınağı  1  saat  müddətdə  və  1  atm  təzyiq  altında 
aparılır. 
89.  Qаz kəmərlərinin qаynаq birləşmələrinin fiziki üsullа yохlаnıl-
mаsı nə deməkdir? 
Qаynаq birləşmələrinin fiziki üsullа yохlаnılmаsı оnlаrın qаmmа, rеntgеn, 
mаqnitоqrаfiyа  şuаlаnmаdаn  kеçirilməklə  yохlаnılmаsı  əməliyyаtlаrı 
apаrılmаlıdır.  Qаz  kəmərlərinin  işçi  təzyiqlərindən  аsılı  оlаrаq  оnlаrın 
bütün  qаynаq  birləşmələrinin  ümumi  sаyındаn  fаizlə  fiziki  üsullа 
yохlаnmаyа vеrilməsi аşаğıdаkı qаydаdа müəyyən еdilməlidir: 
 İşçi təzyiqi 0,005 MPа qədər – 5%; 
 İşçi təzyiqi 0,005 MPа-dаn 0,3 MPа qədər – 10%; 
 İşçi təzyiqi 0,3 MPа-dаn 0,6 MPа qədər – 50%; 
 İşçi  təzyiqi  0,6  MPа-dаn  1,2  MPа  qədər  –  100%  qаynаq 
birləşməlrinin ümumi sаy miqdаrındа. 
Diаmеtri  50  mm-dən  аşаğı  оlаn  dахili  və  хаrici  yеrаltı  və  yеrüstü  qаz 
kəmərlərinin  qаynаq  birləşmələri  fiziki  və  mexaniki  üsullа  yохlаnılmаsı 
tələb оlunur. Üzərində hər hаnsı istiqаmətdə və ölçüdə çаt оlduqdа, tikiş 
bоyuncа nаtаmаm qаynаq gеdişi  оlduqdа qаynаq birləşməsi  zаy sаyılır. 
Еlеktrik qоvsü ilə qаynаq tikişlərində həttа ən аz qаz burахılışı оlduqdа 
bеlə оnu qаzlа qаynаq üsulu ilə və yахud çəkiclə döyməklə bərpа еtmək 
yоl vеrilməzdir.  
90.  Tikintisi başa çatmış şəhər qaz kəmərlərinin və avadanlıqlarının 
istismara qəbulu necə aparılır? 
Tikinti  işləri  tam  başa  çatdıqdan  sonra  sifarişçinin  təşəbbüsü  və  onun 
nümayəndəsinin sədrliyi ilə podrat təşkilatın, layihə təşkilatının, aidiyyəti 
üzrə  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin  müvafiq 
struktur  bölməsinin,  Dövlət  Qaz  Nəzarəti  İdarəsinin,  digər  dövlət 
orqanlarının  nümayəndələrinin  daxil  olduğu  işçi  qəbul  komissyası 
yaradılır. Podrat təşkilat razılaşdırılmış, təsdiq olunmuş və qeydiyyatdan 
keçmiş layihə sənədlərini, obyektin texniki-icra sənədlərini (üstü örtülmüş 
işlərin qəbulu aktları, qaynaq işlərinin jurnalı, möhkəmliyə və kipliyə sınaq 
aktları,  sınaq  və  üfürülmə  təlimatları,  istifadə  olunmuş  materialların 
sertifikatları,  quraşdırılmış  avadanlıqların  pasportları,  qaynaqçıların 
sertifikatları,  yaxud  vəsiqə  və  diplomları,  qaynaq  birləşmələrinin 

 
 
yoxlanılması üzrə laboratoriyanın protokolları və digər texniki sənədlər) 
işçi komissiyasına təqdim edilməlidir.  
91.  Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kəmərlərinin 
və  onun  qurğularının  üfürülməsi  və  sınağının  qaz  vasitəsilə 
aparılması zamanı hansı tələblərə riayət edilməlidir?  
Tikinti-quraşdırma  işləri  başa  çatdıqdan  sonra  qaz  kəmərlərinin  və  onun 
qurğularının  üfürülməsi  və  sınağı  qaz  vasitəsilə  aparıldığı  halda,  tikinti 
təşkilatı,  göstərilən  işləri  təhlükəsiz  yerinə  yetirmək  üçün  sifarişçi  ilə 
razılaşdırılmış təlimatı Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin 
Təhlükəsiz  Görülməsi  və  Dağ-mədən  Nəzarəti  Dövlət  Agentliyinə  və 
Dövlət  Qaz  Nəzarəti  İdarəsinə  təqdim  edərək  onlardan  rəsmi  icazə 
almalıdır. 
92.  Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə 
qoşulması üzrə işlərin aparılmasına hazırlaşarkən hansı tədbir-
lər həyata keçirilməlidir? 
 istismarda olan və yeni tikilmiş qaz kəmərlərinin texniki sənədləri, 
pasportları və icra cizgilərinin mövcudluğunun yoxlanılması; 
 yeni tikilmiş qaz kəmərlərinin və quraşdırılmış qaz avadanlıqlarının 
pasportu, sertifikatı və sair, eləcə də qaz kəmərlərinin korroziyadan 
elektrik mühafizə qurğularının vəziyyətinin yoxlanılması; 
 qaz  təsərrüfatında  texniki  təhlükəsizlik  qaydalarının  tələblərinə 
əsasən  işin  təhlükəsiz  görülməsi  üzrə  müvafiq  iş  planının 
hazırlanması; 
 qoşulma düyünlərinin eskizinin (sxeminin) tərtib edilməsi; 
 işin təhlükəsiz aparılması üçün lazımi avadanlıqların, materialların, 
alətlərin  və  mühafizə,  xilasetmə,  yanğından  mühafizə  vasitələrinin 
(əleyhqaz, tibbi apteçka, mühafizə kəməri və sair) tələb olunan sayda 
və saz vəziyyətdə hazırlanması; 
Texniki sənədlərin hazırlanması, qoşulma düyünlərinin eskizlərinin (sxe-
minin) tərtib edilməsi, qaz kəmərinin qoşulması üzrə qaz təhlükəli işlərin 
yerinə yetirilməsinə tapşırıq verən şəxsin göstərişi nəzərə alınmaqla, Qaz 
təchizatı müəssisəsinin  mütəxəssisləri tərəfindən yerinə yetirilir. 
 
 

 
 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin