AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Qaz sızmasının yeraltı qaz kəmərindən olması məlum olarsa hansı



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


9.  Qaz sızmasının yeraltı qaz kəmərindən olması məlum olarsa hansı 
tədbirlər görülməlidir? 
Qaz  otağa  yeraltı  qaz  kəmərindən  (qazpaylayıcı  kəmərdən  və  ya  qaz 
girişindən)  keçdikdə,  qazın  sızmasını  aşkar  etmək  üçün  qəza  briqadası, 
sızma  yerindən  50  metr  radiusunda  yerləşən  bütün  qonşu  yeraltı 
qurğularını və binaları (ilk növbədə zirzəmiləri) müayinədən keçirməlidir. 
Qaz  kəmərinin  zədəli  yerlərinin  müəyyənləşdirilməsi  qəzanın  qarşısının 
alınması və məhdudlaşdırılması planı ilə aparılmalıdır. 
Qaz toplanmış otaqlarda, eləcə də 50 metr radiusunda yerləşən binalarda 
və yeraltı qurğularda qazın mövcudluğu qəza vəziyyəti ləğv olunan bütün 
müddət ərzində müvafiq cihazla vaxtaşırı yoxlanılmalıdır. 
10.  Qəza  yerinə  gələn  rəhbər  işçi,  qəzanın  aradan  qaldırılmasına 
rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdikdə hansı 
qərarı qəbul etməlidir? 
Qəza  yerinə  gələn  rəhbər  işçi,  qəzanın  aradan  qaldırılmasına  rəhbərlik 
edənin  düzgün  göstəriş  vermədiyini  hiss  etdikdə,  qəzaya  rəhbərlik  edəni 
bu işdən kənarlaşdırmalı və qəzanın tam məhdudlaşdırılması və ləğvi ilə 
əlaqədar olan bütün işlərə özü və ya onun göstərişi ilə digər məsul şəxs 
rəhbərlik etməlidir. 

 
 
Qəza  vəziyyətini  ləğv  etmək  üçün  qəza  yerinə  gələn  təmir-bərpa 
xidmətinin  növbətçi  heyətinin  rəhbəri  ondan  əvvəlki  növbə  rəhbəri 
tərəfindən  qəzanın  vəziyyəti  və  onun  ləğv  edilməsi  üzrə  qəbul  edilmiş 
tədbirlər haqqında məlumatlandırılmalıdır. 
11. Qəza vəziyyətinin ləğvi üzrə işlər nə zaman başa çatmış hesab oluna 
bilər? 
Qəza vəziyyətinin ləğvi üzrə işlər o zaman başa çatmış hesab oluna bilər 
ki, qaz sızmaları aşkar edilib aradan qaldırılır və qazın otaqlara, qurğulara 
keçə bilməsi ehtimalı istisna olunur. 
12. Qəza xidmətinə keçən ay ərzində daxil olmuş sifarişlər barəsində 
hansı tədbirlər görülməlidir? 
Qaz  təchizatı  müəssisəsinin  qəza,  təmir-bərpa  xidməti  keçən  ay  ərzində 
daxil olan bütün qəza sifarişlərini (məlumatlarını) müntəzəm olaraq əsaslı 
surətdə  təhlil  etməli,  qaz  kəmərlərində,  armatur  və  avadanlıqlarda  baş 
verən bütün nasazlıqların, eləcə də qəza və bədbəxt hadisələrin səbəblərini 
araşdırmalıdır. Qəza vəziyyətlərinin aradan qaldırılması üzrə əldə olunmuş 
təcrübəni 
ümumiləşdirməli 
və 
bunun 
əsasında 
qəzaların 
məhdudlaşdırılması  və  ləğvi  planında  düzəlişlər  aparmalı,  eləcə  də  qaz 
təchizatı sistemlərinin təkmilləşdirilməsi və qəza vəziyyətləri əmələ gətirə 
bilən səbəblərin aradan qaldırılması üzrə tədbirlər işləyib hazırlamalıdır. 
13. Qəza,  təmir-bərpa  heyəti  ilə  tədris-təlim  məşğələləri  necə 
aparılmalıdır? 
Qəza,  təmir-bərpa  heyəti  ilə  tədris-təlim  məşğələləri  (dərsləri)  Qaz 
təchizatı müəssisəsinin baş mühəndisi tərəfindən müntəzəm olaraq təsdiq 
olunmuş proqram və qrafik üzrə keçirilməlidir. 
Bu məşğələlərin (dərslərin) təyin olunmuş vaxtlarda keçirilməsinə nəzarət, 
müəssisənin rəhbəri tərəfindən aparılmalıdır. 
14.  Qaz təhlükəli işlərin görülməsinə kimlər buraxılır ? 
18 yaşından yuxarı, xüsusi təlim keçmiş, qaz təhlükəli işlərin aparılması 
texnologiyasını  öyrənərək imtahan verən, mühafizə vasitələrindən istifadə 
etməyi    və  həkimə  qədər  ilk  tibbi  yardım  göstərmək  qaydalarını  bilən 
işçilər buraxılır. 
 
 

 
 
15.  Qaz təhlükəli işlər nəyə deyilir ?  
Qazlı mühitdə və ya qazın ətrafa yayılma ehtimalı olan şəraitdə görülən 
işlərə qaz təhlükəli işlər deyilir.  
16.  Qaz təhlükəli işlər üçün “icazə-tapşırıq”ların verilməsi kimlərə 
həvalə olunur ?  
“Qaz  təsərrüfatında  təhlükəsizlik  qaydaları”nın  tələblərinə  uyğun  olaraq 
imtahan vermiş və müəssisə rəhbərinin  əmri ilə təyin edilmiş şəxslər qaz 
təhlükəli işlər üçün icazə-tapşırıqlar verə bilər. 
17.  Qaz təhlükəli işlər bir qayda olaraq ən azı neçə nəfər tərəfindən 
icra olunur ?  
Qaz  təhlükəli  işlərin  yerinə    yetirilməsi  ən  azı  2  nəfər  tərəfindən  yerinə 
yetirilməlidir. 
18.  Qaz təhlükəli işlərin yerinə yetirilməsi zamanı işə cəlb olunmuş 
işçilərə kim göstəriş verə bilər ?  
Qaz  təhlükəli  işlərin  yerinə  yetirilməsi  zamanı  işə  cəlb  olunmuş  işçilərə 
yalnız işin rəhbəri tərəfindən göstəriş verilə bilər.  
19.  Rəhbər  və  vəzifəli  şəxslər  qaz  təhlükəli  işləri  yerinə  yetirən 
fəhlələrə göstərişi kimin vasitəsi ilə verə bilər ?   
Rəhbər  və  vəzifəli  şəxslər  qaz  təhlükəli  işləri  yerinə  yetirən  fəhlələrə 
göstərişi yalnız işə məsul şəxs vasitəsilə verə bilərlər. 
20.  Qaz təhlükəli işləri “icazə-tapşırıq” olmadan aparmaq olarmı ?  
Sabit tərkibli işçilərlə eyni şəraitdə yerinə yetirilən və dövri təkrar olunan 
qaz təhlükəli işlər  tapşırıq-icazə sənədi tərtib edilmədən aparıla bilər. Bu 
işlər  təsdiq  edilmiş  müvafiq  təlimat  üzrə  aparılır.  Müəssisələrdə  baş 
mühəndis tərəfindən təhlükəli işlərin siyahısı hazırlanır və təsdiq edilir. Bu 
siyahıda  tapşırıq-icazə  sənədi  tərtib  edilmədən  yerinə  yetirilə  bilən  işlər 
göstərilir. 
21.  “İcazə-tapşırıq”larda əsasən nələr qeyd edilir ?  
İcazə-tapşırıqlarda əsasən aşağıdakılar qeyd edilir: 
Müəssisənin adı, tapşırıq almış şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, 
işin  yeri  və  xüsusiyyəti,  briqadanın  tərkibi,  işin  başlanma  və  qurtarma 
tarixi və vaxti, işin aparılmasında əsas əməliyyatların texnoloji ardıcıllığı, 
əsas təhlükəsizlik tədbirləri və rəhbər təlimatlar, briqadada olan əsas FMV, 
təmirdən qabaq qaz tərkibinin təhlili nəticələri, tapşırıq-icazə verən şəxsin 

 
 
imzası,  tapşırıq  alan  şəxsin  vəzifəsi  və  imzas,  briqada  tərkibinin 
təlimatlandırılması və işlərin qurtarması üzrə işin rəhbərinin  qərarı 
22.  Qaz təhlükəli işlərdə hansı alətlərdən istifadə olunmalıdır? 
Qaz olan yerlərdə işləyən zaman qığılcım yaranmasına imkan verməyən 
əlvan metalldan hazırlanmış çəkic və kürə işlədilməlidir. Qara metaldan 
olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud 
başqa  texniki  yağlar  çəkilməlidir.  Qaz  olan  yerlərdə  qığılcım  verə  bilən 
elektrik  qurğusundan  və  başqa  elektrik  alətləindən  istifadə  edilməsi 
qadağandır. 
23.  Quyularda  və  çənlərdə  qaz  təhlükəli  işləri  görən  işçilər  hansı 
ayaqqabılardan istifadə etməlidir? 
 Quylarda, çənlərdə və bu kimi yerlərdə işləyən işçilər  qaztəhlükəli işlər 
görərkən  dəmir  nalı  və  mıxları  olmayan  ayaqqabılardan  istifadə 
etməlidirlər. Əks halda ayaqqabılar üzərinə qaloş geyinilməlidir. 
24.  Qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün tərtib edilmiş “icazə-
tapşırıq”lar  və  onların  qeydiyyatının  aparıldığı  jurnal  neçə  il 
saxlanılır ?  
Qaz  təhlükəli  işlərin  yerinə  yetirilməsi  üçün  tərtib  edilmiş  “icazə-
tapşırıq”lar  1  il  və  onların  qeydiyyatının  aparıldığı  jurnalı  isə  5  il 
saxlanılmalıdır. 
25.  Hansı  qaz  təhlükəli  işlər  mühəndis-texniki  işçinin  bilavasitə 
rəhbərliyi olmadan aparıla bilər? 
Ayrı-ayrı  məişət  qaz  cihazlarının  birləşdirilməsi,  qaz  balonlu  qurğuların 
istismara verilməsi, diametri 32 mm-dən artıq olmayan alçaq təzyiqli  qaz 
kəmərlərində  qaynaq  və  qaz  ilə  kəsmə  tətbiq  etmədən  təmir  işlərinin 
aparılması,  quyuların  nəzərdən  keçirilməsi  və  havanın  dəyişdirilməsi, 
kondensat  yığan  tutumlardan  kondensatın  nasosla  sorulub  çıxarılması, 
həmçinin də istismar olunan qaz cihazlarına və daxili qaz avadanlıqlarına 
xidmət  edilməsi  ilə  bağlı  qaz  təhlükəli  işlər  mühəndis-texniki  işçinin 
rəhbərliyi olmadan aparıla bilər. Bu  halda işlərə  rəhbərliyi həmin işlərin 
görülməsi üçün ayrılmış fəhlələrdən daha ixtisaslı olanına tapşırılmasına 
yol verilir. 
 
 

 
 
26.  Hansı qaz təhlükəli işlər iş planı əsasında aparılmalıdır? 
Qazlaşdırılan şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin qaz 
şəbəkələrinin istismara buraxılması və qazın verilməsi, təzyiqi 6 kqq/sm

(0.6Mpa)-dan  artıq  olan  qaz  kəmərinə  qazın  verilməsi,  yüksək  və  orta 
təzyiqli qaz kəmərinə “qaz altında” birləşdirmə üzrə işlər, QPM və QPS-
lərdə qaynaq və qazla kəsmə tətbiq etməklə aparılan işlər, qaynaq və qazla 
kəsmə  tətbiq  etməklə  orta  və  yüksək  təzyiqli  qaz  kəmərlərində  “qaz 
altında”  aparılan  təmir  işləri  orta  və  yüksək  təzyiqli  qaz  kəmərlərində 
istehlakçının  qaz  kəmərindən  açılması  ilə  əlaqədar  qazın  təzyiqinin 
azaldılması və yenidən qaldırılması, ümumilikdə müəssisəyə veilən qazın 
açılması və sonradan yenə verilməsi işləri tapşırıq üzrə və qaz təsərrüfatı 
müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş xüsusi plana uyğun, 
həmin işləri müəssisə öz qüvvəsi ilə apardıqda isə həmin müssisənin baş 
mühəndisi tərəfindən təsdiq edilmiş xüsüusi plana uyğun aparılır. 
27.  Qaz  təhlükəli  işləri  icrası  barədə  tərtib  olunmuş  planda  nələr 
qeyd olunmalıdır? 
İş planında işlərin aparılmasının dəqiq ardıcıllığı işçilərin yerləşdirilməsi, 
mexanizmlərə  və  vasitələrə  təlabat  göstərilir,  həmin  işlərin  maksimum 
təhlükəsiz aparılmasını təmin edən tədbirlər nəzərdə tutulur. 
İş planında həmçinin qaz təhlükəli hər bir işin aparılmasına cavabdeh olan 
şəxslər,  ümumi  rəhbərlik  edən  və  işlərin  yerinə  yetirilməsi  ardıcıllığını 
təyin  edən  və  bu  işlərin  əlaqələndirilməsinə  cavabdeh  olan  şəxs  də 
göstərilməlidir. 
Plana uyğun olaraq bu qaz təhlükəli işin aparılmasına cavabdeh olan şəxsə 
ayrıca tapşırıq verilməli, həmin tapşırıqda işləri yerinə yetirən zaman əsas 
təhlükəsizlik tədbirləri və işin texnoloji ardıcıllığı göstərilməlidir.  
28.  Qaz təhlükəli işlərin  icrası    barədə tərtib olunmuş  plana hansı 
sənədlər əlavə olunmalıdır? 
İş  planına  və  tapşırığa  işlərin  aparılması  yeri  və  xüsussiyyətləri 
göstərilməklə,  icra  certyoju  və  ya  onun  əksi  əlavə  edilir.  Qaz  təhlükəli 
işlərə  başlamazdan  əvvəl  onların  aparılmasına  cavabdeh  olan  şəxs  icra 
cizgisinin, yaxud onun surətinin işlərin aparılacağı yerdə obyektin faktiki 
yerləşməsinə uyğunluğunu yoxlamalıdır. 

 
 
29.  Hansı hallarda qaz təhlükəli işlər icazə tapşırıqsız yerinə yetirilə 
bilər?  
Qəza ilə əlaqədar işlər bilavasitə insanların həyatına, maddi nemətlərə dəyə 
biləcək  təhlükə  aradan  qaldırılana  qədər  tapşırıqsız  aparılır.  Təhlükə 
aradan  qaldırıldıqdan  sonra  qaz  kəmərlərinin  və  qaz  avadanlıqlarının 
texniki  saz  vəziyyətə  gətirilməsi  üzrə  işlər  tapşırıq  (sərəncam)  üzrə 
aparılmalıdır. 
30.  Ezamiyyətə gələn şəxslərə qaz təhlükəli işlərin aparılmasına dair 
tapşırıq hansı müddətə verilir? 
Ezamiyyətə gələn şəxslərə qaz təhlükəli işlərin aparılmasına dair tapşırıq 
(sərəncam)  bütün  ezamiyyət  müddətinə  verilməlidir.  İşlərin  icrasına 
nəzarəti onlara cavabdeh olan şəxs aparmalıdır. 
31.  Tapşırıq  üzrə  yerinə  yetirilən  işlər  bir  gündən  artıq  müddətdə 
yerinə yetirilirsə, onların aparılmasına cavabdeh olan şəxs işin 
gedişi barədə kimə məlumat verməlidir? 
Tapşırıq  (sərəncam)  üzrə  yerinə  yetirilən  qaz  təhlükəli  işlər  bir  gündən 
artıq müddətdə yerinə yetirilirsə, onların aparılmasına cavabdeh olan şəxs, 
işlərin gedişi barədə bu işlərin aparılmasına tapşırıq verən şəxsə hər gün 
məlumat verilməlidir. 
32.  İstismar olunan qaz kəmərlərinə yeni qaz kəməri qoşulduqda və 
ya təmir edildikdə qazın təzyiqi nə qədər olmalıdır? 
İstismar olunan qaz kəmərlərinə yeni qaz kəməri qoşulduqda və ya təmir 
edildikdə qazla kəsmə və qaynaq işləri zamanı qazın təzyiqi 40 mm-dən 
150 mm su sütunu intervalında olmalıdır. Həmin intervaldan kənarlaşma 
zamanı  qaynaq  işləri  dayandırılmalıdır.  İşlərin  aparıldığı  yerdə  təzyiqə 
nəzarət olunması üçün manometr qoyulmalıdır. 
 
 
 
 
 
 
 
 

 
 
V FƏSİL 
QAYNAQ İŞLƏRİ HAQQINDA 
 
1.  Qaynaq  işinə  başlamazdan  əvvəl    hansı  təhlükəsizlik  tədbirləri 
görülməlidir? 
Qaynaq aparatının və qaynaq edilən metalın yerlə birləşmələrinin kipliyi 
və  kabellər  yoxlanmalı, iş  gedən ərazi yanan maddələrdən 
təmizlənməlidir. 
2.  Qaynaqçı  yeraltı  qaz  kəmərlərində  damğanı  qaynaq  tikişindən 
hansı məsafədə vurmalıdır? 
Qaynaqçı  ona  verilmiş  şifrəni  yeraltı  qaz  kəmərinin  qaynaq  tikişindən 
30÷50 mm məsafədə vurmalıdır. Bu şifr və ya nömrənin qoyulması metalı 
üst  əritmə  üsulu  ilə  damğa  vurmaqla  yaxud  metalı  zədələməyən  başqa 
üsullarla aparıla bilər. 
3.  Emalatxanalarda  işləyən  qaynaqçıların  yerinə  yetirdikləri  işlərin 
keyfiyyəti hansı müddətdən bir yoxlanılır? 
Emalatxanalarda  işləyən  qaynaqçıların  yerinə  yetirdikləri  qaz  kəməri 
elementlərinin  qaynaq  edilməsi  işlərinin    keyfiyyəti  hər  ay  qaynaq 
nümunələrinin mexaniki sınağı ilə təyin edilməlidir.  
4.  Qaynaqçı  üçün  tərtib  edilmiş    formulyarlarda  nələr  qeyd  
edilməlidir? 
Qaynaq  quraşdırma  işləri  aparan  təşkilatda  hər  bir  qaynaqçı  üçün 
formulyar tərtib edilməlidir. Bu formulyarda qaynaqçının ixtisas dərəcəsi 
barədə  məlumat,  biliyinin  dövri  olaraq  yoxlanılmasının  yekunları, 
qaynaqçının  qaynaq  etdiyi  sınaq  birləşmələrinin,  qaz  kəməri  xəttində 
qaynaq  etdiyi  birləşmələrin  sınağının  nəticələri  və  qaynaqçının  işini 
xarekteriza edən digər məlumatlar göstərilmişdir. 
5.  3 kq/sm
2
-ə qədər təzyiqli qaz kəmərlərində qaynaq birləşmələrinin 
keyfiyyəti fiziki üsullarla yoxlanılması zamanı mənfi nəticələr əldə 
edilərsə hansı tədbirlər görülməlidir? 
3  kq/sm
2
-ə  qədər  təzyiqli  qaz  kəmərlərində  qaynaq  birləşmələrinin 
keyfiyyəti  fiziki  üsullarla  yoxlanılması  zamanı  mənfi  nəticələr  əldə 
edilərsə normadan 2 qat artıq birləşmələr yenidən yoxlanılmalıdır. Təkrar 
yoxlama  zamanı  nümunələrdən  birində  belə  mənfi  nəticə  alınsa 

 
 
qaynaqçının obyektdə apardığı bütün birləşmələr fiziki nəzarət üsulu ilə 
yoxlanılır və qaynaqçı işdən kənar edilir.    
6. 
Qaynaq  aparılarkən  hansı  təhlükəsizlik  tədbirlərinə  diqqət 
yetirilməlidir? 
 Qaynaq zamanı diqqət yetirilməlidir: 
  Əlcəyin, ayaqqabının və paltarın daim quru olmasına; 
  Qaynaq  apararkən    qövsün  yanması  zamanı  genaratorun  və  ya 
transfarmotorun sıxaclarında gərginliyin sabit cərayan üçün 110v və 
dəyişən cərəyan üçün isə 70v-dan artıq olmamasına; 
  Üzün və başın qorunması üçün istifadə edilən xüsusi şitdə və ya şlem 
–maskada olan şüşənin yararlı vəziyyətdə olmasına; 
  Qaynaq şlakının yalnız qoruyucu eynək taxdıqdan sonra metal şotka 
ilə yoxlanılmasına; 
  Metal ərintilərinin qığılcımlarından qorunmaq üçün qaynaq yerinin 
əvvəlcədən təmizlənməsinə; 
  lazım  olmadıqda  elektrottutucunu  (derjateli)  cərəyan  altında 
qalmamasına. 
7. 
Qaynaq    işlərinə  başlamazdan  əvvəl  qaynaqçı  təhlükəsizliyin 
təmin edilməsi məqsədilə hansı işləri yerinə yetirməlidir? 
İşin aparılmasına mane olan  əşyaları və tezalışan materilları  iş yerindən 
kənarlaşdırmalı,  qaynaq  aqreqanı  münasib  yerdə  yerləşdirməli,  qaynaq 
aqreqatının, ölçü cihazlarının, fərdi mühafizə  və qoruyucu vasitələrin işlək 
vəziyyətdə  olmasını  yoxlamalı,  kontaktların  möhkəmliyinə  və  naqillərin 
izolyasiyasının  zədələnmədiyinə  əmin  olmalı,  işıqlanmanın  150лк-dən 
aşağı olmadığına nəzər yetirməli və iş yerini yanğınsöndürmə vasitəsi ilə 
təmin etməlidir 
8. 
Qaz kəmərləri çəkilmiş və qazdan istifadə edən aqreqatlar olan 
binalarda  quyularda  qaynaq  işləri  zamanı  hansı  təhlükəsizlik 
tədbirləri görülməlidir? 
Qaz kəmərləri çəkilmiş və qazdan istifadə edən aqreqatlar olan binalarda 
quyularda,  kollektorlarda  və  s.  yerlərdə  qaynaq  işləri  aparılmasına 
başlamazdan əvvəl qazın olması yoxlanılmalıdır. Havadakı qazın miqdarı 
aşağı partlayış həddinin 1/5-dən artıq olmamalıdır. Sınaq üçün nümunə pis 
ventilyasiya olunan yerdən götürülməlidir. 

 
 
Qaynaq  işlərinin aparıldığı bütün  müddətdə  binalar  yaxşıca  ventilyasiya 
olunmalıdır, quyular və kollektorlarda isə 1saatda havanı 3 dəfə dəyişdirə 
bilən  ventilyator  və  kompressor  vasitəsilə  hava  vurmaqla  ventilyasiya 
olunmalıdır. 
9. 
Neçə  növ qaynaq vəziyyətləri mövcuddur və hansılardır? 
3 cür qaynaq vəziyyəti mövcuddur: 
  döşəmə 
  tavan 
  üfüqi. 
10.  Qaynaq aqerqatı (sak) ilə qaynaq transformatorunun iş prinsipi 
necə fərqlənir? 
Qaynaq  aqerqatı  (sak)  özü  elektrik  istehsal  edir  və  onu  tənzimləyərək 
qaynaqçıya  verir.  Qaynaq  transformatoru  isə  elektriki  şəbəkədən  alır  və 
tənzimləyərək qaynaqçıya verir. 
11.  Neçə növ qaynaq şovu var və hansılardır? 
Qaynaq şovu üç növdür və aşağıdakılardır: 
  kök 
  dolğu 
  üzlük. 
12.  Qalın metallarda qaynaq şovu neçə növdür və hansılardır? 
Qalın metallarda dörd növ qaynaq şovu vardır: 
  kök 
  isti qaynaq 
  dolğu 
  üzlük. 
13.  Qaynağın daxili qüsurları hansı nəzarət üsulu ilə müəyyən edilir? 
Rentgen şüası ilə. 
14.  Qaynaq çubuğunu seçərkən hansı amillərə əsaslanmaq lazımdır? 
Qaynaq  avadanlığının  sabit  və  ya  dəyişkən  cərəyanla  işləməsi,  qaynaq 
çubuğunun  metal  hissəsinin  kimyəvi  tərkibinin  qaynaq  ediləcək  metala 
uyğun  olması,  qaynaq  çubuğunun  örtüyünün  qaynaq  vəziyyətinə 
(bucağına) uyğun seçilməsi. 
 

 
 
15.  Əl ilə qövşü qaynaqda neçə qat qaynaq tikişi qoyulmalıdır? 
Əl ilə qövsü qaynaqda 3 qat tikiş qoyulmalıdır. 
16.  Qaynaq  aparatı  cərəyan  mənbəyinə  qoşulma  və  ayrılma 
ardıcıllığı necədir?   
Qaynaq aparatı elektrik cərəyanına qoşulan zaman ilk növbədə “0” (-)-a, 
sonra  isə  “Faza”  (“+”)-ya  qoşulmalıdır.  Açıldıqda  isə  əksinə,  yəni  ilk 
növbədə “Faza” (“+”)-dan sonra isə “0” (“-“) -dan açılmalıdır. 
 
17.  Tikişətrafı metalın yanmasına səbəb nədir? 
Tikişətrafı metalın yanmasına cərəyanin cox olması səbəb olur. 
18.  Tərpənməyən  boru  kəməri  vəziyyətinə  görə  necə  cür  tikiş  ilə 
qaynaq edilir? 
Tərpənməyən boru kəməri vəziyyətinə görə üç cür tikiş ilə qaynaq edirlir: 
  düz 
  döngəli (və ya əyri) 
  tavan üzrə (aşağıdan yuxarı). 
19.  Hansı hallarda qaynaq tikişində qüsurlar yaranır? 
Qaynaq edilən  metalların kimyəvi tərkibi fərqli olduqda, qaynaq çubuğu 
düzgün  seçilmədikdə,  qaynaq  rejimi  (sürət  və  gərginlik)  düzgün 
seçilmədikdə qaynaq tikişində qüsurlar yaranır. 
20.  Qaynaq aparatlarının naqillərinə olan tələblər hansılardır? 
Qaynaq  aparatlarının  elektrik  naqilləri,  çoxsimli  mis  materialdan 
hazırlanmış  naqildən  olmalıdır  və  bu  naqillər  onlara  düşən  elektrik 
qüvvəsinə davam gətırməlidirlər.  
21.  Qazla  kəsmədə  və  qaynaqda  işlədilən  avadanlıq  və  vasitələr 
hansılardır? 
Qaz generatoru, qaynaq odluğu və oksigen kəskisi, təzyiq nizamlayıcılari 
(reduktor), rezin şlanqlar. 
22.  Əl  ilə  elektrik-qövs  qaynağında  əsas  parametrlər  hansı  hesab 
edilir? 
Əsas parametr qaynaq cərəyanı hesab edilir. 
23.  Sabit  cərəyanla  qaynaq  etdikdə  hansı  avadanlıqdan  istifadə 
edilir? 
Qaynaq generatoru və daxili yanma mühərriklərindən istifadə edilir. 
24.  Əsas örtüklü elektrodlar qaynaqdan əvvəl nə üçün qurudulur? 
Rütubəti uzaqlaşdırmaq məqsədilə qurudulur.  

 
 
25.  Sabit cərəyanın qısa yazılışı necədir? 
DC - sabit cərəyanın qısa yazılışıdır. 
26.  Dəyişən cəryanın qısa yazılışı necədir? 
AC - dəyişən cərəyanın qısa yazılışıdır. 
27.  Cərəyan şiddəti hansı ölçü vahidi ilə ifadə edilir? 
Cərəyan şiddəti amperlə ifadə edilir. 
28.  Elektrik–qövs qaynağında istifadə edilən maskadakı şüşə ekran 
qaynaqçını nədən qoruyur? 
İnfraqırmızı və Ultrabənövşəyi şuadan mühafizəni təmin edir. 
29.  Qaynaq  elektrodları  saxlanan  otaqlarda  havanın  temperaturu 
minumum nə qədər olmalıdır? 
Qaynaq elektrodları saxlanan otaqlarda havanın temperaturu minumum 
+18
0
 C olmalıdır. 
30.  Qaynaq elektrodunun saxlama müddəti nə qədərdir? 
Qaynaq elektrodunun saxlama müddəti 6 aydır. 
31.  Poladları hansı temperatura qədər qızdırdıqda maqnitliyi itir? 
Poladları 723
0
 C temperatura qədər qızdırdıqda maqnitliyi itir.  
32.  Qaynaq elektrodu nəyə görə seçilir? 
Qaynaq elektrodu materialın qalınlığına görə seçilir. 
33.  Qaynağın  hansı  fəza  vəziyyətində  cərəyan  şiddətini  azaltmaq 
məqsədəuyğun hesab edilir? 
Tavan qaynağı vəziyyətində cərəyan şiddətini azaltmaq məqsədəuyğun 
hesab edilir. 
34.  Qaynaq tikişində ən önəmli qüsur hansı sayılır? 
Kök tikişinin natamam əriməsi ən önəmli qüsur sayılır. 
35.  Qaynaq metalındakı karbon elementinin miqdarı onun hansı 
xüsusiyyətini artırır? 
Zərbəyə qarşı davamlığını artırır.  
36.  Elektrik cərəyanı nəyə deyilir? 
Sərbəst elektronların istiqamətlənmiş hərəkətinə elektrik cərəyanı deyilir. 
37.  Cərəyanın neçə növü vardır? 
Cərəyanın iki növü vardır: 
 dəyişən cərəyan 
 sabit cərəyan 

 
 
38.  Poladların qaynaq olma qabiliyyətini pisləşdirən nədir? 
Poladın  tərkibində  karbonun  və  ligerləyici  elementlərin  miqdarının  çox 
olması. 
39.  Hansı  qida  mənbələri  ilə  eyni  vaxtda  bir  neçə  qaynaqçı  işləyə 
bilər? 
BKCM-1000  adlanan  qida  mənbəyi  ilə  eyni  vaxtda  bir  neçə  qaynaqçı 
işləyə bilər. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin