AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  ROC-407  (107)  sərfölçən  cihazında  ölçülən  parametrlər



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


61.  ROC-407  (107)  sərfölçən  cihazında  ölçülən  parametrlər 
hansılardır? 
Temperatur,  təzyiq,  təzyiqlər  fərqi  və  həmçinin  vaxt  və  saatlıq,  günlük, 
aylıq sərfiyyat. 
62.  Qaz  sayğaclarının  birləşmələrinə  xüsusi  nömrəli  plombların 
vurulması qaydası necədir? 
 Rotor  və  Turbin  Elster  markalı  elektron  sayğacların  hesablayıcı 
mexanizminin örtüyünə, giriş və çıxış flyans birləşmələrinə
 Diafraqma  tipli  mexaniki  sayğacların  (G-2,5,  4,  6,  10,  16  və  25 
markalı) hesablayıcı mexanizminə və birləşdirici qaykalarına (giriş 
və  çıxış  birləşmələrinə  hesablayıcı  mexanizminin  qapağından 
keçirilməklə). 
63.  Diafraqmanın  diametrinin,  ölçü  borusunun  diametrinə  nisbəti 
nə ilə ölçülür? 
Diafraqma diametrinin, ölçü borusunun diametrinə nisbəti β ilə ölçülür. 
β= d / D; β 
0,1 £  β  £  0,75 
d ³ 12,5 mm, 50 mm  £  D  £  1000 mm. 
 
 
 

 
 
III FƏSİL 
SMART SAYĞACLAR HAQQINDA 
 
1. 
Smart Sayğac nədir? 
“İTRON”  firmasının  istehsalı  olan  Smartkart  tipli  (əvvəldən  ödənişli) 
diafraqmalı məişət qaz sayğacı təbii, aqressiv olmayan aşağı təzyiqli quru 
və  təmiz  qazların  uçotunun  aparılması  üçün  istifadə  olunur.  Sayğac 
mexaniki ölçmə mexanizmindən, Smartkart ölçmə qurğusundan (elektron 
hissə), gövdədən, giriş və çıxış yivli birləşmələrdən, bağlayıcı klapandan və 
gövdənin daxilinə quraşdırılmış iki kameralı membrandan ibarətdir. 
2. 
Smart Sayğac hansı hissələrdən ibarətdir? 
 giriş və çıxış yivli birləşmələr - yivlər arasında olan məsafə 11 cm-
dir; 
 hesablayıcı qurğunun qoruyucu örtüyünə vurulan xüsusi plomblar
 mexaniki hesablayıcı mexanizm - 8 rəqəmli; 
 LSD ekranı; 
 informasiya düyməsi; 
 klapanın açılışı, kredit həcmindən istifadə düyməsi; 
 kart yuvası; 
 element yuvasının qoruyucu qapağı. 
3. 
Qallus  IV  PSC  ITRON  G4    tipli  qaz  sayğaclarının  texniki 
göstəriciləri hansılardır? 
 Ölçülən mühit-temperaturun -10    C-dən +55     C-yə qədər, ən böyük 
işçi  təzyiq  0,5  bar  (0,05  MPa)  olan  təbii  qaz,  qazabənzər  propan, 
butan və onların qarışığı və s. qeyri aqressiv qazlar 
 Sayğaclar  ətraf  mühitin  temperaturu  -10     C-dən  +55     C-yə  qədər 
olan şəraitdə istismar edilir. Bu şəraitdə sayğacın mexaniki hissələrin, 
habelə elektron blokunun normal işi təmin olunur.  
Elektron blokun işinə məhdudiyyətlər: 
 -5     C  -dən  +35  C-yə  qədər--maye  kristallik  displeydə  göstərişlər 
aydın seçilir.  
 0     C-dən  +55     C-  yə  qədər  smart  kartın  köməyilə  sayğacın 
kreditləşdirilməsi əməliyyatını həyata keçirmək mümkündür.  
 Maksimal nəmlik +40     C-də 95% olmalıdır 

 
 
 Qaz sərfinin ən böyük qiyməti Qmax= 6,0m
3
/s 
 Qaz sərfinin nominal qiyməti Qnom=4,0m
3
/s 
 Qaz sərfinin ən az qiyməti Qmin=0,040m
3
/s 
 Dövrü həcm -1,2dm
3
 
 Qmax-da təzyiq itkisi -200 Pa-dan çox olmamalıdır. 
 Qmin-da təzyiq itkisi -60Pa-dan çox olmamalıdır. 
 Hesablayıcı qurğunun tutumu-99999,999 
 Şkalanın ən kiçik bölgü qiyməti-0,2dm
3
 
 Buraxıla bilən nisbi xətanın həddi : 
Qmin≤Q<0,1Qmax sərf diapazonunda ----± 3% 
0,1Qmax≤Q≤Qmax sərf diapazonunda ----±1,5% 
 Sayğacın kütləsi – 2,3±0,15kq 
 Gövdənin materialı – polad 
 Qol borunun mərkəzləri arasında məsafə 110±0,15 mm.  
4. 
Smart Sayğacların quraşdırılma Qaydaları hansıladır? 
Smart Sayğacı şaquli vəziyyətdə boru kəmərlərinə elə birləşdirilməlidir ki, 
qazın axın istiqaməti ilə sayğacın gövdəsində göstərilən ox işarəsi üst-üstə 
düşsün.  Sayğac  elə  yerləşdirilməlidir  ki,  onun  hesablayıcı  qurğusundan 
göstərişi görmək əlverişli olsun. Sayğac qaz təzyiqinin reduksiya edilməsi 
pilləsindən sonra (qazın təzyiqinin nizamlayıcısı) quraşdırıla bilər. Sayğac 
iki variantda qoşula bilər: baypaslı və baypassız.  
5. 
Smart  Sayğac  quraşdırma  zamanı  tələb  olunan  təhlükəsizlik 
qaydaları hansılardır? 
Sayğac  quraşdırılarkən  öncədən  “Quraşdırma  və  İstismar  üzrə  təlimat” 
öyrənilməlidir.  Sayğacların  quraşdırılması  istismara  verilməsi,  təmiri  və 
yoxlanılması  ancaq  bu  işlərin  yerinə  yetirilməsinə  rəsmi  hüququ  olan 
təşkilatlar tərəfindən həyata keçirilə bilər. Sayğaclar quraşdırılan ərazidə 
qaz verilişi müvəqqəti olaraq dayandırılmalıdır. Sayğacların quraşdırılma 
prosesi  texniki  şərtin  tələblərinə  riayət  olunmaqla  həyata  keçirilməlidir. 
Sayğacların qol boruları bağlanmış şəkildə boru kəmərinə qaynaq edilməsi 
qadağandır.  Sayğaclar  quraşdırıldıqdan  sonra  mənzildə  qaz  iyinin 
olmamasına  əmin  olmaq  lazımdır.  Hər  ehtimala  qarşı  giriş  qapıları  və 
aynalar  açılaraq  evin  havası  dəyişilməlidir.  Smart  kartla  işləyən  qaz 
sayğaclarının  sızmanı  yoxlama  funksiyasından  istifadə  edərək  mənzildə 

 
 
qaz  borularında  sızma  yoxlanılmalıdır.  Əgər  sızma  olarsa  dərhal  aradan 
qaldırılmalıdır.  Quraşdırma  zamanı  qaz  qaynaq  qurğuları  normativ 
sənədlərdə  göstərilən  məsafədə  qoyulmalıdır.  Oddan  istifadə  edərək 
sızmanı yoxlamaq qəti qadağandır. 
6. 
Smart tipli Qallus IV PSC ITRON G4, G6 Sayğacların saxlanma 
şəraiti necə olmalıdır ? 
Sayğacların uzunmüddətli saxlanıldığı otaqlar quru və qızdırılan olmalıdır. 
Sayğaclar  nəqletmə  şəraitinə  əməl  edilməsi  şərtilə  istənilən  nəqliyyat 
vasitəsilə  (hava,  dəmiryolu,  avtomobil,  dəniz)  nəql  etdirilə  bilər. 
Quraşdırma  zamanı  sayğaclar  öz  qutularında  birbaşa  günəşin  şüaları 
düşməməsi  şərtilə  quru  sahədə  saxlanılmalıdır.  Sayğacı  əldən  salmaq, 
mexaniki zərbələrə məruz qoymaq qəti qadağandır. 
7. 
Qallus  IV  PSC  ITRON  G4  sayğacın  quruluşu  və  iş  prinsipi 
necədir? 
Qallus  IV  PSC  ITRON  G4  tipli  qaz  sayğacları  aşağıdakı  hissələrdən 
ibarətdir: 
 Gövdə (alt, üst); 
 İki ədəd ölçmə kamerası; 
 Kinematik mexanizm; 
 Üst qapaqda yerləşdirilmiş bağlayıcı klapan; 
 Sayğacın öncədən ödəmə rejimində işini təmin edən elektron blok. 
Sayğac quru tipli iki kameralı icra olunmuş ölçmə cihazlarına aiddir. Hər 
bir  kamera  girişi  və  çıxışı  arasnda  yaranan  təzyiq  fərqindən  hərəkətə 
gətirilən  sintetik  və  hərəkətli  diafraqmadan  ibarətdir.  Diafraqmanın 
hərəkəti kinematik mexanizm vasitəsilə hesablayıcı mexanizmin fırlanma 
hərəkətinə  çevrilir.  Ölçü  kameraları  və  kinematik  mexanizm  hermetik 
gövdəyə  qoyulmuşdur.  Kinematik  qurğu  sayğacda  kreditin  qeydiyyatını 
təmin  edən,  eləcə  də  bağlayıcı  klapanı  idarə  edən  elektron  blokla 
əlaqələndirilmişdir. Əgər sayğac öncədən ödəmə rejimində işləyirsə onda 
sayğacdan  qaz  keçərkən  sayğacın  yaddaşına  qeyd  olunmuş  kredit 
avtomatik olaraq azalır. Sayğacın işinə təsir edən ştatdankənar hallar (daxil 
olan qazın təzyiqinin və sərfinin maksimal həddə çatması, sızmanın olması, 
batareyaların  quraşdırılması  üçün  qapağın  açılması)  olduqda,  habelə 
sayğacda  kreditin  tam  sərf  olunması  zamanı  sayğacın  elektron  bloku 

 
 
bağlayıcı  klapanı  işə  salır,  qapayır  və  bununla  da  qazın  verilməsi 
dayandırılır. 
8. 
Smart  tipli  Qallus  IV  PSC  ITRON  G4  Qaz  sayğaclarının 
quraşdırılmasından öncə nələri bilmək lazımdır ? 
Sayğacın quraşdırılması üzrə işlərə başlamazdan öncə sayğacın pasportunu 
və “Quraşdırma və istismar üzrə təlimatı” öyrənmək lazımdır. Quraşdırma 
işlərinə  başlanana  qədər  sayğaclar  qol  borularına  qapaqlar  taxılmış 
vəziyyətdə, quru və isidilən otaqda saxlanılmalıdır. Sayğacların saxlanma 
və  nəqletdirmə  temperaturu  -20     C-dən  +50     C-yə  qədərdir.  Sayğaclar 
bina  evlərində  mənzilin  giriş  qapısının  yaxınlığında-pilləkən  şaxtasında, 
həyət  evlərində  isə  küçə  tərəfdən  quraşdırılmalıdır.  Sayğaclar  xüsusi 
qutunun içərisində quraşdırılır. Sayğaclar boru kəmərinin aşağı hissəsində 
kondensat  yığıla  biləcək  yerdə  quraşdırıla  bilməz.  Əgər  kondensat 
yaranması  baş  verərsə,  onda  sayğac  tərəfdən  yuxarıda  qaz  axını 
istiqamətində boru kəmərinə kondensat tutucuları qoymaq lazımdır. Qazın 
sayğacdan  qabaq  tələb  olunan  süzülmə  dərəcəsi  100mkm-dən  az 
olmamalıdır. 
9. 
Quraşdırmadan sonra sayğaclarda yarana biləcək ştatdankənar 
nasazlıqların  növləri  və  onların  aradan  qaldırılması  üsulları 
hansılardır ? 
Smart-kartla  işləyən  Qallus  IV  PSC  ITRON  G4,  G6  qaz  sayğacları  bir 
qayda    olaraq  quraşdırma  üçün  dövlət  yoxlamasından  keçdikdən  sonra 
təqdim  edilir.  Buna  baxmayaraq  quraşdırmadan  sonra  sayğacda  aşağıda 
göstərilən mümkün ola biləcək nöqsanlar qarşıya çıxa bilər: 
 Bağlayıcı klapanın açılmaması; 
 Sayğacın kartı qəbul etməməsi
 Sayğacın  displeyində  klapan  açıq  olması  barədə  informasiya 
olmasına baxmayaraq mənzilə qaz daxil olmaması. 
1-ci  halda  klapanın  açılmamasına  səbəb  sayğacın  qol  borusunun 
quraşdırma  vaxtı  əyilməsi  səbəb  olur.  Bu  nöqsanın  olmaması  üçün 
quraşdırma zamanı xüsusi şablondan istifadə etmək lazımdır. Bu şablon 
sayğacın  qol  boruları  mərkəzlərarası  məsafəni  lazımi  ölçüdə  saxlamağa 
imkan verir və qol borularında gərginliyin olmamasına səbəb olur.  

 
 
2-ci halda sayğac kartı qəbul etmirsə deməli sayğacın nömrəsi ilə kartda 
yazılan sayğac nömrəsi uyğun gəlmir. Yəni LSD displeydə F012 göstərir. 
3-cü  halda  qol  borularında  sıxılmadan  yaranan  deformasiya  nəticəsində 
klapanın iş rejimi pozulur. 
10.  Smart  tipli  Qallus  IV  PSC  ITRON  G4  Sayğacın  normal 
işləməsinə  hansı  göstərilən  şərtlərə  əməl  edildikdə  nail  olmaq 
olar? 
 Sayğaca 0,5 bardan (atm-dən) artıq təzyiq vermək olmaz.  
 Sayğaca hava ilə yanar qazın (təbii qaz, propan, butan və başqa yanar 
qazlar) qarışığını vermək olmaz.  
 Sayğaclardan  onun  pasportunda  göstərilən  buraxıla  bilən  qaz 
sərfindən artıq (6,0m
3
/s) qaz buraxmaq olmaz. 
 Sayğacın  ±60
0
C  temperatura  qədər  qızmasına  səbəb  ola  biləcək 
istilik cihazlarının yaxınlığında yerləşdirmək olmaz.  
 Sayğac gövdəsini, hesablayıcı qurğunu, elektron blokunu, sayğacın 
plombunu və ya haloqrammasını (damğasını) pozmaq və zərbələrə 
məruz qoymaq olmaz. 
11.  Smart  tipli  Qallus  IV  PSC  ITRON  G4  Sayğacın  elektron 
blokunun  quruluşu,  maye  kristalik  displeydə  oxunan 
məlumatların məzmunu necədir ? 
Sayğacın elektron bloku aşağıdakı hissələrdən ibarətdir: 
 Elektron blokunun əsas platası 
 Maye kristallik displey 
 İki ədəd düymə (üçkünc - İ simvolu yazılmış və dairəvi göy düymə).  
 Dairəvi göy düymə smart kart ilə bağlayıcı klapanın açılması üçün, 
üçkünc  düymə  isə  displeydə  əks  olunan  informasiyanı  seçilib 
oxunması üçün nəzərdə tutulmuşdur.  
Bundan  başqa  elektron  blokun  tərkibinə  litium  batareyası,  smart  kartı 
oxuyan  rider  daxildir.  Hesablayıcı  qurğunun  8  ədəd  rəqəmləşdirilmiş 
barabanları sayğacdan keçən qazın həcmini göstərir ki, bunlardan 5 qara 
rolik  -  m
3
,    3  qırmızı  rolik  litrlə  həcmi  göstərir  (1m
3
=1000  litr).  Maye 
kristalik  displey  sayğacın  vəziyyəti,  qaz  tarifləri  və  cari  kredit  barədə 
məlumatları göstərir. 

 
 
12.  Qaz  sayğaclarının  kreditlənmə  proseduru  və  ehtiyat  kreditinin 
istifadə qaydaları hansılardır? 
 Smart  kart  almış  abonent  xüsusi  bank  terminallarında,  kartına 
müəyyən məbləğdə pul yüklədir.  
 Kartı sayğaca daxil etməzdən öncə abonent mənzilindəki bütün qaz 
cihazlarını  söndürməli,  xüsusən  qaz  plitələrinə  qaz  ötürən 
borulardakı kranları bağlamalıdır 
 Smart  kart  sayğacda  yuvaya  daxil  edilir,  müəyyən  müddətdə 
sayğacdan 2 dəfə siqnal səsi gəldikdən sonra sayğacın üz panelindəki 
dairəvi  göy  rəngli  düymə  5  saniyə  müddətində  basılı  saxlanılır. 
Sayğac  həmin  anda  sızmanı  yoxlama  rejiminə  keçir  və  bu  zaman 
sayğacın  elektron  lövhəsində  görünən  190  rəqəmi  geriyə  doğru 
azalmağa  başlayır.  Pəncərədə  0  rəqəmi  görünməyincə  mənzildəki 
qaz  cihazlarını  işə  salmaq  olmaz.  190  saniyə  bitdikdən  sonra 
sayğacda  xırıltılı  səslə  klapanın  açılması  prosesi  başlayır.  Səs 
kəsildikdə  klapan  tam  açılmış  sayılır.  Əgər  sızma  yoxlanılan  anda 
sayma yarımçıq dayanarsa bu o deməkdir ki, mənzildə sızma qeyd 
olunmuşdur. Sızma aradan qaldırılmayıncaya qədər sayğac klapanı 
açmayacaq. Abonentin sayğacında kredit məbləği olan halda təkrar 
məbləğ  yükləmək  üçün  kartı  yuvaya  daxil  etdikdən  sonra  göy 
düyməni  basmaq  kifayətdir.  Ehtiyat  kreditdən  istifadə  etmək  üçün 
abonent  smart  kartını  yuvaya  daxil  edir,  göy  rəngli  dairəvi  kredit 
düyməsini basaraq 1 manat məbləğində kredit almaq imkanına nail 
olur. Kredit ancaq sayğacda cari kredit məbləği tam bitdikdən sonra 
verilir 
13.  Kartdan  məlumat  oxuyan  qurğunun  (kart  riderin)  vəzifəsi 
nədir? 
Kartdan  məlumat  oxuyan  qurğu  qaz  sərfi  üzrə  ödəniş  barədə  məlumatı 
oxumaq  və  sayğacın  göstəricilərinin  abonentin  kartına  köçürmək  üçün 
nəzərdə tutulmuşdur. Kart rider sayğacın istismarı vaxtı abonent tərəfindən 
ehtiyatla  istismar  edilməlidir.  Onun  işinin  pozulması  kreditləmə 
əməliyyatının  pozulması  deməkdir.  Kart  riderə  sayğac  üçün  nəzərdə 
tutulmuş smart kartdan başqa kənar cisim salmaq qəti qadağandır. 

 
 
14.  Qazötürücü  boru  kəmərlərinin  forması  və  qaz  axınının 
xarakteristikası ? 
Diafraqmalı  qaz  sayğaclarının  normal  fəaliyyəti  üçün  qazötürücü  boru 
kəmərlərində  sayğaclardan  öncə  və  sonra  düz  sahənin  olmasını  tələb 
etmirlər.  Sayğac  bilavasitə  süzgəcin  (filtir)  bağlayıcı  kranın  və  ya  qaz 
təzyiqi  nizamlayıcısının  (reduktor)  yaxınlığında  quraşdırıla  bilər.  Qaz 
axını stabil olmalı, fasiləsiz olmalı, təzyiqin aşağı qalxıb düşməsinə imkan 
verməmək 
lazımdır.  Kipləşdirici  ara  qapıları  (prokladka)  elə 
hazırlanmalıdır  ki,  və  elə  yerləşdirilməlidir  ki,  onlar  boru  kəmərlərinin 
daxili diametrindən kənara çıxmamalı, sayğac birləşməsinin hermetikliyini 
təmin etmlidir. 
15.  3E sisteminin işləmə prinsipi necədir? 
“Azəriqaz”  İB-də    tətbiq  olunan  İTRON    firmasına  məxsus  3E  sistemi 
smart  kartın  tərtib  olunması,  qaz  istifadəçiləri  haqqında  məlumatların 
sistemə  daxil  edilməsi,  terminallarda  hər  bir  abonentə  öz  smart  kartına 
kredit ödənişlərinin təmin olunmasıni həyata keçirir. 
3e  Oracle  məlumatlar  sistemi  üzərində  qurulmuş  proqram  olub 
abonentlərin şəxsi məlumatlarının, habelə ödənişlərin məlumat bazasının 
yaradılması  və  sistemləşdirilməsi  funksiyasını  daşıyır.  3E  sisteminin 
tərkibinə  məlumat  bazasını  özündə  birləşdirən  server,  terminallarda 
quraşdırılmış, xüsusi proqramla təchiz edilmiş kompüterlər və kart riderlər 
daxildir. 
16.  Smart kartın sistemdə rolu nədir ? 
Smart kart abonentlə sayğac, abonentlə terminal arasında elektron ünsiyyət 
vasitəsidir.  Hər  bir  qaz  istifadəçisi  özünə  aid  olan  smart  kartla  xüsusi 
ödəmə  terminalında  müəyyən  məbləğdə  pul  köçürməklə  kredit 
yüklənməsini  həyata  keçirir.  Bundan  əlavə  qaz  sayğaclarının  istismarı 
dövründə yarana biləcək mənfi nöqsanları smart kart vasitəsilə  məlumat 
bazasına ötürmə imkanı vardır. Bu isə az vaxt ərzində heç bir məsafə qət 
etmədən  istənilən  abonentin  ödənişləri  və  sayğacın  texniki  vəziyyəti 
barədə məlumat almağa, təhlil etməyə və nəticə çıxarmağa imkan verir. 
17.  Smart kart hansı hallarda sayğacın ekranında oxuna bilmir? 
Smart  kartın  sayğaca  daxil  olunması  zamanı  kartın  oxunmamasının  bir 
neçə səbəbi ola bilər: 

 
 
 Abonent tərəfindən smart kartın sayğaca tərsinə salınması;  
 Kartın çipset hissəsinin zədəli olması;  
 Sayğacın kart rider hissəsinin zədəli olması və ya tozlanması; 
 Sayğacın elementinin zəif olması və ya tamamilə bitməsi. 
18.  Smart  tipli    IV  PSC  ITRON  G4  Qaz  sayğacının  normal 
fəaliyyətinin əsas göstəriciləri hansılardır ? 
Smart tipli  IV PSC ITRON G4 Qaz  sayğacının normal fəaliyyətinin təmin 
olunması  üçün  onun  pasportunda  göstərilən  texniki  şərtlərə  ciddi  əməl 
olunmalıdır. Sayğaclar ətraf mühitin temperaturu -10    C-dən +50 5C-yə 
qədər  olan  şəraitdə  istismar  edilməlidir.  Bu  şəraitdə  sayğacın  mexaniki 
hissələrinin, habelə elektron blokunun normal işi təmin olunur. Sayğaclara 
onun  pasportunda  göstərilən  işçi  təzyiqdən  artıq  təzyiq  vermək,  habelə 
maksimal  sərfdən  artıq  sərflə  qaz  keçirmək  olmaz.  Sayğaclar  xüsusi 
qutularda quraşdırılmalıdır. Bu sayğaca ətraf mühitin mənfi təsirini aradan 
qaldırmağa köməklik edir. 
19.  Smart  tipli    IV  PSC  ITRON  G4    qaz  sayğaclarının  istismara 
buraxılması qaydaları necədir? 
Sayğaclar işə buraxılmazdan öncə boru kəmərlərindəki bütün kranlar bağlı 
vəziyyətdə olmalıdır. Bütün variantlarda (baypaslı və ya baypassız) və qaz 
sərfinin  buraxılmasının  bütün  mərhələlərində  sayğacdan  keçən  qazın 
sərfinin  sayğacın  panelində  göstərilən  maksimal  sərfdən  (Qmax)  artıq 
olmasına  imkan  vermək  olmaz.  Qazın  buraxılması  üçün  aşağıdakı 
əməliyyatları həyata keçirmək lazımdır: 
 Bütün qaz cihazlarını söndürmək; 
 Sayğacda kreditin olmasına əmin olmaq;  
 Kredit yoxdursa sayğacı kreditləndirmək. 
Qaz  sayğacının  normal  işi  dedikdə  onun  hesablayıcı  mexanizminin, 
barabanının fasiləsiz, dayanmadan stabil fırlanması nəzərdə tutulur. 
20.  İtron Smart sayğacın elektron ekranında 1 bölməsi nəyi bildirir? 
İtron Smart sayğacın elektron ekranında 1 bölməsi saygacda cari vaxta 
qalan təbii qazın miqdarını m
3
 ilə bildirir. 
 
 

 
 
21.  İtron  Smart  Saygacların  elektron  ekranında  2  bölməsi  nə 
deməkdir? 
Smart saygacların elektron ekranında 2 bölməsi abonentin cari vaxta gədər 
ödədiyi məbləğin cəmini bildirir. 
22.  Smart saygaca verilən 1 azn ehtiyyat kredit tam yəni 10 m
3
 sərf 
olunanda  sayğacın  elektron  ekranında  hansı  informasiya 
görsənir?  
Sayğacın  elektron  ekranında  “-10”  informasiyası  görsənir.  Bu  zaman 
sayğacın  giriş  klapanı  bağlı  olduguna  gorə  qaz  təminatı  smart  karta 
müvafiq məbləg yükləndikdən sonra  kredit məbləğini cıxmaq şərti ilə qaz 
təminatı bərpa olunur. 
23.  Smart  tipli  sayaclarda  sarfiyyat  göstərilən  maksimal  həddi 
kecdikdə nə baş verir ? 
Smart tipli sayaclarda sarfiyyat göstərilən maksimal həddi aşdıqda saygac 
xususi  siqnallar  verməklə  Sayğacın  elektron  ekranında  ALARIM 
xəbərdarliqedici məlumat verərək giriş klapanını bağlıyaraq qaz təminatını 
dəyandırır. 
24.  Smart  Saygaclarda  elektron  ekranda  Allarım  1  yazısı  olduqda 
bu nəyi bildirir ? 
Bu yazı sayğacın batareya yuvasının açılmasını bildirir. Bu zaman məsul 
qaz  işçiləri  tərəfindən  abonentin  iştirakı  ilə  sayğaca,  mənzildə  olan 
cıhazlara,  xətlərə  baxış  keçirilməli,  “Qaz  sayğacının  çıxarılması, 
quraşdırılması  və  istismara  qəbulu  haqqında”  nömrəli  “AKT”  tərtib 
olunmalı  və    yeni  qaz  sayğacı  ilə  əvəzlənməlidir.  Bu  növ  sayğaclar 
növbədənkənar  Dövlət  yoxlamasından  keçirilməli  və  digər  müvafiq 
tədbirlər görülməlidirdir.  
25.  Smart  Saygaclarda  elektron  ekranda  Allarım  2  yazısı  olduqda 
bu nəyi bildirir? 
Bu yazı sayğacın batareya səviyyəsinin 30 faiz cıvarında qalmasını bildirir. 
26.  Smart  Saygaclarda  elektron  ekranda  Allarım  3  yazısı  olduqda 
bu nəyi bildirir? 
Bu yazı sayğacın iterfeysində qisa qapanma oldugunu bildirir. 
 

 
 
27.  Smart  Saygaclarda  elektron  ekranda  Allarım  5  yazısı  olduqda 
bu nəyi bildirir? 
Bu  yazı  sayğacın  mexaniki  göstəricisinin  20  litr  geriyə  firlanmasını 
bildirir. 
28.  Smart  Saygaclarda  elektron  ekranda  fO-44  yazısı  olduqda  bu 
nəyi bildirir? 
Bu  yazı  Sayğacın  giriş  klapanın  tam  açılıb-bağlanmadığını,  düzgün 
işləmədiyini bildirir. Bu hal sayğacın düzgün quraşdırılmamasından və ya 
qol birləşmələr arasında gərilmə olduğu zaman meydana çıxa bilər. 
29.  Smart  Saygaclarda  elektron  ekranda  F-100  dən  F-155  qədər 
işarəsi olduqda bu nəyi bildirir? 
Bu yazı sayğacın elektron cipində olan zavod qüsurunu bildirir. 
30.  Qaz sərfi zamanı smart saygacın mexanizimlərindən gələn səsin 
norması nə qədərdir? 
Qaz sərfi zamanı smart saygacın mexanizimlərindən gələn səsin norması 
sayğacdan  50  cm  aralı  məsafədən  42  db  səsin  gəlməsi  məqsədəuygun 
hesab edilir.  
31.  Smart saygacın üzərində olan Barkodun acılışı necədir? 
  YY - Smart sayğacın buraxılış ilini göstərir. 
  CC - Calibir cədvəlində olan məlumatı göstərir. 
  AZ1 - Tətbiq ediləcək ölkə kodunu göstərir. 
  X-PART versiyasını göstərir. 
  01- istehsalçı zavodun idenfikasiya nömrəsini göstərir. 
  123456 - Smart saygacın nömrəsini bildirir. 
32.  Smart saygacın elekton hissənin işləməsi üçün qida mənbəyi kimi 
nədən istifadə edilir? 
Sayğacda elektron hissənin qidalanması məqsədilə LS26500 markalı 3,6V 
gücə malik elementdən istifadə olunur. Elementin işləmə müddəti aşağıdakı 
şərtlər daxilində 9 ildir: 
 klapanın işləməsi ay ərzində 4 dəfədən çox olmadıqda; 
 istifadə olunmadıqda LCD ekran işləmirsə; 
 kartla əməliyyat  həftədə bir dəfədən çox olmayaraq aparıldıqda. 
 
 

 
 
33.  Smart  saygaca  mütəxəsislər  tərəfindən  xarici  baxış  necə 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin