~ 418 ~
Q - 1ℓ Ģəraba görə karbon qazının miqdarı, litrlə;
0,247 – 1q Ģəkər parçalananda əmələ gələn karbon
qazı, litrlə;
R
T
– temperaturda yaranan təzyiq;
B
T
– Ģərabın CO
2
-nı udma xüsusiyyəti (həmin t-da).
Lakin istehsalatda Ģəkərin adi qaydada müəyyən olunmuĢ doza-
sından istifadə olunur. Həmin doza göstərilən formulla hesablanan
miqdardan bir qədər yüksəkdir. Məsələn, Abrau-Dyurso Ģampan
zavodunda 10
0
C temperaturda butulkada 5 atm təzyiq yaratmaq
üçün ĢampanlaĢan Ģəraba 22 q/dm
3
Ģəkər vururlar. Halbuki,
yuxarıdakı formulla hesablandıqda bu miqdar 19,2 q/dm
3
təĢkil
edir.
Müəyyən olunmuĢdur ki, spirt, Ģəkər və ekstrakt maddələrinin
miqdarı artdıqca Ģərabın karbon qazını udma əmsalı aĢağı duĢur.
ġampan Ģərablarının keyfiyyəti aĢağıdakı uç amillə müəyyən
olunur:
1. PartlayıĢ yaratması.
2. Oynaqlıq xüsusiyyəti.
3. Köpuk əmələ gətirməsi.
1. Partlayış – Ģampan və ya qazlaĢdırılmıĢ Ģərab butulkasını
açan zaman müĢahidə olunan özünəməxsus səsdir. Səsin inten-
sivliyi, butulkada olan qaz kamerasının həcmi və karbon qazının
təzyiqinin böyüklüyü ilə müəyyən olunur. Təzyiq və qaz kamerası
nə qədər böyük olarsa, səs bir o qədər intensiv çıxmaqla, tıxac
enerjili atılır.
Butulkanı açan kimi (Ģampan, yaxud qazlaĢdırılmıĢ Ģərablarda)
partlayıĢla qazla Ģərab arasındakı tarazlıq kəskin dəyiĢir. Ġlk anda
qaz çıxır. Ondan sonra uzun oynaqlıq kəskin qısalır və Ģərab tez-
liklə «ölü» hala keçir. Bu halda həm də köpüklənmə xüsusiyyəti
azalır.
PartlayıĢ hadisəsi Ģərabın karbon qazı ilə doymasından asılı
deyildir. Bu məsələ həm Ģampan, həm də qazlaĢdırılmıĢ Ģərablarda
eynidir.