Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”


FƏSIL III. XİDMƏT MÜƏSSİSƏSİNDƏ İŞGÜZAR ADAPTASİYA VƏ



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
nuriyeva-sevinc

FƏSIL III. XİDMƏT MÜƏSSİSƏSİNDƏ İŞGÜZAR ADAPTASİYA VƏ 
KARİYERANIN TƏŞKİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
3.1. Xidmət müəssisəsində peşə adaptasiyasının təşkilinə olan tələblərin 
qiymətləndirilməsi. 
Tədqiqatın mövzusu: 
Bu araşdırmada, istehsal sektorunda işləyən işçilərə əsasən karyeranın 
idarəedilməsi 
planlaşdırılması,iş 
stresi, 
işgüzar 
adaptasiya 
mühiti 
qiymətləndirilmişdir. 
Araşdırmanın məqsədi və əhəmiyyəti: 
Araşdırmanın məqsədi karyeranın idarəedilməsi planlaşdırılması,iş stresi, işgüzar 
adaptasiya mühitini araşdırmaqdır. Təşkilati fəaliyyətlərin davamlılığı müddətində 
fərdlərə təsir edən həddindən artıq iş yükü, zaman təzyiqi, cansıxıcı iş, fərdlər arası 
əlaqələr və rəhbərlikdən gözləmələrin meydana gətirdiyi iş stressi ilə fərdlərin 
təşkilati fəaliyyətləri və bu müddət boyunca fərdi inkişaflarını artıracaq fəaliyyətləri, 
iş rotasiyası və yüksəlmə kimi karyeranın idarəedilməsi mövzusu olan insan 
resurslarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədidir . İş dünyasında təşkilati 
dinamikanın yaratdığı şərtlərə bağlı olaraq fərdlərin karyera inkişafları davam 
edərkən eyni zamanda qeyri-müəyyən iş şərtlərinin yaradacağı narahatlıq və stress 
faktorlarından da təsirlənməmək üçün bir sıra proqramlarda tapılması əhəmiyyətlidir. 
Stress anlayışı xüsusilə həddindən artıq hiss edildiyi vəziyyətlərdə fərdlərdə 
bezginlik, tükənmişlik, aşağı performans kimi müşahidə olunur.  
Araşdırmanın modeli: 
Tədqiqat "Karyeranın idarəedilməsi və iş stresi arasında əlaqə varmı?" kimi 
modelləşdirilir. Bu istiqamətdə asılı, müstəqil dəyişənlər və müəyyən hipotezlər 
aşağıda verilmişdir. 
 
 


- 66 - 
Hipotezlər: 
Karyeranın idarəedilməsi işçilərin fərdi planlarının müəssisəyə uyğunlaşdırılması 
və dəstəkləmə prosesidir.
Araşdırmada karyeranın idarəedilməsi və iş stresi arasındakı əlaqənin 
müəyyənləşdirilməsinin ən vacib səbəbi, stress növlərindən olan münaqişənin fərdi 
və təşkilati məqsədli uyğunsuzluqlarına əsaslanır. Karyera idarəetmə fəaliyyətinin ən 
vacib məqsədi bəşəriyyətə karyera məqsədləri yaratmaq və təşkilati məqsədlərə 
uyğun fəaliyyət planlarını inkişaf etdirməklə əməkdaşları dəstəkləməkdir. Tədqiqata 
marağın mövzusu, iş stresi ilə əlaqəni izah edərək, təşkilati və fərdi məlumatlılıq 
yaratmaqla karyera idarəetmə fəaliyyətləri və təcrübələrinin effektiv idarə 
olunmasıdır. 
Bu tədqiqata əsasən hipotezlər, müstəqil dəyişən iş stresi və fərdi karyera 
idarəetmə və təşkilati karyera idarəetməsi arasında müstəqil dəyişən karyera 
idarəetmə ölçüləri arasındakı əlaqəni müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. 
H1: Fərdi Karyera İdarəetməsi və İş Stressi arasında statistik cəhətdən müsbət və 
mənfi bir əlaqə var. 
H2: Təşkilati Karyera İdarəetməsi və İş Stressi arasında statistik cəhətdən müsbət 
və mənfi bir əlaqə var. 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin