Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
часть  речи.  Грамматический  взаимосвязь  существительного  (или  местои-

мения)  с  другими  части  речьями  выражается  с  предлогами.  Приставки  раз-

деляются на несколько групп по морфологическим и лексико-грамматическим 

признакам.  Данная  статья  поможет  понять  использование  различных  видов 

приставок.  Приставки  обладают исключительной важностью  в преподавании 

английского языка.  

 

  

Rəyçi:             Sevil Qazıyeva 



              filologiya elmlər namizədi, dosent  

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



219

GÜLƏR HƏSƏNOV 

Azərbaycan Dillər Universiteti 

ravnur@mail.ru 

 

MÜASİR TƏLİMİN ƏSASLARI 

 

Açar sözlər: müasir, təlim, fəal, müəllim, prinsip, texnologiya 

Key words: modern, teaching, active, instructor, principle, technology 

Ключевые слова: современный, обучение, активный, преподаватель, 

принцип, технология 

 

Ölkəmizin dünyaya sürətlə inteqrasiya olunması və mədəni əlaqələrin geniş-



lənməsi gənclərimizdə mühüm ümümbəşər dəyərlər formalaşdırmaqla yanaşı, həm 

də milli adət-ənənələrimizi, mənəvi dəyərlərimizi qoruyub saxlamaq və inkişaf 

etdirmək zərurəti doğurur. Ona görə də, indi hər bir valideyn övladını məktəbə yola 

salarkən haqlı olaraq bütün bunları çox həssaslıqla nəzərə alır. Onun çağdaş bilgi və 

bacarıqlara yiyələnmiş, milli mənəvi dəyərləri mənimsəmiş bazar iqtisadiyyatı 

şəraitində çevik fəaliyyət göstərməyi, özü, ailəsi və ölkəsi üçün faydalı olmağı 

bacaran bir şəxs kimi yetişəcəyini istəyir. 

Təhsilin, dövlətin və  cəmiyyəti möhkəmləndirməyin prioritet sahələrindən 

biri hesab edən Azərbaycanın başlıca məqsədi də demokratik, dünyagörüşlü, ba-

carıqlı, məsuliyyətli vətəndaşlar yetişdirməkdə görür. Bütün bunlar uşaqlardan gələ-

cəyə, get-gedə mürəkkəbləşən cəmiyyətə hazırlığı ilə bağlı məsələlərə, xüsusən də, 

təhsil konsepsiyasına yeni nəzərlə baxmağı  tələb edir. Aydındır ki, ailənin, 

cəmiyyətin və dövlətin gələcəyə yönəlmiş bu sifarişini illər boyu formalaşmış ənə-

nəvi fənyönümlü təlim sistemi ilə yerinə yetirmək qeyri mümkündür. İndi məktəbin 

əsas məqsədi şagirdlərin yaş və fərdi xüsusiyyətlərini, meyl və maraqlarını nəzərə 

almaqla onlarda əqli, əxlaqı, etik, estetik və fiziki inkişafa kömək göstərmək, gün-

dəlik həyatda rastlaşdıqları problemləri həll etmək üçün zəruri bacarıqlar formalaş-

dırmaqdır. Çünki, yaşadığımız yüksək texnologiya əsrində biliklər unudulsa, 

bacarıqlar əhəmiyyətini itirmir. 

Təhsil əsri, intellekt əsri, hesab edilən XXI yüzilliyin cəmiyyət həyatında baş 

verən yenilikləri qırmızı xətt kimi təhsildən, təlim prosesindən keçir. Təhsildə mo-

dernləşmə mütləq milli baza əsasında onun inkişaf səviyyəsi kimi nəzərdə tutulmalı, 

tarixilik, varislik, müasirlik vəhdətdə və dinamikada nəzərdə alınmalıdır. 

İnkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, adi ünsiyyət yaratmaqdan 

tutmuş, kiçik iqtisadi layihələr qurub reallaşdırmağa qədər ən müxtəlif qabiliyyətləri 

özündə əks etdirən bacarıqlar mükəmməl bir sistemin tərkib hissəsidir. Belə sistem-

ləri  şagirdi sinifdə  təlimin obyekti kimi yox, subyekti kimi qəbul edən  şagirdyö-

nümlü təlim metodları və inteqrativ fənlərin köməyi ilə yaratmaq mümkündür. Ona 

görə də, yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, Azərbaycan Respublika-

sında ümumi təhsilin Konsepsiyasına (Milli Kurikuluma) bu vəzifələrin yerinə 

yetirilməsində mühüm rol oynayacaq inteqrativ təlim adlı yeni didaktik prinsip da-

xil edilmişdir. Təhsil prosesində  şagirdlərin qazanıb gündəlik həyatlarında tətbiq 

edə biləcəkləri bilik, bacarıq və vərdişlərin formalaşdırılması həm fənlərin, həm də 

onların əhatə etdikləri mövzuların əlaqəli-inteqrativ şəkildə tədrisi tələb edir. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



220

Çağdaş təhsil təcrübəsi göstərir ki, təlim prosesində yeni təlim metodlarından 

istifadə etmədən hər hansı bir fənnin tədrisində müvəffəqiyyət  əldə etmək qeyri-

mümkündür. Bu məqsədlə də təlim prosesində motivasiyanın yaradılması, fəallığın 

artırılması, məzmunun hərtərəfli aşılanması  və  şagirdlərdə müasir dünyagörüşün 

formalaşdırılmasında inteqrasiyaediciliyin rolu danılmazdır. 

Hazırda təhsilin təşkili formaları, məzmunu, təlimin metod və vasitələri, 

qiymətləndirmə, pedoqoji prosesi idarəetmə  və digər məsələlərə elmi və praktik 

olaraq yenidən baxılır, milli və dünya təcrübəsi dəyərləri nəzərdən keçirilir, 

nəticələrə  gəlinir. Hazırda pedaqogika elmində  təlimin fəal metodları, metod və 

texnologiyalar, keyfiyyətin qiymətləndirilməsi, işgüzar səs-küy, inteqrasiya, mü-

bahisə, tənqidi təfəkkürün inkişaf etdirilməsi və digər anlayışlar işlədilir. 

Müasir təlim texnologiyası öyrətmə  və öyrənmə  fəaliyyətinin təşkilində, 

pedaqoji prosesin gedişində, yeniləşdirmədə, qiymətləndirmədə  və digər təlim 

xarakterli işlərdə nəzərə alınan, istifadə olunan iş, forma, üsul və tərzlərin kompleks 

və əlaqəli həyata keçirilməsidir. 

Təlim texnologiyası  təhsilin pillə  və  mərhələsinə, məzmununa, formasına, 

təlim tipinə görə müxtəlif çalarlı ola bilər. Fəal təlimin peşakarlıqla tətbiq edilməsi 

məktəbdə  şəraiti,  şagirdin təhsilə münasibətini dəyişə bilir, pozitiv və  fəal həyat 

mövqeyini formalaşdırmağa şərait yaradır. Belə üsullar həmçinin biliklərin müstəqil 

mənimsənilməsi və yeniliklərin kəşf edilməsi, qazanılmış biliklərin yaradıcılıqla 

yenidən işlənməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün 

yoldaşları ilə əməkdaşlıq etməyi bacarmaq, özünü realizə yollarını axtarıb tapmaq 

kimi keyfiyyətlərin əldə edilməsinə şərait yarada bilər. Belə dəyişikliklərin qarşıya 

çıxardığı  çətinliklərə sinə  gəlmək üçün təlim prosesində daha çox İKT-nin 

köməyindən istifadə edilir. Təlimin texniki vasitələri  şagirdlərə informasiyaları 

çatdırmaqda, bilikləri dərk etməkdə, yadda saxlamaqda, tətbiq edilməsində və təli-

min nəticələrinin dəqiqləşdirilməsində istifadə olunan qurğulardır. İKT şagirdlərin 

istifadə etdiyi resursların çeşidini zənginləşdirməklə yanaşı onlara yaşadıqları 

dünyanı dərk etməkdə köməklik edə bilər. 

Fəal təlim üçün metod və texnologiyalar qarşıya qoyulmuş  məqsəd və 

şəraitdən asılı olaraq seçilməlidir. Müəllimlər məqsəd və  şəraitə, fənnə, mövzuya 

şagirdlərin təcrübə  və bilik səviyyəsinə görə bütün təlim modellərindən, müxtəlif 

metodika və texnologiyalarından istifadə etməlidirlər. Əsas odur ki, təlim uşaqları 

etdirsin, onların düşünmək, müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək 

bacarıqlarını açıqlasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini 

həll etmək qabiliyyəti formalaşdırsın.  Şagird biliklərin mənimsənilməsi prosesinin 

başlıca simasına çevrilməsi üçün, özünün və müəlliminin mövqelərini dəqiqləşdirir. 

Şagirdin mövqeyi kəşf edən olmalıdır. O, gücü çatdığı  məsələlər və problemlərlə 

üzləşərkən, müstəqil tədqiqat prosesində bunları  həll edir. Müəllimin mövqeyi 

bələdçi, aparıcı olmalıdır. O, sistemli şəkildə şagirdlərlə əməkdaşlıq edir, problemli 

vəziyyəti təşkil edir, tədqiqat məsələlərinin qoyuluşunda,  şagirdlərə istiqamət 

göstərir. Müəllimin pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirməsi onun öz 

qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır.  

Müəllimin  şəxsiyyəti onun peşə  fəallığının mənbəyi və  hərəkətverici 

qüvvəsidir. Müəllimin  əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. 

Müəllimin  şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



221

qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı müəllim gənc şəxsiyyətin mənəvi 

aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Pedaqoji fəaliyyətin müvəffəqiy-

yəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə 

yüksək inam və bir sıra mühüm keyfiyyətlərə yiyələnməlidir. Bu keyfiyyətlər belə 

xarakterizə olunur: 

a)  Hər bir müəllim öz fənninə dərindən yiyələnməlidir; 

b)  İdrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl bilməlidir; 

c)  Ayrı-ayrı anlayışlar arasındakı  əlaqə  və münasibətləri açmağı 

bacarmalıdır;  

d)  Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif metod və vasitələrdən 

istifadə etməyi bilməlidir. 

     Fəal təlim üsullarının müvəffəqiyyətlə  həyata keçməsi ümün müəllimin 

fəaliyyətində təcrübə, bilik, bacarıq və adətlər özünəməxsus yer tutur. Müasir müəl-

lim öz ixtisasının müxtəlif sahələrini, sosial-iqtisadi, istehsal və mədəni problemləri 

həll etmək üçün imkanları və tədris etdiyi elmə aid bütün yenilikləri, onun perspek-

tiv imkanlarını mükəmməl bilməlidir.  

 Müasir təlim prosesində müəllimin fəaliyyəti  şagirdin tədris və idrak 

fəaliyyətini təşkil etmək, şagirdin tərbiyəsinə və inkişafına yönələn fəaliyyəti qur-

maq,  şagirdi fəallığa həvəsləndirməkdən ibarətdir ki, bu da Azərbaycanın dövlət 

müstəqilliyini,  ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, 

respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir 

olan vətəndaşlar yetişdirməyə köməklik göstərməkdir. 

  Təhsil müəssisələrində, o cümlədən, orta ixtisas təhsili müəssisələrində  də 

tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə 

inteqrasiya məsələlərinə ciddi yanaşılır. 

  Təhsilin keyfiyyəti bir təkcə şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil 

prosesin  əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin 

forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllin tapılmasıdır. 

 B.A.Suxamlinski demişdir: “Dərs müəllimin ümüumi və pedaqoji mədəniy-

yətinin güzgüsüdür, onun intellektual zənginliyinin ölçüsüdür, erudusiya dünya-

görüşünün göstəricisidir. “Hər birimiz dəfələrlə özümüzə suallar veririk: “Mən nə 

edim ki, şagirdlərimin biliklərinin keyfiyyəti yüksək olsun?”, “Təlimin effektiv for-

ma metodlarından istifadə edirəmmi?”, “Şagirdlərə yanaşmamız düzgündürmü?” 

Ənənəvi dərs – doğma insan kimidir; müasir tələblərə cavab verməsə də, bu 

dərsdə hər şey tanışdır. “Bəlkə heç nəyi dəyişməyə ehtiyac yoxdur?” Ənənəvi dərs 

– digər dərs növləri üçün əsasdır, bu elə böyük tarixdir ki, burada bir neçə nəsil öy-

rənib təhsil alıb. 

 Müasir dərs nədir? Dərsə müasirlik verən nədir? Bugünkü dərs dünənkindən 

nə ilə  fərqlənir? Dərslərin analizi göstərir ki, həm  şagirlər, həm də müəllim üçün 

dərs onda maraqlı ola bilər ki, o sözün geniş mənasında müasir olsun. Müasir – bu 

həm tamamilə yenidir, həm də keçmiş ilə əlaqələri kəsməyəndir, bir sözlə aktualdır. 

Aktualdır – müasir dövr üçün vacibdir, zəruridir.  Əgər dərs müasirdirsə, onda o 

mütləq gələcək üçün əsas qoyur, keyfiyyətli təhsilin  əsasını qoyur. Müasir dərs – 

yeni texnologiyanın köməyilə təşkil olunan, ümumi məqsədlərə çatmaq üçün əmək-

daşlıqdır. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



222

 Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum 

istifadə edir. Müasir dərs – bütün iştirakçıların qarşılıqlı inam və etibarı  əsasında 

canlı ünsiyyətdir. Müasir dərs – İKT-lərin istifadəsi ilə keçirilən dərsdir. Müasir 

dərs, ona xas olan bütün əlamətləri saxlamaqla, variativ deyil, həm də mütəmadi 

inkişaf edən forma kimi keçirilməlidir. Bu inkişafın əsas istiqaməti onda görünür ki, 

dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olsun. 

 Müasir dərs necə olmalıdır? Müasir dərs – hər  şeydən  əvvəl müəllimin 

şagird  şəxsiyyətinin inkişafı üçün, onun elmi inkişafı üçün, bilikləri dərin,  şüurlu 

mənimsəməsi üçün, mənəvi  əsaslarının formalaşması üçün bütün imkanlardan 

bacarıqla istifadə etdiyi dərsdir. Müasir dərs – şagirdlərin maraqları əsasında quru-

lub, onların tələbatlarının ödənməsinə istiqamətlənən, səmimi atmosferdə təşkil olu-

nan, fəal təlim metodlarından istifadə edilən,  əyani vəsaitlərin elmi informasiyanı 

müşayət edən, şagirdlərin müstəqil fəaliyyəti əsasında qurulan dərs olmalıdır. 

 Müasir dərsin xarakteristikasını nece verə bilərik: 

1.  Müasir dərsdə darıxmağa, qorxuya, hiddətə, hirsə yer yoxdur. 

2. 

Müasir dərsdə maraq, inam və əməkdaşlıq atmosferi hökm sürür. 



3. 

Müasir dərsdə  hər bir şagirdə yer var, ona görə ki, müasir dərs onun 

gələcəkdə müvəffəqiyyətinin rəhnidir. 

Müasir dərsə qoyulan tələblər: 

  Dərsin didaktik məqsədləri və  məzmunu ilə  təyin olunan, ciddi və vahid 

daxili məntiqi olmalıdır; 

  Proqram tələblərini və  dərs standartlarını,  şagirdlərin bacarıq və 

tələbatlarının diaqnostikasını,müəllimin imkanlarının özünü qiymətləndirməsini 

nəzərə alaraq qurulmalıdır; 

  Konkret nəticələrə istiqamətlənməlidir; 

 

Rasional quruluşa və tempə malik olmalıdır; 



 

Materialın öyrədilməsi öz quruluşuna görə variativ olmalıdır; 

 

Biliklərin  əksər hissəsi yaradıcı tapşırıqların yerinə yetirilməsi yolu 



ilə müstəqil axtarış prosesində əldə edilməlidir; 

 

Dərsin əsas tərəfi fərdi təlim olmalıdır. 



 

Müasir dərsin effektivlik kriterləri bunlardır: 

 

Konkret formalaşdırlmış gözlənilən nəticəyə istiqamət; 



 

Şagirdin canlı, şəxsi dəyərli biliklərinə istiqamət; 

 

Dərsin istiqamətverici və tərbiyəvi məsələlərinə diqqət; 



 

Şagirdin yaradıcı idrak fəaliyyətinə əsaslanma; 

 

Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alır; 



 

Dinamikliyi, intensiv təlim metodlarını nəzərə alır; 

 

Kəşf etməklə öyrənmə; 



 

Diskussiyaların varlığı; 

 

Şəxsiyyətin inkişafı. 



Belə dərsi hazırlamaq və keçirmək asan deyil, bunun üçün müəllimlik fəaliy-

yətinə məsuliyyətlə yanaşmaq lazımdır. Bu gün müəllim üçün yaxşı fənn müəllimi 

olmaq kifayət deyil, ona yeni informasiya texnologiyalarını bilmək, şagirdləri müs-

təqil qərarı qəbul etməyi bacarmaq, onlar üçün məsuliyyət daşımağı öyrətmək zə-

ruridir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



223

Müasir dərs dedikdə fəal (interaktiv) dərs nəzərdə tutulur. Fəal (interaktiv) tə-

lim nədir? “ Fəal (interaktiv) təlim” şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və 

təhsil prosesinin digər iştirakçılarla  əməkdaşlıq  şəraitində  həyata keçirilən təlim 

nəzərdə tutulur. Son illərdə respublikamızda çox müəllim fəal təlim üsulu ilə tanış 

olmuş və müxtlif treninqlərdə iştirak etmişdir. Müəllimlərdə fəal dərslərin hazırlan-

ması, planlaşdırılması  və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə 

toplanmış, əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. 

Fəal (interaktiv) dərs müəllimin çəkdiyi zəhmətin, yaradıcı axtarışın nəticəsini 

müəyyən edir. Bu gün məktəblərdə və orta ixtisas təhsilli müəssisələrdə də müasir 

təlim metodları və dərsdə yeni pedaqoji texnologiyaların tətbiqi baxımından qarşıda 

duran məqsəd və  vəzifələr müəllim tərəfindən planlaşdırılır və  təlim prosesində 

həyata keçirilir. Dərsin hər bir dəqiqəsi nə  qədər səmərəli və  şagirdlərin fəallığı 

şəraitində keçərsə, nəticədə bir o qədər sevindirici olur. Müasir təlim metodlarının 

tətbiqi, elektron dərslərin təşkili, qabaqcıl müəllimlərin iş təcrübələrinin öyrənilməsi 

və  işdə  tətbiqi, açıq dərslərin dinlənilməsi və  təhlili dərsdə istifadə edilən təlim 

üsullarının məqsədyönlü olması, texniki vasitələrdən və əyani vəsaitlərdən, müəlli-

min fasilitator bacarıqları, verdiyi tədqiqat sualı  tələbələrin çalışqanlığını artırır, 

onların təqdiqat apararaq elmlərin  əsaslarına sərbəst yiyələnməsinə  səbəb olur. 

Müasir təlim metodlarındn istifadə zamanı tələbələrin təfəkkürü, idrakı inkişaf edir. 

Bu, müxtəlif tapşırıqların qruplarda icrası, təhliletmə və nəticəçıxarma, layihələrin 

hazırlanması və s. Tədbirlərin həyata keçirilməsi ilə formalaşır. Fəal təlim metodla-

rının əsas məqsədi tələbələri müasir dünyadakı həyata hazırlamaq, müstəqil düşün-

mək, sərbəst fikir və rəy söyləmək, qərar qəbul etmək, tənqidi təfəkkürü formalaş-

dırmaq, onlarda cəmiyyətimizin demokratikləşdirilməsi işində  fəal iştirak etməyə 

lazım olan keyfiyyət və bacarıqları inkişaf etdirməkdən ibarətdir.  

Təlimlə  tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm 

tələbdir. Dərs  şagirdlərin mənəvi inkişafına,  əxlaqca təkmilləşməsinə xidmət 

göstərməlidir. Qruplarda aparılan tədqiqat işləri zamanı  tələbələrin  əməkdaşlığı 

nəticəsində bir çox problemlər meydana çıxır ki, müəllim bunun da öhdəsindən 

ustalıqla gəlməli və tələbələrin şəxsiyyətinə, tərbiyyəsinə, əxlaqına qiymət verərək 

onları düzgün istiqamətləndirməlidir. 

Təlimin şagirdyönümlü olması müəllimi dərsə daha ciddi, yaradıcı münasibət 

bəsləyərək planlaşdırma aparmasına sövq edir. Müəllimlər müasir dərsi planlaş-

dırarkən, ilk növbədə, motivasiya və tədqiqat sualını hazırlamalıdır. Bunun nəticə-

sində tələbəyə həm mövzu, həm də tədqiq edəcəyi sual aydın olur. Bu sual dərsin 

digər mərhələləri üçün sütun olmalı, mövzunun bünövrəsi olmalıdır. Tədqiqat za-

manı paylanan materialın dolğunluğu, düzgünlüyü və yığcamlığı tələbənin vaxtında 

nəticə çıxarmasına səbəb olur. İşçi vərəqlərində verilmiş suallar tətbiqetmə zamanı 

tələbənin yaradıcılığını üzə çıxarmağa şərait yaradır. Müasir təlimdə aşağıdakı təlim 

prinsipləri təcrübədən keçirilir: 

1.  Şəxsiyyətə yönəlmiş təlim prinsipi. 

Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar?  

Elmi araşdırmalar göstərir ki, insan bütün ömru boyu qazanılan məlumatın 

təxminən 70%-ni 6 yaşa qədər əldə edir. Paradoks ondan ibarətdir ki, məktəbə daxil 

olduqdan sonra uşağın idrak fəallığı mühüm dərəcədə ləngiməyə başlayır. Bu nəyə 

görə baş verir? İş ondadır ki, məktəbə  qədər dövrdə  uşaq dünyanı bir tədqiqatçı 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



224

kimi dərk edir: o suallar verir və suallara cavab tapmaq üçün imkanı daxilində olan 

müxtəlif mənbələrdən istifadə edir və ilk növbədə, öz təcrübəsinə  əsaslanır. Onu 

əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə  fəaliyyət gös-

tərir. Birinci sinifə daxil olarkən uşaq elə bir təlim mühitinə düşür ki, harada onun 

vərdiş etdiyi, ona yaxın və təbii olan təlim üsulunu dərk etmək tələb olunur. Müəl-

lim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, 

təlimatlarını dəqiq həyata keçirsin və bu təlimata aid olmayan sualları az versin. 

Bununla şagirddən demək olar ki, passiv mövqeyin tutması, tədqiqatçı roldan 

imtina etməsi və müəllim tərəfindən verdiyi məlumatla kifayətlənməsi tələb olunur. 

Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim olur. Məhz müəllim təlim 

prosesinin fəal iştirakçısı olur və  şagirdə  nəyi və necə  dərk edilməsini diktə edir. 

Bunun nəticəsi olaraq şagirdin dərk etmə imkanları məhdudlaşır, onun ehtiyacları, 

maraq və qabiliyyəti nəzərə alınmır. 

Deməli, şagirdi fəallaşdırmaq üçün, ilk növbədə, vacibdir ki, o bir şəxs kimi 

təlim prosesinin mərkəzi obyekti kimi çıxış etsin. Təlim uşağın maraq və 

tələbatlarına, onun bilik səviyyəsi, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim 

şagirdə  şəxsiyyət kimi yanaşmalı, onun fərdi cəhətləri nəzərə alınmalı  və hörmət 

əsasında münasibət göstərilməlidir.  

2.  Fəal idrak prinsipi 

Tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliy-

yətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni bilik-

lərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı, ilk növbədə, təfəkkürün fəallaşması 

əsasında yaranır. Buna nail olmaq üçün təlim prosesində idrak fəallığını stimullaşdı-

ran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatın yaran-

ması  nəticəsində bütün idrak prosesləri də  fəallaşır, o yeni bilikləri kəşf etməyə 

yönəlir.  

3.  İnkişafedici təlim prinsipi.  

Görkəmli rus psixoloqu, müasir pedaqogikanın banilərindən biri olan 

L.S.Viqotskinin nəzəriyyəsinə görə  təlim inkişafı qabaqlamalı, uşağın “qarşıdakı 

(yaxın) inkişaf zonasına” yönəldilməlidir. Bu inkişaf zonasında uşağın potensial 

imkanları mərkəzləşib və onların aktuallaşması üçün xüsusi təlim şəraiti yaradılmış-

dır. Buna nail olmaq üçün şagirdlərə onların imkanlarına uyğun lakin bir qədər 

mürəkkəb tapşırıqları müstəqil həll etmək üçün vermək və eyni zamanda, müəllim 

və digər böyüklərin tərəfindən bunun üçün suallar verməklə, vasitələr göstərməklə 

istiqamətləndirmək lazımdır. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya 

böyüklərin köməyi sayəsində  aşkarlanan bilik bacarıqları  əldə etmək imkanlarına 

tuşlanmışdır. İnkişafedici təlim, ilk növbədə, təfəkkürü və yaradıcılığı formalaşdırır.  

4.  “Qabaqlayıcı təlim” prinsipi. 

Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında  şagirdlərin 

həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün, ilk növbədə, təlim 

cəmiyyətin inkişaf təmayüllərini  əks etdirməli və yeni nəsilləri yaxın gələcəkdə 

təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır. Məsələn, məktəb  şagirdə  əsas 

baza bilik, bacarıq və  vərdişləri verməklə kifayətlənməməlidir və eni zamanda, 

onun dərketmə fəallığını, hər şeyi öyrənmək həvəsini və digər zəruri keyfiyyətləri 

formalaşdırmalıdır.  Şagirdə  zəruri olan informasiyanı müstəqil  əldə etməyi, onu 

yenidən işləməyi və düzgün tətbiq etməyi öyrətməlidir.  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



225

5. 


Təlim – tərbiyə sisteminin çevikliyi prinsipi. 

Təlim – tərbiyə sisteminin çevikliyi onun real şəraitdə uyğunlaşmaq 

qabiliyyətinin olmasında öz təzahürünü tapır. İctimai mühitin və şagirdərin dəyişən 

tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris proqram-

larının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların 

seçilməsinin sistematik təzələnməsi baş verməlidir. Çevik təlim-tərbiyə sistemində 

daha çox təlimin diferensiallaşmasına,  şagirlərin müxtəlif məlumatın işlənməsi və 

mənimsənilməsi üsullarının nəzərə alınmasına üstünlük verir. Buna nail olmaq üçün 

müəllim çalışmalıdır ki, hər bir şagirdə  fərdi yanaşsın. Təlim-tərbiyə sisteminin 

çevikliyi bir nəticə olaraq şagirdlərin biliklərin daha çox yaradıcı  və prktiki 

tətbiqinə yönəlməsində öz əksini tapır.  

6. 


Əməkdaşlıq prinsipi. 

“Müəllim-şagird” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim 

prosesinin gedişində  tərəf müqabil kimi iştirak etməlidirlər.  Əməkdaşlıq təlim 

prosesinin kollegial və dinamik şəkildə keçməsində öz əksini tapır.  Əgər  şagird 

təlim prosesində müəllimlə  bərabər hüqüqlu şəxs kimi çıxış edərsə, bu onun 

fəaliyyətində yeni bir keyfiyyət yaradır:  şagirdin özünə inamı artır, o öz fikrini 

çatdırmağa qorxmur, öz potensial imkanlarını gerçəkləşdirir.  Əməkdaşlıq prinsipi 

müəllimdən tələb edir ki, o şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici 

qiymətlərdən istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün daha əlverişli 

edir.  


7.  Dioloji təlim prinsipi. 

Məsələlərin birgə  həlli gedişində özününü və qrup üzvlərinin fikirlərini, 

imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər 

bir  şagirdin müzakirələrdə  və qrupun işində  iştirakı  təmin edilməlidir. Təlim 

prosesinin bütün şagirdlərin müxtəlif nöqteyi-nəzərlərini və fikirlərini nəzərə 

almaqla, dialoji təlim tədrisin məzmununu daha da zənginləşdirmək imkanı yaradır, 

nəticə çıxarma prosesinə təsir edir. 

 

 



 

 DEMOKRATİKLƏŞDİRMƏ 

   

 Təhsil prosesinin demokratikləş-



dirilməsində maraqlı olan bütün tə-

rəfləri, dövlət strukturları və ictimaiyyət 

nümayəndələrini (müəllimləri,  şagird-

ləri, valideynləri) təhsil prosesinə  fəal 

iştirak etməyə  cəlb etmə deməkdir; 

tədris müəssisəsinin “şəffaflığı” 

prinsipinin həyata keçirilməsidir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



226

 

 



 HUMANİSTLƏŞDİRMƏ 

 

Təhsilin humanistləşdirilməsi 



şagirdə münasibətin dəyişməsini nə-

zərdə tutur, o cümlədən, yaradıcı inki-

şaf qabiliyyəti və humanist yönümlü 

şəxsiyyətin formalaşdırılması;  əqli və 

fiziki imkanlarından, öyrənmə qabiliy-

yətindən asılı olmayaraq şagirdin xasiy-

yətinə hörmətlə yanaşma;şagirdin 

qabiliyyət və təmayüllərinin aşkar edil-

məsi və onların inkişafı üçün şəraitlərin 

yaradılması. 

 DİFFERENSİALLAŞDIRMA  

Təlimin differensiallaşdırılması 

şagirdlərin imkanlarının nəzərə alınma-

sı ilə qurulur. 

 

 FƏRDİLƏŞDİRMƏ 



 

Təhsilin fərdiləşdirilməsi  şagird-

lərin fərdi maraq və  tələbatlarının nə-

zərə alınmasıdır. 

 

 İNTEQRASİYA 



 

Təhsilin inteqrasiyası  fənlərin 

öyrənilməsi zamanı  fənlərarası  əlaqələ-

rin aşkar edilməsi əsasında qlobal təfək-

kürün formalaşdırılmasının vacibliyini 

nəzərdə tutur. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



227

 

      



 HUMANİTARLAŞDIRMA 

    Təhsilin humanitarlaşdırılması şəx-

siyyətin yaradıcı inkişaf prosesinin şərti 

kimi çıxış edir və təhsilin məzmununun 

formalaşmasına yeni yanaşmanı nəzərdə 

tutur. Bu ümumbəşəri dəyərlərin yaradıl-

ması ilə bağlı fənlərin rolunun artmasını, 

öz xalqının mədəniyyətinə birləşmə  və 

dünya mədəniyyətinin dəyərləri ilə 

tanışlığı ifadə edir. 

 

XXI  əsrin  əsas tendensiyası yüksək texnologiyaların inkişafı, elmi nailiy-



yətlərin real həyata geniş  tətbiqi, cəmiyyətin informasiyalaşdırılmasıdır. Hazırki 

cəmiyyətdə informasiya texnologiyalarının rolu çox böyükdür və bu gün cəmiyyətin 

intellektuallaşması prosesində, təhsil sisteminin və  mədəniyyətin inkişafında onlar 

mərkəzi yer tutur. İnsan fəaliyyətinin müxtəlif sahələrinə  tətbiqi informasiya 

texnologiyaları ilə tanışlığın zəruriliyini diktə edir. Təhsil və elm cəmiyyətin infor-

masiyalaşdırılması prosesinin obyektlərindən biridir. İnformasiya texnologiyalarının 

təhsilə  tətbiqi onların düzgün seçilməsini tələb edir. İKT-nin təhsil sahəsinə aktiv 

tətbiqi mütəxəssis hazırlığının səviyyə  və keyfiyyətinin artırılmasına 

yönəldilməlidir. İKT-nin təhsilə tətbiqi müəyyən məsələnin reallaşmasını müəllimin 

qarşısına məqsəd qoymalıdır: 

 

Tələbənin düşüncə tərzinin inkişaf etdirilməsi; 



 

Bilik, bacarıq və  vərdişlərin  əldə edilməsi fəaliyyəti insanın bütün 

növ dərketmə fəaliyyətinin inkişafına kömək etməsi; 

 

Dərs prosesinin fərdiləşdirilməsi prinsipinin onun tamlığını saxlamaq 



şərti ilə reallaşdırılması.  

İKT-nin təhsilə  tətbiqi sahəsindəki bütün nailiyyətlər, telekommunikasiya 

şəbəkəsinin yaradılması və orada informasiya selinin təmin edilməsi, verilənlər və 

bilik bazasının yaradılması və müşayət edilməsi, hamısı bir məqsədə İKT-nin təhsil 

sahəsinə tətbiqinin metodoloji əsasının işlənilməsinə xidmət etməlidir. Hal-hazırda 

cəmiyyət qarşısında bir məsələ durur- kompyuterin təhsil sistemində düzgün, 

optimal və ziyansız istifadəsi. Kompyuter texnologiyalı  təlim informatika 

prinsiplərinə  əsaslanan və kompyuterlə reallaşan təlimdir. KTT-in ənənəvi 

təlimindən fərqi kompyuterin dinamik inkişaf edən təlim vasitəsi kimi istifadə edil-

məsidir. Elektron təhsil sistemi bir çox informasiya texnologiyalarını birləşdirir. 

Bunlara kompyuter şəbəkələri, noutbuklar, interaktiv sinif lövhələri, planşet 

kompyuterlər, cib cihazları, internet və s. Daxildir. Kompyuter sadəcə- olaraq elek-

tron dərslik deyil. Bu, dərs, sorğu, arayış, məlumat,  ədəbiyyatların, müxtəlif bilik 

sahələri üzrə verilənlər bazası, iş  dəftərlərini özündə birləşdirən bir çantadır. 

Kompyuter təhsilin keyfiyyətini yüksəltməyə  və materialın mənimsəmə sürətini 

artırmağa, həmçinin kollektiv iş və münasibət üçün yaxşı mühitdir. Kompyuter va-

sitəsilə  tələbələr ümumi tapşırıqları yerinə yetirə bilər və  həmçinin müəllimlərdən 

kömək ala bilərlər. Avropada artıq çoxdandır ki, informasiya texnologiyalarına 

gənclərin təhsilinin keyfiyyətini artırmaq üçün effektiv vasitə kimi baxırlar. Yeni 

texnologiyalar düzgün istifadə edildikdə ibtidai, orta, ali təhsilin səviyyəsini 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



228

yüksəltməyə  və intelektual cəmiyyətin formalaşmasını sürətləndirməyə qadirdir. 

Baxmayaraq ki, ölkələrin təhsil sistemləri müxtəlifdir, istifadə etdikləri 

texnologiyalar da fərqlidir. 

Yeni qurular təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan 

və şərait yaratmaq əsas amil hesab edilir. Təhsili bilavasitə inkişafyönümlü bir pro-

ses kimi stimullaşdırmaq əsas vəzifəyə çevirilir. Təhsilin keyfiyyəti, eyni zamanda, 

rəqabətliliyi zəruri cəhətlər kimi diqqət mərkəzində saxlamalıdır. Təbii ki, keyfiyyət 

anlayışında  şagirdlərin bir şəxsiyyət kimi təhsil prosesində qazanmış olduğu 

dəyərlər (kompetensiyalar) əhatə olunur. Onlar şagirdin idrakı, hissi və psixomotor 

fəaliyyətlərinin fonunda bütöv şəxsiyyətin inkişaf səviyyəsini göstərə bilir. Bunlar 

şagirdlərin qazanmış olduğu və  hələ qabiliyyətlər səviyyəsinə çatmayan bilik və 

bacarıqlarından fərqlənir. 

Məktəb həm özünün maddi-texniki bazasına, həm resurslarına, həm də  əldə 

etdiyi nəticələrə görə başqa təhsil müəssisələri ilə müqayisə fonunda irəliləməli, 

rəqabət xofu onun fəaliyyətini zəiflətməməlidir. “2008-2012”-ci illərdə Azərbaycan 

Respublikasında təhsil sisteminin informasiyalaşdırılması” üzrə Dövlət Proqramı 

çərçivəsində ölkəmizdə  təhsil  şəbəkəsi yaradılır. Firkimizcə, bu gün milli təhsil 

sistemləri üçün ən vacib və ən son dərəcə zəruri olan odur ki, öyrənənlərdə sadəcə 

oxumaq, yazmaq və hesab vərdişləri yaratmaq, onlara təbiət, sosial və digər elm 

sahələrindən biliklər verməklə kifayətlənməyərək, vətəndəşlarda heç kəsin, o cüm-

lədən, gələcək nəsillərin hüquq və maraqlarına xələl gətirməkdən özünün, xalqının 

və ümumən, insanın inkişafına yönələn dərk edilmiş fəal həyat mövqeyi formalaş-

dırmaq, layiqli yaşayış üçün lazımi qabiliyyət, bacarıq və  vərdişlər aşılamaqdır. 

Başqa sözlə, müasir təhsil sistemi insana özü və təbiətlə ahəngdar yaşamağı öyrət-

məli, insanı,  şəxsiyyəti  əsas götürən, təbiətə istiqamətlənsirən dünya görüşü for-

malaşdırmalıdır. 

Təhsilin köməyi ilə davamlı inkişafa nail olmaq müəllim və  şagirdlərdən 

cəmiyyətin inkişafı, onların mövcud dəyərlər və məqsədlər arasındakı ziddiyətlərin 

üzə çıxarılması məsələlərinin öyrənilməsinə ciddi yanaşmanı tələb edir. Bunlar isə 

öz növbəsində təhsil almaqla yeni motivasiya yaradır, çünki, təhsil onlara davamlı 

inkişafı  və ona alternativ baxışları qiymətləndirmək, sonra bu görüşlərin həyata 

keçirilməsində birgə keçirilməsində çalışmaq imkanı verir. 

Bu gün hamı aydın görür ki, şagird özününü “təmin obyekti” rolu ilə razılaş-

maq istəmir, müəllimin “hər  şeyi bilən, bütün suallara doğru cavabı olan, həmişə 

haqlı olan, bütün mümkün hüquqların yeganə sahibi” olduğuna  şübhə ilə yanaşır. 

Müəllim, marağı olmayan dinləyici qarşısında heç bir fayda verməyən 

monoloqundan  əl çəkərək  şagirdin mənafeyini, arzu və istəklərini, bacarıq və 

qabiliyyətlərini nəzərə almalı, ona yanaşmaq bacarıqları verməli, müasir 

cəmiyyətdə öz yerini tapmaqda yardımçı olmalı, həyati bacarıqları  sərbəst  əldə 

etməyin yollarını öyrətməyə üstünlük verməlidir.  Şagirdə güclü informasiya 

axınından ona lazım olan, onu maraqlandıran məlumatı axtarıb seçməkdə, qarşılaş-

dığı problemləri həll etməyi bacarmaqda, özünü müstəqil inkişaf etdirə bilən fəal 

şəxsiyyət kimi formalaşdırmaqda yardımçı olmaq gərəkdir. Müəllim şagirdə nəyin 

yaxşı, nəyin pis olmasını onun özünün müəyyənləşdirilməsi üçün müvafiq şərait 

yaratmalı. Həyati vacib məslələrə onlarda öz münasibətlərinin yaranmasına 

istiqamət verməli, həyat keşməkeşlərində bələdçi olmalıdır. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



229

Ədəbiyyat 

 

1. 


Z.Veysova. Fəal / interaktiv təlim. 

2. 


F.Əliyeva, Ü.Məmmədova. Müasir təlim texnologiyaları. 

 

 



Gular Hasanova 

Modern teaching basis 

Summary 

 

The article is dedicated to the organization forms of modern teaching, its 



content, methods and ways, principles and other problems. The main aim of modern 

teaching is to train the students to modern life, to think independently, to express 

free opinion, to make a decision, to form critical thoughts and so on. The instructor 

has to direct the students properly appreciating their personality, education, morals. 

While using modern teaching methods intellect and thoughts of students develop. 

 

 



Гюляр Гасанова 

Основы современного обучения 

Резюме 

 

Статья посвящена формам, содержанию, методу и средствам, принципам 



и  другим  вопросам  организации  современного  обучения.  Основные  задачи 

современного обучения подготовить студентов к жизни в современном мире, 

к  независимому  мышлению,  к  свободному выражению  мысли,  принятию  ре-

шений, формированию критического мышления. Педагог оценивая личность, 

воспитание,  этику  студентов,  должен  правильно  их  направлять.  При  ис-

пользовании  современных  методов  обучения,  развивается  мышление 

студентов.  Применение  таких  методов,  организация  электронных  пособий, 

использование  технических  средств,  фасилитационные  способности  педа-

гогов, способствуют освоению студентами основ науки. 

 

 



Rəyçi: Professor G.C.Hüseynzadə  

 

Filologiya  məsələləri – №3, 2014

 

 



230

                                       ЛЕЙЛА ВЕЗИРОВА 

                                       АГПУ 

leyla-v@mail.ru 

 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin