Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


AZƏRBAYCAN UŞAQ NƏSRİNİN TƏŞƏKKÜLÜNƏ



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

AZƏRBAYCAN UŞAQ NƏSRİNİN TƏŞƏKKÜLÜNƏ  

TƏSİR EDƏN ƏSAS AMİLLƏR 

 

Açar sözlər: uşaq bədii nəsri, uşaq mətbuatı, ilk uşaq əsərləri 

Ключевые слова: детская художественная проза, детские СМИ, первые 

детские произведения 



Key words: children's fiction prose, children's media, the first child poems 

 

İnsanda estetik  hisslər və  zəngin dünyagörüş formalaşdıran bədii  ədəbiyyat 

böyük ideya və  mənəvi tərbiyə vasitəsidir. Azərbaycan  ədəbiyyatının min illərdən 

bəri davam edən tarixindən qızıl bir xətt kimi keçən humanizm ideyaları insanda 

yeni mənəvi keyfiyyətlər üzə  çıxarmış, fərdi xarakterin inkişafına təkan verməklə 

cəmiyyətə insansevərlik aşılamış, insanı yüksəltmişdir. 

Zənginliyi və humanist ideyaların vüsəti ilə seçilən Azərbaycan  ədəbiyyatı 

təşəkkül tapdığı dövrdən bu günə  qədər mərhələli inkişaf yolu keçmişdir. Milli 

ədəbiyyatımızın müxtəlif janr və üslub əlvanlığı ilə  səciyyələnən  ən aparıcı 

qollarından birini də uşaq ədəbiyyatı təşkil edir. Mərhələli inkişaf yolu keçmiş uşaq 

ədəbiyyatımız gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində, hərtərəfli inkişafında, 

dünyagörüşünün formalaşmasında  əhəmiyyətli rol oynamış  və bu sahədə üzərinə 

düşən missiyanı müvəffəqiyyətlə həyata keçirmişdir. 

Bu xüsusiyyətlər heç şübhəsiz, milli uşaq  ədəbiyyatımızın artıq sabitləşmiş 

sahələrindən biri olan nəsr üçün də xarakterikdir. İlk təşəkkül dövrü qədimlərə söy-

kənən nəsr milli ədəbiyyatımızın ən aparıcı qolunu təşkil edir. Uşaq ədəbiyyatının 

nisbətən cavan janrlarından biri sayılan nəsrin təşəkkülü  ədəbiyyatımızın ictimai 

rolu və maarifçilik vəzifələri ilə şərtlənir. 

Gənc nəsli yeni ruhda tərbiyə etmək, xalqın tarixini və  mənəvi dəyərlərini 

uşaqlara sevdirmək kimi nəcib məqsədlər güdən uşaq nəsrinin təşəkkülü XIX əsrin 

II yarısı və XX əsrin əvvəllərində geniş vüsət alan fikir intibahı –maarifçilik ideya-

larının yayılması və təbliği, həmçinin yeni dərsliklərin, müntəxəbatların tərtibi, yeni 

tipli məktəblərin açılması  və  uşaq mətbuatı yaratmaq ideyasının gerçəkləşməsi ilə 

bilavasitə əlaqədar olmuşdur. 

“Həqiqətən də Azərbaycan  ədəbiyyatında realist uşaq nəsrinin təşəkkülü 

ədəbiyyatın maarifçilik vəzifələri ilə  şərtlənir, milli-azadlıq mübarizəsində 

ədəbiyyatın ictimai rolunun artması ilə bağlıdır”.[5,.8] 

İlk təşəkkül dövrü XIX əsrə dayanan uşaq nəsrinin yaranmasında iki nəslin 

nümayəndələri iştirak edirdilər.Birinci nəsli təmsil edənlər XIX əsrin birinci 

yarısında(İ.Qutqaşınlı,A.Bakıxanov, S.Ə.Şirvani-A.Ş.)daha çox folklor və klassik 

ədəbi  ənənələrindən bəhrələnərək gənclərin  şəxsiyyət kimi formalaşması üçün bir 

sıra maraqlı  nəsr nümunələri yaratdılar.Qələmə alınmış bu əsərlər sonrakı illərdə 

yaranan uşaq nəsrinin məzmun və formaca zənginləşməsinə, müstəqil sahə kimi 

genişlənməsinə səbəb oldu. 

Uşaq nəsrinin sonrakı inkişafında iştirak edən ikinci nəslin nümayəndələri XX  

əsrdə inqilabdan əvvəl yaradıcılığa başlamış, zəngin  ədəbi təcrübəsi olan C.Məm-



 

Filologiya  məsələləri – №5, 2014

 

 



316

mədquluzadə,Ə.Haqverdiyev,Seyid Hüseyn, Taği  Şahbazi Simurğ, S.S.Axundov, 

A.Şaiq, C.Cabbarlı  və başqaları idi. Bu yazıçılar xalq yaradıcılığına və klassik 

ənənələrə sadiq qalmaqla bərabər, müasir mövzulara da meyl göstərir, onları yeni 

həyatın tələbləri baxımından həll etməyə çalışırdılar. 

 Elmin, ədəbiyyatın inkişafı, milli teatr və mətbuatın yaranması, maarifçiliyin 

geniş vüsət alması, yeni tipli məktəblərin yaradılması, dərslik və müntəxəbatların 

tərtibi və s. ictimai mədəni hadisələrin baş verməsi ilə  səciyyələnən XIX əsr 

Azərbaycan uşaq ədəbiyyatında da dönüş yaradır. XIX əsr Azərbaycan ziyalıları və 

maarifpərvər yazıçıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı  əldə 

etməsi, qarşılıqlı əməkdaşlıq ədəbiyyatımızın tərəqqi və inkişafı üçün mühüm amilə 

çevrilir. A.Bakıxanov,  İ.Qutqaşınlı, M.F.Axundzadə kimi qabaqcıl düşüncəli, mü-

tərəqqi fikirli yazıçılar dünya xalqlarının dilindən, mədəniyyət və ədəbiyyatından öz 

vətənləri və xalqlarının ictimai oyanışına və tərəqqisinə əlverişli və faydalı olan bü-

tün proqressiv ənənələri mənimsəməyə çalışırdılar. 

XIX  əsr Azərbaycan bədii nəsrinin də yüksəliş  və inkişaf dövrüdür. A.Ba-

kıxanov , İ.Qutqaşınlı və M.F.Axundov kimi maarifçi-realist yazıçılar Azər 

baycan nəsrinə forma, üslub, kompozisiya ünsürlərini də  gətirdilər. Bu 

ünsürlər öz orijinallıqları və təzəliklərilə Azərbaycan nəsrini zənginləşdirərək onun 

dar və məhdud çərçivələrdən çıxıb mədəni yolla inkişaf etməsinə kömək edir. 

XIX əsr Azərbaycan bədii nəsrində yeni ədəbi üslub və realizm ənənələri bu 

janrın sonrakı illərdə  uşaq  ədəbiyyatında öncül mövqeyə keçməsinə  səbəb oldu. 

Janrın geniş imkanlarını  nəzərə alan maarifçi ziyalılar –M.F.Axundzadə, 

A.Bakıxanov,İ.Qutqaşınlı,S.Ə.Şirvani,N.Vəzirov,Ə.Talıbov,Z.Marağayi,H.S.Ünsi-

zadə,N.Nərimanov,R.Əfəndizadə,S.M.Qənizadə,S.S.Axundov, A.Şaiq və başqaları 

bədii nəsr nümunələri qələmə almaqla  bu sahənin dinamik şəkildə inkişafına təkan 

verdilər. Azərbaycan uşaq nəsri də bu ümumi məcrada formalaşdı. 

  Uşaq bədii nəsrinin inkişafı sözsüz ki,tədris sistemi ilə bilavasitə bağlı idi. 

Maarifçi-yazıçılar bu əsərləri tədris vasitəsilə gənc nəslə çatdırırdılar.Buna görə də 

Azərbaycan uşaq nəsrinin təşəkkülü və inkişafı yeni tipli məktəblərin və dərsliklərin 

yaradılması ilə də əlaqədar olmuşdur. 

XIX əsrin birinci rübündə Azərbaycanın ayrı-ayrı şəhərlərində Şuşa,Nuxa, 

Bakı,Gəncə,Şamaxı,Quba, Lənkəran və Naxçıvanda məktəblərin açılması 70-

ci illərə yaxın yeni tipli milli tədris müəssisələrinin yaranmasına da zəmin yaratdı. 

Yeni məktəblərin sayı artdıqca milli dərsliklərə ehtiyac daha da artdı.Ana dilli dərs-

lik üçün bədii  ədəbiyyat ehtiyacı maarifçi uşaq nəsrinin,şeirinin və dramatur-

giyasının sürətlə yüksəlişinə stimul oldu.Bu cari ehtiyaca mümkün qədər tez cavab 

vermək axtarışları isə maarifçi məktəb və mətbuat xadimlərinin diqqətini şifahi xalq 

ədəbiyyatına, həmçinin, maarifçi rus ədəbiyyatından təbdil və  tərcümə  işinə  cəlb 

edir.Məhz bu dövrdə Azərbaycanda yeni tipli realist uşaq  ədəbiyyatının  əsası 

qoyulur, müasir pedaqoji prinsiplər  əsasında anadilli ilk dərsliklər yaradılır, rus 

dilindən ən səciyyəvi bədii nümunələr , şeir və hekayələr tərcümə olunur. 

”Səhnə, mətbuat,dərslik - ədəbiyyatı inkişaf etdirən ən təsrili stimullar bunlar 

olur və maarifçi şair və nasirlərin yeni müəllim- yazıçı- mühərrir tipi xüsusilə geniş 

yayılır.”[7,129] 

 Azərbaycan uşaq ədəbiyyatının ilk dəfə dərsliklər halında meydana çıxdığını 

qeyd edən M.Rəfili “Azərbaycan şura çocuq ədəbiyyatının nailiyyətləri”adlı məqa-


 

Filologiya  məsələləri – №5, 2014

 

 



317

ləsində yazır: “Azərbaycan çocuq ədəbiyyatının ilk ünsürləri dərs kitabları halında 

bu zaman(XIX əsrin ortalarında-A.Şükürova)meydana çıxır. Sərbəst mütaliə üçün 

yazılmış ilk əsərlər isə yalnız 1905-ci il inqilabından sonra meydana çıxmağa 

başlayır”.[6,41-42] 

A.Bakıxanovun“Nəsihətnamə”(1836),M.Ş.Vazeh və İ.Qriqoriyevin“Kitabi-tür 

ki”(1852),Mirzə  Nəsrullah  Şirvaninin“Kitabül-nəsayeh” (1857), S.Ə.Şirvaninin“ 

Rəbiül-ətfal” (1878), “Tacül-kütub” (1893), A.O.Çernyayevskinin “Vətən dili” 

(1882), 

R.Əfəndiyevin” Uşaq bağçası”(1898),”Bəsirətül-ətfal”(1901), M.B. Hacıye-

vin“ Şagirdlərə hədiyyə”(1902), Ə.Nərimanovun “Nəsihətül-ətfal” (1907), M.Mah-

mudbəyovun “Türk əlifbası və ilk qiraət” (1907), A.Şaiqin “ Uşaq gözlüyü”(1907), 

M.Mahmudbəyov və A.Səhhətin ”Üçüncü il”(1909),F.Ağazadənin”Ədəbiyyat 

məcmuəsi” (1912),F.Köçərlinin“Balalara hədiyyə”(1912), M.Nəvvabın”Nəsihət-

namə”(1912), 

M.Yusifzadənin“Ata-baba nəsihətləri”(1912),  Ə.Möhsünün”Aynineyi-ibrət”-

(1916) və s. dərsliklər və müntəxəbatlar  gənc  nəslin təhsil və tərbiyəsinə xidmət 

etməklə yanaşı həmçinin,Azərbaycan uşaq ədəbiyyatının yaranmasına, toplanıb nəşr 

olunmasına da zəmin yaratmış oldu.Milli folklora maraq gücləndi, xalq ədəbiyyatı 

nümunələrinin kütləvi və nizamlı bir şəkildə toplanması  işi də bu zamandan 

başlandı. 

Yeni tipli məktəblərdə uşaqların qiraəti üçün oxu kitablarına olan ehtiyacı nə-

zərə alan sənətkarlar  ilk növbədə folklora müraciət edirdilər.Gənc nəslin maarif-

lənməsində, mənəvi-əxlaqi baxımdan tərbiyə olunmasında  əvəzsiz mənbə rolunu 

oynayan xalq ədəbiyyatına yaradıcı yanaşan yazıçıların qələmə aldıqları  nəsr 

nümunələri maarifçilər tərəfindən ərsəyə gətirilən dərslik və müntəxəbatlarda geniş 

yer almışdı.  

S.Ə.Şirvaninin yaradıcılıq təkamülü öz bədii ifadəsini uşaq və  gənclər üçün 

tərtib etdiyi “Rəbiül-ətfal”(1878) və “Tacül-kütub”(1893)dərsliklərində toplanmış 

əsərlərində tapmışdır.Bu dərsliklər XIX əsrin 70-ci illərində məktəblilərin mütaliəsi 

və ümumiyyətlə,milli uşaq  ədəbiyyatı yaratmaq sahəsində  uğurlu təşəbbüs 

idi.Təsadüfi deyil ki, bəzi tədqiqatçılar milli uşaq  ədəbiyyatımızın yaranması  və 

yeni istiqamətdə inkişafını məhz S.Ə.Şirvaninin maarifçilik fəaliyyəti ilə bağlı olan 

dərsliklərdən başlandığını qeyd edirlər. Lakin təəssüflər olsun ki, müəllif bu 

dərslikləri nəşr etdirə bilməmişdir. Həmin dərsliklərə daxil olan materialların bir 

qismini daha sonra A.O. Çernyayevski  S.Vəlibəyovla birlikdə tərtib etdiyi “Vətən 

dili”kitabına daxil etmişdi.[9, 71] 

 Yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş “Rəbiül-ətfal”dərsliyinə 

müəllif nəzm və nəsrlə qələmə aldığı hekayə, təmsil, öyüd və satirik əsərlərini, eyni 

zamanda Nizami, Füzuli, İ.A.Krılov və  İ.  İ. Dmitriyevdən etdiyi tərcümələrini  

vermişdir.  

Seyid  Əzimin özündə  əlli mənsur miniatür hekayəni birləşdirən “Tacül-

kütub”dərsliyi kiçik yaşlı  uşaqlar üçün nəzərdə tutulmuşdur.Dərsliyin tərtibindəki 

əsas məqsədi izah edən professor X. Məmmədov yazır: ”Məcmuənin qarşısında 

duran konkret vəzifə uşaqların şüuruna və ağlına təsir göstərmək yolu ilə onlara mə-

nimsənilməsi zəruri olan bir sıra etik-əxlaqi keyfiyyətləri aşılamaq və ümumbəşəri 

ruhda tərbiyə olunmalarını  təmin etməkdən ibarətdir.Bu məqsəd buradakı heka-


 

Filologiya  məsələləri – №5, 2014

 

 



318

yələrin spesifikasını müəyyənləşdirmişdir.Belə ki, bu hekayələrdə müəllifin bütün 

diqqəti bu və ya başqa əxlaqi-didaktik fikrin oxucuya çatdırılması məsələsi üzərində 

toplanır. Süjet- hadisələrin inkişafı, qəhrəmanların qarşılıqlı münasibəti elə qurulur 

ki, onlar birbaşa  əxlaqi fikrin əyaniləşməsinə, xeyirxahlığın bədxahlıq üzərində 

qələbəsinin təmin olunmasına xidmət edir. Beləliklə, hər bir hekayənin 

məzmunundan qüvvətli təsir gücünə malik bir əxlaqi ideya doğur”.[10,27] 

Əsasən uşaq  ədəbiyyatı,nəsr, dramaturgiya və  bədii tərcümə sahəsində 

çalışmaqda olan R.Əfəndizadə pedaqoji fəaliyyətinin ilk günlərindən məktəblərin 

milli zəmində hazırlanmış  dərsliyə, uşaqların sağlam mündəricəli  ədəbiyyata 

ehtiyacını ödəmək  məqsədi ilə özünün qələmə aldığı  əsərlərdən , iqtibas və 

tərcümələrdən ibarət dərsliklər nəşr etdirir.Dəfələrlə  nəşr olunan bu  dərsliklər 

Qafqazda yaşayan türk xalqlarına aid bölgə məktəblərində tədris olunur.1898-ci ildə 

İstanbulda “Uşaq bağçası”,bir qədər sonra-1902-ci ildə isə Bakıda “Bəsirətül-

ətfal”dərslikləri Azərbaycanda xalq maarifinin inkişafında, azərbaycanlı  uşaqların 

savadlanmasında mühüm rol oynamışdır. 

Məşhur rus pedaqoqu K.D.Uşinskinin təlimi və onun dərslikləri  əsasında 

dərslik tərtib edən R.Əfəndizadə yazırdı: “Tərbiyə elmini öyrəndikdən sonra mən 

anladım ki, köhnə  məktəb xalqa bilik vermir,onu maarifləndirmir.Yeni məktəb 

lazımdır.Bu isə yalnız Uşinskinin yeni üsulla tərtib etdiyi dərs kitabı kimi, öz 

məktəblərimiz üçün ana dilində  dərs kitabı  tərtib etməklə mümkündür. Özümün 

“Uşaq bağçası”adlı dərs kitabımı bu qiymətli əsərə bənzətmək üçün mən Uşinskinin  

şöhrət qazanmış və müstəsna kitabını rəhbər qəbul etdim”.[1,286] 

Lakin bu dərsliklər də yeni tipli məktəblərin tələbini ödəyə bilmirdi.Kitablara 

daxil edilən  şeir, hekayə  və nağılların  əksəriyyəti bədii cəhətdən zəif idi.Uşaqlar 

üçün dəyərli  əsərlər yazmağı düşünən maarifçi ziyalılar bu sahənin inkişafı üçün 

uşaq mətbuatı və pedaqoji jurnalların nəşrinə başlamağın vacibliyini yaxşı bilirdilər. 

 Beləliklə, XX əsrin  əvvəllərində  uşaq mətbuatı yaratmaq ideyasının 

gerçəkləşməsi də uşaq bədii nəsrinin  inkişafı üçün əlverişli şərait yaratdı.Maarifçi-

ziyalıların uşaq mətbuatı yaratmaq təşəbbüslərindən bəhs edən A.Hacıyev 

yazır:”Əsrin əvvəllərində bir sıra qəzet və jurnalların, o cümlədən “ Molla Nəs 

rəddin”in nəşri uşaq nəsrinin də müvəffəqiyyətlə irəliləməsinə kömək etdi. 

Ədəbiyyatda realizm, xəlqilik və bədii dilin saflığı uğrunda mübarizə uşaq nəsrinin 

üslub və  bədii formasını  dəyişdirir, onun sadə  və anlaşıqlı olmasına təsir 

görtərirdi”.[5,.9] 

Nəşr olunan jurnallar arasında xüsusilə “Dəbistan”(1906),”Rəhbər”(1906) və 

“Məktəb”(1911)məcmuələri uşaq ədəbiyyatının dinamik inkişafında əhəmiyyət 

li rol oynadı. “Dəbistan”və “ Məktəb” sırf ədəbiyyat yönümlü məcmuə olduğu 

halda, “ Rəhbər”  əsasən pedaqoji istiqamətdə idi. Hər üç məcmuə  gənc nəslin 

maariflənməsi uğrunda ardıcıl mübarizə aparırdı.Məcmuələrin fəaliyyətini yüksək 

qiymətləndirən P.Allahverdioğlu yazır: “Pedaqoji fikirləri və anlayışları ancaq bədii 

şəkildə , ədəbi parçalarda, nağıl, hekayə və məsəllərdə uşaqların başa düşə biləcək-

ləri sadə bir dildə  işıqlandıran bu jurnallar Azərbaycan uşaq  ədəbiyyatı tarixində 

təlim-tərbiyə  məsələlərini öyrənmək üçün qiymətli və  zəngin mənbələrdən 

biridir”.[2,25] 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



319

Bu jurnalların səhifələrində  uşaq  şeirləri,  şifahi xalq ədəbiyyatından nü-

munələr, qorxulu və gülməli nağıllar sərlövhəli hekayələr, bədii tərcümə və iqtiba-

slar, həmçinin ictimai-pedaqoji məsələlərə dair məqalələr dərc olunurdu.Uşaq 

nəsrinin yetkin, klassik nümunələrini səhifələrində  dərc edən hər üç jurnal bu 

sahənin intensiv inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi.Hər üç jurnalın qayə 

və məqsədini şərh edən tədqiqatçı Ə.Məmmədov burada dərc olunan nəsr əsərlərini 

mövzusuna görə aşağıdakı kimi təsnif etmişdir: a)mövzusu müasir həyatdan alınmış 

hekayələr; b)mövzusu keçmişdən, və ya xalq ədəbiyyatından alınmış hekayələr. [8, 

24] 

V.Q.Belinski yazırdı ki:“Uşaqlar nəticə,təsdiq və məntiqi ardıcıllıq tələb etmir 

lər,onlara surətlər,rənglər və səslər lazımdır,uşaqlar ideyaları sevmirlər;onlara tari 

xi rəvayətlər, povestlər, nağıllar və hekayələr lazımdır”. [3, 85] 

Daha çox nağıl motivləri əsasında yazılmış hekayələrin dərcinə diqqət yetirən 

məcmuələrin səhifələrində nəşr olunan nəsr nümunələrində əqli və əxlaqi tərbiyənin 

inkişafına xüsusi diqqət yetirilir,gənclərin həyatına, fəaliyyətinə dair maraqlı fikirlər 

öz  əksini tapırdı. Uşaqlar üçün dövri mətbuat yaratmaq ideyasını gerçəkləşdirən 

redaktor və naşirlər Qafur Rəşid Mirzəzadə,  Əbdürrəhman  Əfəndizadə, Mahmud 

bəy Mahmudbəyova öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar və nağıl 

səpkisində yazılmış  rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlən-

məsində,əxlaqi və  mənəvi inkişafında mühüm rol oynayır.Belə  əsərlərdə  əsasən, 

mövcud həyatda gördüklərimizin  əksinə olaraq,hər  şeyə xeyirxah gözlə baxılır, 

gözəl arzulardan danışılır,gerçəyin yalana,xeyirin şərə qalib gələcəyinə inam hissi 

təbliğ olunurdu.Jurnalların nağıl tərzində yazılmış hekayələrə xüsusi yer verməsi 

həm də bununla izah olunmalıdır. 

 “Dəbistan”jurnalının ilk nömrəsində  dərs olunmuş”İfadeyi-məram”adlı  mə 

qalədə deyilir: “...Öz halımıza dair gülməli və ibrətamiz hekayələr və mənzumələr 

qeyrəti ilə uşaqlarımız zəif və bivüsət əql və dərrakələrini gücləndirib, gözəl hisslər 

və  təcrübələr  əxz edirlər; böylə bir mühüm və  əhəmiyyətli mətləbə yetişməkdə 

ancaq məktəblərimizə ümidvar olmayırıq, çünki uşaqlarımızın məktəblərdə keçir-

dikləri üç, ya dörd saat vaxt yazıb-oxumaq və dərs kitablarında bulunan hekayələri 

öyrənməyə ancaq kifayət edir”.[4] 

  Məqalədən aydın olur ki, məcmuələrdə yazıları dərc olunan müəlliflər elmə, 

maarifə, uşaq həyatına dair hekayələrin nəşrinə daha çox üstünlük verirdilər.İctimai 

tərəqqi realist nəsr janrlarına böyük ehtiyacın olduğunu hiss etdirirdi. Belə olan 

təqdirdə yazıçıların hekayə janrına , uşaq bədii nəsrinə daha az  

meyl göstərmələri narazılıq doğururdu.  Maarifçi-yazıçı S.M.Qənizadənin 

məsləkdaşı M.T.Sidqiyə yazdığı  məktub bu fikrimizi təsdiq edir. “Hekayəsiz, 

nəsrsiz yeni ədəbiyyatı irəli aparmaq mümkün deyildir.Təəssüf ki, bəzi cavan 

şairlərimiz bu mətləbi düşünmür, hekayənəvisliyi şəni-şairliyə layiq görməyib, baş 

qaçırdırlar”.[11,52] 

 “Dəbistan”,”Rəhbər” və “ Məktəb”in səhifələrində  nəsr  əsərləri ilə  çıxış 

edən C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, R.Əfəndizadə, A.Divan- 

bəyoğlu,  İ.Musabəyov kimi təcrübəli yazıçılar maarif sahəsində çalışan 

müəllimləri də uşaqlar üçün nəsr nümunələri yaratmağa həvəsləndirirdilər. M.Möh-

sünzadə nin“İki yoldaş”,Ə.Əfəndizadənin”Odunçu Səməd”,S.Əbdürrəhmanza-


 

Filologiya  məsələləri – №5, 2014

 

 



320

dənin”Qureyş  tərlanı”,M.Əfəndizadənin”Bağdadlı  Cəfərin hekayəsi”, M.H.Qüd-

sinin”Ata vəoğul”, 

Ə.Babazadənin ”Tülkü dərisi”,Ə.Mustafayevin ”Rüşvətxor qazı”,  Ə.Cəfər-

zadənin “Cəmilin sərgüzəşti”,Ə.Rzazadənin “Kərim və kompas”, C.Bünyadzadənin 

“Kamil və Aqil”,Q.Şıxlınskinin “Müəllim və  şagirdləri”,A.Əlibəyovun “Qoca və 

şagird”,Ə.Hüseynzadənin “Uşaq və ana”,Ş.Əfəndizadənin “Vəhşilər çörəkçisi” və s. 

mövzusu keçmişdən və ya xalq ədəbiyyatından alınmış hekayələri gənc nəsli təhsil 

almağa səsləməklə yanaşı,onlara əxlaq, cəmiyyət və tərbiyə ilə bağlı  məlumat verir, 

eyni zamanda, elmin, mədəniyyətin mahiyyəti və  əhəmiyyəti haqqında fikirlər 

formalaşdırırdı. 

                                               

Ədəbiyyat: 

 

1.Azərbaycanın Rusiya ilə birləşməsi və onun iqtisadi və mədəni nəticələri. Bakı, 

   1956 

2.“Azərbaycan məktəbi”jurnalı, 1958, №7 

3.Belinski V.Q. ,Çernışevski N. O., Dobrolyubov N.A. Uşaq ədəbiyyatı haqqında.  

   Moskva, 1954 

4.“Dəbistan”, 1906, № 1 

5.Hacıyev A.Azərbaycan sovet uşaq nəsri. Bakı, 1989 

6.“İnqilab və mədəniyyət”jurnalı, 1935, № 10-12 

7.Qarayev Y. Poeziya və nəsr, Bakı, 1979 

8. Məmmədov Ə.Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1977 

9. Namazov N. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 2007 

10.Şirvani S.Ə. Seçilmiş əsərləri. 3 cild, I cild.( Ön söz X.Məmmədov).Bakı, 2005.  

11.Talıbzadə K. XX əsr Azərbaycan ədəbi tənqidi. Bakı, 1966 

 

                                                 Aynur Shukurova 



Main factors influencing the formation of Azeri children's prose 

Summary 


 

Variegation of the literature from various genres and styles is characterized by 

one of the leading branches of children's literature. Rich stage of development  of 

children's literature that played an important role in shaping the outlook of the 

features of the young generation realized its mission successfully. No doubt, that 

these stabilized features are characteristic for the prose of the national children's 

literature. The prose of the first formation perioud  based on the very long term goal 

of the leading national literature.To cultivate new generation in young spirit, to 

make the children to love the history and spiritual values of their nation, such as the 

formation of children's literature in the second half of the nineteenth century and 

early twentieth century, the Renaissance, the Enlightenment idea of widespread 

dissemination and promotion of ideas, as well as new textbooks, compose selected 

fragments from the literary works, opening a new type of schools that are directly 

related to the realization of the idea of creating children media.Science, 

development of the literature, the establishment of a national theater and the media 

to spread awareness, the creation of new types of schools, textbooks, and so on, and 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



321

compliation of selected fragments from the literary works, the creation of social and 

cultural events are fundamental that have affected the children's prose.In creation of 

the first period of children’s prose in the nineteenth century have take part the 

representatives of the two generations.  

The representatives who represent the generation of the first half of the 

nineteenth century (İ.Qutqaşınlı, A.Bakıxanov, S.A.Shirvany) using more folk and 

classical literary traditions, created interesting proses  in order to create the identity 

of the young generation. Written poems in the years following, the enrichment of 

content and form, is to become of expansion as an independent field. 

The second generations representatives, that were taken part  in the further 

development of children’s prose in the twentieth century before the revolution 

started in the creative process, which has a rich literary experience J.Mam-

madquluzadeh, A. Haqverdiev, Said Huseyn, T.Ş. Simurg, S.S.Akhundov,A. Shaig, 

J.Jabbarli.  These writers being loyal to the people and classical customs shows the 

trend of contemporary issues, trying to solve them in terms of the requirements of a 

new life. 

                                                           

Айнур Шукурова 

Основные факторы, влияющие на формирование детской прозы 

Резюме 

 

Пестрота литературы из различных жанров и стилей детской литературы 



характеризуется одной из ведущих отраслей . Богатый этап развития и нравст-

венного воспитания молодого поколения в детской литературе, всестороннего 

развития сыграл важную роль в формировании мировоззрения особенностей и 

выполнил свою миссию успешно. Без сомнения, эти качества являются одним 

из  национальностей  детской  литературы  характерные  для  прозы . Первый 

период  формирования  опирается  на  древнюю  прозу,  составляющую  одну  из 

ведущих ветвей национальной литературы . 

Воспитывать новое поколение молодым духом , сделать так, чтобы дети 

полюбили историю народа и его духовные ценности, таких как формирование 

детской  литературы  во  второй  половине  девятнадцатого  века  и  начале 

двадцатого  века,  эпоха  Возрождения , эпоха  Просвещения  идея  широкого 

распространения и продвижения идей, а также новых учебников ,составление 

избранных  отрывков  из  литературных  произведений,  открытие  школ  нового 

типа, а также непосредственно связаны с реализацией идеи создания детских 

средств массовой информации.Наука, развитие литературы, установление на-

ционального  театра  и  создание  СМИ,  для  распространения  информации, 

создание новых типов школ, учебников и составление избранных отрывков из 

литературных  произведений,  создание  социальных  и  культурны

х  событий, 

является  основополагающими  факторами,  которые  повлияли  на  детскую 

прозу.

 

В  создании  первого  периода  формирования  детской  прозы  в  девят-



надцатом  веке,  принимали  участие  представители  двух  поколений.  Предста-

вители  первого  поколения  первой  половины  девятнадцатого  века  (И.Кут-

кашенлы,  А.Бакыханов,  С.А.Ширвани),  используя  народные  и  классические 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



322

литературные  традиции,  создали  ряд  интересных  проз  для  формирования 

личности  молодого  поколения.  Написанные  произведения  в  дальнейшем 

способствовали  обогащению  по  форме  и  содержанию  детской  прозы  и 

расширению в виде независимой области. 

Представители  второго  поколения,  принимавшие  участие  в  развитии 

последующей  детской  прозы,  начавший  свой  творческий  процесс  в  ХХ  веке 

до  революции  имевший  богатый  литературный  опыт  Д.Мамедкулузаде, 

А.Хагвердиев, Саид Гусейн, Т. Ш.Симург, С.С.Ахундов, А.Шаик,  Дж.Джаб-

барлы. Эти писатели наряду с лояльностью к народному творчеству и класс-

сическим традициям показали тенденцию современных проблем, пытаясь ре-

шить их с точки зрения требований новой жизни. 

 

Rəyçi:                      Nəzmiyyə  Axundova 



                        filologiya üzrə fəlsəfə doktoru, dosent  

 

 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



323

 TÜRKAN QƏDİROVA  

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 

qedirova-turkan@mail.ru 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin