Литература
1.
Гейбуллаева Р.
Сравнительная типология прозы. Баку: Элм, 1999, 187 с.
2. «Если ты Баку не видел…» Стихотворения русских поэтов о Баку.
Составитель и автор предисловия А. Дж. Гаджиев. Баку: Гянджлик,
2004, 275с.
3.
Турабов С.Ф.
Азербайджан в творчестве русских и советских писателей
(рассказы, повести, стихотворения, очерки, воспоминания,
высказывания). Баку: Азгосиздат, 1977, 130с.
4.
Садыхов. М.З. Очерки русско-азербайджанско-польских литературных
связей. Баку: Азернешр, 1975, 183с.
Ramiz Bağırov
XX əsrin birinci yarisi rus poeziyasinda şəhər mövzusu
(Bakı haqqında şeirlər əsasında)
Xülasə
Məqalədə Bakı və bakılılara həsr olunmuş rus şairlərinin əsərlərinin
xüsusi mahiyyət daşıdığı vurğulanır. Qeyd olunur ki, bu əsərlərdə Bakının
sənayeləşdirilməsi, orada yaşayan insanların arzuları, ümidləri, səyləri təsvir
olunur. Bakıya həsr olunmuş şeirlərin bir qismi Böyük Dünya müharibəsi
illərində bakılıların əmək qəhrəmanlığına həsr olunmuşdur.
Bunların arasında S.S.İvanov, Y.N.Blaqov, N.N.Aseyeva, İ.B.Ortovski və
b.-nın əsərlərini qeyd etmək olar.
Filologiya məsələləri – №5, 2014
302
Ramiz Bagirov
City theme in russian poetry of first half of twentieth century
(On a material of verses on Baku)
Summary
Poems by Russian poets devoted to Baku and its inhabitants are emphasized
in the article. It is marked that the industrialization of Baku, wishes, hopes, efforts
of the people lived there are described in those poems. One part of those poems
described the labour heroism of the people lived in Baku during the Great World
War.
Poems by S.S.İvanov, Y.N.Blaqov, N.N.Aseyeva, İ.B.Ortovski, etc. were
among them.
Rəyçi: Professor Aqil Hacıyev
Filologiya məsələləri – №5, 2014
303
ESMİRA MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru
ADU
esi-mis@hotmail.com
Y.V.GÖTENİN ŞƏRQ FƏLSƏFƏSİNƏ BAXIŞ
Açar sözlər: Şərq fəlsəfəsi, mistisizm, ideya, Şərq poeziyası, inkişaf
Key words: Eastern philosophy, mysticism, idea, Eastern poetry, evolution
Ключевые слова: восточная философия, суфизм, идея, восточная поэзия,
эволюция
Alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi Y.V.Götenin
yaradıcılığında Şərqə marağının əhəmiyyətli rolu olmuşdur. Hələ Y.V.Göteyə qədər
bir çox şərqşünaslar Şərq xəzinəsindən bir sıra dəyərli, tarixi və coğrafi məlumatlar
toplamışdır. İlk dəfə olaraq Şərq mədəniyyətinin estetik dəyərlərini Qərbin qabaqcıl
mədəniyyəti ilə uzlaşdıran Herder olmuşdur. Onun fəlsəfi məqalələri “Xalqın səsi”
külliyyatı nəinki Qərb-Şərq ideyalarının uzlaşdırılması üçün bünövrə yaratmış və
Şərq fəlsəfəsini tanımağın ilk toxumlarını səpmişdir. Bununla belə, Qərb-Şərq
ədəbiyyatlarının uzlaşdırılması, həmçinin “Dünya ədəbiyyatı” anlayışının formalaş-
dırılması Herderin davamçısı kimi Y.V.Göteyə mənsubdur. Onun Şərq mədəniy-
yətlərinin cəmləndiyi “Qərb-Şərq Divanı” kimi dünya əhəmiyyətli ədəbiyyat nümu-
nəsi, əlbəttə ki, Şərqə böyük marağın nəticəsidir. Göte qırx il Şərqin “üstü açıq sirli-
sehirli xəzinəsi”ni xəyalında gəzdirmiş, Şərqin, demək olar ki, bütün dünyanın tari-
xi-mədəni abidələri olan İncili, Tövratı və Quranı öyrənmiş, bir çox tarixi hadisələr,
adət-ənənələrlə tanış olmuşdur. Bu baxımdan “Faust”, “Qərb-Şərq Divanı”, “Poezi-
ya həqiqəti” kimi əsərlər uzun illərin məhsuludur.
Şərq haqqında Götenin uzun illər qəlbində yaşatdığı düşüncələr Hammer fon
Purqstalın tərcüməsində fars poeziyası ilə tanışlıqdan sonra yenidən, həm də yeni
bir təkanla və inamla baş qaldırdı. Hafiz “Divan”ının almanca tərcüməsi Göteyə
Şərq poeziyasının, ümumiyyətlə, Şərqin sehirli dünyasının, incə insani duyğuları-
nın, dərin mənalı tarixi dəyərlərinin gizli qaldığı xəzinənin açarını verdi. Bu tərcü-
mələr Götedə daha dərinlərə getmək, gündoğan ölkələrin insani duyğuları
xəzinəsindəki inciləri toplayıb külliyyat halında Qərb oxucularına çatdırmağa sövq
etdi. Bu məqsədlə ilk olaraq o, ərəb-fars dillərini öyrənməyə başladı. Məhz Şərqi
öyrənməyi, onun ümumbəşəri dəyərləri ilə həmvətənlərini bəhrələndirməyi qarşısın-
da məqsəd qoymuşdur. J.G.L.Kozeqartenə görə oxuculara o kəs xoşdur ki, onları öz
ardınca Qərbdən Şərqə aparsın, təkcə xeyirxah məsləhətləriilə deyil, hər şeydən əv-
vəl, Şərq ölkələrinə nəzər salsın və bütün bunlara hansı gözlə baxmaq lazım oldu-
ğunu izah etsin... Alman oxucularına bu şərəfi “Qərb-Şərq Divanı”nın müəllifi bəxş
edir. Şairin ruhu bütün həqiqətlər və gözəlliklər üçün açıqdır və o Şərq poeziyasının
ruhunu və təbiətini, rənglərini qavramağa və ifadə etməyə qadirdir. “Qərb-Şərq Di-
vanı”nda “Hikmətnamə” əsərində Qərblə Şərqin əlaqəsi belə əlaqələndirilir:
Filologiya məsələləri – №5, 2014
304
“Was schmueckst du die eine Hand denn nun
Weit mehr, als ihr gebuehrte?”
Was sollte denn die linke tun,
Wenn sie die rechte nicht zierte? ” (7,166)
Hamıya bəllidir, hamıya aydın,
Düzdün sol əlinə daş-qaşları sən.
Əgər sağ əlinlə qazanmasaydın,
Belə çox olmazdı sol ələ düşən (7, 167).
Şeirdəki bu motiv Sədinin “Gülüstan” əsərindən alınmışdır. Əsərdə Caminin
ilk olaraq barmağını üzüklə bəzəyən olduğunu göstərir. Camiyə məhz sol əlinin
üzüklə bəzəndiyini sual edildikdə o: “Sağ əl onsuz da gözəldir, çünki o sağdır” deyə
cavablandırmışdır. Göte də “Divan”da məhz özünün Şərqə hədsiz marağına irad
tutanlara cavab olaraq Caminin əsərindəki bi fikirdən istifadə etmişdir. O, bununla
sübut etmişdir ki, dünya mədəniyyətlərindən təcrid olunub, ədəbiyyatı yalnız
müəyyən çərçivələrdə qapanıb qalması, inkişaf zəncirinin qırılması, xüsusilə də,
ümumbəşərlə hissənin bütövlükdə həyati əlaqəsinin pozulmasına səbəb olar. Göte
Şərqdə insan şərəfini, sözün fəlsəfi mənasında, insani duyğuları ümimiləşdirmək və
ilahiləşdirmək dərəcəsinədək yüksəldən və onları dünyanın və həyatın əsası
olduğunu təsdiqləyən humanist ideyaların köklərini axtarırdı. Bu axtarışların uğurlu
nəticələri Qərb və Şərqin mədəni-tarixi incilərinin zərgər dəqiqliyi ilə uzlaşması
“Divan”ın demək olar ki, bütün şeirlərində hiss olunur. Sədinin digər bir
kəlamından “Sada roz” bəhrələnən Göte “Moganni Nameh” əsərindəki “Talismane”
şeirində həyatı dərketməni önə qoymuşdur.
Im Atemholen sind zweiehlei Gnaden:
Die Luft einziehen, sich ihrer entladen;
Jenes bedraengt, diese erfrischt;
So wunderbar ist das Leben gemischt.
Du danke Gott, wenn er dich presst,
Und dank ihm, wenn er dich wieder entlaesst. (7,18)
Nəfəsdə gizlənir iki xoşbəxtlik,
Biri genişlikdir, digəri darlıq.
Biri nəfəs almaq, digəri vermək;
Həyat – bir möcüzə, bundadır demək.
Şükr et yaradana cəfa verəndə,
Cəfasın üstündən götürəndə də... (Tərcümə E.Məmmədova)
Şərq poeziyasında Göte fəlsəfi lirikanın nümunələrini tapmışdır. Göte
yaradıcılığında əsas prinsip həyatın bünövrəsini təşkil edən ziddiyyətlərin universal
qanununun inkişafı ideyasıdır. Göte inkişafın spiral dairə üzrə daha yüksək
dərəcədə təkmilləşməyə doğru yüksəlişini düşünürdü və bunu “təşəkkül spiralı”
(inkişaf prosesində törəmə spiralı) adlandırırdı. Onun fikrincə dünyadahər şey
qarşılıqlı əlaqə olub dəyişkəndir.
Filologiya məsələləri – №5, 2014
305
Məlumdur ki, mövcud olan bütün ziddiyyətlər və əksliklər yeniləşməyə aparır
və inkişaf üçün yeni stimullar yaradır. Bu ideyanı ifadə edən mövzu Götenin “Qərb-
Şərq divanı”nın “Müğənninamə” (“Moganni Nameh”) əsərinin “Dünyəvi həyat”
şeirində verilmişdir. Bu şeir 29 iyul 1814-cü ildə Götenin Frankfurtdan Visbadenə
səyahətində yazılmışdır. Səmanı qara duman bürümüşdü, tufan yaxınlaşırdı. Gecə
cansıxıcı idi, çovğundan xəbər verən külək, duman kimi tozu göyə qaldıraraq
qovurdu. Hafizin lirikasında toz əhəmiyyətli rol oynayıb, sevgilinin qapısı önündəki
toz, sultanın xalısından yaxşıdır, sevgilinin qapısından küləklə gələn tozun qoxusu
müşkdən, gül yağından əzizdir.
Treibt der wind von ihrer Pforte
Wolken Staubs behind vorüber,
Mehr als Moschus sind die Duefte
Und als Rosenöl dir lieber. (7, 40)
Müşkdən, gül yağından bihuş ürəklər,
Saf duyğularına bağlayaronu.
Ancaq qapısında əsən küləklər,
Süpürüb dəf eylər toz buludunu. (7,41)
Beləcə durmadan yenilənən təbiətin tükənməz gücündən şeir yarandı. Qəzəbli
külək, toz və yağış vasitəsi ilə bir-birinə zidd elementlərin sintezindən yaşıl həyat
əmələ gəlir. Göte də şeirində bu fikri belə ifadə etmişdir:
Wenn jetzt alle Donner rollen
Und der ganze Himmel leuchtet,
Wird der wilde Staub des Windes
Nach dem Boden hingefuechtet.
Und sogleich entspringt ein Leben,
Schwillt ein heilig Heimlich Wirken,
Und es grunelt und es grünet
In den irdischen Bezirken. (7, 40)
Göylər guruldayır şimşək çaxanda,
Hər tərəf bir anlıq nura bələnir.
Fırtına qarışıq yağış yağanda,
Bu dustaq torpağa işıq ələnir.
Yeni nəfəs gəlir göydən buludla,
Torpaqdan yaşıl qan, yaşıl can axır.
Açılan çiçəklə, cücərən otla,
Torpağın nəyi var canından çıxır. (7, 41)
Götenin fəlsəfəsi – hərəkətdə olan fəlsəfədir. Göteyə görə hərəkət nədir?
Hərəkətin əsasında zərurət, hər şeyin müəyyən məqsədə yönəldiyini dərk etmək
dayanır. Hər şey təşəkkülün zəruri qanunları ilə hərəkət edir. Subyektin obyektdən
Filologiya məsələləri – №5, 2014
306
ayrılığı əsla mümkün deyil, çünki onlar vahid bir vəhdət təşkil edir. Bu düşüncə
Götedə İslamla daha dərindən maraqlanmaq hissi oyatdı. Çünki İslamın müqəddəs
kitabı Quranda Göte axtardığı suallara cavab tapa bilirdi. Zərurət təbii qanundur, o
dəyişilməzdir, təbii qanunlar insanın iradəsindən asılı olmayaraq mövcuddur.
Quranda ifadə olunan bu fikirləri düzgün dəyərləndirən Göte zərurəti müəyyən
etməyi, dərk etməyi və onu doğuran səbəbləri aşkarlamağın zəruriliyini dönə-dönə
göstərirdi. Düşüncə və hərəkətin vəhdəti dedikdə isə - Götenin fikrincə düşüncə nə
qədər dərin olarsa, hərəkətin - əməlin effekti daha yüksək olar. Hərəkət bilgiyə
bağlı, demək ki, hərəkət həyatın ən yüksək formasıdır. İnkişaf nəticəsində yaranan
bütün hadisələr əksliklərin (ziddiyyətlərin) universal qanununun nəticəsidir. Göte
inkişafı daim hərəkətdə olan və daha yüksək təkmilləşməyə doğru gedən spiral
dairəsinə bənzədir. Hər bir forma öz gücü çərçivəsində özünün əksinə malikdir ki,
bu da inkişafın əvvəlkinə uyğun daha yeni mərhələyə keçməsini təmin edir.
Beləliklə də, materiyanın formaları birinin məhrum olması və yenisinin, daha
təkmilinin yaranması kimi sonsuz əvəzolunma prosesindən keçir. Təbiətdə qapalı
dairə üzrə daim inkişaf yoxdur. Göte bu fikirləri dialektik alleqorik formada
“Divan”da Quran surələri, həm də Sədinin şeirləri nümunələrində ifadə etmişdir.
Ziddiyyətli obrazlar Götenin bütün yaradıcılığı boyu onun poeziyasının,
dramaturgiyasının və epik əsərlərinin obrazları nümunəsində özünü göstərir: Faust
və Mefistofel və s. Gotenin inkişaf ideyası - hərəkətin mənbəyi olan ziddiyyətlərin
dərk edilməsi fonunda, onun həyatı boyu bir xətt kimi keçir. Lakin bu xətt “Di-
van”da yuxarıda adları çəkilən obrazlar arasındakı subyektiv əksliklər çərçivəsindən
çox-çox kənara çıxır, demək olar ki, həyatın bütün sahələrini əhatə edir, inkişafı və
yeniləşməni təmin edən nə varsa hamısı fəlsəfi poeziyanın dili ilə açıq və “məxfi”
şəkildə ifadə olunur. Həyat hərəkətdədir – 13 Fevral 1829-cu ildə Gote Ekkermanla
olan söhbətində belə bir fikir söyləmişdir ki, ölü yox, canlı olaraq durmadan
təşəkkül tapır və dəyişir. “Die Gottheit aber ist wirksam im Lebendigen, aber nicht
im Toten; Deshalb hat auch die Vernunft in ihrer Tendenz zum Goettlichen es nur
mit dem Werdenden, Lebendigen zu tun” (3, 453). Bununla da Göte bildirmişdir ki,
məhz inkişaf nəticəsində təkamülün enerjisi fasiləsiz yeniləşməni və yüksəlişi təmin
edir. Həyatın mahiyyətini və insanın vəzifələrini Göte bu tükənməz imkanda
görürdü. Sonralar Gotenin təbiət elmlərinə olan marağı və təbiət barəsindəki
düşüncələri onda sufizmə ilan marağına təkan verdi. Sufizmə görə İlahi ideya
təbiətlə, maddi varlığın ritmi məhz onun durmadan təkmilləşməsi ilə birləşdirilir.
Göteni sufizmdə özünə cəlb edən də məhz onun təbiətlə bağlı düşüncələri ilə üst-
üstə düşən bu fikir olmuşdur. Göte sufizmdə sonsuzluq ilə birləşməyə aparan
inkişaf ideyasını, “ali məqsəd” uğrunda fədakarcasına düşünmək və ona qovuşmaq
cəhdini, Allahla qovuşmaq dərəcəsinədək yüksəldən özünü fəda etmək sevgisini
tapmışdır. Gote bu məqsədə doğru yüksəlişi dörd mərhələdə göstərmişdir. İlk
mərhələ olaraq dahilərin fikirlərindən bəhrələnərək dünyanı dərketməni özündə
təbliğ etməyi; böyük səylə təkmilləşməyə doğru məqsədə çatmaq tolunda özünü
buna təslim etməyi; vəcdə gəlmək – yəni hissiyyatın ən yüksək dərəcəsinədək
təkmilləşməsi, burada orqanizmdə şərabla, sevgi duyğusu ilə bağlı olan hisslərin
ifadə olunması nəzərdə tutulur ki, məhz Hafiz lirikasında şərab və sevginin tərifi
belə gözəl təqdim olunur, nəhayət, fərdin ümumi ilə qarışıb birləşməsini; uca
həqiqətə çatmağı – Allaha qovuşmağı nəzərdə tutmuşdur. Əlbəttə ki, Göte həyatla
Filologiya məsələləri – №5, 2014
307
bağlı, özünün estetik fəlsəfi, ümumbəşəri ideyalarını öz əsərlərində də təqdim
etmişdir.
Böyük alman mütəfəkkiri Götenin yaradıcılığı eyni zamanda onun həyat
salnaməsindən, duyğularından ibarət olmuşdur. Onun hərbirəsəri yaşadığı
dövrünün, fikirlərinin ifadəsidir. Y.V.Göteyə görə Şərq fəlsəfəsi anlayışı çox dərin
və tükənməzdir və onun bu vaxtadək araşdırdığı ölkələrlə bitmir. Bu anlayış daha
geniş ərazini əhatə edir və Şərqi tanımaq üçün daim axtarışda olmağı tələb edir.
Ədəbiyyat
1. Mommsen Katarina. Goethe und arabische Welt. Frankfurt. M. Insel Verl, 2001,
S.669.
2. Stemmrich Koehler, Barbara. Zur Funktion der orientalischen Poesie bei Goethe,
Herder, Hegel; Frankfurt. M Lang, 1992, S. 305.
3. Ekkermann I.P. Goethes Gespräche mit Ekkermann. Aufbau Verlg. Berlin, 1955,
S. 733
4. G.I.V. Примечание и заметки для лучшего понимания западно-восточного
дивана: проблемы востоковедения. М., 1960.
5. Брагински И.С. Синтез в диване и классическая поэзия на фарси. М., 1963.
6. Кессел Л.М. Западно-восточный диван. М., 1973.
7. Qubatov Ə. Yohan Volfqanq fon Qöte. Qərb-Şərq divanı. Bakı: Şirvannəşr, 2008, s.
380.
E.Mammadova
The view of j.w.goethe to eastern philosophy
Summary
As one of the outstanding people of German literature, J.W.Goethe’s interest
to East in his creativity had significant role. It was Herder who first coordinated the
aesthetic value of Eastern culture with Western progressive culture. As his
successor the philosophical views of Goethe is profound. The Eastern philosophy of
Goethe is broad and it requires forever exploration for getting acquainted with East.
E. Mamedova
Взгляды и.в.гете на восточную философию
Резюме
В творчестве одного из выдающего представителя немецкой литературы
Гёте, важную роль играл интерес к Востоку. В первые эстетические ценности
Востока были сопоставлены с передовой Западной культурой в работах Гер-
дера. Гётё, как его последователь, имел такие же глубокие философские взг-
ляды. Восточная философия Гёте очень обширна и требует постоянных
исследований для познания Востока.
Rəyçi: Professor Svetlana Cəbrayılova
Filologiya məsələləri – №5, 2014
308
ŞƏLALƏ QULİYEVA
BDU-nun “Televiziya və radio
jurnalistikası” kafedrasının dissertantı
selale_meh@mail.ru
AUDİOPUBLİSİSTİKANIN TARİXİNƏ BAXIŞ
Açar sözlər: Audiopublisistika, Radio jurnalistikası, “Son Xəbərlər”, İnformasiya
xidməti, İctimai-siyasi proqramlar.
Ключевые слова: Аудио публицистика, радио журналистика, Последние
Известия, информационные службы, Политико-экономические программы.
Key words: Audioissue, Radio Journalism, "Latest News", Information service,
social and political programs.
Publisistikanın köməyi ilə cəmiyyətin bütün sahələrində movcud olan
problemləri önə çəkmək, əhəmiyyətli məsələləri məntiqi faktlarla, konkret dəlillərlə
işıqlandırılmaq və ictimai rəyin formalaşmasına təsir etmək mümkündür.
Professor Famil Mehdinin sözləri ilə desək “publisistika ictimai-siyasi, əxlaqi,
iqtisadi və s. aktual problemləri elmi-məntiqi dəlil və sübutlar, obrazlı-ehtiraslı
mühakimələr, lirik düşüncələr, konkret xarakterlər, tiplər vasitəsi ilə əks etdirən
sənət növüdür”. (6.s.13)
Publisistikanın tarixi qəzetlərdən başlayıb. Daha sonra isə radio- televiziyanın
və internetin yaranışı ilə kommunikasiya vasitələrində sahələr üzrə publisistikanın
inkişafına meydan açılıb.
Professor Qulu Məhərrəmli yazır: “Mass Media termini tətbiq edilənədək
publisistika anlayışı Almaniyada mətbuata sinonim olan söz kimi işlədilib. İctimai
tərbiyə və məlumatlandırma vasitəsi, sosial informasiyanın təşkili və ötürülmə üsulu
kimi cəmiyyətə xidmət etməklə sosial qurumların fəaliyyətinə təsir göstərərək
mühim rol oynayır…”(7.s.25)
Audio və publisistika sözlərinin vəhdəti “audiopublisistika”, yəni “radio-
publisistika”nın meydana gəlməsinə səbəb olub.
Audiopublisistika radio əməkdaşının yaradıcılıq məhsulu olaraq söz və
musiqinin vəhdətindən meydana gələn veriliş, dinləyiciyə təqdim olunan efir ma-
terialıdır. Jurnalistikada bu termin aktual əhəmiyyət kəsb edir, “çox zaman jurnalis-
tikanın məzmununu ifadə edən anlayış kimi” (8.s.25) bütün janrlarda işlədilir.
Audiopublisistikanın təməli ABŞ-da qoyulub. Ölkədə kütləvi radioyayımın
tətbiqindən sonra ictimai məzmun kəsb edən verilişlərin hazırlanması ideyası ortaya
çıxıb. Eksperiment kimi tətbiq edilən əyləncəli şouları qısa bir vaxtdan sonra
informasiya yönlü proqramlar əvəzləyib.
Amplitud Modulyasiyanın-orta dalğa yayımlarının gerçəkləşdiyi tezliyin və
bunun əsasında maneələri dəf etmək gücünə malik olan, xeyli sayda səs çalarlarını
ötürə biləcək daha keyfiyyətli yayımın (Amplitud-Modulyasiya ) vasitəsilə 8 MK
stansiyası tərəfindən 1920-ci il avqustun 31-də Miçiqan ştatının Detroit şəhərində
ilk xəbər proqramı səslənib.
1930-cu illərin əvvəllərində Amerika mətbuatı ilə radiosu arasında “elan
olunmamış müharibə” gedir. Qəzet əməkdaşlarına məxsus xəbərlərin efirdə səs-
Filologiya məsələləri – №5, 2014
309
lənməsinə qarşı çıxan jurnalistlərin təkidi ilə radioda onlardan istifadəyə qadağa
qoyulur. Bu halda yayımın rəhbərləri əlac axtarmaq məcburiyyətində qalır. “1930-
cu il Edu Kloberin rəhbərliyi ilə Xəbərlər Xidməti, "The New York Times" yaradılır
və yeni qurumun əməkdaşları tərəfindən efirə xəbərlər toplanır. Yəni, ilk
radioxəbərin işlənməsi prosesinə başlanılır. Beləliklə yeni şərait radiojurnalistikanın
yaradıcılıq formalarını üzə çıxarır.”...(11.s.19)
YUNESKO-nun təşəbbüsü ilə bir sıra ölkələrdə radioproqramların kollektiv
şəkildə dinlənilməsi üçün radioforumlar yaradılmışdı. Kənd radioforumları adətən
şəxsi gigiyena, təsərrüfat, vətəndaşların hüquqları ilə bağlı məsələlərə həsr
olunurdu...
Böyük Britaniyada başlayan sadə formatlı verilişlər 1923-cü ilin ortalarından
maraqlı proqramlarla əvəz edildi. Bu ölkənin radio tarixində ən böyük xidməti
tərkibində xəbər, təhlil, simfonik musiqi, radiotamaşalar, debatların təşkil olunduğu,
yüksək jurnalistika və efir mədəniyyətinin nümunəsi hesab edilən bir məktəbin
(radiojurnalistika sənətinin ) özülü hesab edilən BBC kimi (Britaniya Yayım
Korporasiyası) universal xarakterli bir verilişin müəllifi olmasıdır. (10.s.22)
Bolqarıstan, Almaniya Demokratik Respublikası, Rumıniya, İtaliya, Fransa,
Yaponiyada və s. ölkələrin radiolarında əsasən üç istiqamətdə verilişlər hazırlanıb.
İnformasiya, əyləncə və maarifçilik məqsədi ilə tərtib edilmiş proqramlar ef-
irin əsas məğzini təşkil edib. Başqa ölkələrdə isə musiqi proqramları gün boyu
efirin 90 faizini tutub.
1920-ci illərin sonlarında alman radiosunda informasiya və publisistikaya aid
proqramların hazırlanması, maarifçilik verilişlərinin yüksək sənətkarlıqla işlənməsi
müşahidə olunurdu. Xüsusən almanlar qonşu ölkələrdə xof yaratmaq təbliğatı
aparır, hamıdan güclü olduqlarını, hər sahədə üstünlüklərini nümayiş etdirmək
missiyasını qarşıya məqsəd qoyaraq radionu təbliğat alətinə çevirmişdilər.
Fransa radiosunda publisistikanın özəlliyi ondan ibarət idi ki, digər ölkələrdən
fərqli olaraq bir neçə istiqamətdə hazırlanan verilişlərdə milli mədəniyyətə xüsusi
önəm verilirdi. Öndə informasiya, maarifçilik proqramları, ikinci sırada isə
radioteatr və musiqi verilişləri dayanırdı. Orijinal əsərlərin səhnələşdirilməsi və
zövqlü musiqi proqramlarının tərtibində fransızların xidməti yetərincədir. “
Klassiklər
efirdə” adlı uzunömürlü veriliş ən populyar radio proqramı kimi yadda qalıb. Söz və
mətbuat azadlığına görə Fransa radiosu özünün ilk sənətkarlıq xüsusiyyətləri ilə
seçilib.
Türkiyədə 1927-ci ildə 5 saatlıq efirdə dinləyicilərə hər gün 10 dəqiqə
Anadolu Agentliyinin xəbər bülleteni təqdim olunurdu. (9.s.4).
Əvvəlcə İstanbul, sonra Ankara radiosu quruldu. Hər iki radioda efirin 80 fai-
zini musiqili, qalan saatlarda isə xəbərlər və ictimai-siyasi proqramlar təşkil edirdi.
Türkiyə radiosunda publisistika 30-40-cı illərdə vüsət alıb. Bu vaxta kimi əsa-
sən radioquruculuq prosesinə önəm verilib, fransalı mütəxəssislərin köməyi ilə öl-
kədə ötürücü stansiyalar qurulub və proses başa çatdıqdan sonra söz, fikir mey-
danına dönüb. “Dövlətin ağzı, millətin qulağı” (8.s.39) adlanan radionun ökənin hər
bir yerində eşidilməsi üçün hökumət zəruri addımlar atıb.
Radiopublisistikanın Rusiyada da özünəməxsus ənənəvi formaları inkişaf
edib. Siyasi şərait, kütləyə yeni fikir təlqin etmək, sosializm ideyalarının təbliği,
yeni düşüncə tərzinin formalaşması üçün bütövlükdə ölkə mətbuatı xüsusi stra-
Filologiya məsələləri – №5, 2014
310
tegiya üzrə çalışırdı. Radionun özəlliyi isə Leninin söylədiyi kimi “kağızsız və mə-
safəsiz qəzet” kütlə ilə birbaşa əlaqə qurmaq, ünsiyyət yaratmaq üçün unikal vasitə
idi. (4.s.74-75)
“Ümumittifaq radio”su (1991-ci ilə qədər belə adlanıb) SSRİ-nin tərkibində
olan bütün respublikaların vahid mərkəzi radiosu hesab edilir və yerlərdə radio
işinin təşkilini, proqram siyasətini həyata keçirirdi. Ümumittifaq radiosunun siyasi
fəaliyyəti yerli radiolar üçün əsas prioritet xətt sayılırdı.
1932-cü il avqust ayında Ümumittifaq radiosunda Mərkəzi İnformasiya re-
daksiyası yaradıldı və radioqəzetlərin əvəzinə “Son xəbərlər” bülleteni hazırlandı....
1933-cü ildə “Gənclər” redaksiyası yaradılır və peşəkar gənc kadrların
hazırlığı prosesinə başlanılır. Sovetlərə qarşı yönələn xarici təhlükə, daxildəki ək-
sinqilabi düşüncələrin məhvi, vahid dövlətin iqtisadi inkişafının sürətləndirilməsi
üçün yerlərdə sosializm yarışlarının təşkili, əmək adamlarının qəhrəmanlıqları, bir
sözlə “sovet adamı”nın dolğun portretini yaratmaq radiopublisistikanın ən böyük
tələbi idi.
Almanların ölkəyə hücumu isə sovet radiosunun inkişafına da təsirsiz ötüş-
mədi. 1941-ci il, müharibə başlayandan iki gün sonra Sovet Məlumat Bürosu ya-
radıldı və ölkənin bütün yaradıcı insanları alman faşizmini məhv etmək üçün öz qə-
ləmi ilə səfərbər olundu.
Müharibə illərində hərbi publisistika güclü inkişaf etdi. Düşməni susdurmaq
üçün yeni radiolayihələr yazıldı. “Sovet xalqının mərdliyi, onun öz azadlığını və
istiqlaliyyətini qorumaq əzmi, faşistlərin getdikcə daha çox itki vermələri və Sovet
xalqının qələbəyə sonsuz inamı, SSRİ-nin qələbəsinin beynəlxalq əhəmiyyəti”
(1.s.39) ikinci dünya müharibəsi illərində audiopublisistikanın düşündürücü möv-
zuları idi.
Hələ müharibədən əvvəl, radio vasitəsilə beynəlxalq aləmdə Rusiya özünü
tanıtmağa başlamışdır. “1933-cü ildə Moskvadan dünya xalqlarının 8 dilində (al-
man, fransız, ingilis, macar, ispan, italyan, isveç, çex) verilişlər yayılırdı”.(2.s.10).
Müharibə ərəfəsində 13 dildə veriliş hazırlanırdısa, 1941-ci ildə 21 xalqın dilində
danışırdı.
Qələbədən sonra, bərpa dövründə, quruculuq illərində də radio ölkənin bir
nömrəli təbliğatçısı rolunu oynadı. Radio işinin yaxşılaşdırılması, kadr hazırlığı ilə
bağlı müxtəlif qərarlar verilir, respublikalarda, bütün sovet ərazilərində radiodan
istifadə üçün kabel xəttləri çəkilirdi...
Azərbaycan radiopublisistikasının tarixinə gəlincə, ölkənin ictimai-siyasi hə-
yatı qələm əhlinə rəngarəng mövzular üzərində işləməyi diktə edirdi. Radionun ya-
randığı tarixi şərait və sonrakı illərdə baş verən siyasi situasiyalar audiopublisistika-
nın inkişafında öz təzahürünü tapıb.
Radiopublisistikanın təşəkkülündə bu amillərin təsiri danılmazdır.
Demokratik Cümhiriyyətin süqutundan sonra ziyalılarda ruh düşkünlüyü ya-
randığından, radionun açılışı tərəqqipərvər qüvvələr üçün yenilk sayılırdı...
“Böyük Qardaşın canfəşanlığından” çaş-baş qalmış millət, yeni qurulan
hökumətin siyasi fəaliyyətindən güc almağa çalışırdı...
Azərbaycan ziyalılarının kütləvi məhvi ilə nəticələnən repressiya illərində
(1937-1938) radionun ilk söz sahiblərinə də divan tutuldu...
Filologiya məsələləri – №5, 2014
311
İkinci dünya müharibəsinin başlanması, Almanların Sovetlərə hücumu ölkə-
mizə də təhlükə yaradırdı. Sovet ordusuna ən böyük canlı qüvvə və maddi təminat
Azərbaycandan yola salındı və qələbədə Bakı neftinin rolu publisitika üçün tükən-
məz mövzu mənbəyi idi...
Müharibədən sonra bərpa və quruculuq illəri (1945-1970) başlandı, iqtisa-
diyyatın dirçəldilməsi prosesi vəsf olundu.
Yenidənqurma siyasəti, M.Qorbaçovun siyasi səriştəsizliyi millətləri üzə-üzə
qoydu və ölkə idarəçiliyindəki səhvi bütün SSRİ ərazisini silkələdiyi kimi, respub-
likamızın həyatında da siyasi vəziyyəti gərginləşdirdi...
1990-cı ildə Mərkəzdən Bakıya ordu yerildildi, sakinlər gülləbaran edildi.
Faciənin canlı şahidi olan Azərbaycan Radiosu bu qanlı olayı dünya ictimaiyyətinə
bəyan etdi...
Ermənilərin Azərbaycan ərazilərinə qənim kəsilməsi, Qarabağa göz dikməsi
və rusların havadarlığı ilə öz niyətlərini həyata keçirməsi nəticəsində torpaqlarımız
işğala məruz qaldı. Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə şəhid verildi, bir
miyondan çox insan öz torpağından didərgin düşdü, qaçqına, köçkünə döndü...
Nəhayət SSRİ-nin tərkibindən ayrılan Azərbaycan yenidən öz müstəqilliyini
elan etdi....
Yeni qurulan Müstəqil Azərbaycan dövləti keçmiş MDB ölkələri arasında və
regionda iqtisadi yüksəlişinə görə ən güclü ölkələrdən biridir...
Radionun ilk qadın diktoru Raya İmanzadə yazır: “Mikrofon qarşısında ilk
oxuduğum veriliş yaxşı yadımdadır. Bu, kolxoz təsərrüfatının fərdi təsərrüfatdan
iqtisadi üstünlükləri haqqında danışıb, kolxoza daxil olan ailə üzvlərinin adları
sadalanan veriliş idi.”.(3.s.19).
Ədəbi verilişlər redaksiyasına isə Məmməd Səid Ordubadi başçılıq edirdi.
Radio yaradıcılığını tədqiq edən alimlər onun rəhbərliyi zamanı radioda tək ədəbi
nümunələrə yox, eyni zamnda ictimai-siyasi həyatda baş verən hər bir hadisəyə ba-
xışını xüsusi olaraq qiymətləndirirlər. Şeir, hekayə, felyetonlarında real həyatdan
götürülən mövzular əksini tapır və radioda işıqlandırılırdı. Ordubadinin səyi nəticə-
sində radioda bədii publisistikanın təməli qoyuldu. Cəfər Cabbarlı, Hüseyn Cavid,
Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Ra-
him, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev kimi nasir və şairlərin radio-
dan səsləri eşidildi.
Radionun ictimai-siyasi verilişləri audiopublisistikanın ilkin bünövrəsi hesab
edilir. 1932-ci ilədək radioda qəzet materialları oxunurdu. Oktyabr ayında İnforma-
siya redaksiyası yaradıldı və “Son Xəbərlər” proqramı efirə çıxdı.
Azərbaycan radiosu xarici auditoriyaya da məzmunlu verilişlər təqdim edirdi.
1980-ci illərdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaric-
dəki soydaşlarımız üçün ana dilində 1 saat veriliş verilirdi.
1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində
yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı.
Güneyə ünvanlanan düşünülmüş proqramlarda sözün eyhamla deyilişi, musi-
qinin gen-bol istifadə olunduğu “Ana dili”, “Körpü” “Dalğalarda görüş”, “Elin sazı,
elin sözü” və s. verilişlərdə, ikiyə bölünən bir yurdun sakinləri radio dalğalarında
görüşdülər. Dövr radiopublisistdən olduqca diqqətli olmağı, İranla Rusiya arasında
ixtilaf yaradacaq fikrə, nüansa yol verməməyi tələb edirdi. Professional radio əmək-
Filologiya məsələləri – №5, 2014
312
daşları bəzən elə sözsüz, adi bir bayatı, həzin musiqiylə, audiopublisistikanın ifadə
vasitələri ilə cənubdakı bacı-qardaşlarına “söz” deməyi bacarırdı.(3.s.72 )
1960-cı illərdə sovet məkanının siaysi mühitində müşahidə olunan mü-
layimləşmədən sonra Moskvada “Mayak” radiostansiyası, bütün müttəfiq respub-
likalarda ikinci bir dalğa, Azərbaycanda isə “Araz” Xəbərlər və Musiqi proqramı
yaradıldı. (5.s.13)
Birinci proqram Moskvanın göstərilişi ilə idarə olunur, rəsmi xəbərlər, ma-
teriallar oxunurdu. “Araz” proqramına isə müəyyən sərbəstlik verildiyindən başqa
radiostansiyalar efirə müdaxilə etmirdi.
İlk dəfə olaraq məhz bu proqram vasitəsilə Azərbaycanın səsi uzaqlara yayıldı.
Gündüz saat 12-dən axşam 12-dək ilk vaxtlar xəbərlər, musiqi və ədəbi
verilişlərin səsləndirildiyi proqram daha sonra 19 saat ərzində dünyanın bir çox
yerində, İran, Türkiyə, Mərkəzi Asiyada, Rusiyanın şimalında, Şərqi Avropa, hətta
Skandinaviya ölkələrində eşidildi.
“Araz” proqramının yaradıcılıarından biri, qocaman jurnalist İlyas Adıgözəlli
deyir ki, “təzə yarananda hər yarım saatdan bir informasiya proqramı təqdim etmək
elə də asan deyildi. Lakin bunun öhdəsindən gecə-gündüz çalışaraq gəlirdik. Baş re-
daktorumuz Hacı Hacıyev, Valid Sənani, Bilal Muradov, Bəhram Rəcəbov, Altay
Zahidov, Firuz Əhmədli və digər əməkdaşlar gündəlik xəbər toplanışında ope-
rativlik nümayiş etdirirdilər.”
1966-cı il iyulun 13-dən «Son xəbərlər»in axşam buraxılışı efirdə «Günün
səsi» ilə əvəzləndi.
1968-ci ildə radionun Xəbərlər redaksiyası hər gün birinci proqramla və
«Araz» proqramı ilə 24 dəfə efirə çıxırdı.
“Araz” həm də ilk milli radio məktəbi hesab edilir.
1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi Heydər Əliyev respublikamızda radio və televiziya verilişlərinin daha da
yaxşılaşdırılması ilə əlaqədar sənəd imzalayır. Sənəddə öz əksini tapan radionun
kadr hazırlığı məsələsinə ciddi önəm verilir. Həm texniki işçilərin, həm də radio
jurnalistlərinin hazırlanması prosesi başlanır.
1993-cü ildə “Araz” bir müstəqil qurum kimi formalaşır. Radio sənətinə bağlı
olan insanların toplaşdığı məkana çevrilir və onların hazırladıqları verilişlər “Qızıl
fond”da dəyərli sənət əsərlərini təşkil edir.
Radioda Xalq Yaradıcılığı redaksiyasının yaranması isə milli zəmində
verilişlərin daha da zənginləşməsinə səbəb olur.
Müstəqillik illərində “Araz” radiosunun fəaliyyəti bir qədər də genişlənir və
Azərbaycan həqiqətləri barəsində dünyaya informasiya çatdırılmasında bu radionun
xidmətləri misilsizdir. Radioya ünvanlanan minlərlə məktubda xaricdə yaşayan
soydaşlarımız “Araz”a qulaq asdıqlarını, Azərbaycana sevgilərini, qəddar
ermənilərə nifrətini ifadə edirlər.
Vaşinqtonda Azərbaycan səfirliyinin açılması münasibəti ilə keçirilən təd-
birdən jurnalist İlyas Adıgözəllinin ilk canlı reportajını, “dünyada Azərbaycan gü-
nü” kimi qeyd edilən bu tədbiri vətəndaşlarımız, xüsusilə xaricdəki soydaşlarımız
göz yaşları ilə dinləmişdilər. Milli musiqilərin, xalqa doğma olan mövzuların işlən-
məsi, illərlə efir təcrübəsi qazanmış radio əməkdaşlarının intellektual potensialı,
“Araz”a dinləyici sevgisi, ümumxalq məhəbbəti qazandırdı.
Filologiya məsələləri – №5, 2014
313
Əfsuslar olsun ki, 1998-ci ildə “Araz” Milli radiosu bağlandı.
Düz bir neçə il sonra, 2011-ci il, aprelin 4-də keşmiş radiodan tamamilə fərqli
yeni özəl radio, “Araz” FM (103.3 ) yaradıldı. Gənc kadrların təmsil olunduğu yeni
struktur müasir gəncliyin abu-havasına uyğun, daha çox musiqi proqramlarının tər-
tibi ilə məşğuldur. Burada milli məktəb hesab etdiyimiz köhnə “Araz” radiosundan,
təcrübəli radio sənətkarlarından bir nəfər də olsun nümayəndə çalışmır. Belə olan
təqdirdə, yeni açılan radio milli radio məktəbi hesab etdiyimiz keçmiş “Arazın”
varisi ola bilərmi?
«Araz» radiosunun yaranmasında və fəaliyyətində xidmətləri olan Teymur
Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı
Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, İlyas Adıgözəlli, Telman
Qarayev, Hidayət Səfərli və digər radiopublisistlərə tay ola biləcək insanlara, heç
onların tələbələrinə də bugünkü “Araz” FM-də rast gəlinmir...
Azərbaycan audiopublisistikasında bəzi özəl radioların xidmətləri danıl-
mazdır. Ölkəmizdə ilk özəl radio olan ANS ÇM 1994-ci il, mayın 28-də respubli-
kanın müstəqillik günündə dinləyiciyə tamamilə fərqli yeni bir yaradıcılıq üslubu
təqdim etdi. “İnformasiya+musiqi” prinsipi ilə işləyən bu özəl radio Azərbaycanın
efir mühitinə tamamilə yeni bir abu-hava gətirdi. Özünəməxsus dinləyici auditori-
yası toplamağa müvəffəq olan AMS ÇM müasir dövrdə, özəl radiolar arasında ye-
nə də əvvəlki şöhrətini orijinal layihələri ilə qoruyub, saxlaya bilir.
Ədəbiyyat
Ахмедли H. Азербайджанское международное радиовещание на Ближний и
Средний Восток: история, практика, теория, 2003, Bakı, Bakı Universiteti
Nəşriyyatı, səhifə 39
Əhmədli N. Səslər içində,B., 1990, s. 10
Əlizadə Y., Q. Məhərəmli. Azərbaycan efiri. Tarix və müasirlik. B., 2006.
Ленин, том XXII, стр. 74≈75. )
«Маяк». 40 лет в эфире. Воспоминания, фотографии, документы,
практический опыт. Под редакцией к.и.н. Г.А. Шевелева. Редактор-
составитель Б.А. Брацыло. М.: Вагриус, 2004)
Mehdi F., Bədii Publisistika, B., 1982, s.296
Məhərrəmli Q., Jurnalistika yaradıcılığı. B., 2012
Məhərrəmli Q. Radio dərsləri. B., 2007
Radio TV Tarixi., Ankara., 2008.
The Random House Group acquires majority shareholding in BBC Books BBC
Press Office. 22 June 2006
Щерель А.А. Радиожурналистика .–М.,Издательство Московского уни-
верситета, 2000. c. 480,
Filologiya məsələləri – №5, 2014
314
Ш.Кулиева
Исторический обзор Аудиопублицистики
Резюме
В 30 годах ХХ века, после распространения радиовещания, была создана
радиожурналистика и как следствие радиопублицистика. Основною значение
для донесения важнейшей и последней информации на радио приобрела
радиопублицистика. Впервые, аудио публицистику для передачи радионо-
востей использовали в США.
В 1932 году В Азербайджане была основана Информационная Редакция
и вышла в эфир программа Последние Известия.
Превратившись в средства пропаганды, на радио стали выходить поли-
тико-экономические, музыкально-развлекательные, просветительские вы-
пуски.
Sh.Kuliyeva
A short review of the history of Audioissue
Summary
In the 30s of the XX century, the world of journalism has appeared on the
radio and then the radio publicistic foundation. The acceptability of information
and transmission function of real-life experience from working in radio journalism,
expressing the attitude, the public began to be affected.The world's first radionews,
audioissue was established in the United States. Created in 1932 Edition of the
Radio Information and Latest News program was broadcasted. Publicized on the
radio, socio-political, entertainment, programs have been developed in order to
enlightenment.
Rəyçi: Nəsir Əhmədli
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №5, 2014
315
AYNUR ŞÜKÜROVA
Gəncə Dövlət Universitetinin
Dostları ilə paylaş: |