AZƏRBAYCAN UŞAQ NƏSRİNİN TƏŞƏKKÜLÜNƏ
TƏSİR EDƏN ƏSAS AMİLLƏR
Açar sözlər: uşaq bədii nəsri, uşaq mətbuatı, ilk uşaq əsərləri
Ключевые слова: детская художественная проза, детские СМИ, первые
детские произведения
Key words: children's fiction prose, children's media, the first child poems
İnsanda estetik hisslər və zəngin dünyagörüş formalaşdıran bədii ədəbiyyat
böyük ideya və mənəvi tərbiyə vasitəsidir. Azərbaycan ədəbiyyatının min illərdən
bəri davam edən tarixindən qızıl bir xətt kimi keçən humanizm ideyaları insanda
yeni mənəvi keyfiyyətlər üzə çıxarmış, fərdi xarakterin inkişafına təkan verməklə
cəmiyyətə insansevərlik aşılamış, insanı yüksəltmişdir.
Zənginliyi və humanist ideyaların vüsəti ilə seçilən Azərbaycan ədəbiyyatı
təşəkkül tapdığı dövrdən bu günə qədər mərhələli inkişaf yolu keçmişdir. Milli
ədəbiyyatımızın müxtəlif janr və üslub əlvanlığı ilə səciyyələnən ən aparıcı
qollarından birini də uşaq ədəbiyyatı təşkil edir. Mərhələli inkişaf yolu keçmiş uşaq
ədəbiyyatımız gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində, hərtərəfli inkişafında,
dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamış və bu sahədə üzərinə
düşən missiyanı müvəffəqiyyətlə həyata keçirmişdir.
Bu xüsusiyyətlər heç şübhəsiz, milli uşaq ədəbiyyatımızın artıq sabitləşmiş
sahələrindən biri olan nəsr üçün də xarakterikdir. İlk təşəkkül dövrü qədimlərə söy-
kənən nəsr milli ədəbiyyatımızın ən aparıcı qolunu təşkil edir. Uşaq ədəbiyyatının
nisbətən cavan janrlarından biri sayılan nəsrin təşəkkülü ədəbiyyatımızın ictimai
rolu və maarifçilik vəzifələri ilə şərtlənir.
Gənc nəsli yeni ruhda tərbiyə etmək, xalqın tarixini və mənəvi dəyərlərini
uşaqlara sevdirmək kimi nəcib məqsədlər güdən uşaq nəsrinin təşəkkülü XIX əsrin
II yarısı və XX əsrin əvvəllərində geniş vüsət alan fikir intibahı –maarifçilik ideya-
larının yayılması və təbliği, həmçinin yeni dərsliklərin, müntəxəbatların tərtibi, yeni
tipli məktəblərin açılması və uşaq mətbuatı yaratmaq ideyasının gerçəkləşməsi ilə
bilavasitə əlaqədar olmuşdur.
“Həqiqətən də Azərbaycan ədəbiyyatında realist uşaq nəsrinin təşəkkülü
ədəbiyyatın maarifçilik vəzifələri ilə şərtlənir, milli-azadlıq mübarizəsində
ədəbiyyatın ictimai rolunun artması ilə bağlıdır”.[5,.8]
İlk təşəkkül dövrü XIX əsrə dayanan uşaq nəsrinin yaranmasında iki nəslin
nümayəndələri iştirak edirdilər.Birinci nəsli təmsil edənlər XIX əsrin birinci
yarısında(İ.Qutqaşınlı,A.Bakıxanov, S.Ə.Şirvani-A.Ş.)daha çox folklor və klassik
ədəbi ənənələrindən bəhrələnərək gənclərin şəxsiyyət kimi formalaşması üçün bir
sıra maraqlı nəsr nümunələri yaratdılar.Qələmə alınmış bu əsərlər sonrakı illərdə
yaranan uşaq nəsrinin məzmun və formaca zənginləşməsinə, müstəqil sahə kimi
genişlənməsinə səbəb oldu.
Uşaq nəsrinin sonrakı inkişafında iştirak edən ikinci nəslin nümayəndələri XX
əsrdə inqilabdan əvvəl yaradıcılığa başlamış, zəngin ədəbi təcrübəsi olan C.Məm-
Filologiya məsələləri – №5, 2014
316
mədquluzadə,Ə.Haqverdiyev,Seyid Hüseyn, Taği Şahbazi Simurğ, S.S.Axundov,
A.Şaiq, C.Cabbarlı və başqaları idi. Bu yazıçılar xalq yaradıcılığına və klassik
ənənələrə sadiq qalmaqla bərabər, müasir mövzulara da meyl göstərir, onları yeni
həyatın tələbləri baxımından həll etməyə çalışırdılar.
Elmin, ədəbiyyatın inkişafı, milli teatr və mətbuatın yaranması, maarifçiliyin
geniş vüsət alması, yeni tipli məktəblərin yaradılması, dərslik və müntəxəbatların
tərtibi və s. ictimai mədəni hadisələrin baş verməsi ilə səciyyələnən XIX əsr
Azərbaycan uşaq ədəbiyyatında da dönüş yaradır. XIX əsr Azərbaycan ziyalıları və
maarifpərvər yazıçıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə
etməsi, qarşılıqlı əməkdaşlıq ədəbiyyatımızın tərəqqi və inkişafı üçün mühüm amilə
çevrilir. A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi qabaqcıl düşüncəli, mü-
tərəqqi fikirli yazıçılar dünya xalqlarının dilindən, mədəniyyət və ədəbiyyatından öz
vətənləri və xalqlarının ictimai oyanışına və tərəqqisinə əlverişli və faydalı olan bü-
tün proqressiv ənənələri mənimsəməyə çalışırdılar.
XIX əsr Azərbaycan bədii nəsrinin də yüksəliş və inkişaf dövrüdür. A.Ba-
kıxanov , İ.Qutqaşınlı və M.F.Axundov kimi maarifçi-realist yazıçılar Azər
baycan nəsrinə forma, üslub, kompozisiya ünsürlərini də gətirdilər. Bu
ünsürlər öz orijinallıqları və təzəliklərilə Azərbaycan nəsrini zənginləşdirərək onun
dar və məhdud çərçivələrdən çıxıb mədəni yolla inkişaf etməsinə kömək edir.
XIX əsr Azərbaycan bədii nəsrində yeni ədəbi üslub və realizm ənənələri bu
janrın sonrakı illərdə uşaq ədəbiyyatında öncül mövqeyə keçməsinə səbəb oldu.
Janrın geniş imkanlarını nəzərə alan maarifçi ziyalılar –M.F.Axundzadə,
A.Bakıxanov,İ.Qutqaşınlı,S.Ə.Şirvani,N.Vəzirov,Ə.Talıbov,Z.Marağayi,H.S.Ünsi-
zadə,N.Nərimanov,R.Əfəndizadə,S.M.Qənizadə,S.S.Axundov, A.Şaiq və başqaları
bədii nəsr nümunələri qələmə almaqla bu sahənin dinamik şəkildə inkişafına təkan
verdilər. Azərbaycan uşaq nəsri də bu ümumi məcrada formalaşdı.
Uşaq bədii nəsrinin inkişafı sözsüz ki,tədris sistemi ilə bilavasitə bağlı idi.
Maarifçi-yazıçılar bu əsərləri tədris vasitəsilə gənc nəslə çatdırırdılar.Buna görə də
Azərbaycan uşaq nəsrinin təşəkkülü və inkişafı yeni tipli məktəblərin və dərsliklərin
yaradılması ilə də əlaqədar olmuşdur.
XIX əsrin birinci rübündə Azərbaycanın ayrı-ayrı şəhərlərində Şuşa,Nuxa,
Bakı,Gəncə,Şamaxı,Quba, Lənkəran və Naxçıvanda məktəblərin açılması 70-
ci illərə yaxın yeni tipli milli tədris müəssisələrinin yaranmasına da zəmin yaratdı.
Yeni məktəblərin sayı artdıqca milli dərsliklərə ehtiyac daha da artdı.Ana dilli dərs-
lik üçün bədii ədəbiyyat ehtiyacı maarifçi uşaq nəsrinin,şeirinin və dramatur-
giyasının sürətlə yüksəlişinə stimul oldu.Bu cari ehtiyaca mümkün qədər tez cavab
vermək axtarışları isə maarifçi məktəb və mətbuat xadimlərinin diqqətini şifahi xalq
ədəbiyyatına, həmçinin, maarifçi rus ədəbiyyatından təbdil və tərcümə işinə cəlb
edir.Məhz bu dövrdə Azərbaycanda yeni tipli realist uşaq ədəbiyyatının əsası
qoyulur, müasir pedaqoji prinsiplər əsasında anadilli ilk dərsliklər yaradılır, rus
dilindən ən səciyyəvi bədii nümunələr , şeir və hekayələr tərcümə olunur.
”Səhnə, mətbuat,dərslik - ədəbiyyatı inkişaf etdirən ən təsrili stimullar bunlar
olur və maarifçi şair və nasirlərin yeni müəllim- yazıçı- mühərrir tipi xüsusilə geniş
yayılır.”[7,129]
Azərbaycan uşaq ədəbiyyatının ilk dəfə dərsliklər halında meydana çıxdığını
qeyd edən M.Rəfili “Azərbaycan şura çocuq ədəbiyyatının nailiyyətləri”adlı məqa-
Filologiya məsələləri – №5, 2014
317
ləsində yazır: “Azərbaycan çocuq ədəbiyyatının ilk ünsürləri dərs kitabları halında
bu zaman(XIX əsrin ortalarında-A.Şükürova)meydana çıxır. Sərbəst mütaliə üçün
yazılmış ilk əsərlər isə yalnız 1905-ci il inqilabından sonra meydana çıxmağa
başlayır”.[6,41-42]
A.Bakıxanovun“Nəsihətnamə”(1836),M.Ş.Vazeh və İ.Qriqoriyevin“Kitabi-tür
ki”(1852),Mirzə Nəsrullah Şirvaninin“Kitabül-nəsayeh” (1857), S.Ə.Şirvaninin“
Rəbiül-ətfal” (1878), “Tacül-kütub” (1893), A.O.Çernyayevskinin “Vətən dili”
(1882),
R.Əfəndiyevin” Uşaq bağçası”(1898),”Bəsirətül-ətfal”(1901), M.B. Hacıye-
vin“ Şagirdlərə hədiyyə”(1902), Ə.Nərimanovun “Nəsihətül-ətfal” (1907), M.Mah-
mudbəyovun “Türk əlifbası və ilk qiraət” (1907), A.Şaiqin “ Uşaq gözlüyü”(1907),
M.Mahmudbəyov və A.Səhhətin ”Üçüncü il”(1909),F.Ağazadənin”Ədəbiyyat
məcmuəsi” (1912),F.Köçərlinin“Balalara hədiyyə”(1912), M.Nəvvabın”Nəsihət-
namə”(1912),
M.Yusifzadənin“Ata-baba nəsihətləri”(1912), Ə.Möhsünün”Aynineyi-ibrət”-
(1916) və s. dərsliklər və müntəxəbatlar gənc nəslin təhsil və tərbiyəsinə xidmət
etməklə yanaşı həmçinin,Azərbaycan uşaq ədəbiyyatının yaranmasına, toplanıb nəşr
olunmasına da zəmin yaratmış oldu.Milli folklora maraq gücləndi, xalq ədəbiyyatı
nümunələrinin kütləvi və nizamlı bir şəkildə toplanması işi də bu zamandan
başlandı.
Yeni tipli məktəblərdə uşaqların qiraəti üçün oxu kitablarına olan ehtiyacı nə-
zərə alan sənətkarlar ilk növbədə folklora müraciət edirdilər.Gənc nəslin maarif-
lənməsində, mənəvi-əxlaqi baxımdan tərbiyə olunmasında əvəzsiz mənbə rolunu
oynayan xalq ədəbiyyatına yaradıcı yanaşan yazıçıların qələmə aldıqları nəsr
nümunələri maarifçilər tərəfindən ərsəyə gətirilən dərslik və müntəxəbatlarda geniş
yer almışdı.
S.Ə.Şirvaninin yaradıcılıq təkamülü öz bədii ifadəsini uşaq və gənclər üçün
tərtib etdiyi “Rəbiül-ətfal”(1878) və “Tacül-kütub”(1893)dərsliklərində toplanmış
əsərlərində tapmışdır.Bu dərsliklər XIX əsrin 70-ci illərində məktəblilərin mütaliəsi
və ümumiyyətlə,milli uşaq ədəbiyyatı yaratmaq sahəsində uğurlu təşəbbüs
idi.Təsadüfi deyil ki, bəzi tədqiqatçılar milli uşaq ədəbiyyatımızın yaranması və
yeni istiqamətdə inkişafını məhz S.Ə.Şirvaninin maarifçilik fəaliyyəti ilə bağlı olan
dərsliklərdən başlandığını qeyd edirlər. Lakin təəssüflər olsun ki, müəllif bu
dərslikləri nəşr etdirə bilməmişdir. Həmin dərsliklərə daxil olan materialların bir
qismini daha sonra A.O. Çernyayevski S.Vəlibəyovla birlikdə tərtib etdiyi “Vətən
dili”kitabına daxil etmişdi.[9, 71]
Yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş “Rəbiül-ətfal”dərsliyinə
müəllif nəzm və nəsrlə qələmə aldığı hekayə, təmsil, öyüd və satirik əsərlərini, eyni
zamanda Nizami, Füzuli, İ.A.Krılov və İ. İ. Dmitriyevdən etdiyi tərcümələrini
vermişdir.
Seyid Əzimin özündə əlli mənsur miniatür hekayəni birləşdirən “Tacül-
kütub”dərsliyi kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.Dərsliyin tərtibindəki
əsas məqsədi izah edən professor X. Məmmədov yazır: ”Məcmuənin qarşısında
duran konkret vəzifə uşaqların şüuruna və ağlına təsir göstərmək yolu ilə onlara mə-
nimsənilməsi zəruri olan bir sıra etik-əxlaqi keyfiyyətləri aşılamaq və ümumbəşəri
ruhda tərbiyə olunmalarını təmin etməkdən ibarətdir.Bu məqsəd buradakı heka-
Filologiya məsələləri – №5, 2014
318
yələrin spesifikasını müəyyənləşdirmişdir.Belə ki, bu hekayələrdə müəllifin bütün
diqqəti bu və ya başqa əxlaqi-didaktik fikrin oxucuya çatdırılması məsələsi üzərində
toplanır. Süjet- hadisələrin inkişafı, qəhrəmanların qarşılıqlı münasibəti elə qurulur
ki, onlar birbaşa əxlaqi fikrin əyaniləşməsinə, xeyirxahlığın bədxahlıq üzərində
qələbəsinin təmin olunmasına xidmət edir. Beləliklə, hər bir hekayənin
məzmunundan qüvvətli təsir gücünə malik bir əxlaqi ideya doğur”.[10,27]
Əsasən uşaq ədəbiyyatı,nəsr, dramaturgiya və bədii tərcümə sahəsində
çalışmaqda olan R.Əfəndizadə pedaqoji fəaliyyətinin ilk günlərindən məktəblərin
milli zəmində hazırlanmış dərsliyə, uşaqların sağlam mündəricəli ədəbiyyata
ehtiyacını ödəmək məqsədi ilə özünün qələmə aldığı əsərlərdən , iqtibas və
tərcümələrdən ibarət dərsliklər nəşr etdirir.Dəfələrlə nəşr olunan bu dərsliklər
Qafqazda yaşayan türk xalqlarına aid bölgə məktəblərində tədris olunur.1898-ci ildə
İstanbulda “Uşaq bağçası”,bir qədər sonra-1902-ci ildə isə Bakıda “Bəsirətül-
ətfal”dərslikləri Azərbaycanda xalq maarifinin inkişafında, azərbaycanlı uşaqların
savadlanmasında mühüm rol oynamışdır.
Məşhur rus pedaqoqu K.D.Uşinskinin təlimi və onun dərslikləri əsasında
dərslik tərtib edən R.Əfəndizadə yazırdı: “Tərbiyə elmini öyrəndikdən sonra mən
anladım ki, köhnə məktəb xalqa bilik vermir,onu maarifləndirmir.Yeni məktəb
lazımdır.Bu isə yalnız Uşinskinin yeni üsulla tərtib etdiyi dərs kitabı kimi, öz
məktəblərimiz üçün ana dilində dərs kitabı tərtib etməklə mümkündür. Özümün
“Uşaq bağçası”adlı dərs kitabımı bu qiymətli əsərə bənzətmək üçün mən Uşinskinin
şöhrət qazanmış və müstəsna kitabını rəhbər qəbul etdim”.[1,286]
Lakin bu dərsliklər də yeni tipli məktəblərin tələbini ödəyə bilmirdi.Kitablara
daxil edilən şeir, hekayə və nağılların əksəriyyəti bədii cəhətdən zəif idi.Uşaqlar
üçün dəyərli əsərlər yazmağı düşünən maarifçi ziyalılar bu sahənin inkişafı üçün
uşaq mətbuatı və pedaqoji jurnalların nəşrinə başlamağın vacibliyini yaxşı bilirdilər.
Beləliklə, XX əsrin əvvəllərində uşaq mətbuatı yaratmaq ideyasının
gerçəkləşməsi də uşaq bədii nəsrinin inkişafı üçün əlverişli şərait yaratdı.Maarifçi-
ziyalıların uşaq mətbuatı yaratmaq təşəbbüslərindən bəhs edən A.Hacıyev
yazır:”Əsrin əvvəllərində bir sıra qəzet və jurnalların, o cümlədən “ Molla Nəs
rəddin”in nəşri uşaq nəsrinin də müvəffəqiyyətlə irəliləməsinə kömək etdi.
Ədəbiyyatda realizm, xəlqilik və bədii dilin saflığı uğrunda mübarizə uşaq nəsrinin
üslub və bədii formasını dəyişdirir, onun sadə və anlaşıqlı olmasına təsir
görtərirdi”.[5,.9]
Nəşr olunan jurnallar arasında xüsusilə “Dəbistan”(1906),”Rəhbər”(1906) və
“Məktəb”(1911)məcmuələri uşaq ədəbiyyatının dinamik inkişafında əhəmiyyət
li rol oynadı. “Dəbistan”və “ Məktəb” sırf ədəbiyyat yönümlü məcmuə olduğu
halda, “ Rəhbər” əsasən pedaqoji istiqamətdə idi. Hər üç məcmuə gənc nəslin
maariflənməsi uğrunda ardıcıl mübarizə aparırdı.Məcmuələrin fəaliyyətini yüksək
qiymətləndirən P.Allahverdioğlu yazır: “Pedaqoji fikirləri və anlayışları ancaq bədii
şəkildə , ədəbi parçalarda, nağıl, hekayə və məsəllərdə uşaqların başa düşə biləcək-
ləri sadə bir dildə işıqlandıran bu jurnallar Azərbaycan uşaq ədəbiyyatı tarixində
təlim-tərbiyə məsələlərini öyrənmək üçün qiymətli və zəngin mənbələrdən
biridir”.[2,25]
Filologiya məsələləri – №5, 2014
319
Bu jurnalların səhifələrində uşaq şeirləri, şifahi xalq ədəbiyyatından nü-
munələr, qorxulu və gülməli nağıllar sərlövhəli hekayələr, bədii tərcümə və iqtiba-
slar, həmçinin ictimai-pedaqoji məsələlərə dair məqalələr dərc olunurdu.Uşaq
nəsrinin yetkin, klassik nümunələrini səhifələrində dərc edən hər üç jurnal bu
sahənin intensiv inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi.Hər üç jurnalın qayə
və məqsədini şərh edən tədqiqatçı Ə.Məmmədov burada dərc olunan nəsr əsərlərini
mövzusuna görə aşağıdakı kimi təsnif etmişdir: a)mövzusu müasir həyatdan alınmış
hekayələr; b)mövzusu keçmişdən, və ya xalq ədəbiyyatından alınmış hekayələr. [8,
24]
V.Q.Belinski yazırdı ki:“Uşaqlar nəticə,təsdiq və məntiqi ardıcıllıq tələb etmir
lər,onlara surətlər,rənglər və səslər lazımdır,uşaqlar ideyaları sevmirlər;onlara tari
xi rəvayətlər, povestlər, nağıllar və hekayələr lazımdır”. [3, 85]
Daha çox nağıl motivləri əsasında yazılmış hekayələrin dərcinə diqqət yetirən
məcmuələrin səhifələrində nəşr olunan nəsr nümunələrində əqli və əxlaqi tərbiyənin
inkişafına xüsusi diqqət yetirilir,gənclərin həyatına, fəaliyyətinə dair maraqlı fikirlər
öz əksini tapırdı. Uşaqlar üçün dövri mətbuat yaratmaq ideyasını gerçəkləşdirən
redaktor və naşirlər Qafur Rəşid Mirzəzadə, Əbdürrəhman Əfəndizadə, Mahmud
bəy Mahmudbəyova öz pedaqoji təcrübələrindən məlum idi ki, nağıllar və nağıl
səpkisində yazılmış rəngarəng hekayələr uşaqların dünyagörüşlərinin genişlən-
məsində,əxlaqi və mənəvi inkişafında mühüm rol oynayır.Belə əsərlərdə əsasən,
mövcud həyatda gördüklərimizin əksinə olaraq,hər şeyə xeyirxah gözlə baxılır,
gözəl arzulardan danışılır,gerçəyin yalana,xeyirin şərə qalib gələcəyinə inam hissi
təbliğ olunurdu.Jurnalların nağıl tərzində yazılmış hekayələrə xüsusi yer verməsi
həm də bununla izah olunmalıdır.
“Dəbistan”jurnalının ilk nömrəsində dərs olunmuş”İfadeyi-məram”adlı mə
qalədə deyilir: “...Öz halımıza dair gülməli və ibrətamiz hekayələr və mənzumələr
qeyrəti ilə uşaqlarımız zəif və bivüsət əql və dərrakələrini gücləndirib, gözəl hisslər
və təcrübələr əxz edirlər; böylə bir mühüm və əhəmiyyətli mətləbə yetişməkdə
ancaq məktəblərimizə ümidvar olmayırıq, çünki uşaqlarımızın məktəblərdə keçir-
dikləri üç, ya dörd saat vaxt yazıb-oxumaq və dərs kitablarında bulunan hekayələri
öyrənməyə ancaq kifayət edir”.[4]
Məqalədən aydın olur ki, məcmuələrdə yazıları dərc olunan müəlliflər elmə,
maarifə, uşaq həyatına dair hekayələrin nəşrinə daha çox üstünlük verirdilər.İctimai
tərəqqi realist nəsr janrlarına böyük ehtiyacın olduğunu hiss etdirirdi. Belə olan
təqdirdə yazıçıların hekayə janrına , uşaq bədii nəsrinə daha az
meyl göstərmələri narazılıq doğururdu. Maarifçi-yazıçı S.M.Qənizadənin
məsləkdaşı M.T.Sidqiyə yazdığı məktub bu fikrimizi təsdiq edir. “Hekayəsiz,
nəsrsiz yeni ədəbiyyatı irəli aparmaq mümkün deyildir.Təəssüf ki, bəzi cavan
şairlərimiz bu mətləbi düşünmür, hekayənəvisliyi şəni-şairliyə layiq görməyib, baş
qaçırdırlar”.[11,52]
“Dəbistan”,”Rəhbər” və “ Məktəb”in səhifələrində nəsr əsərləri ilə çıxış
edən C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, R.Əfəndizadə, A.Divan-
bəyoğlu, İ.Musabəyov kimi təcrübəli yazıçılar maarif sahəsində çalışan
müəllimləri də uşaqlar üçün nəsr nümunələri yaratmağa həvəsləndirirdilər. M.Möh-
sünzadə nin“İki yoldaş”,Ə.Əfəndizadənin”Odunçu Səməd”,S.Əbdürrəhmanza-
Filologiya məsələləri – №5, 2014
320
dənin”Qureyş tərlanı”,M.Əfəndizadənin”Bağdadlı Cəfərin hekayəsi”, M.H.Qüd-
sinin”Ata vəoğul”,
Ə.Babazadənin ”Tülkü dərisi”,Ə.Mustafayevin ”Rüşvətxor qazı”, Ə.Cəfər-
zadənin “Cəmilin sərgüzəşti”,Ə.Rzazadənin “Kərim və kompas”, C.Bünyadzadənin
“Kamil və Aqil”,Q.Şıxlınskinin “Müəllim və şagirdləri”,A.Əlibəyovun “Qoca və
şagird”,Ə.Hüseynzadənin “Uşaq və ana”,Ş.Əfəndizadənin “Vəhşilər çörəkçisi” və s.
mövzusu keçmişdən və ya xalq ədəbiyyatından alınmış hekayələri gənc nəsli təhsil
almağa səsləməklə yanaşı,onlara əxlaq, cəmiyyət və tərbiyə ilə bağlı məlumat verir,
eyni zamanda, elmin, mədəniyyətin mahiyyəti və əhəmiyyəti haqqında fikirlər
formalaşdırırdı.
Ədəbiyyat:
1.Azərbaycanın Rusiya ilə birləşməsi və onun iqtisadi və mədəni nəticələri. Bakı,
1956
2.“Azərbaycan məktəbi”jurnalı, 1958, №7
3.Belinski V.Q. ,Çernışevski N. O., Dobrolyubov N.A. Uşaq ədəbiyyatı haqqında.
Moskva, 1954
4.“Dəbistan”, 1906, № 1
5.Hacıyev A.Azərbaycan sovet uşaq nəsri. Bakı, 1989
6.“İnqilab və mədəniyyət”jurnalı, 1935, № 10-12
7.Qarayev Y. Poeziya və nəsr, Bakı, 1979
8. Məmmədov Ə.Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1977
9. Namazov N. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 2007
10.Şirvani S.Ə. Seçilmiş əsərləri. 3 cild, I cild.( Ön söz X.Məmmədov).Bakı, 2005.
11.Talıbzadə K. XX əsr Azərbaycan ədəbi tənqidi. Bakı, 1966
Aynur Shukurova
Main factors influencing the formation of Azeri children's prose
Summary
Variegation of the literature from various genres and styles is characterized by
one of the leading branches of children's literature. Rich stage of development of
children's literature that played an important role in shaping the outlook of the
features of the young generation realized its mission successfully. No doubt, that
these stabilized features are characteristic for the prose of the national children's
literature. The prose of the first formation perioud based on the very long term goal
of the leading national literature.To cultivate new generation in young spirit, to
make the children to love the history and spiritual values of their nation, such as the
formation of children's literature in the second half of the nineteenth century and
early twentieth century, the Renaissance, the Enlightenment idea of widespread
dissemination and promotion of ideas, as well as new textbooks, compose selected
fragments from the literary works, opening a new type of schools that are directly
related to the realization of the idea of creating children media.Science,
development of the literature, the establishment of a national theater and the media
to spread awareness, the creation of new types of schools, textbooks, and so on, and
Filologiya məsələləri – №5, 2014
321
compliation of selected fragments from the literary works, the creation of social and
cultural events are fundamental that have affected the children's prose.In creation of
the first period of children’s prose in the nineteenth century have take part the
representatives of the two generations.
The representatives who represent the generation of the first half of the
nineteenth century (İ.Qutqaşınlı, A.Bakıxanov, S.A.Shirvany) using more folk and
classical literary traditions, created interesting proses in order to create the identity
of the young generation. Written poems in the years following, the enrichment of
content and form, is to become of expansion as an independent field.
The second generations representatives, that were taken part in the further
development of children’s prose in the twentieth century before the revolution
started in the creative process, which has a rich literary experience J.Mam-
madquluzadeh, A. Haqverdiev, Said Huseyn, T.Ş. Simurg, S.S.Akhundov,A. Shaig,
J.Jabbarli. These writers being loyal to the people and classical customs shows the
trend of contemporary issues, trying to solve them in terms of the requirements of a
new life.
Айнур Шукурова
Основные факторы, влияющие на формирование детской прозы
Резюме
Пестрота литературы из различных жанров и стилей детской литературы
характеризуется одной из ведущих отраслей . Богатый этап развития и нравст-
венного воспитания молодого поколения в детской литературе, всестороннего
развития сыграл важную роль в формировании мировоззрения особенностей и
выполнил свою миссию успешно. Без сомнения, эти качества являются одним
из национальностей детской литературы характерные для прозы . Первый
период формирования опирается на древнюю прозу, составляющую одну из
ведущих ветвей национальной литературы .
Воспитывать новое поколение молодым духом , сделать так, чтобы дети
полюбили историю народа и его духовные ценности, таких как формирование
детской литературы во второй половине девятнадцатого века и начале
двадцатого века, эпоха Возрождения , эпоха Просвещения идея широкого
распространения и продвижения идей, а также новых учебников ,составление
избранных отрывков из литературных произведений, открытие школ нового
типа, а также непосредственно связаны с реализацией идеи создания детских
средств массовой информации.Наука, развитие литературы, установление на-
ционального театра и создание СМИ, для распространения информации,
создание новых типов школ, учебников и составление избранных отрывков из
литературных произведений, создание социальных и культурны
х событий,
является основополагающими факторами, которые повлияли на детскую
прозу.
В создании первого периода формирования детской прозы в девят-
надцатом веке, принимали участие представители двух поколений. Предста-
вители первого поколения первой половины девятнадцатого века (И.Кут-
кашенлы, А.Бакыханов, С.А.Ширвани), используя народные и классические
Filologiya məsələləri – №5, 2014
322
литературные традиции, создали ряд интересных проз для формирования
личности молодого поколения. Написанные произведения в дальнейшем
способствовали обогащению по форме и содержанию детской прозы и
расширению в виде независимой области.
Представители второго поколения, принимавшие участие в развитии
последующей детской прозы, начавший свой творческий процесс в ХХ веке
до революции имевший богатый литературный опыт Д.Мамедкулузаде,
А.Хагвердиев, Саид Гусейн, Т. Ш.Симург, С.С.Ахундов, А.Шаик, Дж.Джаб-
барлы. Эти писатели наряду с лояльностью к народному творчеству и класс-
сическим традициям показали тенденцию современных проблем, пытаясь ре-
шить их с точки зрения требований новой жизни.
Rəyçi: Nəzmiyyə Axundova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №5, 2014
323
TÜRKAN QƏDİROVA
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
qedirova-turkan@mail.ru
Dostları ilə paylaş: |