89
əsas vəzifəsi hesablama olan hesab kursunun əvəzinə - riyaziyyat kursunun da-
xil edilməsi.
2. Sistemli riyaziyyat kursunun strukturunun və fənlərinin adlarının dəyişdi-
rilməsi. Belə ki, 4-5-ci siniflərdə həndəsə və cəbrin elementləri daxil olan hesab
kursunun «riyaziyyat» kursu ilə, 6-8-ci siniflərdə sistematik cəbr kursları və
planimetriya; 9-10-cu siniflərdə «cəbr və analizin başlanğıcı» kursu və sistemli
stersometriya kursunun daxil edilməsi.
3. Bütün kursun quruluşunun xəttiləşdirilməsi və konsentirizmin aradan qal-
dırıl¬ması. Riyaziyyatın tədrisinin 3 mərhələsinin aşkar verilməsi (4-5, 6-8,
9-10-cu siniflər). Bu mərhələlərdə fənlərin adaları, dərsliklər və mövzuların şər-
hi səviyyələrinin bir-birindən fərqlənirdirilməsi. Əvvəlki pillədə nəzərdən keçi-
rilən bəzi mövzuların son¬ra¬kı mərhələlərdə təkrarına yol verilməsi. Həndəsə
kursunun eyni ad daşıdığına baxmayaraq 3 mərhələyə bölünməsi: 4-5-ci siniflər
– propedevtik kurs; 6-8-ci siniflər - planimetriyanı tamamlayan sistemli kurs, 9-
10-cu siniflər - həndəsənin aksiomatik quruluşu haqqında təsəvvür yaradan ko-
ordinatların və vektorların istifadəsi ilə qurulmuş sistematik stereometriya kur-
su.
4. Məktəb riyaziyyat kursundan bəzi elmi, tətbiqi və ümumitəhsil əhəmiy-
yəti ol¬mayan mövzuların çıxarılması (məsələn, kvadrat kökün alınması alqo-
ritmi və s.).
5. Riyaziyyatın son dövrlərdə çoxsaylı nailiyyətlərindən elmi dünyagörüşü-
nün formalaşmasına kömək edən, riyaziyyatın insan fəaliyyətində və elmlər içə-
risində yerini və rolunu nümayiş etdirən bir sıra məsələlərin daxil edilməsi. (dif-
ferensial və inteqral hesabı; say sistemləri və ehtimal nəzəriyyəsi; proqramlaş-
dırma və EHM haqqında bəzi məlumatlar).
6. Çoxluqlar nəzəriyyəsinin elementləri və məntiqin əsaslarının sadəcə təhsil
əhəmiyyətli əlavə bir material kimi deyil, kursun suallarının, o cümlədən klas-
sik sualların şərhi üçün vasitə kimi verilməsi.
7. Məktəblər üçün tamamilə yeni təlim forması — şagirdlərin seçiminə uy-
ğun fa¬kultativ məşğələlərin təklif olunması. Bu zaman riyaziyyat kursundan
fakültətiv məşğələr iki növdə təklif olunurdu. Birinci növ fakultativ məşğələlər
- «Riyaziyyatın əlavə bölmələri və sualları» adlanırdı. Burada məqsəd dərinləş-
dirilmiş proqram suallarını, proqrama yaxın olan sualları, riyaziyyatın tətbiqi
aspektlərini açan, ümumtəhsil nöqteyi nəzərdən vacib sualların öyrənilməsi idi.
Riyaziyyata ayrılan vaxtın çox hissəsi proqram üzrə məcburi mövzulardan ça-
lışmaların həllinə yönəl¬dilmişdir. Bundan əlavə məşğələnin bu növü proqram
materiallarının mənimsənil¬mə¬sində müəllimlərə kömək xarakteri daşıyırdı.
Fakültativ məşğələlərin proqramı dəyişirdi. Müəllim şagirdlərin maraqlarını nə-
zərə alaraq təklif olunan kursların içərisindən lazım bildiyini seçirdi.
İkinci növ məşğələlər — «Riyaziyyatın seçilmiş sualları» (proqramlaşdırma,
hesablama riyaziyyatı, vektorlar cəbri, xətti proqramlaşdırma məsələləri və s.)
əsasən yuxarı sinif şagirdlərinə ancaq bu suallar üzrə mütəxəssis olan məktəb-
lərdə təklif olunurdu.
Fakultativ məşğələlər daha çox şagirdlərin fərdi inkişafı və ali məktəblərə
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
90
hazırlıq məqsədini güdürdü. Riyaziyyatdan fakultativ məşğələlərin proqramı elə
quru¬lurdu ki, onlar bitmiş bir sistem təşkil edirdilər. Fakultativ məşğələlərin
qiymət¬ləri attestatda yazılırdı.
8. 1959- cu ildən başlayaraq ümumtəhsil orta məktələrinin bazalarında yara-
dılan ayrı-ayrı fənləri nəzəri və praktik cəhətdən dərindən tədris edən məktəblər
və siniflər sistemi özlərini çox doğrultdular. 1966-cı ildən başlayaraq fizika-ri-
yaziyyat təmayüllü internat məktəblərin yaradılmasına başlandı. Bunların yara-
dılmasında əsas məqsəd müasir riyaziyyatın məzmununun və tədrisi metodika-
sının işlənib hazırlanması; elmə istedadlı adamların cəlb edilməsi olmuşdur. Ri-
yaziyyat sahəsində ixtisaslaşan məktəblərdə tədris olunan riyaziyyat kursları üç
fəndən ibarət idi: cəbr, riyazi analiz və həndəsə. Bu fənlər və fiziki profilli fən-
lərə aid digər fənlər adi proqramla tədris olunurdu. Tətbiqi fənn olaraq «Hesab-
lama riyaziyyatı və proqramlaşdırma» götürülürdü, amma bu zəruri deyildi.
9. İslahatın bu məsələləri riyaziyyat kursunun məzmununa və quruluşuna
uyğun olaraq bir sıra yeni təlim metodlarının daxil edilməsini şərtləndirdi.
İslahatın növbəti mərhələsi XX əsrin 80-ci ilərində olmuşdur. 1980-ci ildə
şagirdlərin məntiqi təfəkkür səviyyəsi tam nəzərə alınaraq yeni proqram qəbul
edilmişdir. Bu zaman orta məktəb riyaziyyat kursunun çoxluqlar nəzəriyyəsi
əsasında qurulmasından və həddindən artıq ciddilikdən imtina edilmişdir. Kur-
sun təşkilinə bu cür yanaşma məzmunun tətbiqi xarakterinin inkişafına imkan
yaratsa da, əvvəlki islahatda əldə edilmiş bəzi nailiyyətlər itirildi.
1985-ci ildə keçmiş SSSR-i EA-nın, SSSR-i PEA-nın, universitetlərin, pe-
daqoji institutların mütəxəssislərinin köməyi ilə riyaziyyatdan yeni proqram ha-
zırlandı. Bu proqramda təlim yükünün azaldılmasına və tətbiqi istiqamətlərin
gücləndirilməsinə xüsusi fikir verilmişdir.
Bu məqsədlə mövcud proqramın strukturu saxlanılmaqla orada aşağıdakı
dəyişikliklər edilmişdir:
1. İbtidai pillənin hesabına təlimin müddəti uzadılmış - 1- 4 siniflər, orta
məktəbin üç mərhələsi müəyyənləşdirilmişdir - 5-6, 7-9, 10-11-ci siniflər.
2. Proqramın strukturunda bu mərhələdə təlimin məqsədlərini dəqiqləşdirən
yeni bölmələr («Təlim-tərbiyə prosesinin təşkili», «Biliyin qiymətləndirilməsi-
nə dair məsələlər», «Fənləarası əlaqə» və s.) daxil edilmişdir.
Proqramda riyaziyyatın tədrisində varisliyə (propedevtika, anlayışın ümumi-
ləşdirilməsi və inkişafı, onların xassələri, məntiqi bacarıqlar), fəndaxili və fən-
lərarası əlaqələr, riyaziyyat təliminin müasir əlaqəsinin realizasiyasını nəzərdə
tutan imkanlar verilmişdir.
3. Bəzi mövzular çıxaralmışdır. (Məsələn, «Fəzada vektorlar və koordinat-
lar», «Loqarifmin iştirakı ilə hesablamalar» və s.). Lakin, məzmunun bu cür
azaldılmasının müəyyən bir sərhəddi var və müəyyən fəsadlara gətirib çıxara
bilər.
4. Bəzi materiallar siniflər üzrə yenidən paylanmış, artıq fraqmentarlıq ara-
dan götürülmüşdür. Məsələn, təhsilin əsas pilləsində cəbr kursundan kifayət qə-
dər böyük həcmə malik rasional üstlü qüvvətlər mövzusunun götürülməsi hesa-
bına oraya ilkin triqonometriya kursu əlavə olunmuşdur. Bu isə yuxarı siniflərin
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
91
yükünün azaldılmasına, ifadələrin eyniliklə çevrilməsi xəttinin inkişafına xid-
mət edirdi.
5. Tədris planına «İnformatikanın və hesablama texnikasının əsasları» kimi
yeni kurs əlavə olundu. Bu isə riyaziyyat kursunun tətbiqi və politexnik istiqa-
mətinin səviyyəsini artıran riyazi məsələlərin həlli alqoritmləri və onların he-
sablama texnikasının köməyi ilə realizasiyasına zəmin yaradırdı.
6. Hər bir fənnə və hər bir sinifdə proqrama əlavə olaraq proqramın «Möv-
zular üzrə planlaşdırma» bölməsində təlimin hər bir mərhələsinə uyğun şagird-
lərin riyaziyyatdan hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdirilmişdir.
Şagirdlərin riyaziyyatdan müsbət qiymətləndirilmələri üçün həmin səviyyəyə
yiyələnmələri zəruri hesab olundu.
Riyazi təhsilin islahatının sonrakı dövrü 1989-cu ildən başlayır. Yenidən-
qurma ab-havasıyla həmin il ümumorta təhsilin yeni konsepsiyası işlənib hazır-
landı. Bu konsersiya əsasında Təhsil Nazirliyinin ETİ-i və SSSR-i PEA-sı mək-
təb riyaziyyat kursunun konsepsiyasını hazırladı. Bu sənədlə ölkədə yeni sosi-
al-iqtisadi şəraitə uyğun məktəb təhsil sistemində riyaziyyatın yeri və bu mərhə-
lədə ümumi riyazi təhsilin əsas məzmunu verilmişdir. Riyazi təhsilin yeniləşdi-
rilməsinin əsas ideyası onun humanistləşdirilməsi idi. Bu ideyanın əsas istiqa-
mətləri - təlimin diferensiallaşdırılması, ümumi riyaziyyat kursunun istiqaməti-
nin humanitarlaşdırılması, şagirdlərin riyazi hazırlığında müxtəlif səviyyələrin
nəzərə alınması; təlim-tərbiyə prosesinin şagirdyönümlülüyü üzərində qurulma-
sı, həm şagirdlərin, həm də müəllimlərin fərdi xüsusiyyətlərinin inkişafına şə-
raitin yaradılması olmuşdur. Bu konsepsiyaya uyğun olaraq 1995- ci ildə «Orta
riyazi təhsilin standartları» hazırlanmışdır.
Müasir mərhələdə, riyazi təlimin yeni məqsədlərinə uyğun olaraq, onun mə-
mununun seçilmə prinsipləri də dəyişir. Professor Q.B.Dorofeyev bu prinsipləri
belə müəyyənləşdirir:
— məlumat tutumu;
— sosial effektivlik;
— intelektual tutumu;
—diferensiallaşmanın həyata keçirilə bilməsi;
—qavranılma həcmi;
— proqnoz-diaqnoz həcmi;
— riyaziyyata qonşu fənlərin müasir inkişaf səviyyəsində öyrənilə bilməsi;
— varislik.
Dünya təcrübəsinin öyrənilməsi göstərir ki, müasir dövrdə riyaziyytın inki-
şaf konsepsiyası aşağıdakı kimi xarakterizə olunur:
a) riyaziyyata hazır fənn kimi yox, insanın fəaliyyət sahəsi kimi baxılmalı-
dır;
b) riyaziyyat «sırıdılmalı» yox, tətbiq edilməlidir;
v) təlim sadəcə ideyanın ötürülməsi kimi yox, təkrar kəşf formasında olma-
lıdır;
c) reallıq riyaziyyatın tətbiqi sahəsindən çox ideyaların mənbəyi olmalıdır;
ч) təcrid olunmuş faktlar arasındakı əlaqələrə deyil, riyazi ideyalar arasında-
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
92
kı əlaqələrə xüsusi fikir verilməlidir;
д) şagidlərdə konsepsiya deyil, əşyaların obrazlarını yaratmağa nail olmaq
lazımdır;
е) yeni konsepsiyaların müxtəlif cür həyata keçirilməsini deyil, onlara müx-
təlif yanaşmalar axtarılmalıdır;
ф) riyaziyyatın öyrənilməsində əsas başa düşməkdir, vərdişlər yox.
Aparılan ilkin araşdırmalar və respublikamızda orta məktəb riyaziyyat kur-
sunun məzmununun bu prinsiplər əsasında təhlili göstərir ki, mövcud orta
məktəb riyaziyyat kursunun məzmunu nəzəri xarakter daşımaqla, onun qarşısı-
na qoyulan məqsədlərə adekvat deyildir.
Bu gün təhsil sistemimiz sürətlə dünya təhsil sisteminə inteqrasiya edir.
Odur ki, orta məktəb riyaziyyat kursunun məzmununun yenidən nəzərdən keçi-
rilməsi, onun müəyyən qədər sadələşdirilməsi ilə praktik istiqamətliliyin güc-
ləndirilməsi hazırda həllini gözləyən ən mühüm problemlərdəndir. Respublika-
mızda hazırlanan riyaziyyat kurrikulumu da məhz bu inkişaf tendensiyanı nə-
zərdə tutur. I-IV siniflərin riyaziyyat kurikulumunun məzmunu, xarakterik və
metodik xüsusiyyətləri isə başqa bir söhbətin mövzusudur.
Tədqiqatın aktuallığı. Respublikamızda təhsil quruculuğu sahəsində ardıcıl
və davamlı siyasət həyata keçirilir, cəmiyyətin tələb və ehtiyaclarına uyğun nə-
ticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılması üçün davamlı
addımlar atılır. Belə addımlardan biri təhsilin mühüm komponentlərindən olan
məzmun islahatlarıdır ki, artıq bu istiqmətdə mühüm işlər görülmüş, təhsilin nə-
ticəyönümlü kurikulum əsasında qurulmasına keçilmişdir.
Тядгигатын йенилийи. Müasir şəraitdə məktəb təliminin, o cümlədən
riyaziyyat təliminin bu baxımdan yenilənməsi mühüm məsələlərdən biri kimi
qarşıda durur. Başqa sözlə, təhsil sistemində fənlərin, o cümlədən riyaziyyat
fənninin məzmunu, onların tədrisi metodları və vasitələrinin müasir tələblər
əsasında yenidən qurulması dövrün tələbidir. Riyaziyyat təliminin gələcək inki-
şaf istiqamətlərinin müəyyənləşdirilməsi ilk növbədə riyaziyyat təliminin məz-
munu ilə əlaqədar bu dövrə qədər aparılmış islahatların nəzərdən keçirilməsini
tələb edir.
Tədqiqatın практик əhəmiyyəti. Müasir dövrdə riyaziyyatın inkişaf kon-
sepsiyasının əsas prinsipləri baxımından respublikamızda orta məktəb riyaziy-
yat kursunun məzmunu təhlil edilmiş, onun məzmununun nəzəri xarakter daşı-
maqla, qarşıya qoyulan məqsədlərə adekvat olmadığı, məktəb riyaziyyat kursu-
nun məzmununun yenidən nəzərdən keçirilməsi, onun müəyyən qədər sadələş-
dirilməsi ilə praktik istiqamətliliyin gücləndirilməsi istiqamətində təkmilləşdi-
rilməsinin zəruriliyi göstərilmişdir.
Ədəbiyyat
1.Azərbaycan Respublikasında Ümumi Təhsilin Milli Kurikulumu
(Konsepsiyası). Bakı, 2006.
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
93
2.Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı,
2008. (Riyaziyyat kurikulumu. səh. 53-105)
3.Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, 2011.
4.Balayeva G.E. İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri.
Bakı: Elm və təhsil, 2012.
5.Həmidov S.S., Səmədzadə F.N. Azərbaycanda ibtidai riyazi təhsilin
inkişaf mərhələləri (1920-2000-ci illər) Bakı: 2006.
6.На путях обновления школьного курса математики / Состовители:
А.И. Маркушевич, Г.Г. Маслова, М.: Просвещение, 1978.
Н. Аббасов
Об истории развития школьного курса математики
Резюме
В статье рассматривается история развития школьного курса матема-
тики, анализируется сущность проводимых реформ в содержании обуче-
ния математике, а также состояние обучения школьного курса математики
в республике с точки зрения основных принципов концепции развития
математики, выдвинутые современной эпохой; отмечается необходимость
поиска направлений его совершенствования.
N. Abbasov
Абоут тще щисториъал девелопмент оф
траининэ ат същоол матщематиъс
Sуммарй
The article discusses the history of school mathematics, analyzes the nature
of the reforms in the content of teaching mathematics, as well as state training
school mathematics course in the country in terms of the concept of the basic
principles of mathematics, advanced modern age; noted the need to find ways
of its improvement.
Редаксийайа дахил олуб: 23.06.2014
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
94
Tələbələrin ekoloji təhsil və tərbiyəsi pedaqoji,
psixoloji və sosial problem kimi
Xudayar Sultanlı,
Elmlər doktoru proqramı üzrə dissertant,
ARTPİ
E-mail:
menzileraqimova@mail.ru
Rəyçilər: p.ü.e.d., prof. A.N. Abbasov,
p.ü.e.d., prof. H.H. Əhmədov
Açar sözlər: ekoloji təhsil, ekoloji tərbiyə, ekoloji maariflənmə, problem
pedaqoji, problem psixoloji sosial problem
Ключевые слова: экологичесое образование, экологичесое воспита-
ние, экологичесое просвещение, педагогический проблем, психологичес-
кий проблем, социальный проблем
Key
words:
environmental
education,
environmental
education,
environmental education, pedagogical issues, psychological problems, social
problems
Hazırda məktəbin qarşısında duran mühüm vəzifələrdən biri də böyüyən
nəsildə ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Buna təlim prosesi-
nin, auditoriyadankənar tədbirlərin, habelə ailənin imkanları hesabına nail ol-
maq mümkündür. Ali məktəblərdə təlimin bütün pillələrində ayrı-ayrı fənlərin
(o cümlədən Azərbaycan tarixi, İnsan və cəmiyyət, coğrafiya, biologiya, ədə-
biyyat və s.) bu baxımdan imkanları vardır. Sadəcə müəllim bu imkanları aşka-
ra çıxararaq, onlardan səmərəli istifadə etməklə təhsilalanların ekoloji maarif-
lənməsinə, onların ekoloji şüurunun və təfəkkürünün formalaşmasına şərait ya-
ratmalı, məqsədyönlü, sistemli, planauyğun və fasiləsiz ekoloji tərbiyə işləri
aparmalıdır.
Canlı təbiət gənc nəslin təhsilinin və tərbiyəsinin ən mühüm vasitələrindən
biridir. Təbiətlə ünsiyyət, onun obyektlərini və hadisələrini öyrənməklə tələbə-
lər dünyanı, ətraf aləmi dərk edir, onların bilikləri və məlumatları genişlənir.
Gənclər bitki və canlı aləmin heyrətdoğuracaq rəngarəngliyini görür, təbiətin
gözəlliklərinə heyran qalırlar. Eyni zamanda insanın həyatında təbiətin necə bö-
yük rol oynadığını başa düşürlər.
Müasir ekoloji problemin kəskinliyi pedaqoji nəzəriyyənin və məktəb təcrü-
bəsinin qarşısında təhsilalanları, o cümlədən tələbələri; valideynlərin və uşaq
bağçalarının qarşısında isə, məktəbəqədər yaşlı uşaqları təbiətə qayğılı, məsu-
liyyətli münasibət əsasında tərbiyələndirməyi, təbiətdən, onun sərvətlərindən və
ehtiyatlarından səmərəli istifadəni, təbiətin qorunması və zənginləşdirilməsi,
sərvətlərinin artırılması məsələlərini bacarıqla həyata keçirmək vəzifəsi qoyur.
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
95
Bu tələblərin hər bir şəxsin, o cümlədən hər bir tələbənin davranış norması-
na çevrilməsi üçün uşaqlıq illərindən hər kəsə məqsədyönlü şəkildə ətraf aləmin
vəziyyətinə məsuliyyətlə yanaşmaq hissini aşılamaq lazımdır.
Təbiətə məsuliyyətli münasibətin təşəkkülü və inkişafı, şagirdlərdə ekoloji
mədəniyyətin formalaşması üçün baza rolunu ayrı-ayrı fənlərin məzmunu oyna-
yır. Bu məzmunda təbiətin həyatına, insanın (cəmiyyətin) təbiətlə qarşılıqlı əla-
qəsinə, onun əhəmiyyətli xassələrinə dair bir çox məlumatlar öz əksini tapır.
Tələbələrə canlı və cansız təbiət, ali məktəbin ərazisində, yaşayış yerlərində,
doğma diyarda, təbiətdə və insanların əməyində fəsli dəyişikliklər barədə təsəv-
vürlərin yaradılması; təbiətin əşya və hadisələri arasındakı qarşılıqlı əlaqələrinin
müvafiq yaş dövründən ötrü xüsusiyyətlərini, təbiətdəki dəyişikliklərin insan
əməyinə təsirini aydınlaşdırmaq; təbiətin qorunmasının faydasına dair müvafiq
məlumatların çatdırılması, onları təbiəti mühafizə ilə bağlı görülməsi vacib bili-
nən işlərlə tanış etmək; canlı və cansız təbiət hadisələri üzərində vaxtaşırı müşa-
hidələr vasitəsilə məktəblilərin şəxsi təcrübələrini artırmaq və s. bu tədbirlərin
sırasına daxildir.
Ali məktəblərdə tədris olunan fənlərin məzmununa əsasən tələbələrin eko-
loji təhsili və tərbiyəsi üçün nüvə rolunu oynayan aparıcı ideya və anlayışlar
vardır. Onlara əsasən tələbələr belə qənaətə gəlirlər ki, təbiət – mühit və insan
həyatının zəruri şərtidir: təbiətdə insan istirahət edir, dincəlir, təbiət obyektlə-
rinin və hadisələrinin gözəlliklərindən həzz alır, idmanla məşğul olur, çaylarda,
dənizlərdə, göllərdə üzür hava alır, su içir, təbiətin məhsullarından istifadə et-
məklə qidalanır. Tələbələr aydın dərk edirlər ki, insanın əməyi – doğma diyarın
təbii sərvətlərindən istifadənin və onları mühafizə etməyin şərtidir.
Təbiətdəki əlaqələrdən xəbərdar olmaq həm dünyanı düzgün anlamaq, həm
də təbiətin obyektlərinə məsuliyyətli münasibət bəsləmək və onları qorumaq
baxımından vacibdir. Canlı aləmdə yeyinti (qida) əlaqələrinin, canlı orqanizm-
lərin yaşayış mühitinə, təbiətdə mövsümü dəyişiklərə, insanların, bitkilərin və
heyvanların həyatına təsiri barədə dərsdə verilən bilik və məlumatlar şagirdlərin
ekoloji maariflənməsi baxımından faydalıdır.
Ali məktəblərin proqram və dərsliklərində ekoloji təhsilə və ekoloji maarif-
lənməyə, gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına və ekoloji tərbi-
yəliliyə xidmət edən aşağıdakı ideya qırsızı xətlə kəsib keçir: təbiəti qorumaq –
Vətəni qorumaq deməkdir. Hər bir şəxs üçün Vətən anlayışı doğma diyarla bağ-
lı anlayışdır. Çaylar, göllər, dənizlər, meşələr, bulaqlar, yaşıl ormanlar, düzlər,
dərələr, dağlar, taxıl zəmiləri, pambıq tarlaları, neft buruqları – bütün bunların
hamısı doğma diyarın uşaqlıq illərindən tanış olduğumuz mənzərələrdir və öm-
rümüz boyu unudulmur, yaddan çıxmır. Lazım gələndə doğma yurd, ana torpaq,
həmin mənzərələrdən ötrü həyatımızı belə verməyə hazır oluruq. Bədii əsər-
lərin, fənlər üzrə dərslikdəki mətnlərin təsiri ilə həmin mənzərələr Vətənin bü-
töv, yenilməz və qüdrətli obrazını yaradır. Öz ölkəsinə, onun taleyinə məsuliy-
yət onun təbiətinə məsuliyyətlə ahəngdarlıq təşkil edir. Tələbələr qənaətə gəlir-
lər: təbiəti, onun sərvətlərini, gözəlliklərini və təkrarolunmazlığını qorumaq –
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
96
öz evini-eşiyini, doğma həyat-bacanı, doğma diyarı, öz Vətənini qorumaq de-
məkdir.
Ali təhsil sistemində önəmli məsələlərdən biri də tələbələrdə ekoloji mədə-
niyyətin, ekoloji şüur və düşüncənin formalaşdırılması, gənc oğlanların və qız-
ların ekoloji təhsili və tərbiyəsi qayğısına qalmaqdır. Bu sahədə müxtəlif fənlər
üzrə materiallar, ayrı-ayrı mövzular, auditoriyadankənar tədbirlər, tələbələrlə
fərdi söhbətlər, tələbə konfransları mühüm rol oynayır.
Şəxsiyyətin ekoloji mədəniyyətinin təşəkkülü şəxsi və ictimai təcrübəyə
əsaslanmaqla, sosial mühitin (kütləvi informasiya vasitələrinin, məktəb, ailə, in-
stitut, universitet, kollec və təhsil akademiyalarının, ictimai təşkilatların və s.),
təbii mühitin (təbiət hadisələrinin) və təhsil şərtlərinin və şəraitlərinin (ekoloji
tərbiyə, ekoloji təhsil və özünütəhsil öz təbiətini dərk etmə vasitəsi kimi) təsiri
altında baş verən subyektin mənəvi-praktik fəaliyyətinin prosesi rolunu oynayır.
Bu proses tələbə şəxsiyyətinin formalaşmasına doğru istiqamətlənib. Gələ-
cək müəllimin ekoloji mədəniyyətinin təşəkkülü onun şəxsiyyətinin daxili, sub-
yektiv obrazını müəyyən edir. Bu mədəniyyət şəxsiyyətdə aktuallaşır və dəyişir,
sonra isə, fəaliyyətin yenidən işlənib hazırlanmış formaları vasitəsilə onun prak-
tik fəaliyyətində həyata keçir.
Təxminən ötən əsrin 60-cı illərində sənaye fəaliyyəti ilə əlaqədar bütün can-
lıların məhv olması ehtimalı problemi ilk dəfə və ciddi şəkildə meydana gəldiyi
bir zamanda yeni bir elm – ekologiya elmi formalaşmağa başladı. Ekologiya
bitki və canlı orqanizmlərin münasibətləri, onlar tərəfindən özləri və ətraf aləm
arasında yaranan nisbəti haqqında elmdir. Ekoloji tərbiyənin məqsədi uşaqların
canlı təbiətin qanunauyğunluqlarına dair öz biliklərini inkişafı etdirmələrinə
nail olmaq, canlı orqanizmlərin ətraf aləmlə qarşılıqlı münasibətlərinin mahiy-
yətini başa düşmək və fiziki və psixi vəziyyəti idarə etmək bacarıqlarını forma-
laşdırmaqdan ibarətdir.
Qlobal ekoloji böhranla bağlı belə bir zərurət ortaya çıxdı: insan və təbiətin
hansı münasibətlərini həmahəng hesab etmək mümkündür, insanın hansı fəaliy-
yəti ətraf aləmə təsir göstərir? Hazırda təhsilalanların ekoloji mədəniyyətə yiyə-
lənmələri və onlar arasında ekoloji tərbiyə üzrə işlərin aparılması, ekoloji təhsi-
lin təşkili nə üçün zərurətə çevrilmişdir? Bu sahədə əhalinin, o cümlədən tələ-
bələrin ekoloji mədəniyyətinin, ekoloji təhsilliliyinin və ekoloji tərbiyəliliyinin
səviyyəsini öyrənmək, ekoloji maariflənməni məqsədyönlü, sistemli və fasiləsiz
şəkildə təşkil etmək son dərəcə vacibdir.
Bu, bir həqiqətdir ki, ekoloji mədəniyyətin səviyyəsi dünyadakı ekoloji və-
ziyyətlə birbaşa əlaqədardır. Ekoloji tərbiyə üzrə aparılan işlərdən çox asılıdır.
Ekoloji böhran probleminə təhsil vasitəsilə və mədəniyyətin və habelə bütün
qanunvericiliyin nailiyyəti kimi yenidən nəzərdən keçirmək yolu ilə son dərəcə
diqqətli yanaşmaq lazımdır. Ekoloji tərbiyənin və ekoloji mədəniyyətin səviy-
yəsindən bəşəriyyətin mövcudluğu, insanların cansağlığı, səhhəti, sağlamlığı
asılıdır. Deməli, günümüzdə ekoloji mədəniyyətin qarşısında dayanan vəzifə
bəşəriyyəti xilas etmək, onun məhv olmasının qarşısını alma mexanizminin iş-
lənib hazırlanmasından ibarətdir. Ekoloji mədəniyyət, bilavasitə ekoloji tərbiyə
Bakı Qızlar Universiteti
№2 Elmi əsərlər 2014
Dostları ilə paylaş: |