Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Tetrasaxaridlər. Tetrasaxaridlərin nümayəndəsi staxiozadır C
24
H
42
O
19
. Bu 4-
monosaxaridin: iki molekul qalaktoza, bir molekul qlükoza və bir molekul 
fruktozanın qalığından əmələ gəlir. Felinq mayesi ilə mənfi nəticə verir.
Staxioza ən çox noxudda, soyada, mərciməyin toxumunda və s. olur.
4. Homopolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi: Homopolisaxaridlər 
hidroliz olunduqda bir növ monosaxaridlərə ayrılır. Bunların empirik tərkibi 


n
O
H
C
6
10
6
kimi yazılır. 
Homopolisaxaridlərə nişasta, qilikogen, sellüloza, inulin və qeyriləri aiddir. 
Nişasta. Nişasta mürəkkəb homopolisaxariddir. Suda həll etdikdə kolloid 
məhlul əmələ gətirir. Nişasta hidroliz olunduqda əvvəlcə bir sıra aralıq məhsullara 
(dekstrinlərə) və ən nəhayət qlükozaya ayrılır. Reaksiya sxematik belə gedir: 

 

6
12
6
2
5
10
6
1
O
H
nC
O
H
n
n
O
H
C



Burada n─nişasta molekulundaki qlükoza qalıqlarının sayını göstərir. Onun 
qiyməti 3-6 min arasında tərəddüd edir. Nişasta iki maddədən: amiloza və amino-
pektindən ibarətdir. Amoloza aminopektinə nisbətən bəsit maddədir, suda yaxşı 
həll olur. Amilozanın molekul kütləsi 100 mindən 600 minə qədər, aminopekti-
ninki isə 1 milyon çatır. 
Nişastanın molekul kütləsi, adətən, bir neçə milyona çatır. 
downloaded from KitabYurdu.org


14 
Amiloza zəncirində α─D─qülükopiranoza qalıqları bir-biri ilə birinci və 
dördüncü karbonlar arasında α─1,4 rabitələr hesabına birləşir, şaxələnmə olmur. 
Amilopektinin tərkibində isə monosaxaridlərin qalıqları bir-birilə birinci və 
dördüncü karbonlarla α─1,4 rabitə ilə yanaşı, birinci və altıncı karbonlar arasında 
da α─1,6─qlükozid rabitələri yaratmaqla çox şaxələr verir. Son zamanlar müəyyən 
edilmişdir ki, amilopektində hər 8-12 qlükoza qalığından bir şaxə verir. Şaxələrdə 
isə orta hesabla 12 qlükoza qalığı vardır.
Bitkilərdə nişasta ehtiyat qida maddəsi kimi toplanır. Bu yem bitkilərinin 
əsas tərkib hissələrindəndir, ən çox dənli bitkilərdə (düyüdə 60-80%, buğdada 60-
70%, qarğıdalıda 65-75%), soğanaqlarda, kök yumrularında (kartofda 12-20%) 
olur.
Müxtəlif bitkilərin nişastasında amiloza ilə amilopektinin nisbəti eyni 
deyildir. Nişastanın 15-25% amiloza, 75-85%-i isə amilopektin təşkil edir. 
Amilopektin ən çox qarğıdalı, düyü, arpa nişastasında olur. Noxudda, qarğıdalının 
bəzi növlərində isə nişastanın 50-75% amilozadan ibarətdir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin