Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Pentozanlar. Pentozanlar pentozaların biopolimerləridir. Bu qrup polisaxa-
ridlərə arabanlar, ksilanlar və qeyriləri aiddir.
Arabanlar hidroliz olunduqda L─arabinozaya ayrılır. Arabanlar suda yaxşı 
həll olur. Molekul kütlələri 6000-ə yaxındır.
Ksilanlar ən çox bitkilərin oduncağında olan 


n
O
H
C
4
8
5
polisaxaridlərdir. 
Bunlar samanda, bitkilərin budaq hissələrində və az miqdarda üzüm şirəsində də 
olur. Hidroliz olunduqda β─D─ksilozaya ayrılır. Molekulda β─1,4─qlikozid 
rabitələri ilə birləşmişdir.
5. Heteropolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi: Heteropolisaxa-
ridlər müxtəlif növ monosaxaridlərdən əmələ gəlmiş karbohidratlardır. Bunlara 
hemisellüloza, pektin maddələri və qeyriləri aiddir.
Hemisellülozanın hidrolizi nəticəsində müxtəlif monosaxaridlər (qlükoza, 
qalaktoza, fruktoza, mannoza, arabinoza, ksiloza) əmələ gəlir. Bu polisaxarid 
hüceyrənin divarında ehtiyat kimi olur.
Pektin maddələri də heteropolisaxaridlərin nümayəndəsidir. Bunların 
hidrolizi zamanı müxtəlif monosaxaridlər: arabinoza, qalaktoza, raminoza, ksiloza, 
fruktoza ayrılır. Pektin maddələrində çoxlu miqdarda qalakturon turşusundan 
əmələ gəlmiş poliqalakturon turşusu və ya pektin turşusu da olur. Burada 
α─D─qalakturon turşusunun qalıqları arasında rabitə birinci və dördüncü 
karbonlar arasında α─1─4─qlikozid əlaqələri hesabına yaranır.
Pektin maddələrinə ən çox meyvələrdə, giləmeyvələrdə, liflərdə təsadüf 
edilir. 
Selik də heteropolisaxaridlərdəndir. Ona k i t r ə deyilir. Bu polisaxarid 
bitkilər zədələndikdə əmələ gəlir. Suda həll olmur, şişib kolloid məhlul əmələ 
gətirir. Kitrə hidroliz etdikdə D─qalak-tozaya, D─qlükuron turşusuna, arabinozaya 
və raminozaya ayrılır.
Selik yoncada, çovdarda, kətanda, meyvə ağaclarında olur.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin