Conference committees conference chairs c


XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BÖYÜK BRİTANİYANIN



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə187/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   181   182   183   184   185   186   187   188   189

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BÖYÜK BRİTANİYANIN 

AZƏRBAYCAN SİYASƏTİ 

 

Ülviyyə HÜSEYNOVA 

Azərbaycan Dillər Universiteti 



Huseynova-ulviyya@rambler.ru 

AZƏRBAYCAN 

 

1917-ci    il  Bolşevik  İnqilabından  dərhal  sonra  ,  Rusiyada  üçillik  vətəndaş  müharibəsi  başladı. 



Digər vətəndaş müharibələrində olduğu kimi, xarici qüvvələr konfliktə müdaxilə edirdilər. Bu müda-

xilə prosesində Britaniya aparıcı rol oynadı və müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir etdi . 

Böyük Britaniya-Rusiya antoqonizmi  XIX və erkən XX əsrin əvvəllərində beynəlxalq siyasətin 

əsas xüsusiyyətlərindən biridir. XIX əsrin ilk iki onilliyində Britaniya və Rusiya bütün Avrasiyada ən 

aparıcı  qüvvələrə  çevrildilər.  Britaniya  Rusiyanı  Hindistanda  özü  üçün  təhlükə  hesab  edirdi.  Digər 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1710

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

tərəfdən isə Sankt Peterburqda, Rusiyanın Qara Dəniz sahillərində və Qafqazda  maraqlarının olması 

təbii  hal  kimi  qəbul  edildi.  Krım  müharibəsi  zamanı  imperiyalar  arasında  gərginliyin  açıq  forması 

başladı. Müasirlərin “Böyük Oyun” adlandırdıqları rəqabətin əsas məqsədi Osmanlı imperiyası və Fars 

dövləti  üzərində  nəzarəti  ələ  keçirmək    idi.  Zaqafqaziya  da  Britaniyanın  əsas  marağında  olan 

ərazilərdən  biri  idi.  Əsrlərlə  Fars  və  Osmanlı  dövləti  tərəfindən  idarə  olunan  Qafqaz  regionu  XIX 

əsrdə Rusiya tərəfindən işğal edildi. Bu region təbii ehtiyatlarına görə əsrlər boyu məşhur olmuşdur. 

XIX  əsrin  sonlarında  Bakıda  neft  quyularında  ABŞ-dakından  daha  çox  neft  hasil  olunurdu.  Lakin 

tədricən  Bakı  dünya  neft  bazarında  mövqeyini  itirirdi.  Bunun  səbəbi  isə  köhnəlmiş  texnika,  vergi 

sistemi  və  inqilab  vaxtı  baş  verən  ixtişaşlar  idi.  Bununla  belə  Baki  dünyada  ən  zəngin  yeganə  neft 

sahəsi  idi  və  bütün    Rusiya  iqtisadiyyatı  üçün  qiymətsiz  idi.  I  Dünya  müharibəsi  başlamamışdan 

əvvəlki bir neçə il ərzində Bakıda çıxarılan  səkkiz milyon tondan çox neft Rusiya tərəfindən istehlak 

edildi  və  yalnız  15  %  neft  boru  vasitəsilə  Batuma,  ordan  da  Avropaya  və  Orta  Şərqə  ixrac  edildi. 

Rusiya  hökuməti  dövlət  monopoliyasını  ləğv  etdikdən  sonra    yerli  sahibkarlar  neft  sənayesində 

inkişafa  nail  oldular.  Ölkəyə  xarici  kapital  axını  başladı.  Bu  isə  neft  sənayesinə  nəzarətin  xarici 

qüvvələrin əlinə keçməsinə səbəb oldu. Belə ki, Britaniya Şimali Qafqazda  ən çox investisiyaları Bakı 

neftinə  qoymuşdu.  1914-cü  ildə  42.4  %  neft  Britaniya  şirkətləri  tərəfindən  saflaşdırılıb,  nəql 

edilmişdir.  Rusiya  İmperiyasındakı  toqquşmalar  da,  neft  yataqları  ilə  zəngin  olan  bu  əraziləri  əldə 

etmək  istəyən  dövlətlər  üçün  fürsət  yaratdı.  Həmin  dövrdə  müstəqilliyə  can  atan  Qafqaz  xalqları 

Tehranda  Britaniya  səfiri  ilə  görüşüb,  ondan  dəstək  istəmişdilər.  Əslində  Qafqazda  həm  də  Alman-

Osmanlı birliyinə qarşı müqavimət göstərən Britaniya yerli əhali arasından əsgər toplamaqda çətinlik 

çəkdi.  Beləki,  azərbaycanlı  əhali  türklərə,  gürcülər  isə  almanlara  rəğbət  bəsləyirdi.  1918-ci  ilin 

İyununda  türklər  artıq  əsas  hədəfləri  olan  Bakıya  yaxınlaşırdılar.  Britaniyalılar  Bakıya  çatmamış 

türkləri  dayandırmaq  qərarına  gəldilər.  Şəhərə  Bolşevik  mərkəzi  hökumətinin    hakimiyyəti  altında 

olan “Bakı İcması” nəzarət edirdi. Moskvadan verilən əmrlərə itaət göstərən və bolşeviklərin qəzəbli 

etirazına  baxmayan  İcmanın  sosial-inqilabi  və  daşnak  elementləri  Britaniya  ilə  əməkdaşlıq  etmək 

istəyirdi. Yeni yaranan “Mərkəzi Qafqaz diktatorluğu” hökuməti şəhəri müdafiə etməkçün Britaniya 

qoşunlarına açıq müraciət etdi. Denstervilin qoşunları 4 Avqust 1918-ci ildə Bakıya daxil oldu. Lakin, 

britaniyalılar Bakıda bir sıra çətinliklərlə üzləşdilər. Bununn əsas səbəbi isə onların əslində dəstəyi zəif 

olan siyasi qüvvələrə bel bağlaması idi. Yerli müsəlman əhali ilə Mərkəzi Qafqaz Diktataorluğunun 

münasibətləri,  eynilə  Bolşevik  hökuməti  kimi  yaxşı  deyildi.  Bolşeviklər  və  daşnaklar  Mart  ayında 

azərbaycanlılara  qarşı  kütləvi  qırğınlar  həyata  keçirmişdilər.  Bakıda  və  digər  regionlarda  törədilən 

qırğınların əsas məqsədi azərbaycanlıların mövqeyini zəiflədərək, dövlət yaratmasına mane olmaq idi. 

Azərbaycanlılar Osmanlı imperiyasına ümüd edirdi. General Denstervili də narahat edən əsas məsələ 

məhz  şəhərin  yerli  əhalisinin  türklərə  olan  rəğbəti  idi.  Həmçinin  Britaniya  ordusu  Bakıda  maliyyə 

çətinlikləri ilə də üzləşdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda üç valyutadan istifadə edilirdi 

:  Çar  hökumətinə  məxsus  valyuta,  Fevral  inqilabının  şərəfinə  buraxılan  valyuta  və  Bakının  yerli 

valyutası.  Bütün  bunlar  Britaniyanın  şəhərdəki  vəziyyəti  nəzarətə  götürməsi  üçün  ciddi  problemlər 

yaradırdı. Orduda da vəziyyət ürəkaçan deyildi. Alman və Avstriya əsilli məhbuslar acından Bakının 

küçələrində  dolaşırdılar.  Orduda  döyüş  əhval-ruhiyyəsi  yox  idi.  Bütün  bunlara  baxmayaraq,  general 

Denstervil şəhərin istehkamlarını möhkəmləndirirdi. Avqustun 24-də Qafqaz İslam Ordusu şəhəri ələ 

keçirtmək  üçün  döyüşə  başladı.  Sentyabrın  1-də  Denstervil  Bağdaddan  Bakıya  bir  günlük  səfərə 

gəlmiş  Gen  Leüinlə  görüşündə  müdafiənin  mənasız  olduğunu  bildirdi  və  saat  4-də  Avropa  otelində 

diktatorluğun və komitələrin nümayəndələri ilə görüşdü. O, geri çəkilib , şəhəri tərk etməyi təklif etdi. 

O, həmçinin nümayəndələrə türklərlə danışığa girməyi də məsləhət gördü. Daha sonra Mərkəzi Qafqaz 

Diktatorluğunun  müharibə  naziri  Bagratuni  ilə  görüşən  Denstervil,  vəziyyətin  gərginliyini  onun  da 

nəzərinə  çatdırdı  və  şəhəri  tərk  etmək  istədiyi  bildirdi.  Bagratuni  bu  təklifə  narazı  olmasa  da,  hələ 

tələsməməyi məsləhət gördü. Vəziyyət isə çox gərgin idi. Belə ki, Nuri paşanın 32 silah və 15 minlik 

ordusuna qarşı Britaniyanın 1300 nəfərdən ibarət qoşunu var idi. Artıq ikinci türk həmləsindən sonra 

Britaniya qoşunları 1918-ci il, Sentyabrın 14-də Bakını tərk etdi. Lakin I Dünya Müharibəsində türk-

alman  mütəffiqliyinin  məğlubiyyətindən  sonra  türklər  Azərbaycanı  tərk  etməli  oldular.  Mudros 

barışığından  sonra  Britaniya  qoşunları  yenidən  Bakıya  gəldilər.  General  Tomson  Azərbaycan 

hökuməti  ilə  əməkdaşlıq  etmək  qərarına  gəldi.  Hətta  Qarabağ  və  Zəngəzur  məsələlərində  də  açıq 

şəkildə  Azərbaycanı  müdafiə  etdi.  Azərbaycanın  müstəqilliyi  üçün  təhlükə  olan  Denikin  ordusu 

Britaniya  komandirinin  güclü  müqaviməti  üzləşmişdi.  1919-cu  ildə  Paris  Konfransında,  Antantanın 

Ali Şurası Birləşmiş Krallığın təkidi ilə Azərbaycanın müstəqilliyini tanıdı.          


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1711

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



CƏLALİLƏR HƏRAKATI  ƏRƏFƏSİNDƏ OSMANLI  

İMPERİYASININ SOSİAL-İQTİSADİ VƏZİYYƏT 

 

Amənə KƏRBƏLAYEVA 

AMEA-nın A.A.Bakıxanov adına  Tarix  İnstitutu 



kerbalayeva-amin@mail.ru 

AZƏRBAYCAN 

                                                            

Böyük çoğrafi kəşflər və onun nəticəsində quru yolların dəniz yolları ilə əvəz olunması, 

Osmanlı  dövlətinin  İranla  və  Avstriya  ilə  rəqabət  aparması  Türkiyənin  iqtisadi  vəziyyətinə 

çox mənfi təsir edirdi. Hələ I Sultan Səlim, merkantilizm baxımından dövləti zərərsiz hala gə-

tirmək üçün bəzi tacirlərin İrana gedib gəlmələrini qadağan edərək, mal və mülklərini əllərin-

dən almış, mallarının bir qismini saray şərabxanasına, qalanını isə digər xərclər üçün ayırdı .  

Peçevinin məlumatına əsasən isə “sultan Süleyman hamısının geri verilməsini xüsusi dəf-

tərdarlarına əmr etdi və beləcə əl qoyulmuş malların hamısını sahiblərinə geri verməklə böyük 

savab qazandı”. Ölkə ticarətini canlandırmaq məqsədi ilə Süleyman Qanuni Fransa ilə 1535-ci 

ildə  kapitulyasıya  bağlamalı  oldu.  Həmin  kapitulyasiyaya  əsasən  hər  iki  ölkə  sərbəst  ticarət 

haqqı  əldə  edəcək  və  bu  haqlar  iki  hökmdarın  yaşadıqları  müddətdə  keçərli  olacaqdırlar. 

Lakin  sonrakı  dövlət  adamlarının bacarıqsızlığı  ucbatından bu müqavilə tək tərəfli işləməyə 

başlamış  və  nəticədə  Türkiyə  digər  dövlətlərin  də  imtiyazlarını  tanımaqla  öz  iqtisadiyyatını 

sarsıtdı. Həmin dövrdə  Qərbdən bura  gətirilən  malların  sayı  çox az idi.  Türkiyədən daşınan 

ipək  və  mahud  parçalara  Polşa,  Avstriya  və  Venesiyada  bazarlarında  böyük  tələbat  var  idi. 

Türk ticarətinə dəyən əsas zərbə isə tədricən daxili və xarici ticarətin komprodorların əllərində 

cəmləşməsi idi. Bu dövrdə Avropa ilə ipək və mahud ticarəti ermənilərin əlində idi.  

Bir  tərəfdən  Türkiyənin  xarici  siyasətdə  geriləməsi,  digər  tərəfdən  daxili  hüququn 

dövlətin  nizam  tələbatlarının  ödəməməsi  və  nəticə  kimi  sultan  hakimiyyətinin  zəifləməsi, 

şahzadələrin  hakimiyyət  uğrunda  mübarizəsi.  və  yerlərdə  hakimiyyətin  tədricən  vəzir  və 

canişinlərin əllərində cəmləşməsi üstəgəl feodal mülkiyyətinin böhranı artıq bütövlüklə daxili 

ziddiyyətləri  biruzə  verirdi.  Tarixi  qaynaqlardan  göründüyü  kimi  osmanlı  cəmiyyəti  üçün 

“dünya  sona  doğru  gedirdi”

 

və  bunun  nəticəsi  idi  ki,  osmanlı  hakimiyyəti  uzun  sürən 



üsyanlarla qarşılaşmalı oldu. Bu üsyanların bir çoxunu siyasi, dini, etnik və iqtisadi cəhətdən 

xarakterizə  etmək  mümkündür.  Həmin  üsyanları  araşdıran  tədqiqatçıların  qənaətinə  əsasən 

baş  verən  hadisələrin  səbəbləri  məzhəb  mübahisələri,  mərkəzi  hakimiyyətlə  Anadoluda 

yaşayan  türkmənlər  arasında  yaşanan  ziddiyyətlər,  timar  sahiblərinin  timarlarının  əllərindən 

alınması və nəhayət vergilərin sürətlə artması idi. 

 

 



AZƏRBAYCAN MEMARLIĞININ TARİXİ SAHƏ                                        

ÜZRƏ SƏNƏD KÜTLƏSİNİN OBYEKTİ KİMİ 

 

Günel HACIYEVA  

AMEA Mərkəzi Elmi Kitabxanası 

AZƏRBAYCAN 

 

 

Azərbaycan memarlığı üzrə sənəd kütləsinin əsas bazasını Azərbaycanda memarlıq tarixinə həsr olunmuş 

elmi-tədqiqat əsərləri təşkil edir. Belə ki, Azərbaycanda çox zəngin memarlıq məktəbləri və onların möhtəşəm 

tarixi vardır. 

 Azərbaycanda müxtəlif memarlıq məktəbləri X-XII yüzillərdə yaranmışdır. Bunlar Aran, Təbriz, 

Naxçıvan,  Şirvan,  Abşeron  memarlıq  məktəbləridir.  Bu  memarlıq  məktəbləri  arasında  ümumi  üslub 

yaxınlığı var idi. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1712

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Aran  memarlıq  məktəbinə  (Gəncə,  Bərdə,  Beyləqan)  mənsub  sənətkarların  yaratdığı  binaların 

əksəriyyəti  Gəncə  zəlzələsi  (1139)  və  monqol  hücumları  (XIII  əsr)  zamanı  dağılmışdır.  Gəncə  çayı 

üzərindəki  3  körpü  (XII  əsr),  Beyləqandakı  yaşayış  binaları,  hamam  və  s.  qalıqları  Aran  memarlıq 

məktəbinin  üslub  özəllikləri  haqqında  aydın  təsəvvür  yaradır.  Naxçıvan  memarlıq  məktəbinin 

abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron 

məktəbinə mənsub tikililər isə sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz 

məktəbinin  ən  yaxşı  abidələri  üçün  memarlıq  quruluşunun  dəbdəbəliyi,  dekorların  müxtəlifliyi 

səciyyəvidir. 

 Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin 

üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) 

və  Mömünə  xatın  (1186)  türbələrinin,  eləcə  də  hazırda  mövcud  olmayan  dini  tikililər  kompleksinin 

müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. 

Əcəminin  yaratdığı  kompozisiya  və  dekorativ  bəzək  üsulları  Azərbaycanın,  eləcə  də  müəyyən 

ölkələrin türbə tikililərinə böyük təsir göstərib. Əcəmi üslubuna yaxın Marağa abidələri Azərbaycan 

memarlığının  inkişafında  önəmli  yer  tutub.  Bunlardan  "Göy  günbəz"  türbəsi  (1196,  memar  Əhməd 

Məhəmməd oğlu) "Qırmızı günbəz" türbəsini (1148, memar Bəkir Məhəmməd) göstərmək olar.  

Naxçıvan  məktəbinin  kərpic  tikililərində  formalaşmış  memarlıq  üsulları  daşdan  tikilmiş 

türbələrdə  -  Naxçıvan  MR-nın  Cuğa  kəndi  yaxınlığındakı  Gülüstan  türbəsində  (XIII  əsrin  əvvəli), 

Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memar Əli Məcidəddin ) 

və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV əsrlər), Bərdədə (1322, memar Əhməd ibn 

Əyyub əl-Hafiz Naxçıvani) öz əksini tapıb.  

X-XII  əsrlərdə  yaşayıb  yaradan  bir  çox  Azərbaycan  memarları  və  memarlıq  bəzəyi  ustalarının 

adları  müxtəlif  tikililərin  kitabələrində,  daş  plitələrində,  dekorativ  bəzək  məmulatlarında  dövrümüzə 

kimi  çatmışdır.  Bunlardan  Məhəmməd  ibn  Cəfər  (Beyləqan  rayonundakı  "Peyğəmbər" 

qəbiristanlığındakı  kitabəli  plitə,  X  əsr),  İbrahim  ibn  Osman  (Gəncə  darvazası,  1063),  Məhəmməd 

Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi) və b. X-XIV əsrlərdə Azərbaycan memarlığının ən dəyərli 

örnəklərini yaradıblar. 

XII-XIII  əsrlərdə  Azərbaycanda  bir  sıra  möhtəşəm  körpülər  salınıb.  Bunlardan  Araz  çayı 

üzərindəki 15 aşırımlı (XII əsr) və 11 aşırımlı (XIII əsr) Xudafərin körpüləri, Qazaxda 4 aşırımlı Sınıq 

körpü  (Qırmızı  körpü,  XII  əsr),  Gəncəçayın  üzərində  salınmış  3  körpü  (qalıqları;  XII-XIII  əsrlər), 

Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII 

əsr) və b. xüsusilə diqqəti cəlb edir. 

Şirvan-Abşeron  memarlıq  abidələri  üçün  daş  konstruksiyalar,  tikililərin  həcm-məkan  həllinin 

lakonikliyi,  daş  üzərində  oyma  bitki  ornamentləri  səciyyəvidir.  Bakıdakı  Sınıqqala  minarəsi  (1078, 

Məhəmməd  Əbubəkr  oğlu),  Qız  qalası  (XII  əsr,  memar  Məsud  Davud  oğlu),  Mərdəkan  qalaları 

(Dairəvi qala-1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, 

memar  Mahmud  Səd  oğlu),  Ramana  qalası  (XIV  əsr)  və  s.  bu  məktəbin  ən  yaxşı  abidələri  sırasına 

daxildir.  XIII  əsrdə  Bakı  limanında  tikilmiş  və  hazırda  suyun  altında  qalmış  Şirvanşahların  "Bayıl 

qəsri"  adlı  iqamətgahı  da  bu  dövrün  maraqlı  tikililərindəndir.  Bürclü  divarlarla  əhatə  olunmuş  bu 

binalar  kompleksi  (1235,  usta  Zeynəddin  Əburəşid  oğlu  Şirvani  və  ehtimal  ki,  memar  Əbdülməcid 

Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. 

XIII  əsrin  ortalarında  paytaxtın  Təbrizə  köçürülməsi  ilə  bağlı  Təbriz  şəhəri  önəmli  memarlıq 

mərkəzinə çevrilmişdir. 

XV-XVI  əsrlərdə  də  Azərbaycan  memarları  başqa  ölkələrdə  də  fəaliyyət  göstərmiş,  müxtəlif 

şəhərlərdə  maraqlı  sənətkarlıq  örnəkləri  yaratmışlar.  Bursa,  Qahirə,  Bağdad,  Dəmirqapı  (Dərbənd), 

Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" 

qalıb. 

XVII-XVIII  əsrlərdə  ticarətin  inkişafı  ilə  bağlı,  müxtəlif  binaların  tikintisi  genişlənib.  Şamaxı, 



Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini 

binalar və yaşayış evləri inşa edilmişdir. 

Bu  dövrlərdə  Azərbaycan  şəhərlərində  hamam  binaları  geniş  yayılmışdır.  Azərbaycan 

hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), 

Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək 

hamam",  XVII  əsr),  Şuşada  ("Merdinli"  məhəlləsinin  hamamı),  Qubada  ("Çuxur  hamam"XIX  əsr), 

Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1713

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən 

genişləndirilmişdir) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan 

Əsgəran qalası iki istehkamdan ibarətdir. 

XIX  əsr  Quzey  Azərbaycanın  Rusiyaya  birləşdirilməsindən  sonra  yeni  tipli  tikililərin  meydana 

gəlməsi  memarlığın  inkişafında  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  XIX  yüzilin  ortalarında  teatr, 

məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikilmişdir. 

Neft sənayesinin sürətli inkişaf etdiyi XIX-XX əsrlərin ayrıcında Azərbaycan memarlığında yeni 

təzahürlər müşahidə olunub.  

XIX  əsrdə  yaşayış  binaları  istisna  olmaqla,  ən  xarakterik  bina  tipi  ticarət  binaları  idi.  Belə 

binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi.  

XIX əsrin II yarısında tikilməyə başlanan teatr binaları Azərbaycan memarlığında tamamilə yeni 

qurğu  tipi  idi.  İlk  teatr  binası  Şamaxıda  (1858,  memar  Q.  Hacıbababəyov),  sonralar  isə  Bakıda 

Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 1883, P.İ. Konqnovitski; 1980-cı 

illərin  sonunda  sökülüb)  və  Mayılov  Teatrı  (indiki  Azərbaycan  Dövlət  Opera  və  Balet  Tetarı,1911, 

memar N.G. Bayev) tikilib. 

XIX əsrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəllə xarakterli 

memarlıq  məktəbləri  yaranmışdır.  Məscid  binalarının  xarici  simasının  səciyyəvi  xüsusiyyətləri 

Azərbaycan  ərazisində  Bakı-Abşeron,  Quba-Qusar,  Gəncə-Qarabağ,  Şəki-Zaqatala,  Lənkəran  və 

Naxçıvan  kimi  yerli  memarlıq  məktəblərini  müəyyənləşdirməyə  imkan  verir.  Bakıdakı  Bəy  məscidi 

(İçərişəhərdə, 1895; memarlar Məhəmməd Haşim əl-Bakuvi  və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), 

Qasım bəy  məscidi (1896,  memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), Göy 

məscid  (1912-13),  Əmircanda  M.Muxtarovun  məscidi  (1909;  hər  üç  məscidin  memarı 

Z.Əhmədbəyovdur) bu dövrün ən xarakterik tikililəridir. 

Qarabağ  zonasında  Avropa  memarlığı  dərin  kök  sala  bilməmiş,  XIX  yüzilin  ortalarında 

Qarabağda  özünəməxsus  memarlıq  məktəbi  yaranmış  və  onun  ən  görkəmli  nümayəndəsi  Kərbəlayı 

Səfixan  Qarabaği  olmuşdur.  Kərbəlayi  Səfixan  Bərdədə  İmamzadə  kompleksini  yenidən  qurmuş 

(1868),  Ağdamda  məscid  (1868-70),  Şuşada  Aşağı  məscid  (1874-75),  Yuxarı  məscid,  yaxud  Cümə 

məscidi (1883), indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-

1908) və Qoçəhmədli (1906) kənd məscidləri və s. binalar tikmişdir. 

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, 

Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub. Fabrik, zavod, anbar binaları, liman, 

körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb 

olmuşdur. 

Müstəqillik  qazanandan  sonra  da,  Bakının  ən  görkəmli  yerlərində  gözəl  memarlıq  ansamblları 

yaradılmış,  şəhərin  simasını  müəyyən  edən  müasir  binalar,  göydələnlər  tikilmişdir:  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  klassik  üslublu  yeni  binası  (memar  Vüqar  Həsənov),  Uniplaza 

(memar Nəriman İmaməliyev), Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid) və s. 

 

 



İSLAM DİNİNİN AZƏRBAYCANDA TOLERANTLIQ  

ƏNƏNƏLƏRİNİN FORMALAŞMASINA TƏSİRLƏRİ 

 

Piri AXUNDOV 

 Azərbaycan Texnologiya Universiteti 

AZƏRBAYCAN 

 

Azərbaycan  çoxmillətli  ölkədir,  müxtəlif  millətlərin  və  xalqların  qarşılıqlı  anlaşma  şəraitində 



yaşadığı  və  fəaliyyət  göstərdiyi  dövlətdir.Müasir  müstəqil  Azərbaycan  dövləti  və  onun  yaradıcısı 

Heydər  Əliyev  hakimiyyətə  qayıdışı  ilə  ölkəmizdə  yaşayan  azsaylı  xalqların  dilinə,  mədəniyyətinə, 

adət-ənənələrinə  diqqətlə  yanaşdı,  qayğı  göstərdi.  Belə  ki,  1993-cü  ildən  etibarən  keçmiş  ittifaq 

respublikalarından  fərqli  olaraq  Azərbaycanda  vəziyyət  tamamən  fərqli  istiqamətdə  inkişaf  etməyə 

başladı. Bu proses Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik azlıqların ictimai-

siyasi, sosial-mədəni inkişafına stimul verdi.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1714

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycanın  mədəniyyətlər  qovşağında  yerləşməsi,  həm  dini  azad  fikirliliyin  və  tolerantlığın 

olmasına,  həm  də  yeni  dini  cərəyanların  zaman-zaman  yaranmasına  və  inkişafına  zəmin  yaratmışdı. 

Azərbaycan  olduqca  unikal  bir  mədəniyyətə  malikdir.  Bu  torpaqda  uzun  əsrlər  boyu  dünyanın  ən 

aparıcı  mədəniyyət  sistemlərinin  təbii,  tarixi  inteqrasiyası  baş  vermişdir.  Bu  torpaqda  atəşpərəstlik, 

türk,  iran,  qafqaz,  yəhudi,  xristian,  islam,  Şərq,  Qərb,  slavyan,  sosializm  və  s  kimi  müasir  dünya 

sivilizasiyasını  formalaşdıran  mədəniyyətlər  çulğalaşmış,  dünyanın  inkişafı  üçün  gərəkli  olan 

mədəniyyət, inkişaf modelləri yaratmışdır. 

Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq 

VII  əsrin  I  yarsın  da  Ərəbistan  yarımadasında  meydana  gələn  İslam  dini  və  onun  əsasında  yaranan  güclü 

Ərəb  xilafəti  öz  nüfuzunu  ətraf  ərazilərə  yaymaq  üçün  iri  miqyaslı  yürüşlərə  başladı.  Tarixdən  İslamın  və  bir 

dövlət  olmaq  etibariylə  Xilafətin  (peyğəmbərin  xəlifələri  tərəfindən  idarə  olunduğu  üçün  belə  adlanırdı)  “yer 

üzünə yayılma çağı” adlanan dövrü başlandı.  

Azərbaycan  ərazisinə  Ərəblərin  ilk  hücumları  639-cu  ilə təsadüf edir.  643-644-cü  illərdə,  xəlifə 

Ömərin  dövründə,  ərəblər  tarixi  Azərbaycan  ərazisinin  yalnız  cənub  və  Dərbəndədək  Xəzər  sahili 

torpaqlarını tuta bildilər.  

 İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey 

insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və 

qəbilələrə  ayırdıq.  İnsanların  bir-birini  tanıması,  qarşılıqlı  münasibətlərinin  formalaşmasının  əsası 

tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas 

mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir.Quran 

tolerant  olmaq  üçün  ədalətli  olmağımızı  əmr  edir.  Hz.Muhəmməd  bir  hədisində  də  bunları  bildirib: 

"Allah  qiyamət  günündə  insanlara  əziyyət  edənlərə  əziyyət  edəcəkdir".  Budur  Hz.Muhəmmədin 

tolerantlığı. 

İslamın hakim mövqe tutduğu bu dövrlərdə Azərbaycan ərazisində xristianlıq və musəvilik kimi 

dünya  dinləri  də  paralel  olaraq  mövcud  idi  və  bu  dinlərin  daşıyıcıları  öz  inanclarını  sərbəst  həyata 

keçirə bilirdilər.  

İslamın  əhli  kitab  dinlərinə  loyal  münasibəti  bu  dinlərə  sitayiş  edən  xalqların  islam  arenasında 

sərbəst  həyat  sürmələrinə  geniş  imkanlar  yaradırdı.  Orta  çağlarda  islam  dünyası,  o  cümlədən 

Azərbaycanda  yaşayan  müxtəlif  xristian  və  yəhudi  icmaları  islam  dünyası  içində  öz  dünyalarını 

yaratmışdılar.  Kilsələr  və  sinaqoqlar  həmişə  özlərinin  müxtariyyətliklərini  qoruyub  saxlayırdılar. 

Onlar  müxtəlif  bağlaşmalarla  özlərinə  güvənclər  qazanırdılar.  İslam  qanunu  başqa  dinlər  arasında 

tarazlığa  da  göz  qoyurdu,  yəhudilərin  xristianlığa  və  xristianların  iudaizmə  keçməsini  yasaqlayırdı. 

Onlara yalnız islama keçməyə icazə verilirdi.  

İslam  dünyasında  başqa  dindən  olanlara  peşə  yasaqları  yox  idi.  Ona  görə  də  xristianlar  və 

yəhudilər çox qazancıl peşələrlə məşğul olurdular. Xilafətin paytaxtı olan Bağdadda (IX əsr) xristian 

icmasının başında saray həkimi xristian dururdu. Yəhudi icmasının başında isə saray bankiri yəhudi 

dururdu  (6,  43  ).  Adam  Mets  təəccüblənərək  yazırdı:  “Müsəlman  imperiyasında  adamı  ən  çox  mat 

qoyan  başqa  dindən  olan  məmurların  çoxluğudur.  Müsəlmanlar  bu  məmurlara  tabe  olurdular. 

Paradoks:  bir  tərəfdən  yəhudiləri  və  xristianları  məcbur  edirdilər  ki,  onları  bildirən  nişanları 

gəzdirsinlər. Onlara icazə verilmirdi ki, müsəlman evindən hündür ev tikdirsinlər. O biri tərəfdən isə 

həmin dindən olan məmurlar müsəlmanlara əmr və cəza verirdilər .1240-cı ildən başlayaraq Qanzasar 

məbədinin nüfuzu artmağa başladı. Məbədə Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu 

vaxtdan Qanzasar alban kilsəsinin mərkəzi alban katolikoslarının iqamətgahı oldu, alban katolikosluğu 

Qanzasar  katolikosu  adlanmağa  başladı.  Qanzasar  katolikoslarının  iqamət-gahı  həm  də  Artsax 

knyazlığının  dini  və  siyasi  mərkəzi  idi”.  Xristianlığın  əsas  cərəyanlarından  biri  olan  nəsraniliyin 

Azərbaycanda yayılması ilə bağlı da faktlar vardır. Akademik V.Bartolld “Xəzəryanı ərazilərin islam 

tarixində  yeri”  adlı  əsərində  Ərəblərin  gəlişi  dövründə  nəsranilərə  işarə  edərək  yazır:  “Ərəblər 

Sasanilərin  sərhəd  ərazilərini  tutanda  bu  bölgələrin  dini  kimi  xristianlıqdan  danışırlar,  zərdüştlüyün 

ardıclıları  isə  heç  xatırlanmır.  Sasanilərin  qərb  ərazilərində  nəsranilik  xristianlığın  xüsusi  təlimi 

şəklində  təşəkkül  tapdı.  Onlar  Bizansda  təqib  olunurdular.  Burada  isə  təqiblər  olmadığı  üçün 

nəsranilik hakim vəziyyətdə idi”. Monqol və Səlcuq-türk istilaları dövründə xristianlıq təzə nəfəs tapıb 

yeni bir dalğa ilə Şərqə yayılmağa başlamışdı. Bu səbəbdən də XI-XIII əsrlərdə Azərbaycanda nəsrani 

məzhəbli  xristianlıq  daha  fəal  yayılmış,  bir  sıra  türk  tayfaları  xristianlığı  qəbul  etmiş,  kilsə  və 

monastırlar  tikilmişdir.  İçəri  şəhərdəki  -  Qız  qalasının  yanındakı  məscidin  yaxınlığındakı  xristian 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin