Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

12.20.

 

Qeyri-adi  şəraitdə  (yuxarı  atmosfer  təzyiqində) 

tənəffüs 

Bəzən  insanlar  tunel  və  körpülərin  tikilməsində,  suyun 

dərin qatlarında böyük təzyiq altında işləməli olurlar. 

Hündür  dağların  əksinə  olaraq,  daha  dərin  su  qatlarında, 

mağara və tunellərdə təzyiq artır. 10-13 metr dərinlikdə atmosfer 

təzyiqi 2-3 dəfə artır. Beyin qan damarları tutulduqda iflic, bəzən 

də ölüm baş verir. Yüngül hallarda dəri qaşınması oynaqlarda və 

əzələlərdə ağrı, baş gicəllənmə, bəzən qusma, hətta ürəkkeçmələr 

baş verir. Bu xəstəlik kesson və ya dalğıc xəstəliyi adlandırılmışdır. 

Helium  qarışıqlı  oksigenlə  tənəffüs  etməklə  dalğıc  xəstəliyinin 

qarşısını almaq olar. 

Oksigen  təzyiqi  4  atm  olan  mühitdə  30  dəqiqəlik  eks-

pozisiyadan sonra koma ilə nəticələnən qıdıq tutmaları baş verir. 

Sinir  sisteminə 

02

-nin  toksik  təsiri 



02

-nin  fəal  formalarının 

(superoksid  radikalı  -  0

_

2,  hidrogen  peroksid  -  H



2

O

2



,  hidroksil 

radikalı - OH-) təsiri nəticəsində yaranır. 



Azot. Vodolazların dərinə enməsi zamanı N

2

 parsial 



189 

downloaded from KitabYurdu.org



təzyiqi  artır,  nəticədə  toxumalarda  pis  həll  olan  qaz  toplanır. 

Yuxarıya qalxma zamanı azot yavaş-yavaş toxumalardan çıxmağa 

başlayır.  Əgər  dekompressiya  həddən  artıq  tez  baş  verərsə,  azot 

qovucuqları  əmələ  gəlir.  Çoxlu  miqdarda  qo-  vucuqların 

toplanması  ağrıya,  xüsusilə  oynaq  sahəsində  ağrıya  səbəb  olur 

(Kesson və ya dalğıc xəstəliyi). Ağır hallarda görmənin pozulması, 

karlıq və hətta paralic baş verə bilər. Bu xəstəliyin müalicəsi üçün 

zərər çəkən adamı yüksək təzyiqli kameraya yerləşdirirlər. 



Çikrlənmiş  atmosfer.  Avtomobillərin  və  sənaye  müəssi-

sələrinin  miqdarının  artması  çirkli  atmosfer  yaradaraq  bunu  adi 

yaşama şəraitinə çevirir. Havanı əsas çirkləndirənlərə müxtəlif azot 

oksidləri, kükürd, azon, dəm qazı və toz aiddir. Havanın daha güclü 

çirklənməsi temperatur inversiyaları zamanı artır, bu zaman qızmış 

səthi hava atmosferin yuxarı səthlərinə qalxa bilmir. 



12.21.

 

Tənəffüs orqanlarının digər funksiyaları 

Xarici tənəffüsdən başqa, tənəffüs orqanları bir sıra əlavə 

funksiyaları  da  yerinə  yetirir.  Bunlara  aiddir  qoxubilmə, 

səsəmələgətirmə, müdafiə və metobolik funksiyalar. 

Tənəffüs  yollarının  selikli  qişası  müdafiə  immun  reak-

siyalarında iştirak edir. Epitelin tərkibində ayrı-ayrı limfositlər və 

antigen yaradan langerhans hüceyrələri yerləşir, belə ki, selikli qişa 

qatının  özündə  isə  nəzərə  çarpacaq  miqdarda  müxtəlif 

immunokomponent  hüceyrələr  vardır  (T-və  B-linifositlər: 

makrofaq  və  dentrit  hüceyrələri  sintez  edən  İg  plazmatik  hü-

ceyrələri).  Tənəffüs  yollarının  immun  sisteminin  xüsusiyyətləri 

aşağıdakılardır:  həmişə  epitelin  tərkibində  limfostlərin  olması 

daim,  epitel  səthinə  İgA  transepitelial  köçürülməsi,  allergik 

reaksiyaları  tez  özünü  büruzə  verən  tipi  (hiperhissiyatın  I  tip 

reaksiyası), bu zaman tosqin hüceyrələrin deqranulyasiyası gedir və 

onlardan  histamin  və  digər  mediatorlar  azad  olur,  bunlar  yüksək 

bronxoknostuktor effekt göstərir və vəz sekre- 

190 

downloaded from KitabYurdu.org



siyasmı əhəmiyyətli dərəcədə artırır. 

Təzyiq aşağı və yüksək olan mühitdə, həmçinin dölün ana 

bətnində inkişaf dövründə və anadan olan zaman tənəffüs necə baş 

verir. 


Ağciyərlər  orqanizmlə  onu  əhatə  edən  mühit  arasında 

fizioloji  əlaqəni  həyata  keçirən  ən  mühüm  struktura  malikdir. 

Bildiyimiz kimi, onun malik olduğu tənəffüs səthi bədən səthindən 

50 dəfə çoxdur. İnsanın daha hündür dağlar fəth etmək, okeanların 

dərinliklərinə enmək cəhdi normal şəraitlə müqayisədə güclü stresə 

səbəb olur. 



12.22.

 

Qeyri-adi  mühitdə  (aşağı  atmosfer  təzyiqində) 

tənəffüs. 

Yüksəklik 

Yer  səthindən  uzaqlaşdıqca  barometrik  təzyiq  atmosfer 

təzyiqi ilə (760 mm.Hg.st.) müqayisədə çox azalır (şəkil 17). 

 

191 

downloaded from KitabYurdu.org


Bu  hal  ağır  əzələ  işi  ilə  əlaqədar  olduğu  üçün  kəskin 

dəyişikliyə səbəb olur. Belə ki, insan ağır yük daşıyanda, su altında, 

tunellərdə  işləyəndə,  100-200  m  məsafəyə  sürətlə  qaçanda  ürək 

döyünmələrinin  sayı,  tənəffüs  fəaliyyətində  normaya  nisbətən 

kəskin dəyişikliklər baş verir. Belə vəziyyətə məşq etmiş adamlar 

daha asan uyğunlaşır. 

Adi  halda  ürək  döyünmələrinin  sayı  (nəbz)  70-75,  ağ-

ciyərlərin həyat tutumu 3,5-4,5-6, ürəyin sol mədəciyinin aor- taya 

vurduğu  qanın  həcmi  (sistola  həcmi)  dəqiqədə  5,6  /  təşkil  etdiyi 

halda,  gərgin  əzələ  işi  zamanı  vəziyyət  dəyişir.  Ürəyin  sistolik 

həcmi 70-80 ml-dən 200 ml yüksəlir. Ağciyərlərin ven- tilyasiyası 

isə  normada  6/  olduğu  halda,  gərgin  fiziki  iş  şəraitində  50-70 

litirdən çox olur. Nəbzin sayı normadan iki-üç dəfə çox olur. 

Şəkildən görünür ki, 1520 m hündürlükdə rütubətli havada 



P

 630 mm.Hg.st təzyiqində olduğu halda, Everestin zirvəsində isə 

48 mm.Hg.st. təşkil edir. 

Dəniz səviyyəsindən 5500 m  hündürlükdə o adi atmosfer 

təzyiqindən (760 mm.Hg.st.) iki dəfə az 380 mm.Hg. sütunu olur. 

Ona görə də P



a

 nəfəs alman rütubətli havada 

(38047)x0,2093=70mm.  Hg.st.  təşkil  edir  (bədən  temperaturunda 

su  buzlarının  təzyiqi  47  mm.  Hg.st.  təşkil  edir).  Everest  dağının 

zirvəsində (dəniz səviyyəsindən 8848 m hündürlükdə) nəfəs alman 

havada P



 43 mm. Hg.st. təşkil edir. Dəniz səviyyəsindən 19200 m 

hündürlükdə barometrik təzyiq 47 mm. Hg.st. bərabər olur, başqa 

sözlə, nəfəs aldığımız havada P



Ch

 sıfıra qədər enir. 

Lakin  dəniz  səviyyəsindən  çox  yüksək  olan  yaşayış  yer-

lərində nəzərə çarpan hipoksiya müşahidə edilməsinə baxmayaraq 

dəniz  səviyyəsindən  3050  m  hündürlükdə  15  mln.  çox  adam 

yaşayır.  Ədəbiyyat  məlumatına  görə  And  dağlarında  dəniz 

səviyyəsindən  4900  m  hündürlükdə  daimi  yaşayış  yerləri 

məlumdur.  Məşq  etmiş  alpinistlərlə  müqayisədə  belə  yerlərdə, 

məşq  etməmiş  adamlar  huşlarını  tez  itirirlər.  Ona  görə  də  məşq 

etməmiş adamlar sağlamlıqlarını nəzərə alıb, mütləq ok- 



192 

downloaded from KitabYurdu.org



sigen balinandan tənəffüs etməlidirlər. 

Yüksək  dağlıq  şəraitdə  heyvan  orqanizminin  tənəffüs 

sistemində təzahür edən dəyişiklik nəinki O

2

 çatışmazlığı, həm də 



qan  və  toxumalarda  CO

2

  çatışmazlığı  ilə  də  əlaqədardır. 



Hipoaksiyanm inkişafı qanda O

2

 cüzi dəyişgənliyi karotidli sinisun 



xemoreseptorlarmı  qıcıqlandırmasına  səbəb  olur.  Bu  da  öz 

növbəsində tənəffüsün sürətlənməsinə şərait yaradır. 

Dağ  zirvələrinə  qalxdıqda  məşq  etməmiş  adamlarda  dağ 

xəstəliyi əmələ gəlir. Dağ xəstəliyinə səbəb hipoksiyadır. 



Oksigen çatışmazlığından başqa, yüksək yerlərdə qanda və 

toxumalarda  karbon  qazının  çatışmazlığı,  yəni  hipokapniya  da 

əmələ gəlir. Odur ki, nəfəsalma havasına müəyyən miqdar (3%-ə 

qədər)  C0



2

  əlavə  etdikdə,  yüksəklik  xəstəliyinə  tutulmuş  adamın 

vəziyyəti yaxşılaşır. 

Dağ  xəstəliyi  ilə  mübarizədə  hündür  dağlarda  yaşayan 

adamların qanında eritrositlərin miqdarı artır, tənəffüsü tezləşir və 

dərinləşir,  sürətlənir,  və  mərkəzi  sinir  sisteminin  oksigen 

çatışmazlığına həssaslığı azalır. 

Dağ  xəstəliyində  baş  ağrıyır  özündəngetmə,  eşitmə  və 

görmə pozğunluqları baş verir. 

Bəzi xəstəliklər qanda oksigenin hemoqlobinin miqdarının 

azaldığından  və  zəhərlənmələr  zamanı  baş  verir.  Məsələn, 

hemoqlobinin  miqdarı  azaldıqda  (anemiya)  anemik  hi-  poksiya 

müşahidə edilir. 

Ürək-damar xəstəliyi  zamanı kapillyarlarda qanın hərəkət 

sürətinin yavaşıması durğunluq hipoksiyasma səbəb olur. 

Histotoksik  hipoksiya  zəhərlənmələr  zamanı  (məsələn, 

sianidlə)  toxumaların  oksigenlə  təminatının  pozulmasına  səbəb 

olur. 


Bütün  bunlar  tənəffüs  mərkəzinin  oyanmasının  pozul-

masına səbəb olur. 



12.23.

 

Süni tənəffüs 

Suda  boğulmuş,  elektrik  cərəyanı  vurmuş,  qazla  zəhər-

lənmiş adamlarda tənəffüsü və ürəyin ritmini bərpa etmək 

193 

downloaded from KitabYurdu.org



üçün aşağijdakı üsullardan istifadə olunur: 

1)

 



Xüsusi  nasos  vasitəsilə  ritmik  olaraq  hava  ağciyərlərə 

yeridilir. 

2)

 

Əgər nasos olmazsa, adamı arxası üstə uzadıb, başını bir 



qədər  geri  əyirlər.  Sonra  dirsəkdən  aşağı  hissədən  tutaraq  onun 

qollarını iki-üç saniyə döş qəfəsinə sıxır və beləliklə, onun həcmini 

azaldaraq  daxilindəki  havanı  bayıra  qovurlar.  Nəfəsalma  əmələ 

gətirmək üçün qolları dairəvi hərəkətlə yuxarı qaldırırlar. Bu üsul 

praktikada daha geniş tətbiq edilir. 

3)

 



Döş  qəfəsinin  ritmik  sıxılması  və  genişlənməsi  ilə 

həyata  keçirilir.  Bunun  üçün  adamı  üzüüstə  uzadıb  başını  yana 

çevirirlər. Süni tənəffüs verən adam elə oturur ki, şəxsin gövdəsi 

onun iki dizi arasında qalsın. Əvvəlcə hər iki əllə döş qəfəsi böyük 

qüvvədə  sıxılır  ki,  nəfəsvermə  baş  versin.  Sonra  əlləri  döş 

qəfəsindən götürürlər ki, döş qəfəsi genişlənsin və nəfəsalma baş 

versin. 

Son zamanlar tənəffüsü təmin etmək üçün «dəmir ağciyəri) 

adlanan cihazdan istifadə edilir. Bunun üçün  zərər çəkmiş adamı 

həmin  kameraya  yerləşdirib,  sonra  baş  və  boyunu  kameradakı 

deşikdən  xaricə  çıxarırlar.  Kompressorun  köməyilə  kamerada 

təzyiqi azaltdıqda hava ağciyərlərə daxil olur, təzyiq artıqda isə döş 

qəfəsi sıxılır və hava ağciyərlərdən xaricə qovulur. 

194 


downloaded from KitabYurdu.org

XIII FƏSİL 

HƏZM 

13.1.

 

Mədə-bağırsaq sisteminin funksiyaları 

Mədə-bağırsaq  traktımn  əsas  vəzifəsi  -  qidanı  qana  sorub 

digər orqanlara nəql oluna bilən molekulalara çevirməkdir. 

Bu  proses  qidanı  həzm  şirəsinin  iştirakı  ilə  mexaniki  dəy-

işikliyə  (xırdalanma,  qarışdırma,  hərəkətetdirmə  və  yerləşdirmə) 

uğratma  və  ifrazı  ilə  başlayır.  Həzm  şirəsində  olan  fer-  mentlər 

zülalları, yağları və karbohidratları sorula bilən daha kiçik hissələrə 

parçalayır.  Həzmin  son  məhsulları,  su,  mineral  duzlar  və 

vitaminlərlə  birlikdə  bağırsağın  selikli  qişasının  hüceyrələrinin 

məsaməsindən qana və limfaya sorulur. 

Ağız 

Tüpürcək vəzləri 

Qidaborusu 

Qaraciyər 

Öd kisəsi 

Onikibarmaq 

bağırsaq 

Qalxan yoğun 



bağırsaq 

Düzbağırsaq 

Qulaqyanı vəzi 

Mədə 

Mədəaltı vəzi 

Acı bağırsaq 

Qalca bağırsaq 

nus 

Şəkil 1. 

Həzm və sorulmada iştirak edən üzvlərin quruluşu. 

195 

downloaded from KitabYurdu.org



Mədə-bağırsaq sistemi ağız dəliyini, anal dəliyi ilə birləşdirən 

bir  boruya  bənzəyir  və  ağız  boşluğu,  udlaq,  qida  borusu,  mədə, 

nazik və yoğun bağırsaqlardan ibarətdir. Mədə-bağırsaq traktına bir 

çox orqanların, o cümlədən ağız suyu, mə- dəaltı vəzi və qaraciyərin 

sekresiya məhsulları daxil olur (şəkil 

1)

 



. Həzm borusunun divarı onun ayrı-ayrı şöbələrinin müxtəlif 

funksiyalar  yerinə  yetirməsinə  baxmayaraq,  eyni  bir  plan  üzrə 

qurulmuşdur (şəkil 2). 

Şəkil 2. Həzm traktının ümumi sxemi. 

Mədə-bağırsaq traktının bir şöbəsi əsasən qidanın nəql olunmasına 

(ağız boşluğu və qida borusu), digərləri anbar və 

Öd kisə 

 

196 

downloaded from KitabYurdu.org


zifəsi (mədə və yoğunbağırsaq) və üçüncülər isə qidanın həzmi və 

sorulmasına xidmət edir. 

Bu  funksiyaların  yerinə  yetirilməsi:  1)  bir  sıra  hormonlar  və 

bioloji fəal  maddələrin  (peptidlərin); 2) saya  əzələ hüceyrələrinin 

yığılma fəallığı hesabına; 3) vegetativ sinir sistemi vasitəsilə həyata 

keçirilir. 

Həzm  borusunun  normal  funksiyasının  pozulması  müxtəlif 

xəstəliklərə  və  kliniki  dəyişikliklərə  səbəb  ola  bilər:  həzm  və 

sorulmanın  pozğunluğuna  öyümə,  qusma,  köp,  ishal,  turşuluğun 

artması, kökəlmə və s. 

Xarici  mühitdən  orqanizmə  daxil  olan  qida  maddələrinin 

qana  və  limfaya  daxil  olmasını  nazik  bağırsaqların  divarında 

yerləşən xovlar təmin edir. 

Mürəkkəb  qida  maddələri  həzm  üzvlərinə  düşdükdə  fiziki, 

kimyəvi  dəyişikliklərin  təsiri  altında  onlar  suda  əriyə  bilən  sadə 

hissələrə  parçalandıqdan  sonra  hüceyrələrin  mənimsəyə  biləcəyi 

yararlı hala keçib bağırsaqlardan qana və limfaya sorulurlar ki, bu 

mürəkkəb fizioloji prosesə həzm deyilir. 

Heyvanat  aləminin  təkamülündə  həzm  üzvləri  mürək-

kəbləşmiş  və  inkişaf  etmişdir  (şəkil  1).  İnkişafın  müxtəlif  dövr-

lərində  həzm  prosesi  üç  formada  təzahür  etmişdir:  1)  hü- 

ceyrədaxili həzm; 2) hüceyrəxarici həzm; 3) membran həzmi (şəkil 

17). 

Hüceyrədaxili həzm. Həzm prosesinin ən sadə forması olub, 

təkhüceyrəlilərdə  və  ibtidai  çoxhüceyrəli  heyvanlarda  təsadüf 

edilir. Təkhüceyrəlilərdə həzm zamanı hüceyrə am- yöbvarı hərəkət 

zamanı yalançı ayaqcıqlar çıxarıb qidanı əhatə edib öz içərisinə alır. 

Ali sinif heyvanlarda və insanda, hüceyrədaxili həzmə malik 

olan  qan  və  limfada  sərbəst  hərəkət  edən  ağ  qan  hüceyrələri  - 

leykositləri misal gətirmək olar. 

Hüceyrədaxili  həzmi  ilk  dəfə  görkəmli  rus  alimi 

İ.M.Meçnikov (1845-1916) kəşf etmiş və bu prosesə faqositoz adı 

vermişdir  (faqo  -  latınca  uduram,  faqositlər  -  uducu  hüceyrələr 

deməkdir). 

Leykositlər orqanizmə düşən yad cisimciklərə, orqanizm 



197 

downloaded from KitabYurdu.org



də dağılmış hüceyrələrə, xəstəlik törədən mikroorqanizmlərə qarşı 

mübarizə aparır, onları udur və zərərsizləşdirirlər. 



Hüceyrəxarici həzm. Hidralar - bağırsaqboşluqları və bir sıra 

başqa ibtidai çoxhüceyrəli heyvanlardan başqa, bütün heyvanlarda, 

o  cümlədən  insanda  həzm  prosesi  hüceyrə  xaricində  gedir.  Belə 

həzmə hüceyrəxarici həzm deyilir. 

Hüceyrəxarici  həzm zamanı qida maddələri  həzm borusuna 

daxil  olub,  həzm  borusu  divarlarında  yerləşən  həzm  vəziləri 

tərəfindən ifraz olunan fermentlərin təsiri altında mürəkkəb qidalar 

suda əriyə bilən sadə hissələrə qədər parçalanaraq həzm borusunun 

divarlarından  qana  və  limfaya  sorularaq  hüceyrə  və  toxumaların 

istifadəsinə verilir. 

Hüceyrə daxili həzmdə olduğu kimi hüceyrə xarici həzmdə 

də müxtəlif qidaları kimyəvi dəyişikliyə uğradan daha təsirli həzm 

fermentlərinə təsadüf edilir. 

Membran həzmi haqqında 263-268 səhifədə ətraflı məlumat 

verilmişdir. 

Həmin  fermentlərdən  zülalları  parçalayan  fermentə  - 

proteaza,  yağları  parçalayan  fermentə  -  lipaza,  sulukarbonları 

parçalayana - karbohidraza deyilir. 

Proteaza  fermentinin  təsirilə  zülallar  suda  həll  ola  bilən 

aminturşularına  qədər,  lipazanın  təsirindən  yağlar  qliserin  və  yağ 

turşularına  qədər,  karbohidrazanın  təsiri  ilə  mürəkkəb  şəkərlər 

qlükoza və fruktozaya qədər parçalanırlar. 

Su,  duzlar  və  bir  sıra  üzvi  maddələr  fermentativ  təsirə 

uğramadan sorulurlar. 

Qida maddələri həzm kanalında kimyəvi dəyişikliklərə məruz 

qalmaqla  yanaşı  mexaniki  dəyişikliklərə  uğrayır.  Bu  dəyişiklik 

zamanı qidalar kəsilir, parçalanır, didilir, üyüdülür, həzm şirələri ilə 

qarışıb,  həzm  kanalı  boyu  hərəkət  edir,  bunların  həzm  oluna 

bilməyən hissəsi xaricə tullanır. 

Həzm  üzvlərinin  aşağıdakı  əsas  vəzifələri  vardır:  1)  sek- 

retor;  2)  hərəki  və  ya  motor;  3)  sorma  vəzifəsi;  4)  evakuator;  5) 

hidrostatik; 6) endokrin; 7) immun vəzifəsi. 



Sekretor vəzifəsi həzm vəziləri tərəfindən ifraz olunan həzm 

şirələri və onların tərkibindəki fermentlərin təsirilə əla 



198 

downloaded from KitabYurdu.org



qədardır. Məsələn, tüpürcək, mədə şirəsi, pankreas şirəsi, öd, 

bağırsaq şirəsi və s. 



Hərəkat və ya motor vəzifəsi həzm üzvlərinin divarların- 

da yerləşən əzələ liflərinin yığılması sayəsində yerinə yetirilir. 

Məsələn, çeynəmə, udma, qidanın həzm kanalında hərəkəti, 

defekasiya və s. misal göstərmək olar. 



Sorulma vəzifəsi həzm kanalının divarlarında yerləşən se- 

likli qişanın soruculuq qabiliyyəti ilə əlaqədardır. 

Həzm üzvlərinin sekretor vəzifəsindən başqa ekskretor 

vəzifəsi də vardır. 

Bunun sayəsində 

mübadilə zamanı or- 

qanizmə lazım ol- 

mayan bir sıra duz- 

lar, öd piqmentləri 

orqanizmdən xaric 

edilir. 

Həzm borusu- 

nun divarı aşağıdakı 

qişalardan təşkil 

olunmuşdur (şəkil 

lb). 


1.

 

Selikli qişa - 

tunica mucosae - həzm borusunun divarını daxildən örtür. 

Daxili epiteli, xarici xüsusi selikli qişa qatından ibarətdir. 

2.

 

Selikaltı  qişa  boş  birləşdirici  toxumadan  əmələ  gələn 



üzvdə büküşlər əmələ gətirir. 

3.

 



Əzələ  qişası  -  dil,  udlaq,  qida  borusunun  bir  hissəsi 

müstəsna olmaqla daxili üzvlərin əzələ qişası saya əzələ liflərindən 

əmələ gəlmişdir. 

Boru divarındakı əzələ qişası daxildən: a) dairəvi, xaricdən; 

b)  uzununa  təbəqələrdən,  mədədə  isə  əlavə,  həm  də  çəp  əzələ 

liflərindən əmələ gəlmişdir. 

Həzm  borusunun  bəzi  nahiyələrində  həlqəvi  əzələ  qatı 

yoğunlaşaraq sfınkterlər əmələ gətirir. 

Bu əzələlərin yığılması sayəsində borunun mənfəzi qur- 

 

venolar, 



sinirlər, 

limfadamarları) 



Şəkil lb.

 Mədə-bağırsaq sisteminin borusunun 

divarının sxematik təsviri. 

 

199 

downloaded from KitabYurdu.org


dabənzər  peristaltik  olaraq  gah  genəlir,  gah  da  yığılır  və  boru 

mənfəzindəki möhtəviyyatı yuxarıdan anusa doğru hərəkət etdirir. 

4.

 

Seroz qişa



 

- tunica serosa - boruşəkilli üzvlərin xarici qişası 

olub, boş birləşdirici toxuma vasitəsilə əzələ qişası ilə birləşir. Boru 

divarında həlqəvi və uzununa əzələ qatları arasında vegetativ sinir 

sisteminin  sinir  hüceyrələrinin  yığılmasından  əmələ  gələn, 

peristaltikaya  nəzarət  edən  Averbax  sinir  kələfi  və  vəzilərin  şirə 

ifrazını tənzim edən Meysner kələfi yerləşir. Boru divarında çoxlu 

vəzilər  (clandulae)  olur.  Hüceyrələri  hər  hansı  bir  maye  (sekret, 

ekskret) ifraz etməyə uyğunlaşan üzvə 

vəz

 

deyilir. 



Vəzilər:

 

1) Təkhüceyrəli - (qədəhəbənzər olub, tənəffüs  yol-



larında,  bağırsaqlarda  olur),  selikli  sekret  ifraz  edir;  2)  çox- 

hüceyrəli  vəzilərinin  bir  qisminə  (divar  daxili) 



intramural  vəzilər

 

(mədə,  bağırsaq  divarında)  deyilir.  Digər  qisim  vəzilər  isə  divar 



arxasında (divar arxası) 

ekstramural vəzilər

 

deyilir. Bunlar boruya öz 



axacaqları  vasitəsilə  birləşir  (qaraciyər,  mədəaltı  vəzi,  ağız  suyu 

vəzilər) və s. Vəzilər quruluş və funksiyalarına görə: 

1)

 

Endokrirı



 

və  ya 


daxili  sekresiya  vəziləri.

 

Buraya  qalxa- 



nabənzər  vəzi,  qalxanabənzər  ətraf  vəzi,  böyrəküstü  vəziləri

hipofiz və epifiz aiddir. 

2)

 

Ekzokrin  vəzilər



 

-  xarici  sekresiya  vəzilərinə  deyilir.  Ağız 

suyu vəziləri, qaraciyər, tər və piy vəziləri, süd vəziləri və s. 

3)

 



Qarışıq  vəzilər 

-  həm  daxili,  həm  də  xarici  sekresiyaya 

malikdir.  Buraya  mədəaltı  vəzi,  xayalar,  yumurtalıqlar  aiddir. 

Bəzilər ifrazetmə mexanizminə görə də üç qrupa bölünür: 

1)

 



Halokrin; 2) Apokrin; 3) Merokrin. 

13.2.

 

Həzm kanalı 

Həzm kanalı ağız boşluğu ilə başlayır (Cavum oris) (şəkil 1 

və 2). 

Ağız boşluğunda bir neçə üzvlər: 



200 

downloaded from KitabYurdu.org



1)

 

Dodaqlar (Labia); 



2)

 

Yanaqlar (Buccae); 



3)

 

Dişlər (dentes); 



4)

 

Dil (lingua s glossa); 



5)

 

Damaq (palatium); 



6)

 

Ağız suyu vəziləri (glandula salivates). 



Qida  ağız  boşluğunda  müəyyən  dərəcədə  hazırlandıqdan 

sonra,  əsnək  deşiyi;  7)  (Isthmus  faucium)  vasitəsilə,  8)  udlağa 

(pharjncx)  burada  da  udulub  qida  borusuna;  9)  (oesophagus) 

ötürülür.  Qida  borusu  udulmuş  qidanı  mədəyə,  10)  (Venticulus 

gaster) çatdırır. 

Mədəyə  gəlmiş  qida  maddələri  kimyəvi  təsirə  məruz  qalır. 

Gövşəyən heyvanlarda mədə dörd hissədən ibarətdir. 

1.

 



İşkənbə - rumen. 

2.

 



Tor - reticulum. 

3.

 



Kitabça - omasum. 

4.

 



Qursaq və ya şırdan - ovamasum. 

Mədədən sonra qida nazik bağırsağa (Intesinum tlnue) keçir. 

Nazik bağırsaq üç şöbəyə bölünür: 

1)

 



Onikibarmaq bağırsaq - intesinum duadanum; 

2)

 



Acı bağırsaq - intesinum zeimum; 

3)

 



Qalça bağırsaq - intesinum ileum. 

Qida əsasən nazik bağırsaqda sorulur. Onikibarmaq bağırsağa 

qaraciyər və mədəaltı vəzinin axarı açılır. Bu vəzilərin inkişafı da 

həzm  üzvlərinin  borusu  ilə  əlaqədardır.  Nazik  bağırsaqda  sorula 

bilməyən  hissələr  yoğunbağırsağa  (intesinum  crassum)  keçir. 

Yoğunbağırsaq da üç şöbəyə bölünür. 

1)

 

Korbağırsaq - intesinum caccum; 



2)

 

Çənbərbağırsaq - intesinum colon (qalxan, köndələn, enən 



və S-ə bənzər); 

3)

 



Düzbağırsaq - intesinum rectum. _ 

Həzm sistemi üzvləri qidalı üzvi (zülal, yağ, karbohidrat) və 

qeyri-üzvi  (su,  mineral  duzlar)  maddələrin  qəbulu,  fıziki-  kimyəvi 

dəyişikliyə  uğradılması,  sorulub  qana  və  limfaya  keçməsi,  sorula 

bilməyən hissələrin  isə  kal  (nəcis,  peyin) şəklində bədəndən xaric 

edilməsi vəzifəsinə xidmət edir. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin