Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 
MƏQSƏDİ
 
  Quru və şirəli, birtoxumlu və çoxtoxumlu meyvələrin qurulu-
şunu təsvir edir
 
 
 

 
76
 
Sonra müəllim  şagirdlərlə birlikdə  dərslikdəki mətn və suallar ilə tanış olur. 
Keçmiş  dərslərdən meyvənin yalnız çiçəkdən  əmələ  gəlməsi haqqında biliklərə 
əsaslanaraq  şagirdlər düzgün cavabı qeyd edirlər. Müəllim ehtiyac olarsa, əlavə 
suallarla şagirdləri belə nəticəyə istiqamətləndirə bilər: “Meyvələr çiçəyin yerində 
əmələ  gəlir, meyvəyanlığı toxumları qoruyur və yayılmasına kömək edir”. Bu  
nəticə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
 
Paraqrafdakı praktik iş  şəkillər  əsasında qurulur. Dərs zamanı müəllim 
müvafiq təbii obyektlərdən, mulyajlardan, yaxud şəkil-aplikasiyalardan da istifadə 
edə bilər.  Şagirdlər soğanın və kartofun zoğun  şəkildəyişməsi, qalanlarının isə  
meyvə olduqlarını  qeyd edirlər.  
Müəllimə tövsiyə olunur ki, verilmiş materialı izah edən zaman meyvələrin 
quruluşu, onların  əmələgəlmə xüsusiyyətləri, təsnifatı  (şirəli-quru, birtoxumlu-
çoxtoxumlu) haqqında təsəvvürlər yaratsın. Paraqrafın nəzəri materialı ilə tanışlıq 
bir neçə üsulla aparıla bilər: 
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə 
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərək 
nəzəri materialı qısa şərh edir. 
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
olunur (bu halda məlumatı 3–4 hissəyə bölmək məqsədəuyğundur). İşin nəticələri 
tədricən (və ya sonda) aşağıdakı cədvəldə qeyd oluna bilər. Məsələn, 
 
 
Quru meyvə
 
Şirəli meyvə
 
Birtoxumlu
 

 
fındıqmeyvə (fındıq)
 

 
toxumçameyvə (günəbaxan)
 

 
çəyirdəkmeyvə (gavalı)
 
Çoxtoxumlu
 

 
paxlameyvə (noxud)
 

 
buynuzmeyvə (kələm)
 

 
giləmeyvə (üzüm)
 

 
almameyvə (armud)
 
     
    

Bu orqan bitkinin 
həyatının müəy-
yən dövründə 
əmələ gəlir. 
Bitkinin həyat 
fəaliyyəti üçün 
vacib orqandır. 
 
O, quru və ya 
şirəli olur, bəzilə-
ri yeyilir, bəziləri 
isə yeyilmir. 
 
Onun vasitəsilə 
bitkilər yer 
üzərində yayıla 
bilir. 

 
77
Tətbiq zamanı şagirdlər şəkildə verilmiş bitkilərin meyvələrinin adını və xüsusiy-
yətlərini cədvəlin müvafiq yerlərində yazırlar. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabı: 
2. Hər sətirdə “artıq” sözü qeyd edin. Seçiminizi əsaslandırın. 
(qutucuq – quru meyvədir, şaftalı – çəyirdək meyvədir, buynuzmeyvə – çoxtoxumlu 
meyvədir) 
3. Venn diaqramında quru meyvələrin oxşar və fərqli cəhətləri qeyd olunur. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri əsa-
sən sadalayır, təsvir edə bil-
mir. 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri düz-
gün sadalayır, təsvir edərkən 
kiçik səhvlərə yol verir. 
Quru və şirəli, birtoxumlu və 
çoxtoxumlu meyvələri düz-
gün sadalayır nümunələrlə 
təsvir edir. 
 

 
78
IV FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Dişicik və erkəkciyin hissələrinin adlarını yazın. 
 
 
 
 
 
 
 
 
 
 
 
2. Boş yerlərə açar sözlərdən uyğun gələni yazın. 
 
 
Dişiciyi və erkəkciyi olan çiçəklər ___________ adlanır. Yalnız dişiciyi və ya 
yalnız erkəkciyi olan çiçəklər ___________ adlanır. Üzərində  həm dişi, həm də 
erkək çiçəklər olan bitkilər __________ adlanır.  Əgər bir bitkinin üzərində dişi, 
digər bitkinin üzərində isə erkək çiçəklər inkişaf edirsə, belə bitkiləri ___________ 
adlandırırlar. Qovaq və söyüd ağacını ___________ bitkilərə aid edirlər. Qarğıdalı 
və xiyar bitkilərini isə __________ adlandırırlar. 
Açar sözlər: bircinsli, ikicinsli, ikievli, birevli. 
 
3. Verilən sözləri cədvəlin uyğun xanalarında yerləşdirin: 
 
giləmeyvə, çəyirdəkmeyvə,  günəbaxan, dənmeyvə, noxud, kələm, qutucuq, 
armud  
 
 
4. Səhv fikirləri düzəldin. 
1. Ləpə yarpaqları buğda toxumunun rüşeyminin bir hissəsidir. 
2. Lobya toxumunda ehtiyat qida maddələri rüşeym gövdəciyində yerləşir. 
3. Toxum qabığı müdafiə funksiyasını  yerinə yetirir. 
4. İkiləpəlilər sinfindən olan bitkilərin toxumlarında bir ləpə yarpağı olur. 
5. Buğda dənində ehtiyat qida maddələri endospermdə yerləşir. 
 MEYVƏNİN TİPİ MEYVƏNİN NÖVÜ 
BİTKİNİN ADI 
Birtoxumlu  
Albalı 
Ş
ir
əli 
Çoxtoxumlu 
 Pomidor 
 
Toxumçameyvə 
 
Birtoxumlu 
 Çovdar 
 Xaş-xaş  
Paxlameyvə 
 
Quru 
Çoxtoxumlu 
Buynuzmeyvə  
 
1.____________ 
2.____________ 
 
1.____________ 
2.____________ 
3.____________ 

 
79
5. Çiçək qrupları ilə bitkilərin adları arasında uyğunluğu müəyyən edin. 
 
 
 
6. Düzgün variantın altından xətt çəkin: 
1. Lobya toxumunda ehtiyat qida maddələri endospermdə/ləpələrdə yerləşir.  
2. Buğda/alma ikiləpəli bitkilərə aiddir.   
3. Soğanın/noxudun yetişmiş toxumunda endosperm olmur. 
4. Rüşeym kökcüyundən əsas/əlavə kök inkişaf edir. 
5. Toxumda ilk olaraq kökcük/gövdəcik inkişaf edir. 
 
7. Toxumun quruluş hissələrinin tam verildiyi variantı müəyyən edin:  
A) Endosperm 
B) Ləpələr 
C) Qabıq, rüşeym və ehtiyat qida maddələri 
D) Rüşeym kökcüyü, rüşeym gövdəciyi və tumurcuq   
 
8. Üç birtoxumlu meyvə tipini seçin: 
А) Çəyirdəkmeyvə    
В) Qutucuq     
С) Dənmeyvə    
D) Paxlameyvə   
Е) Toxumça    
F) Buynuzmeyvə 
 
9. “Artıq” anlayışı tapın: 
А) Gövdəcik     В) Dişicik      С) Tumurcuq    D) Kökcük   Е) Ləpə 
 
10. Doğru variantı seçin. Albalı ... 
1. çiçəkləri birevli, çiçək qrupu çətir, quru meyvəsi çəyirdək, ikiləpəli bitkilərə 
aiddir. 
2. çiçəkləri ikicinsli, çiçək qrupu çətir, şirəli meyvəsi çəyirdək, ikiləpəli bitkilərə 
aiddir. 
3. çiçəkləri ikicinsli, çiçək qrupu səbət, quru meyvəsi qutucuq, birləpəli bitkilərə 
aiddir. 
4. çiçəkləri ikicinsli, çiçək qrupu sünbül, şirəli meyvəsi giləmeyvə, ikiləpəli 
bitkilərə aiddir. 
 
Süpürgə  Salxım
Qalxan
Çətir
Mürəkkəb sünbül
Səbət 
Armud 
Buğda 
Albalı 
Vələmir
Qarağat 
Zəncirotu

 
80
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ 
ALT STANDARTLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
17 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    2 saat
 
TƏDRİS VAHİDİ –
3
ORQANİZMLƏRİN HƏYAT 
FƏALİYYƏTİ 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.  

 
81
5. CANLILARDA DAYAQ, HӘRӘKӘT, QİDALANMA VӘ TӘNӘFFÜS 
  
Dərs 32 / Mövzu 28:
 CANLI ORQANİZMLƏRDƏ HƏRƏKƏT VƏ 
DAYAQ SİSTEMİ 
 
 
 
 
 
 Maraqlı məlumatla tanış olduqdan sonra müəllim şagirdləri fəallaşdırmaq üçün  
müxtəlif suallarla müraciət edə bilər. Məsələn,   
–  Canlı orqanizmlərin hansı xüsusiyyətləri var? 
–  Niyə hərəkət canlının xassələrindən biridir? 
–  Orqanizmin fəaliyyətində hərəkətin nə kimi əhəmiyyəti var? 
Həyati bilikləri və gündəlik müşahidələri  əsasında  şagirdlərin verdikləri cavablar 
müzakirə oluna bilər. Müzakirələrin nəticəsində şagirdlərin cavabları belə ola bilər: 
qidanın və suyun axtarışı, yırtıcılardan qorunma, yayılma  və s. 
 
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Şagirdlər praktik işi yerinə yetirən zaman öz biliklərinə əsaslanaraq heyvanların 
müxtəlif hərəkət formalarını qeyd edir, onların həyatında hərəkətin  əhəmiyyətini 
söyləyir. Bu mərhələdə  “Niyə müxtəlif heyvanlarda hərəkət üsulları da müxtəlif-
dir?
” 
sualının müzakirəsi tövsiyə olunur

Şagirdlər heyvanların yaşadıqları mühiti 
və bu mühit şəraitinə hərəkət uyğunlaşmalarını müzakirə edirlər.  
 Bu dərsin izahı zamanı müəllimin əyani vəsaitlərdən – videomateriallardan  fəal 
istifadə etməsi tövsiyə olunur. Dərsin məqsədlərini nəzərə alaraq müəllim bu 
məsələlərə xüsusi diqqət yetirməlidir:  
  heyvanların hərəkət üsullarının müxtəlifliyi
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.  
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Birhüceyrəli və çoxhüceyrəli orqanizmlərin hərəkət xüsusiy-
yətlərini sadalayır.  
  Dayaq-hərəkət orqanlarının quruluşunu təsvir edir. 
  Müxtəlif heyvanların hərəkətlə bağlı xüsusiyyətlərini yaşadığı 
mühitlə əlaqələndirir. 

 
82
  müxtəlif heyvan növlərində olan skelet formaları, onların funksiyaları  və 
xüsusiyyətləri; 
Bu məlumatlar şagirdlərdə orqanizmin yaşadığı mühit şəraiti ilə hərəkət uyğunlaş-
malarını tutuşdurmaq bacarığını formalaşdırmağa imkan verir. 
Nəzəri materialı öyrəndikcə müəllim  şagirdlərə növbəti ümumiləşdirici nəticəyə 
gəlmək üçün istiqamətləndirici suallar verir.  
Hərəkət heyvanlara xas əlamət olub xüsusi orqanların və uyğunlaşmaların hesabına 
baş verir. Heyvanların əksəriyyəti uyğunlaşdığı mühitdə fəal hərəkət edə bilir. 
 Təqdim olunmuş tapşırıq dərsdə  mənimsənilən biliklərin ümumiləşdirilməsinə 
imkan yaradır.  Şagirdlər tapşırığı yerinə yetirərkən heyvanların hərəkətlə bağlı 
quruluş xüsusiyyətlərini yaşadığı mühitlə əlaqələndirirlər. Dərslikdəki məlumatlara 
və həyati biliklərə əsaslanan şagirdlərin cavabları belə ola bilər: 
 
Üzən heyvanlar
 
Yeriyən heyvanlar
 
Uçan heyvanlar
 
Xarici
 
skelet
 
Daxili
 
skelet
 
Xarici
 
skelet
 
Daxili
 
skelet
 
Xarici
 
skelet
 
Daxili
 
skelet
 
Xərçəng
 
Balıq
 
Hörümçək
 
İt
 
Mayböcəyi
 
Qartal
 
 
 Təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi 
və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.  
1. Heyvanların adını cədvəlin uyğun sütunlarına yazın: 
 
Xarici skelet 
Daxili skelet 
Böcək, əqrəb Quş, ilan, pişik, yarasa 
 
2. Bu canlılarda suda üzmək üçün hansı uyğunlaşmaları göstərə bilərsiniz? 
(üzgəclər, barmaqların arasında olan pərdələr və s.) 
3. Mətndəki səhvləri tapın:  
A) Amyöb  İnfuzor-tərlik bədənini örtən kirpikciklər vasitəsilə sürətlə üzür.  
Kirpikciklərdən kürək kimi istifadə edərək irəli-geri hərəkət edə bilir və ya 
yerindəcə durur. B) Balıqlar Bəzi molyusklar reaktiv hərəkət formasından istifadə 
edərək irəliləyirlər. C) Qamçı burulan pər kimi  işləyir.  İnfuzor  Yaşıl evqlena belə 
hərəkət edir. 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Əlaqələndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin hərəkət xüsu-
siyyətlərinin bir qismini sa-
dalayır. 
 
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin hərəkət xüsu-
siyyətlərini müəllimin 
sualları əsasında sadalayır. 
 
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin hərəkət xüsu-
siyyətlərini düzgün sadalayır 
və uyğun nümunələr göstərir.  

 
83
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin dayaq-hərəkət 
orqanlarının quruluşunu 
təsvir etdikdə çətinlik çəkir. 
 
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin dayaq-hərəkət 
orqanlarının quruluşunu 
müəllimin sualları əsasında 
təsvir edir.
 
Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin hərəkət xüsu-
siyyətlərini düzgün təsvir 
edir, uyğun nümunələr 
göstərir.  
Müxtəlif heyvanların hərə-
kətlə bağlı xüsusiyyətlərini 
yaşadığı mühitlə əlaqələn-
dirməkdə çətinlik çəkir. 
 
Müxtəlif heyvanların hərə-
kətlə bağlı xüsusiyyətlərini 
yaşadığı mühitlə əlaqələndi-
rərkən müəyyən səhvlərə yol 
verir.
 
Müxtəlif heyvanların hərə-
kətlə bağlı xüsusiyyətlərini 
yaşadığı mühitlə düzgün əla-
qələndirir, uyğun nümunələr 
göstərir. 
 
 
 
Dərs 33 / Mövzu 29:
 BİTKİLƏRDƏ DAYAQ SİSTEMİ 
 
 
 
 
 
 Müəllim dərsin  əvvəlində keçən dərsin materialına istinad edərək  şagirdlərlə 
növbəti sualları müzakirə edə bilər:
 
– Heyvanların dayaq sistemi nədən ibarətdir?  
– Heyvanların həyatında dayaq sisteminin əhəmiyyəti nədədir?  (müdafiə, dayaq, 
hərəkət) 
Sonra müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur. Müzakirə olunan 
suallar: 
– Bitkinin istənilən orqanı hansı toxumalardan təşkil olunub? (örtük, ötürücü, 
mexaniki, əsas, törədici) 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 
Bitkilərin dayaq sistemini təsvir edir.
 
 
Bitki orqanlarının hərəkətini təsvir edir.
 
 
Bitkilərin dayaq sisteminin formalaşmasını yaşadığı mühitlə 
əlaqələndirir.
 
 
 

 
84
 Onlardan hansı bitkiyə möhkəmlik verir? (Mexaniki toxumanın hüceyrələri qalın 
qılaflı, oduncaqlaşmış olur) 

 
Bitkilərin dayaq sisteminin əhəmiyyəti nədədir? 
 
Praktik işi yerinə yetirərkən nəyə diqqət etmək lazımdır:
  
  bitki gövdələrinin fəzada müxtəlif cür yerləşməsi;  
  günəş  işığının bitki orqanlarının böyüməsinə  və  hərəkətinə  təsiri.  (Heyvanlar-
dan fərqli olaraq bitkilərdə bəzi amillərin təsiri nəticəsində passiv hərəkət mü-
şahidə olunur) 
 
Müəllim əyani vəsaitlərə (sxemlər, şəkillər, elektron təqdimatlar) istinad edərək 
nəzəri materialı izah edir. Dərsin məqsədlərini nəzərə alaraq müəllim növbəti 
məsələlərə xüsusi diqqət yetirməlidir:  
  şagirddə gövdələrin növləri və müxtəlifliyi barədə təsəvvürlər formalaşdırmaq;  
  bitkilərin dayaq orqanlarının quruluşu barədə təsəvvürlər formalaşdırmaq; 
  toxumaların quruluşu və funksiyaları arasında uyğunluğun tapılması vərdişlərini 
möhkəmləndirmək; 
  günəş  şüalarının yarpaqlara düşməsini təmin edən uyğunlaşmalar barədə 
təsəvvür yaratmaq; 
  bitkilərin, göbələklərin passiv hərəkətinə  səbəb olan amillər barədə  təsəvvür 
yaratmaq. 
Dərs zamanı müvafiq təqdimat 
və videomaterialların istifadəsi 
məqsədəuyğundur. Keçilmiş 
materialın ümumiləşdirilməsinin 
sxem və ya cədvəl formasına 
salınması tövsiyə olunur. Belə 
forma bitkilərin və heyvanların 
dayaq sistemini müqayisə etmə-
yə imkan yaradır. Məsələn,
  
 1 və 5 – dikduran, 2 və 3 – sarmaşan, 4 – sürünən   
 1. Günəş şüaları, həşərat, Yerin cazibə qüvvəsi. 
      2. “Dayaq sisteminin funksiyaları”  cədvəli. Məsələn,  
Heyvanlarda dayaq sistemi
 
Bitkilərin dayaq sistemi
 
1. Bədən quruluşu
 
2. Zədələrdən müdafiə
 
3. Daxili orqanlar üçün dayaq
 
4. Hərəkət
 
1. Yarpaqları işığa çıxarmaq
 
2. Karkas
 
3. Dayaq
 
4. Bədən quruluşu
 
 

 
85
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Əlaqələndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin dayaq sistemini 
təsvir edərkən tez-tez 
səhvlərə yol verir.
 
Bitkilərin dayaq sistemini 
müəllimin köməyilə təsvir 
edir.
 
Bitkilərin dayaq sistemini 
nümunələrlə təsvir edir.
 
 
Bitki orqanlarının hərəkətini 
müəllimin köməyi ilə təsvir 
edir.
 
Bitki orqanlarının hərəkətinə 
nümunələr göstərir, amma 
şərh edərkən kiçik səhvlərə 
yol verir. 
 
Bitki orqanlarının hərəkətini 
nümunələrlə ətraflı şərh edir.
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əlaqələndirərkən 
səhvlərə yol verir. 
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əsasən düzgün 
əlaqələndirir.
 
Bitkilərin dayaq sisteminin 
formalaşmasını yaşadığı 
mühitlə əlaqələndirərkən 
nümunələrə əsaslanır.
 
 
 
 
Dərs 34 / Mövzu 30:
 BİTKİLƏRİN YERALTI QİDALANMASI 
 
 
 
 
 
 Motivasiya mərhələsində aparılan müzakirələrdə şagirdlərin əvvəlki biliklərini 
yada salmaq faydalı olardı. Müəllim bunun üçün istiqamətləndirici suallar verə 
bilər. Məsələn, 
  Qida maddələri orqanizmlərə nə üçün lazımdır? 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır. 
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və  hesablamalar 
aparır. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərin yeraltı qidalanmasının xüsusiyyətlərini təsvir edir. 
  Gübrələrin mədəni bitkilərə təsirini  təsvir edir. 
 
Cansız təbiət amillərinin bitkinin qidalanmasına təsirinə dair 
sadə təcrübələr aparır.
 
 
 

 
86
  Bitkilər üçün enerji mənbəyi nədir? 
  Bitkinin hansı qidalı maddələrə ehtiyacı var? 
  Bitkilərin xüsusi həzm sistemi yoxdur. Bitki qeyri-üzvi maddələri haradan alır? 
 Praktik iş şagirdlərdə bioloji eksperimentlər aparmaq, nəticələri təsvir və izah 
etmək bacarıqlarını formalaşdırır. Dərsin  əvvəlində qoyulan təcrübənin nəticələri 
dərsin ikinci yarısında müşahidə  və  təhlil oluna bilər. Bu zaman artıq nəzəri 
məlumatlarla tanış olan şagirdlər nəticələri müstəqil izah edə biləcəklər.   
 İzahatı müəllim bu suallar ətrafında apara bilər: 
  Bitki hansı orqanı ilə torpaqdan qidalanır?  
  Kökün əmici tellərindən su və mineral maddələr bitkinin digər orqanlarına 
necə daxil olur? 
  Hansı qüvvələrin təsiri altında su və mineral maddələr bitkinin yuxarı his-
sələrinə qalxır? (kök təzyiqi və yarpaqlar vasitəsilə suyun buxarlanması
Dərsin məqsədlərini nəzərə alaraq müəllim növbəti məsələlərə xüsusi diqqət 
yetirməlidir:  
  qidalanmanın mahiyyəti; 
  bitkilərin qidalanma xüsusiyyətləri; 
  kök təzyiqinin bitkilərin qidalanmasında rolu; 
  bitkilərin torpaq qidalanması və bu prosesdə kökün rolu. 
 Gübrələr haqqında məlumat müəllim tərəfindən izah oluna bilər, yaxud 
şagirdlər hər hansı üsuldan istifadə edərək mətni müstəqil öyrənir və müvafiq 
qeydlər edə bilərlər. 
Müəllimin xüsusi diqqət yetirilməsinə ehtiyacı olan məsələlər:  
  Torpaq, torpağın məhsuldarlığının artırılması yolları; 
  Əsas gübrə növləri, onların bitkinin böyüməsinə və inkişafına təsiri. 
Öyrəndiklərini şagirdlər sxemdə təsvir edə bilərlər.  
 
 
 
Verilmiş materialı öyrəndikcə şagirdlərdə əldə edilmiş biliklərdən və bacarıqlardan 
praktik fəaliyyətdə və gündəlik həyatda mədəni bitkiləri yetişdirmək, onlara qulluq 
etmək üçün vərdişlər formalaşır. 
 Şagirdlər bitkinin yeraltı qidalanması prosesinin mexanizmini səbəb-nəticə 
əlaqələrinə əsasən müəyyən edirlər. (B-D-F-E-G-C-A). 
Tapşırıqların yerinə yetirilməsi müstəqil iş zamanı da mümkündür .
 
GÜBRƏLƏR 
ÜZVİ 
Peyin 
MİNERAL 
Bitki və heyvan 
qalıqları 
Torf 
 
Quş zılı
Azot 
 
Kalium 

 
87
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Təcrübəaparma 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini təsvir 
edərkən səhvlərə yol verir.  
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini əsasən 
düzgün təsvir edir. 
Bitkilərin yeraltı qidalanma 
xüsusiyyətlərini düzgün 
təsvir edir. 
Gübrələrin mədəni bitkilərə 
təsirini  təsvir etməkdə 
çətinlik çəkir.  
Gübrələrin mədəni bitkilərə 
təsirini  təsvir edərkən kiçik 
qeyri-dəqiqliyə yol verir. 
Gübrələrin mədəni bitkilərə 
təsirini  ətraflı təsvir edir. 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
yerinə yetirə bilmir.
 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
müəllimin köməyi ilə  
aparır.
 
Cansız təbiət amillərinin 
bitkinin qidalanmasına təsi-
rinə dair sadə təcrübələri 
müstəqil aparır.
 
Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin