Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

KÖK 
Yerləşməsi 
Funksiyası 
Quruluşu 

 
64
3-cü tapşırıqda  şagirdlər təsnifat apararaq mil və saçaqlı kök sistemlərini 
müəyyənləşdirirlər.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Sadalama 
Zəif
 
Orta
 
Yüksək
 
Kökün quruluşunu təsvir 
etməkdə çətinlik çəkir. 
Kökün quruluşunu izahlı təs-
vir edərkən kiçik səhvlərə yol 
verir. 
Kökün quruluşunu düzgün 
izahlı təsvir edir. 
Kök zonalarının yerinə yetir-
diyi funksiyaları az bir qismi-
ni sadalayır. 
Kök zonalarının yerinə yetir-
diyi funksiyaların əsas qismi-
ni sadalayır. 
Kök zonalarının yerinə 
yetirdiyi funksiyaları tam 
olaraq sadalayır. 
 
 
 
Dərs 24 / Mövzu 22:
 BİTKİ ORQANLARININ YERALTI     
            ŞƏKİLDƏYİŞMƏLƏRİ 
 
 
 
 
 Şagirdlər dərslikdəki mətnlə tanış olub mətnaltı sualı müzakirə edə bilərlər. 
Müəllim  şagirdlərə istiqamətverici suallarla müraciət edə bilər. Məsələn, “Gövdə 
yumrusu, kökümsov, soğanağın köklərə, yaxud zoğlara aid olunduğunu necə 
müəyyən etmək olar?”  

 Praktik işi yerinə yetirərkən uşaqlar belə nəticəyə gəlirlər

Bitkinin yeraltı hissəsi olan kökümsov kökə  bənzəsə  də, onun üzərində yerüstü 
zoğlarda olduğu kimi tumurcuq, buğumlar, buğumarası sahə var. Kökümsovun 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitki orqanlarının yeraltı şəkildəyişmələrini təsvir edir. 
  Yeraltı şəkildəyişmələrin xüsusiyyətlərini ətraf mühit şəraitinə 
uyğunlaşma ilə əlaqələndirir.
 
 
 

 
65
şəklini dəyişmiş yarpaqları – tumurcuq pulcuqları da var. Kökümsovun üzərində 
əlavə köklər inkişaf edir. Deməli, kökümsov şəklini dəyişmiş  zoğdur, çünki onda 
zoğun bütün hissələri var

Soğanağın çox qısa gövdəsi var. Onun üzərində şirəli və quru yarpaqlar var. Quru 
yarpaqlar pulcuq şəklində olub müdafiə funksiyasını yerinə yetirir. Daxili pulcuq-
ların – şirəli yarpaqların qoltuğunda  əlavə köklər və tumurcuqlar olur. Deməli, 
soğanaq şəklini dəyişmiş zoğdur, ona görə ki, üzərində zoğun bütün hissələri var.   
 
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə 
olunur.  Fasilələr zamanı müəllim şagirdlərin təfəkkürünün  oyanmasına yönəlmiş 
müvafiq suallar verir (suallar qabaqcadan hazırlanır).  
Məsələn, “Gövdə yumrusunun zoğ olduğunu necə sübut etmək olar?”, “Gövdə 
yumrusunun hansı hissələrini gördünüz?”, “Gövdə yumrusunun tumurcuqları necə 
adlanır?”, “Soğanağı hansı xüsusiyyətlərinə görə zoğ hesab etmək olar?”, “Niyə 
kökümsov, gövdə yumrusu, soğanaq zoğ sayılır?”, “Onlar adi yerüstü zoğdan nə ilə 
fərqlənir?”, “Niyə onları şəklini dəyişmiş zoğ adlandırırlar?”  və s. 
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və  
oxuduqca qeydlər ("", "+", "–", "?")
 
edirlər.  Şagirdlər mətni oxuduqdan sonra 
cədvəli doldururlar. Qeydlər cədvəlin uyğun sütunlarında yazılır.
  
 

 


 

Mən bunu 
bilirdim 
Mənim üçün 
yenilikdir 
Başqa cür 
düşünürdüm 
Başa düşmədim, aydınlaşdırmaq 
lazımdır 
 
3) Laboratoriya işlərini müzakirə etdikdən sonra müəllim  əyani vəsaitlərdən 
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar) istifadə edərək nəzəri 
materialı izah edir.  İşin nəticəsi sxem formasında olur və onu şagirdlər dəftərdə 
qeyd edirlər: 
 
 
Şagirdlər cədvəli dolduran zaman zoğların şəkildəyişmələri haqqında öyrənilmiş 
materialı ümumiləşdirir, yeraltı və yerüstü zoğlar arasında oxşar və fərqli əlamət-
ləri təyin edirlər.
 
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırığı yerinə yetirərkən  şagirdlər 
dərslikdəki mətndən və gündəlik həyati biliklərindən istifadə edərək cədvəli 
doldururlar. 
2-ci tapşırığın düzgün cavabları: Gövdənin şəkildəyişməsi. 1. Kökümsov. 2. Yerüstü 
gövdə;  3. Buğumarası; 4. Tumurcuğa malik buğum; 5. Əlavə köklər. 
3. Dərsdən kənar vaxtda sərbəst yerinə yetirilən təcrübələr  şagirdlərin fənnə 
marağını artırır, nəzəri bilikləri praktikada tətbiq etməyə imkan yaradır, gündəlik 
həyatda bioloji biliklərin  əhəmiyyətini aydınlaşdırır.  Şagirdə müşahidələrini qeyd 
etmək üçün ayrıca “Müşahidələr dəftərçəsi” tərtib etmək tövsiyə olunur. Orada 
Kökümsov         Gövdə yumrusu        Soğanaq    
Yeraltı zoğların şəkildəyişmələri 

 
66
təcrübənin qoyulduğu, müşahidələrin aparıldığı tarixlər, istifadə edilən avadanlıq 
və təchizat, həmçinin müşahidələrin nəticələri qeyd olunur.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Əlaqələndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitki orqanlarının yeraltı şə-
kildəyişmələrini  sadalayır, 
təsvir edə bilmir.  
Bitki orqanlarının yeraltı şə-
kildəyişmələrini  sadalayır,  
təsvir edərkən kiçik səhvlərə 
yol verir. 
Bitki orqanlarının yeraltı 
şəkildəyişmələrini 
nümunələrlə təsvir edir. 
Yeraltı şəkildəyişmələrin 
xüsusiyyətlərini ətraf mühit 
şəraitinin təsiri ilə əlaqələn-
dirməkdə çətinlik çəkir. 
 
Yeraltı şəkildəyişmələrin xü-
susiyyətlərinə ətraf mühit şə-
raitinin təsirini müəllimin 
köməyi ilə əlaqələndirir.
 
Yeraltı şəkildəyişmələrin xü-
susiyyətlərini ətraf mühit şə-
raitinə uyğunlaşma ilə nü-
munələr əsasında əlaqələndi-
rir.
 
 
 
 
Dərs 25 / Mövzu 23:
 BİTKİ ORQANLARININ YERÜSTÜ   
           ŞƏKİLDƏYİŞMƏLƏRİ 
 
 
 
 
 
 Şagirdlər dərslikdəki mətnlə tanış olduqdan sonra mətnaltı sualları müzakirə 
edə bilərlər. Müzakirə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Bitkilərin yerüstü orqanlarının şəkildəyişmələrini təsvir edir. 
  Bitkilərin yerüstü orqanlarının  şəkildəyişmələrinin müxtəlif-
liyinin səbəblərini təsvir edir.
 
 
 

 
67
 
Praktik işi yerinə yetirərkən  şagirdlər nəticəyə  gəlirlər ki, quraqlıq  şəraitində 
yaşayan kaktusun gövdəsində su ehtiyatı toplanır. Su itkisinin qabağını almaq üçün 
isə yarpaqların səthi azalaraq tikanlara çevrilmişdir. Deməli,  ətraf mühitin təsiri 
altında yerüstü orqanlarda şəkildəyişmələr müşahidə olunur. 
 Şəkillərə  əsasən  şagirdlər belə  nəticəyə  gəlirlər ki, yarpaqlar müxtəlif də-
yişikliklərə məruz qalır: ətləşir, tikan, iynə, bığcıq və tutucu orqanlara çevrilir. 
 Praktik işin nəticələrinin müzakirəsindən sonra 

  müəllim əyani vəsaitə 
(plakatlar, sxemlər, elektron prezentasiyalar, videomaterial və s.) istinad edərək 
nəzəri materialı izah edə və şəkildəyişmələrin bitkinin yaşadığı ətraf mühitin təsiri 
ilə bağlı olduğunu  şagirdlərin diqqətinə çatdıra bilər. İşin nəticəsi aşağıda təqdim 
olunan
 
sxemlər formasında göstərilə bilər.  Şagirdlər sxemi dəftərdə qeyd edirlər. 
Hər şəkildəyişmə nümunəsinin altında ona misal olan bitkinin adı yazılır. Məsələn,  
 
 
 
 
Dərsdə qurulmuş sxemlərdən istifadə edərək şagirdlər cədvəli doldurur, zoğun 
yerüstü şəkildəyişmələri haqqında öyrəndikləri materialı ümumiləşdirirlər.  
 
1. Dərsliyin mətnindən istifadə edərək şəkildəki şəkildəyişmələri adlandırırlar, 
onların nə ilə bağlı olduqlarını izah edirlər. 
2. Düzgün variantı seçin:  noxud, kaktus, nepentes. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini təsvir 
edərkən səhvlərə yol verir.  
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini əsasən 
düzgün təsvir edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrini nümu-
nələr əsasında düzgün təsvir 
edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrinin müx-
təlifliyinin səbəblərinin az 
bir qismini təsvir edir. 
Bitkilərin yerüstü orqanları-
nın şəkildəyişmələrinin müx-
təlifliyinin səbəblərinin əsas 
qismini təsvir edir. 
Bitkilərin yerüstü 
orqanlarının  şəkildəyişmələ-
rinin müxtəlifliyinin səbəblə-
rini nümunələrlə təsvir edir
 
 
Şirəli gövdə          Tikan                   Bığcıq   
Kaktus               Yemişan                    Üzüm
Gövdənin şəkildəyişmələri 
Yarpaqların şəkildəyişmələri 
    Tikan  
_________ 
    Bığcıq 
_________ 
 “Tutucu orqan” 
____________ 
İynə 
_________
Pulcuq 
_________

 
68
III FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ 
 
1. “Artıq” sözü tapın və seçiminizi izah edin. 
 
 
 
 
2. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin. 
□  Əsas kök rüşeym kökcüyündən inkişaf edir. 
□  Soğan, sarımsaq və buğdada əsas kök yaxşı inkişaf etmişdir.   
□  Bitkinin torpaqda yerləşən bütün orqanları köklərdir. 
□  Əlavə köklər həm bitkinin gövdəsində, həm də yarpaqlarında yarana bilər. 
□  Buğda mil kök sisteminə malik olan bitkidir.  
 
3. Düzgün variantın altından xətt çəkin: 
1. Generativ tumurcuqdan çiçək/zoğ inkişaf edir.  
2. Tumurcuqlar xaricdən yarpaqcıqlarla/pulcuqlarla örtülmüşdür. 
3. Bitkinin generativ orqanı çiçəkdir/kökdür.  
4. Yarpağın gövdəyə birləşdiyi hissə buğum/buğumarası adlanır. 
 
 
4.  Gövdənin hissələrinin adlarını yazın. 
1. ________________ 
2. ________________ 
3. ________________ 
4. ________________ 
 
 
 
 
 
5.  Şəkildə göstərilən yarpaqlarda damarlanmanın növünü müəyyən edin. Şəkillərin 
altında müvafiq hərfləri qeyd edin. 
 
 
 
 
 
 
 
 
 
А – paralel;  В – qövsvari; С – torvari 
Yarpaq 
Kök 
Toxum 
Gövdə 
4

2


 
69
6. Verilən xüsusiyyətləri cədvəlin müvafiq sütunlarına əlavə edin:  
A) Hüceyrələr üst dəriciyə söykənir. 
B) Hüceyrələr dəyirmi və düzgün olmayan formada olur.  
C) Hüceyrələr bir-birinə sıx söykənir.  
D) Hüceyrələr uzunsov olur.  
E) Hüceyrəarası boşluqlar hava ilə dolu olur.  
F) Hüceyrələrin sitoplazmasında xloroplastlar xüsusilə çox olur. 
 
 
7. Kök üsküyündən  başlayaraq kökün zonalarının ardıcıllığını göstərin. 
 
А) Ötürücü zona 
В) Böyümə zonası 
С) Kök üsküyü 
D) Bölünmə zonası 
Е) Sorucu zona 
 
8. Hansılar zoğun şəkildəyişmələrinə aid deyil?  İki cavab seçin. 
А) Kökümsov 
В) Soğanaq  
С) Meyvəkök     
D) Kök yumruları  Е) Gövdə yumruları    
 
9. Şəkildə göstərilən orqanların şəkildəyişmələrini təyin edin. Bitkilərin və şəklini 
dəyişmiş orqanların adlarını  qeyd edin.  
 
 
 
 
 
      
 
 
 
 
_______________    _______________        ________________ 
 
10. Kök hansı funksiyanı yerinə yetirmir
А)  suyun və mineral maddələrin sorulmasını 
B)  qidalı maddələrin toplanması və saxlanılmasını 
C)  üzvi maddələrin istehsalında iştirak edir 
D)  bitkilərin çoxalmasında iştirak edir.
 
Yarpağın sütunvari toxuması Yarpağın süngər toxuması 
 
 
1 2 3 4 5 
 
 
 
 
 

 
70
4. BİTKİLӘRİN GENERATİV ORQANLARI 
 
 Dərs 28 / Mövzu 24:
 ÇİÇƏK 
 
 
 
 
Müəllim  şagirdlərin keçmiş  dərslərdən aldığı biliklərə  əsaslanaraq “Bitki 
orqanları” mövzusunda “Klasteri” doldurmağı təklif edə bilər. 
 
 
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış etməklə 
yanaşı, mətnaltı sualları müzakirə edə bilər.  
 Praktiki tapşırıq canlı bitkilər, herbari materialı, maket və ya model üzərində 
aparıla bilər.
 
Şagirdlərin cavabları çiçəyin hissələri haqqında biliklərə  əsaslanır. 
Onların cavabları lövhədə qeyd oluna bilər. Nəzəri material öyrənildikdən sonra isə 
bu cavablara qayıdıb lazımi düzəlişlər edilə bilər. 
 
 
Materialın həcmini, çoxlu sayda yeni anlayışların və terminlərin olduğunu  
nəzərə alaraq dərsin izahı zamanı plakat, sxem, maket, model, elektron təqdimatlar, 
videomateriallar və digər  əyani vəsaitlərdən fəal istifadə olunması tövsiyə edilir. 
Materialın vizual vəsaitlərdən istifadə olunaraq təqdim edilməsi onun qavrama 
effektivliyini artırır. Məlumatları öyrəndikcə  şagirdlər dəftərlərində  şəkil, sxem 
çəkir, qeydlər edirlər. Dərs zamanı  şagirdləri bioloji simvollarla
 tanış 
etməklə şəkilləri və sxemləri daha maraqlı etmək olar. Məsələn: 
 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Çiçəyin quruluşunu təsvir edir. 
  Birevli və ikievli bitkiləri təsvir edir.
 
 
 
Çiçəkli bitkilərin 
orqanları 
Vegetativ 


 
71
 
 
Şagirdlər cədvəli dəftərə köçürüb oxlarla müvafiq hissələri qeyd edirlər. Məs., 
 
 
 
1.  Şagirdlər dəftərdə  çəkilmiş Venn diaqramında ikiqat və sadə çiçəkyanlığı 
olan çiçəklərin oxşar və fərqli cəhətlərini qeyd edirlər. 
2. Şagirdlər verilən cədvəli dəftərlərinə köçürüb bitkinin orqanları və çiçək hissələ-
rinin adlarını müəyyən edirlər. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Çiçəyin quruluşunu təsvir 
edərkən səhvlərə yol verir.  
Çiçəyin quruluşunu əsasən 
düzgün təsvir edir. 
Çiçəklərin quruluşundakı 
fərqi düzgün təsvir edir. 
Birevli və ikievli bitkiləri 
sadalayır, təsvir etməkdə 
çətinlik çəkir. 
Birevli və ikievli bitkiləri 
təsvir edərkən kiçik səhvlərə 
yol verir. 
Birevli və ikievli bitkiləri 
nümunələr göstərməklə 
ətraflı təsvir edir. 
 
Kasa yarpaqları 
Sütuncuq 
Erkəkcik və dişicik 
Ləçəklər və dişi yarpaqları
Yumurtalıq 
Tozluq 
Erkəkcik saplağı 
Ağızcıq 
Çiçəyin əsas hissələri 
Çiçəkyanlığı  
Dişicik 
Erkəkcik 

 
72
Dərs 29 / Mövzu 25:
 ÇİÇƏK QRUPLARI 
 
 
 
 
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr 
verilmişdir. 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir və 
sualların müzakirəsini təşkil edir. Bu suallar üzrə aparılan müzakirələr növbəti 
tapşırığa şagirdlərin hazırlanmasını təmin etmiş olur. 

 Praktik işi yerinə yetirərkən  şagirdlər çiçək qrupu, uyğun bitkinin adı  və 
onun sxematik təsviri ilə tanış olaraq cədvəli doldururlar. Tapşırıq zamanı şagirdlər 
verilmiş şəkillərdən və mətndən istifadə edirlər. 
 Öyrənilən materialın özünəməxsusluğunu və tanışlıq xarakteri daşıdığını nəzərə 
alaraq işin kiçik qruplarda aparılması  və ya şagirdlər tərəfindən müstəqil 
öyrənilməsi  məqsədəuyğundur.  
1-ci tapşırığın cavabı.  
 
2. Praktik işi və növbəti tapşırığı yerinə yetirən zaman şagirdlərdə çiçək qruplarının 
növlərinin analizi, müqayisəsi vərdişləri formalaşır.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Çiçək qruplarını təsvir edir. 
  Çiçək qruplarının bitki üçün əhəmiyyətini izah edir.
 
 
 

 
73
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Çiçək qruplarının bir qismini 
təsvir edir. 
 
Çiçək qruplarını əsasən təsvir 
edir, lakin kiçik səhvlərə yol 
verir. 
Çiçək qruplarını tam olaraq 
təsvir edir. 
 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini müəllimin 
köməyi ilə izah edir. 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini izah edərkən 
kiçik səhvlərə yol verir. 
Çiçək qruplarının bitki üçün 
əhəmiyyətini ətraflı izah edir. 
 
 
Dərs 30 / Mövzu 26:
 TOXUMUN QURULUŞU 
 
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki tarixi faktla tanış edir. 
Motivasiya mərhələsinin sonunda “Sizcə, yaşıllığın yenidən bərpa olunmasına 
səbəb nə idi?” sualı ilə müraciət edir. Müəllim “Klaster” metodundan istifadə 
edərək insanın toxumlardan istifadə etməsi barədə  şagirdlərin biliklərini üzə 
çıxarır. Məsələn
,  
 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Birləpəli və ikiləpəli bitkilərin toxumlarının quruluşunu təsvir 
edir. 
 
 

 
74
– 
Bitkilərin toxumları harada əmələ  gəlir? Onların funksiyası  nədir? Niyə 
toxumları öyrənmək lazımdır?  
Bu suallar üzrə aparılan müzakirələr  şagirdlərin növbəti tapşırığa hazırlanmasını 
təmin etmiş olur. 
 Praktik  işi  şagirdlərin müstəqil və ya cütlərlə yerinə yetirməsi mümkündür. 
Təcrübəyə hazırlıq həm müəllim, həm də  şagirdlər tərəfindən aparıla bilər.  İş 
zamanı  hər mərhələnin nəticəsi müzakirə olunur, suallara cavablar lövhədə qeyd 
edilir.  İşin sonunda şagirdlər dəftərlərində qara karandaşla toxumun şəklini 
çəkirlər.  Praktik iş  nəticəsində müəllim  əlavə suallarla şagirdləri belə  nəticəyə  
istiqamətləndirə bilər: “Toxum qabığı rüşeymi qurumaqdan və müxtəlif zədələrdən 
qoruyur. Toxum qabığının altında rüşeym yerləşir. O, iki ləpə yarpağından və 
onların arasında yerləşən kökcükdən, gövdəcikdən və tumurcuqdan ibarətdir”.  
 Praktik işin sonunda şagirdlər dəftərlərində buğda toxumunun şəklini çəkirlər,  
lobya toxumu ilə müqayisə edirlər. 
,
 Materialın mürəkkəbliyini, çoxlu sayda yeni anlayışların və terminlərin 
olduğunu nəzərə alaraq dərsin izahı zamanı əyani vəsaitlərdən (plakatlar, sxemlər, 
maketlər, modellər, elektron təqdimatlardan və videomateriallardan) fəal istifadə 
etmək tövsiyə olunur. Materialın vizual vəsaitlərdən istifadə edilərək təqdim 
olunması onun qavranmasını daha məhsuldar edir. Mətnin oxunmasında “Fasiləli 
oxu” üsulunu da tətbiq etmək olar. Dərsi izah etdikcə şagirdlər şəkillərə müraciət 
edir, lazım gəldikdə müvafiq qeydlər aparırlar.
 
İşin nəticəsi  şagirdlərin dəftərdə 
qeyd etdiyi sxem şəklində ola bilər. Məsələn,  
 
 
 
Endospermin  əhəmiyyətini izah edəndə müəllim  şagirdin diqqətini ikiləpəli 
bitkilərin toxumlarının oxşar və  fərqli cəhətlərinə yönəldir.  İkiləpəlilərdə ehtiyat 
qida maddələri həm endospermdə, həm ləpə yarpaqlarında (lobya), rüşeym 
kökcüyündə və  rüşeym gövdəciyində ola bilər.  
 Birləpəli bitkilərin toxumunun quruluşu haqqında olan laboratoriya işindən, 
dərsin izahından və müəllimin suallarından sonra şagirdlər müstəqil olaraq birləpəli 
bitkilərin toxumlarının quruluşunu əks etdirən sxem (birinci sxemə oxşar) qururlar. 
Müəllim müxtəlif suallar verə bilər. Məsələn,
  
– Lobya toxumu ilə buğda dəni üçün ümumi olan nədir? (Toxumun toxum qabığı, 
rüşeymi və ehtiyat qida maddələri olur) 

 
75
– Bəs onların fərqi nədədir? (Lobya  toxumunda  tərkibində ehtiyat qida maddələri 
olan iki ləpə yarpağı var, buğda dəni isə birləpəlidir və ehtiyat qida maddələri 
endospermdə toplanır, birləpəlilərin toxum qabığı meyvəyanlığına bitişir və onu 
ayırmaq mümkün deyil) 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıqda  şagirdlər dərs  ərzində 
aldıqları məlumatlara əsaslanaraq cədvəli doldururlar. 
2. Şəkildə noxud toxumun bu un hissələri göstərilmişdir: 1. Rüşeym gövdəciyi. 2. 
Rüşeym tumurcuğu. 3. Rüşeym kökcüyü. 4. Toxum qabığı. 5. Ləpə yarpaqları. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
Birləpəli və ikiləpəli bitkilə-
rin toxumlarının quruluşunu 
sistemsiz təsvir edir. 
Birləpəli və ikiləpəli bitkilə-
rin toxumlarının quruluşunu 
təsvir edir, amma qeyri-
dəqiqliyə yol verir. 
Birləpəli və ikiləpəli 
bitkilərin toxumlarının 
quruluşunu ətraflı təsvir edir. 
 
 
 
 
Dərs 31 / Mövzu 27:
 MEYVƏ  
 
 
 
 
 
 Müəllim dərsə “Anlayışın çıxarılması” metodu ilə başlaya bilər.  
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
 
 
Dərsin
Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin