Zəif
Orta
Yüksək
Heyvanların orqanlar sistem-
lərinin az bir qismini sadala-
yır, quruluşunu təsvir edə
bilmir.
Heyvanların orqanlar sistem-
lərini sadalayır, quruluşunu
təsvir edərkən kiçik səhvlərə
yol verir.
Heyvanların orqanlar sistem-
lərini, quruluşunu ətraflı
təsvir edir.
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını sadala-
maqda çətinlik çəkir.
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını əsasən
düzgün sadalayır.
Heyvanların orqanlar sistem-
lərinin funksiyalarını düzgün
sadalayır.
53
II FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Uyğunluğu müəyyən edin.
2. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin.
□ Bakteriyalar bizim planetin ən qədim sakinləridir.
□ Bakteriyaların hüceyrə divarı heyvan hüceyrəsinin qılafı ilə oxşardır.
□ Parazit bakteriyalar digər canlı orqanizmin bədənində yaşayırlar.
□ Əlverişsiz şəraitdə bakteriyalar spor əmələ gətirir.
□ Bütün bakteriya hüceyrələrinin nüvəsi var, yəni onlar eukariotlardır.
3. Hüceyrənin bölünməsi zamanı baş verən proseslərin ardıcıllığını müəyyən edin:
A) İkiləşmiş xromosomların hüceyrənin qütblərinə çəkilməsi
B) Qız hüceyrələrin əmələ gəlməsi
C) Sitoplazmanın bölünməsi
D) Nüvənin formalaşması
E) Xromosom sayının iki dəfə artması
4. Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.
1. Fotosintez nəticəsində əmələ gələn üzvi maddələr kökə ... vasitəsilə çatdırılır.
2. Su və suda həll olmuş mineral maddələr kökdən gövdəyə və digər orqanlara
... vasitəsilə ötürülür.
3. Yarpağın üstünü örtən dəricik ... toxumasından təşkil olunub.
4. Yarpağın lətini əsasən ... toxuma təşkil edir.
Açar sözlər: əsas toxuma, borular, ələyəbənzər borucuqlar, örtük.
5. Düzgün variantın altından xətt çəkin:
1. Birhüceyrəli heyvan infuzor-tərlik kirpikciklərin/qamçıların köməyi ilə
hərəkət edir.
2. Volvoks çoxhüceyrəli/koloniya halında yaşayan orqanizmdir.
3. Amyöbün hərəkəti yalançı ayaqlar/kirpikciklər vasitəsilə baş verir.
4. Birhüceyrəli heyvanlar oksigeni bütün bədən səthi ilə/ ifrazat vakuolu ilə
alırlar.
6. Əgər okulyarın üzərindəki ədəd 20, obyektivin üzərindəki ədəd 25-dirsə,
mikroskop əşyanın görüntüsünü neçə dəfə böyütmüş olar?
A) 45
B) 50
C) 500
D) 5000
1
2
3
4
5
Hüceyrə divarı
Sitoplazma
Nüvə
Vakuol
Xloroplast
Tərkibində xlorofil olan yaşıl plastid
Möhkəmdir, hüceyrəyə müəyyən forma verir,
möhtəviyyatını qoruyur
İçərisində hüceyrə şirəsi olan sitoplazmada yerləşən boşluq
İçərisində hüceyrənin digər hissəcikləri yerləşən, rəngsiz,
özlü maddə
Tərkibində hüceyrə haqqında məlumat saxlanılır
54
7. Toxumaları quruluş xüsusiyyətlərinə və funksiyalarına müvafiq uyğunlaşdırın.
8. Cümlələrdəki səhvləri düzəldin:
Dayaq-hərəkət sistemini skelet və qan təşkil edir. Balıqlar ağciyərlər vasitəsi ilə
tənəffüs edir. İfrazat sisteminə mədə, sidik axarları, sidik kisəsi və sidik kanalı
aiddir. Onurğalı heyvanların sinir sistemi yalnız baş beyin və sinirlərdən təşkil
olunub. Həzm sistemi orqanizmdə qaz mübadiləsini təmin edir.
9. Uyğunluğu müəyyən edin :
I. Örtük toxuması A) Digər toxumaların əmələ gəlməsində iştirak edir.
II. Mexaniki toxuma B) Maddələrin yaranmasında və ehtiyat halında
toplanmasında iştirak edir.
III. Ötürücü toxuma C) Hüceyrə qılafları oduncaqlaşmışdır.
IV. Əsas toxuma D) Su və qidalı maddələrin daşınmasında iştirak edir.
V. Törədici toxuma E) Kökün, gövdənin, yarpağın üzərini örtür.
10. İfrazat sisteminin orqanları hansı bənddə göstərilmişdir?
А) Mədə, bağırsaq, qəlsəmələr
В) Böyrəklər, sidik axarları, bağırsaq
С) Böyrəklər, sidik axarları, sidik kisəsi
D) Böyrəklər, qida borusu, mədə
Е) Qida borusu, böyrəklər, bağırsaq
Epiteli
Birləşdirici
Əzələ
Sinir
Toxumalar
Quruluş xüsusiyyətləri
Funksiyaları
Bu toxuma liflərdən təşkil
olunmuşdur.
Hüceyrələri bir-birindən aralı
yerləşir, hüceyrəarası maddə-
si yaxşı inkişaf etmişdir.
Hüceyrələri bir və ya bir neçə
cərgədə olub sıx yerləşir.
Qısa və uzun çıxıntılara
malik olan hüceyrələri var.
Hərəki
Qurumaqdan, mikrob-
lardan, mexaniki zədə-
lərdən qorumaq
Dayaq, müdafiə,
nəqliyyat
Qıcıqların qəbulu və
ötürülməsi
55
3. BİTKİLӘRİN VEGETATİV ORQANLARI
Dərs 18 / Mövzu 16:
ÇİÇƏKLİ BİTKİLƏRİN ƏSAS ORQANLARI
Mətn və suallar müzakirə olunduqdan sonra müəllim mövzuya keçməzdən
əvvəl orqanın tərifini yada salmağı təklif edir. Bu müzakirələr növbəti tapşırığa
şagirdlərin hazırlanmasını təmin etmiş olur.
Praktik işin yerinə yetirilməsi də şagirdlərdə orqanlar və onların yerinə
yetirdiyi funksiyalar haqqında ilkin biliklərə əsaslanır. Bu tapşırığı bütün siniflə
birlikdə yerinə yetirmək və lövhədə yerləşdirilmiş çiçək şəkli üzərində şagirdlərin
cavabını qeyd etmək tövsiyə olunur.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər:
Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur. Fasilələr zamanı
müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş və qabaqcadan hazırlanmış
müvafiq suallar verir. Suallar həm sistemin quruluşunu, həm onun funksiyalarını
əhatə etməlidir. Məsələn, «Bitkinin hansı orqanları vegetativ (generativ) orqanlara
aiddir?”, “Niyə əksər bitkilər köksüz yaşaya bilmir?” Yeni məlumatla tanış olduqca
aşağıdakı cədvəli doldurmaq olar.
Cədvəldə bitkinin vegetativ və generativ orqanları qeyd edilir.
Tapşırıqların cavabları belədir:
1. 1 – f; 2 – b; 3 – a; 4 – c; 5 – e; 6 – d.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Çiçəkli bitkilərin orqanlarını təsvir edir.
Bitkinin generativ və vegetativ orqanlarını xüsusiyyətlərinə
görə fərqləndirir.
Bitki orqanları arasında olan əlaqələri təsvir edir.
Bitki orqanları Quruluşu Funksiyası
Vegetativ orqanlar
Generativ orqanlar
56
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Çiçəkli bitkilərin orqanlarını
sadalayır, təsvir etməkdə
çətinlik çəkir.
Çiçəkli bitkilərin orqanlarını
sadalayır, əsasən düzgün
təsvir edir.
Çiçəkli bitkilərin orqanlarını
sadalayır, dolğun təsvir edir.
Bitki orqanlarını fərqləndirir,
onların arasında olan
əlaqələri təsvir edə bilmir.
Bitki orqanlarını fərqləndirir,
onların arasında olan əlaqə-
ləri müəllimin köməyi ilə
təsvir edir.
Bitki orqanlarını fərqləndirir,
onların arasında olan əlaqə-
ləri nümunələrlə göstərir.
Dərs 19 / Mövzu 17:
ZOĞ VƏ TUMURCUĞUN QURULUŞU.
TUMURCUĞUN İNKİŞAFI
Mətndən sonra verilən sualların məqsədi şagirdlərin bitkinin hansı orqanlarını
tanıdıqlarını, onların quruluş və funksiyası haqqında hansı biliklərə malik olduqla-
rını müəyyən etməkdir.
Praktik işi şagirdlər hər hansı bitki zoğu üzərində aparırlar. Bunun üçün
müəllim qabaqcadan şagirdlərə dərsə hər hansı bir zoğun gətirilməsini tapşıra bilər.
Şagirdlər müşahidələri ilə bölüşdükdən sonra müəllim zoğun müəyyən hissəsini
göstərərək onun adını soruşa bilər. Şagirdlər zoğun şəklini dəftərlərində çəkərək,
müvafiq qeydlər edirlər.
Mətni şagirdlər müstəqil olaraq oxuyub təhlil edə bilərlər. Müəllim müxtəlif
suallar verməklə şagirdlərin oxuduqları mətni mənimsəməyə kömək edə bilər. Mə-
sələn, “Zoğun üzərində necə tumurcuqlar ola bilər?”, “İlin soyuq fəsillərində tu-
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Zoğun və tumurcuğun quruluşunu təsvir edir.
Tumurcuğun inkişaf prosesini təsvir edir.
57
murcuğu qoruyan nədir?”, “Böyümə konusu nədir?”, “Tumurcuqlar zoğ üzərində
necə yerləşir?”, “Tumurcuqların quruluşu necədir?” və s. suallar verilə bilər.
Şəkil və nəzəri məlumatdan istifadə etməklə yanaşı, şagirdlər tumurcuğun
inkişaf mərhələlərinin ardıcıllığını dəftərlərində qeyd edirlər:
tumurcuqlar şişir – tumurcuğun daxilində yarpaq və buğumaraları böyüyür –
tumurcuq pulcuqları aralanır və cavan zoğun yarpaqları görünür – tumurcuğun
açılmasından sonra tumurcuq pulcuqları tökülür – yeni zoğ (çiçək) inkişaf etməyə
başlayır.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqları yerinə yetirərkən
şagirdlər tumurcuğun quruluşunu bir daha yada salırlar. 2-ci tapşırıq şagirdlərdə
həm vegetativ və generativ tumurcuqlar haqqında bilikləri yoxlamağa, həm də
onları fərqləndirməyə imkan verir.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Zoğun və tumurcuğun quru-
luşunu tam təsvir etməkdə
çətinlik çəkir.
Zoğun və tumurcuğun quru-
luşunu təsvir edərkən kiçik
səhvlərə yol verir.
Zoğun və tumurcuğun quru-
luşunu düzgün izahlı təsvir
edir.
Tumurcuğun inkişaf prose-
sini çətinliklə təsvir edir.
Tumurcuğun inkişaf prose-
sini müəllimin köməyi ilə
təsvir edir.
Tumurcuğun inkişaf prose-
sini düzgün təsvir edir.
Dərs 20 / Mövzu 18:
GÖVDƏNİN DAXİLİ QURULUŞU
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar
aparır.
Dərsin
MƏQSƏDİ
Gövdənin daxili quruluşunu təsvir edir.
Gövdənin daxili quruluşunu təşkil edən toxumaların yerinə
yetirdiyi funksiyaları təsvir edir.
İllik həlqələrinə görə ağacın yaşını hesablayır.
58
Tarixi faktla tanış olduqdan sonra müəllim keçilmiş dərslərdə qazanılan
biliklərə əsaslanaraq sinfə müxtəlif suallarla müraciət edə bilər. Məsələn, “Gövdə
hansı funksiyanı yerinə yetirir?”, “Bu funksiyaları yerinə yetirmək üçün gövdənin
tərkibində hansı toxumalar olmalıdır?” və s. Şagirdlərin cavabları müzakirə olunur.
Bu paraqrafda təqdim olunan praktik işlərin hamısı təbii obyektlərin
müşahidəsinə əsaslanıb. Gövdənin quruluşunun mərhələli öyrənilməsi zamanı
nəticələrin qeyd olunması nəzəri materialın qavranmasını daha məhsuldar edir.
Praktik işin müzakirəsindən sonra plakat, elektron təqdimat, videomaterial və
digər əyani vasitələrdən istifadə edərək müəllim nəzəri materialı izah edir.
Materialı öyrəndikcə “Gövdənin daxili quruluşu” adlı cədvəl tədricən doldurulur.
Gövdənin qatlarını və quruluş prinsipini öyrəndikcə cədvələ müvafiq qeydlər edilir.
Bu mexanizm şagirdlərdə müqayisə vərdişlərinin daha da inkişaf etməsinə kömək
edir. Məsələn,
Gövdənin qatları və
strukturları
Toxuma Hüceyrələrin xüsusiyyətləri Funksiya
Dəricik
Örtük
Bir qatda yerləşmiş canlı hüceyrələr Müdafiə
Praktik işi yerinə yetirdikdən sonra şagirdlər gördüklərini qeyd edir, nəticə
çıxarır və dəftərə yazırlar
.
“Öyrəndiklərinizi tətbiq edin” hissəsində qurduqları cədvələ və dərslikdəki şəklə
istinad edən şagirdlər gövdənin qatlarının adını dəftərdə yazırlar.
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki tapşırıqların cavabları belədir:
1. 1 – A; 2 – D; 3 – C; 4 – B; 5 – E.
2. Səhv fikirləri doğruya çevirin:
1. Gövdənin ən enli hissəsi oduncaqdır.
3. Mantar ağacın qabığına aiddir.
5. Gövdəni xarici təsirlərdən qoruyan qabıqdır.
59
Qiymətləndirmə meyarları:
Təsviretmə
Hesablama
Zəif
Orta
Yüksək
Gövdənin daxili quruluşunu
təsvir edərkən səhvlərə yol
verir.
Gövdənin daxili quruluşunu
şəkil əsasında təsvir edir.
Gövdənin daxili quruluşunu
düzgün təsvir edir.
Gövdənin daxili quruluşunu
təşkil edən toxumaların
yerinə yetirdiyi funksiyaları
təsvir etməkdə çətinlik çəkir.
Gövdənin daxili quruluşunu
təşkil edən toxumaların yeri-
nə yetirdiyi funksiyaları mü-
əllimin köməyi ilə təsvir edir.
Gövdənin daxili quruluşunu
təşkil edən toxumaların
yerinə yetirdiyi funksiyaları
tam olaraq təsvir edir.
İllik həlqələrinə görə ağacın
yaşını hesablayarkən səhvlə-
rə yol verir.
İllik həlqələrinə görə ağacın
yaşını əsasən düzgün hesab-
layır.
İllik həlqələrinə görə ağacın
yaşını düzgün hesablayır.
Dərs 21 / Mövzu 19:
YARPAĞIN XARİCİ QURULUŞU.
YARPAQLARIN DÜZÜLÜŞÜ
Mətnlə tanış olduqdan sonra şagirdlərin həyati biliklərini nəzərə alan müəllim
məktəblilərin bunu necə müəyyən etdiklərini soruşa bilər. Müəllim şagirdləri
suallar vasitəsilə tinglərin gövdəsinə, yarpaq və ya çiçəklərinə görə müəyyən
etməyin mümkün olduğu fikrinə istiqamətləndirə bilər.
,
,
Paraqrafda nəzəri məlumatları öyrənən zaman praktik tapşırıqların ye-
rinə yetirilməsi herbari nümunələri və ya otaq bitkilərinin yarpaqlarının üzərində
aparılır. Müəllimə obyekt kimi elə yarpaqları seçmək tövsiyə edilir ki, onlar forma-
sına, damarlanmasına və başqa əlamətlərinə görə müxtəlif olsun.
Şagirdlər nəzəri materialı cütlərdə işləyərək müstəqil öyrənirlər. Praktik işin
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Yarpağın xarici quruluşunu təsvir edir.
Yarpaqların zoğ üzərində düzülüşünü və damarlanmasını təs-
vir edir.
60
mərhələli yerinə yetirilməsi 2–3 təbii yarpaq və dərslikdəki şəkillər üzərində
aparılır. Dərsin əvvəlindən müəllim bu işi müəyyən plan üzrə aparmağı məsləhət
görür. Bunun üçün aşağıdakı sualları cavablandırmaqla cədvəl tədricən doldurula
bilər.
1. Bu yarpağın yarpaq ayasının forması necədir?
2. Yarpağın kənarının forması necədir?
3. Yarpaq zoğa nə cür birləşir? (saplaq ilə, yoxsa oturaq)
4. Yarpağın neçə ayası var? Sadə, yoxsa mürəkkəb yarpaqdır?
5. Yarpağın damarlanması necədir?
6. Bitkidə yarpağın düzülüşü necədir? (əgər şagirdlər bitkinin zoğunu
müşahidə edə bilirlərsə)
Şagirdlərin müşahidələrinin nəticəsi aşağıdakı cədvəl formasında təqdim oluna
bilər:
Bitki Yarpaq
ayalarının
forması
Saplağın olub-
olmaması
Yarpaq
ayalarının
sayı
Damarlanma
tipi
Yarpaq düzülüşü
Müəllim dərslikdə verilmiş tapşırıqdan əlavə, müxtəlif tapşırıqlar da verə bilər.
Bu tapşırığı yerinə yetirdikdə şagird dərsdə öyrəndiyi bilikləri tətbiq edərək müxtə-
lif əlamətlərinə görə yarpaqları müqayisə edir və sxemləri doldurur.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Yarpağın xarici quruluşunu
təsvir edərkən səhvlərə yol
verir.
Yarpağın xarici quruluşunu
əsasən düzgün təsvir edir.
Yarpağın xarici quruluşunu
nümunələrlə təsvir edir.
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını
təsvir edərkən səhvlərə yol
verir.
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını
müəllimin köməyi ilə təsvir
edir.
Yarpaqların zoğ üzərində dü-
zülüşünü və damarlanmasını
nümunələrlə təsvir edir.
61
Dərs 22 / Mövzu 20:
YARPAĞIN HÜCEYRƏVİ QURULUŞU
Motivasiya suallarının müzakirəsindən sonra müəllim lövhədə BİBÖ cədvəlini
çəkir:
Bilirəm
İstəyirəm biləm Öyrəndim
1-ci sütun yazıldıqdan sonra şagirdlər motivasiya suallarını oxuyaraq 2-ci sütunu
doldururlar. Əlavə suallar olarsa, onları da eyni şəkildə həmin sütuna əlavə etmək
mümkündür. Bu mərhələ praktik işin yerinə yetirilməsinə zəmin yaradır.
Müəllimin seçimindən asılı olaraq praktik iş hazır preparatlarla və ya müvafiq
tablo əsasında aparıla bilər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə
aparılır.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” üsulu ilə aparıla bilər.
Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur. İzahat zamanı
müəllimin əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğundur. Fasilələr zamanı
müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş və qabaqcadan hazırlanmış
müvafiq suallar verir. Məsələn, “Şəffaf dəricik nəyi təmin edir?”, “Əksər bitkilərin
yarpağının alt səthinin dəriciyi nə ilə fərqlənir?”, “Ağızcıqların nə əhəmiyyəti
var?”, “Dəricik altında yerləşən hüceyrələrin rəngi, forması, yerləşməsi necədir?”,
“Sütunvari və süngərvari toxumaların hüceyrələri haqqında nə demək olar?”
və s.
Şagirdlərə xatırlatmaq lazımdır ki, suallarına cavab axtarsınlar və yeni, onlara
məlum olmayan məlumatları qeyd etsinlər.
Müşahidələrinə əsaslanaraq şagirdlər sualları cavablandırırlar, müzakirələrdən son-
ra müəllim şagirdlərlə birlikdə BİBÖ cədvəlinin “Öyrəndim” sütununu tamamlayır.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Yarpağın daxili quruluşunu təsvir edir.
Yarpağı təşkil edən toxumaların yerinə yetirdiyi funksiyaları
təsvir edir.
62
Bu mərhələdə şagirdlər biliklərini tətbiq edərək yarpağın daxili quruluşu ilə
tərkibinə daxil olan toxumalar arasında qarşılıqlı əlaqələri təyin edir və cədvəli
doldururlar. Yarpaq toxumalarının funksiyaları isə şifahi müzakirə olunur.
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların düzgün cavabları belədir:
1. Səhv fikirləri düzəldin.
– Dəricik örtük toxumaya aiddir.
– Ağızcıqlar yarpaq dəriciyində yerləşir.
– Yarpaq damarları borucuqlardan, ələyəbənzər borulardan və mexaniki liflərdən
ibarətdir.
– Borucuqlarla su və mineral duzlar ötürülür.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Yarpağın daxili quruluşunu
çətinliklə təsvir edir.
Yarpağın daxili quruluşunu
təsvir edərkən kiçik səhvlərə
yol verir.
Yarpağın daxili quruluşunu
düzgün izahlı təsvir edir.
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funksi-
yaları çətinliklə təsvir edir.
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funksi-
yaların əsas qismini təsvir
edir.
Yarpağı təşkil edən toxuma-
ların yerinə yetirdiyi funk-
siyaları dolğun təsvir edir.
Dərs 23 / Mövzu 21:
KÖKÜN QURULUŞU. KÖKÜN NÖVLƏRİ VƏ
SİSTEMLƏRİ
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Kökün quruluşunu təsvir edir.
Kök zonalarının yerinə yetirdiyi funksiyaları təsvir edir.
Kök növlərini və kök sistemlərini sadalayır.
63
Müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur. Sonra sualları nəzərə
alaraq müəllim şagirdlərə təqdim edilən sxemi doldurmağı tapşırır. Bu iş bütün
siniflə yerinə yetirilə bilər.
Şagirdlər sxemlə işləyərkən “Kökün növləri” və “Kökün quruluşu” haqqında
kifayət qədər məlumatları olmadıqlarından sxemi tam doldura bilməyəcəklər. Bu
nəticə “Fəaliyyət” mərhələsinə keçidi təmin edir.
,
Paraqrafdakı hər iki praktik iş mövcud olan təbii obyektlərin müşahidəsi
üzərində qurulub. Kökün quruluşunun mərhələli öyrənilməsi və nəticələrin qeyd
olunması nəzəri materialın məhsuldar qavranmasını təmin edir. İşin gedişi və
müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər,
elektron təqdimatlar, videomaterial və digər əyani vəsaitlərdən istifadə edərək
nəzəri materialı izah edə bilər. İzahatın gedişində cədvələ qeydlər olunur. Məsələn:
Kökün
zonaları
Toxumalar
Hüceyrələrin quruluş
xüsusiyyətləri
Funksiyaları
1. Bölünmə
zonası
Törədici Nazik
qılaflı kiçik
hüceyrələr
Məhv olmuş hüceyrələrin
yenilənməsi
2) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa
hissəsinədək
abzaslara bölünmüş mətn və cədvəlin müvafiq hissəsi verilir. Mətn və ya şəkillər
müəllim tərəfindən də hazırlana bilər.
Hazır cədvəl nəzərdən keçirilir, nəticələr müzakirə olunur. Cədvəl sonrakı tapşırıq-
ların müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edir.
Şagirdlər müşahidələr əsasında əsas, yan və əlavə kökləri aşkarlayaraq,
müqayisə edirlər. Bu iş dərsin sonuncu nəzəri hissəyə keçidi təmin edir.
Tətbiq zamanı kökün xarici quruluşuna aid olan anlayışlar arasında əlaqə yaratmaq
tapşırılır.
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki sualların cavablarını şagirdlər dəftərlərin-
də yazırlar.
Növləri
Dostları ilə paylaş: |