Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   16

 
 
Dərsin 
MƏQSƏDİ 
  İl  ərzində  əldə etdiyi bioloji biliklərdən müxtəlif həyati 
problemlərin həllində istifadə edir.  
  Bioloji biliklərin əhəmiyyətini izah edir. 

 
143 
“Ekoloqlar”. Respublikada ekoloji vəziyyət necədir? Ekoloji vəziyyəti yaxşılaş-
dırmaq üçün respublikada hansı  tədbirlər görülür? Siz bu məqsədlə 
hansı tədbirləri təklif edə bilərsiniz? 
“Pəhriz həkimləri” (“Dietoloqlar”). Sağlam qidalanma nə deməkdir? Sağlam 
qidalanmaq qaydalarına riayət etmək üçün yoldaşlarınıza hansı 
tövsiyələr verə bilərsiniz ? 
“Həkimlər”. Canlı orqanizmlər insanda hansı  xəstəlikləri törədə bilər? Bununla 
əlaqədar hansı profilaktik tədbirlər təklif edə bilərsiniz? 
“Dizaynerlər”. Dekorativ bitkilər insan həyatına necə təsir göstərir? Otağı və ya 
hər hansı bir sahəni bitkilərlə  bəzəmək üçün hansı tövsiyələri verə 
bilərsiniz? Konkret bir otağın, məsələn, sinif otağının bitkilərlə 
bəzədilməsinin dizaynını verin.  
“Baytarlar”. Ev heyvanlarına necə qulluq etmək lazımdır? Evdə heyvan saxlamaq 
istəyən insanlara nə kimi tövsiyələriniz olardı? 
İşlərin nəticələri təqdimat, divar qəzeti, buklet və ya yaddaş kitabçası formasında 
təqdim oluna bilər. 

 
144
VIII FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
 
1. Mədəni bitkilərin adını cədvəlin müvafiq xanasında qeyd edin: 
 
Dənli bitkilər Bostan 
bitkiləri Meyvə və giləmeyvə 
bitkiləri 
Ədviyyə bitkiləri 
 
 
 
 
 
Alma, buğda, qabaq, arpa, zəfəran, albalı, çovdar, zəncəfil, çiyələk, qarpız, ərik, 
yemiş, qarğıdalı, xardal. 
 
2. Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.  
a) Müalicə məqsədilə ............................... saçaqlarından istifadə edirlər. 
b) .................................. dərman bitkisi olsa da, o, zəhərlənməyə səbəb ola bilər. 
c) Yabanı dərman bitkilərinə ..................................... aiddir. 
d) ................... meyvələri böyrək xəstəliklərinin müalicəsi üçün istifadə olunur. 
Açar sözlər: b
ağayarpağı, qarğıdalı, dəmirov otu, itburnu. 
 
 
3. Şəkillərdə təsvir olunanlardan hansılar bitki mənşəlidir?  
 
 
4. Düzgün variantın altından xətt çəkin. 
1. 
Güman olunur ki, müasir qaramal cinsləri olan inək və camışlarn  əcdadı o 
dövrlərdə yaşamış Avropa və Asiya turu/tarpan olmuşdur. 
2. İnsanın
 əhliləşdirdiyi canlılar arasında kələm kəpənəyi/bal arısı mühüm yer 
tutur. 
3.  İnsan çiy süd içdikdə  və ya duzsuz pendir yedikdə  vərəmlə/brusellyozla 
xəstələnir. 
4. Azərbaycanda əsasən minik atları – Qarabağ/Prjevalski atı yetişdirilir.   
 
5. Uyğunluğu müəyyən edin: 
 
 
 
 
 
   
 
 
 
Gənə
Malyariya paraziti
İnsan askaridi
Birə
Bit
Tripanosom
Uşaq bizquyruğu
Qaraciyər sorucusu
Dizenteriya amyöbü
Xarici parazitlər
Daxili parazitlər

 
145 
6. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin. 
□  İnsanın gün ərzində qəbul etdiyi qida onun qida rasionu adlanır. 
□  Vitaminlər, mineral maddələr və su qida maddələri adlanır. 
□  Qida piramidasının  əsasını ən çox yeyilən yarma və un məhsulları təşkil 
etməlidir. 
□  Karbohidrat, zülal və yağlar qeyri-üzvi maddələrə aiddir. 
□  Vitaminlər nizamlayıcı rolunu oynayır, orqanizmin böyüməsini və normal 
inkişafını təmin edir. 
 
7. Bitkilərin adlarını sxemin müvafiq hissəsində yerləşdirin: 
kalanxoe, yonca, şəkər çuğunduru, jenşen, hibiskus, qızılgül, murdarça, tütün 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
8. Cümlələri tamamlayın: 
  Otaq bitkisinin kökünə havanın daha yaxşı keçməsi üçün ...   
  Otaq bitkisinin yarpaqlarını nəm əsgi ilə ...  
  Otaq bitkiləri otaq temperaturunda olan ...    
  Ev heyvanlarına profilaktik tədbir olaraq ...             
  Ev heyvanları ilə təmasda olarkən ...  
 
9. Yuxu xəstəliyini törədən orqanizm hansıdır?  
A) Dizenteriya amyöbü  
 
B) Malyariya ağcaqanadı       
C) 
Tripanosom 
 
  D) 
Qoturluq 
gənəsi 
 
10. Sadalanan hansı orqanizmlərdən insan zəhərlənə bilər? 
 
A) Yalançı tülküqulağı, yemişan, murdarça 
B) Maya göbələkləri, solğun əzvay, dəlibəng 
C) Xanımotu, quşüzümü, solğun əzvay   
D) Kəklikotu, dəmirov otu, sürvə 
 
Mədəni 
bitkilər 
Texniki bitkilər: 
Yem bitkiləri: 
Dekorativ 
bitkilər: 
Dərman bitkiləri: 

 
146
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR
 
 
Dərs 3 / Mövzu 3:
 CANLI ORQANİZMLƏRİN  ƏSAS    
   XÜSUSİYYƏTLƏRİ 
 
 
DƏRSİN GEDİŞİ 
 
MOTİVASİYA  
Lövhədə şəkillər nümayiş etdirilir.  
 
 
 
Müəllim sinfə müraciət edir: 
– Burada nə əks olunub? (təbii varlıqlar) 
– Bu varlıqları necə qruplaşdırmaq olar?  
– Aşağıdakı sxemdə bu varlıqları qruplaşdıraraq, “?”  
işarəsi olan çərçivələri adlandırın.  (Təbiət, canlı 
təbiət və cansız təbiət) 
 
Tədqiqat sualı:
 Canlı orqanizmləri cansızlardan hansı  əlamətlərə görə  fərq-
ləndirmək olar? Canlılarda hansı bioloji proseslər gedir? 
 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri 6 kiçik qrupa bölür. O, qrupların hər bi-
rinə  dərsliyin “Fəaliyyət” hissəsindəki tapşırığın və  dərslikdəki mətnin müvafiq 
parçası olan iş vərəqlərini verir. Tapşırığın əsas məqsədi bu hadisələrin canlıların 
həyatında  əhəmiyyətini və  həyat üçün zəruriliyini  şagirdlərin başa düşdükləri sə-
viyyədə izah etməkdir.  
Alt  
STANDARTLAR  
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır  
 
 
DƏRSİN MƏQSƏDİ
 Canlı orqanizmlərin əsas xüsusiyyətlərini təsvir edir  
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan 
İŞ ÜSULLARI 
Beyin həmləsi, kiçik mühazirə, təqdimat, kiçik qruplarda 
müzakirə 
 
 
İNTEQRASİYA 
F-1.1.2; 1.1.4 
 
 
RESURSLAR 
İş vərəqləri, şəkillər, kompüter, proyektor, dərslik 

 
147 
Tapşırıq: Şəkildə hansı hadisə əks olunmuşdur? Bu hadisə canlı orqanizmin hansı 
xüsusiyyətinə aiddir və canlı üçün hansı  əhəmiyyəti var? Cavablarınızı  cədvəldə 
qeyd edin. 
 
 
Şəkildə təsvir olunan hadisə Canlılar üçün 
əhəmiyyəti  
Xüsusiyyət 
1  
 
 
 
 
1-ci qrupa verilən mətn parçası 
 
Orqanizmlər məhdud zaman ərzində yaşayır, qocalaraq ölür  
və əvəzinə yeniləri meydana gəlir. Bu, çoxalma nəticəsində 
baş verir. Orqanizmin özünə oxşar nəsil törətmək qabiliyyəti 
nəticəsində      (alma  ağacından alma, toyuq yumurtasından 
cücə və s.) Yer üzərində həyat fasiləsiz olaraq davam edir. 
 
 
2-ci qrupa verilən mətn parçası 
 
Canlı orqanizmlər uzun tarixi dövr ərzində inkişaf 
edirlər. Orqanizmin tarixi inkişafı ilə yanaşı, fərdi 
inkişafı da mövcuddur. Fərdi inkişaf zamanı canlı 
orqanizm doğulandan ölənə  qədər dəyişir və bu,  
böyümə  ilə, yəni bədən ölçülərinin və kütləsinin 
artması ilə  səciyyələnir. Bitkilər ömrü boyu bö-
yüsələr də, heyvanların  əksəriyyəti müəyyən yaş 
dövrünə qədər böyüyür.  
 
3-cü qrupa verilən mətn parçası 
 
Bütün canlı orqanizmlər yaşamaq üçün – böyümək, 
inkişaf etmək, çoxalmaq – daha doğrusu, bütün həyat 
fəaliyyəti prosesləri üçün – qidalanırlar. Məsələn, insan 
müxtəlif qida maddələri (meyvə, tərəvəz, süd, ət 
məhsulları və s.) ilə qidalanır. Onun tərkibinə həm üzvi, 
həm də qeyri-üzvi maddələr daxildir. Onlar insan 
orqanizminin həyat fəaliyyəti üçün zəruridir. Heyvan or-
qanizmləri də buna bənzər qidalanır. Onların qidasının 
tərkibinə ya bitkilər, ya heyvanlar, bəzən də  hər ikisi 
daxil olur. Bitki orqanizmləri başqa cür qidalanır: onlar yalnız qeyri-üzvi maddə-
lərdən istifadə edir (su, suda həll olmuş mineral maddələr və havada olan karbon 
qazı). Bunun nəticəsində bitkilərdə üzvi maddələr alınır (qlükoza) və bu proses 
yalnız işıqda gedir. 
 

 
148
4-cü qrupa verilən mətn parçası 
 
Tənəffüs zamanı canlı orqanizmlər ətraf mühitdən oksigen alıb 
karbon qazını xaric edir. Canlılara oksigen tənəffüs üçün lazım-
dır, orqanizmə daxil olduqda oksigen maddələri oksidləşdirmə-
yə başlayır və bunun nəticəsində yeni maddələr alınır, enerji ay-
rılır. Bu enerjinin hesabına orqanizm yaşayır. 
 
 
5-ci qrupa verilən mətn parçası 
 
 
Canlıların digər əlaməti hərəkətdir. Mühitdə yerdəyiş-
mələr etmək üçün orqanizmlərdə müxtəlif hərəkət 
orqanları yaranmışdır. Orqanizmlərdən  ən hərəkətlisi 
heyvanlar hesab olunur. Onlar hərəkət aktivliyi 
sayəsində özlərinə qida tapır və düşmənlərindən xilas 
olur. Bitkilərdə  də  hərəkət müşahidə olunur. Onlar 
günəş şüalarını tutmaq üçün yarpaqlarını hərəkət etdirir və gövdələrini işığa çıxarır. 
Lakin onların hərəkəti çox yavaş və hissolunmaz dərəcədə olur. 
 
 
6-cı qrupa verilən mətn parçası 
 
Orqanizmlər ətraf mühitlə daim təmasda olur və bu zaman baş 
verən bütün dəyişikliklərə cavab verirlər. Bu xüsusiyyət qıcıq-
lanma adlanır. Qıcıqlanma dəyişən  ətraf mühitə uyğunlaşma 
ilə  əlaqədardır. Bitkilərdə bu, işığa, ağırlıq qüvvəsinə cavab 
olaraq özünü göstərir. Çoxhüceyrəli heyvanlarda və insanlarda 
qıcığa qarşı daha dəqiq, iti və müxtəlif cür cavablar olur. 
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Təqdim olunan işlər lövhədən asılır. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini 
təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olurlar. Lövhədə sxem çəkilir və 
xüsusiyyətlər qeyd olunur (çoxalma, böyümə  və inkişaf, qidalanma, tənəffüs, 
hərəkət, qıcıqlanma). Məlumat mübadiləsi baş verir.  
 
 

 
149 
Sxemi doldurduqdan sonra müəllim  şagirdlərin diqqətini boş qalan xanalara 
yönəldir (ifrazat, maddələr mübadiləsi, hüceyrəvi quruluş). 
Müəllim sinfə müraciət edir: 
– Qidalanma və  tənəffüs hesabına nə baş verir? (Bədənə xarici mühitdən müxtəlif 
maddələr daxil olur. Onlar bir-biri ilə birləşərək yeni maddəyə çevrilir və ya 
yenidən parçalanır) 
– Orqanizmdə maddələr daim qalır?  (Alınan və  bədən üçün lazımsız olan son 
parçalanma məhsulları xarici mühitə ifraz  edilir. Deməli, canlı orqanizmlərin 
xüsusiyyətlərindən  biri  ifrazatdır). 
“İfrazat” sözü sxemə  əlavə olunur. Müəllim növbəti tərifi özü izah edir: “Ətraf 
mühitdən orqanizmə maddələrin daxil olması  və parçalanma məhsullarının 
bədəndən xaricə çıxarılması maddələr mübadiləsi adlanır. Maddələr mübadiləsi də 
canlının əsas xüsusiyyətlərindən biridir”. 
Sonuncu xana (hüceyrəvi quruluş) boş qalır. Müəllim bu xanada hansı xüsusiy-
yətin olduğunu müəyyən etməyi şagirdlərə ev tapşırığı kimi verir.  
  
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ   
Müəllim lövhədə ümumi cədvəl çəkir və xüsusiyyətləri  əlavə edir. Doldurulmuş 
cədvəl canlı orqanizmlərin xüsusiyyətləri, onların orqanizm üçün əhəmiyyəti barə-
də ilkin məlumat verir. Bu xüsusiyyətlərin hər biri gələcək dərslərdə  ətraflı 
öyrəniləcək. Müəllim sinfə müraciət edir:  
– Canlıların əsas xüsusiyyətləri hansılardır? 
– Onların əhəmiyyəti nədədir? 
Beləliklə, canlı orqanizm onu cansız təbiətdən  fərqləndirən, müəyyən xüsusiyyət-
lərə malik olan tam bir varlıqdır.  Bu xüsusiyyətlər orqanizmi ətraf mühitlə əlaqə-
ləndirir. Sadalanan xüsusiyyətlər yalnız canlı orqanizmə xasdır. Orqanizm məhv 
olduqdan sonra bütün həyati proseslər dayanır. Deməli, həyatı  təmin edən məhz 
bioloji proseslərdir.  
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
YARADICI TƏTBİQETMƏ   
Müəllim dərsin bu mərhələsində şagirdlərə yaradıcı iş təklif edə bilər:   
– “Böyümə və inkişaf”, “qidalanma”, “tənəffüs”, “çoxalma”, “hərəkət” sözlərindən 
istifadə edərək qısa mətn tərtib edin. Çalışın ki, mətndə bu proseslərin bir-birilə 
əlaqəsi əks olunsun. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 

 
150
Dərs 29 / Mövzu 25:
 ÇİÇƏK QRUPLARI 
 
 
DƏRSİN GEDİŞİ 
 
MOTİVASİYA  
Lövhədə şəkillər nümayiş etdirilir.   
Müəllim sinfə müraciət edir: 
– Burada nə  əks olunub? Bu bitkilərin oxşar və fərqli 
cəhətlərini qeyd edin. 
“Dağlaləsində çiçək təkdir, zəngçiçəyində çiçəklər 
qrup halında toplanıb” cavabı səsləndikdən sonra tədqiqat sualı verilir. 
 
Tədqiqat sualı:
  Hansı çiçək qrupları mövcuddur?  Çiçəklərin qrup halında 
olmasının bitki üçün əhəmiyyəti nədədir? 
 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün şagirdləri 6 kiçik qrupa bölür. Hər qrupa bir çiçək 
qrupunun adı verilir və  şagirdlər dərslikdəki mətnin müvafiq 
hissəsi ilə tanış olur. 
1 qrupa: sadə sünbül; 2 qrupa: başcıq; 3 qrupa: səbət; 4 qrupa: 
sadə salxım; 5 qrupa: qıça; 6 qrupa: sadə çətir.  
Tapşırığı yerinə yetirmək üçün hər bir şagird qrupuna aplikasi-
ya üçün komplekt (şagirdlər bunu qabaqcadan hazırlaya bilər-
lər), plastilin və ya kibrit çöpləri, müxtəlif çiçək qrupları  təsvir olunmuş  şəkillər 
təqdim olunur. Aplikasiya komplektinə ilkin fiqurlar – 8-dən az olmamaq şərti ilə 
çiçək saplaqları fiquru, 6-dan az olmamaq şərti ilə isə ikincidərəcəli oxlar daxil 
olmalıdır.  
Tapşırıq: Verilmiş çiçək qrupunun sxemini qurun və belə çiçək qrupuna malik olan 
bitkinin şəklini seçin. Çiçək qrupunun bitki üçün əhəmiyyəti nədədir? 
 
 
Alt  
STANDARTLAR 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
DƏRSİN MƏQSƏDİ 
 
  Çiçək qruplarını təsvir edir 
  Çiçək qruplarının bitki üçün əhəmiyyətini izah edir 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan  
İŞ ÜSULLARI 
Beyin həmləsi, kiçik mühazirə, təqdimat,  kiçik qruplarda 
müzakirə 
 
 
İNTEQRASİYA 
C-2.1.7. 
 
 
RESURSLAR 
Applikasiya üçün komplekt, plastilin, taxta çöplər, kompüter, 
proektor, fotoşəkil və plakatlar, dərslik 

 
151 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Hər qrupdan bir nəfər nümayəndə işi təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış 
olurlar, suallar ətrafında müzakirələr aparılır: 
– Çiçək qrupu nədən ibarətdir?  (Çiçək qrupunda əsas ox olur, onun üzərində 
çiçəklər çiçək saplağı üzərində və ya oturaq halda yerləşir) 
– Hansı bitkilərin çiçəkləri qrup halında yerləşir? 
– Belə çiçək qrupları necə adlanır?  
– Çiçək qruplarının bitki üçün əhəmiyyəti nədir? 
Sadə çiçək qrupları ilə tanış olduqdan sonra müəllim əyani vəsaitlərə istinad edərək 
analoji mürəkkəb çiçək qrupları haqqında izahat verir. Müəllim sinfə sualla müra-
ciət edir: 
– Sadə  və mürəkkəb çiçək qrupları  nə ilə  fərqlənir?  (sadə çiçək qruplarında 
çiçəklər bilavasitə çiçək oxu üzərində, mürəkkəb çiçək qruplarında isə əsas oxun 
şaxələri üzərində yerləşir. Başqa sözlə, mürəkkəb çiçək qrupları bir neçə sadə 
çiçək qruplarından ibarətdir) 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 
 
Müəllim  şagirdlərə verdiyi müxtəlif suallar əsasında cavabları ümumiləşdirir və 
onlarla birlikdə nəticə çıxarır. 
Müəyyən qaydada, ümumi zoğda, bir birinin yanında  qrup halında yerləşən çiçək-
lər çiçək qrupu əmələ gətirir. Qrup halında toplanmış çiçəklər əsas ox adlanan zoğa 
birləşir. Çiçəklər əsas oxa qısa və ya uzun çiçək saplaqları vasitəsilə birləşir. Çiçək 
qrupları sadə və ya mürəkkəb ola bilər. Sadə çiçək qruplarında çiçəklər bilavasitə 
çiçək oxuna, mürəkkəb çiçək qruplarında isə  əsas oxun  şaxələrinə birləşir. Sadə 
çiçək qruplarına salxım, çətir, qıça, başcıq, sünbül, səbət, qalxan aiddir. Mürəkkəb 
çiçək qruplarına isə mürəkkəb salxım, süpürgə, mürəkkəb sünbül, mürəkkəb çətir 
aiddir. 
Çiçək qruplarının əhəmiyyəti: 
  Çiçək qruplarında adətən xırda çiçəklər toplanır, bu onları tozlandıran 
həşəratları cəlb edir.  
  Qruplarda, toplanmış çiçəklər tək yerləşən çiçəklərə nisbətən yaşıl yarpaqların 
arasında daha yaxşı nəzərə çarpır.  
  Sallanan çiçək qrupları hava cərəyanının təsiri altında asanlıqla yellənir və 
tozcuqların səpilməsinə səbəb olur.  
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
YARADICI TƏTBİQETMƏ   
Müəllim elektron təqdimatdan (plakatlardan, iri şəkillərdən) istifadə edərək növbəti 
tapşırığı yerinə yetirməyi xahiş edir:  
– Üç şəkil arasında artıq olanı seçin. Seçiminizi izah edin. Qalan şəkilləri hansı 
ümumi adla adlandıra bilərsiniz? 
1. Buğda, kələm, zəngçiçəyi. 
2. Yasəmən, üzüm, günəbaxan. 

 
152
3. Buğda, çovdar, qarğıdalı
4. Alma, albalı, zəngçiçəyi
5. Albalı, yerkökü, cəfəri. 
6. Yerkökü, günəbaxan, çobanyastığı. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 
Dərs 44 / Mövzu 39:
 QEYRİ-CİNSİ ÇOXALMA 
 
 
 
DƏRSİN GEDİŞİ 
 
MOTİVASİYA  
Şagirdlərin çoxalma haqqında biliklərini müəyyən etmək məqsədilə bu mərhələdə  
BİBÖ, yaxud “Klaster” üsulundan istifadə etmək faydalı olardı. Müvafiq suallarla 
cədvəlin sütunları doldurulur.  
– Orqanizmlərin çoxalması barədə nə bilirsiniz? (BİBÖ cədvəlinin birinci sütunu ilə 
iş) 
– Orqanizmlərin çoxalması barədə yeni nə öyrənmək istərdiniz?  (BİBÖ cədvəlinin 
ikinci sütunu ilə iş) 
Sonra müəllim lövhədə aşağıdakı sxemləri təqdim edir: 
 
Alt  
STANDARTLAR  
 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır. 
 
 
DƏRSİN MƏQSƏDİ
 Qeyri-cinsi çoxalmanın  əsas növlərini sadalayır 
 Müxtəlif canlılarda qeyri-cinsi çoxalmanın xüsusiyyətlərini 
sadalayır 
 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan 
 İŞ ÜSULLARI 
BİBÖ, Beyin həmləsi,  təqdimat,  kiçik qruplarda müzakirə 
 
 
İNTEQRASİYA 
C-2.1.7. 
 
 
RESURSLAR 
Əlavə mətnlər, şəkillər, kompüter, proyektor 

 
153 
 
 
– Bu sxemlər nəyi göstərir? (çoxalmanın üsullarını: cinsi və qeyri-cinsi) 
– Qeyri-cinsi çoxalma cinsi çoxalmadan nə ilə fərqlənir? 
 
Tədqiqat sualı: 
Qeyri-cinsi çoxalmanın hansı üsulları mövcuddur? Canlı 
orqanizmlər üçün qeyri-cinsi çoxalmanın hansı üstünlükləri 
və çatışmazlıqları var? 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün  şagirdləri 4 ya 8 kiçik qrupa bölür. Qrupların sayı 
8 olduğu halda eyni mətn üzərində 2 qrup işləyir. Hər qrup tapşırıqdan asılı olaraq 
dərslikdəki mətni oxuyur və  müvafiq hissəsi üzrə  iş aparır. Müəllim mövzu ilə 
bağlı ayrı mətnlər də hazırlaya bilər. Bütün qruplar tapşırığı eyni plan üzrə yerinə 
yetirir. Qruplarda iş 5 – 10 dəqiqə davam edir. 
Tapşırıq: 
1. Qeyri-cinsi çoxalmanı aşağıdakı bəndlərə görə səciyyələndirin: 
  Hansı orqanizmlərdə rast gəlinir. 
  Hansı şəraitdə baş verir (əlverişli və ya əlverişsiz). 
  Valideynlərin sayı. 
  Bir orqanizmin misalında bu prosesin gedişini danışın. 
  Nəsillərin sayı. 
  Nəsillər valideyn nəslinə oxşardır, yoxsa fərqlidir. 
2. Bu çoxalma forması canlı orqanizmlərə hansı üstünlüklər verir? 
3. Öyrəndiyiniz material üzrə 2 sual tərtib edin və digər qrupun şagirdlərinə verin. 
 
 
1 qrup: Hüceyrənin ikiyə bölünməsi yolu ilə çoxalma 
Hüceyrənin  bölünməsi 
 
Qeyri-cinsi çoxalmanın ən sadə forması bölünmədir. Birhüceyrəli heyvanlarda və bitkilərdə 
bölünmə geniş yayılmışdır. Bu orqanizmlərdə qeyri-cinsi çoxalma mitoz yolu ilə bölünmə-
dən ibarətdir. Çox vaxt ana orqanizm iki eyni ölçüdə qız hüceyrəyə bölünür. Bölünmə pro-
sesi nüvədən başlanır. Nüvə uzanaraq ikiyə bölünür. Bölünən hissələr bir birindən aralanır. 
Hüceyrənin digər hissələri qız hüceyrələr arasında bərabər paylanır, çatışmayan hissələr isə 
qız hüceyrələrdə yenidən yaranır. Sitoplazmada eninə gərilmə yaranır, tədricən dərinləşir, 
sonra hüceyrəni iki hissəyə bölür. Belə bölünmə amyöb, evqlena, bəzi infuzorlar, xlamido-
monada kimi sadə orqanizmlərə xasdır.  
 
Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin