Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   16

 
1.___________________________________________________ 
2. __________________________________________________ 
3. __________________________________________________ 
4. __________________________________________________ 
1. Neft emalı məhsullarının torpağı çirkləndirməsi 
2. Bitkilərin həşəratlarla tozlanması 
3. Temperaturun aşağı düşməsi 
4. İnsanın qrip virusu ilə yoluxması 
5. Zərərli maddələrin havaya buraxılması 
6. Ayının moruq yeməsi 
7. Göbələk ilə ağacın simbiozu 
8. Günəş şüalanması 
9. Ərazinin relyefi 
10. Meşələrin qırılması 

 
133 
8. BİTKİ VӘ HEYVANLARIN İNSAN HӘYATINDA ROLU 
 
Dərs 57 / Mövzu 50:
  MƏDƏNİ BİTKİLƏRİN İNSAN HƏYATINDA 
ƏHƏMİYYƏTİ
 
 
 
 
 
 
Mətnlə tanış olduqdan sonra, şagirdlərin mövcud biliklərini nəzərə alaraq mü-
əllim lövhədə “Bitkilərin insan həyatında əhəmiyyəti” adlı BİBÖ cədvəlini çəkir: 
 
Bilirik 
İstəyirik bilək Öyrəndik 
 
 
 
 
Bu mərhələ praktik işin yerinə yetirilməsinə zəmin yaradır. 
 Tapşırığı yerinə yetirərkən şagirdlər “Həyat bilgisi” və “Biologiya” fənlərindən 
öyrəndikləri biliklərdən və  həyati müşahidələrindən faydalana bilərlər.  Ehtiyac 
yaranarsa, BİBÖ cədvəlinin müvafiq sütununa suallar əlavə olunur.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
1) Tapşırığın nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə (elektron 
prezentasiyalar yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah edir.  
2) Dərslikdəki məlumat  şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
olunur Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı müvafiq şəkillərin 
(mətnlərin) paylanması mümkündür.  
Nəzəri məlumatla tanış olduqca BİBÖ cədvəli tədricən doldurulur və  şagirdlərin 
öyrəndikləri müzakirə olunur.  
 Tətbiq zamanı  şagirdlər bitkilərə qulluq qaydalarını bir daha təhlil edir və 
dərsin məqsədlərinə uyğun bacarıqlar formalaşdırır.  
Alt
 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Mədəni bitkilərin təbiətdə  və insan həyatında  əhəmiyyətini 
təsvir edir.  
  Mədəni bitkilərə qulluq qaydalarına əməl edir.  
 
 

 
134
 
 1-ci tapşırıqda uşaqlar mövcud biliklərə əsaslanaraq bitki mənşəli əşyaların və 
qida məhsullarının istehsalında hansı bitkilərdən istifadə olunduğunu qeyd edir. 
2-ci tapşırıq dərsin məqsədində qeyd olunmuş praktik bacarıqların formalaşması 
üçün imkan yaradır.  
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Tətbiqetmə 
Zəif Orta 
Yüksək 
Mədəni bitkilərin təbiətdə və 
insan həyatında əhəmiyyətini 
müəllimin istiqamətləndirici 
suallarının köməyi ilə təsvir 
edir.  
Mədəni bitkilərin təbiətdə və 
insan həyatında əhəmiyyətini 
əsasən düzgün təsvir edir.  
 
Mədəni bitkilərin təbiətdə və 
insan həyatında əhəmiyyətini 
ətraflı təsvir edir.  
 
Mədəni bitkilərə qulluq 
qaydalarına müəllimin və 
yoldaşlarının köməyi ilə 
əməl edir.  
Mədəni bitkilərə qulluq 
qaydalarına əməl edərkən 
kiçik qüsurlara yol verir.  
Mədəni bitkilərə qulluq 
qaydalarına düzgün əməl 
edir.
 
 
 
 
Dərs 58 / Mövzu 51:
 DƏRMAN BİTKİLƏRİ 
 
 
 
 
Rəvayətlə tanış olduqdan sonra sual müzakirə olunur. Şagirdlərin həyati 
biliklərə və gündəlik müşahidələrinə əsaslanan cavabları müzakirə olunur. Müəllim 
Alt
 
STANDARTLAR
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
3.2.2. Dərman bitkilərini fərqləndirir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
 Azərbaycanda rast gəlinən dərman bitkilərini fərqləndirir. 
 Dərman bitkilərinin əhəmiyyətini izah edir. 

 
135 
yeməli bitkilər haqqında bir neçə tapmaca söyləməklə şagirdlərin idraki fəallığını 
artıra bilər. Məsələn, 
  Ətindən kabab olmaz, qanından kasa dolmaz. (nar) 
  Sarı-sarı sandıqlar, içi dolu fındıqlar. (qabaq) 
  Babam oturub al çuxada, kim soyundursa, gözü çıxar. (soğan) 
Müəllim müxtəlif suallar verə bilər: 
– Adını  çəkdiyimiz bitkilər hansı  əhəmiyyətə malikdir? (yeyilir, müalicəvi 
əhəmiyyətə malikdir) 
Bu nəticə növbəti tapşırığa keçidi təmin edir.  
 Şəxsi həyati təcrübə ilə bağlı olan tapşırıq öyrənilən materiala şagirdin 
marağını artırır.  Şagirdlər cütlərdə müstəqil olaraq tapşırığı yerinə yetirirlər  Əgər 
çətinlik çəkərlərsə, müəllim zəruri izahatı verir. Alınan nəticələr bütün şagirdlərlə 
müzakirə olunur, fikir mübadiləsi gedir, əlavələr və düzəlişlər edilir.
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah etmək 
olar. Dərslikdəki məlumatla yanaşı,  şagirdlərlə  aşağıdakı  məsələləri də müzakirə 
etmək məqsədəuyğundur: 
  Dərman bitkilərini harada toplamaq olar? (yalnız onların çox bitdiyi yerdə)  
  Dərman bitkilərini nə vaxt toplamaq olar?  (quru havada) 
  Hansı dərman bitkilərini  toplamaq olar?  (yalnız tanıdığınız bitkiləri, üzərində 
toz, çirk olmayanları) 
  Dərman bitkilərini necə toplamaq lazımdır?  (toxumların  gələcəkdə yetişməsi 
üçün bir qismini saxlamaq) 
  Dərman bitkilərindən nə üçün və necə istifadə edirlər? (müəyyən xəstəliklərin 
müalicəsində və müəyyən qayda üzrə) 
 Tapşırığı yerinə yetirən şagirdlər dərslikdəki məlumatlardan, həyati biliklərdən 
faydalanırlar, nəticələr müzakirə olunur. Məsələn,  
 
Dərman bitkisinin adı
 
Qarğıdalı
 
Moruq
 
Hansı formada bitir (ağac, kol, ot)
 
Ot
 
Kol
 
Bitkinin hansı hissəsi müalicəvidir
 
Saçaqları
 
Meyvəsi
 
Müalicəvi əhəmiyyəti
 
Sidikqovucu Tərqovucu
 
 
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırıqda şagirdlər həm bitkinin adı, 
həm də onun müalicəvi  əhəmiyyətini qeyd edə bilərlər  (qarğıdalı, bağayarpağı, 
çobanyastığı, itburnu, dəvədabanı, yemişan, sürvə).  
2-ci tapşırığın yerinə yetirilməsi üçün əlavə  mənbələrdən istifadə etmək tövsiyə 
olunur. 
 
Qiymətləndirmə meyarları: 
Fərqləndirmə 
İzahetmə 

 
136
Zəif
 
Orta
 
Yüksək
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini 
fərqləndirməkdə çətinlik 
çəkir. 
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini fərqləndi-
rərkən kiçik qeyri-dəqiqliyə 
yol verir. 
 
Azərbaycanda rast gəlinən 
dərman bitkilərini düzgün 
fərqləndirir. 
 
Dərman bitkilərinin 
əhəmiyyətini müəllimin 
istiqamətverici suallarının 
köməyi ilə izah edir.
 
 
Dərman bitkilərinin 
əhəmiyyətini əsasən düzgün 
izah edir.
 
 
Dərman bitkilərinin 
əhəmiyyətini ətraflı izah 
edir.
 
 
 
 
Dərs 59 / Mövzu 52:
 HEYVANLARIN ƏHLİLƏŞDİRİLMƏSİ VƏ 
İNSAN HƏYATINDA ROLU 
 
 
 
 
Dərsin başlanğıcı müəllimin seçimindən asılı olaraq müxtəlif üsulla keçirilə 
bilər:  
1) Keçmiş  dərsdəki kimi mətnlə tanış olduqdan sonra şagirdlərin mövcud  
biliklərini nəzərə alaraq müəllim dərsə ”Heyvanların insan həyatında əhəmiyyəti” 
adlı BİBÖ cədvəlindən başlayır. 
2) Mətnlə tanış olmazdan əvvəl “Şaxələndirmə” üsulundan istifadə etməklə  
şagirdlərin heyvanlar haqqında bilikləri müəyyənləşdirilir.  
Alt
 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan  fərqləndirir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
 
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Heyvanların əhliləşdirilməsi səbəblərini izah edir. 
  Ev heyvanlarını  sadalayır. 
  Ev heyvanlarının insan həyatında əhəmiyyətini təsvir edir. 
  Ev heyvanlarına qulluq qaydalarına əməl edir. 
 
 
 

 
137 
 
 
Sinfin bilik səviyyəsindən asılı olaraq həm sözlərin özü, həm sözlərin sayı nümu-
nədəkindən fərqlənə bilər. “Ev heyvanları”nın  əhəmiyyətinə aid bir neçə söz 
təqdim olunur.  
Sonra şagirdlər dərslikdəki mətnlə tanış olur, sualları müzakirə edirlər. Bu mərhələ 
praktik işin yerinə yetirilməsinə zəmin yaradır. 
 Tapşırığı yerinə yetirərkən  şagirdlər “Həyat bilgisi” və “Biologiya” 
 
fənlərindən  əldə etdikləri bilik və  həyati müşahidələrindən faydalana bilərlər.  
Ehtiyac yaranarsa, BİBÖ cədvəlinin müvafiq sütununa suallar əlavə oluna bilər.  
 Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil 
oluna bilər. Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı müvafiq şəkillərin 
paylanması mümkündür.  
Dərsin məqsədlərini nəzərə alaraq məlumat aşağıdakı bloklara bölünə bilər:
 
  Heyvanların əhliləşdirilməsinin məqsədi 
  İnsan həyatında əhliləşdirilmiş heyvanların rolu 
  Ev heyvanlarına qulluq və gigiyena qaydaları 
BİBÖ cədvəlindən istifadə olunduğu halda o, nəzəri məlumat qazandıqca tədricən 
doldurulur, şagirdlərin öyrəndikləri müzakirə olunur. 
 
Tətbiq zamanı  şagirdlər mənimsənilən məlumatları  qısa  şəkildə sxemdə 
yerləşdirirlər,  əlavə olaraq heyvanların insan həyatında  əhəmiyyətinə aid digər 
nümunələr gətirirlər.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıqda  şagirdlər uyğunluğu 
müəyyən edirlər.  
4.2.2 alt standartının tam olaraq məktəbdə reallaşdırılması bəzi çətinliklər yarada 
bilər. Xüsusilə ev heyvanlarına qulluq qaydalarına əməl edilməsi məktəb şəraitində 
heç də  həmişə mümkün olmur. Bunu nəzərə alaraq uyğun bacarıqların canlı 
guşələrə, heyvanxanalara, təbiətə ekskursiyalar zamanı  və ev şəraitində 
formalaşdırılması məqsədəuyğundur. 
2-ci tapşırıq bu məqsədə xidmət edir.  
 
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Tətbiqetmə 
Təsviretmə 
Ev 
heyvanları
Yardım 
Qida 
 
Ət 
 

 
138
Zəif
 
Orta
 
Yüksək
 
Heyvanların əhliləşdirilməsi 
səbəblərini düzgün izah edir.
 
Heyvanların əhliləşdirilməsi 
səbəblərini izah edərkən 
kiçik qüsurlara yol verir.
 
Heyvanların  əhliləşdirilməsi 
səbəblərini düzgün izah edir. 
Ev heyvanlarının insan həya-
tında əhəmiyyətini təsvir 
etməkdə çətinlik çəkir. 
 
Ev heyvanlarının insan həya-
tında əhəmiyyətini təsvir 
edərkən kiçik səhvlərə yol 
verir.
 
Ev heyvanlarının insan həya-
tında  əhəmiyyətini  ətraflı 
təsvir edir. 
Ev heyvanlarına qulluq 
qaydalarına müəllimin və 
yoldaşlarının köməyi ilə 
əməl edir.
 
Ev heyvanlarına qulluq 
qaydalarına kiçik qüsurlarla 
əməl edir.
 
Ev heyvanlarına qulluq 
qaydalarına düzgün əməl 
edir.
 
 
 
Dərs 60 / Mövzu 53:
 CANLILARIN İNSAN SAĞLAMLIĞINDA ROLU 
 
 
 
 
 Sualların müzakirəsi zaman şagirdlər “Həyat bilgisi” və “Biologiya”  fən-
lərindən əldə etdikləri biliklərindən və həyati müşahidələrindən faydalana bilərlər.    
 Bu blokda təqdim olunmuş  cədvəli bütün siniflə doldurmaq tövsiyə olunur. 
Ehtiyac olduqda müəllim bu və ya digər orqanizmin insanın sağlamlığına təsiri 
haqqında cavabları dəqiqləşdirir və uyğun əlavələr edir. Bu tapşırığı yerinə yetirən 
zaman  şagirdlər “canlı orqanizmlərin yaşayış mühiti” anlayışından istifadə etdiyi 
üçün “orqanizm mühiti” anlayışını da daxil etmək tövsiyə olunur.
 
Bu müzakirələr 
növbəti mərhələyə keçidi təmin edir. 
 Yeni anlayışlar və terminlər çox olduğu üçün mövzunun izahı zamanı əyani və-
saitlərdən (plakatlar, maketlər, modellər, sxemlər, elektron təqdimatlar, videomate-
Alt
 
STANDARTLAR
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
  
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  İnsan sağlamlığına mənfi təsir edən canlı orqanizmləri və 
onların törətdiyi  xəstəlikləri sadalayır. 
  Müxtəlif canlıların insan orqanizmimdə törətdiyi xəstəlikləri 
təsvir edir. 
 
 

 
139 
riallar) fəal istifadə etmək tövsiyə olunur. Materialın vizual təqdimatı onun qavran-
masını daha məhsuldar edir. Dərsi izah etdikcə  əsas anlayışları  dəftərdə qeyd 
etmək,  şəkillər çəkmək məqsədəuyğundur. Yeni məlumatın mənimsənilməsində 
“Fasiləli oxu” üsulundan istifadə etmək olar. Dərsin məqsədlərini nəzərə alaraq 
müəllimin aşağıdakı məsələlərə xüsusi diqqət yetirməsi tövsiyə olunur: 
  “Parazit” anlayışı, orqanizm parazitlərin yaşayış mühiti kimi. 
  Xarici və daxili parazitlər. 
  Parazitlərin törətdiyi xəstəliklər. 
  Parazitlərə yoluxma yolları (çirkli əllər, qaynadılmamış su, yuyulmamış tərəvəz 
və meyvə, heyvanlarla təmasda olmaq, ət məhsullarının kifayət qədər bişirilmə-
məsi və s.). 
  Xəstəliklərdən qorunmaq üçün profilaktik tədbirlər. 
  Gigiyenik qaydalar.  
Nəzəri materialı izah etdikcə  şagirdlərin qısa qeydlər aparmaları  məqsədəuyğun-
dur. Bu qeydlər 
 blokundakı tapşırığı yerinə yetirən zaman yaddaş kimi istifadə 
oluna bilər. Həmin məlumatlardan 
 blokunda  verilmiş  cədvəli dolduran zaman 
da istifadə etmək olar.   
 Müəllimin seçimindən asılı olaraq verilən cədvəl dərs boyunca və ya biliklərin 
tətbiqi mərhələsində doldurula bilər. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində müəllim alternativ tapşırıq da təklif edə 
bilər: “Keçilmiş mövzu əsasında 6-7 sözdən ibarət krossvord qurun”. Tərtib 
olunmuş krossvord dərs  ərzində  mənimsənilmiş biliklərin və formalaşmış 
bacarıqların müəyyən edilməsi üçün müvafiq vasitə hesab oluna bilər. 
1-ci tapşırıqda şagirdlər şəxsi gigiyena qaydalarını tərtib edirlər.  
2-ci tapşırıqda şagirdlər xarici və daxili parazitləri cədvəldə qruplaşdırırlar.  
 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri sadalamaqda 
çətinlik çəkir.  
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri əsasən düzgün 
sadalayır. 
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri düzgün sadalayır. 
 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri müəllimin 
köməyi ilə təsvir edir. 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri kiçik qüsurlarla 
təsvir edir. 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri ətraflı təsvir edir. 
 

 
140
Dərs 61 / Mövzu 54:
 DÜZGÜN QİDALANMA 
 
 
 
 
 
Tarixi faktla tanışlıqdan sonra uyğun sual ətrafında müzakirə  təşkil etmək 
faydalı olardı. Şagirdlərin mümkün cavabları belə ola bilər:
 
“əlverişli iqlim şəraiti
idmanla məşğul olublar, hər hansı qida, bitki” və s.
  
Şagirdlərin cavabları  nəzərə alınaraq fərz olunan amillərin təsirləri “Klaster” 
vasitəsilə göstərilir. Sxemdə insan sağlamlığına təsir edən amillər və onlarla əlaqəli 
anlayışlar qeyd olunur. Məsələn, 
 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin  xüsusiyyətlərini sadalayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Qidalı maddələrin və vitaminlərin insan orqanizminə  təsirini 
izah edir. 
  Sağlam qidalanmanın xüsusiyyətlərini izah edir. 
  Maddələr mübadiləsinin pozulmasının səbəb və  nəticələrini 
izah edir.
İnsan 
sağlamlığı 
Xəstəlik 
İqlim 
İdman 
Qida 
 
 
Soyuq 
Üzgüçülük 
Vitaminlər 

 
141 
Qidanın insan sağlamlığına təsirini müzakirə edərkən aşağıdakı suallara diqqət 
yetirmək məqsədəuyğundur: 
  Nə yemək lazımdır?  
  Nə qədər yemək lazımdır?  
  Nə zaman və necə yemək lazımdır? 
Bu suallar növbəti mərhələyə keçidi təmin edir. 
 Şagirdlərin  şəxsi həyati təcrübəsi ilə bağlı olan tapşırıq mövzunun 
öyrənilməsinə marağı artırır. Bu səbəbdən  şagirdlərin tapşırığı müstəqil yerinə 
yetirmələri mühüm əhəmiyyət kəsb edir. Çətinlik yaranarsa, müəllim lazımi 
izahatlar verə bilər. Şagirdlər öz qida piramidasını yoldaşı ilə müqayisə etməli və 
qida rasionunun oxşar və  fərqli cəhətlərini müəyyən etməlidirlər. Dərsin sonunda 
hər bir şagird öz qida piramidasını  təhlil etməli və düzgün qidalanması üçün 
gündəlik rasionda hansı dəyişikliklər olunacağı barədə nəticələr çıxarmalıdır.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra müəllim  əyani vəsaitlərə (sxem, 
elektron təqdimatlar, yaxud videomateriallara) istinad edərək nəzəri materialı izah 
edir. Yuxarı siniflərdə bu mövzu tədris olunacaqdır. 6-cı sinifdə isə verilən 
məlumat ilkin tanışlıq xarakteri daşıyır. Dərsin məqsədlərinə nail olmaq üçün 
aşağıdakı məsələlərin izahına xüsusi diqqət yetirilməsi tövsiyə olunur: 
  “Qida rasionu” anlayışı.  
  Qida maddələri.  
  Vitaminlər, avitaminozlar (yaranan fəsadlar). 
  Qida piramidası. 
  Sağlam qidalanma. 
Tapşırığı yerinə yetirəndən sonra müəllim  şagirdlərə “sağlam qidalanma” 
ifadəsini açıqlamağı təklif edə bilər. Aşağıdakı cavablar ətrafında fikir mübadiləsi 
təşkil etmək əhəmiyyətli olardı:
 
  Düzgün qidalanma – gündəlik qida rasionunda bütün  lazımi qida 
maddələrinin olmasıdır
  Düzgün qidalanma  – lazımi qida maddələrinin, o cümlədən yağların, zü-
lalların, karbohidratların, zəruri miqdarda vitaminlərin, mineral maddələrin  
tarazlaşdırılmış qəbuludur.  
  Düzgün qidalanma  – zərərli maddələrin qəbulunun məhdudlaşdırılmasıdır.  
“Öyrəndiklərinizi yoxlayın” hissəsində 1-ci tapşırıq dərsin məqsədində qeyd 
olunmuş praktik bacarıqların formalaşması üçün imkan yaradır.  
2-ci tapşırıqda uşaqlar mövcud biliklərə əsaslanaraq faydalı və zərərli ərzaq malla-
rını müəyyən etməklə yanaşı, öz qida rasionunun nə  dərəcədə faydalı olması 
haqqında nəticə çıxarırlar. 
 
 
 
 
 
 

 
142
Qiymətləndirmə meyarları: 
İzahetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini izah etməkdə çətinlik 
çəkir. 
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini əsasən düzgün izah 
edir.
 
Qidalı maddələrin və vita-
minlərin insan orqanizminə 
təsirini düzgün izah edir. 
 
Sağlam qidalanmanın 
xüsusiyyətlərini izah edərkən 
tez-tez səhvlərə yol verir.  
Sağlam qidalanmanın 
xüsusiyyətlərini izah edərkən 
kiçik qüsurlara yol verir.  
Sağlam qidalanmanın 
xüsusiyyətlərini ətraflı izah 
edir. 
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah etməkdə 
çətinlik çəkir.  
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah edərkən 
müəllimin köməyindən 
istifadə edir. 
 
Maddələr mübadiləsinin 
pozulmasının səbəb və 
nəticələrini izah edərkən 
fikrini əsaslandırır.
 
 
 
 
Dərs – layihə 62 / Mövzu 55:
 BİOLOJİ BİLİKLƏRİN ƏHƏMİYYƏTİ 
                              (yekunlaşdırıcı dərs – rollu oyun) 
 
Biliklərə yiyələnmə prosesində  şagirdlərin müstəqil düşünmə bacarıqlarının 
inkişafı  və  dərketmə  fəallığı bir çox hallarda təlimin forması, metodları  və 
vasitələrindən asılı olur. Belə formalardan biri rollu oyunlardır. Oyun zamanı 
şagirdlər modelləşdirilmiş situasiyalarda müxtəlif məsələlərin həllini  əldə etdiyi 
biliklər əsasında müstəqil olaraq fikirləşir. Rollu oyunlar şagirdlərin modelləşdirici 
təfəkkürlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində çox faydalı 
üsullardan biridir.  
Təklif olunan dərs bu metod üzərində qurulmuşdur. Dərsə hazırlıq bir həftə əvəldən 
başlanır. Biologiya dərslərində aldıqları bilik və bacarıqlardan praktik fəaliyyətdə 
necə istifadə etməyi aydınlaşdırmaq üçün şagirdlərə müxtəlif tapşırıqlar verilir. 
Sinif 5 qrupa bölünür: “Ekoloqlar”, “Pəhriz həkimləri” (“Dietoloqlar”), 
“Həkimlər”, “Dizaynerlər”, “Baytarlar”. Şagirdləri qruplara könüllü surətdə  də 
bölmək olar – hər bir şagird ona daha yaxın olan sahəni seçə bilər. Bütün qruplara 
ümumi tapşırıq verilir:  
–  Dərslikdən və  əlavə resurslardan istifadə etməklə verilən tapşırıq üzrə  qısa 
məqalə (hesabat) hazırlayın.  
Qruplar üçün tapşırıq nümunələri: 
Alt 
STANDARTLAR
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin