Zəif
Orta
Yüksək
Müxtəlif heyvanlarda tənəf-
füs orqanlarının quruluşunu
müəllimin köməyi ilə təsvir
edir.
Müxtəlif heyvanlarda tənəf-
füs orqanlarının quruluşunu
təsvir edərkən kiçik səhvlərə
yol verir.
Müxtəlif heyvanlarda tənəf-
füs orqanlarının quruluşunu
düzgün təsvir edir.
Heyvanlarda tənəffüs prose-
sini təsvir edərkən səhvlərə
yol verir.
Heyvanlarda tənəffüs prose-
sini əsasən düzgün təsvir
edir.
Heyvanlarda tənəffüs prose-
sini ətraflı təsvir edir.
Heyvanların tənəffüs orqan-
larını yaşadıqları mühitlə
düzgün əlaqələndirmir.
Heyvanların tənəffüs orqan-
larını yaşadıqları mühitlə
əsasən düzgün əlaqələndirir.
Heyvanların tənəffüs orqan-
larını yaşadıqları mühitlə
düzgün əlaqələndirir.
99
V FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. “Fotosintez prosesi” şəklinə diqqətlə baxın. Sxemdəki xanalara və fotosintezin
tənliyinə müvafiq sözləri yazın: su, işıq, karbon qazı, oksigen
2. Canlılar hansı orqanları vasitəsilə hərəkət edirlər?
Uyğunluğu müəyyən edin.
3. Skeletinin tipinə görə adları göstərilən heyvanları sxemdə qruplaşdırın:
1 – ilbiz; 2 – pişik; 3 – arı; 4 – ördək; 5 – köpəkbalığı; 6 – qurbağa; 7 – xərçəng;
8 – tısbağa; 9 – insan.
4. Qidalanma xarakterinə görə heyvanları qruplaşdırın:
xarici
________________
Skelet
daxili
_______________
Qanadlar
Kərtənkələ
Ayaqlar
İnfuzor-tərlik
Kirpikciklər
Delfin
Üzgəc
Qartal
Qamçılar
Yaşıl evqlena
Yırtıcılar: ________
Otyeyənlər: _________
Hərşeyyeyənlər:_______
1
2 3
4 5 6
7
+
+
+
şəkər
100
5. Düzgün variantın altından xətt çəkin:
1. Yumrucuq bakteriyaları/çürümə bakteriyaları havadakı azotu udaraq bitkilərin
mənimsəyə biləcəyi birləşmələr formasına salırlar.
2. Məhv olmuş orqanizmlərin üzvi maddələri ilə qidalanan bakteriyalar
saprofit/parazit adlanır.
3. Kələmin turşuya qoyulması üçün maya göbələkləri/süd turşusu bakteriyaları
lazımdır.
4. Çürümə/parazit bakteriyalarının fəaliyyəti nəticəsində qida məhsulları xarab
olur.
5. Çörək bişirilməsində maya göbələklərindən/azotfiksəedici bakteriyalardan
istifadə edirlər.
6. Bitki orqanizmlərində tənəffüs və fotosintez proseslərini müqayisə edin.
MÜQAYİSƏ OLUNAN ƏLAMƏT
FOTOSİNTEZ TƏNƏFFÜS
Oksigen (udulur/ xaric edilir)
Karbon qazı (udulur/ xaric edilir)
Üzvi maddələr (əmələ gəlir/ sərf olunur)
Enerji (toplanır/ xaric edilir)
Hansı hüceyrələrdə baş verir (bütün canlı
hüceyrələrdə/ tərkibində xlorofil olan
hüceyrələrdə)
7. Orqanizmlər və onların tənəffüs orqanları arasında uyğunluğu müəyyən edin.
Orqanizmlər
1. Heyvanlar
2. Bitkilər
8. Fotosintezlə əlaqədar bitkilərin təbiətdə əhəmiyyətini göstərən üç variant seçin:
А) Canlıların tənəffüsü üçün oksigen xaric edirlər.
В) Torpaq qatının dağılmasının qarşısını alırlar.
С) Bitkilərin və digər canlıların tənəffüsü zamanı xaric edilən karbon qazını
udurlar.
D) Digər canlıların qidasını təşkil edən üzvi maddələr hazırlayırlar.
9. Parazit bakteriyalar nə ilə qidalanır?
А) Canlı orqanizmlərin üzvi maddələri ilə B) Su və mineral duzlarla
C) Məhv olmuş orqanizmlərin üzvi maddələri ilə D) Qeyri-üzvi maddələrlə
10. Heyvan toxumalarında qazlar mübadiləsi əsasən hansı sistemin hüceyrələri vasi-
təsilə həyata keçirilir?
А) Həzm sisteminin В) Dayaq-hərəkət sisteminin
С) Tənəffüs sisteminin D) Sinir sisteminin
Tənəffüsdə iştirak edən strukturlar
A. Qəlsəmələr
B. Mərciməklər
C. Ağciyərlər
D. Traxeyalar
E. Ağızcıqlar
101
6. ORQANİZMLӘRDӘ MADDӘLӘRİN DAŞINMASI,
İFRAZAT, ÇOXALMA VӘ İNKİŞAF
Dərs 41 / Mövzu 36:
BİTKİLƏRİN SU BUXARLANDIRMASI. XƏZAN
Paraqrafın əvvəlindəki mətnin müzakirəsinə keçməzdən qabaq şagirdlərlə
bitkilərin vegetativ orqanlarının funksiyalarını müzakirə etmək mümkündür. Bunu
yerinə yetirmək üçün orqanların funksiyalarını əks etdirən sxemi doldurmaq təklif
oluna bilər.
Artıq şagirdlər kökün, gövdənin, yarpağın quruluşu ilə tanışdırlar və suyun bitkiyə
necə daxil olduğunu da öyrənmişlər. Bu dərs həmin biliklərin təkrar olunmasına və
möhkəmləndirilməsinə imkan verir. Yarpağın funksiyalarını xatırlamaq üçün belə
sual verilə bilər:
Yarpaq hansı funksiyaları yerinə yetirir? ( tənəffüs və fotosintez)
Su yarpağa haradan daxil olur? ( kökdən əvvəlcə gövdəyə, sonra yarpağa)
Niyə hətta isti günlərdə yarpaqların səthi sərin olur? ( buxarlanma prosesi gedir)
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Dərsə hazırlıq zamanı əsas yer şagirdlərin tədqiqat fəaliyyətinə verilir.
Təcrübə bütün siniflə birlikdə də aparıla bilər. Dərsə bir həftə qalmış şagirdlər
təcrübəni yerinə yetirir və dərs zamanı müşahidələrini danışır, nəticələr çıxarır
:
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar
aparır.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Bitkilərdə buxarlanma prosesini təsvir edir.
Xəzanın əhəmiyyətini izah edir.
Bitkilərdə buxarlanma prosesinə dair sadə təcrübə aparır.
Funksiyaları:
Bitkinin vegetativ
orqanları
?
?
?
Funksiyaları:
Funksiyaları:
102
Bitkilərdə buxarlanma prosesinin getməsinin sübutu kolbanın divarlarında
əmələ gələn su damcıları və içərisində bitki olan sınaq şüşəsində suyun
azalmasıdır.
Suyun buxarlanması yarpaqlar vasitəsilə gedir.
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin seçdiyi forma və üsulla
aparıla bilər. Bunlar müəllimin izahatı, müstəqil təhlil, kiçik qruplarla iş formala-
rından biri ola bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı suallar əsa-
sında aparmaq olar:
Suyu bitkinin hansı orqanı buxarlandırır?
Bitkilərin buxarlandırdığı suyu görmək mümkündürmü?
Bitkilərin həyatında buxarlanmanın nə əhəmiyyəti var?
Müxtəlif bitkilər nə qədər su buxarlandırır? Bu, nədən asılı ola bilər?
Su yarpağın hansı səthindən buxarlanır?
Bitkilərin həyatında xəzan hadisəsinin əhəmiyyəti nədədir?
Tədqiqatın nəticələri cədvəl formasında təqdim oluna bilər.
Proses Bitkilərin su buxarlandırması
1 Prosesin
əhəmiyyəti
2 Prosesdə iştirak edən bitki orqanı
3 Prosesdə iştirak edən bitki toxuması
4 Prosesdə iştirak edən hüceyrələr
5 Prosesin
orqanizmə təsiri
6
Ətraf mühitin prosesə təsiri
Tapşırığın yerinə yetirilməsi zamanı şagirdlər mətnin son hissəsindəki
məlumatları sxem şəklində tərtib edirlər.
Yerinə yetirilən tapşırıqların növbəti dərsdə müzakirəsi tövsiyə olunur.
Qiymətləndirmə meyarları:
Təsviretmə
İzahetmə
Təcrübə aparma
Zəif
Orta
Yüksək
Bitkilərdə buxarlanma
prosesini ətraflı təsvir edir.
Bitkilərdə buxarlanma pro-
sesini əsasən düzgün təsvir
edir.
Bitkilərdə buxarlanma
prosesini ətraflı təsvir edir.
Xəzanın əhəmiyyətini müəl-
limin və yoldaşlarının ver-
diyi sualların köməyi ilə
izah edir.
Xəzanın əhəmiyyətini izah
edərkən kiçik qeyri-dəqiqli-
yə yol verir.
Xəzanın əhəmiyyətini
düzgün izah edir.
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübəni müəlli-
min köməyi ilə aparır.
Bitkilərdə buxarlanma prose-
sinə dair təcrübə apararkən
yardım üçün müəllimə çox
az müraciət edir.
Bitkilərdə buxarlanma prose-
sinə dair sadə təcrübələri
müstəqil aparır.
103
Dərs 42 / Mövzu 37:
HEYVANLARDA DAŞIYICI SİSTEM
Mətnlə tanış olmazdan qabaq şagirdlərin əvvəl mənimsədikləri biliklərini
nəzərə alaraq bitkilərdə maddələrin daşınması haqqında müzakirələr aparmaq olar.
Müəllim bunun üçün istiqamətləndirici suallar verə bilər. Məsələn,
Su, mineral və üzvi maddələr bitkilərdə necə hərəkət edir?
Heyvan orqanizmlərində maddələrin daşınması necə baş verir? Bu maddələr
hansılardır?
Bu maddələrin daşınmasında hansı orqanlar sistemi iştirak edir?
Bu orqanlar sistemi quruluşuna görə müxtəlif heyvanlarda necə fərqlənir?
Şagirdlər dərslikdəki mətnlə tanış olur. Bu, praktik işin yerinə yetirilməsinə zəmin
yaradır.
Tapşırığa aid sualların müzakirəsi zamanı şagirdlər aşağı siniflərdən “Həyat
bilgisi” fənnindən əldə etdikləri biliklərdən faydalanırlar.
1) Nəticələrin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə istinad edərək
nəzəri materialı şərh edir.
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
olunur. Bu zaman əyaniliyi təmin etmək üçün mətnlə yanaşı, müvafiq şəkillərin
paylanması mümkündür.
Bu dərsin şərhi zamanı müəllimin əyani vəsaitlərdən – videomateriallardan və
təqdimatlardan fəal istifadə etməsi tövsiyə olunur.
Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallar əsasında aparıla bilər:
Onurğalı heyvanların qan-damar sistemini hansı orqanlar təşkil edir?
Qan-damar sisteminə hansı damarlar daxildir?
Hansı damarı arteriya (vena) adlandırırlar?
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Qan dövranının xüsusiyyətlərini təsvir edir.
Məməlilərdə qan-damar sisteminin quruluşunu sadə şəkildə
təsvir edir.
104
Arteriyalarla venalar arasında hansı damarlar yerləşir?
Qanın tərkibi nədən ibarətdir? Qan hansı funksiyaları yerinə yetirir?
blokunda verilmiş sxem dərs boyu tədricən də doldurula bilər.
,
Təqdim olunan tapşırıqlar qan-damar sistemində baş verən proseslərin xü-
susiyyət və əhəmiyyətini əks etdirir, dərsdə mənimsənilən biliklərin ümumiləşdiril-
məsi və dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan
yaradır.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Qan dövranının xüsusiyyət-
lərini müəllimin köməyi ilə
təsvir edir.
Qan dövranının xüsusiyyət-
lərini əsasən düzgün təsvir
edir.
Qan dövranının xüsusiyyət-
lərini düzgün təsvir edir.
Məməlilərdə qan-damar
sisteminin quruluşunu sadə
şəkildə təsvir etməkdə çətin-
lik çəkir.
Məməlilərdə qan-damar
sisteminin quruluşunu sadə
şəkildə təsvir edərkən kiçik
qeyri-dəqiqliyə yol verir.
Məməlilərdə qan-damar
sisteminin quruluşunu sadə
şəkildə ətraflı təsvir edir.
Qan-damar sistemi
Ürək
Damarlar
Arteriyalar Kapillyarlar
Venalar
Qan
Plazma
Qanın formalı elementləri
Eritrositlər
Oksigen
daşıyırlar
Leykositlər
Mikrobları
məhv edirlər
Trombositlər
Qanın
laxtalanmasında
iştirak edirlər
105
Dərs 43 / Mövzu 38:
İFRAZAT
Mövzunun əvvəlindəki mətnlə tanışlıqdan əvvəl şagirdlərin maddələr mübadi-
ləsinin mahiyyətini yada salmaq üçün müvafiq suallar vermək məqsədəuyğundur.
Ətraf mühitdən orqanizmə maddələrin daxil olması və parçalanma məhsullarının
bədəndən xaricə çıxarılması maddələr mübadiləsi adlanır. Maddələr mübadiləsi
canlının əsas xüsusiyyətlərindən biridir.
Şagirdlərin qidalanma, tənəffüs və orqanizmdə maddələrin daşınması barədə bilik-
ləri əsasında növbəti məsələlər müzakirə oluna bilər:
bitki, göbələk, heyvan orqanizmlərinin həyat fəaliyyəti nəticəsində maddə-
lər mübadiləsinin son məhsullarının əmələ gəlməsi, xarici mühitə ifrazı;
bitki orqanizmindən maddələr mübadiləsi məhsullarının köklər, tökülən
yarpaqlar, ağızcıqlar və s. vasitəsilə xaric olunması.
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil öyrənilə bilər. Bu zaman
müəllim əyaniliyi təmin etmək üçün müvafiq şəkil, sxem və modelləri şagirdlərə
təqdim edə bilər. Məlumatın öyrənilməsi və müzakirəsini aşağıdakı planla həyata
keçirmək məqsədəuyğundur:
ifrazat prosesinin bioloji mahiyyəti;
ibtidailərdə ifrazat prosesi;
soxulcanın ifrazat orqanları;
həşəratların ifrazat orqanları;
onurğalıların ifrazat orqanları.
İş zamanı əldə edilən məlumatlar cədvəldə qeyd oluna bilər.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir
2.1.1. Bioloji proseslərin
xüsusiyyətlərini sadalayır
Dərsin
MƏQSƏDİ
Müxtəlif sistematik qruplara aid olan heyvanların ifrazat
sisteminin quruluşunu təsvir edir.
Bitkilərdə və heyvanlarda ifrazat prosesinin xüsusiyyətlərini
təsvir edir.
Maddələr mübadiləsinin mahiyyətini şərh edir.
106
Heyvanlar İfrazat prosesində iştirak edən strukturlar
İbtidailər
İfrazat qovuqcuqları
Bu hissədə bitki və heyvanlarda ifrazat prosesinin müqayisəsini Venn diaqramı
vasitəsilə aparmaq faydalı olardı.
Dərslikdəki mətnlə tanışlıqdan qabaq şagirdlərin maddələr mübadiləsinin canlı
orqanizm üçün mahiyyəti və əhəmiyyəti haqqında müzakirə təşkil edilə bilər. Öz
ehtimallarını və mülahizələrini yoxlamaq üçün dərsin sonunda şagirdlər dərsliyə
müraciət edə bilərlər.
Maddələr mübadiləsi zamanı əmələ gələn birləşmələrin orqanizmdən xaric
edilməsi ifrazat prosesidir. İfrazat maddələr mübadiləsinin vacib və ayrılmaz
hissəsidir. Orqanizmdən suyun artığını, maddələr mübadiləsinin son məhsullarını,
duzları, orqanizmə daxil olan və orada əmələ gələn zəhərli maddələri xaric edən
orqanlar ifrazat sistemini təşkil edir.
Verilmiş şəkillər müstəqil tədqiqat zamanı da istifadə oluna bilər.
“Öyrəndiklərinizi yoxlayın” hissəsindəki 1-ci tapşırıq onurğalı heyvanlarda ifrazat
sisteminə daxil olan orqanları və ifrazat prosesinin ardıcıllığını əks etdirir.
2-ci tapşırıq dərsin məqsədində qeyd olunmuş bacarıqların müvəffəqiyyətlə
formalaşmasına xidmət edir.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Şərhetmə
Zəif
Orta
Yüksək
Müxtəlif sistematik qruplara
aid olan heyvanların ifrazat
sisteminin quruluşunu müəl-
limin köməyi ilə təsvir edir.
Müxtəlif sistematik qruplara
aid olan heyvanların ifrazat
sisteminin quruluşunu əsasən
düzgün təsvir edir.
Müxtəlif sistematik qruplara
aid olan heyvanların ifrazat
sisteminin quruluşunu nümu-
nələr əsasında təsvir edir.
Bitkilərdə və heyvanlarda
ifrazat prosesinin xüsusiy-
yətlərini təsvir etməkdə
çətinlik çəkir.
Bitkilərdə və heyvanlarda
ifrazat prosesinin xüsusiy-
yətlərini əsasən düzgün
təsvir edir.
Bitkilərdə və heyvanlarda
ifrazat prosesinin xüsusiy-
yətlərini düzgün təsvir edir.
Maddələr mübadiləsinin ma-
hiyyətini şərh edərkən tez-
tez səhvlərə yol verir.
Maddələr mübadiləsinin ma-
hiyyətini kiçik qüsurlarla
şərh edir.
Maddələr mübadiləsinin ma-
hiyyətini düzgün şərh edir.
107
Dərs 44 / Mövzu 39:
QEYRİ-CİNSİ ÇOXALMA
Gündəlik planlaşdırma nümunələrində bu dərsə aid daha ətraflı tövsiyələr verilmiş-
dir.
Şagirdlərin çoxalma haqqında biliklərini müəyyən etmək məqsədilə dərsin
əvvəlində BİBÖ, yaxud “Klaster” üsulundan istifadə etmək olar. Bunun üçün
müəllim əvvəl canlıların əsas xüsusiyyətlərini sadalamağı təklif edir. Sonra
çoxalma prosesinin mahiyyəti və əhəmiyyətini şagirdlərlə müzakirə edə bilər:
Çoxalma canlı orqanizmlərin ümumi xüsusiyyəti olub özünə bənzər fərdləri
törətmək qabiliyyətidir. Çoxalmanın əsasında hüceyrələrin bölünməsi və böyüməsi
durur. Çoxalma sayəsində orqanizmlər sayca artır və Yer üzərində yayılırlar. Bu
nəticələr “Fəaliyyət” mərhələsinə keçidi təmin edir.
Həyati bilikləri və gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları
müzakirə olunur. Şagirdlər a) və b) şəkillərində səhvlərin olduğunu müzakirə
etdikdən sonra müəllim digər heyvanların necə çoxalması haqqında suallar verə
bilər. Heyvanların kürü tökməklə, yumurta qoymaqla, diri bala doğmaqla
çoxalmaları fikrini söyləmək üçün müəllim şagirdlərə istiqamətləndirici suallar
verə bilər. Sonra müəllim “Bəs canlı orqanizmlərin digər çoxalma yolları varmı?”
sualı ilə müraciət edir.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərdən
(plakatlar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istifadə etməklə
nəzəri materialı izah edə bilər.
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
oluna bilər. Bu halda hər qrupa bir mətn verməklə məlumatı 4 hissəyə bölmək
məqsədəuyğundur. Bu zaman əyaniliyi təmin etmək üçün müvafiq şəkillərin
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır
Dərsin
MƏQSƏDİ
Qeyri-cinsi çoxalmanın əsas növlərini sadalayır.
Müxtəlif canlılarda qeyri-cinsi çoxalmanın xüsusiyyətlərini
sadalayır.
108
paylanması mümkündür. Sonra şagirdlər məlumatı ümumiləşdirərək nəticə
çıxarırlar:
– Qeyri-cinsi çoxalmanın formaları müxtəlifdir: amyöbdə, evqlenada, infuzor-
tərlikdə hüceyrənin bölünməsi; hidrada və maya göbələyində tumurcuqlanma;
mamırlarda, qıjıkimilərdə, əksər göbələklərdə sporlarla; bitki və heyvanlarda
vegetativ çoxalmanın müxtəlif üsulları və s. Çoxalmanın bu formasında bir fərd
iştirak edir, orqanizmin əlamətləri olduğu kimi nəsildən-nəslə ötürülür.
Sonda məlumat şəkilli sxemlə də təqdim oluna bilər:
Şagirdlər təsvir olunmuş orqanizmlərdə qeyri-cinsi çoxalmanın mərhələlərini
yerləşdirir, onların çoxalma üsulunu və xüsusiyyətlərini qeyd edirlər.
Təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və
dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.
Qiymətləndirmə meyarları:
Sadalama
Zəif
Orta
Yüksək
Qeyri-cinsi çoxalmanın əsas
növlərini müəllimin köməyi
ilə sadalayır.
Qeyri-cins çoxalmanın əsas
növlərini sadalayarkən kiçik
səhvlərə yol verir.
Qeyri-cins çoxalmanın əsas
növlərini düzgün sadalayır.
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini müəllimin yönəldici
sualları vasitəsilə sadalayır.
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini əsasən düzgün
sadalayır.
Müxtəlif canlılarda qeyri-
cinsi çoxalmanın xüsusiyyət-
lərini düzgün sadalayır.
Qeyri-cinsi çoxalma
Hüceyrənin
ikiyə bölünməsi
Sporla
çoxalma
Tumurcuqlanma
Vegetativ
109
Dərs 45 / Mövzu 40:
ÇİÇƏKLİ BİTKİLƏRDƏ VEGETATİV
ÇOXALMA
Şagirdlər əvvəlki dərslərində orqanizmlərin qeyri-cinsi çoxalma üsulları ilə
artıq tanış olmuşlar. Bu dərs keçən mövzunun davamı olub çiçəkli bitkilərin
vegetativ çoxalmasına həsr edilmişdir. Bunu nəzərə alaraq müzakirələr zamanı
şagirdlər əvvəlki biliklərindən faydalanmalıdırlar. Bunun üçün vegetativ çoxalma
haqqında bilikləri yada salmaq faydalı olar. Müəllim bunun üçün istiqamətverici
suallar verə bilər. Məsələn, “Bitkinin vegetativ orqanları hansılardır? Onlar hansı
funksiyaları yerinə yetirir? Vegetativ çoxalma nədir?” və bu kimi sualların
verilməsi səmərəli olardı.
Verilmiş mövzunun öyrənilməsində şagirdlərin praktik fəaliyyətinə geniş yer
ayrılır. Müəllimin rəhbərliyi altında praktik işin dərslikdə tövsiyə olunduğu kimi
kiçik qruplarda yerinə yetirilməsi daha məqsədəuyğundur.
İl ərzində şagirdlər bitkilərin inkişafını izləyir və öz müşahidələrini “Müşahidələr
kitabçası”nda qeyd edirlər.
Mövzuda verilmiş material nəzəri biliklərin praktika ilə əlaqəsini və bitkiləri
yetişdirən zaman bioloji biliklərin əhəmiyyətini aydınlaşdırmağa yardım edir.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra nəzəri materialı izah edərkən
müəllim plakat, sxem, elektron təqdimatlar, videomateriallar və digər əyani vəsait-
lərə istinad etməsi faydalı olardı.
2) Dərslikdəki mövzu şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil
oluna bilər. Bu halda mövzunu 3–4 hissəyə bölmək məqsədəuyğundur.
İşin nəticələri dərs boyu, yaxud dərsin sonunda
blokunda verilmiş cədvəldə
qeyd oluna bilər.
Mövzunun ümumiləşdirilməsindən sonra sinifdə vegetativ çoxalmanın təbiətdə və
insan həyatında əhəmiyyətini müzakirə etmək tövsiyə olunur. Vegetativ çoxalma-
Dostları ilə paylaş: |