Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
Dərsin
MƏQSƏDİ
Bitkilərdə vegetativ çoxalma üsullarını sadalayır.
Vegetativ çoxalma haqqında bilikləri tətbiq edir.
Vegetativ çoxalmanın təbiətdə və insan həyatında əhəmiyyətini
təsvir edir.
110
nın irsi əlamətlərin saxlanılması, növlərin və mədəni bitkilərin çoxalmasının sürət-
lənməsi kimi bioloji əhəmiyyəti xüsusi vurğulana bilər.
Tapşırıqların yerinə yetirilməsi zamanı dərslikdəki mətndən və əlavə məlumat
mənbələrindən istifadə etmək mümkündür.
Qiymətləndirmə meyarları:
Sadalama
Tətbiqetmə
Zəif
Orta
Yüksək
Bitkilərdə vegetativ çoxalma
üsullarını tam sadalaya bil-
mir.
Bitkilərdə vegetativ çoxalma
üsullarının əsas qismini sa-
dalayır.
Bitkilərdə vegetativ çoxalma
üsullarını sadalayır, təbiətdə
və insan həyatında əhəmiy-
yətini təsvir edir.
Vegetativ çoxalma haqqında
bilikləri müəllimin və yol-
daşlarının köməyi ilə tətbiq
edir.
Vegetativ çoxalma haqqında
bilikləri tətbiq edərkən kiçik
səhvlərə yol verir.
Vegetativ çoxalma haqqında
bilikləri düzgün tətbiq edir.
Dərs 46 / Mövzu 41:
TOZLANMA
Müzakirələr şagirdlərin aşağı siniflərdə öyrəndikləri və gündəlik həyatdan əldə
etdikləri biliklərə əsaslanır. Praktik işə başlamazdan əvvəl çiçəyin quruluşu və
funksiyalarını əhatə edən sualların verilməsi əhəmiyyətlidir. Məsələn, “Çiçəyin
quruluşu necədir? Onun əsas orqanları hansılardır? Dişicikdə nə inkişaf edir?
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir
2.1.1. Bioloji proseslərin
xüsusiyyətlərini sadalayır
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
Dərsin
MƏQSƏDİ
Çiçəyin quruluşuna görə tozlanma növünü təsvir edir.
Çarpaz və öz-özünə tozlanma proseslərinin xüsusiyyətlərini
sadalayır.
Tozlanma prosesinin əhəmiyyətini izah edir.
111
Erkəkcikdə nə inkişaf edir? Tozcuq erkəkciyin ağızcığına necə düşür? Tozlanma-
nın daha müvəffəqiyyətlə getməsi üçün hansısa uyğunlaşmalar varmı?” sualları ilə
şagirdlərin biliklərini aktivləşdirmək olar.
Şəkillərdə təsvir olunan çiçəkləri müqayisə edən şagirdlər tozlanma növləri
haqqında ilkin mülahizələrini irəli sürürlər. Şagirdlərin cavabları belə ola bilər: “a
şəklində tozcuqlar bir çiçəkdən o biri çiçəyə düşür, hər iki çiçək artıq açıqdır; b-də
isə tozcuqlar həmin çiçəyin ağızcığına düşür, çiçəklər qönçə halındadır. Tənzifin
olması a şəklindəki çiçəklərin tozlanmasına imkan verməyib, ona görə meyvə əmələ
gələ bilməz; b-də isə tənzifə baxmayaraq, tozlanma baş verib. Deməli, a-alma, b
isə noxud çiçəyidir. Birində tozcuqlar bir çiçəkdən o birisinə düşür, digərində isə
yox”.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə
(plakatlar, sxemlər, elektron prezentasiyalar, videomateriallar və s.) istinad edərək
nəzəri materialı izah etməsi faydalı olardı.
2) Dərslikdəki məlumat şagirdlər tərəfindən fərdi və ya kiçik qruplarda təhlil
olunur. Bu halda məlumatı 3–4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman
mətnlə yanaşı, müvafiq şəkil və modellərin paylanması əyaniliyi təmin etmək üçün
əhəmiyyətli olardı. Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallara
əsaslana bilər:
Çiçəkli bitkilərin tozlanması necə baş verir?
Hər bir tozlanma üsulunun üstünlüyü nədədir?
Müxtəlif yollarla tozlanan bitkilər bir-birindən necə fərqlənir?
İşin nəticələri ümumi müvafiq yazı və şəkilli sxem formasında tərtib oluna bilər.
Təqdim olunmuş tapşırıqda öz-özünə və çarpaz tozlanan bitkilərin müqayisəsi
müvafiq bacarığın formalaşmasına xidmət edir. Müəllimin seçimindən asılı olaraq
bu, qruplar üçün tapşırıqlardan biri kimi istifadə oluna bilər.
1-ci tapşırıq dərsdəki məlumatların əsasında səbəb-nəticə əlaqələrini müəyyən
etməyə imkan yaradır.
2-ci tapşırıqda dərslikdəki məlumatdan istifadə edən şagirdlər verilmiş əlamətləri
nəzərə alaraq öz-özünə, külək və həşəratlarla tozlanan bitkiləri müqayisə edirlər.
Qiymətləndirmə meyarları:
Tozlanma növləri
Öz-özünə tozlanma
Çarpaz tozlanma
Həşəratlarla
Küləklə
112
Təsviretmə
Sadalama
İzahetmə
Zəif
Orta
Yüksək
Çiçəyin quruluşuna görə
tozlanma növünü təsvir edən
zaman səhvlərə yol verir.
Çiçəyin quruluşuna görə
tozlanma növünü əsasən
düzgün təsvir edir.
Çiçəyin quruluşuna görə
tozlanma növünü nümunələr
əsasında ətraflı təsvir edir
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini müəllimin istiqamət-
ləndirici suallarının köməyi
ilə sadalayır.
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini sadalayarkən kiçik
səhvlərə yol verir.
Çarpaz və öz-özünə tozlan-
ma proseslərinin xüsusiyyət-
lərini düzgün sadalayır.
Tozlanma prosesinin əhə-
miyyətini izah edərkən tez-
tez səhvlərə yol verir.
Tozlanma prosesinin əhə-
miyyətinin əsas qismini sa-
dalayır.
Tozlanma prosesinin əhə-
miyyətini ətraflı izah edir.
Dərs 47 / Mövzu 42:
ORQANİZMLƏRİN CİNSİ ÇOXALMASI
,
Şagirdlər artıq çiçəyin bitkilərdə cinsi çoxalma orqanı olduğunu və onun
quruluşu haqqında biliklərə malikdirlər. Bu baxımdan mövzunun əvvəlindəki
mətnin müzakirəsi və praktik iş zamanı müəllimin çiçəyin quruluşu, onun əsas
orqanları və strukturları haqqında suallar verməsi faydalı olardı.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir
2.1.1. Bioloji proseslərin
xüsusiyyətlərini sadalayır
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
Dərsin
MƏQSƏDİ
Cinsi çoxalma zamanı bitkidə baş verən dəyişiklikləri təsvir
edir.
Örtülütoxumlu bitkilərdə mayalanma prosesini izah edir.
Çoxhüceyrəli heyvanlarda cinsi çoxalmanın xüsusiyyətlərini
təsvir edir.
113
Materialın mürəkkəbliyini, müəyyən sayda yeni anlayışların və terminlərin
olmasını nəzərə alaraq bu dərsin izahını fəal surətdə əyani vəsaitlərdən (plakat,
maket, model, sxem, elektron təqdimat, videomateriallar) istifadə edərək keçirmək
tövsiyə olunur. Materialın vizual təqdim olunması şagirdin yeni məlumatları daha
yaxşı başa düşməsinə kömək edir. Dərsi izah etdikcə əsas anlayışları dəftərdə qeyd
etmək, müvafiq şəkillər çəkmək məqsədəuyğundur. Materialın mənimsənilməsində
“Fasiləli oxu” üsulundan istifadə etmək mümkündür. Dərsdə şagirdlərə
və
simvollarını yada salmaq tövsiyə olunur. Mövzu üzrə sxem qurarkən onlardan
istifadə etmək olar. Müəllimin kiçik mühazirəsi növbəti plan üzrə gedə bilər:
Cinsi çoxalma canlı orqanizmlərin inkişaf (və ya çoxalma) üsuludur.
Örtülütoxumlu bitkilərdə ikiqat mayalanma.
Toxumların və meyvələrin əmələ gəlməsi prosesi.
Onurğalı heyvanların çoxalma orqanları və cinsiyyət hüceyrələri.
Cinsi çoxalmanın bioloji əhəmiyyəti.
Cinsi çoxalmanın üstünlükləri.
Tapşırıq canlı orqanizmlərin (həm bitki, həm heyvanların) cinsi çoxalması
haqqında məlumatları ümumiləşdirərək, şagirdlərə mənimsənilən bilikləri nümayiş
etdirməyə imkan yaradır.
1-ci tapşırıqda uyğunluğu müəyyən edən şagirdlər çiçəyin əsas hissələrinin
adlarını təkrarlayırlar.
2-ci və 3-cü tapşırıqlarda şagirdlər dərslikdəki məlumatların əsasında səbəb-nəticə
əlaqələrini müəyyən edirlər. Bu, dərsin məqsədlərində qeyd olunmuş bacarıqların
formalaşmasını təmin edir.
Qiymətləndirmə meyarları:
Təsviretmə
İzahetmə
Zəif
Orta
Yüksək
Cinsi çoxalma zamanı
bitkidə baş verən quruluş
dəyişikliklərini çətinliklə
təsvir edir.
Cinsi çoxalma zamanı
bitkidə baş verən quruluş
dəyişikliklərini qismən təsvir
edir.
Cinsi çoxalma zamanı
bitkidə baş verən quruluş
dəyişikliklərini ətraflı təsvir
edir.
Örtülütoxumlu bitkilərdə
mayalanma prosesini müəlli-
min və yoldaşlarının sualları
vasitəsilə izah edir.
Örtülütoxumlu bitkilərdə
mayalanma prosesini əsasən
düzgün izah edir.
Örtülütoxumlu bitkilərdə
mayalanma prosesini dolğun
izah edir.
Çoxhüceyrəli heyvanlarda
cinsi çoxalmanın xüsusiyyət-
lərini təsvir edərkən tez-tez
səhvlərə yol verir.
Çoxhüceyrəli heyvanlarda
cinsi çoxalmanın xüsusiyyət-
lərini əsasən düzgün təsvir
edir.
Çoxhüceyrəli heyvanlarda
cinsi çoxalmanın xüsusiyyət-
lərini geniş təsvir edir.
114
Dərs 48 / Mövzu 43:
TOXUMUN CÜCƏRMƏSİ
Dərsin əvvəlində şagirdlərdən Novruz bayramında səməninin necə cücərdilmə-
sini soruşmaq məqsədəuyğundur. Dərslikdəki suallar müzakirə oluna bilər. Şa-
girdlərin gündəlik müşahidə, həyati biliklərinə və əvvəlcədən qoyulmuş təcrübələ-
rin nəticələrinə əsaslanaraq cavabları belə ola bilər: “Toxum üçün istilik, su, hava,
işıq lazımdır. Zədələnmiş, çürümüş toxumlar cücərə bilməz”. Nəzəri məlumatla
tanışlıqdan əvvəl şagirdlərin tədqiqat işlərinə böyük yer ayırmaq tövsiyə olunur.
Təcrübələri müəllim şagirdlərlə birlikdə apara bilər. Şagirdlər dərsə bir neçə
gün qalmış təcrübələri yerinə yetirir və sonra dərsdə müşahidələri müzakirə edib
nəticə çıxarırlar. Eyni təcrübəni yerinə yetirib stəkanları soyuducuda saxlamaqla
temperaturun rolunu müəyyən etmək mümkündür.
Dərslikdə verilmiş yeni məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik
qruplarda öyrənilə bilər. Təcrübənin nəticələrinin nəzəri materialla tanışlıqdan
sonra bir daha müzakirə olunması məqsədəuyğundur. Müzakirələrdən əvvəl
müəllim şagirdlərlə birlikdə toxumun quruluşunu xatırlamağı təklif edir. Bu zaman
“lal sxemlər” üsulundan (adı olmayan) istifadə oluna bilər. İşin formasından asılı
olmayaraq tədqiqat aparmaq üçün tədqiqat sualını belə qoymaq məqsədəuyğundur:
“Ətraf mühitin hansı şəraiti toxumların cücərməsinə təsir edir?”. Qoyulmuş suala
cavab verərkən mövzu ilə bağlı aşağıdakı məqamlara toxunmaq lazımdır:
toxumun cücərməsində suyun rolu;
toxumun cücərməsində havadakı oksigeninin rolu;
toxumun cücərməsində temperaturun rolu;
toxumun hansı dərinlikdə torpağa basdırılması;
toxumun cücərməsi və inkişafı.
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir
Dərsin
MƏQSƏDİ
Toxumun cücərməsinə və cücərtinin inkişafına təsir edən
amilləri izah edir.
Toxumların cücərməsi və sonrakı inkişaf mərhələlərini
təsvir edir.
115
Tədqiqat işini kiçik qruplarda təşkil edərkən bu bəndlərdən suallar şəklində
qruplara verilən tapşırıq kimi də istifadə oluna bilər.
Tətbiq zamanı verilmiş sxemlə yanaşı, digər sxem tərtib etmək mümkündür.
1-ci tapşırıq cücərmə prosesinin ardıcıllığını əks etdirir, 2-ci tapşırıq şagirdlərin
əldə etdikləri biliklərin möhkəmləndirilməsinə və bacarıqların formalaşmasına
xidmət edir.
Qiymətləndirmə meyarları:
İzahetmə
Təsviretmə
Zəif
Orta
Yüksək
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən
amilləri sadalamaqda və ət-
raflı izah etməkdə çətinlik
çəkir.
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən
amilləri əsasən düzgün sada-
layır, amma izah edərkən ki-
çik səhvlərə yol verir.
Toxumun cücərməsinə və cü-
cərtinin inkişafına təsir edən
amilləri düzgün sadalayır, ət-
raflı izah edir.
Toxumların cücərməsini və
sonrakı inkişaf mərhələləri-
ni təsvir edərkən tez-tez
səhvlərə yol verir.
Toxumların cücərməsini və
sonrakı inkişaf mərhələləri-
ni əsasən düzgün təsvir edir.
Toxumların cücərməsini və
sonrakı inkişaf mərhələləri-
ni düzgün təsvir edir.
Toxumun cücərməsinə və
cücərtinin inkişafına təsir
edən amillər
116
Dərs 49 / Mövzu 44:
HEYVANLARDA BÖYÜMƏ VƏ İNKİŞAF
Mətnlə tanış olmazdan əvvəl bitkilərin böyüməsi və inkişafı haqqında şagirdlə-
rin əvvəlki bilikləri əsasında müzakirələr aparmaq olar. Müəllim bunun üçün isti-
qamətverici suallar verə bilər. Məsələn,
“Bitkinin böyüməsi hansı hüceyrələrin bö-
lünməsinin hesabına baş verir? Onun böyüməsinə və inkişafına nə təsir edə bilər?
Hansı dövrdə bitkilər böyüyür?”. Şagirdlər həyati biliklərindən faydalanaraq müx-
təlif heyvanların böyümə və inkişafını təsvir edir və onu bitkilərlə müqayisə
edirlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Qurbağanın inkişaf mərhələlərini ardıcıl düzməklə şagirdlər baş verən
dəyişiklikləri qeyd edirlər. Müəllim bu zaman qeyd edə bilər ki, böyümə və inkişaf
zamanı orqanizmlər həm kəmiyyətcə (böyümə), həm də keyfiyyətcə (inkişaf)
dəyişirlər. Şagirdlərə digər heyvanların böyümə və inkişafını əks etdirən nümunələr
göstərməyi təklif etmək olar.
Tapşırığın nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə (plakat-
lar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərək nəzəri
materialı izah edir. Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallara
əsaslana bilər:
Müxtəlif onurğalı heyvanların yumurta hüceyrələri nə ilə fərqlənir? Bu nə ilə
bağlıdır?
Yumurtadan çıxandan və ya doğulandan sonra orqanizmlərin inkişafı necə
gedir?
Heyvanların fərdi inkişafının dövrləri necə adlanır? Onlar nə ilə səciyyələnirlər?
Düzünə inkişaf dolayı inkişafdan nə ilə fərqlənir? Belə inkişaf formaları hansı
heyvanlara xasdır?
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Böyümə və inkişaf dövrlərində müxtəlif orqanizmlərin quru-
luşunu təsvir edir.
Heyvanların böyümə və inkişafının xüsusiyyətlərini sadalayır.
117
Dərslikdəki məlumatlardan istifadə edərək şagirdlər heyvanlarda dolayı və
düzünə inkişaf növlərini müqayisə edir, nümunələr gətirirlər.
1-ci və 2-ci tapşırıqlarda şagirdlər biliklərindən istifadə edərək cədvəli doldurur-
lar.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Sadalama
Zəif
Orta
Yüksək
Böyümə və inkişaf dövrlərin-
də müxtəlif orqanizmlərin
quruluşunu təsvir edərkən
tez-tez səhvlərə yol verir.
Böyümə və inkişaf dövrlərin-
də müxtəlif orqanizmlərin
quruluşunu əsasən təsvir edir.
Böyümə və inkişaf dövrlərin-
də müxtəlif orqanizmlərin
quruluşunu dolğun təsvir
edir.
Heyvanların böyümə və
inkişafının xüsusiyyətlərini
müəllimin və yoldaşlarının
köməyi ilə sadalayır.
Heyvanların böyümə və
inkişafının xüsusiyyətlərini
əsasən sadalayır.
Heyvanların böyümə və
inkişafının xüsusiyyətlərini
düzgün sadalayır.
118
VI FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Düzgün variantın altından xətt çəkin:
1. Suyun sorulması kökün sorucu/ötürücü zonası vasitəsi ilə baş verir.
2. Buxarlanmanın əhəmiyyəti oksigenin xaric edilməsində/mineral maddələrin
hərəkətində və bitkinin soyumasındadır.
3. Bitkilərin əksəriyyətində ağızcıqlar gündüz/gecə açıqdır.
4. Günəşli havada torpaqda rütubət az olduqda/rütubət kifayət qədər olduqda
ağızcıq yarığı çox açılmış olur.
5. Qovaq yarpaqları/şam iynələri suyu daha çox buxarlandırır.
2. Boş yerlərə açar sözlərdən uyğun gələni yazın.
Qan-damar sistemi ________________________________ və qan ____________
təşkil olunub. Qanı ürəkdən daşıyan damarlar __________, ürəyə gətirən damarlar isə
_______ adlanır. Onların arasında çox nazik divarları olan damarlar -
_______________ yerləşir. Qan birləşdirici toxumanın növlərindən biridir. O, qan-
damar sistemi ilə hərəkət edən mayedən – ________ və formalı elementlərdən təşkil
olunub. Qırmızı qan hüceyrələri ___________ adlanır və bütün orqanizmə oksigen
daşıyır. Ağ qan hüceyrələri – ___________ orqanizmi xəstəliktörədən mikroblardan
qoruyur. ____ qanın laxtalanmasında iştirak edir.
Açar sözlər: venalar, damarlar, eritrositlər, arteriyalar, ürək, kapillyarlar, leykositlər,
trombositlər, plazma.
3. Şəkildə göstərilən heyvanlar son parçalanma məhsullarını bədəndən nə ilə xaric
edirlər?
İfrazat qovuqcuğu Yaşıl vəzilər Malpigi
borucuqları Böyrəklər
4. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin.
□ Cinsiyyətli çoxalmada iki fərd iştirak edir.
□ Yalnız heyvanlar tənəffüs edə bilir.
□ Qeyri-cinsi çoxalmada bir fərd iştirak edir.
□ Tumurcuqlanma cinsiyyətli çoxalmanın bir növüdür.
□ Bitkilərin xüsusi ifrazat sistemi yoxdur.
□ Bitkilərdə mineral maddələr yarpaqdan kökə doğru hərəkət edir.
□ Tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir növüdür.
□ Çoxalma ilə əlaqədar orqanları vegetativ orqanlar adlandırırlar.
5. Şəkildə çiçəkli bitkilərdə vegetativ çoxalmanın hansı üsulları göstərilmişdir?
Hansı bitkiləri bu üsulla çoxaldırlar?
1
2
3
4 5 6
7
8 9
119
Soğanaqla –
kökümsovla –
calaq vasitəsilə –
gövdə çiliyi ilə -
Gövdəyumrularla –
bığcıqlarla –
6. Göy qələmlə öz-özünə, karandaşla isə çarpaz tozlanmaya aid olan xüsusiyyətlərin
altından xətt çəkin.
Açılmamış çiçəkdə baş verir.
Bir çiçəyin tozcuğu digər çiçəyin dişiciyinin ağızcığına düşür.
Tozcuq həmin çiçəyin dişiciyinin ağızcığına düşür.
Alınan nəsil valideyn nəslə çox oxşayır.
Yeni nəsildə eyni irsi əlamətlər olur.
Alınan nəsil yeni əlamətlər qazana bilər.
7. Düzgün ifadələri qeyd edin.
1. Küləklə tozlanan bitkilərin tozcuqları quru olmalıdır.
2. Küləklə tozlanan bitkilərin tozcuqları çox olmamalıdır.
3. Bir bitkinin çiçəyinin tozcuğunun digər bitkinin çiçəyinin dişicik ağızcığına
düşməsi çarpaz tozlanma adlanır.
4. Həşəratlarla tozlanan bitkilərin çiçəkləri cəlbedici olmur.
5. Çiçəyin öz tozcuğu ilə tozlanması öz-özünə tozlanma adlanır.
6. Süni tozlanma mədəni bitkilərin məhsuldarlığının artmasına səbəb olur.
7. Alma – həşəratla, qızılağac isə küləklə tozlanan bitkidir.
8. Şəkildə rəqəmlərlə hansı hissələr işarələnmişdir?
9. Hüceyrələrinin tərkibində ehtiyat qida maddələri çox olan hansıdır?
А) Toxum qabığı
B) Endosperm
C) Rüşeym tumurcuğu
D)Yumurtacıq
10. Uyğunluğu müəyyən edin. Hansı proseslər heyvan orqanizminin hər bir inkişaf
mərhələsinə uyğundur?
İlkin inkişaf dövrü
Orqanizmin formalaşması
və böyüməsi dövrü
Yetkinlik dövrü
Qocalıq dövrü
Yumurtadan çıxdıqdan və ya doğulduqdan sonra başlayır.
Bu dövr təbii ölümlə başa çatır.
Çoxhüceyrəli rüşeym yaranır, onun hüceyrələrindən yeni
orqanizmin toxuma və orqanları meydana gəlir.
Bu dövrdə heyvanlar aktiv olaraq çoxalırlar.
1.
5.
2.
6.
3.
7.
4.
4
7
2 1
6
3
5
120
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ
ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
11 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
2 saat
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
Dostları ilə paylaş: |