Dərslik komplektinə daxildir:  Dərslik  Müəllim üçün metodik vəsait



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix01.04.2017
ölçüsü3,58 Kb.
#13120
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   16

 

 
154
2 qrup: Sporla  çoxalma 
Sporəmələgətirmə 
 
Spor vasitəsilə çoxalma təbiətdə kifayət qədər geniş yayılmış qeyri-cinsi çoxalma üsuludur. 
Bu çoxalma ana orqanizmdə əmələ gələn xüsusi hüceyrələr – sporlarla gedir. Spor nüvədən 
və sitoplazmadan ibarət hüceyrə olub qalın qılafla örtülmüşdür. Sporlar uzun müddət nisbi 
sakitlik halında ola bilər. Belə vəziyyətdə onlar soyuğa, istiyə, quraqlığa, rütubətə dözümlü 
olur. Əlverişli şəraitə düşdükdə hər bir spor inkişaf edir və yeni orqanizmə başlanğıc verir. 
Sporlar ilkin ana orqanizmində böyük miqdarda əmələ  gəlir. Sporlar çox xırda olduğuna 
görə külək, su və ya orqanizmlər vasitəsilə ətrafa yayılır.  
Sporların əsas üstünlüyü – sürətlə çoxalma və yayılma imkanıdır. Belə çoxalma formasına 
mamırlarda, qıjıkimilərdə, göbələklərdə rast gəlinir.   
 
 
3 qrup: Tumurcuqlanma yolu ilə çoxalma 
Tumurcuqlanma 
 
Tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir formasıdır. Yeni orqanizm ana orqanizmin 
üzərində  şişkinlik (tumurcuq) formasında yaranır və sonra ondan ayrılaraq müstəqil 
orqanizmə çevrilir. Tumurcuqlanma müxtəlif canlı orqanizm qruplarında rast gəlinir. 
Məsələn, hidra, birhüceyrəli maya göbələkləri. Maya göbələklərinin tumurcuqlanması 
zamanı ana hüceyrənin üzərində  şişkinlik – tumurcuq yaranır. O, böyüyür, ölçüləri artır. 
Ana hüceyrənin nüvəsi bölünür. Əmələ  gələn qız nüvələrdən biri tumurcuğa keçir. Yeni 
hüceyrə əmələ gəlir. O, ana hüceyrə ilə birlikdə qalıb və ya ayrılıb yaşaya bilir.  
Hidra da buna bənzər yolla çoxala bilir. Adətən yayda hidranın bədən səthində bölünən hü-
ceyrələr toplusu – tumurcuq əmələ  gəlir. Tədricən onların ölçüləri artır, qolcuqları  əmələ 
gəlir, ağız dəliyi açılır. Daha sonra balaca hidra ana orqanizmdən ayrılır və adətən ona ya-
xın yerləşir. Hidralar qeyri-cinsi yolla yalnız əlverişli mühit şəraitində və qida bol olduqda 
çoxalırlar. 
 
 
4 qrup: Vegetativ çoxalma 
Vegetativ çoxalma 
 
Bitkilər, bəzi heyvanlar və göbələklər bədən hissələri ilə də çoxala bilirlər. Belə çoxalma  
vegetativ çoxalma adlanır. Məsələn, hidranı və ya yastı qurdlardan olan planarinin bədənini 
bir neçə hissəyə bölsək onun hər birindən yeni orqanizm inkişaf  edəcək. Göbələklər yeni  
orqanizmə başlanğıc verən mitselinin bir və ya bir neçə hüceyrəyə ayrılması yolu ilə çoxala 
bilirlər. Bitkilərin vegetativ çoxalması zamanı yeni fərdlər vegetativ orqanlardan, onların 
hissələrindən və ya şəkildəyişmələrindən əmələ gəlir
.
 
 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Qruplar öz işlərini təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olur və suallara 
cavab verir. Qrupların çıxışları zamanı  “İnfuzor-tərliyin bölünməsi”, “Hidranın 
tumurcuqlanması” və s. animasiya filmlərinin nümayişi məqsədəuyğun olardı. 
 
 

 
155 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  
Bu mərhələdə ümumi sxem tərtib olunur və  dərsin nəticələri çıxarılır. BİBÖ 
cədvəlinin 3-cü sütunu doldurulur, 2-ci sütunda açıqlanmamış suallar qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Qeyri-cinsi yolla göbələklər, bakteriyalar, heyvanlar, bitkilər çoxala bilər. 
2. Çoxalmada bir fərd iştirak edir. 
3. Üstünlükləri: 
  Fərdlərin sayı tez artır 
  Konkret mühit şəraitində yaşamağa uyğunlaşma 
  Yayılma  
  Alınan nəsillərin valideyn fərdlərlə oxşar olması növün Yer üzərində saxlan-
masını təmin edir. 
4. Çatışmazlıqlar:  
  Qeyri-sabit və dəyişkən  mühit şəraitində yaşamağı təmin etmir. 
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
YARADICI TƏTBİQETMƏ   
Bu mərhələdə  dərslikdə “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş 
tapşırıqlar yerinə yetirilə bilər 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Cədvəli lövhənin bir hissəsində  bərkidir. Dərsin bütün 
mərhələlərində bu meyarlara uyğun olaraq  şagirdlərin fəaliyyətini izləyir və 
qeydlərini cədvəldə yazır. 
 
 
Qeyri-cinsi çoxalma
Hüceyrənin  
ikiyə  bölünməsi  
Sporla  
çoxalma  
Tumurcuqlanma
Vegetativ
 

 
156
Dərs 52 / Mövzu 46:
 ORQANİZMLƏRİN MÜHİTLƏ 
             QARŞILIQLI TƏSİRİ 
 
 
DƏRSİN GEDİŞİ 
MOTİVASİYA  
Müəllim suallarla sinfə müraciət edir: 
– Ətraf mühit nədir? 
– Canlı orqanizmlərə ətraf mühitin hansı amilləri təsir edir?  
 
Şagirdlər cavablarını lövhədəki sxemdə qeyd edirlər  (su, hava, digər heyvan və 
bitkilər, işıq, torpaq, insan və s). 
Müəllim: 
– Göstərilən amilləri necə qruplaşdırmaq olar? (canlı və cansız təbiət) 
– Canlı orqanizmlərin bir-biri ilə  və  ətraf mühitlə qarşılıqlı  təsirini öyrənən elm 
necə adlanır? (ekologiya) 
 
Tədqiqat sualı: 
Ətraf mühitin amilləri canlı orqanizmlərin quruluşuna və 
həyat tərzinə necə təsir göstərir? 
 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün  şagirdləri 3 qrupa bölür. Müəllim hər qrupa 
mövzu ilə bağlı  dərslikdəki mətndən  əlavə  mətn paylayır. Tədqiqat işi “Karusel” 
üsulu ilə aparıla bilər. Qruplara eyni cədvəl (A3 vərəqində) və fərqli rəngdə olan 
bir ədəd marker paylanılır.  
Alt  
STANDARTLAR  
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 
 
 
DƏRSİN MƏQSƏDİ
Ekoloji amillər və onların canlılara təsirini izah edir. 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan            
İŞ ÜSULLARI 
Beyin həmləsi,  təqdimat,  kiçik qruplarda müzakirə 
 
 
Fənlərarası 
İNTEQRASİYA 
F.-2.2.1; 2.2.2 
 
 
RESURSLAR 
Əlavə  mətnlər, A3 vərəqləri, rəngli markerlər,  kompüter, 
proyektor 

 
157 
 
Tapşırıq: Mətnlərdən istifadə edərək cədvəlin hər sütununda amillərə aid bir 
nümunə yazın.  
 
Ekoloji amillər Bitkilərdə uyğunlaşmalar Heyvanlarda 
uyğunlaşmalar 
İşıq  
 
Rütubət  
 
Temperatur  
 
 
Dərslikdə olan və  əlavə  mətnlərdən istifadə edərək hər qrup cədvəl üzərində öz 
markeri ilə işləyir. Cədvəlin sütunları kifayət qədər enli olmalıdır ki, ora 3 cavab 
yerləşə bilsin. Tapşırığı yerinə yetirdikdən sonra hər bir qrup cədvəli saat əqrəbi  
istiqamətində digər qrupa ötürür. Hər qrup cədvəldə olan yazıları nəzərdən keçirir 
və öz cavablarını  təkrarlanmamaq  şərti ilə  əlavə edir. Cədvəllər ilkin qruplara 
qayıdanda təqdimatlar  və müzakirələr başlanır.  
 
İŞIQ. Bitkilər yalnız işıqda üzvi maddələr hazırlayır, bitkilərin və heyvanların davranışında 
sutkalıq və mövsümi dövrilik yalnız işıqdan asılıdır. Məsələn, yayın ortasında isti və yağıntı 
çox olur, amma birdən bitkilərin böyüməsi zəifləyir, meyvələrin və toxumların yetişməsi 
başlanır. Heyvanlarda da buna bənzər dəyişikliklər baş verir: məsələn, quşlarda və  mə-
məlilərdə tüləmə başlanır, bəzi heyvanlar qışa hazırlaşaraq ehtiyat toplayır, bəziləri piy tə-
bəqəsi formasında bədənlərində ehtiyat qida maddələri saxlayır, köçəri quşlar dəstələrdə 
toplanır. İşığa münasibətinə görə işıqsevən və kölgəsevən bitkilər olur. İşıqsevən bitkilərin  
şaxələnən gövdəsinin üzərində xlorofili çox olan  yarpaqları olur (məsələn, buğda, çovdar, 
günəbaxan və s.). Kölgəsevən bitkilərin şaquli yerləşən, daha  az miqdarda ağızcıqları olan 
nazik, amma iri yarpaqları olur.   
SU. Canlı orqanizmlərin həyatında suyun da işıq kimi böyük əhəmiyyəti var. Onun çatış-
mazlığı orqanizmlərin məhvinə səbəb olduğuna görə heyvanların və bitkilərin su əldə etmə-
si, qənaəti üçün müxtəlif uyğunlaşmaları olur. Məsələn, səhra bitkilərində uzun köklərin ol-
ması (dəvətikanında 16 m-ə çatır), saksaulun pulcuqşəkilli, kaktusun iynəşəkilli yarpaqları 
suyun az buxarlanmasına səbəb olur.  Kaktuslar gövdənin genişlənmiş hissəsində su topla-
yır. Quraqlıq zamanı bitkilərin böyüməsi dayanır. Yayın əvvəlində qısa çiçəkləmə dövrün-
dən sonra bəzi bitkilər yarpaqlarını tökür, yerüstü hissələri məhv olur və bu vəziyyətdə on-
lar quraqlıq dövrünü keçirir. Belə halda növbəti mövsüm üçün soğanaqlar, kökümsovlar 
qalır. 
Heyvanların bir qrupu qidanın tərkibində olan su ilə kifayətlənə bilir, bəziləri onu piy 
ehtiyatından alırlar (məsələn, dəvə), digərləri su çatışmayanda sükunət halına keçirlər 
(tısbağa, bəzi gəmiricilər). 
TEMPERATUR.  Əksər  heyvanlar üçün temperatur vacib amildir: adətən, yüksək 
temperatura dözümlülüyün həddi +40...45
0
C olur. Aşağı temperaturda isə bir çox canlılarda 
həyat fəaliyyəti zəifləyir, bəziləri məhv olurlar. Onurğalı heyvanları iki qrupa bölmək olar: 
sabit bədən temperaturu olanlar (istiqanlılar – quşlar, məməlilər) və qeyri-sabit bədən 
temperaturu olanlar (soyuqqanlılar – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər). 
Temperaturun dəyişməsindən daha çox soyuqqanlı heyvanlar asılıdır: soyuqda onların 
bədən temperaturu aşağı düşür və onlar sükunət halına keçirlər. Yazda havalar isindikcə 
ilanlar, kərtənkələlər günəşin şüaları altında isinməyi sevirlər. İstiqanlı heyvanlar isə ilboyu  
fəaldırlar, qışın sərt  şəraitinə dözmək üçün onların xüsusi uyğunlaşmaları var (sıx tük 

 
158
örtüyü, dərialtı piy qatı). Ayı kimi qışda özlərinə yem tapa bilməyən heyvanlar qış 
yuxusuna gedirlər, quşlar isti, yem çox olan ölkələrə uçurlar. Bitkilərdə yüksək 
temperaturdan qorunmaq üçün qalın kutikula, mum  örtüyü əmələ  gəlir.   Qışa hazırlıq 
dövründə bitki hüceyrələrində suyun miqdarı azalır, donmanın qarşısını alan şəkərlər, 
qliserin toplanır.  İlin isti günlərində  ağızcıqlardan suyun buxarlanması güclənir və bu,  
yarpaqların temperaturunun aşağı düşməsinə səbəb olur.  
                                                                                                                                                         
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Qruplar öz işlərini təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış olur, nəticələri 
müzakirə edir.
 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  
Bütün canlı orqanizmlərə mühitin abiotik amilləri (cansız təbiətin amilləri) təsir 
edir, xüsusilə temperatur, işıq və rütubət. Cansız təbiətin amillərinin təsirindən asılı 
olaraq bitkiləri və heyvanları müxtəlif qruplara ayırırlar, onlarda abiotik amillərə 
qarşı uyğunlaşmalar yaranır.   
Abiotik amillərin təsiri haqqında müzakirələr tamamlanandan sonra şagirdlər 
paraqrafın son hissəsi ilə tanış olurlar. Növbəti dərsdə bu mövzu ilə daha ətraflı 
tanış olduqlarına görə bu dərsin sonunda “Öyrəndiklərinizi tətbiq edin” bölməsində 
verilmiş ümumiləşdirici cədvəl təqdim olunur və uyğun nəticələr çıxarılır. 
 
 
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
 
YARADICI TƏTBİQETMƏ   
Bu mərhələdə  dərslikdə  “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilmiş 1-ci 
tapşırıq yerinə yetirilə bilər. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 

 
159 
Mənbələr 
 
1.  Z. Veysova. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait. BMT Uşaq Fondu 
(UNICEF), 2007. 
2.  Л.Н.Сухорукова, В.С.Кучменко, Е.А.Дмитриева. Биология. Живой организм. 
Поурочные 
методические 
рекомендации. 5-6 классы. 
Москва, 
«Просвещение», 2012 
3.  Уроки  биологии.  Пособие  для  учителей  общеобразовательных  учреждений. 
Под редакцией В.В.Пасечника. Москва, «Просвещение», 2012 
4.  В. В. Пасечник,  С. В. Суматохин,  Г. С. Калинова.  Уроки  биологии. 6 класс.  
Пособие для учителя. Москва, «Просвещение», 2012 
5.  З. А.Томанова,  В.И.Сивоглазов.   Биология.  Живой  организм. 6 
класс. 
Методическое пособие / М.: Дрофа, 2012 
6.  Биология. Рабочие программы. 5–9 классы / М.: Дрофа, 2012  
7.  В.Н.Семенцова.  Биология. 6 класс.  Технологические  карты  уроков:  Метод. 
Пособие.- СПб.: «Паритет», 2001  
8.  Биология. 6 класс.  Лучшие  нестандартные  уроки:  Пособие  для  учителя / 
Сост. Сонин Н.И. – 2-е изд.- М.: Айрис-пресс, 2004.  
9.  А.К.  Тарасов.  Ботаника,  зоология,  химия.  Книга  для  учителя  и  учащихся. – 
Смоленск: Русич, 1999  
10. Сборник «Уроки биологии по курсу «Биология. 6 класс. Живой организм» - 
Дрофа,: 2006 
11. Биология.  Живой  организм. 6 класс:  Поурочные  планы  по  учебнику 
Н.И.Сонина / Авт.-сост. М.В.Высоцкая. – Волгоград: Учитель, 2005.  
12. Биология.  Живой  организм. 6 кл.:  Тестовые  задания / С.В.Баготский, 
Л.И.Рубачева, Л.И.Шурхал. – М.: Дрофа, 2003 
13. И.В.Зверева. Нестандартные уроки биологии. 5 класс. – Волгоград: Корифей, 
2007. 
14. Система  упражнений  для  развития  и  диагностики  общеучебных  умений  и 
навыков  с  помощью  учебника  биологии  (образовательная  линия  Захарова 
В.Б.). Методическое пособие, Составитель Макарова Е.Н., 2007  
15. Т.С.  Сухова,  В.И.  Строганов.  Природа.  Введение  в  биологию  и  экологию. 
Методика для учителя. 5 класс Москва, Издательский центр «Вентана-Граф» 
16. http://www.prosv.ru/ebooks/Pasechnik_Uroki_biologii_6kl/index.html 
17. http://mirbiologii.ru/ 
18. http://www.jiwoy.ru/ 
19. http://bio.1september.ru/ 
20. http://www.cosmoschool.ru/metod_library/grants/arhiv/bio/6-2/menu.htm 
21.  http://www.1september.ru 
22.  http://www.kozlenkoa.narod.ru 
23. http://sbio.info/ 
24. http://tana.ucoz.ru/ 
25. http://www.alleng.ru/edu/bio1.htm 
26. http://www.shishlena.ru/ 
27. http://school.holm.ru/predmet/bio/ 
 

 
160
KİTABIN İÇİNDӘKİLӘR
 
 
DӘRSLİK KOMPLEKTİ HAQQINDA.................................................................. 3 
DӘRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRӘ STRUKTURU ............................... 5 
VI SİNİF BİOLOGİYA FӘNN PROQRAMI (KURİKULUMU) ................................. 7 
FӘNN ÜZRӘ MӘZMUN STANDARTLARININ  REALLAŞMA CӘDVӘLİ VӘ İLLİK 
PLANLAŞDIRMA NÜMUNӘSİ ......................................................................... 9 
FӘNLӘRARASI İNTEQRASİYA CӘDVӘLİ .........................................................12 
TӘCRÜBӘ VӘ LABORATORİYA İŞLӘRİNİN TӘŞKİLİ ........................................13 
BİOLOGİYA DӘRSLӘRİNDӘ YENİ TӘLİM  
TEXNOLOGİYALARININ TӘTBİQİ ...................................................................14 
DİFERENSİAL TӘLİM İMKANLARI...................................................................17 
ŞAGİRD NAİLİYYӘTLӘRİNİN QİYMӘTLӘNDİRİLMӘSİ .....................................18 
 
MÖVZULAR ÜZRӘ TӘLİM  
MATERİALLARI İLӘ İŞ TEXNOLOGİYASININ ŞӘRHİ ........................................22 
 
I. BİOLOGİYA CANLI ORQANİZMLӘR HAQQINDA ELMDİR .....................................22 
FӘSİL 1. BİOLOGİYANIN TӘDQİQAT OBYEKTLӘRİ............................................23 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................33
 
 
II. CANLI ORQANİZMLӘRİN QURULUŞU ...............................................................35 
FӘSİL 2. ORQANİZMLӘRİN HÜCEYRӘLİ QURULUŞU. TOXUMALAR,  
             ORQANLAR VӘ ORQANLAR SİSTEMİ ..................................................36 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................53 
FӘSİL 3. BİTKİLӘRİN VEGETATİV ORQANLARI ................................................55 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................68
 
FӘSİL 4. BİTKİLӘRİN GENERATİV ORQANLARI ................................................70 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................78
 
 
III. ORQANİZMLӘRİN HӘYAT FӘALİYYӘTİ...........................................................80 
FӘSİL 5. CANLILARDA DAYAQ, HӘRӘKӘT, QİDALANMA VӘ TӘNӘFFÜS ............81 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................99
 
FӘSİL 6. ORQANİZMLӘRDӘ MADDӘLӘRİN DAŞINMASI, İFRAZAT,  
      ÇOXALMA VӘ İNKİŞAF ......................................................................101 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................118
 
 
IV. ORQANİZM VӘ MÜHİT ...................................................................................120 
FӘSİL 7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ ..........................121 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................131
 
FӘSİL 8. BİTKİ VӘ HEYVANLARIN İNSAN HӘYATINDA ROLU .............................133 
KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ
................................................144
 
 
GÜNDӘLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNӘLӘR .........................................146 
MӘNBӘLӘR..................................................................................................159
 

Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin