Zəif
Orta
Yüksək
Xəstəliktörədən bakteriyaların
quruluşunu çətinliklə təsvir
edir.
Xəstəliktörədən bakteriyaları
qismən təsvir edir.
Xəstəliktörədən bakteriyaların
quruluşunu dolğun təsvir edir.
Bakteriyaların təbiətdə və in-
san həyatında rolunu müəlli-
min köməyi ilə izah edir.
Bakteriyaların təbiətdə və
insan həyatında rolunu izah
edərkən bəzi qeyri-dəqiqliyə
yol verir.
Bakteriyaların təbiətdə və
insan həyatında rolunu ətraflı
izah edir.
Hüceyrəsiz həyat formaları
olan virusların canlı orqa-
nizmlərə təsirini izah etməkdə
çətinlik çəkir.
Hüceyrəsiz həyat formaları
olan virusların canlı orqa-
nizmlərə təsirini kiçik
xətalarla izah edir.
Hüceyrəsiz həyat formaları
olan virusların canlı orqa-
nizmlərə təsirini geniş izah
edir.
43
Dərs 11 / Mövzu 10:
HÜCEYRƏLƏRİN BÖLÜNMƏSİ VƏ İNKİŞAFI
Şagirdlər dərslikdəki mətnlə tanış olur. Müəllim böyümə və inkişafı göstərən
digər maraqlı faktlar da göstərə bilər. Məsələn, təzə anadan olmuş uşağın 3–3,5 kq
çəkisi olur, elə kenquru növləri var ki, onların yeni doğulmuş balasının çəkisi
qramlarla ölçülür. Amma onlar tez bir zamanda böyüyür və inkişaf edir. Müəllim
şagirdləri bunun səbəbləri ətrafında fikir mübadiləsinə cəlb edə bilər. İnkişafın belə
sürətlə getməsinin hüceyrələrin bölünməsi nəticəsində baş verdiyi nəticəsinə
gəlmək üçün yönəldici suallardan istifadə etmək məqsədəuyğundur. Müəllim
hüceyrənin quruluşu sxemini təqdim edir və şagirdlərlə hüceyrə orqanoidlərinin
adlarını sxemdə yazır. Sonra hüceyrənin nüvəsində yerləşən xromosomlar və
onların irsi məlumat saxlamaq funksiyaları haqqında qısa məlumat verilməsi əhə-
miyyətlidir. Bu məlumat “Fəaliyyət” mərhələsinə keçidi təmin edir.
Tapşırıqdakı suallara cavab verərək şagirdlər nəticəyə gəlirlər ki:
bölünmə zamanı iki yeni hüceyrə yaranır;
ilkin (ana) və yaranmış (qız) hüceyrələrdə xromosomların sayı eynidir.
Müəllim hüceyrənin bölünmə prosesinin gedişatını izah edərkən mitozun mər-
hələlərinin adını çəkmədən onlarda baş verən hadisələri izah edə bilər. İzahat za-
manı sxem, maket, elektron təqdimatların, videomaterialların nümayişi məqsədəuy-
ğundur. Vizual təqdimatlar məlumatın mənimsənilməsinin effektivliyini daha da
artıra bilər.
Paraqrafın son hissəsini şagirdlər müstəqil təhlil edir, “mitoz” prosesinin mahiyyəti
haqqında suallar üzrə müzakirələr aparılır.
– Bölünməsi nəticəsində iki qız hüceyrə əmələ gətirən hüceyrə necə adlanır?
– Hüceyrənin nüvəsində yerləşən xromosomlar hansı funksiyanı yerinə
yetirir? Mitoz nədir? Meyoz nəticəsində hansı hüceyrələr əmələ gəlir?
– Ana hüceyrə ilə müqayisədə qız hüceyrələrində xromosomların sayı
dəyişirmi? (bölünmə üsulundan asılı olaraq ya dəyişmir və ya iki dəfə
azalır)
Alt
STANDARTLAR
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Hüceyrədə bölünmə prosesinin xüsusiyyətlərini sadalayır.
Hüceyrənin bölünməsinin əhəmiyyətini izah edir.
44
– Canlı orqanizmlər üçün bölünmənin nə əhəmiyyəti var?
“Öyrəndiklərinizi tətbiq edin” hissəsində bölünmə prosesinin mexanizmi haqqında
dərsdə aldıqları biliklərdən istifadə edərək şagirdlər hüceyrənin bölünmə mərhələ-
lərini düzgün ardıcıllıqla yerləşdirməlidirlər.
Bu dərsin nəticəsində mənimsənilən biliklər test tapşırıqları vasitəsilə yoxlanılır və
möhkəmləndirilir.
Qiymətləndirmə meyarları:
Xüsusiyyətləri sadalama
İzahetmə
Zəif
Orta
Yüksək
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini müəlli-
min köməyi ilə sadalayır.
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini əsasən
düzgün sadalayır.
Hüceyrədə bölünmə prosesi-
nin xüsusiyyətlərini düzgün
sadalayır.
Hüceyrənin bölünməsinin
əhəmiyyətini izah edərkən
tez-tez səhvlərə yol verir.
Hüceyrənin bölünməsinin
əhəmiyyətini əsasən düzgün
izah edir.
Hüceyrənin bölünməsinin
əhəmiyyətini ətraflı izah edir.
Dərs 12 / Mövzu 11:
BİRHÜCEYRƏLİ VƏ ÇOXHÜCEYRƏLİ
ORQANİZMLƏR
Dərslikdə verilmiş tarixi faktla tanış olduqdan sonra müəllim müxtəlif suallar
verə bilər; məsələn: “Hansı əlamətlərə görə Levenhuk mikroskopla müşahidə etdiyi
varlıqları kiçik heyvancıqlar kimi təsvir etmişdi?”. Bu zaman şagirdləri bu
hissəciklərin yüksək sürətlə hərəkət etdiklərinə görə onların heyvancıqlar adlandı-
rılması cavabına istiqamətləndirmək lazımdır. Sonra müəllim “Fəaliyyət” blokun-
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
Dərsin
MƏQSƏDİ
Birhüceyrəli orqanizmlərin quruluşunu təsvir edir.
Çoxhüceyrəli orqanizmlərin ümumi xüsusiyyətlərini təsvir edir.
Kolonial və çoxhüceyrəli orqanizmləri fərqləndirir.
45
da nəzərdə tutulmuş laboratoriya işinə şagirdləri hazırlamaq məqsədi ilə dərslikdə-
ki sualları verə bilər.
İş şəkil əsasında aparılır. Əlavə olaraq proyektor vasitəsilə
http://biologys.ru/?cat=109
ünvanından videomaterialın nümayişini təşkil etmək
olar. Elektron resurs rus dilində olduğundan nümayiş zamanı səsi azaldıb müəllim
özü videomateriala uyğun şərhlər verməlidir.
Birhüceyrəli orqanizmlərin quruluş xüsusiyyətləri, həyat fəaliyyəti barədə
nəzəri materialın tam qavranılması üçün bu mövzu üzrə elektron resurslardan
istifadə olunması məqsədəuyğundur. Belə elektron resurslar animasiyalı
təqdimatlar, videofayllar şəklində ola bilər. Məlumatın əyaniliyi üçün onun vizual
təqdim olunması, adətən, şagirdlərin böyük marağına səbəb olur və zəruri
məlumatın daha tam qavranılmasını təmin edir. Təlim nəticələri zəif olan şagirdlər
üçün belə təlim üsulları daha məqsədəuyğundur. Koloniya halında yaşayan
canlıların quruluşunun izahı zamanı müqayisəli təhlil apararaq onların birhüceyrəli
orqanizmlərdən üstünlüyünü göstərmək lazımdır.
Təlim materialının sonunda
“çoxhüceyrəli orqanizmlərdə hüceyrələr birləşərək to-
xumaları, toxumalar isə orqanları əmələ gətirir. Orqanlar da öz növbəsində orqanlar
sistemini təşkil edir” fikrini müəllim lövhədə sxem şəklində göstərə bilər:
“Öyrəndiklərinizi yoxlayın” bölümündə təqdim olunmuş tapşırıq mövzunu tam
əhatə edir və dərsin məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün
imkan yaradır.
1-ci tapşırıqda birhüceyrəli orqanizmlərin hərəkəti (qamçılar, kirpiklər, yalançı
ayaqlar), 2-ci tapşırıqda isə koloniya halında yaşayan və çoxhüceyrəli orqanizmlər
müqayisə olunur.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Fərqləndirmə
Zəif
Orta
Yüksək
Birhüceyrəli orqanizmlərin
quruluşunu çətinliklə təsvir
edir.
Birhüceyrəli orqanizmlərin
quruluşunu əsasən düzgün
təsvir edir, amma çətinliklə
nümunələr göstərir.
Birhüceyrəli orqanizmlərin
quruluşunu düzgün təsvir
edir və uyğun nümunələr
göstərir.
Çoxhüceyrəli orqanizmlərin
ümumi xüsusiyyətlərini
təsvir etməkdə çətinlik çəkir.
Çoxhüceyrəli orqanizmlərin
ümumi xüsusiyyətlərini
müəllimin sualları əsasında
təsvir edir.
Çoxhüceyrəli orqanizmlərin
ümumi xüsusiyyətlərini
dəqiq təsvir edir.
Koloniya halında yaşayan
birhüceyrəli və çoxhüceyrəli
orqanizmləri fərqləndirərkən
səhvlərə yol verir.
Koloniya halında yaşayan
birhüceyrəli və çoxhüceyrəli
orqanizmləri əsasən düzgün
fərqləndirir.
Koloniya halında yaşayan
birhüceyrəli və çoxhüceyrəli
orqanizmləri nümunələrlə
düzgün fərqləndirir,
nümunələr gətirir.
Hüceyrə
Toxuma
Orqan
Orqanlar sistemi
Orqanizm
46
Dərs 13 / Mövzu 12:
BİTKİNİN TÖRƏDİCİ, ÖRTÜK VƏ MEXANİKİ
TOXUMALARI
Tarixi faktla tanış olduqdan sonra müəllim keçən dərslərdə qazanılan biliklərə
əsaslanaraq hüceyrələrin birləşərək nə əmələ gətirdiyini və hansı funksiyaları
yerinə yetirdikləri barədə müxtəlif suallar verə bilər. Bu zaman toxumalar və
onların müdafiə, ifrazat və digər funksiyaları haqqında müzakirə təşkil etmək olar.
Praktik işi yerinə yetirən zaman şagirdlər belə nəticəyə gəlirlər ki, kartofun qa-
bığı və ləti öz strukturuna görə fərqlənir. Daha möhkəm olan qabıq ləti qoruyur.
Bişirilmiş kartofun ləti daha asan dağılır, çünki bu zaman kartof lətinin
hüceyrələrini birləşdirən hüceyrəarası maddə yüksək temperaturdan dağılır.
Təqdim olunan material 6-cı sinif şagirdləri üçün yeni olduğuna görə şifahi mü-
zakirələrlə yanaşı, sxem və şəkillərdən də istifadə etmək tövsiyə olunur. Şagirdlərin
dəftərlərində müvafiq qeydlər aparmaları yeni məlumatı daha yaxşı yadda saxlama-
ları üçün faydalı olardı. Məsələn, “toxuma” anlayışının tərifini dəftərdə yazmaq
tapşırıla bilər. Materialın mürəkkəbliyini və həcmini nəzərə alaraq öyrənilən yeni
bitki toxumalarının adlarını və onların xüsusiyyətlərini böyük vərəq üzərində, ya-
xud lövhədə çəkilmiş cədvələ qeyd etmək olar. Bu mövzular öyrənilən müddət ər-
zində cədvəl şagirdlərin gözü qarşısında qalır:
Toxuma Harada
yerləşir Funksiyası Hüceyrələrin xüsusiyyətləri
Bitki toxumaları qrupları, daha sonra heyvan toxumaları öyrənildikcə cədvələ mü-
vafiq xüsusiyyətlər əlavə olunur. Bu mexanizm müqayisə etmək vərdişlərinin for-
malaşdırılması prosesini daha məhsuldar edəcək.
Bioloji biliklərin vacibliyini və onların praktik əhəmiyyətini qiymətləndirmək üçün
müəllim müxtəlif suallar verə bilər. Məsələn, “Bu və ya digər toxumanın quruluşu-
nun pozulması nəyə səbəb ola bilər?” sualının müzakirəsi müəyyən proqnozlar ver-
mək üçün əhəmiyyətlidir.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
Dərsin
MƏQSƏDİ
Bitkilərdə törədici, örtük və mexaniki toxumaların quruluşunu
təsvir edir.
47
Dərsin əvvəlində tədricən doldurulması tövsiyə olunan cədvəl dərsin sonunda
şagirdlərlə birlikdə təhlil oluna bilər. Bu, gələcək tapşırıqların müvəffəqiyyətlə
yerinə yetirilməsinə zəmin yaradır.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə tapşırıqların cavabı belədir:
1. 1 – b, d; 2 – a, e; 3 – c, ç.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Bitkilərdə törədici, örtük və
mexaniki toxumaların
quruluşunu təsvir etməkdə
çətinlik çəkir.
Bitkilərdə toxumaların
quruluşunu təsvir edərkən
kiçik qüsurlara yol verir.
Bitkilərdə törədici, örtük və
mexaniki toxumaların
quruluşunu dolğun təsvir
edir.
Dərs 14 / Mövzu 13:
BİTKİNİN ÖTÜRÜCÜ, ƏSAS VƏ İFRAZAT
TOXUMALARI
Mətn və uyğun suallar müzakirə oluna bilər. Dərsə başlamazdan əvvəl müəllim
ötən dərsdə keçilmiş mövzunu möhkəmləndirmək və yeni mövzu ilə əlaqə qurmaq
üçün şifahi və ya lövhədə qeyd etməklə qısa test tapşırıqları təklif edə bilər. Bu, şa-
girdlərin artıq bildikləri bitki toxumalarını yeni öyrənəcəkləri toxuma növlərindən
fərqləndirmək üçün çox əhəmiyyətlidir.
1. Yarpaq dəriciyi hansı toxuma qrupuna aiddir:
A) Örtük B) Törədici C) Mexaniki
2. İrinüvəli hüceyrələri, nazik qılafı və kiçik ölçüləri olan hüceyrələr hansı toxuma
qrupuna aiddir:
A) Örtük B) Törədici C) Mexaniki
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
Dərsin
MƏQSƏDİ
Bitkilərdə ötürücü, əsas və ifrazat toxumalarının quruluşunu
təsvir edir.
48
3. Örtük toxuması hüceyrələrinin hansı xüsusiyyəti onun müdafiə funksiyasını tə-
min edir:
A) Uzunsov forma və nüvənin olmaması B) Nüvənin olması və nazik qılaf
C) Hüceyrələrin sıx yerləşməsi, qalınlaşmış qılaf
4. Mexaniki toxumanın hüceyrələri:
A)
Liflər
B) Mərciməklər C) Ağızcıqlar
5. Törədici toxuma aşağıdakı funksiyaları yerinə yetirir:
A)
Bitkilərin
tənəffüsü B) Bitkilərin böyüməsi C) Zədələrdən müdafiə
“Fəaliyyət” blokunda verilmiş praktik tapşırığı yerinə yetirmək üçün bitki buda-
ğını 2–3 gün əvvəl rənglənmiş suya qoymaq lazımdır. Dərs zamanı şagirdlər
tapşırıqdakı göstərişləri həmin budaqlarla yerinə yetirməlidirlər. Zoğda eninə və
uzununa kəsiklər apardıqdan sonra şagirdlər gördüklərini təsvir edirlər.
Müəllim şagirdləri əsas toxumanın növləri, quruluşu və funksiyaları ilə tanış
edir. İzahat zamanı dərsliklə yanaşı, toxumanın xüsusiyyətlərini əks etdirən digər
resursların – videomaterial, prezentasiya, mikrofotoşəkillər və s.-nin istifadəsi
məqsədəuyğundur. Şagirdlər müəllim ilə birlikdə ötən dərsdə istifadə etdikləri cəd-
vəli doldurur, ötürücü, əsas və ifrazat toxumalarının xüsusiyyətlərini qeyd edirlər.
Toxuma Harada
yerləşir Funksiyası Hüceyrələrin xüsusiyyətləri
Bu tapşırığın 3 işarədən ibarət cavabını şagirdlər dəftərdə yazırlar (1 – Ç – II;
2 – C – III; 3 – A – I; 4 – B – V, 5 – D – IV).
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqların cavabları belədir:
1. a) örtük b) əsas c) ifrazat d) törədici e) ötürücü
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif
Orta
Yüksək
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu müəllimin köməyi ilə
təsvir edir.
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu təsvir edərkən kiçik səhv-
lərə yol verir.
Bitkilərdə ötürücü, əsas və if-
razat toxumalarının quruluşu-
nu ətraflı təsvir edir.
49
Dərs 15 / Mövzu 14:
HEYVAN TOXUMALARI
Mətnlə tanış olduqdan sonra müəllim bitki toxumalarını yada salmaq üçün bir
neçə sual verə bilər. Məsələn, “Toxuma nədir?”, “Bitkilərdə hansı toxumalara rast
gəlinir?”, “Onlar hansı funksiyaları yerinə yetirir?” və s.
Mətndən sonrakı suallar müzakirə oluna bilər. Müəllim şagirdləri müvafiq suallarla
bitki və heyvan toxumalarının ilk növbədə yerinə yetirdikləri funksiyalara görə
fərqləndikləri nəticəsinə yönəldir.
Bundan başqa, bitki və heyvan hüceyrələri öz
quruluşuna görə də fərqlənir. Bu səbəbdən də bitki toxumaları heyvan toxumaların-
dan həm quruluşuna, həm yerləşməsinə, həm də funksiyalarına görə fərqlənir.
Müzakirələrdən sonra müəllim lövhədə belə bir sxem tərtib edə bilər.
Bitki və heyvan örtük toxumalarını müqayisə edərkən şagirdlər onların oxşar
və fərqli cəhətlərini qeyd edirlər. Bu işi bütün siniflə Venn diaqramında yerinə
yetirmək mümkündür.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olu-
nur. Fasilələr zamanı müəllim şagirdlərə qabaqcadan hazırlanmış müxtəlif suallar
verir? Məsələn, “Toxumada hüceyrələr bir-biri ilə necə birləşir?”, “Epiteli
toxumasının quruluşu necədir və bu toxuma hansı funksiyaları yerinə yetirir?”,
“Birləşdirici toxuma hansı funksiyaları yerinə yetirir?”, “Birləşdirici toxumanın
hansı növləri var” və s.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Heyvan toxumalarını təsvir edir.
Heyvan və bitki toxumalarını fərqləndirir.
Toxumaların yerinə yetirdiyi funksiyaları sadalayır.
Heyvan toxumaları
Epiteli Birləşdirici Əzələ Sinir
50
2) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa abzaslara bölün-
müş mətn verilir (mətn, şəkillər müəllim tərəfindən də hazırlana bilər). Materialı
öyrəndikcə “Heyvan toxumaları” adlı yekunlaşdırıcı sxem tədricən doldurulur.
Toxuma növü
Yerləşməsi Quruluş xüsusiyyətləri Funksiyaları
Epiteli
Birləşdirici
Əzələ
Sinir
Əgər cədvəl yuxarıda tövsiyə olunan kimi dərs boyunca doldurulursa, dərsin
sonunda cədvəl şagirdlərlə birlikdə təhlil edilə bilər. Bu, növbəti tapşırıqların mü-
vəffəqiyyətlə yerinə yetirilməsi üçün zəmin yaradır.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə tapşırıqların cavabı belədir:
– Əzələ əzələ toxumasına aiddir.
– Sinir toxumasının əsas xüsusiyyəti oyanma və ötürülmədir.
– Piy, sümük, qığırdaq və qan toxumaları birləşdirici toxumaya aiddir.
– Orqanizmdə dərinin üst səthini epiteli toxuması örtür.
2. Düzgün cavabları:
1 – epiteli, 2 – sinir toxuması, 3 – birləşdirici toxuma, 4 – əzələ toxuması
Qiymətləndirmə meyarları:
Sadalama
Təsviretmə
Zəif
Orta
Yüksək
Heyvan toxumalarını düzgün
sadalayır, təsvir edə bilmir.
Heyvan toxumalarını düzgün
sadalayır, amma təsvir
edərkən kiçik səhvlərə yol
verir.
Heyvan toxumalarını ətraflı
təsvir edir.
Toxumaların yerinə yetirdiyi
funksiyaların az bir qismini
sadalayır.
Toxumaların yerinə yetirdiyi
funksiyaların əsas qismini
sadalayır.
Toxumaların yerinə yetirdiyi
funksiyaları nümunələr
göstərməklə sadalayır.
51
Dərs 17 / Mövzu 15:
HEYVANLARIN ORQANLARI VƏ
ORQANLAR SİSTEMİ
Mətn və suallar müzakirə olunduqdan sonra müəllim mövzuya keçməzdən
əvvəl canlı aləmin quruluş sxemini yada salmağı təklif edir. Şagirdlər müəllimin
köməyi ilə lövhədəki sxemdə buraxılmış xanaları doldurur və hər birinə qısa izahat
verirlər.
“Fəaliyyət” bölümünə keçidi təmin etmək üçün şagirdlərin keçilmiş mövzulardan
biliklərini yada salmaq üçün müəllim müəyyən suallar verir. Məsələn, “Heyvanla-
rın hansı orqanları var?”, “Bu orqanlar hansı funksiyaları yerinə yetirir?”, “Onlar
arasında hansı əlaqələr var?” kimi sualların müzakirə olunması məqsədəuyğundur.
Praktik işin yerinə yetirilməsində şagirdlər heyvanların orqanları və onların
funksiyaları haqqında ilkin biliklərin olmasına əsaslanır. Bu işi bütün siniflə yerinə
yetirmək və cavabları lövhədə qeyd etmək tövsiyə olunur.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olu-
nur. Fasilələr zamanı müəllim şagirdlərin təfəkkürünün oyanmasına yönəlmiş qa-
baqcadan hazırlanmış müvafiq suallar verir. Suallar həm sistemin quruluşunu, həm
də onun funksiyalarını əhatə etməlidir. Məsələn,
“
Müxtəlif qruplara aid olan hey-
vanların dayaq-hərəkət sisteminin quruluşu necədir və onlar hansı funksiyanı
yerinə yetirirlər?”, “Hansı sistem orqanizmdə qazlar mübadiləsini təmin edir?”,
“Həzm sisteminin quruluşu necədir və o, hansı funksiyanı yerinə yetirir? Hansı
orqanlar həzm sisteminə aiddir?”, “İfrazat sistemi orqanizmdə hansı funksiyanı
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
Dərsin
MƏQSƏDİ
Heyvanların orqanlar sistemlərinin quruluşunu təsvir edir.
Heyvanların orqanlar sistemlərinin funksiyalarını sadalayır.
?
Toxuma
?
Orqanlar
sistemi
?
52
yerinə yetirir?”, “Hansı sistem bütün orqanların uzlaşmış fəaliyyətini təmin edir?”,
“Orqanlar sisteminin quruluşu ilə yerinə yetirdikləri funksiyaları arasında qarşılıqlı
əlaqə özünü nədə göstərir?” və s.
2) “İNSERT” metodu. Şagirdlər mətnin kənarında ağ kağız zolağı qoyurlar və
oxuduqca uyğun qeydlər edirlər.
3) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Hər bir qrupa abzaslara
bölünmüş mətn verilir. Mətn və şəkillər müəllim tərəfindən də hazırlana bilər.
Materialı öyrəndikcə “Heyvanların orqanlar sistemi” adlı yekunlaşdırıcı cədvəlin
doldurulması yeni biliklərin sistemləşdirilməsi üçün faydalı olardı.
Orqanlar sistemi
Aid olan orqanlar
Yerinə yetirdikləri funksiya
Tapşırığı şagirdlər müstəqil yerinə yetirir və cavabları dəftərdə qeyd edirlər.
Sonra nəticələr yoxlanılır, lazım olduqda cədvəldə əlavələr və düzəlişlər qeyd
olunur.
Düzgün cavablar belədir: A – 4, 6; B – 9, 11; C – 2, 7; D – 3, 8; E – 1, 5, 10.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə verilmiş tapşırıqların cavabı belədir:
1. a) böyrək – ifrazat sistemi, qalanları həzm sistemi; b) ağciyərlər – tənəffüs
sistemi, qalanları qan-damar sistemi; c) hormonlar – endokrin sistemi, qalanları
sinir sistemi; d) traxeya – tənəffüs sistemi, qalanları ifrazat sistemi.
2. Suda yaşayan orqanizmlərin qazlar mübadiləsini təmin edən orqandır
(qəlsəmələr). Quru onurğalılarının tənəffüs orqanıdır (ağciyərlər). İçərisindən hava
keçən şaxələnmiş nazik borucuqlardır (traxeyalar).
Qiymətləndirmə meyarları:
Təsviretmə
Sadalama
Dostları ilə paylaş: |