BİOLOGİYA DƏRSLƏRİNDƏ
YENİ TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ
Biologiya fənninin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla
iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq
seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur,
şagirdlərdə ünsiyyət yaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu
prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək
və birgə fəaliyyət bacarıqları inkişaf edir.
Cütlərlə iş. Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması
şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti
bölüşməyə optimal imkan yaradır.
Fərdi iş. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və
inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi
üçün real imkanlar yaradır.
Biologiya dərslərində fəal təlim üsulları
Müasir dövrdə ən demokratik metod hesab edilən fəal təlim üsulları ilə işləmək
üçün müəllimin şəxsi keyfiyyətləri təşkilatçılıq qabiliyyətləri, bioloji bilik (bu
zaman həm də digər fənlərə dair biliklər də nəzərdə tutulur) səviyyəsi və s. əsas
şərtlərdir. Çünki fəal dərs qarşılıqlı əlaqədə olan müxtəlif amillər sisteminin birliyi-
dir. Fəal təlim üsullarının uğurlu alınmasının başlıca amillərindən biri –dərsin
məzmununa və dərsin mərhələsinə uyğun üsulun seçilməsidir.
Fəal təlim üsullarının aşağıda təqdim olunan nümunələrini dərs prosesinə tətbiq
etmək üçün müəllimdən ustalıq, vəziyyətdən asılı olaraq yeni çalarlar əlavə etmək
və ya ixtisar etmək, mövzuya uyğunlaşdırmaq və s. tələb olunur.
Müzakirələr (diskussiyalar) şagirdlərdə məlumat və ideyaların təşkil olunması,
fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılma-
sı, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırıl-
ması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılma-
15
sı, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata ke-
çirilən mübadilə-müzakirə metodunun tərkib hissəsidir.
Beyin həmləsi. Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal
metodlardan biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala
cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtə-
lif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fi-
kirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çıxarır.
ZİQZAQ üsulu qısa vaxt ərzində mövzunu əhatəli keçməyə imkan verir. Bu üsulu
tətbiq etmək üçün şagirdlər “doğma” qruplara bölünür. Şagirdlərin diqqətinə çatdı-
rılır ki, mətn dörd hissəyə bölünmüşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı birinci
hissə, 2 nömrəli iştirakçı ikinci hissə (3 və 4 nömrəli iştirakçılar da bu qayda ilə)
üçün cavabdeh olacaqlar. Sonra eyni nömrəli oyunçular bir yerə toplaşırlar. İzah
olunur ki, 1, 2, 3, 4 nömrəli şagirdlərdən ibarət olan qruplar indi “ekspert qruplar”
adlanır.
Onların vəzifəsi mətnin onlara düşən hissəsinin məzmununu diqqətlə öyrənməkdən
ibarətdir. Onlar həmin hissəni oxumalı, tərəfdaşlar kimi onun məzmununu müza-
kirə etməli və materialı lazımınca qavradıqlarına əmin olmalıdırlar. Sonra onlar
“doğma” qruplarına qayıdan zaman mətnin tədqiq etdikləri hissəsini həmin qrupun
üzvlərinə hansı qaydada təqdim edəcəklərini qərarlaşdırmalıdırlar. “Ekspert” qrup-
larının işi başa çatdıqdan sonra onlar öz “doğma” qruplarına qayıdaraq öyrəndiklə-
rini, materialın məzmununu həmkarlarına izah edirlər. Nəticədə bütün qrup üzvləri
mətnin məzmununu tam mənimsəyir.
Növbəli suallar üsulu şagirdlərim materialı diqqətlə oxuyub tərəf-müqabilləri ilə bir-
likdə çalışmasına kömək edir. Şagirdlər müəyyən edilmiş mətni hissələr şəklində
növbə ilə oxuyur. Birinci şagird bir hissəni bir başlıqdan digərinə kimi yüksək səslə
oxuyur. Digər tərəf-müqabili mətn haqqında suallar verir. Birinci şagird sualları ca-
vablandırmağa çalışsın. Sonra rollar dəyişilir. Əvvəl sual vermiş olan tərəf-müqabili
növbəti abzası oxuyur. Digəri isə yuxarıda göstərildiyi kimi suallara cavab verir.
Oxu və sualvermə üsulu cütlüklər şəklində tətbiq edilən sual vermək üsuludur.
Şagirdlər müəyyən edilmiş mətni hissələr şəklində növbə ilə oxuyur. Sonra bu
hissənin kənarına yazılacaq acar sözləri-terminləri birlikdə təyin edirlər. Mətn birgə
oxunur. Birinci şagird hissəni oxuyub qurtardığı zaman ikinci şagird səhifə
kənarındakı sözlərdən terminlərdən istifadə edərək suallar hazırlayır. Suallar
şagirdlərin bu mətnlə bağlı test suallarına bənzəməlidir. Şagird sualları kiçik kağız
parçalarına yazır. Birinci şagird sualı yüksək səslə cavablandırır. İkinci şagird
cavabı təsdiq edərsə, cavabı sual kartının arxasına yazırlar. Sonra rollar dəyişilir.
Bu iş növbə ilə mətnin sonuna qədər davam edir. Dərsdən sonra da şagirdlər sual
və cavabların olduğu kartlardan istifadə etməklə bir-birini bu mövzu ilə bağlı
yoxlamaqda davam edə bilərlər.
Konseptual cədvəl üç və ya daha çox məsələ, yaxud cəhətin müqayisəsini nəzərdə
tutur. Cədvəlin tərtibi: şaquli qrafada müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda
isə onların müqayisə olunacaq xüsusiyyətləri və özəllikləri yerləşir.
BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim). BİBÖ-nün tətbiq edilməsi aşağıdakı
mərhələləri həyata keçirməyi tələb edir:
– qruplar və ya cütlərin yazdığı məlumatlar sadalanır və müəllim onları cədvəlin
sol qrafasında yazır (təkrar olanları çıxmaq şərti ilə);
16
– cütlər və ya qruplar mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və
siyahılaşdırır;
– mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur,
birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir;
– şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də digər yeni biliklər
cədvəlin üçüncü qrafasında əvvəlki qayda ilə siyahılaşdırılır və müəllim
tərəfindən lövhədə qeyd olunur.
Bilirəm
İstəyirəm biləm
Öyrəndim
Şaxələndirmə (klaster). Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar
tələb olunur:
– şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməlidir;
– şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməlidir;
– mövzunu açmaq üçün onun daxilində ikincidərəcəli mövzuların qrup daxilində
fərdlərə paylanması təmin edilməlidir;
– iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələrin qrupda birləşdirilməsi-
nə nəzarət edilməlidir.
İNSERT. Fəal təlim metodlarından biri kimi biologiya fənninin tədrisində
«Səmərəli mütaliə və yazı üçün interaktiv qeydetmə sistemi»ndən (İNSERT) geniş
istifadə etmək imkanları vardır.
Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni şagirdin öz münasibətini
bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə münasibətlərini qəbul edilmiş
işarələrlə («» - bu məlumat mənə tanış idi, « – »-bu məlumat mənim əvvəllər
bildiyimi inkar edir, «+» -bu məlumat mənim üçün yenidir, «?» -bu məsələyə dair
əlavə məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan sonra
ümumiləşdirmələr aparılır və qeyd olunur.
İlk növbədə məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrənmək
üçün gələcək fəaliyyət planlaşdırılır.
Venn diaqramı. Hər hansı iki mövzunun (informasiyanın, məlumatın, anlayışın,
obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»-nın tətbiq
olunması tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətləri-
nin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb
edir, – onlarda qoyulmuş məsələnin daha çoxcəhətli müzakirəsini tələb edir.
Biologiya fənni üzrə təlimin təşkili formaları ilə tədris prosesi üçün seçilmiş
üsulların sayını artırmaq olar. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal
təlim üsulunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək
və ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də mövzu seçimində
tam sərbəst olmaq hüququna malikdirlər.
Layihələrin hazırlanması
Layihələr məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat aparmalarını
nəzərdə tutur. Layihə üzərində işin vaxtı dəqiqləşdirilir, şagirdlərə tövsiyələr,
məsləhətlər verilir. Problem konkret qoyulur. Müəllim və şagirdlər birlikdə layihə
«»
« – »
«+»
«?»
17
üzərində işin icra müddətini, istifadə olunacaq vasitələri (ədəbiyyat, mənbə, təsvir
vasitələri və s.), bunları əldə etmək yollarını, iş formalarını müəyyən edirlər. İş
prosesində müəllim şagirdlərə istiqamət verə bilər. İşin icrasına isə şagirdlər cavab-
dehdir. Tədqiqatın nəticəsi təqdimat, illüstrasiya, fotoşəkillər, videomaterial, al-
bom, toplu, səhnələşdirmə formasında ifadə oluna bilər.
Layihə şagirdlərin mövzunun, fəslin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi
ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işidir.
Layihə üzrə iş aşağıdakı mərhələlərdə həyata keçirilir:
1. Hazırlıq. 2. Planlaşdırma. 3. Fəaliyyət. 4. Təqdimat.
DİFERENSİAL TƏLİM İMKANLARI
Diferensial təlim əhəmiyyətli hesab olunan, məzmunu müxtəlif öyrənmə və düşüncə
tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq
olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni
müəllimlər şagirdlərə maksimum səmərəli şərait yaratmaq üçün təlimin diferensial-
laşması üzərində çalışmalıdır.
Bildiyiniz kimi, təlim bir-biri ilə sıx əlaqədə olan 4 əsas aspektdən ibarətdir:
1) fənlərin məzmunu və gözlənilən nəticələr (standartlar); 2) şagirdlərin ilkin bilik
və bacarıqları, inkişaf və hazırlıq səviyyələri, onların xüsusi ehtiyacları; 3) təlim
üsulları, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndir-
mək üçün ev tapşırıqları və çalışmalar; 4) tətbiq olunan qiymətləndirmənin üsul və
növləri. Təlimin diferensiallaşması haqqında düşünərkən təlim prosesinin bütün as-
pektlərinin diferensiallaşması nəzərə alınmalıdır. Biologiya dərslərində təlimin di-
ferensiallaşması zamanı müəllim bu üsullardan istifadə edə bilər: 1) yeni mövzunu
təqdim edərkən həm şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edə bilər
(eyni zamanda danışır və göstərir); 2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür
və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb
etmək olar); 3) oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə
mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə
cəlb oluna bilsinlər; 4) şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ
alətlər verir; 5) öyrəndiklərini və bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif
yollar təqdim edir, məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi
cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qayda-
da işləmək üçün şərait yaradır; 6) təcrübələrin və laboratoriya işlərinin yerinə yeti-
rilməsində şagirdin fərdi imkanları nəzərə alınır; 7) şagirdlərin müxtəlif öyrənmə
üslublarını nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturma-
ğı sevən tək oturur, qrupda işləməyi xoşlayan qrupda işləyir və daim bu qrupun üz-
vü olur və s.
Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə ehtiyacları olan
şagirdlərin nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və
səmərəli yanaşmalarından biri hesab olunur. Diferensial təlimin alt komponenti
olan inklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir.
İnklüziya – sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla
yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılma-
18
sıdır. Bu baxımdan təlimi diferensiallaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagird-
lərlə iş texnologiyasının nəzərə alınması mühüm amildir.
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Müəllim tərəfindən qiymətləndirmə meyarları əsasında müəyyən təlim mərhələsi-
nin əvvəlində və sonunda şagirdin tədris materiallarının mənimsənilməsi üzrə irəli-
ləyiş səviyyəsi və digər nailiyyətləri barədə hesabatlar verilir. Məzmun standartları-
nın mənimsənilməsi istiqamətində, əsasən, aşağıdakı qiymətləndirmə növlərindən
istifadə olunur:
1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə). Diaqnostik
qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdiril-
məsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bölmə və ya fəsillərin əvvəlində, şa-
gird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı tə-
min etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən
aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jur-
nallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır.
Diaqnostik qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə
olunur:
Üsullar
Vasitələr
Tapşırıqvermə Çalışmalar
Müsahibə (şifahi
yoxlama)
Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq
hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama
zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq)
istədiyi məsələnin yazıldığı vərəq)
Valideynlərlə və digər
fənn müəllimləri ilə
əməkdaşlıq
Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və
ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış
vərəq)
Vəsaitdə 6-cı sinif şagirdlərinin ilkin səviyyələrinin yoxlanmasını ümumi sorğu,
müsahibə vasitəsilə aparmaq nəzərdə tutulur.
2. İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Yeni məktəbdaxili
qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin
yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagir-
din təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiy-
yət qazanmasına kömək məqsədilə aparılır.
Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəm-
li qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymət-
ləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini
və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və
təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
19
Formativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə
olunur:
Üsullar
Vasitələr
Müşahidə Müşahidə vərəqləri
Şifahi sual-cavab
Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə Çalışmalar
Valideynlərlə və digər fənn
müəllimləri ilə əməkdaşlıq
Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki
fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu
Dinləmə üzrə qeydiyyat vərəqi
Oxu üzrə qeydiyyat vərəqi
Yazı Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən
olunmuş meyar cədvəli
Rubrik Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat Meyar
cədvəli
Test Test
tapşırıqları
Özünüqiymətləndirmə Özünüqiymətləndirmə vərəqləri
Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun sonunda qiymətləndirmə me-
yarları müəyyən olunmuşdur. Bu meyarlar hər mövzuda nəzərdə tutulan təlim
məqsədlərinə nə dərəcədə nail olunduğunu qiymətləndirmək məqsədilə müəyyən
edilir. Bu meyarlar kurikulum sənədinin tərkib hissəsi olan qiymətləndirmə stan-
dartlarına əsasən hazırlanmışdır. Praktik dərslərdə müəllim qiymətləndirməni apar-
maq üçün fəaliyyət tapşırığının nəticəsi olan iş vərəqlərini, yaxud fləş-yaddaşa ya-
zılmış faylı yoxlayır, dərsin digər mərhələlərində də bu meyarlara uyğun olaraq şa-
girdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır.
Müəllim hər mövzu üzrə tövsiyə olunan meyarlar üzrə aşağıdakı üsul və formalar-
dan istifadə etməklə qiymətləndirmə apara bilər.
Müşahidəyə görə qiymətləndirmə. Müəllimin ibtidai siniflərdə formativ qiymətlən-
dirməni öz müşahidəsinə əsasən aparması daha məqsədəuyğundur. Müşahidəyə
görə bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq üçün belə cədvəldən
istifadə etmək olar:
№
Şagirdin soyadı və adı
M. 1
M. 2
M. 3
Cəmi Nəticə Müəllimin qeydi
1. Əliyeva Zöhrə 2
3
3
8
Yaxşı
2. Ağazadə Orxan
2
2
2
6
Orta
Burada 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı nəticələri
göstərir. Ümumi qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsə-
dəuyğundur; məsələn: 3–5 arası “Zəif”, 6–7 arası “Orta”, 8–9 arası isə “Yaxşı”.
Fərdi özünüqiymətləndirmə. Şagirdlər hər tədris vahidinin sonunda dərslikdə
verilmiş “Ümumiləşdirici tapşırıqlar” səhifəsindəki tapşırıqları yerinə yetirir. Bu,
müəllimin şagirdlərə düzgün istiqamət göstərməsi üçün bir vasitədir. Formativ
20
qiymətləndirmə məqsədilə müəllim müəyyən meyarlar əsasında müxtəlif özünü-
qiymətləndirmə formalarını da tərtib edə bilər.
Qrup diskussiyaları üçün özünüqiymətləndirmə. Şagirdlər qruplar şəklində işləyər-
kən dərsin sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün
vaxt verilir.
№
Meyarlar Həmişə Adətən Bəzən Heç
vaxt
1.
Diskussiyaya başlamazdan əvvəl biz tapşırığı
dəqiqləşdiririk
2. Biz
verilmiş tapşırıqdan yayınmırıq
3. Müzakirədə hamı iştirak edir
4.
Cavab verməzdən əvvəl həmsöhbətimizi
dinləyirik
5.
Hansısa nəticəyə gəlməzdən əvvəl müəyyən
mülahizələr söyləyirik
6. Diskussiyanın sonunda vahid rəyə gəlirik
7.
Söylənilən bütün yaxşı fikirləri birimiz
qeydə alır
Qrup və cütlərin fəaliyyətinin qiymətləndirilməsi.
Şagirdləri qiymətləndirmək üçün müəllim meyarlar üzrə qrup qiymətləndirməsini
həyata keçirə bilər. Qiymətləndirmə ballarını ulduzlardan, müxtəlif işarələrdən,
simvollardan (smayliklərdən) istifadə etməklə göstərmək olar. Nəticədə isə hər
qrupun topladığı ulduz, simvol (smayliklər) sayılır.
Qrupun
№-si
Əməkdaşlıq Dinləmə
Nizam-
intizam
Çıxış edən
qrupun təqdi-
matına edilən
əlavə və
düzəlişlər
İşin düzgün
yerinə
yetirilməsi və
tamamlanması
Ümumi
nəticə
I
II
III
IV
Şagirdləri cütlərə ayırdıqdan sonra onların işini qiymətləndirmək üçün cədvəl təq-
dim edilir (vaxt məhdudiyyəti olduqda müəllim bir neçə cütlüyü dinləyir, qalanla-
rın isə iş vərəqlərini yığıb sonra qiymətləndirir).
Meyarlar
Cütlər üzrə
işləyən
şagirdlərin adı
ƏməkdaşlıqDinləmə Nizam-
intizam
Tapşırığın
düzgünlüyü
Tapşırığın
çətinliyi
İşin
tamlığı
Ümumi
nəticə
Anar və Lalə
Alpay və Nigar
21
3. Yekun (summativ) qiymətləndirmə. Summativ qiymətləndirmə kiçik və böyük
summativ qiymətləndirmədən ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə
(bəhs və ya fəslin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun
standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə
şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndir-
mənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Summativ qiymətləndirmədə aşağıdakı üsul və vasitələrdən istifadə etmək tövsiyə
olunur:
Üsullar
Vasitələr
Yoxlama yazı işləri Yoxlama
yazı işləri üzrə qeydiyyat vərəqi
Layihə
Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən
edilmiş meyar cədvəli
Şifahi sorğu
Şifahi sorğu üzrə qeydiyyat vərəqi
Test
Test tapşırıqları
Tapşırıqvermə Tapşırıq, çalışma və laboratoriya işləri
Yaradıcılıq və əl
işləri
Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar
və digər əl işləri
Metodik vəsaitdə orta məktəblərdə qiymətləndirmə qaydalarına əsasən hər tədris va-
hidinin sonunda kiçik, hər yarımilin sonunda isə böyük summativ qiymətləndirmə
vasitələrinin nümunələri verilmişdir. Təqdim olunan nümunələr tədris vahidləri və
yarımillər ərzində reallaşdırılması nəzərdə tutulan bacarıqların qiymətləndirilməsi
üçün nəzərdə tutulur. Müəllim bu nümunələr əsasında öz variantlarını da hazırlaya
bilər. Şagirdlərin summativ qiymətləndirməyə hazırlaşması üçün dərslikdə hər fəslin
sonunda “Ümumiləşdirici tapşırıqlar” adı ilə müxtəlif sual və tapşırıqlar verilmişdir.
Bu tapşırıqlar summativ qiymətləndirmədən əvvəlki dərsdə yerinə yetirilə bilər.
Şagird portfoliosu
Toplum halında qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarını ən obyektiv şəkil-
də qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına
nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. Bunun üçün hər şagirdə
bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü tərəfindən
bu qovluğun içinə yığılır. Bu materiallar dərsin mövzuları üzrə çalışma və tapşırıq-
lardan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından,
özünüqiymətləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s.-dən
ibarət ola bilər.
|