Alt
STANDARTLAR
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirir.
Dərsin
MƏQSƏDİ
Təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
İnsanı sosial varlıq kimi digər canlılardan fərqləndirən xüsusiy-
yətləri sadalayır.
32
2) Şagirdlər dərsliyin 22-ci səhifəsində verilmiş mətni müstəqil oxuyurlar (insanın
sosial varlıq olduğu məlumata qədər). Sonra oxunan məlumat dərslikdə verilmiş
sistematika sxeminə istinad edərək müzakirə olunur. Texniki imkanları olan sinif-
lərdə bu sxemi böyük ölçüdə proyektor vasitəsilə nümayiş etdirmək məqsədəuy-
ğundur.
Hər iki üsuldan istifadə edərkən şagirdlərə bu suallarla müraciət etmək olar:
– İnsanı hansı əlamətlərə görə xordalılar tipinə aid etmək olar? (ilkin inkişaf
mərhələsində insanın ox skeleti – xordası inkişaf edir)
– İnsanın məməlilərlə oxşarlığı özünü nədə büruzə verir? (diri baladoğma,
balalarının südlə bəslənməsi)
– Primatlar dəstəsinin nümayəndəsi kimi insan hansı xüsusiyyətlərə malikdir? (baş
barmağın digər barmaqlara qarşı yerləşməsi, yastı dırnaqlar)
– İnsan və heyvan orqanizmləri arasında prinsipial fərqlər varmı?
(insanın beyni
daha mürəkkəb quruluşa malikdir, insanın əqli qabiliyyəti heyvanlara nisbətən
daha yüksəkdir; insan yüksək inkişaf etmiş şüura, aydın nitqə malikdir və s.)
Paraqrafın yekunlaşdırıcı hissəsi insanın sosial təbiəti haqqında məlumat verir.
Şagirdlərlə birlikdə belə bir nəticə çıxarmaq olar:
– İnsan biososial varlıqdır: canlı orqanizmlərə xas olan bütün xüsusiyyətlərə malik
olması ilə yanaşı, insanın şüuru, təfəkkürü və nitq qabiliyyəti var, əmək fəaliyyəti
ilə məşğul olması isə insanın həyatı üçün zəruri olan sosial mühit yaradır.
”Öyrəndiklərinizi tətbiq edin” bölümündə cədvəli dolduran zaman şagirdlər dərs-
likdə verilən materiala, öz praktik təcrübələrinə və əvvəlki biliklərinə istinad edirlər.
“Öyrəndiklərinizi yoxlayın” bölümündə birinci tapşırıqda düzgün cavabları (a, c, d)
qeyd edərkən şagirdlər həm sistematik kateqoriyaların iyerarxiyasını, həm də
insanın sistematikada yerini müəyyənləşdirir (düzgün olmayan ifadələr müəllimlə
müzakirə olunmalıdır).
İkinci tapşırıq insan və heyvanın bioloji xüsusiyyətlərinin müqayisəsi əsasında
qurulur.
Qiymətləndirmə meyarları:
Müəyyənetmə
Fərqləndirmə
Zəif
Orta
Yüksək
Təsnifat sistemində insanın
yerini müəyyənləşdirməkdə
çətinlik çəkir.
Təsnifat sistemində insanın
yerini müəyyənləşdirərkən ki-
çik qeyri-dəqiqliyə yol verir.
Təsnifat sistemində insanın
yerini dəqiq müəyyənləşdirir.
İnsanı bir sosial varlıq kimi
digər canlılardan qismən
fərqləndirir.
İnsanı bir sosial varlıq kimi
digər canlılardan müəllimim
sualları əsasında fərqləndirir.
İnsanı bir sosial varlıq kimi
digər canlılardan nümunələr
göstərməklə fərqləndirir.
33
I FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Şəkildə göstərilən orqanizmlərin canlı təbiətin hansı aləminə aid olduğunu təyin
edin. Hər bir aləmin nümayəndələrini hansı elm sahələri öyrənir?
2. “Heyvan və bitkilərin təbiətdə və insan həyatında əhəmiyyəti” sxemini doldurun.
3
.
Açar sözlərdən istifadə edərək insanın üzvi aləmdə yerini müəyyən edin.
1. Aləm
–
2. Tip –
4. Cins –
3. Dəstə –
5. Növ –
Açar sözlər: İnsan (Homo); Primatlar; Xordalılar; Dərrakəli insan (Homo
sapiens); Heyvanlar
4. Bitkilər aləminin sistematik qruplarının adlarını kiçikdən böyüyə doğru ardıcıl
olaraq düzün. Bitkilər aləmində hansı qruplara rast gəlmək olmur?
cins; sıra; tip; fəsilə; şöbə; dəstə; sinif; növ
1 2 3 4 5 6 7
Bitkilər aləmi
Sənaye
1.__________
2. _________
Heyvanlar
Təbiət
1.__________
2. _________
Qida
1.__________
2. _________
Bitkilər
Təbabət
1.__________
2. _________
Aləm _____________ _____________ _____________ _____________
Orqanizmlər _____________ _____________ _____________ _____________
Elm sahəsi _____________ _____________ _____________ _____________
34
5. Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.
a) Canlıların təsnifatını öyrənən elm ................. adlanır.
b) Lənkəran akasiyası ................. aləminə aiddir.
c) Quruluşuna, irsi xüsusiyyətlərinə davranışına, yaşayış mühitinə görə bir-
birinə oxşar, bir-biri ilə sərbəst çarpazlaşan canlılar qrupu ................. adlanır.
d) Oduncağı çox möhkəm və ağır olan ................ Azərbaycanın ərazisində bitir.
e) Milçəkqıran ................. aləminə aiddir.
Açar sözlər: bitki, sistematika, növ, dəmirağac, göbələklər.
6. Canlı orqanizmləri öyrənən elm sahələri hansılardır?
А) Geologiya, zoologiya, coğrafiya
В) Astronomiya, fizika, zoologiya
С) Botanika, bakteriologiya, arxeologiya
D) Mikologiya, virusologiya, ekologiya
7. Göstərilən əlamətlərdən hansının yalnız canlılara xas olduğunu müəyyən edin:
A) Rəngin dəyişməsi B) Tənəffüs C) Parçalanma
8. Hansı xassə pişik, milçəkqıran göbələyi və ağac üçün ümumi ola bilər?
A) Fəal hərəkət edirlər
В) yırtıcıdırlar
С) Hüceyrəvi quruluşa malikdirlər D) Bütün ömürləri boyu boy atırlar
9. Ekologiyanın öyrəndiyi sahələrə nə aiddir? Üç cavab seçin.
А) İşığın bitkilərə təsiri В) Balıqların quruluşu
С) Göbələklərin təsnifatı Е) Temperaturun heyvanlara təsiri
D) Otyeyən və yırtıcı heyvanlar arasında münasibətlər
10. Uyğunluğu müəyyən edin.
Canlı orqanizmlərin xarici təsirlərə cavab reaksiyası
Bu proses zamanı canlı orqanizmlər ətraf
mühitdən oksigen alır və karbon qazını verirlər.
Bu xassə qida üçün vacib maddələrin udulması
və həyat fəaliyyəti məhsullarının (karbon qazı,
həzm olunmayan qalıqlar) ifrazı ilə müşayiət
olunur.
Özünəoxşar nəsil törətmək qabiliyyəti bütün
canlılara xasdır.
Çoxalma
Tənəffüs
Qıcıqlanma
Maddələr mübadiləsi
35
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ
ALT STANDARTLAR
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI:
22 saat
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
2 saat
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:
1 saat
TƏDRİS VAHİDİ –
2
CANLI ORQANİZMLƏRİN QURULUŞU
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya
avadanlıqlarını fərqləndirir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
36
2. ORQANİZMLӘRİN HÜCEYRӘLİ QURULUŞU.
TOXUMALAR, ORQANLAR VӘ ORQANLAR SİSTEMİ
Dərs 7 / Mövzu 6:
LABORATORİYA AVADANLIQLARI
Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni
müzakirə edə bilər. Motivasiya aşağı sinif “Həyat bilgisi” fənnindən böyüdücü
cihazlar barədə şagirdlərin biliklərini yoxlamaqla da başlamaq olar. Bu zaman
dərslikdə mətnin altındakı suallardan istifadə etmək olar. Şagirdlərin cavabları
yalnız biologiyanı deyil, digər sahələri də əhatə etməlidir. Məsələn, teleskopdan
səma cisimlərini öyrənmək üçün astronomlar, böyüdücü lupalardan saatsazlar,
zərgərlər, geoloqlar, binokldan hərbçilər və s. istifadə edirlər. “Fəaliyyət” bölü-
mündəki tapşırığı yerinə yetirmək üçün müəllim şagirdlərə planetimizdə hansı
canlıların yaşadığı və onların xüsusiyyətlərini öyrənməyin mümkünlüyü barədə
suallar verə bilər.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığı yerinə yetirilərkən, şagirdlər
canlıların öyrənilməsində təqdim edilən cihazlardan necə istifadə olunduğunu
cədvəldə qeyd edirlər. Şagirdlərin mümkün cavab variantı belə ola bilər.
Cihaz
İstifadəsi
Lupa Kəpənəyin qanadının quruluşu
Tərəzi Toyuq
və bildirçin yumurtalarının çəkisinin müqayisəsi
Termometr Akvariumdakı suyun hərarəti
Saat (saniyəölçən)
İnsanın nəbzi, heyvanın hərəkət sürəti
Mikroskop Qanın tərkibi, hüceyrənin quruluşu
Nəzəri məlumatın birinci hissəsində müəllim laboratoriya avadanlıqlarını
nümayiş etdirərək, onların vəzifələri ilə şagirdləri tanış edir. Sonra müəllim şagird-
Alt
STANDARTLAR
1.1.3 Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını fərqləndirir.
Dərsin
MƏQSƏDİ
Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laborato-
riya avadanlıqlarını təyinatına görə fərqləndirir.
37
lərə izah edə bilər ki, canlı varlıqların hüceyrələri o qədər kiçikdir ki, müşahidə et-
mək üçün xüsusi böyüdücü cihazlar olmadan onları öyrənmək mümkün deyil. Bio-
logiyada bu məqsədlə lupa və mikroskopdan istifadə edirlər.
Müəllim dərslikdəki mətni şərh edərkən işıq mikroskopu və onun hissələrini
nümayiş etdirə bilər. Şagirdlərin biologiya dəftərlərində bu barədə lazımi qeydlər
aparmaları faydalı olardı.
Müəllimin izahından sonra şagirdlər dərslikdəki mətndən istifadə edərək
dəftərdə lazımi qeydlər aparırlar.
6-cı sinifdə şagirdlərin mikroskopla iş bacarıqları müəllim tərəfindən hazırlanmış,
yaxud hazır mikropreparatların müşahidəsi ilə məhdudlaşmalıdır. Daha mühüm
praktik bacarıqlar 7-ci və yuxarı siniflərdə nəzərdə tutulur. Buna görə bu tapşırıq
yalnız tanışlıq xarakteri daşıyır.
Bu mərhələdə şagirdlər verilmiş krossvordu həll etməklə yanaşı, mikroskopun
hissələri və onların funksiyaları haqqında bilikləri nümayiş edirlər. İş bütün siniflə,
yaxud cütlərlə də aparıla bilər.
Bu bölümdəki tapşırıqları yerinə yetirərkən şagirdlər bioloji obyektlərin
xüsusiyyətlərini və laboratoriya avadanlıqlarının təyinatını nəzərə almalıdırlar.
1. Düzgün cavablar: Lupa – A, D; Mikroskop – B, C
Qiymətləndirmə meyarları:
Fərqləndirmə
Zəif Orta
Yüksək
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını
sadalayır, onları təyinatına
görə fərqləndirməkdə
çətinlik çəkir.
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını
sadalayır, onları
fərqləndirərkən kiçik
səhvlərə yol verir.
Canlıların quruluşunu öyrən-
mək üçün lazım olan əsas la-
boratoriya avadanlıqlarını
düzgün sadalayır, onları
sərbəst fərqləndirir.
38
Dərs 8 / Mövzu 7:
HÜCEYRƏNİN ÜMUMİ QURULUŞU
Müəllim şagirdlərlə birlikdə mövzunun başlanğıcındakı mətni müzakirə edə
bilər. Bu zaman şagirdləri “orqanizmləri təşkil edən hüceyrələrin əksəriyyəti çox
kiçik olduğundan onları böyüdücü cihazlar olmadan görmək olmur” fikrinə istiqa-
mətləndirən suallar vermək olar. Müəllim hüceyrə quruluşunun öyrənilməsinin
elmdə, təbabətdə və kənd təsərrüfatındakı əhəmiyyəti haqqında müəyyən məlumat-
lar verib müzakirə təşkil edə bilər. Bu müzakirələr şagirdlərin laboratoriya işinə ha-
zırlanmasını təmin etmiş olur.
6-cı sinifdə mikroskopdan istifadə olunan bütün laboratoriya işləri müəllim
tərəfindən aparılmalıdır. Bu zaman işin gedişi ətraflı izah olunur: istifadə olunan
əşyaların adı, onların funksiyası, əməliyyatların ardıcıllığı və s. Mikropreparatı
hazırladıqdan sonra müəllim soğan qabığı hüceyrəsinin quruluşunu şagirdlərə nü-
mayiş etdirir. Vaxta qənaət etmək üçün soğan qabığı hüceyrəsinin hazır mikrofoto-
sunu proyektor vasitəsilə, yaxud kitabdan nümayiş etdirmək mümkündür. Bu za-
man müəllim hüceyrənin hissələrinin adlarını sadalayır, şagirdlər preparatın şəklini
çəkirlər, hissələrin adlarını qeyd edirlər (şəklə bax).
Nəzəri materialla tanışlıq laboratoriya işinin gedişi zamanı alınmış biliklərin
yoxlanmasına və möhkəmləndirilməsinə xidmət edir.
Son hissəni təhlil edərkən müəllim plastidlər haqqında məlumat verir, onların yal-
nız bitki hüceyrəsində olduğunu vurğulayır. İzahat zamanı şagirdlərin diqqəti dərs-
likdəki şəklə yönəldilir. Payızda yarpaqların sarı, narıncı, qırmızı rənglərə
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas
laboratoriya avadanlıqlarını fərqləndirir.
Dərsin
MƏQSƏDİ
Mikroskopla müşahidə etdiyi bitki hüceyrəsinin quruluşunu
təsvir edir.
Eukariot və prokariot orqanizmləri təsvir edir.
qılaf
nüvə
vakuol
sitoplazma
məsamələr
39
çevrildiyini xatırlatmaq və bunun səbəblərini müzakirə etmək faydalı olardı.
Eukariot və prokariot orqanizmlər haqqında məlumat cədvəl şəklində verilə bilər:
Orqanizmlər
Eukariotlar Prokariotlar
Hüceyrədə, adətən, bir və ya bir neçə
nüvə olur
Hüceyrədə formalaşmış nüvə
olmur
Tətbiq zamanı qeyd olunan terminlər hüceyrə quruluşu haqqında bilikləri for-
malaşdırır və tapşırıqları yerinə yetirmək üçün zəmin yaradır.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Zəif Orta
Yüksək
Mikroskopla müşahidə etdiyi
bitki hüceyrəsinin hissələrini
sadalayır, təsvir etməkdə
çətinlik çəkir.
Mikroskopla müşahidə etdiyi
bitki hüceyrəsinin hissələrini
təsvir edərkən kiçik səhvlərə
yol verir.
Mikroskopla müşahidə etdiyi
bitki hüceyrəsinin hissələrini
ətraflı təsvir edir.
Dərs 9 / Mövzu 8:
PROKARİOT ORQANİZMLƏR
Müəllim dərsə verilmiş mətnlə tanışlıqdan və sonrakı sualın müzakirəsi ilə baş-
laya bilər. Dərsə “Klaster” üsulundan istifadə etməklə də başlamaq olar.
Şagirdlərin aşağı siniflərdə “Həyat bilgisi” dərslərində bakteriyalar aləminin nüma-
yəndələri haqqında aldıqları elementar bilikləri yada salmaq faydalı olardı. Bunun
üçün müəllim şagirdlərə “Canlı təbiətdə neçə aləm mövcuddur?” sualı ilə müraciət
edir. Sonra şagirdlərə hər aləmin nümayəndələrinə aid 1-2 xüsusiyyət söyləmək
təklif olunur.
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar
aparır.
Dərsin
MƏQSƏDİ
Prokariot orqanizmlərin xarakterik xüsusiyyətlərini təsvir edir.
Bakteriyaların quruluşunu təsvir edir.
Bakteriyaların çoxalmasına dair sadə hesablamalar aparır.
40
“Fəaliyyət” blokundakı tapşırıqda bitki və bakteriya hüceyrələrini müqayisə
edərkən şagirdlər ötən dərsdə aldıqları biliklərdən istifadə etməlidirlər. Müqayisə
nəticəsində belə nəticəyə gəlinir ki, bakteriya hüceyrəsində xloroplastlar, vakuollar,
nüvə qılafı yoxdur. Bakteriya hüceyrəsində qamçılar və s. vardır. Bunun üçün
müəllim müvafiq suallarla şagirdləri istiqamətləndirə bilər.
Növbəti abzası şagirdlər müstəqil öyrənir və müşahidələrinin nə dərəcədə
doğru olduğu barədə nəticə çıxarırlar.
Bakteriya hüceyrəsinin əsas hissəciklərinin adlarını yazarkən şagirdlər nəzəri
materialdan istifadə edirlər. Müstəqil işin sonunda frontal sorğu keçirilə bilər.
Müəllim şagirdləri bakteriyaların çoxalması, sporun yaranması, bakteriyaların
müxtəlifliyi haqqında məlumatlarla tanış edir. Bakteriyaların formaları haqqında
məlumatı verərkən müəllimin dərsliklə yanaşı, plakat, prezentasiya, videomaterial
və digər əyani vəsaitlərdən istifadə etməsi məqsədəuyğundur.
“Tətbiq” blokundakı tapşırıqda bakteriyaların bölünmə sürəti barədə mühüm
məlumat verilir.
Məsələnin həlli zamanı şagirdlərdə bakteriyaların yayılmasının və
dözümlülüyünün səbəbi barədə fikir formalaşır. Bu fakt növbəti paraqrafda verilən
materialın qavranması üçün zəmin yaradır
.
Qiymətləndirmə meyarları:
Təsviretmə
Hesablama
Zəif
Orta
Yüksək
Prokariot orqanizmlərin
xarakterik xüsusiyyətlərini
təsvir etməkdə çətinlik çəkir.
Prokariot orqanizmlərin
xarakterik xüsusiyyətlərini
əsasən təsvir edir.
Prokariot orqanizmlərin
xarakterik xüsusiyyətlərini
düzgün təsvir edir.
Bakteriyaların çoxalmasına
dair sadə hesablamalarda tez-
tez səhvlərə yol verir.
Bakteriyaların çoxalmasına
dair sadə hesablamalarda
bəzən qeyri-dəqiqliyə yol
verir.
Bakteriyaların çoxalmasına
dair sadə hesablamaları dəqiq
aparır.
41
Dərs 10 / Mövzu 9:
BAKTERİYALARIN YAYILMASI VƏ TƏBİƏT-
DƏ ROLU. XƏSTƏLİKTÖRƏDƏN BAKTERİ-
YALAR. VİRUSLAR
Müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olub uyğun sualları
müzakirə edə bilər. Şagirdlər əvvəl qazandıqları biliklərə əsasən, bakteriyaların
həm mənfi, həm də müsbət təsirini qeyd edə bilərlər. Sonra “İnsan xəstəliktörədən
bakteriyalarla hansı şəraitdə yoluxa bilir?” sualına birlikdə cavab axtarılması daha
faydalıdır.
Dərslikdəki laboratoriya işini başqa preparatlarla da aparmaq olar. Bunun üçün
müəllim bakteriya preparatlarını 5 – 7 gün əvvəldən hazırlaya bilər:
Saman məhlulu hazırlamaq üçün bir ovuc samanı xırdalayıb üzərinə həcminə görə
2 dəfə çox su əlavə edib 30 dəqiqə qaynadırıq. Məhlulu pambıq filtrdən keçirib
kolbaya süzürük. Ağzını möhkəm bağlayıb qaranlıq yerdə, 30
0
C-yə qədər
temperaturda
saxlayırıq. Bir neçə gündən sonra məhlulun üzərində ot çöpü
bakteriyalarından əmələ gəlmiş ağtəhər rəngli pərdə əmələ gəlir. Bundan başqa
bir həftə qapalı qabda saxlanmış qatıq və ya xiyar turşusunun üzərində əmələ gələn
pərdədən istifadə etmək olar. Öyrənilən bakteriyalar rəngsiz olduğu üçün pərdəni
əşya şüşəsi üzərinə yerləşdirən zaman ona xüsusi rəngləyici maddə və ya bir
damcı mürəkkəb əlavə etmək lazımdır.
Mikroskopdan istifadə imkanı olmadıqda müəllim tapşırığı hazır fotoşəkillər,
elektron təqdimatlar üzərində də qura bilər.
Müəllim şagirdləri bakteriyaların təbiətdə maddələr dövranında, faydalı qazıntı
yataqlarının yaranmasında rolu, qida məhsullarının istehsalında istifadəsi haqqında
məlumatla tanış edir. Sonra şagirdlərlə birlikdə qida məhsullarının saxlanılması və
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Xəstəliktörədən bakteriyaların quruluşunu təsvir edir.
Bakteriyaların təbiətdə və insan həyatında rolunu izah edir.
Hüceyrəsiz həyat formaları olan virusların canlı orqanizmlərə
təsirini izah edir.
42
qorunması yolları müzakirə olunur. Bu məlumatlar növbəti “Fəaliyyət”
mərhələsinin suallarına keçidi və onların səmərəli yerinə yetirilməsini təmin edir.
Bu dərsdə məlumatın həcmini nəzərə alaraq tapşırıq bütün siniflə şifahi aparıla
bilər. Suallara cavab verərkən şagirdlər qazanılmış yeni bilikləri tətbiq edirlər.
Şagirdlər aşağı siniflərdə “Həyat bilgisi” fənnindən xəstəliktörədən bakteriyalar
haqqında elementar biliklər almışlar. Müəllim mövzunun şərhinə keçməzdən əvvəl
bakteriyaların hansı xəstəliklərə səbəb olduğu barədə suallar verə bilər.
Müəllim insan, heyvan və bitki orqanizmlərində bakteriyalar tərəfindən törədilən
xəstəliklərin adları, onlara yoluxma yolları, “epidemiya” anlayışı barədə məlumat
verə bilər. Nəzəri materialı izah edərkən müəllimin dərslikdə verilmiş şəkilləri və
ya proyektor vasitəsilə müəyyən mikrofotoları nümayiş etdirməsi məqsədəuyğun-
dur. Bu, bakteriya hüceyrələrinin forması barədə şagirdlərin biliklərinin yoxlanma-
sına və möhkəmləndirilməsinə imkan yaradacaqdır. Şagirdlərin diqqətini xəstəlik-
lərin yayılmasına qarşı aparılan profilaktik tədbirlərə yönəltmək vacibdir.
Nəzəri materialın yekunlaşdırıcı hissəsi şagirdlər üçün tamamilə
yenidir. 6-cı sinif
kursunda virusların quruluşu haqqında ətraflı məlumatın verilməsi nəzərdə tutul-
mayıb. Şagirdlərə canlıların qeyri-hüceyrəvi quruluşa malik forması olan viruslar
haqqında tanışlıq məqsədi daşıyan məlumatın verilməsi tövsiyə olunur. Qrip və
QİÇS virus xəstəliklərini xüsusi qeyd etmək lazımdır.
“Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş birinci tapşırığı yerinə yetirən
zaman şagirdlər dərslikdəki şəkillərdən istifadə edə bilərlər. Cavablar belədir:
kokklar: angina; basila: difteriya; vibrionlar: sibir yarası, vəba.
2-ci sualın cavabı belədir:
a) həm oksigen, həm də rütubət kifayət qədər olduğuna görə hava ilə suyun sərhə-
dində çürümə daha tez baş verəcək;
b) rütubətin olmaması çürümənin sürətini azaldır və çətinləşdirir.
Qiymətləndirmə meyarları:
İzahetmə
Təsviretmə
Dostları ilə paylaş: |