Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix28.11.2016
ölçüsü66,66 Kb.
#320
1   2   3   4   5   6   7   8   9   ...   33

24 
 
 
25 
trik dissosiasiyası  nəzəriyyəsini ilk dəfə  tətbiq etmiş  və bioelek-
trik potensialının ion təbiətli olması haqqında fikir irəli sürmüş-
dür. Alman fizioloqu Y.Bernşteyn (1902) isə elektrik potensial-
larının ion membran nəzəriyyəsini irəli sürmüşdür. A.Xodcin və 
A.Xasli (1952) bioelektrik cərəyanının əmələ gəlməsində hüceyrə 
membranı  və sitoplazmada kalium, natrium və xlor ionlarının 
qeyri-bərabər şəkildə paylanmasını kəşf edərək oyanma potensial-
larının mənşələri haqqında müasir təsəvvürləri əsaslandırmışlar. 
1.6. Azərbaycanda fiziologiya elminin inkişafı  
 
Azərbaycanda insan və heyvan fiziologiyasının inkişafı Bakı 
Dövlət Universitetinin adı ilə bağlıdır. 
İlk dəfə 1919-cu ildə  İ.P.Pavlovun  şagirdlərindən biri olan 
fizioloq  İ.S.Sitoviçin iştirakı ilə Bakı Dövlət Universitetində 
fiziologiya kafedrasının  əsası qoyulmuşdur. 1920-ci il oktyabrın 
29-da isə tibb fakültəsinə  və  təbiət elmlərinə xidmət edən 
fiziologiya kafedrası təşkil olunmuşdur. 
Kafedranın ilk müəllimi və təşkilatçısı A.D.Landaunun anası 
Lyubov Veniaminovna Qarkavi-Landau olmuşdur. 
Təşkil olunduğu ilk vaxtlardan kafedranın elmi istiqaməti 
«Mərkəzi sinir sisteminin ümumi fiziologiyası» və «Ali sinir 
fəaliyyəti» olmuşdur. Bu problemin əsasında 1924-cü ildə 
A.M.Çernikov tibb elimləri doktoru elmi dərəcəsini almaq üçün 
dissertasiya müdafiə etmişdir. Bu universitetin fiziologiya 
kafedrasında müdafiə olunmuş ilk dissertasiya işi idi. 
1926-28-ci illərdə kafedranın ilk diplomant mütəxəssisləri – 
A.İ.Qureviç, Y.İ.Makarova, S.R.Ocaqverdizadə, A.İ.Qarayev, 
İ.İ.Hacıyev, Z.A.Muğanlinskaya; 1930-cu ildə isə M.M.Musta-
fayev olmuşdur. 1928-ci ildə fizioloqlar hazırlamaq məqsədi ilə 
BDU-nun pedaqoji fakültəsinin «Təbiət»  şöbəsinin həmin 
məzunları fiziologiya kafedrasında assistent kimi saxlanılmışdır. 
1924-cü ildən başlayaraq universitetin fiziologiya kafedrasına 
akademik  İ.P.Pavlovun yaxın tələbəsi P.Y.Rostovtsev rəhbərlik 
etmişdir. 
Azərbaycanda fizioloji məktəbin təşkilində  və ilk fiziolo-
qların hazırlanmasında Pavel Yuryeviç Rostovsevin (Kaufman) 
çox böyük xidmətləri olmuşdur. P.Y.Rostovsev 1877-ci il iyulun 
6-da Moskvada anadan olmuşdur. O, 1901-ci ildə Peterburq 
Hərbi-Tibb Akademiyasını bitirdikdən sonra fiziologiya kafedras-
ında  əmək fəaliyyətinə başlamışdır. 1918-ci ildə P.Y.Rostovsev 
Zaqafqaziya Universitetində fiziologiya kafedrasının professoru, 
1921-ci ildə  əvvəlcə Azərbaycan Politexnik İnstitutunun kənd 
təsərrüfatı fakültəsinin, sonra isə ADU-nun tibb fakültəsində far-
makologiya kafedrasının professoru vəzifələrində  əmək 
fəaliyyətini davam etdirmişdir. 
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nun və 1931-ci il-
dən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət 
Tibb İnstitutunun fiziologiya kafedrasına rəhbərlik etmişdir. 
1924-1925-ci illərdə  gənc mütəxəssislərin hazırlanması 
nəinki rus, həmçinin Azərbaycan dilində  də aparılmışdır. Bu 
məqsədlə kafedraya A.Əmirov və Q.Qəmbəroğlu dəvət olun-
muşlar. 
A.A.Əmirov (1989-1939) kafedrada laborant (1926), assis-
tent (1929), dosent (1930) və professor (1936) vəzifəsində çalış-
mış, eyni vaxtda APİ-nin insan və heyvan fiziologiyası kafedras-
ına rəhbərlik etmişdir. 
ADU-nun tibb fakültəsinin fiziologiya kafedrasında (1926) 
işə başlayan Q.Qəmbəroğlu sonralar Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutunun fiziologiya kafedrasına (1934-cü ildən) 
rəhbərlik etmişdir. 
BDU-nun fəaliyyətinin ilk dövrlərində (1919-1930) insan və 
heyvan fiziologiyası kafedrasında mərkəzi sinir sisteminin ümumi 
fiziologiyası və ali sinir fəaliyyəti istiqamətlərilə yanaşı vegetativ 
funksiyaların və maddələr mübadiləsinin fiziologiyası sahəsində 
də geniş tədqiqatlar aparılmışdır. 
P.Y.Rostovsevin rəhbərliyi altında fiziologiya kafedrasının 
dissertantı David Natanoviç Belenki və Lyubov Veniaminovna 
Qarkavi-Landau limon turşusunun Na duzunda qanın 
konservləşdirilməsinin fizioloji-farmakoloji əsaslarını  işləyib 
hazırlamış  və 1927-1928-ci illərdə konservləşdirilmiş qanı ilk 

 
 
26 
dəfə Bakıda, eləcə də keçmiş SSRİ-də 7 xəstəyə köçürmüşlər. 
Azərbaycanda insan və heyvan fi-
ziologiyasının inkişafında akademik 
Abdulla  İsmayıl oğlu Qarayevin 
(1910-1968) adı xüsusi yer tutur. 
Akademik,  əməkdar elm xadimi Ab-
dulla  İsmayıl oğlu Qarayev Azərbay-
canda «Eksperimental fiziologiya» 
məktəbinin yaradıcısı, «Nəzəri və təc-
rübi fiziologiya»nın banisidir. A.İ.Qa-
rayev 1910-cu ildə Bakıda anadan 
olmuşdur. 1930-cu ildə ADU-nin 
təbiət fakültəsini, 1936-cı ildə isə 
ATİ-nun müalicə-profilaktika 
fakültəsini bitirmişdir. 1936-cı ildə 
kafedranın əməkdaşı A.İ.Qarayev Moskva Dövlət Universitetində 
elmi tədqiqat işləri apararaq ilk dəfə olaraq, onurğalı heyvanların 
sinir liflərində yerli oyanmanı müəyyən etmişdir. A.İ.Qarayevdən 
xəbərsiz olaraq ingilis alimləri Xoçkin və Kats isə 1937-ci ildə 
onurğasız heyvanların sinir liflərində yerli oyanmanı müəyyən et-
mişlər. Çox təəssüflər olsun ki, yerli oyanmanın kəşf olunması 
A.İ.Qarayevin adı ilə deyil, Xoçkinin adı ilə bağlanır. A.İ.Qara-
yev 1937-ci ildə tibb elmləri namizədi, 1940-cı ildə elmlər dok-
toru elmi dərəcələrini almışdır. 1942-ci ildə ATİ-nin fiziologiya ka-
fedrasının professoru və ADU-nun insan və heyvan fiziologiyası 
kafedrasının müdiri seçilmişdir. O, işlədiyi dövrdə bir çox inzibati 
vəzifələrdə – ADU-nun biologiya fakültəsinin dekanı (1941-1943), 
elmi işlər üzrə prorektor (1943-1944) və ADU-nun rektoru (1944-
1950) işləmişdir. A.İ.Qarayev Azərbaycan EA-nın biologiya və 
kənd təsərrüfatı elmləri üzrə akademik katibi (1952-1956) və 
nəhayət, Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsil 
Komitəsinin sədri (1961-1963) vəzifələrində  də  fəaliyyət 
göstərmişdir. 
Akademik A.İ.Qarayev işlədiyi dövrdə böyük ictimai iş apar-
mışdır. O, 1938-ci ildə Elmi-Tədqiqat Kurortologiya və Fiziki 
A
.
İ
.
Qarayev
  
(1910-1968)
 
 
 
27 
Üsullarla Müalicə  İnstitutunun nəzdində Naftalan neftinin 
müalicəvi xassələrinin öyrənilməsi üzrə eksperimental labora-
toriya təşkil etmişdir. 1954-cü ildə onun təşəbbüsü ilə Azərbaycan 
EA-nın tərkibində fiziologiya bölməsi yaradılmış, sonralar isə 
(1968) o Elmi-Tədqiqat Fiziologiya İnstitutuna çevrilmişdir. 
Hazırda institut A.İ.Qarayevin adını daşıyır. 
A.İ.Qarayevin elmi-tədqiqat işləri  əsasən müxtəlif daxili 
orqanlara mexaniki və kimyəvi təsir zamanı qanın mübadilə 
göstəricilərinin və elektroensefaloqramın öyrənilməsinə  həsr 
edilmişdir. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar 
və maddələr mübadiləsi» (1957) monoqrafiyasında öz əksini tap-
mışdır. A.İ.Qarayev Azərbaycan dilində yazılmış «Endokrin sis-
temin fiziologiyası» (1945), «Analizatorların fiziologiyası» 
(1964), «Mərkəzi sinir sisteminin fiziologiyası» (1951) dərs 
vəsaitlərinin və 470-dən çox elmi əsərin müəllifi olmuşdur. 
Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloji məktəb 
yaradaraq, milli kadrların yetişməsində xüsusi rol oynamışdır. 
1950-ci ildən başlayaraq, Azərbaycanda fiziologiya elminin 
inkişafı akademik A.İ.Qarayevin rəhbərliyi altında daha böyük 
sürət aldı. Onun bilavasitə rəhbərliyi altında 28 il ərzində ADU-
nun fiziologiya kafedrası 500 nəfərdən çox yüksəkixtisaslı 
fizioloqlar hazırlamışdır. 
A.İ.Qarayevin tələbələrindən Q.Qədirov, R.Qasımov, A.Da-
daşov,  Ş.Tağıyev, T.Qaibov, H.Həsənov, T.Ağayev, N.Muşkina 
və başqaları ayrı-ayrı problem laboratoriyalara rəhbərlik etməklə, 
onun ideyalarını  həyata keçirərək fiziologiya elminin Azərbay-
canda tərəqqisi üçün böyük xidmətlər göstərmişlər. Bu problemlər 
üzərində  işləyərkən, xüsusilə Fiziologiya İnstitutunun elmi 
kollektivi – interoreseptorların qlikemik reaksiyaları  təsiri, baş-
beyin qabığı strukturları, limbik retikulyar kompleksinin qliko-
homeostazın tənzim edilməsində rolu, ontogenezdə qlikohomeo-
stazisin tənzim edilməsinin sinir mexanizmləri, interoseptiv 
siqnalların öyrənilməsinin neyrofizioloji və neyrokimyəvi 
mexanizmləri, inteqrasiya və eləcə də qabıq və qabıqaltı əlaqələr, 
funksiyaların lokalizasiyası – elmi tədqiqat istiqamətləri yarat-

 
 
28 
 
 
29 
mışdır.  
A.İ.Qarayev və onun əməkdaşları tərəfindən aparılan elmi ax-
tarışlarla – Naftalan neftinin orqanizmin dəri örtüyünün 
məsamələrindən keçərək ürək fəaliyyətinə müsbət ionotrop təsiri 
və damar genişləndirici kimi bənzəri olmayan unikal müalicə 
keyfiyyəti aşkar edildi.  
Akademik A.İ.Qarayevin vəfatından sonra onun tələbəsi və 
davamçısı akademik H.H.Həsənov Elmi-Tədqiqat Fiziologiya İn-
stitutuna (1969-1995) rəhbərlik etmişdir. 
H.H.Həsənovun elmi fəaliyyəti  əsasən MSS-nin vegetativ 
funksiyaların tənzimində  və orqanizmin daxili mühitinin sabit 
saxlanılmasındakı roluna həsr olunmuşdur. O, 100-dən artıq elmi 
əsərin, 5 monoqrafiyanın, 1 dərsliyin, eləcə də 2 kitabçanın müəl-
lifidir. H.H.Həsənovun elmi nailiyyətləri elm və texnika 
sahəsində «Azərbaycan Dövlət Mükafatına» (1972) layiq görül-
müşdür. Hazırda AMEA-nın Fiziologiya İnstitutunda 100-dən ar-
tıq elmi işçi fiziologiya elminin Azərbaycanda inkişafına böyük 
səy göstərirlər. 
Hazırda akademik A.İ.Qarayev adına Elmi-Tədqiqat Fiziologiya 
İnstitutuna Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycanda 
milli fizioloq və biokimyaçı mütəxəssislərin yetişdirilməsində 
xüsusi rolu olan biologiya elmləri doktoru, professor T.M.Ağayev 
rəhbərlik edir.   
Akademik A.İ.Qarayevin fəal davamçılarından olan 
akademik  Ş.K.Tağıyev Azərbaycanda təkamül fiziologiyasının 
əsasını qoymuşdur. Onun elmi-tədqiqat işləri təkamül prosesinin 
ayrı-ayrı  mərhələlərində beyin qabığının analitik-sintetik 
fəaliyyətinin və analizatorların inteqrativ xüsusiyyətlərinin 
öyrənilməsinə  həsr edilmişdir. O, 200-dən artıq elmi əsərin, bir 
neçə samballı monoqrafiyanın müəllifidir. Azərbaycanda milli 
fizioloq kadrların yetişdirilməsində xüsusi xidmətləri olan 
Ş.K.Tağıyev uzun müddət A.İ.Qarayev adına Fiziologiya İnstitu-
tunda  əmək fəaliyyətini davam etdirməklə Azərbaycan EA-nın 
biologiya bölməsinə rəhbərlik etmişdir. 
Azərbaycanda fiziologiya elminin inkişafında ATU-nun, 
ADPU-nun  əməkdaşlarının müstəsna rolu vardır. ADPU-nun in-
san və heyvan fiziologiyası kafedrasına prof. R.Səfərovdan sonra 
hal-hazırda, b.e.d., professor Ə.N.Fərəcov rəhbərlik edir.  
P.Y.Rostovsevdən sonra ATİ-nin fiziologiya kafedrasına 
(1951-1970) prof. S.R.Ocaqverdizadə (1895-1977) rəhbərlik et-
mişdir. 1939-1941-ci illər  ərzində o, APİ-nin insan və heyvan 
fiziologiyası kafedrasının müdiri olmuşdur. Onun elmi-tədqiqat 
işləri «Böyrəküstü vəzi fəaliyyətində interoseptiv reflektor təsir»ə 
həsr edilmişdir. 
1971-1991-ci illərdə ATU-nun fiziologiya kafedrasına prof. 
Q.M.Qəhrəmanov rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri 
baş-beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinin 
öyrənilməsinə həsr edilmişdir.  
1991-ci ildən ATU-nun fiziologiya kafedrasına MEA-nın 
müxbir üzvü, tibb elmləri doktoru, prof. F.İ.Cəfərov rəhbərlik 
edir. Hazırda kafedra əməkdaşlarının  əsas elmi tədiqiqatları 
emosiya və motivsiyaların formalaşması  və realizə olunmasında 
opioid peptidlərin, meditorların fizioloji rolunun öyrənilməsinə 
həsr edilmişdir.  
Akademik A.İ.Qarayevin tələbəsi prof. T.D.Qaibov bütün hə-
yatını elmi-pedaqoji fəaliyyətə  həsr etmişdir. Öz elmi-tədqiqat 
işlərini qlikohomeostaz, hemostaz və radiobiologiya 
problemlərinə yönəldərək, fiziologiyanın inkişafında xüsusi rol 
oynamışdır. T.D.Qayıbov Bakı Dövlət Universitetinin biologiya 
fakültəsinin insan və heyvan fiziologiyası kafedrasına (1966-
1992) başçılıq edərək, yüksək ixtisaslı elmi-pedaqoji kadrların 
hazırlanmasına çox böyük əmək sərf etmişdir. 1992-ci ildən 
1997-ci ilə  qədər kafedraya b.e.d., prof. H.Cəfərov rəhbərlik et-
mişdir. 
1997-ci ildən isə insan və heyvan fiziologiyası kafedrasına və 
kafedranın nəzdində fəaliyyət göstərən «Biostimulyatorlar» Elmi 
tədqiqat laboratoriyasına biologiya elmləri doktoru, professor Əli 
Həsən oğlu Əliyev rəhbərlik edir. 
Hazırda insan və heyvan fiziologiyası kafedrasının əsas elmi 
istiqaməti «Analizatorlar, epifiz-hipotalamus və visseral 

 
 
30 
 
 
31 
sistemlərin həm norma, həm də struktur-funksional 
dəyişmələrindən sonra vegetativ funksiyaların neyrohumoral 
tənzimində bioritmlərin rolu və hemostaz, maddələr mübadiləsi, 
fiziki iş radiobiologiya sahəsində aparılan elmi işlərə  həsr 
edilmişdir. 
II FƏSİL 
 
ƏSAS ANLAYIŞ VƏ PRİNSİPLƏR 
 
Fiziologiyanın  əsas anlayış  və prinsiplərinə  tədqiqat 
obyektləri, tədqiqat obyektləri və onların funksiyalarının qarşılıqlı 
əlaqəsi haqqında anlayış, həmçinin, orqanizmin xarici və daxili 
mühitləri haqqında təsəvvürlər və homeostazın sabitliyinin tənzim 
edilmə mexanizmlərinə dair anlayışlar aid edilir. Fiziologiyanın 
əsas tərkib hissəsi orqanizmi əmələ gətirən molekulyar, hüceyrəvi 
və qeyri-hüceyrəvi elementlərin funksiyalarıdır ki, bu 
elementlərin çoxsaylı birləşmələri nəticəsində toxuma, orqan, 
orqanlar sistemi və bütövlükdə orqanizm formalaşır. Nəhayət, 
anlamaq çox vacibdir ki, termodinamika anlayışlarında «yarıaçıq 
sistem» adlandırılan anlayışı təşkil etməklə orqanizm yalnız xarici 
mühitlə qarşılıqlı  təsirdə olduqda fəaliyyət göstərir (termodi-
namiki olaraq açıq və qapalı sistemlər canlı obyektlərə  adekvat 
deyildir). 
Tədqiqat obyektləri.  «Fiziologiya» anlayışı  tərifindən (canlı 
orqanizm və onu təşkil edən orqan, hüceyrə və molekulların funk-
siyalarının dinamik öyrənilməsi) belə  çıxır ki, fiziologiyanın 
tədqiqat obyekti 4 koordinata malik olan fiziki məkanın bir 
hissəsidir. Koordinatlardan 3-ü məkan olub, orqanizmin tutduğu 
həcmi müəyyən edir; bir koordinat isə zaman koordinatıdır. Başqa 
sözlə desək, fiziologiya daha çox statistik vəziyyəti deyil, 
obyektlərin zaman çərçivəsində  dəyişən xarakteristikasını, yəni 
prosesləri – konkret funksiyaları və onların mexanizmini öyrənir. 
Nəinki insan orqanizmi bütövlükdə, həmçinin orqanizmi təşkil 
edən toxuma, orqan və onların sistemləri, hüceyrə və hüceyrəarası 
maddə də konkret funksiyaları yerinə yetirir. Sadalanan obyektlər 
cinsin «histoloji element» anlayışını birləşdirir. Histoloji 
elementləri hüceyrəvi və qeyri-hüceyrəvi (hüceyrəarası maddənin 
komponentləri) olmaqla, 2 kateqoriyaya bölürlər. 
Hüceyrəvi elementlərə hüceyrənin özü, simplast və sintsit 
aiddir. Hüceyrə – əsas histoloji element (hüceyrə tipli çoxnüvəli 

 
 
32 
 
 
33 
elementlər olan simplast və sintsit – ayrı-ayrı hüceyrələrdən 
əmələ  gəlirlər), bütün qeyri-hüceyrəvi elementlər isə birbaşa və 
ya vasitəli şəkildə hüceyrədən törənənlər hesab olunurlar. 
Hüceyrəarası maddə və mayelər su, qeyri-üzvi birləşmələr və 
makromolekuldan təşkil olunmuşlar. 
Hüceyrələr digər histoloji elementlərlə birlikdə toxuma, 
orqan, orqanlar sistemi, bütövlükdə orqanizmi əmələ gətirir. 
Fiziki məkanın bir hissəsi kimi orqanizm ətraf mühitlə qar-
şılıqlı fiziki və kimyəvi məlumat əlaqəlidir. 
Bu termin hüceyrəarası maddə  və onda olan hüceyrələr 
haqqında bəhs edildikdə tətbiq edilir. Orqanizmin daxili mühitinin 
başlıca fizioloji xarakteristikası – onun parametrlərinin aralarında 
mühüm yer tutan əks  əlaqə prinsipinin də daxil olduğu müxtəlif 
tənzimləyici mexanizmlər tərəfindən həyata keçirilən fəaliyyət 
nəticəsində sabit saxlanılmasıdır (homeostaz). 
Canlının  əsas xüsusiyyətləri.  Adətən canlı sistemlər 
haqqında təsəvürləri cansız obyektlərlə müqayisə etməklə müəy-
yən edirlər. Məsələn, yalnız canlı orqanizmlər öz həyat 
fəaliyyətini davam etdirmək üçün ətraf mühitlə maddələr və enerji 
mübadiləsini, həyata keçirir (bu mübadilədə xüsusi orqanlar sis-
temi iştirak edir). İkinci, yalnız canlı orqanizmlər ətraf mühitdən 
siqnal alır və müvafiq şəkildə cavab reaksiyası verə bilirlər (bu 
proseslərdə duyğu orqanları, hiss reseptorları və sinir sistemi işti-
rak edir). Üçüncü, canlı orqanizmlər öz-özünə reproduksiyaol-
unma və inkişaf etməyə qabildirlər. Dördüncü, onlar ətraf mühitin 
dəyişən şəraitinə adaptasiya olunmağı bacarırlar. 
Orqanizmin tamlığı haqqında təsəvvürlər.  Fiziologiyanın 
görkəmli alimləri – fransız tədqiqatçısı  Klod  Bernad  və rus 
fizioloqu İvan Mixayloviç Seçenov hesab edirlər ki, hüceyrələrin 
birləşərək vahid orqanizmi təşkil etməsi üçün orqanizm və 
mühitin qarşılıqlı münasibətinin təbiəti birinci dərəcəli əhəmiyyət 
daşıyır. Belə ki, Klod Bernad daxili mühitin sabitliyini orqaniz-
min fəaliyyətinin həlledici amili hesab edirdi, İ.M.Seçenov isə 
iddia edirdi ki, orqanizmin elmi təhlili zamanı orqanizmə  təsir 
göstərən  ətraf mühit də  nəzərə alınmalıdır. Bir müddət sonra 
Vilyam Kennon orqanizmin daxili mühitinin sabitliyinin av-
tomatik tənzim edilməsi – homeostazın prinsiplərini qısaca və 
dürüst ifadə etmişdir. 
Orqanizmin vahidliyi və tamlığı problemini XIX əsrin 
fizioloqları insanın həyat fəaliyyətində sinir sisteminin aparıcı və 
təyinedici rolu mövqeyindən nəzərdən keçirmişlər. Belə ki, Klod 
Bernad yazırdı «Bizim bütün orqanlar normal və patoloji olmaqla 
özlərinin həyat təzahürlərində sinir sistemindən asılıdır»lar. Bu 
ideyanı İvan Petroviç Pavlov nervizm adlandırılan ideyasında ink-
işaf etdirmişdir. Nervizmin nüvəsi reflektor nəzəriyyədir ki, bu 
nəzəriyyəyə əsasən fəaliyyətin istənilən formasının meydana çıx-
masında əsas rol xarici stimullara məxsusdur, refleksin özü isə hər 
hansı bir fizioloji effektlə (yığılma, sekretor reaksiya və s.) başa 
çatır. Refleksləri Pavlov 2 qrupa bölmüşdür: anadangəlmə 
(şərtsiz) və həyat boyu qazanılmış (şərti) reflekslər. 
Əhəmiyyətli uyğunlaşmanın nəticəsi hesabına çoxlu sayda 
hüceyrəvi və orqan elementlərinin bütöv bir orqanizm şəklində 
birləşməsini izah edən funksional sistemlər nəzəriyyəsini (bu tə-
səvvürlərin qısa şəkildə ifadəsini Pyotr Kuzmiç Anoxin) vermiş-
dir. Orqanizmin normal həyat fəaliyyətini təmin edən səviyyədən 
hər hansı bir kənaraçıxma dərhal qeydə alınır və sistemi normal 
səviyəyə qaytarır. 
Funksiyaların tənzim edilməsi.  Müxtəlif funksiyaların 
tənzim edilməsini orqanizmin daxili mühitinin həyati əhəmiyyətli 
funksiyalarının parametrlərinin avtomatik nəzarəti həyata keçirir 
(homeostaz), müxtəlif növ nəzarət məqsədi və orqanlar sisteminin 
qarşılıqlı təsirinin idarə olunmasını, həmçinin insan orqanizminin 
xarici mühitə uyğunlanmasını sinir və endokrin sistemi reallaş-
dırır. 
Homeostaz – orqanizmin daxili mühitinin həyati əhəmiyyətli 
funksiyalarının parametrlərinin saxlanması və nəzarət altına alın-
ması – həm bütöv orqanizmə, həm hüceyrə boşluğuna, həm də 
hüceyrələrə aid edilir. 
Sinir sistemi, Sensor (mənimsəyici), MSS (birləşdirən) və 
motor (icraedici) şöbələr onun əsas şöbələridir. 

 
 
34 
 
 
35 
Mənimsəyici şöbə orqanizmin vəziyyətini müəyyən edib, dax-
ili və xarici mühitin dəyişkənliklərinə cavab verir. Baş-beyin 
məlumatı toplayır, onu saxlayır (mühafizə edir), fəaliyyət pro-
qramını yaradır, sensor siqnallara cavab olaraq reaksiyaları 
müəyyən edir. Onurğa beyni baş beyindən sensor informasiya və 
siqnalları alaraq əzələ sistemini də işə salır. Sinir sisteminin xüsusi 
şöbəsi – avtonom (vegetativ) sinir sistemi daxili orqanların funksi-
yalarına nəzarət edərək şüuraltı səviyyədə fəaliyyət göstərir. 
Mənfi  əks  əlaqədən fərqli olaraq müsbət  əks  əlaqə  fəaliyyət 
göstərən səbəbin təsirini gücləndirir və bir çox hallarda fizioloji 
funksiyanın stabilləşməsinə  gətirib çıxarmır,  əksinə effekti 
gücləndirir. Məhz bu səbəbdən tibbdə müsbət  əks  əlaqə adətən 
«circulus vitiosus» – çıxılmaz vəziyyət adı ilə tanınır. Məsələn, 
sağlam insanın ürəyi normal şəraitdə qan damarlarında dövr edən 
qanın 5 l-ni effektiv şəkildə vurur. Xeyli miqdarda qanın (>2 l) 
qəflətən itirilməsi nasos funksiyası yerinə yetirmək qabiliyyətini 
pozur. Bu da AT (arterial təzyiq)-in elə  aşağı düşməsinə  səbəb 
olur ki, o, əks əlaqə mexanizmi ilə kompesasiya edilə (bərpa ol-
una) bilmir. Nəticədə, tac arteriyalarından qanın ürək  əzələsinə 
daxil olması azalır. Bu səbəbdən ürəyin işi zəifləyir, onun nasos 
funksiyası pisləşir, miokardın qanla təchiz olunması daha da aşağı 
düşür. Bu tsikl ölüm baş verənə  qədər dəfələrlə  təkrarlanır. 
Əlbəttə, fəaliyyət göstərən stimulun qiyməti və xarakterindən asılı 
olaraq müsbət  əks  əlaqənin təsirinin qarşısı  mənfi  əks  əlaqə 
mexanizmlərinin hesabına kəsilə bilər. 
Endokrin sistem hormonlar adlandırılan kimyəvi maddəni 
ifraz edən daxili sekresiya vəzilərindən ibarətdir. Hormonlar 
bədənin bütün sahələrinin hüceyrəxarici mayesinə daxil olaraq 
hüceyrə funksiyalarını  tənzimləməyə köməklik göstərir. Belə ki, 
qalxanabənzər vəzinin tərkibində yod olan hormonları metabo-
lizmi sürətləndirir, mədəaltı vəzinin hormonu olan insulin qlükoza 
mübadiləsinə nəzarət edir. 
Tənzimedici sistemlərin iş prinsipləri əks əlaqə – idarə edən 
sistemlərin işinin əsas prinsipi – çox sayda və artıq miqdarda olan 
tənzimedici konturlar və onların iyerarxikliyi ilə möhkəmlənir, bu 
da orqanizmin həyatın daima dəyişən  şəraitinə adaptasiya olun-
masına imkan yaradır. 
Canlı strukturlarda mənfi  əks  əlaqənin tək-tək yerləşən 
tənzimedici konturları mövcud deyildir, praktiki olaraq həmişə 
tək-tək yerləşən hüceyrə, orqan və ya orqanlar sisteminin 
daxilində  və orqanizm səviyyəsində  əks  əlaqənin öz aralarında 
qarşılıqlı  əlaqədə olan ilgəklər kompleksi olur. Məsələn, insulin 
qanda qlükoza səviyyəsini aşağı salır, eyni zamanda isə adrenalin 
və kortizon əks təsir göstərir. 
Orqanizmin nəzarət edən sistemlərinin əksəriyyəti mənfi əks 
əlaqə prinsiplərindən istifadə edərək fəaliyyət göstərir. Başqa 
sözlə, fəaliyyətin nəticəsi onun yaratmış səbəb və üsullara mənfi 
təsir göstərir. Mənfi  əks  əlaqənin  ən azı üç elementə ehtiyacı 
vardır. Qanın plazmasında qlükoza miqdarının tənzim olunması 
misalında bunu aydınlaşdıraq.  Birincisi, həyati  əhəmiyyətli pa-
rametri (məsələn, qlükoza) qeydə alan element lazımdır. İkincisi
sistem bu parametrin dəyişməsinə prosesin başlanğıc 
mərhələsinin xarakteristikalarını  dəyişməklə (məsələn, insulin 
ifrazını aşağı salmaqla) cavab verməlidir. Nəhayət üçüncü sistem 
elə  fəaliyyət göstərməlidir ki, nəzarət olunan parametrin normal 
qiyməti saxlanılsın (məsələn, qanda qlükozanın səviyyəsi aşağı 
salınsın). Beləliklə, mənfi  əks  əlaqə bioloji sistemlərin stabil və 
davamlı  vəziyyətini mühafizə edir və daima nəzarət altında sax-
layır. 
Müxtəlif tənzimedici konturlar arasında iyerarxiklik 
müşahidə edilir. Məsələn, hipotalamus və hipofizin ön pay 
hüceyrələrinin endokrin funksiyalarına nəzarət edir, hansının ki, 
Aderno-kortiko-trop-hormon (AKTH) öz növbəsində böyrəküstü 
vəzinin qabığındakı funksiyanı  nəzarət altında saxlayır, sonun-
cunun ifraz etdiyi kortizol qanda qlükoza səviyyəsinin saxlanıl-
masında (insulinə əlavə olaraq) iştirak edir. 
Orqanizmin mühitin dəyişən şəraitlərinə uyğunlaşması, onun 
cavablarının kəmiyyət və xarakterini dəyişmək qabiliyyətindən 
asılıdır.  Əks  əlaqə sisteminin konturlarının elastiklik və 
hərəkətliliyi fizioloji adaptasiyaların bir çox formaları üçün mex-

 
 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin