Əfrahim hüseynli



Yüklə 2.29 Mb.
Pdf просмотр
səhifə3/10
tarix23.12.2016
ölçüsü2.29 Mb.
1   2   3   4   5   6   7   8   9   10

 
 

44 
 
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR 
(1906-1988) 
 
Məhəmmədhüseyn  Şəhriy-
ar  (Seyid  Məhəmməd-hüseyn 
Behcəti  Təbrizi)  1906-cı  ildə 
Təbriz şəhərinin Bağmeşə bölgə-
sində,  o  zamanın  tanınmış  hü-
quqşünaslarından  Hacı  Mirağa 
Xoşginabinin  ailəsində  dünya-
ya gəlmişdir.   
    Şəhriyar  klassik  şeirin  bütün  şəkillərində  yaz-
mış,  Azərbaycan  ədəbiyyatını  yüksək  məzmunlu 
qəzəl,  qəsidə,  məsnəvi,  qitə  və  rübailərlə  zənginləş-
dirmişdir.   
  Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən son-
ra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Da-
rülfünununda, sonra isə Tibb fakültəsində ali təhsil al-
mağa  başlamışdır.  Lakin  fakültənin  sonuncu  kur-
sunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna gir-
məyə məcbur olmuşdur. 
  Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç 
böyük  şair  və  alimin  –  Məliküş-şüəra  Baharın,  Səid 
Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə 
nəşr olunmuşdur. 
  M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nə-
həngləri  sırasına  ucaldan  ilk  növbədə  onun  ölməz 
“Heydərbabaya  salam”  poeması  olmuşdur.  Şəhriyar 

45 
 
pоemanın birinci hissəsini Tehranda,  ikinci hissəsini 
isə Təbrizdə yazmışdır.   
  M.  Şəhriyar  18  sentyabr  1988-ci  ildə  Təbrizdə 
vəfat etmişdir. 18 sentyabr hər il İranda “milli şeir gü-
nü” kimi qeyd edilir.   
  Vəsiyyətinə görə Təbrizin Şairlər Məqbərəsində 
dəfn olunmuşdur. 
 
ULDUZ SAYARAQ GÖZLƏMİŞƏM   
HƏR GECƏ YARI 
   
Ulduz sayaraq gözləmişəm hər gecə yarı, 
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı. 
 
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs
Batmış qulağım gör nə döşürməkdədi darı. 
 
Bir quş: “Ayığam” –söyləyərək gahdan inildər, 
Gahdan onu day yel deyə laylay huş aparı. 
 
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, 
Məndən aşağı kimsə yox, ondan da yuxarı. 
 
Qorxum budu, yar gəlməyə birdən yarıla sübh, 
Bağrım yarılar, sübhüm, açılma səni tarı! 
 
Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma! 
O çıxmasa da ulduzumun yoxdu çıxarı. 

46 
 
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, 
Qaş beylə ağardıqca, daha baş da ağardı. 
 
Eşqin ki,qərarında vəfa olmayacaqmış, 
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? 
 
Sanki xoruzun son banı xəncərdi soxuldu, 
Sinəmdə ürək varsa, kəsib qırdı damarı. 
 
Rişxəndilə qırcandı səhər, söylədi: – Durma, 
Can qorxusu var eşqin, ulduzun bu qumarı. 
 
Oldum qaragün ayrılalı o sarı teldən, 
Bunca qara günlərdir edən rəngimi sarı. 
 
Gözyaşları hər yerdən axarsa, məni tuşlar, 
Dəryaya baxar, bəllidi, çayların axarı. 
 
Əzbəs məni yarpaq kimi hicranla saraldıb, 
Baxsan üzünə, sanki qızılgüldü, qızardı. 
 
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm, 
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı. 
 
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli, 
Əfsus, qara yel əsdi, xəzan oldu baharı. 
   
 
 

47 
 
HEYDƏRBABAYA SALAM 
(Poemadan parça) 
 
Heydərbaba, ildırımlar çaxanda, 
Sellər, sular şaqqıldayıb axanda, 
Qızlar ona səf bağlayıb baxanda, 
Salam olsun şövkətizə, elizə, 
Mənim də bir adım gəlsin dilizə. 
   
Heydərbaba, kəkliklərin uçanda, 
Göl dibindən dovşan qalxıb qaçanda, 
Bağçaların çiçəklənib açanda, 
Bizdən də bir mümkün olsa, yad elə, 
Açılmayan ürəkləri şad elə. 
   
Bayram yeli çardaqları yıxanda, 
Novruzgülü, qarçiçəyi çıxanda, 
Ağ buludlar köynəklərin sıxanda, 
Bizdən də bir yad eləyən sağ olsun, 
Dərdlərimiz qoy dikəlsin dağ olsun. 
   
Heydər Baba, gün dalını dağlasın, 
Üzün gülsün, bulaqların ağlasın, 
Uşaqlarun bir dəstə gül bağlasın, 
Yel gələndə ver gətirsin bu yana, 
Bəlkə mənim yatmış bəxtim oyana. 
   
 

48 
 
Heydər Baba, sənin yüzün ağ olsun
Dörd bir yanın bulaq olsun, bağ olsun, 
Bizdən sonra sənin başın sağ olsun, 
Dünya qəzov-qədər, ölüm-itimdir, 
Dünya boyu oğulsuzdur, yetimdir. 
   
Heydər Baba, yolum səndən kəc oldu, 
Ömrüm keçdi, gələmmədim, gec oldu, 
Heç bilmədim gözəllərin necoldu, 
Bilmez idim döngələr var, dönüm var, 
İtginlik var, ayrılıq var, ölüm var. 
   
   
   
 
 

49 
 
HƏKİM QƏNİ 
(1918-2008) 
 
Həkim Qəni (Hüseynov Qəni 
Hüseynqulu  oğlu,  şair,  qəzəlxan, 
füzulişünas  alim,  tərcüməçi,  tibb 
xidməti  polkovniki,  prezident  tə-
qaüdçüsü)  16  fevral  1918-ci  ildə 
Bakı  şəhərində  anadan  olub.  Ali 
təhsilini  Tibb  İnstitutunda  almış-
dır  (1936-1941).  İkinci  Dünya  Müharibəsində  hərbi 
həkim kimi fəaliyyət göstərmişdir (1941-1945). Uzun 
illər Azərbaycanın baş nevropotoloqu olub. 
  Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu 
olmuşdur. Vahid poeziya evində “Vahid“ ədəbi şair-
lər məclisinə sədrlik etmişdir. 
Şairə Solmaz Şirin Həkim Qənin həyat yoldaşı idi. 
İlk  şeirlərini  30-cu  illərdə  yazmışdır.  Yüzlərlə 
qəzəlin, şeirlərin (qoşmalar, bayatılar və s.), bir neçə 
dram  əsərinin,  poemanın,  aforizmlərin  və  s.  müəl-
lifidir. Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yaz-
mış, 100-dən çox qəzəlini rus dilinə tərcümə etmişdir. 
12-dən çox kitabı nəşr olunub. 
  Şərq  ədəbiyyatının,  o  cümlədən,  əruz  vəznli 
Azərbaycan poeziyasının kamil bilicisi olmuşdur.   
    Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində 
vəfat etmişdir. 
    Həkim Qəninin 4 övladı var. 

50 
 
HƏKİM QƏNİNİN CAVABLARI 
(Şairə Solmaz Şirinlə şeirləşmədə) 
1. 
“Əlçatmaz sevginin sorağındasan”, 
Əlini sevgiyə çatdırım Sənin! 
Sevgi dəryasının qırağındasan, 
De! Açım üzünə o ağ yelkəni! 
   
Elə sevgi verim ürəkdən Sənə, 
Baharı solmasın, yazı solmasın. 
Elə sevgi verim, dolsun sinənə, 
Payızı olmasın, qışı olmasın! 
   
“Taledir, xoşbəxti, bədbəxti olur”, 
Biri gülür isə, biri ağlayır. 
Mənim eşqimdədir o dediyim nur, 
O nur ki, Səninçün coşur, çağlayır. 
   
“Sevgi istəyirsən röya qanadlı”, 
Sevgi verim Sənə röyadan Şirin, 
Ondan da ləzzətli, ondan da dadlı. 
Sevgi verim Sənə baldan da Şirin, 
Sevgi verim Sənə dəryadan dərin! 
   
 
 

51 
 
2. 
Məhəbbətəm, sevdiciyim, 
Gözlədiyin o məhəbbət! 
Dərə enib dağ keçmişəm
Sənə gəlib yetəm, fəqət. 
   
Gec də gəlsəm, tez də gəlsəm, 
Şirin Xatın, gəlib çıxdım! 
Sən ümid, mən səadətəm, 
İntizarı vurub-yıxdım! 
   
Geciksəm də, yazın oldum, 
Qaçaq saldım soyuq, qarı. 
Qanadınam, gücə doldum, 
Bu qanadla uçaq, barı! 
   
İndi mənim cahanımsan, 
Demə “cahan mənə dardır”! 
Sənin üçün ürəyimdə 
Bir də böyük cahan vardır! 
   
   
   
   
 
 

52 
 
XANIMANA ƏLİBƏYLİ 
(1920-2007) 
 
Xanımana  Əlibəyli  (Xa-
nımana  Sabir  qızı  Əlibəyli,  hə-
kim,  uşaq  ədəbiyyatında  əvəz-
siz rolu olan şair) 20 aprel 1920-
ci  ildə  Bakı  şəhərində  anadan 
olmuşdur.   
Gənc  şairə  Bakıdakı  13 
nömrəli  orta  məktəbdə  təhsil  almışdır.  16  yaşında 
ikən Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş 
və 1942-ci ildə İnstitutu bitirən gənc həkim təyinatla   
Masallı rayonuna göndərilmişdir. 1938-ci ildən etiba-
rən dövri mətbuatda dərc olunmağa başlamışdır. “Ba-
laca həkim” adlı birinci kitabı isə, 1955-ci ildə 30.000 
min nüsxə tirajla çap olunmuşdur. 30-dan artıq kita-
bın müəllifidir. 
  1953-cü  ildə  o  zamankı  uşaq  ədəbiyyatımızın 
görkəmli simalarından olan Mirvarid  Dilbazi və Mi-
kayıl Rzaquluzadənin zəmanətləri ilə AYB-nə üzv qə-
bul edilmişdir. 
  Dövlət  mükafatına  və  “Əməkdar  İncəsənət  xa-
dimi” adına layiq görülmüşdür.   
  7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şə-
hərində dəfn edilmişdir. 
   
 

53 
 
GÜNƏŞ OLARAM MƏN DƏ 
 
Qışda, şaxtada, buzda 
Günəş çimir hovuzda. 
Bərk istisində yayın, 
Çimir suyunda çayın. 
Odur ki, par-par yanır, 
Hər tərəf işıqlanır. 
Qoy gətirim ləyəni, 
Su tök yuyundur məni. 
Ay ana, böyüyəndə 
Günəş olaram mən də.   
 
YOL 
 
Yollar dünyada çoxdur, 
Sayı-hesabı yoxdur. 
Bostan yolu, dağ yolu… 
Bir yol var ki, dünyada 
Onu getmirsən hədər. 
Həmişə düşür yada, – 
Qoca olana qədər. 
Bax, uşaqla doludur, – 
O, məktəbin yoludur. 
   
   
 
 

54 
 
NADİR HƏKİM 
(1935-1980) 
 
  Nadir Həkim (Nadir Hüseyn 
oğlu Əliyev) 1935-ci ildə Gədəbəy 
rayonunun 
Zəhmət 
kəndində 
kəndli  ailəsində  anadan  olmuş-
dur.  Orta  təhsilini  Zəhmət  və 
Miskinli  kəndlərində  almışdır. 
Sonra  N.Nərimanov  adına  Azər-
baycan  Dövlət  Tibb  İnstitutunu  bitirdikdən  sonra 
Daşkəsən və Gədəbəy rayonlarında SEM-in və Gəncə 
Zonalararası  Vərəm  Dispanserinin  Gədəbəy  rayonu 
üzrə  baş  həkimi,  rayon  xəstəxanasının  həkimi  işlə-
mişdir. 
  Tələbəlik  illərində  məşhur  tarzən  Əhsən  Da-
daşovun  diqqətini  çəkərək  onun  ansamblına  dəvət 
almışdır. 
    Ötən  əsrin  60-cı  illərindən  indiyədək  onun 
şeirləri,  xüsusən  aşıqlar  tərəfindən  müxtəlif  tədbir-
lərdə və el şənliklərində oxunmaqda və söylənilmək-
dədir. 
  1980-ci ildə vəfat etmişdir. 
   
 
 

55 
 
KİMİ 
   
Hey çalış, hey vuruş mənası yoxdur, 
Öz bəxtin üzünə gülənə kimi. 
Qismətin nədirsə, qazancın odur, 
Ondan artıq olmaz ölənə kimi. 
   
Tənəzzüldə hər kəs yüyürər, yortar, 
Görməz bəhrəsini cəhd – çarıq yırtar. 
Baxarsan yüz azar artar, hey artar 
Bir dərdi qəlbindən silənə kimi. 
   
Kasıbın hər günü günündən betər
Ölüncə ümidlə inləyər, ötər. 
Bəylə dən əkənin çiynində bitər... 
Haqq divan yerinə gələnə kimi. 
   
Əgər olsa, Nadir, dərya kamalın, 
Nadansan, yoxdursa bir xoş iqbalın. 
Göylərə uçsa da tərlan xəyalın, 
Şikarın qərq olar alana kimi. 
   
DEYƏRLƏR 
   
Olsa cəsarətin Koroğlu qədər, 
Bəxtin gətirməsə, yasar deyərlər. 
Elm dəryasının qəvvası olsan, 
Cibi boş olanda susar, deyərlər. 

56 
 
   
Bədöy köhlən gərək gələ cövlana, 
Yoxsa yabı deyər görənlər ona. 
Şikarı olmayan qoca qartala 
Ya qarğa deyərlər, ya sar deyərlər. 
   
Adam var sözünü söyləyər qəti, 
Soyulsa dərisi, kəsilsə əti. 
Nadir, boşboğazın gopdu sənəti, 
Xəlvətdə özündən “basar” deyərlər. 
   
OLASAN 
   
Ağası olunca dilqanmaz kəsin, 
Gedib bir qananın qulu olasan. 
Namərdin başında papaq olunca, 
Bir mərdin atının çulu olasan. 
   
Ağac var kölgəsi, ağac var barı, 
Ağac var gülündə oturmaz arı. 
Nəyə gərək barsız ağac kolları, 
Bir barlı ağacın kolu olasan. 
   
Nadir, bir mənbədən gəlməsə suyu,- 
Müdam su tökəsən, su verməz quyu. 
Gur yağışın olar ani səs küyü
Tükənməz çayların gölü olasan. 
   

57 
 
OLANDA 
   
Könül yaxşı tanı dostu, tanışı 
Əldə şeş gətirən zərin olanda. 
Nə təkəbbür olub alma qarğışı, 
Nə də yanma, iki birin olanda. 
   
Eşidib yaltağın min cür gopunu, 
Bir gün alar zaman onun köpünü. 
Axıtma selində saman çöpünü, 
Arazın olanda, Kürün olanda. 
   
Fitnə olub demə qəlbin sezilməz, 
Hamı bilir mardan şərbət süzülməz. 
Haqqı tutsan, Nadir, qəti üzülməz, 
Böhtanın olanda, şərin olanda. 
   
 
   
 
 

58 
 
YUSİF ƏHMƏDOV
 
(1939-2012) 
 
Yusif  Əhmədov  (Əhmədov 
Yusif Yaqub oğlu, həkim, yazıçı, 
publisist)  1939-cu  il  fevralın  22-
də  Füzuli  rayonunda  anadan 
olub.  1963-cü  ildə  Azərbaycan 
Dövlət  Tibb  Universitetini  biti-
rib.   
    İlk kitabı 1965-ci ildə “Əfqan hеkayələri” adı ilə 
Düşənbə şəhərində fars dilində çap оlunub.      “Qara 
yеlkənli qırmızı gəmilər”, “Səninlə sənsiz”, “Ruhların 
qayıtması”,  “Ürək  bağışlamır”,  “Əzablı  yollarla”, 
“Ölümlə həyat arasında”, “Bəxtiyar”, “Zülmətdən işı-
ğa dоğru”, “Tоrpağa tökülən qan”, “Odlu illərin xati-
rələri”, “Tоpxana mеşəsində görüş”, ”Məxmər yuxu-
ların mahnısı” və başqa kitabların müəllifidir.   
      Ümumittifaq həkimlər qurultayının iştirakçısı 
olmuş (1989), “Əsrin həkimi" fəxri adına (2003), “Qızıl 
qələm”,  “Ustad  sənətkar”,  “Araz”,  ”Müşfiq”  ədəbi 
mükafatları  və  diplоmlarına  layiq  görülmüşdür. 
“Tоrpağa  tökülən  qan”  rоmanına  görə  AYB-nin 
“Yaddaş”  Milli  Mükafatı  almışdır.  “Yеni  Carçı” 
qəzеtinin baş rеdaktоru olmuşdur. 
  27 mart 2012-ci ildə vəfat etmişdir. 
   
   

59 
 
HARAYA TƏLƏSİRİK 
   
Ay xəzəl olmuş yarpaq, 
Dön bir bəri, mənə bax! 
Lap bağrıbadaşıq biz, 
Lap əkiz qardaşıq biz. 
   
Burulğana düşmüşük, – 
Həyat burulğanına, 
Əsən küləklər bizi 
Çırpır o yan-bu yana. 
   
Doğma budağımızdan 
Qopub torpağa düşdük. 
Hər gün qürbətə düşdük, – 
Hər gün uzağa düşdük. 
Sapsarı xəzəl olduq... 
Bununçünmü doğulduq 
Doğulduğumuz gündən? 
Küləklərin əlində 
Qolu bağlı əsirik. 
Özümüz də bilmirik   
Haraya tələsirik?! 
   
1998. 
   
 
 

60 
 
BELƏ TƏNHA OLMAMIŞAM 
 
Kədər qəlbimə çəkilir, 
İçim içimdən sökülür. 
Gözümdən qan-yaş tökülür, 
Belə tənha olmamışam. 
   
Ümidim bir qədər miskin, 
Həqiqət bir qədər kəskin, 
Taledən bir qədər küskün,- 
Belə tənha olmamışam. 
   
Kim dərdimi bilə bilər, 
Bilibən də bölə bilər? 
Gözyaşımı silə bilər, – 
Belə tənha olmamışam. 
   
Ürəyimdə arzu sönük,- 
Kimə səmtik, kimə yönük? 
Bu taleymiş üzü dönük... 
Belə tənha olmamışam. 
   
1990. 
   
 
 

61 
 
TƏNHA ULDUZ 
   
Soyuq səmalarda bir yorğun ulduz 
Gör necə titrəyir ay işığında. 
Bu qış gecəsində o yorğun ulduz 
Görəsən, nə gəzir ay işığında? 
   
Dənizdə yol azan bir gəmi kimi 
Fikrim yer axtarır gecələməyə. 
Niyə yandırırsan mənim qəlbimi 
Odlara çırpınan pərvanə kimi? 
   
Soyuq səmalarda o tənha ulduz 
Görəsən, nə gəzir ay işığında? 
Mənim ürəyimdi o tənha ulduz, 
Ruhuna qovuşur ay işığında. 
   
   
GÖY ÜZÜ BİR DƏNİZDİR 
(Mən dənizsiz yaşamadım...N. Xəzri) 
   
Göyün üzü bir dənizdir, 
Arzularım – ləpələri. 
O ləpələr sevən qəlbin döyüntüsü, – 
ömürboyu canlı, diri! 
O dənizin sahilində 
qızıl qumlar... 
Mən adımı axı necə 

62 
 
yazım orda? 
Necə yazım? – 
Oxunsun hər naxışında 
ilk sevgimin hərarəti, 
şıltaqlığı, nazı orda! 
İllər keçir, 
Yandıracaq, 
Donduracaq 
ürəyimi 
Neçə-neçə yayın odu, 
Neçə-neçə qışın qarı. 
Fəqət heç vaxt sönən deyil 
O sevginin ürəyimdə böyütdüyü 
Dəniz boyda məhəbbəti – yadigarı! 
Xəyalım da, ümidim də – 
dəniz... dəniz... 
"Mən dənizsiz yaşamazdım, 
Görən, necə yaşayacaq dəniz mənsiz?" 
   
1982. 
   
“ƏLVİDA” DEMİRƏM 
   
“Əlvida” demirəm mən, “hələlik” demirəm ki... 
Son ayrılıq çağıdır, görüşmərik bir daha. 
Əlvida, doğma ellər, təsəlli dolu illər, 
Həyatım sönüb artıq, ümid yoxdur sabaha. 
   

63 
 
Bir alın yazısıdır, bu gediş, bu ayrılıq, 
Bu əbədi dünyada, mən bir qum dənəsiyəm. 
Ey bu vaxtın sahibi, aman ver nəfəs dərim, 
Bəlkə bir də bu əziz yerlərə dönəsiyəm. 
   
Əlimdən tut, ayrılıq, yolu tanımıram mən, 
Həmişə tək olmuşam, yenə də tək-tənhayam. 
Bu son vida çağımda mən “əlvida” demirəm, 
Ürəyim döyünsə də, sönür gözümdə dünyam. 
   
1990. 
 
 

64 
 
RAFİQ TAĞI 
(1950-2011) 
 
Rafiq Tağı (Tağıyev Ra-
fiq  Nəzir  oğlu,  həkim,  şair, 
nasir,  publisist,  1989-cu  il-
dən AYB-nin üzvü) 5 avqust 
1950-ci  ildə  Azərbaycanın 
Masallı  rayonunun  Xoçço-
banlı kəndində anadan olub. 1966-cı ildə orta məktəbi, 
1972-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan  Dövlət 
Tibb  İnstitutunun  müalicə-profilaktika  fakültəsini 
bitirib.   
1968-ci  ildə  ilk  şeiri  Masallının  “Çağırış”  rayon 
qəzetində, “Fərqanə” adlı ilk hekayəsi isə 1977-ci ildə 
“Ulduz” jurnalında çap olunub. Azad Yazarlar Oca-
ğının üzvü və sədri olub. 
“Yanaşı  ulduzlar”(1987),  “Düşmənimin  xatiri-
nə”(1991), “Pozitiv. Neqativ”(1996), “Təpəgöz, qarış-
qa  və  uşaq”(şərikli,  1996),  “Ekstremal  şeirlərim  və 
hekayələrim”(2004) və başqa kitabların müəllifidir 
  2011-ci il noyabrın 23-də vəfat edib.   
  Üç övladı var.   
 
(Mənbə: ”Azərbaycan yazıçıları”, Bakı, “Nurlar”, 
2011) 
   
 
 

65 
 
KEÇMİŞDƏ VAĞZALINDAN GÖRÜNƏN 
LƏNKƏRAN MAYAKI 
 
Keçmişdə 
vağzalından görünən 
Lənkəran mayakı 
ən azından ilk poetik 
mənzərəsidir həyatımın. 
Atam   
mayaka baxmadan, 
muğam zümzüməsində, 
gecə qatarınacan 
en-uzununu ölçərdi, 
tutalım, 
mənə aldığı maykanın. 
Yaddaşımda 
yanan mayak 
özü çoxdan 
sönübsə də, 
dünən yolda evə kimi 
atamı andırıb mənə 
əsas xatirələrimə 
əlavə kimi. 
   
 
 
 

66 
 
KEÇDİM KLASSİKLƏR TƏRƏFİNƏ 
   
Skripka aldım özümə – 
onu çala 
bilməsəm, 
bu cür ucala 
bilməsəm də. 
Keçdim klassiklər tərəfinə. 
Keçdim –   
hətta 
qoca kimidilərsə də, 
çeşməklərindən 
sanki həkimdilərsə də. 
Min cür adamdan 
mən   
onları seçdim, 
aldanmadan. 
Oxşadım keçmişin 
və həm gələcəyin 
klassiksevərlərinə. 
Skripka aldım özümə –   
keçdim klassiklər tərəfinə. 
   
 
 
 

67 
 
SƏRDAR KƏRİMLİ 
(1954-2003) 
 
    Sərdar  Kərimli  (Sərdar  İsa 
oğlu  Kərimli  –  həkim,  şair,  pub-
lisist, alim, dövlət xadimi) 1954-cü 
il Azərbaycanın Göyçə mahalında 
anadan  olub.  1971-ci  ildə  Bakı 
şəhərində  30  saylı  orta  məktəbdə 
təhsil almışdır. 1972-ci ildə institu-
tun 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuş, 
1978-ci ildə həmin ali məktəbi bitirmişdir.   
      O,  1980-1983-cü  illərdə  Bakı  şəhər  təcili  və 
təxirəsalınmaz  tibbi  yardım  stansiyasında  əvvəlcə 
çağırışçı  həkim,  sonra  böyük  həkim  vəzifələrində 
çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk 
Partiya  Təşkilatının  katibi  olmuşdur.  Sonra  təhsilini 
(1985-ci  ildə)  Bakı  Ali    Partiya  məktəbində  davam 
etdirmişdir.  Təhsili  müddətində  Bakı  Ali  Partiya 
Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsi də  ona 
həvalə  edilmişdir.  Daha  sonra  (1985-1989)  Nəsimi 
Rayon  Partiya  komitəsinə  təlimatçı,  rayon  səhiy-
yəsinin kuratoru olmuşdur.   
    1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər 
idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və 
tədris  müəssisələri  idarəsinin  1-ci  dərəcəli  həkim-
inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm 
və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün 

68 
 
sonunadək Azərbaycan Respublikası Səhiyyə naziri-
nin 1-ci müavini olmuşdur. 
Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci 
ilin 2 Noyabr tarixli sərəncamı ilə “Əməkdar həkim”   
fəxri adına layiq görülmüşdür.   
2003-cü il Dekabr ayının 23-də vaxtsız (49 yaşın-
da) dünyasını dəyişmişdir.   
    Üç övladı var. 
   
     
GÖYLƏR ÇAĞIRIR 
   
Torpaqla asiman arasındayam, 
Yer məni səsləyir, göylər çağırır. 
Cismimi yer çəkir, ruhumu göylər, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Yetişib mənzilim, başadır mənim, 
Torpaq, səma – qibləm, qoşadır mənim, 
Ömrümü üç balam yaşadır mənim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Şaqraq gülüşlərim, şən nəğmələrim
Nakam sevda dolu qəm nəğmələrim, 
Bir qu nəğməsiydi son nəğmələrim, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 

69 
 
Xoşbəxt tale payım sən – Rəna oldun, – 
Şam idim, başıma pərvanə oldun, 
Hər bir əzabımdan divanə oldun, 
Əfv elə, gedirəm, göylər çağırır. 
   
Rəşidə, boyunun qurbanı olum, 
Rəşidəm, mehrinin heyranı olum! 
Qoy uçum göylərə tərlanın olum, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
Rəşadım, bir dünya könül varımsan, 
Nurumsan, möhtəşəm dağ vüqarımsan, 
Mənim ciyərparam, ilk nübarımsan, 
Bağışla, gedirəm, göylər çağırır. 
   
Sən mənə Nicatsan, sən mənə arxa, 
Kişiyə yaraşmaz ölümdən qorxa, 
Sınma, bir də gələr su gələn arxa, 
Bağışla, gül balam, göylər çağırır. 
   
Dünya pəncərədi, ömür həvəsdi
Hər bir cəfamıza dözdün də, bəsdi. 
İmdadım, imdada yetmə əbəsdi, 
Mən qala bilmirəm, göylər çağırır. 
   
 
 
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə