Əfrahim hüseynli



Yüklə 2.29 Mb.
Pdf просмотр
səhifə7/10
tarix23.12.2016
ölçüsü2.29 Mb.
1   2   3   4   5   6   7   8   9   10

FƏZAİL İSMAYIL 
(1957) 
     
  Fəzail  İsmayıl  (Kazımov 
Fəzail  İsmayıl  oğlu  –  həkim, 
şair, publisist) 1 avqust 1957-ci 
ildə Gədəbəy rayonunun Nəri-
man  kəndində  anadan  olmuş-
dur.  Orta  məktəbi  bitirdikdən 
sonra Azərbaycan Dövlət Tibb 
İnstitutunda təhsil almışdır (1978-1984).     
1981-ci  ildə  dövri  mətbuatda  tez-tez  çıxış  etmiş-
dir. “Yadda saxlar ellər məni” (1993), “Gedək ata oca-
ğına” (1997), “Sökül, dan yerim” (2000), “Bəs itən qey-
rəti kim qaytaracaq” (2009) və başqa kitabların müəl-
lifidir. 
  2002-ci ildə AYB-nin üzvüdür. 
   
BÖYÜK OĞLUM HÜMBƏTLƏ SÖHBƏTİM 
       
Oğlum, imdadına daim haqq çatsın, 
Səndəki saflığa vurulmuşam mən. 
Atan daha coşqun təblə yaratsın, 
Sanma ahıllaşıb, yorulmuşam mən. 
       
 
Əyrini düz kəsmiş, kəsəcək ancaq
Bu ömrü sanmayaq oyun-oyuncaq, 
Gəl qatı zülmətdə qoşa nur saçaq, 
Şir bürcündənik biz, şir olmuşam mən. 

153 
 
Nələr görməyibdir, gözlərim nələr... 
Bunu bəndə deyil, bir Allah bilər, 
Uydurmaram köpükləmiş kəlmələr- 
Çalxanıb ümman tək durulmuşam mən. 
         
Sən babam Hümbətin adaşı oldun, 
Atam İsmayılın sirdaşı oldun, 
Əslimin, nəslimin yaddaşı oldun, 
Təməlindən möhkəm qurulmuşam mən. 
       
Amansız həyatda ciddi ol hər an, 
Təslim idrakına yer-göy, asiman, 
Tarix bizdən sərt götürür imtahan, 
Hər çətin sınaqda doğrulmuşam mən. 
       
Allahlıdır könlümün eşq-həvəsi, 
Allahlıdır dost-həmdəmi, hər kəsi... 
Ovulmazdır mənliyimin nüvəsi, 
Təpədən dırnağa nur olmuşam mən. 
   
Birdir toxuma da, nüvə də, gen də, 
Sənin tək çılğındım gənclikdə mən də. 
Mən ata, sən oğul, sən məndən öndə, 
Uğrundan şadlanıb var olmuşam mən. 
   
Atan haqdan yanır, alışır, oğlum! 
Onunla dağ-dəniz danışır, oğlum! 
Bəşər hümmət olub barışır, oğlum! 
Misri tək qınından sıyrılmışam mən. 

154 
 
Açıq söylə böyük qardaş sözünü, 
Toğrulumun aç həyata gözünü, 
Gülövşəmin qüssəsiz gör üzünü, 
Ayağın altında yer olmuşam mən. 
   
Atan könüllərə çoxdan köçübdü, 
Ölçən ölçüb, biçən gözəl biçibdi. 
Sizi mənə Allah övlad seçibdi, 
Adəmdən-Xatəmə sirr olmuşam mən. 
   
Söz sərrafı dönməz heç vaxt acizə, 
Bağlanmışam qeybdən gələn haqq səsə, 
Fəzail, son sözü, di söylə kəsə, 
İsrafil çaldığı Sur olmuşam mən! 
     
*** 
Adım rəhmətlə anılar, 
Axır-güman, övladlarım. 
Anım qərinə sanılar, 
Uçur zaman, övladlarım. 
   
Nə nisgil, nə hicran olun, 
Üç ürəkdə bir can olun, 
Vahid Azərbaycan olun! 
Könlü ümman övladlarım! 
   
 
 

155 
 
Bir haqqı uca sayın siz, 
Alnı açıq yaşayın siz, 
Atanıza oxşayın siz, 
Hər vaxt, hər an, övladlarım. 
   
Elm, helm zənginlikdir, 
Əbədi bir ənginlikdir, 
Bu dünyası beş günlükdür – 
Bilmir insan, övladlarım. 
   
Haqq önündə üzü ağam, 
Cövhəri sağ, sözü sağam, 
Ölümdən də çox uzağam, 
Mənəm Turan, övladlarım. 
   
Bəlli deyil köçmək vədəm, 
Əcəl camın içmək vədəm, 
Fəzailəm fəzilətəm, 
Fəzlim Quran, övladlarım. 
   
   
   
   
 
 

156 
 
MUSA URUD 
(1961) 
 
  Musa  Urud  (Musa  İsa 
oğlu Quliyev – şair, həkim, tibb 
elmləri  üzrə  fəlsəfə  doktoru, 
professor,  millət  vəkili)    1961-
ci  il  noyabrın  25-də  Qərbi 
Azərbaycanın Zəngəzur qəzası 
Sisyan  rayonunun  Urud  kən-
dində anadan olmuşdur. Bura-
da  orta  məktəbi  qızıl  medalla  bitirmişdir  (1978). 
N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnsti-
tutunun  müalicə-profilaktika  fakültəsini  (1984)  və 
Azərbaycan Respublikasının Prezidenti yanında Döv-
lət  İdarəçilik  Akademiyasının  dövlət  və  bələdiyyə 
idarəetməsi fakültəsini (2004) bitirmişdir.   
  Nuh gəminə götür bizi (şeirlər), Tanrı şam yan-
dırıb (şeirlər), Ömürdən 101 şeir (şeirlər), Üzü haqqa 
gedirəm (şeirlər və poema), Urud (bədii publisistika), 
Haqqın var yaşamağa (siyasi publisistika), Vətən and 
yerimiz (uşaq şeirləri, sinifdən xaric oxu vəsaiti), Zən-
gəzur  (elmi-publisistik  nəşr),  Uruda  iki  səfər  (bədii 
publisistika), Hər nə varsa (şeirlər və poemalar), Zən-
gəzur toponimləri (elmi-publisistik əsər) və başqa ki-
tabların müəllifidir.   
  1994-cü ildən AYB-nin üzvüdür. 
  Evlidir, 3 övladı var. 

157 
 
HAQQ BİLİR 
   
Bu yaşacan nə yaşadım, nə qalıb? 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
Saçlarımda fələyin tərs sığalı, 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
   
Nə qazandım, nə itirdim – yarıdı, 
Yaman dostlar yaxşı günün yarıdı. 
Yarımadım, çoxu məndən yarıdı, 
Mən bilirəm, kim bilməsə Haqq bilir! 
   
Yurd itirdim, el itirdim bu yaşda, 
Çəmən tapdım, Gül itirdim bu yaşda. 
Körpü saldım, yol itirdim bu yaşda, 
Mən bilirəm, kim bilməsə, Haqq bilir! 
   
Bu yaşacan dağ aşmışam, düz qalıb, 
Yanağımda yaş quruyub, duz qalıb. 
Neçə arzum qız qarıyıb-qız qalıb, 
Mən bilirəm, kim bilməsə. Haqq bilir! 
   
Dolu döyə, bağban yana, bar yana 
Gurşad düşə Ağrı dağda qar yana. 
Qarmaq nədir, balıq nədir, dərya nə, 
Mən bilirəm, kim bilməsə, Haqq bilir. 
   
 
 

158 
 
Nə Günəşəm, nə də günəbaxanam! 
mənə bəsdir bu ocağım, bu xanam! 
Daha Tanrı dərgahına yaxınam! 
Mən bilirəm! 
Kim bilməsə, 
HAQQ bilir! 
   
 
QALACAQ 
   
Musa Urud, hər nə varsa, 
Səndən sonra da qalacaq. 
Dərdin ağırı yaxına, 
Yüngülü yada qalacaq. 
   
Ömür arxdı dolub gedir, 
Quşdu, lələk salıb gedir.   
Hərə bir pay alıb gedir, 
Şairə qada qalacaq. 
   
Var-dövlət öləri şeydi, 
Şan-şöhrət sənə ögeydi. 
Söz haqdır, sözə baş əy ki, 
Sözün dünyada qalacaq. 
   
   
 
 

159 
 
HƏR ŞEY NİSBİDİ, QARDAŞIM... 
   
Hər şey nisbidi, qardaşım, 
Azadlıq da nisbidi. 
Burnu dünyasının divarına dirənib, 
Şüşənin o üzündə ölümə dayanıb. 
   
Nisbidi, bəzək balıqlarının 
Akvarium azadlığı da, 
Nisbidi, bəzək balıqlarının 
Azad olmaq həsrəti də! 
   
*** 
Adamsız adam yoxdu dünyada, 
Kimsəsizlər qəribləridi dünyanın. 
Buludlu gecənin ulduzu kimi 
Qəribdi hamı dünyada. 
Qəribliyini bilmir hamı 
Dünyanın ən duru adamıdı 
Ən qərib adamı. 
   
*** 
  Mənim sevgim köz kimidi, 
Saxlaya bilməyəcəksən ovuclarında, 
Gizləyə bilməyəcəksən 
Əlindəki yanıq yerini! 
   
 

160 
 
*** 
Təyyarədən yerə baxıram, 
Evlərə, yollara, çaylara. 
Məndən aşağıda ölüm dayanıb, 
Məndən yuxarıda Allah! 
*** 
Tikan kimi 
Ürəyimə batıb bu eşq, 
Çıxardıram-qanayır, 
Çıxartmıram-ağrıyır! 
   
*** 
Yazı gözləyən qaranquş kimi 
Gözləyirsən məni. 
Yollara baxınca, 
Yağan qara baxsana... 
   
*** 
Ruhumu sevdin, canımı yox, 
Sözümü sevdin, dodağımı yox. 
Lənət bizi ayırma! 
Bir kimsə utanırmı, yox! 
   
Gözüm qalan gilası sərçələr yedilər, 
Gözüm qalan qızı dustaq elədilər, 
Gözüm qalan torpaqda qəbiristan saldılar, 
Gözümdən düşənlər... 
...sağdılar, sağdılar, sağdılar! 

161 
 
*** 
Dənizdəki yelkən kimi 
Tək tənhayam. 
Ümidini mənə bağlayıb   
Bir gəmi. 
Bir gəmilik adam. 
Görən bilirlərmi ki,   
Yaxşı küləklərin əlində   
Bir parça ağam. 
   
*** 
Çıxıb getmək istəyirəm... 
Ulamaq istəyirəm... 
Seir yazmaq istəyirəm... 
Səni tapmaq istəyirəm... 
Ehtiyac qədər heç nə yatmır canıma. 
   
*** 
Yaxşı ki, kürü tökmür, 
Diri bala doğur balinalar. 
Yoxsa, 
Nə çoxdu burnundan irəlini görməyən   
Adamlar. 
Kürü ikən, 
Bir uzaq əyalətdə akvariuma salıb 
Qoymazdılar 
Bəzək balıqlarından artıq böyüməyə   
Balinaları. 

162 
 
*** 
Ömür quş kölgəsitək 
Keçib getdi üstümdən 
Səssiz-səmirsiz. 
Saralmış otlar qədər   
İzim qalmadı yurdda! 
   
*** 
Otları nə tez uzandı 
Əsir torpaqların. 
Uşaqları nə tez qocaldı 
Qaçqın ataların? 
Sərgərdan ruhumuztək 
Yurdumuz darmadağın. 
Ahımız – 
Zülmət gecədə 
Bayquş qışqırığı – 
Tənha, qorxunc, dərdli, ağır. 
   
*** 
Senanın “Royal”ında, 
Yuva quran göyərçin 
Görən bilirmi dünyada 
Araz çayı var, 
Üstündə də Xudafərin. 
   
 
 

163 
 
*** 
Üzümüzə açılan pəncərələr 
Dünyanın əlifba kitabıdı, 
Açırıq hər səhər, 
Örtürük hər axşam... 
...Oxuya bilmirik axıracan. 
   
*** 
Ay pişik, 
Çıxma qarşıma yazıqsan. 
Uğurum ağırdı, ayağım ağırdı. 
Əllərim yüngüldü. 
Əllərimi nəyin üstünə qoyurlarsa, 
Aparırlar. 
   
*** 
Təşnə torpaqlar üçün   
Bir əlçim buluddan yağan yağışı 
Qurutmağa nə var ki, 
Bir içim su. 
Eh, sənin üçün məni unutmağa nə var ki,   
bir içim su. 
   
*** 
Heç kəs çatlayıb ölmür, 
Atlardan savayı. 
Hərəni bir dərd öldürür, 
Hərəni bir əcəl aparır. 

164 
 
Sonra sağ qalanlar, 
Gözəl-gözəl nekroloqlar yazırlar, 
Sağlığında sevmədikləri dostlarına. 
   
*** 
Bilirəm, bu saat   
Acımış xəmir kimisən 
Təndirə yapılmağın həsrətində. 
Bu taxta, bu oxlov. 
Bu odun, bu təndir. 
...Dincəldinmi? 
 
 

165 
 
MƏMMƏDYAR MƏMMƏMDYARLI 
(1961) 
 
  Məmmədyar  Məmmədyarlı 
(Məmmədyarov Məmmədyar Hi-
lal oğlu – həkim, şair, publisist) 2 
avqust 1961-ci ildə Zəngilan rayo-
nunun Genlik kəndində dünyaya 
gəlib.  1968-1978-ci  illərdə  orta 
məktəbdə  təhsil  alıb.  1982-ci  ildə 
Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  müalicə-
profilaktika  fakültəsinə  qəbul  olub.  1988-ci  ildən 
terapevt-həkim kimi fəaliyyət göstərir.   
  Dörd şeir kitabının və müxtəlif publisistik yazı-
ların müəllifidir. Dövri mətbuatda və müxtəlif toplu-
mlarda ara-sıra dərc olunur. 
  2005-ci ildən AYB nin üzvüdür 
     
 
 
 
 
 
 

166 
 
GÖZLƏ, GƏLƏCƏM 
         
Neçə ildi görüşünə gəlmirəm, 
Bir də gəlsəm hansı üzlə gələcəm? 
Gəl yaddan çıxarma görüş yerini, 
Birgə saldığımız izlə gələcəm. 
         
Xoşbəxtlik quşunu əldən buraxdım, 
Ümidlə gəzirəm gör neçə vaxtdı, 
Ürəyimdə sözlər qalaq-qalaqdı, 
Gələndə bir kitab sözlə gələcəm. 
   
Səadətin – biz yanından keçəsi, 
Şahid olduq, xoşbəxt oldu neçəsi
“İnqilab”la “Səməd Vurğun” küçəsi 
Birləşdiyi yerdə gözlə, gələcəm... 
   
HAYIF 
   
Firavan, sakitcə ömür sürürdük, 
Dünyanın nizamı dağıldı, hayıf. 
Nə bilim, bəlkə də yuxu görürdük, 
Elə bil hamısı nağıldı, hayıf... 
   
Harda qaldı görən o gözəl çağlar, 
Didərgin düşmüşəm, qalmışam ağlar, 
Sinəsi üstündə gəzdiyim dağlar 
Sinəmin üstündə dağ oldu, hayıf... 

167 
 
Sirri açmaq olmur, ağartmaq olmur, 
Ürəyi süfrəyə çıxartmaq olmur, 
Dərdi nə daşımaq, nə atmaq olmur, 
Arzular içimdə boğuldu, hayıf... 
   
 
UTANIRAM 
   
Ümidlə girdim axara, 
Yenə də qaldım axıra, 
Kənardan mənə baxıram, 
Özümdən utanıram. 
   
Düşünmədim, qana-qana 
Özümü salmışam qana, 
Yollar gəlib çatıb sona, 
İzimdən utanıram. 
   
Ocağım boynun qısıbdı, 
Ağzın yumublar, susubdu, 
Üstünü küllər basıbdı, 
Közümdən utanıram. 
   
Söz satıram – kimdi alan? 
Yarı doğru, yarı yalan... 
İçimdə boğulub qalan 
Sözümdən utanıram. 
   

168 
 
GECİKMİŞ MƏHƏBBƏT 
   
Ömrün payızında çıxdın qarşıma, 
Çətin bu sevdanın bəhrəsin görək. 
Yaramın qaysağın didib-qaşıma, 
Bu yaşda məhəbbət nəyimə gərək?! 
   
Nə qədər rəngləsək saçı, birçəyi, 
Soyuq gözlərimiz şavaq götürməz, 
Gecikmiş məhəbbət – payız çiçəyi, 
Ətirsiz gülləri meyvə gətirməz. 
   
Sən ümüd bəsləmə gecikmiş gülə
Bağımın çiçəyin don vuracaqdı, 
Ya dəli eyləyib salacaq çölə, 
Ya da ki başıma qan vuracaqdı. 
   
Nə qədər görməyib dünyanın qarın, 
Tələf edək eşqin tumurcuqların... 
   
   
 
 

169 
 
AĞLAYIRAM MƏN 
   
Körükdə bişmişəm, isti dəmirəm, 
Dağların özün də dağlayıram mən. 
Dostlarım, mən sizə şeir demirəm, 
Mərsiyə deyirəm, ağlayıram mən. 
   
Sınaqdan keçirdim mən illər boyu, 
Yanğını söndürməz hər gölün suyu, 
Şirin su verməz hər qazılan quyu, 
Sısqa bulaq kimi çağlayıram mən. 
   
Dedimmi tay tutub qatma xıltına, 
Birin dəyişmərəm neçə altuna, 
Götürüb gedəcəm yerin altına- 
Dərdimi içimdə saxlayıram mən. 
   
GÖZƏLLƏR 
   
Nəşə kimi könülləri məst edən, 
Su kimi qəlblərə axan gözəllər. 
Şikarını tora salıb, astadan 
Ürəyini şişə taxan gözəllər. 
   
Söz-söhbəti şirin-şəkər bal dadır, 
Görünməyən əsil üzü daldadı, 
“Nərbalanı bir dartuman aldadır”, 
İgidlərin evin yıxan gözəllər. 

170 
 
  Dərmanı tapılmaz qada verdiniz, 
Bəs dedim ruhuma qida verdiniz, 
Məmmədyarı nahaq bada verdiniz, 
Ömrümün sonuna çıxan gözəllər. 
   
 
ANADI 
   
Bizi xəlq eyləyən, bizi yaradan 
Göylərdə Tanrıdı, Yerdə anadı. 
Külli-kainatda müqəddəs varlıq 
Allahdı, atadı, bir də anadı. 
   
Canını südüylə veribdi bizə, 
Yeganə dərmandı hər bir mərəzə, 
Elə bir çiçəkdi – həmişə təzə, 
Güllər arasında tər də anadı. 
   
Ana – çox ucadı, dağlar boydadı, 
Onun hər kəlməsi şəkər, bal dadır, 
Ana-bayatıdı, ana-layladı, 
Dastan da, nağıl da, şeir də anadı. 
   
Səcdə eylə belə müqəddəs ada, 
Ananı dəyişmə özgəyə, yada, 
Ondan qiymətlisi varmı dünyada?! 
Qızıl da, almaz da, zər də anadı. 
   

171 
 
Anaya borcludu anadan olan! 
İstəsən səni də sevsin öz balan, 
Məmmədyar, ananın başına dolan, 
Müqəddəs ocaq da, pir də anadı. 
   
 
SEVGİLİM MƏNİM 
   
Bir ömür yol gəldim mən sənə kimi, 
Divanə yox məntək divanə kimi, 
Çırpıldım oduna pərvanə kimi, 
Çırağım, ağ şamım, nur selim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Dünya bir çəməndir, var, gəz nə qədər... 
Bənövşə nə qədər, nərgiz nə qədər, 
Qoxlamaq istəsən dər, üz nə qədər, 
Solmaz çiçəyimsən, ağ gülüm mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Xumar gözlərində sirr-duvalanıb, 
Göylər sərxoş olub, yer havalanıb, 
Könül tellərində yar, yuvalanıb – 
Sevgi məmləkətim, eşq elim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
 
 

172 
 
Məni sehrlədin saldın ovsuna, 
Bu can şikar sənə, bu can ov sənə, 
Sənsiz dünya yalan, dünya əfsanə, 
Sənsən sonum mənim, əzəlim mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
Səndən yana mənnən gözəllər küsün, 
Sənlə nəfəs alır Məmmədyar miskin, 
Əllərin darağım, gözlərin güzgüm, 
Birdənəm, dürdanəm, yazgülüm mənim, 
Sevdalım, nazənin sevgilim mənim. 
   
ƏLVİDA 
   
Mən səni seçmişdim güllər içində, 
Şəkər sözlü tuti dillər içində, 
Məni xar eylədin ellər içində, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Kimiydi telindən qız, öpüb getdi, 
Çəkildi hüsnündən yaz, ötüb getdi, 
Bulaq gözlərimi buz örtüb getdi, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məni o qılıqlı əllər ovutmaz, 
Məsum gözlər ağlar, sellər ovutmaz, 
Ruhumun qibləsi tellər ovutmaz, 
Əlvida, əlvida, gözəl, əlvida! 

173 
 
  Sevgimizdən acı xatirə qaldı, 
Qalan xatirə də xətirə qaldı, 
Süzüldü misraya, sətirə, qaldı... 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Yığışdır yollardan, çək gözlərini
Hönkür, bulud-bulud tök gözlərini, 
Qara yaylıqlarla bük gözlərini, 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Məhəbbət deyən şey zəhrimar dadır, 
Ümidli bir cığır, çəhlim hardadı? 
Könlü zorlamağa təhrim hardadı? 
Əlvida, əlvida, gözəl, əlvida! 
   
Tanrıya yalvardım mən dönə-dönə, 
Ürəyim gəlmədi imana, dinə, 
Könlüm sənə sarı inanma dönə, 
ƏLVİDA, ƏLVİDA, GÖZƏL, ƏLVİDA! 
   
   
 
 

174 
 
ÖMRÜMÜN FƏSİLLƏRİ 
   
Bir günahım yoxdu, pakam- 
Dağların qarı kimiyəm, 
Gül-çiçəkdən alıram kam, 
Bal yığan arı kimiyəm. 
   
Gözümdə yox dünya dərdi, 
Ürəyimi açıb sərdim, 
Kim becərdi, kimlər dərdi... 
“Ehsan bağ” barı kimiyəm. 
   
Yola saldım yayı, yazı, 
Gəldi ömrümün payızı, 
Bir az göy, bir az qırmızı, 
Bir az da sarı kimiyəm. 
   
Əqli-huşu başdan çıxan, 
Duz-çörəyi daşdan çıxan, 
Arzularla qışdan çıxan 
Ümidsiz qarı kimiyəm. 
   
Bitirməmiş dastanımı, 
Əzrayıl kəsib yanımı, 
Qoy sıxıb içsin qanımı, 
Gülövşə narı kimiyəm. 
   
   

175 
 
   
ŞAHİN MUSAOĞLU
 
(1963) 
 
Şahin  Musa  oğlu  Əbilov 
1963-cü  il  iyulun  11-də  Masallı 
rayonunun  Qızılağac  kəndində 
anadan  olub.  Orta  təhsilini  bu 
doğma kənddə alıb. Sonra N.Nə-
rimanov  adına  Azərbaycan  Döv-
lət  Tibb  İnstitutunun  müalicə-
profilaktika  fakültəsini  bitirib 
(1980-1986).   
  Azərbaycan-Ermənistan savaşının qızğın vaxtla-
rında  Şahin  Musaoğlu  özünün  ilk  türküsünü  (“İgid 
Əsgər, Möhkəm Dayan!“) bəstələyir. “Qərib Karvan”, 
“Birinci  Batalyon”,  “Cənab  Leytenant”,  “Bay 
yurdum”, “Bismillah”, “Yalquzaq”, “Salam Dar ağa-
cı” və s. mahnıların da bəstəkarıdır. 
    Bəstələdiyi  30-dan  çox  mahnının  sözlərinin 
çoxu  ona  məxsusdur.  Şeirləri  müxtəlif  toplularda, 
mətbuat  orqanlarında,  populyar  qəzet  və  internet 
saytlarında  işıq  üzü  görüb.  “Qızıl  Qələm”  mükafatı 
laureatıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik 
Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin 
üzvüdür. 
  Ailəlidir, iki oğlu var. 
  1998-ci ildən AYB-nin üzvüdür. 

176 
 
  VƏTƏN 
   
Vətən – ünvanı zamanlar 
və mövsümlər 
üzərində dayanan 
qosqocaman yurd yeri. 
–babamın ayaq səsləri 
–nənəmin nağıl dünyası 
–atamın həniri, nəfəsi 
–anamın laylası... 
Qoxusu neft dadır 
–havasının yağışı, 
yağmuru, günəşi, qarı 
bir də sərt 
rüzgarı vardır. 
Rəsmini çək desələr, 
ay-ulduzlu bayrağımı 
çəkərəm. 
Tərifini sorsalar 
–deyərəm: “dünyaya gəldiyim, 
dərdindən öldüyüm bir yer”. 
   
*** 
Boyasız, qələmsiz, bəzəksiz... 
Boyasız çəkilir dənizə 
–günəşin şəfəqi 
–boyasız. 
üzlərə – təbəssüm, 

177 
 
çöhrələrə-nur, 
aynalara surəti gözəlliyin 
–boyasız çəkilir. 
Qələmsiz yazılır alına 
–yazılan yazılar, 
–qələmsiz 
yaddaşa-xatirələr, 
ürəyə-sevgi, 
–gözlərə-sirli gizlinlərin, 
–qələmsiz yazılır. 
Bəzəksiz-düzəksiz yazılır həyat 
kiminə qos-qoca bir roman, 
kiminə suya yazılan seir kimi 
–yazılır həyat 
bəzəksiz-düzəksiz yazılır həyat.. 
   
   
NƏ VAR, NƏ YOX?! 
   
“biri vardı, biri də... itmişdi”. 3 yaşlı Ziyanın 
dediklərindən. 
   
Həyatın rəngi sarıdı, 
Ömür – ölümə sarıdır... 
Hər “yox”un, “yoxdan” varıdı 
–nə var, nə yox?! 
   
 

178 
 
Əlim əlinə çatacaq, 
Adım dilinə yatacaq... 
Yuxum gözünü tapacaq; 
–nə ac, nə tox?! 
   
Yol gedib yolu gətirər, 
Boz bulud – dolu gətirər. 
Verən əl dolu gətirər; 
–nə az, nə çox?! 
   
   
HƏYAT BAZARLIĞI 
   
Saçlarımı vaxt darağı 
Daradı-bivaxt daradı. 
Axır ki, çıxdım qaradan 
Saqqalın ağaran vaxtı. 
   
Görən neçə gecəm qalıb 
Ömrümün bu üzündə?! 
Neçə səhər açasıyam 
Dirigözlü gözümlə. 
   
Zaman yenə oyun qurub, 
Öz-əlinə oynayır. 
Əvvəl yorur, əldən salır, 
Sonra əlindən salır. 
   

179 
 
Ömrün içindəki ölüm– 
Hər addımbaşı bir tələ. 
İndi nə gecik, nə tələs, 
Ömür sür “ölə-ölə”.... 
   
   
PRELÜD 
   
Başlanğıc.. Yayın sonu... 
ağaclar soyunub donunu... 
hər yan sarı üzüntü... 
Qəfil telefon zəngi... 
dəstəyin o başında 
tanış bir səs: 
“Gəl...” – deyir, 
“gəl, unutduğun gəncliyi apar... 
gəl öyrən sevməyi
baxmadan görməyi, 
qaranlıqda günəşi 
–necə gözləməyi öyrən, 
Sevməyi öyrən” – deyir... 
SON.. Xəbərin varmı? – 
sarı çiçəklərin sarısından 
ayırmaq olarmı 
–ac arını? 
   
   
Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə