5.3. Müəllim daha yüksək səviyyəli təfəkkür vərdişlərinin və problem həll
etm
ə bacarıqlarının inkişafına yardım edən metodlardan istifadə edir.
Uşaqlara problemli məsələlər, təfəkkürün inkişafına yönəlmiş tapmaca, pazl
v
ə oyunlar, eləcə də bir neçə cavabı olan tapşırıqlar təklif edin. Uşaqlara yönəldici
suallar verm
ək, fərziyyələr irəli sürmək, öz düşüncələrini əsaslandırmaq, nəyi necə
öyrəndiklərini izah etmək imkanı verməklə onlarla birlikdə düşünün. Uşaqları yeni
bilikl
əri digər situasiyalarda tətbiq etməyə həvəsləndirin.
5.4. Müəllim qeyri-formal təlimi dəyərləndirir və onun üçün imkanlar yaradır.
Uşaqlar tənəffüs edərkən, oyun meydançasında vaxt keçirdikləri zaman bu
vaxtı sadəcə olaraq “təlimdən azad” vaxt kimi nəzərdən keçirməyin, uşaqların təlim
və inkişafına, o cümlədən sosial və emosional inkişaflarına yardım edəcək oyunlar
təklif edin.
Valideynlərin gündəlik həyatda riyaziyyat və savadla bağlı biliklərdən necə
istifadə etdiyi ilə maraqlanın, onlara lazımi tövsiyələr verin.
Uşaqlara ailə üzvlərindən müsahibə götürmək, sorğular keçirmək və ya ailə
hadisələrini (məsələn, bayram və ənənələr) təsvir etmək kimi tədqiqat layihələri
tapşırın.
5.5. Müəllim uşaqlara təlimin məqsədlərini izah edir və uşaqları təlim prosesi
v
ə onun nəticələri barədə düşünməyə təhrik edir.
Özünütəhlil (məsələn, “Bu mövzu haqqında mən artıq nə bilirəm?”, “Əvvəllər
mən buna oxşar məsələləri/problemləri necə həll edirdim?”), tapşırığı yerinə
yetirərkən ucadan düşünmə, düşüncə və biliklərin “anlayışlar kartı”, blok-sxem,
semantik
tor və s. vasitəsilə qrafik təsvirini vermək kimi metakoqnitiv bacarıqlar
öyrədin. Uşaqlarla birgə düşünün. Nəticədən daha çox uşaqların hər hansı bir
102
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
nəticəni əldə etmələrinə yardım edən prosesləri dəyərləndirin, başqa sözlə,
cavabdan daha çox düşünmə prosesini qiymətləndirin.
5.6. Müəllim uşaqların emosional və sosial inkişafına yardım edə biləcək
t
əlim metodlarından istifadə edir.
Adlarının necə yaranması, onlar doğularkən baş verən hadisələr, ailədə
danışılan dillər və s. kimi uşaqların identifikasiyasına diqqəti cəlb edən məşğələlər
keçirin. Uşaqları anlayişları necə dərk etdiklərini nümayiş etdirməyə həvəsləndirin.
5.7. Müəllim uşaqlarda müstəqillik və təşəbbüskarlıq inkişaf etdirən
metodlardan istifad
ə edir.
Uşaqları qaydaların, prosedurların işlənib hazırlanmasına cəlb edin. Uşaqları
probleml
əri müstəqil və ya qrupda, bəzən müəllimin köməyi olmadan həll etməyə
h
əvəsləndirin.
5.8. Müəllim uşaqların özünütənzimləmələrinə yardım edən metodlardan
istifad
ə edir.
Uşaqların onlarla bağlı gözləntiləri dərk etmələrinə yardım edin. Uşaqlara
onların nə hiss etdiklərinin vacib olduğunu göstərin və onların öz hisslərini lazım
olduğu şəkildə ifadə etmələrinə yardım edin.Problemli məsələlərlə bağlı öz həll
variantlarını tapa bilmələri üçün uşaqlara kifayət qədər vaxt verin və məsləhətlərlə
müdaxilə etməyə tələsməyin, amma uşaqların səbrləri tükənir və əsəbiləşirlərsə,
onlara kömək edin. Uşaqlara növbə gözləməyi öyrənməkdə yardımçı olun.
5.9.
Müəllim uşaqlarda münaqişələri həll edə bilmə bacarıqlarının inkişaf
etdirir.
Münaqişələrin həll edilməsi alqoritmindən istifadə edin:
- münaqişə tərəflərinin nə hiss etdiklərini öyrənin;
- baş verən hadisə və münaqişəyə cəlb olunmuş bütün uşaqların nöqteyi-
nəzərləri haqda informasiya toplayın;
- onlar üçün problemi yenidən ifadə edin;
- uşaqlardan münaqişənin həlli ilə bağlı ideyalarını söyləmələrini xahiş edin;
- münaqişə tərəflərini qane edən həll yolunu dəstəkləyin və yerinə yetirilməsinə
nəzarət edin.
Uşaqlara münaqişələri necə həll etməyi öyrətmək üçün rollu oyun və
hekayələrdən istifadə edin. Uşaqlara “Mən hiss edirəm ki...” mülahizələrindən
istifadə etməyi, münaqişələri həll etməkdə digərlərinə yardm etməyi öyrədin (başqa
sözlə, uşağa öz hiss və ehtiyacları haqda danışmağı, sonra isə digər tərəfin fikrini
dinləməyi təklif edin).
5.10. Müəllim yeni bilik və bacarıqların öyrənilməsini uşaqların artıq malik
olduqları bilik və həyat təcrübəsi ilə əlaqələndirir.
Tədris məşğələlərini aşağıdakı formatda planlaşdırın:
1) uşaqlarda mövzu ilə bağlı olan biliklərə əsaslanmaq və ya onlarda mövzuya
maraq yaratmaqla mövzunu təqdim etmək (dərsin aktuallaşdırma və ya motivasiya
mərhələsi);
103
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
2 ) yeni bilik və ya bacarıqları daxil etmək (dərsin dərketmə mərhələsi);
3) uşaqlara öyrəndiklərini başqa şəkildə istifadə etməyi və ya öyrəndikləri haqda
düşünməyi təklif etmək (dərsin tətbiqetmə mərhələsi).
Uşaqların nə ilə maraqlandıqlarını və müxtəlif mövzular haqda nə bildiklərini
müəyyənləşdirmək üçün onların oyunlarını müşahidə edin. Uşaqların nə
danışdıqlarına, əşyaları, hadisələri və qarşılıqlı münasibətləri necə təsvir etdiklərinə
qulaq asın. Diqqəti uşaqların müxtəlif əşyaların adlarını bilmələri üzərində
c
əmləməyin, hər hansı bir mövzu ilə bağlı uşaqların artıq bildikləri haqda onlarla
t
əbii dialoqa girin. Uşaqların bildikləri və bacardıqları haqda valideynlərlə söhbət
edin v
ə uşaqların yeni bilik və bacarıqlar əldə etmələrinə yardım etmək üçün
onlarla
partnyor münasibətlər qurun.
Açıq suallar verin, uşaqları ideyaları yaymağa və ya izah etməyə
h
əvəsləndirin. Alternativ nöqteyi-nəzər təklif etmək, fərziyyələr qurmaq və ya uşaqlar
üçün düşünməni modelləşdirməklə onları birgə fikirləşməyə cəlb edin. Uşaqlara hər
hansı tapşırığı səbrlə axıradək yerinə yetirməyi, çətinliklər qarşısında təslim olmamağı,
müxtəlif üsullarla yerinə yetirməyə cəhd göstərməyi öyrədin.
5.11. Müəllim uşaqların təlim təcrübəsini inteqrasiya edir.
Savad təlimi, ilkin riyazi biliklər, oxu, ətraf aləmlə tanışılıq, musiqi, təsviri sənət
və s. məşğələlərdə tematik bloklar daxil etməklə inteqrasiya yaradın. Gündəlik
situasiya və uşaqların həyat təcrübələri ilə bağlı olan tematik blok və ya mövzu
üzrə layihələr planlaşdırın. Məsələn, sinifdə bir neçə uşağın kiçik bacı və qardaşları
anadan olubdursa, müəllim körpələrin öyrənilməsi üzrə tematik blok daxil edə bilər.
Tematik blokların öyrənilməsi zamanı ayrı-ayrı uşaqların fərqli maraqlarının ola
biləcəyini nəzərə alaraq, ümumi tədris bloku çərçivəsində fərdi və ya kiçik qruplarda
layihə\məşğələlər keçirmək olar.
Uşaqlardan xahiş edin ki, məktəbdə öyrəndiklərindən nəyi isə evdə
göstərsinlər, sonra sinfə bunun necə alındığı ilə bağlı məlumat versinlər; bu və ya
digər biliklərin evdə necə istifadə olunduğunu aydınlaşdırmağı uşaqlara təklif edin.
Uşaqlardan xahiş etmək olar ki, məktəb layihəsi üçün ailə üzvləri ilə müsahibə
aparsınlar.
5.12. Müəllim uşaqlarla birlikdə sinif qaydalarını hazırlayır.
Sinif qaydaları uşaqların iştirakı ilə ilk günlərdə hazırlanır. Qaydaların sayı 3-5
olmaqla, feilin t
əsdiq formasında və indiki zamanda ifadə olunur. Uşaqların yazıb-oxumaq
bacarığı olmadığından yazılmış hər qaydanın qarşısında onu əks etdirən sxematik şəkil
çəkilir. Qaydanı pozan uşağa qaydanın sıra nömrəsi deyilir, şəkil göstərilir. Adətən,
uşaqların qaydalara alışması 20-21 gün şəkir. Bu müddətdə müəllim səbrli və təmkinli
olmalı, pozitiv davran
104
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
6. T
əlim mühiti
6.1. Müəllim hər bir uşağın inkişafına yardım edən təlim mühiti yaradır.
Müəllim elə bir mühit yaradır ki, hər bir uşaq özünü kollektivin üzvü sayır və
rahatlıq hiss edir. Sinifdə uşaqların və onların ailələrinin fotoşəkillərini yerləşdirin və
t
əlim məşğələlərində onlardan istifadə edin. Evdəki mühitin elementlərini imkan
daxilind
ə sinif mühitinə daxil etməyə çalışın.
Sinif mühitində hər bir uşağın maraqlarının əks olunmasının qayğısına
qalın, o cümlədən uşaqlara özləri və maraqları haqda danışmaları üçün imkan
yaradın. Qrupda şən əhval-ruhiyyə yaratmaq və uşaqlara bir-biriləri ilə müsbət
qarşılıqlı münasibətlər qurmaqda yardım etməklə onların əməkdaşlığına kömək edin.
M
əşğələnin məqsədini yarış deyil, əməkdaşlıq kimi müəyyən edin. Daha çox
komanda oyunlarına üstünlük verin. Uşaqların qarşılıqlı yardımı üçün imkanlar
yaradın.
Uşaqların siniflə emosional əlaqələr qurması üçün ənənələr yaradın, onlarda
müsbət hisslər oyadın və qrupa mənsubolma hisslərini inkişaf etdirin.
Nəzakətli olun, sakit və məlahətli səslə danışın. Uşaqlarla danışarkən “fəal
dinləmədən” istifadə edin. Nə etdikləri ilə bağlı uşaqlarla söhbət edin. Səmimilik,
həssaslıq göstərin. Uşaq özünü kifayət qədər inamlı hiss edənə qədər onun evdən
məktəbə keçidini yüngülləşdirən əşyalardan istifadə etməsinə icazə verin (məs.,
gəlinciyi və ya maşını ilə dərsdə oturmasına icazə verin). Hər gün hər bir uşaqla fərdi
olaraq müəyyən vaxt keçirməyə çalışın.
6.2. Müəllim uşaqların emosional intellektini inkişaf etdirir.
Uşaqlara emosiyalarını adlandırmağı öyrətmək məqsədilə xüsusi məşğələ təşkil edin
(məsələn, uşaqlarla birlikdə emosiyalar cədvəli düzəltmək, rollu oyunlar oynamaq və
s.). Onlara başa salın ki, bütün emosiyalar qəbul ediləndir. Lakin emosiyaları ifadə
etməyin sivil yolları vardır. Emosiyaları ifadə və idarə etməkdə uşaqlara yardım edin.
Uşaqlara müxtəlif hisslər keçirdikləri zaman onlarla necə rəftar edilməsini istədikləri
ilə bağlı siyahı tərtib etməyi təklif edin. Uşaqların hiss və təcrübələrində ümumi
elementləri eyniləşdirmək və onları dialoqa həvəsləndirməklə onlarda empatiya və
qarşılıqlı hörmət hissini dəstəkləyin.
6.3. Müəllim təlim mühitinin fiziki cəhətdən təhlükəsiz olmasının qayğısına
qalır.
Sinif otağıuşaqların inkişaf səviyyəsinə uyğun gələn, keyfiyyətli və fiziki
c
əhətdən təhlükəsiz material, avadanlıq və mebellə təmin edilməlidir. Sinif otağınin
v
ə uşaqların istifadə etdikləri materialların təmizliyini, təhlükəsizliyini və vaxtında təmirini
t
əmin etmək vacibdir. Uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək üçün lazımi
şəraitə diqqət yetirin. Gündəlik fəaliyyəti elə təşkil edin ki, uşaqlar müstəqil şəkildə
materialları görürə və sonra yerinə qoya bilsinlər.
6.4. Müəllim uşaqları mühitin planlaşdırılmasında, təşkilində və
qorunmasında iştirak etməyə həvəsləndirir.
Sinifdəki mühitini saxlamaq üçün uşaqlarla birlikdə dəqiq qaydalar işləyib
hazırlayın. Uşaqları sinifdə müxtəlif vəzifələrin yerinə yetirilməsi üzrə məsuliyyəti öz
üzərlərinə götürməyə həvəsləndirin. Uşaqların sinif mühitini dəyişmələrinə imkan
verin.
105
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
6.5. Müəllim ayrı-ayrı uşaqların ehtiyaclarına cavab vermək üçün mühiti
d
əyişir.
Müxtəlif təlim üslublarını nəzərə almaqla materiallar təqdim edin, Uşaq
məktəbə gəlməmişdən əvvəl valideynlərdən onun fərdi ehtiyaclarını soruşun. Əgər
mütəxəssis və ya həmkarlarınızda oxşar təcrübə varsa, tədris mühitinin
uyğunlaşdırılması ilə bağlı onlarla məsləhətləşin. Görmə, toxunma, dinləmə və
iybilmə vasitəsilə uşaqların öyrənə biləcəkləri material və resurslardan istifadə edin.
6.6. Müəllim rəğbətləndirmə və cəzalandırmadan inkişaf yönümlü istifadə
edir.
Uşaqların pozitiv davranışlarını elə tərifləyn ki, bu ümumi boş bir tərif deyil,
hər hansı bir konkret işə görə olsun. (Məs., “Afərin! Arifin qələmini tapmaqda ona
yardım etdin.”) Problemli davranışı olan uşağa onun sevimli olduğunu, ancaq
davranışının yol verilməz olduğunu nümayiş etdirin.
Sinifd
ə münaqişələrin həll edilməsi üçün dəqiq prosedurların və gözlənilən
davranışın işlənib hazırlanmasına uşaqları cəlb edin. Bölüşmə və növbə ilə işi
görmək üçün anlaşıqlı sistemin yaradılmasına uşaqları cəlb edin.
7. Peşəkar inkişaf
7.1. Müəllim yüksək peşəkar səviyyəyə nail olmaq və bu səviyyəni müasir
t
ələblərə uyğun saxlamaq üçün öz bacarıqlarının təkmilləşdirir.
Seminarlarda(o cümlədən təhsillə bağlı olmayan) iştirak edin.Fəaliyyətiniz ilə bağlı
müxtəlif peşəkar qruplara qoşulun. Təhsil məsələlərinə həsr olunmuş ictimai
müzakirələrdə iştirak edin. İxtisasınız ilə bağlı jurnal və kitablar oxuyun. Müəllim
portfoliosu yaradın və iş təcrübəniz haqda danışarkən ondan istifadə edin. Mentorlarla
işləyin, həmkarlarınızın qarşılıqlı peşəkar yardımını təşkil edin. Təhlil xarakterli qeydlər
edin.
Fəaliyyətinizlə bağlı videoyazılar hazırlayın və həmkarlarınızla birlikdə onları təhlil
edin. Digər mütəxəssislər üçün “sinfinizin qapısını açın”.
7.2. Müəllim bilik və bacarıqlarından istifadə etməklə müstəqil qərar qəbul
etm
əyə qabil insan kimi fəaliyyət göstərir.
Seminarlarda və ya ədəbiyyatda tanış olduğunuz məsələləri öz sinfinizə
uyğunlaşdırın. Tədris ilinin əvvəlində uşaqlara, valideynlərə, həmkarlarınıza öz pedaqoji
konsepsiyanız barədə məlumat verin, sonra dərs ili müddətində işinizi bu konsepsiya ilə
əlaqələndirin. Uşaqlara və valideynlərə nə üçün bu və ya digər təlim strategiyasından,
fəaliyyət növündən istifadə etdiyinizi izah edin. Yeni metodlardan istifadə edərkən
uşaqlardan və valideynlərdən xahiş edin ki, əks-əlaqə versinlər. Müstəqil şəkildə və ya
digər həmkarlarınızla əməkdaşlıqda təqdiqat layihələri üzərində işləyin.
Uşaq inkişaf nəzəriyyələri
Bu gün uşaq inkişafı haqqında ətraflı və hərtərəfli təsəvvür verən nəzəriyyə
mövcud deyil. Uşaq inkişafı haqqında az-çox təsəvvürə malik olmaq üçün bir neçə
müxtəlif nəzəriyyə ilə tanış olmaq lazımdır. Nəzəriyyə təklif və tədqiq edilən və
ümumilikdə şərh kimi qəbul edilən prinsip və ya ideyadır. İnkişaf nəzəriyyələri uşaqların
106
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
nec
ə öyrənməsi və inkişafına dair dərin məlumat verir. Nəzəriyyələr inkişaf prosesini
anlamaq v
ə istiqamətləndirməyə kömək edir. Biz nəzəriyyədən qərar qəbul etmək üçün
vasit
ə kimi istifadə edirik. Uşaqların necə öyrənməsinə dair dörd əsas nəzəriyyə aşağıda
qısa şəkildə təsvir edilir. Bu nəzəriyyələr psixoloqlar Erik Erikson, Jan Piaje, Lev Vıqotski
v
ə Hovard Qardner tərəfindən yaradılmışdır. Həmin nəzəriyyələr uşaqları müşahidə və
onlarla işləmə təcrübəsinə əsaslanır.
Psixoanalitik n
əzəriyyə
Bu n
əzəriyyənin predmeti insan hissləri və şəxsiyyətlərarası münasibətlərdir. Bu
n
əzəriyyənin iki təmsilçisi – Ziqmund Freyd və Erik Eriksonun yanaşması daha
populyardır. Z. Freyd insan şəxsiyyətinin inkişafını bioloji faktorların təsiri və erkən uşaqlıq
dövründə ailə ünsiyyəti təcrübəsi ilə izah edirdi.
E. Erikson uşaq şəxsiyyətinin inkişafında 4 mərhələ ayırırdı. Hər mərhələdə insan
spesifik böhran hiss edir ki, bunun da məğzini şüurun əks vəziyyətləri ilə münaqişə təşkil
edir:
ətraf mühitə inam ‒ inamsızlığa qarşı (0 – 1 yaş);
müstəqillik hissi ‒ utancaqlıq və tərəddüdə qarşı (1 – 3 yaş);
t
əşəbbüskarlıq ‒ günahkarlıq hissinə qarşı (4 – 5 yaş);
əməksevərlik ‒ bacarıqsızlığa qarşı (6 – 11 yaş).
Piajenin koqnitiv inkişaf nəzəriyyəsi
Jan Piajenin n
əzəriyyəsi pedaqoqların fikrini uşaqların nəyi bildikləri üzərində deyil,
öyrənməyə gəlmə yolları üzərində cəmləşdirməyə səsləmişdir. Onun koqnitiv (əqli)
inkişaf nəzəriyyəsi əvvəlcədən müəyyən edilə bilən koqnitiv (əqli) mərhələlərə əsaslanır:
Şemata (sxemlər) - əqli göstərici və ya konseptlərdir. Uşaqlar yeni məlumat əldə
etdikc
ə onlar şematanı (sxemləri) müntəzəm olaraq yaradır, dəyişir, təşkil edir və yenidən
qururlar.
Adaptasiyaterminind
ən Piaje uşaqların mühitdən qavradıqlarını əqli formada təşkil
etm
əsini ifadə etmək üçün istifadə etmişdir. Yeni məlumat və ya yeni təcrübə baş verdikdə
uşaqlar bu məlumatı öz əqli modelinə daxil etmək üçün adaptasiya olmalıdırlar. Bu yeni
m
əlumat uşaqların artıq bildikləri ilə uyğun gəlməyəndə disbalans yaranır. Yenidən
balans şəklinə qayıtmaq üçün assimilyasiya və ya uyğunlaşma vasitəsilə adaptasiya baş
verir.
Assimilyasiya
‒ yeni məlumatı alaraq uşağın artıq bildiyi məlumata əlavə edilməsi
prosesidir.
Uyğunlaşma ‒ artıq məlum olanın yeni məlumata uyğunlaşdırma prosesidir.
Piajenin n
əzəriyyəsində inkişaf mərhələləri:
-Sensomotor m
ərhələsi (0 – 2 yaş)
-
Hazırlıq mərhələsi (2 – 7 yaş)
-Konservasiya m
ərhələsi yaxud konkret təfəkkür mərhələsi (7 – 11 yaş)
-Formal f
əaliyyət mərhələsi və ya formal-məntiqi, abstrakt təfəkkür mərhələsi (11
yaşdan yuxarı)
107
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Vıqotskinin sosial-mədəni nəzəriyyəsi:
Şəxsi nitq və ya özü ilə söhbət
Proksimal (yaxın) inkişaf zonası
“Scaffolding” (Dayaq)
Sovet psixoloqu Lev Vıqotski təlimdə və inkişafda sosial-mədəni amilin təsirini
əsaslandırırdı.Vıqotskinin nəzəriyyəsi Piajenin nəzəriyyəsinə çox oxşayır. Əgər Piaje öz
n
əzəriyyəsində dərketmə inkişafını qarşılıqlı əməkdaşlıqda görürdüsə, Vıqotski təlimin
sosial kontekstl
ərinə çox diqqət verirdi. Piajenin nəzəriyyəsində müəllimin rolu
m
əhduddur, amma Vıqotskinin nəzəriyyəsində müəllim təlim prosesində fəal rol oynayır.
Yeri g
ələndə suallarla kömək edib yardımçı olur.
Psixoloq aliml
ər uzun sürən diskussiyadan sonra Piajenin nəzəriyyəsini “koqnitiv
konstruktivizm”, Vıqotskinin nəzəriyyəsini isə “sosial konstruktivizm” kimi iki növə
ayırmışlar.
Yaxın inkişaf zonası
Bu ideya ondan ibar
ətdir ki, öyrənilməsi mümkün olan bütün biliklər üç hissəyə
bölünür:
Birinci hiss
ə ‒ uşaq artıq nə isə bilir. Hətta təlimdə çox böyük çətinlikləri olan uşaq
da n
ə isə bilir. Onun bilik səviyyəsi digər uşaqların bilik səviyyəsindən əhəmiyyətli
d
ərəcədə aşağı ola bilər, lakin o nə isə bilir. Hərənin öz sürəti vardır. Başqa uşaqların tez
v
ə asanlıqla yerinə yetirməyə başladığı işə hansısa uşaq gec başlaya bilər. Belə uşaqları
sıxışdırmaq lazım deyil.
Üçüncü hissə ‒ bu, bizə heç məlum olmayan hissədir. Biz hamımız nə isə öyrənə
bil
ərik. “Təlim həyatdan uzundur” kəlamı biliklərin bu hissəsini əks etdirir.
Birinci v
ə üçüncü hissənin arasında ikinci və ən vacibi dayanır. Bu yaxın inkişaf
zonasıdır ki, burada da təlim baş verir. Uşaq üçün bu zona daimi möcüzələr və ya daimi
uğursuzluqlar zonası ola bilər. Bu zona necə olacaqdır ‒ bunu müəllim həll etməlidir. Sizin
iş tempiniz hər bir uşağa uyğun olmalıdır. Əgər siz həddən artıq yavaş getsəniz, təlim irəli
getm
əyəcəkdir. Əgər siz həddən artıq sürətlə getsəniz, sizin uşaq yorulacaq və çox
yüklənəcək.
Yaxın inkişaf zonasında istənilən fəaliyyət “bələdçi” rolunu oynayır. Sizin
“bələdçiləriniz” ‒ maddi obyektlər, dil və davranışdır. Yaxın inkişaf zonasında sərf edilən
vaxt, uşağın yeni məlumatları mənimsəməsi vaxtından asılıdır. Belə ki, bu, heç də sürət
m
əsələsi deyil, qavramanın dərinliyi məsələləsidir. Məlumat qəbul olunmuş səviyyədə
m
ənimsənildikdən sonra uşaq yaxın inkişaf zonasını keçir və naməlum zonaya düşür,
üfüqdə yeni biliklər meydana çıxır. Yeni materialın mənimsənilməsi elə bir prosesdir ki,
burada uşaq yeni olanı öyrənmək üçün bildiklərindən istifadə edir və ona uyğun sürətdə
f
əaliyyət göstərir. Uşaq yeni bilikləri mənimsədikdən sonra o, bir addım irəli atmış olur və
yen
ə də naməlum olana yaxınlaşır. Hər yeni materialın mənimsənilməsi irəliyə atılan bir
addımdır və o, dəyərləndirilməlidir. Mak Koun və onun həmkarları 1996-cı ildə “Uşağın
yaxın inkişaf zonasını necə müəyyən etmək olar?” sualına bir neçə cavab təkilf etmişlər.
•
T
əlim zamanı uşaqları müşahidə edin. Bu müşahidəni valideynlə müzakirə edin.
•
Uşağa izah etməyə çalışın ki, o, nə üçün bu və digər suala belə cavab verir və ya
n
ə üçün özünü bu və ya digər şəkildə aparır. Yenə də valideynlərlə danışa bilərsiniz.
•
Uşağın qabiliyyətlərinin formativ qiymətləndirməsini aparın.
108
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
Dostları ilə paylaş: |