Əlavə`````````````````````````` Balıqdan hazırlanan xörəklərin iaşədə əhəmiyyəti



Yüklə 108,13 Kb.
səhifə46/48
tarix22.04.2023
ölçüsü108,13 Kb.
#101460
1   ...   40   41   42   43   44   45   46   47   48
İT-019iaşə-3 mühazirə təzə-1

1№-li pəhriz – mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşməsinin yavaşıdığı dovrdə və onun remissiya halında uzun muddət (3-5 ay) davam edən qidalanma rejimi kimi
qəbul edilir. Pəhriz mualicəsinin son mərhələsində kəskin qastrit zamanı sekretor funksiyası saxlanmış və guclənmiş xroniki qastritlərdə 3-5 ay davam edən qidalanma rejimi kimi, sekretor
funksiya catışmazlığı olan qastritin ağırlaşma dovrundə, həzm orqanlarının pozulması ilə, lakin ishalsız kecən ağır yoluxucu xəstəliklərdə, mədədə cərrahi əməliyyat aparıldıqdan sonra, mədənin sağalma dovrundə bu pəhriz təyin edilir.
Pəhrizin təyin edilməsində məqsəd mədənin reflektor oyanmasının qarşısını almaq, zədələnmiş orqanda baş verən interoreseptiv qıcıqlanmaları azaltmaq, mədəni qorumaqla zədələnmiş selikli
qişanın bərpa olunması prosesinə stimuledici yardım etməkdir.
Kulinariya emalı: xorək suda və ya buğda bişmiş və xırdalanmış (tordan kecirilmiş) halda hazırlanmalıdır
2№-li pəhriz – lazımi qədər turşuluğu və sekresiyası olmayan xroniki qastrit zamanı, sabit remissiya fazasında olan xroniki kolitlər və enterokolitlər zamanı təyin olunur.
Pəhrizin təyin edilməsində məqsəd mədənin və bağırsaqların motor, həm də sekretor funksiyasının normalaşmasına təsir gostərmək, mədə sekresiyasını yuksəltmək və tamdəyərli qida qəbuluna kecmək (mədəni qoruma rejimindən sonra) ucun aparılan məşqedici qidalanma kimi qəbul edilir.
Pəhrizin umumi xarakteristikası aşağıdakı kimidir: fizioloji cəhətdən tamdəyərli olan və muəyyən dərəcədə qaba sellulozadan, ədviyyatlı xorəklərdən, qəlyanaltılardan və adi suddən
istifadə etməyə imkan verilir.
Kulinariya emalı: xorək xırdalanmış şəkildə və pure halında
hazırlanmalıdır. Qızardılan zaman kobud qabığın əmələ gəlməməsinə
fikir vermək lazımdır.
Pəhrizin tərkibi və kaloriliyi aşağıdakı kimidir: zulallar 100q, yağlar 100 q, karbohidratlar 400 q, xorək duzu 12-15 q, kalorilik 3000.
5№-li pəhriz-Botkin xəstəliyinin sağalma dovrundə xroniki hepatit, sirroz, xolesistit, angioxolit və qaraciyərin, həm də od yollarının pozulması ilə muşayiət olunan xəstəliklərdə; lakin mədədə
və bağırsaqlarda iltihab prosesləri (qastrit və enteritlər, uzun muddət davam edən qəbizlik və ishalla muşayiət olunan kolitlər) olmadıqda, bu pəhriz təyin olunur.
Pəhrizin təyin edilməsində məqsəd qaraciyərin və od yollarının pozulmuş funksional qabiliyyətini normalaşdırmağa komək etmək, qaraciyərdə qlikogenin toplanmasına imkan yaratmaq, od ifrazının və bağırsaqların motor funksiyasının yaxşılaşmasına stimul yaratmaqdır.
Pəhrizin umumi xarakteristikası aşağıdakı kimidir: pəhriz kaloriliyinə gorə tamdəyərli olmalı, tərkibindəki yağların (xususən ərimə temperaturu yuksək olan yağların piylərin) miqdarı az,
zulalların miqdarı normal, karbohidratların miqdarı bir qədər cox olmalıdır.
Kulinariya emalı zamanı qida, başlıca olaraq, xırdalanmamış halda verilir və qızardılmır.

Yüklə 108,13 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin