Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n



Yüklə 1,49 Mb.
səhifə10/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

Sığortanın məqsədi yanğın nəticəsində sığorta olunanların və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.

Sığortanın obyektləri aşağıdakılardır:

1. sığorta müqaviləsilə nəzərdə tutulmuş ərazidə sığorta olunanın mülkiyyətində və ya istifadəsində olan binalar, o cümlədən insanların kütləvi halda toplanması üçün binalar, anbarlar, qurğular, ötürücü qurğular, maşın və avadanlıq, mebel, hazır məhsul, xammal və materiallar;

2. yanğın nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulmasına görə sığorta olunanın mülki məsuliyyəti.

Sığorta hadisəsi zamanı üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan və sığortaçı tərəfindən əvəzi ödənilən zərərə aşağıdakılar aiddir:

1. ölüm və ya bədən xəsarəti;

2. əmlakın zədələnməsi və ya məhv olması;

3. zərərin ödənilməsi barədə işlər üzrə məhkəmə xərcləri.

Aşağıdakı əşyalar sığorta obyekti sayılmır:

1. sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar;

2. modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər;

3. nəğd pul, səhm, istiqraz və digər qiymətli kağızlar, bütün növ qızıl, gümüş və digər nəcib metallar (avadanlığın tərkib hissəsi olan nəcib metallardan başqa), onlardan hazırlanmış zinət əşyaları, qiymətli daşlar.

Qəza vəziyyətində olan binaların və qurğuları, həmçinin onlarda yerləşən əmlakın sığortalanmasına yol verilmir.


Sığorta olunanlar- sahibkarlıq fəaliyyəti göstərən, mülkiyyətində və ya istifadəsində yuxarıda qeyd olunan obyektləri olan hüquqi və fiziki şəxslərdir.

Sığortaçılar- qanunvericiliyə uyğun olaraq yanğından icbari sığorta fəaliyyətini göstərmək hüququ olan və bu sığorta növü üzrə sığorta daxılının üzvü olan sığorta təşkilatlarıdır.

Üçüncü şəxslər-Sığorta müqaviləsinin tərəfi olmayan və yanğın hadisəsi nəticəsində əmlakına və sağlamlığına zərər vurulan hüquqi və fiziki şəxslər, habelə onların hüquqi varisləri üçüncü şəxs sayılırlar.

Sığorta ödənişinin verilməsi məqsədilə zərər vurulan hüquqi və ya fiziki şəxslər və onların işçiləri üçüncü şəxs sayılmırlar.


Sığorta hadisəsi -Yanğın, eləcə də ildırım düşməsi, yaxud partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü, buxar, yaxud istilik nəticəsində sığorta olunanın əmlakına, habelə üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulması sığorta hadisəsi sayılır.

Aşağıdakılar nəticəsində yanğının vurduğu zərər sığorta hadisəsi sayılmır:

1. müharibə, hər cür hərbi əməliyyatlar, mülki iğtişaş, terror, qiyam və bunların qarşısını almaq üçün görülən inzibati və hərbi tədbirlər;

2. nüvə partlayışı;

Aşağıdakıların nəticəsində vurulan zərər sığortaçı tərəfindən ödənilmir:

1. təmir, emal və ya digər istehsalat məqsədləri üçün istifadə olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, habelə əmlakın təbii xüsusiyyətlərindən asılı olaraq baş vermiş, qıcqırma, çürümə və digər kimyəvi reaksiyalar nəticəsində əmlakın xarab və ya məhv olması;

2. elektron aparatlarının və avadanlığının yanması nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, həmin aparat və avadanlığın sıradan çıxması;

3. yanma kamerasında yaranan partlayış zamanı daxili yanma mühərriklərinin sıradan çıxması;

4. sığorta hadisəsi zamanı və ya sığorta hadisəsindən sonra əmlakın oğurlanması.

Sığorta müqaviləsinin bağlanması və ləğvi-Yanğından icbari sığorta müqaviləsinə dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə, həmin məcəllədə nəzərdə tutulmayan hissədə isə Qanuna uyğun olaraq müəyyən edilir.

Sığorta müqaviləsi sığorta olunanın yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.

Sığorta olunanın əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir.

Daşınar əmlak yalnız sığortanın əhatə etdiyi ərazi hüdudlarında sığorta olunur.

Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.

Sığorta müqaviləsi onun bağlandığı gün saat 24.00-da qüvvəyə minir və müqavilədə nəzərdə tutulan müddətin sonuncu günü saat 24.00-da qüvvədən düşür.

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

1. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;

2. sığortaçı sığorta müqaviləsi üzrə özünün bütün öhdəliklərini tam həcmdə yerinə yetirdikdə;

3. sığorta olunan hüquqi şəxs və ya sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edildikdə, sığorta olunan fiziki şəxs vəfat etdikdə;

4. sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə;

5. Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda.



Əmlak sığortası üzrə sığorta məbləği- Qanuna uyğun olaraq sığorta olunanın əmlak sığortası üzrə sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman əmlakın mövcud olan bazar qiyməti (yaxud ekspert qiymətləndirilməsi) əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.Sığorta məbləği hər bir sığorta obyekti üzrə ayrılıqda və ya sığorta müqaviləsində göstərilən obyektin qruplarə üzrə müəyyən edilə bilər.

Əgər sığorta məbləği əmlakın bazar qiyməti əsasında müəyyən edilmiş dəyərdən (sığorta dəyərindən) artıq olarsa, sığorta dəyərindən artıq olan həmin hissə müqavilə bağlandığı andan etibarsız hesab olunur.



Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği-Sığorta olunanın yanğın nəticəsində üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə maksimum sığorta məbləği aşağıdakı kimi müəyyən edilir:

1. əmlaka vurulan zərərə görə - əmlak sığortası məbləğinin 20 faizi miqdarında;

2. sağlamlığa vurulan zərərə görə - ümumilikdə 200 min manatdan artıq olmamaq şərti ilə bir nəfər üçün 2 min manat.

Bütün hallarda sağlamlığa vurulan zərərə görə üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası üzrə maksimum sığorta məbləği əmlak sığortası üzrə sığorta məbləğindən artıq ola bilməz.

Sığorta olunan öz mülki məsuliyyətini bu Qanunla müəyyənləşdirilmiş sığorta məbləğindən artıq məbləğə könüllü olaraq sığortalamaq hüququna malikdir. Bu halda sığorta məbləği və sığorta haqqının miqdarı sığortaçı ilə sığorta olunan arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir.

Sığorta haqqı- üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası da daxil olmaqla, sığorta edilən əmlakın dəyərindən aşağıdakı faiz tarifləri ilə hesablanır:

1. əmlakın dəyəri 1 milyard manatadək olduqda – 0,3 faiz;

2. əmlakın dəyəri 2 milon manatdan 1 milon manatadək olduqda – 0,25 faiz;

3. əmlakın dəyəri 1 milon manatdan çox olduqda – 0,2 faiz.

Sığorta haqqı birdəfəlik ödənilir və ya sığorta olunanın arzusu ilə iki dəfəyə: sığorta haqqının 50 faizi sığorta müqaviləsinin bağlandığı gün, digər 50 faizi isə müqavilənin bağlandığı gündən 4 aydan gec olmayaraq ödənilir.

Zərərin müəyyənləşdirilməsi-Zərərin miqdarı bu Qanunun 8-ci və 9-cu maddələrinin müvafiq müddəalarına riayət etməklə sığorta olunanla birgə sığortaçı tərəfindən müəyyən edilir və tərəflərin imzaladığı sığorta aktı ilə təsdiqlənir.

Əmlaka vurulan zərərin miqdarı hesablanarkın həmin əmlakın satın alınmasına və ya bərpa edilməsinə çəkilməli olan xərclər zərərin qiymətləndirilməsi zamanı mövcud olan bazar qiymətləri əsasında müəyyən olunur.



Sığorta ödənişi sığorta məbləğindən çox olmamaqla zərərin faktiki miqdarında verilir.Əgər sığorta hadisəsi zamanı sığorta haqqının ödənilməmiş hissəsinin müəyyən edilmiş ödənilmə müddəti keçmişdirsə, sığorta ödənişi faktiki ödənilmiş sığorta haqqının məbləğinə mütənasib surətdə verilir.

Eyni əmlak bir neçə sığortaçıda sığortalanmışdırsa, hər bir sığortaçı sığorta müqaviləsinə uyğun olaraq öz payına düşən ödəniş hissəsini verir.

Sığorta ödənişi zərərçəkənə verilir. Mülki məsuliyyət sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin iddialarını ödəmək üçün kifayət qədər deyildirsə, ödəniş sığorta olunanla razılaşdırılmaqla əmlak sığortası üzrə sığorta məbləğindən verilə bilər.

Sığorta hadisəsi baş verdikdə sığorta olunanın aşağıdakı xərcləri də sığorta ödənişinə daxildir;

1. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;

2. zərər vurulan əmlakın qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər.

Yanğının daha da genişlənməsinin qarşısını almaq məqsədilə görülən yanğınsöndürmə tədbirləri nəticəsində əmələ gələn ziyan da sığorta ödənişinə daxil edilir.

Üçüncü şəxsin sağlamlığına vurulan zərərə görə sığorta ödənişi mülki məsuliyyət sığortası üzrə sığorta məbləğindən aşağıdakı faizlərlə verilir:

1. ölüm – 100 faiz;

2. I qrup əlillik – 80 faiz;

3. II qrup əlillik – 60 faiz;

4. III qrup əlillik – 40 faiz;

5. ağır xəsarət – 25 faiz;

6. yüngül xəsarət – 5 faiz.


Sığorta olunanlara güzəştlərin verilməsi-Sığorta müqaviləsinin qüvvədə olduğu bir il müddətində sığorta ödənişi verilməmişdirsə, sığorta müqaviləsi növbəti il üçün bağlanarkən sığorta olunana qanunauyğun hesablanmış sığorta haqqı məbləğindən aşağıdakı qaydada güzəşt edilir:

1. 2-ci il üçün 10 faiz;

2. 3-cü və sonrakı illər üçün 15 faiz.

Dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş aşağıdakı hallarda sığorta olunana sığorta haqqının ödənilməsində güzəşt edilir:

1. avtomatik yanğın xəbərçisi və ya yanğınsöndürmə qurğusu olduqda – 5 faiz;

2. yanğından mühafizə bölməsi olduqda – 10 faiz.

Sığorta olunanın ödədiyi sığorta haqları istehsalat xərclərinə aid edilir.

Sığorta haqlarının bölüşdürülməsi-Sığorta olunanlar tərəfindən ödənilən sığorta haqları aşağıdakı qaydada bölüşdürülür:

1. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yanğının qarşısı alınma tədbirlərini həyata keçirmək üçün yanğından mühafizə növlərinə - 5 faiz;

2. işin aparılması üçün sığortaçıya – 15 faiz, o cümlədən sığorta agentlərinə verilən komisyon mükafatı – 5 faiz.

Yuxarıda göstərilən məbləğlər çıxıldıqdan sonra sığorta haqlarının qalan məbləğindən qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ehtiyatları yaradılır.


7. Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası.

Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin sığortası Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanunu bu sahədə münasibətləri tənzimləyir, sığorta müqaviləsinin bağlanması, sığorta haqlarının və ödənişlərinin verilməsi qaydasını müəyyən edir.

Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir.

Sığortanın məqsədi – Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat verilməsi, mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin vaxtında ödənilməsi məqsədilə aparılan sığortadır.

Sığortaçılar – mülkiyyət formasından asılı olmayaraq nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının aparılması üçün lisenziya almış Azərbaycan Respublikasının sığorta təşkilatlarıdır.

Sığorta olunanlar – öz mülki məsuliyyətini sığortalamış nəqliyyat vasitələrinin sahibləridir.

Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində nəqliyyat vasitəsi olan (yaxud icarəyə götürülən) və onu istismar edən hüquqi və fiziki şəxslər hesab olunurlar.

Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir.

Nəqliyyat vasitəsi – Bu Qanuna görə sığorta məqsədi ilə nəqliyyat vasitələrinə mühərrikin silindirinin həcmi 50 kub sm-dən artıq olan hər hansı minik və ya yük avtomobilləri, mikroavtobuslar, avtobus, trolleybus və tramvay, motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları aid edilir.

Üçüncü şəxslər

1. Aşağıdakılardan başqa Qanuna görə sığorta və daşınma müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində bütün zərər çəkən hüquqi və fiziki şəxslər habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxslər sayılırlar.

- zərər vuran nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü;

- öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər vuran nəqliyyat vasitəsinin sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;

- zərər vuran nəqliyyat vasitəsinin sahibinin xidməti vəzifəsini yerinə yetirən işçisi.

2. Yol hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər çəkənlərdən hər biri digəri qarşısında üçüncü şəxs sayılır.



Nəqliyyat vasitəsi sahibinin vəzifələri

1. Nəqliyyat vasitəsi satın alındığı gündən (xaricdə satın alındıqda Azərbaycan Respublikası sərhədini keçdiyi gündən) onun sahibinin mülki məsuliyyəti sığortalanmış hesab olunur və sığorta olunan 15 gün müddətində sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəməlidir.

Bu halda sığorta şəhadətnaməsinin yeni sahibin adına rəsmiləşdirilməsi üçün (əvvəlki sığorta şəhadətnaməsində qeyd olunmuş sığorta müddəti üzrə) əlavə sığorta haqqının ödənilməsi tələb olunmur.

Sığortası olan nəqliyyat vasitəsinin sahibi dəyişildiyi halda yeni sahibi 15 gün müddətində sığorta müqaviləsini öz adına rəsmiləşdirməlidir.

2. Azərbaycan Respublikasında qeydə alınmayan və yol hərəkətində iştirak edən xarici ölkələrin nəqliyyat vasitələrinin sahibləri respublikanın ərazisinə daxil olarkən etibarlı sayılan sığorta şəhadətnaməsini təqdim etmədikdə gömrük məntəqəsində sığorta olunmalıdırlar. Sığorta şəhadətnaməsi müvafiq sığortaçı ilə bağlanmış müqaviləyə uyğun olaraq və onun adından gömrük orqanları tərəfindən rəsmiləşdirilir.

1. Yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir.

2. Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyat, yaxud hərbi təlim, oğurlanma, müəssisə, idarə və təşkilatların daxili ərazisində hərəkət, yükləmə və boşaltma, habelə yol-nəqliyyat hadisəsi ilə bağlı olmayan hər hansı digər hallar nəticəsində nəqliyyat vasitəsi ilə vurulan zərər bu Qanuna görə sığorta hadisəsi sayılmır.

Zərərin ödənilməsi

1. Üçüncü şəxs ona vurulan zərərin ödənilməsi nəqliyyat vasitəsinin sahibindən, yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

2. Sığortaçı bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş sığorta məbləği həddində şəxsi sığortanın növləri üzrə verilən ödənişindən asılı olmayaraq hər hadisə üçün faktiki zərəri ödəyir.

Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir bu qanuna görə sığortaçı tərəfindən ödənilmir.

Sığortaçı eyni nəqliyyat vasitəsilə təkrar yol-nəqliyyat hadisələrinə görə sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır.

Sığorta məbləği tam ödənildikdə sığorta müqaviləsi xitam olunmuş sayılır və nəqliyyat vasitəsinin sahibi sığorta haqqını ödəməklə yenidən sığorta müqaviləsi bağlamalıdır.

3. Naməlum nəqliyyat vasitəsi ilə zərər vurulduqda mərkəzi sığorta ehtiyatından yalnız səhhətə vurulan zərərə görə sığorta ödənişi verilir.

Faktiki zərərin məbləği sığorta ödənişindən artıq olduqda fərq yol-nəqliyyat hadisəsi iştirakçılarının təqsiri dərəcəsindən asılı olaraq mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir.

Bu halda üçüncü şəxsin nəqliyyat vasitəsinin sahibinə iddiası, sığorta ödənişinin verilməsinə baxmayaraq, fərq məbləği həddində təmin edilməmiş sayılır.

4. Nəqliyyat vasitəsi sahibinin cinayət törətmək qəsdi ilə, habelə sığorta müqaviləsinin şərtlərini pozmaqla üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərər sığortaçı tərəfindən ödənildikdə o, sığorta ödənişinin məbləğini həmin nəqliyyat vasitəsinin sahibindən iddia (reqress) qaydasında alır.

5. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə vurulan zərər nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdə sığortaçı bu Qanunla nəzərdə tutulmuş qaydada həmin nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi verir.

Nəqliyyat vasitəsinin sahibi tərəfindən zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.



Sığorta ödənişi verməkdən imtina edilən əsaslar

Aşağıdakı hallarda sığorta olunana sığorta ödənişi verilmir.

- sığorta olunan müəyyənləşdirilmiş qaydada sığorta haqqını ödəmədikdə;

- sığorta olunan üçüncü şəxsin əmlakına və səhhətinə qəsdən və cinayət törətmək qəsdi ilə zərər vurduqda;

- sığorta olunan sığorta müqaviləsinin şərtlərini pozduqda.

Sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və səhhətinə vurulan zərəri ona ödəməkdən imtina edir.

- üçüncü şəxs özünün qəsdən edilmiş hərəkəti nəticəsində zərər çəkdikdə;

- üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda; (bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir);

- üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə, yaxud onları yolda baxımsız qoyduqda;

- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə.

Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilmədən bərpa edildikdə sığortaçı sığorta olunana və ya üçüncü şəxsə sığorta ödənişi verməkdən imtina edə bilər.

Müqavilə şərtlərinin pozulması:

- nəqliyyat vasitəsinin onu sürücülük hüququ olmayan şəxsə verilməsi;

- sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

- sürücünün yol-nəqliyyat hadisəsi yerindən qaçıb getməsi;

- nəqliyyat vasitəsindən öz təyinatı üzrə istifadə edilmədikdə.

Səhhətə vurulan zərər:

1. Üçüncü şəxsin səhhətinə vurulan zərər aşağıdakı hallardır:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi;

- əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik);

- üçüncü şəxsin ölümü.

2. Üçüncü şəxsin səhhətinə vurulan zərərə həm də onun hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilən xərclər daxildir.

Üçüncü şəxsin ölümünün yol-nəqliyyat hadisəsi nəticəsində baş verdiyi məhkəmə-tibb eksperti, yaxud ölümün səbəbini müəyyən edən tibb müəssisəsi tərəfindən təsdiq edilməlidir.

Əmlaka vurulan zərər:

1. Üçüncü şəxsin əmlakına vurulan zərər aşağıdakı hallardır:

- nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv edilməsi;

- yolun və yol qurğularının zədələnməsi və ya məhv edilməsi;

- hər hansı digər maddi sərvətlərin və əşyaların zədələnməsi və ya məhv edilməsi.

2. Nəqliyyat vasitəsinin məhv edilməsi nəticəsində vurulan zərər həmin nəqliyyat vasitəsinin dəyərindən və onun hadisə yerindən daşınması xərclərindən ibarətdir.

Nəqliyyat vasitəsinin təmiri texniki səbəblərə görə mümkün olmadıqda o, məhv edilmiş sayılır.

Nəqliyyat vasitəsinin dəyəri ekspertiza yolu ilə hadisə olan günü bazar qiyməti üzrə müəyyənləşdirilir.

3. Əmlakın zədələnməsi və ya məhv edilməsi ilə bağlı zərər onun dəyərindən, yaxud bərpası üçün birbaşa çəkilən xərclərdən (o cümlədən hadisə yerindən daşınması xərclərindən), habelə zərər çəkənin xilas edilməsi ilə bağlı olan zərərdən ibarətdir.

4. Əmlaka vurulan zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən ümumi sığorta ödənişi məbləği ödənilən faktiki zərərin məbləğindən artıq ola bilməz.



Sığorta ərazisi

1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası Azərbaycan Respublikası ərazisində qüvvədədir.

2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yol-nəqliyyat hadisəsi baş verdikdə nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti sığortası üzrə sığorta ödənişinin verilməsi yerli sığortaçının müvafiq xarici ölkənin sığortaçısı ilə bağladığı müqavilə, yaxud Azərbaycan Respublikasının beynəlxalq sazişləri əsasında tənzimlənir.

3. Müqavilə və sazişə uyğun olaraq xarici ölkələrin nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şəhadətnamələri qarşılıqlı surətdə etibarlı sayıla bilər.




Mərkəzi sığorta ehtiyatı

1. Mərkəzi sığorta ehtiyatı aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə müvafiq dövlət sığorta orqanında yaradılır.

- naməlum və ya sahibinin mülki məsuliyyəti sığortalanmamış nəqliyyat vasitəsi ilə üçüncü şəxsin səhhətinə zərər vurulduqda, habelə sığortaçı müflisləşməsi ilə əlaqədar sığorta ödənişi vermək iqtidarında olmadıqda üçüncü şəxsin səhhətinə vurulan zərərin ödənilməsi üçün sığorta ödənişinin verilməsi;

- sığorta hadisələrinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi.

2. Mərkəzi sığorta ehtiyatı sığortaçıların nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən sığorta haqlarının 5 faizi miqdarında ayırmaları hesabına yaradılır.

3. Mülki məsuliyyəti sığortalanmamış nəqliyyat vasitəsinin sahibinə ödəniş verildiyi halda iddia qaldırılır.



Sığorta müqaviləsi və şəhadətnaməsi

1. Sığorta müqaviləsi sığortaçının və sığorta olunanın qarşılıqlı hüquq və vəzifələrini tənzimləyir.

2. Sığortaçı ilə sığorta olunan arasında sığorta müqaviləsinin olduğunu təsdiq edən sənəd sığorta şəhadətnaməsidir.

Nağd şəkildə sığorta haqqının ödənilməsi barədə qəbz şəhadətnaməsinin ayrılmaz hissəsidir.

3. Sığorta şəhadətnaməsi ilk sığorta haqqı ödənilən gün verilir.

4. Sığorta olunan hüquqi şəxs olduqda onunla bir neçə nəqliyyat vasitəsi üçün bir kompleks sığorta müqaviləsi bağlana bilər. Bu müqavilə üzrə hər nəqliyyat vasitəsinin sürücüsünə sığorta şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin sürücüsü dəyişildikdə onun adına yenidən sığorta şəhadətnaməsi verilməlidir.



Sığorta müddəti

1. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır. Sığorta məbləği sığortaçı tərəfindən tam ödənildikdən sonra müqavilə üzrə sığortaçının öhdəlikləri başa çatmış hesab olunmaqla müqaviləyə xitam verilir. Bu halda sığorta etdirən sığorta haqqını ödəməklə yeni müddətə sığorta müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti daxil olan nəqliyyat vasitələrinin sahibləri sığorta müqaviləsini bir aydan on bir ayadək müddətə bağlaya bilərlər.

2. Sığorta şəhadətnaməsi verildiyi andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti sığorta müddətinin son ayının axırıncı günündə qurtarır.

Sığorta haqqı və sığorta məbləği

1. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta haqları və sığorta ödənişlərinin məbləğləri nəqliyyat vasitəsinin və zərərin növündən asılı olaraq aşağıdakı cədvələ uyğun olaraq müəyyən edilir.


( manatla)



Nəqliyyat vasitələrinin növləri

Sığorta ödənişlərinin məbləğləri

Sığorta haqqı (illik)

Əmlaka vurulan zərərə görə

Səhhətə və ölümə görə

Adam başına

Cəmi məsuliyyət məbləği

1

Şəxsi minik avtomobilləri

1000,0

1000,0

5000,0

10,0

2

Hüquqi şəxslərə məxsus minik avtomobilləri

1000,0

1000,0

5000,0

12.0

3

Taksilər

1000,0

1000,0

5000,0

20,0

4

Yük maşınları

1000,0

1000,0

5000,0

16,0

5

Oturacaq yerləri 8–14-ə qədər olan avtobuslar

1000,0

1000,0

10000,0

24,0

6

Oturacaq yerləri 15–26-ya qədər olan avtobuslar

1000,0

1000,0

20000,0

36,0

7

Oturacaq yerləri 26-dan artıq olan avtobuslar

1000,0

1000,0

60000,0

50,0

8

Traktorlar və yol tikinti maşınları

1000,0

1000,0

2000,0

6,0

9

Tramvay və troleybuslar

1000,0

1000,0

10000,0

16,0

10

Motoroller və motosikletlər

1000,0

1000,0

1600,0

5,0

2. Sığorta olunanlar öz mülki məsuliyyətini Qanunla müəyyənləşdirilmiş sığorta məbləğlərindən artıq sığortalamaq hüququna malikdirlər. Bu halda sığorta haqlarının və sığorta məbləğlərinin miqdarı sığortaçı ilə sığorta olunan arasında bağlanan müqavilədə müəyyənləşdirilir.

3. Ölüm halında və səhhətə vurulan zərərə görə hər bir nəfərə sığorta ödənişi sığorta məbləğindən aşağıdakı faizlərlə verilir:

Ölüm - 100%

I qrup əlillik - 80%

II qrup əlillik - 60%

III qrup əlillik - 40%

ağır xəsarət - 30%

yüngül xəsarət - 20%

4. İki və daha artıq şəxsin əmlakına vurulan faktiki zərər bu maddənin 1-ci bəndində verilən sığorta məbləğinin həddində mütənasib surətdə ödənilir.

5. Bir ildən az olan müddətdə bağlanmış müqavilələr üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında ödənilir.

Sığorta müddəti sığorta haqqı, illik haqdan faizlə

Bir ay 25

İki ay 35

Üç ay 40

Dörd ay 50

Beş ay 60

Altı ay 70

Yeddi ay 75

Səkkiz ay 80

Doqquz ay 85

On ay 90


On bir ay 95

6. Sığorta müddətinin tam olmayan ayı üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilir.

Sığorta haqqı bir dəfəyə ödənilir. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir sığorta hadisəsi baş verdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq hadisə baş verdikdə isə 20 faiz artırılır.

Sığorta olunan bir il müddətində nəqliyyat vasitəsini qəzasız idarə etdikdə yeni dövr üçün müqavilə bağlanarkən Qanunla müəyyənləşdirilmiş sığorta haqqı 10 faiz, iki və daha artıq il qəzasız idarə edildikdə isə 20 faiz azaldılır.

Hüquqi şəxslər tərəfindən ödənilən sığorta haqları onların istehsalat xərclərinə aid edilir.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin