FəNNİN ŞİFRƏSİ – 1- İf-b 01 FƏNNİn adi «Kİmya» K.ü. f d. Nailə Veysova Ələkbər qızı MÜhaziRƏ 10 MÜhaziRƏNİn mövzusu metalların təbii birləşmələri, alınması, xassələri və tətbiqi



Yüklə 1,5 Mb.
səhifə6/11
tarix07.12.2022
ölçüsü1,5 Mb.
#73000
1   2   3   4   5   6   7   8   9   10   11
Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.

2Na + Cl2 → 2NaCl 2Ca + O2 → 2CaO
Metalların gərginlik (fəallıq) sırası. Metalların kimyəvi fəallığı, onların atomlarının quruluşu və elektronlarını asanlıqla vermələri ilə təyin olunur. Buna görə də müxtəlif metalların kimyəvi fəallığı da müxtəlif olur. Metalların elektronlarını vermək qabiliyyətinə görə düzüldükləri sıraya gərginlik və ya fəallıq sırası deyilir. Bəzi mühüm metalların gərginlik sirasındakı mövqeləri aşağıda göstərilmişdir:
K, Na, Ca, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H, Cu, Hg, Ag, Au
Metalların gərginlik sırasını ilk dəfə rus alimi N.N. Beketov tərtib etmişdir. Gərginlik sırasında yerləşən hər bir metal özündən sonra gələn bütün metalları onların duzları məhlullarından çıxara bilər. Məsələn, dəmir misi, mis isə gümüşü, onların duzlarının məhlullarından çıxarır:
CuSO4 + Fe → FeSO4 + Cu
2AgNO3 + Cu → Cu(NO3)2 + 2Ag
Gərginlik sırasında hidrogendən solda duran metallar hidrogeni durulaşdırılmış turşulardan çıxarır. Hidrogendə sağda yerləşən metallar isə onu turşulardan çıxara bilmir.
METALLARIN KORROZİYASI
Metalların əksəriyyəti və onların müxtəlif ərintiləri təmasda olduqları mühitdə tədricən dağılır və yararsız hala düşür. Bunun səbəbi metalların mühitdə olan maddələrlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsirdə olmasıdır.
Xarici mühitin kimyəvi təsiri ilə metalların tədricən dağılmasına korroziya deyilir.
Korroziya fazalar sərhəddində baş verən heterogen oksidləşmə-reduksiya prosesidir və metalların atom halından ion halına keçməsinə səbəb olur. Həmin proses elektrolit məhlulunda, üzvi həlledicilərdə, qaz, su və hava mühitlərində gedə bilər. Əmələ gəlmə mexanizminə görə korroziya prosesi iki növə ayrılır:
1. Kimyəvi korroziya
2. Elektrokimyəvi korroziya
Kimyəvi korroziya
Elektrik cərəyanı keçirməyən mühitdə metalların oksidləşərək dağılması kimyəvi korroziya adlanır. Kimyəvi korroziya quru qazların (O2, H2S, CO SO2) və s. və qeyri elektrolitlərin (neft, kerosin, sürtkü yağı, benzin və s.) təsiri nəticəsində baş verir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin