FəNNİN ŞİFRƏSİ – 1- İf-b 01 FƏNNİn adi «Kİmya» K.ü. f d. Nailə Veysova Ələkbər qızı MÜhaziRƏ 10 MÜhaziRƏNİn mövzusu metalların təbii birləşmələri, alınması, xassələri və tətbiqi



Yüklə 1,5 Mb.
səhifə2/11
tarix07.12.2022
ölçüsü1,5 Mb.
#73000
1   2   3   4   5   6   7   8   9   10   11
Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.

 2 s

 
 

2

 Atomun quruluşu. Kvant ədədləri. Elektron orbitalları.

2 s

 2 s

 
 

3

 Dövri qanun və dövri sistem. Atomun elektron quruluşu.

2 s

 2 s


 

4

 Kimyəvi rabitə və onun növləri.

2 s

 2 s

 
 

5

 Kimyəvi kinetika .Kimyəvi reaksiyanın sürəti.

2 s

2 s

 
 

6

 Dönən və dönməyən reaksiyalar. Kimyavi tarazlıq.

2 s

 2 s

 
 

7

 Məhlullar, onların xassələri. Raul qanunları.

2 s

 2 s

 
 

8

 Elektrokimyəvi proseslər, elektrod potensialı.

2 s

 2 s

 
 

9

Elektroliz. Elektroliz qanunları. Faradeyin I və II qanunları.

2 s

 2 s

 
 

10

Metalların təbii birləşmələri, alınması , ümumi xassələri və tətbiqi. 

2 s

 2 s

 
 

11

Yüngül konstruksiya materialları-Be və Mg təbii birləşmələri,alinması,xassələri.

2 s

 2 s

 
 

12

Al və Ti- təbii birləşmələri,alinması,xassələri.

2 s

 2 s

 
 

13

Cu və Zn- təbii birləşmələri,alinması,xassələri.

2 s

 2 s

 
 

14

 Cr və Mn - təbii birləşmələri,alinması,xassələri.

2 s

 2 s

 
 

15

 Fe- təbii birləşmələri,alinması,xassələri.

2 s

 2 s

 
 

 

Cəmi

 30 s

 30 s

 
 

Tövsiyə olunan ədəbiyyat
Əsas ədəbiyyat 
1. A.S.Məmmədova «Ümumi və qeyri-üzvi kimya» . Sumqayıt, 2020.
2. Güllərli G.H., Məmmədova N.Q., İmrəliyeva G.E “Qeyri-üzvi kimya praktikumu”. Bakı,
2019.
3. V.M.Abbasov, M.B.Babanlı “Ümumi kimyanın əsasları”. Bakı, 2018.
4. O.Ə.Əliyev “ Qeyri-üzvi kimya - 1 ” Bakı, 2018.
5. İ.P.Əliyev, S.Q. İsmayılova “Kimyadan mühazirə materialları”. Bakı, 2016.
6. F.Ə. Qasımova, S.Q. İsmayılova, V.Ə. Hüseynova “Kimyadan laboratoriya işləri” . Bakı, 2014.
Əlavə ədəbiyyat
7. А.В.Шевельков, А.А.Дроздов, М.Е.Тамм «Неорганическая химия» Москва, 2021.
8. Е.В.Карпова «Неорганическая химия» Москва, 2021.
9. A.Quliyev “ Qeyri-üzvi kimyanın nəzəri əsasları”. Bakı, 2014.
METALLARIN YAYILMASI VƏ ALINMA ÜSULLARI
Metallar yer qabığında müxtəlif yataqlar şəklində rast gəlir. Yer qabığı dəniz səthindən 16 km dərinlikdə yerləşən litosferdən, dəniz və okeanlardan ibarət hidrosferdən və atmosferdən ibarətdir. Yer qabığının əsas kütləsini (95%-dən çox) litosfer təşkil edir. Deməli, yer qabığı dedikdə, nəzərdə adətən, litosfer tutulur.
Gərginlik sırasında qalaya qədər yerləşən metallar təbiətdə birləşmə şəklində rast gəlir. Qalay, mis, gümüş və civə həm birləşmə, həm də sərbəst halda, qızıl və platin isə sərbəst halda (külçə şəklində) olur. Metalları sənayedə filizlərdən alırlar. Tərkibində metal və ya onların birləşmələri olan və sənayedə metal almaq üçün yararlı sayılan minerallara, eləcə də dağ süxurlarına f i l i z deyilir. Filizlərdən müxtəlif oksidləri, sulfidləri, halogenidləri, karbonatları, fosfatları və s. göstərmək olar. Oksigenli filizlərdən ən çox rast gələn Fe2O3 (hematit), Al2O3 (boksit), TiO2 (rutil), MnO2 (pirolüzit), SnO2 (kassiterit) və s. Kükürdlü filizlər təbiətdə mono- və ya polisulfid şəklində rast gəlir. Bunlardan FeS2 (dəmir kolçedanı), Cu2S∙ FeS2 (mis kolçedanı), ZnS (sfalerit), HgS (kinovar) və s. göstərmək olar. Halogenidlər əsasən xlorid şəkllində rast gəlir: NaCl (qalit), KCl (silvin), NaCl∙KCl (silvinit) və başqaları. Tərkibində iki və daha çox metal birləşmələri olan filizlərə kompleks və ya polimetal filiz deyilir.
Təbiətdə rast gəlinən və sənaye miqyasında sərbəst metal almağa yararlı olan müxtəlif minerallara filizlər deyilir. Metalların filizlərdən sənaye üsullarla alınması ilə məşğul olan sahəyə metallurgiya sənayesi deyilir. Metallar piro- , hidro- və elektrometallurgiya üsulları ilə alınırlar.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin