FəNNİN ŞİFRƏSİ – 1- İf-b 01 FƏNNİn adi «Kİmya» K.ü. f d. Nailə Veysova Ələkbər qızı MÜhaziRƏ 10 MÜhaziRƏNİn mövzusu metalların təbii birləşmələri, alınması, xassələri və tətbiqi



Yüklə 1,5 Mb.
səhifə4/11
tarix07.12.2022
ölçüsü1,5 Mb.
#73000
1   2   3   4   5   6   7   8   9   10   11
Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.

2Al + Fe2O3 → 2Fe + Al2O3
2Al + Cr2O3 → 2Cr + Al2O3
Alüminium tozu ilə maqnetitin qarışığı t e r m i t adlanır və dəmir yol xətlərinin qaynaq edilməsində istifadə olunur.
8Al + 3Fe3O4 → 9Fe + 4Al2O3
2.Hidrometallurgiya - üsulu kimyəvi üsullarla filizlərin məhlul halına salınıb, məhlulları metallarla reduksiya etməklə və ya elektroliz etməklə metalların alınma üsuludur.
CuO + H2SO4 → CuSO4 + H2O
CuS + Fe2 (SO4)3 → CuSO4 + 2FeSO4 + S
CuSO4 + Fe → Cu + FeSO4

Hazırda istehsal olunan misin 25% -ə qədəri hidrometallurgiya üsulu ilə alınır. Qızıl, gümüş, sink, kadmium, molibden, uran da bu üsulla istehsal olunur. Tərkibində qızıl olan boş süxura natrium-sianid və ya kalium-sianidlə təsir edərək, metalı kompleks birləşmə şəklində məhlula keçirdikdən sonra, onu sinklə reduksiya edirlər.


4Au + 8KCN + 2H2O + O2 → 4K[Au(CN)2] + 4KOH
2K[Au(CN)2] + Zn → 2Au + K2[Zn(CN)4]
AgCl + 2KCN → K[Ag(CN)2] + KCl
2K[Ag(CN)2] + Zn → 2Ag + K2[Zn(CN)4]
 
Fe3O4
Hidrogen və bor istisna olmaqla, dövri sistemin I, II, III qruplarında ancaq metallar yerləşir. Bundan başqa, IV – VII qrup əsas yarımqrupların aşağısında və IV – VIII qrupların əlavə yarımqruplarında yerləşən elementlər metallardır.110 kimyəvi elementin 88-i metaldır. Bunlardan yalnız qızıl, platın, gümüş və qismən də mis, civə sərbəst halda, qalanları isə birləşmələr şəklində tapılır.
Metalların fiziki xassələri
Aşağı temperaturda metal atomları və ionlarının titrəyişi olduqca zəifləyir və buna görə də metalların elekrtrikkeçirmə qabiliyyəti artır. Mütləq sıfır temperaturda metalların müqaviməti tamamilə itir və bu halda onlar ifrat elektrikkeçirmə qabiliyyətinə malik olur.
Metalların qeyri-metallardan fərqləndirən xassələrdən biri temperaturun yüksəlməsi ilə qeyri-metalların elektrikkeçirmə qabiliyyətinin artmasıdır. Bu hal atomlar arasındakı kovalent rabitənin qırılması nəticəsində əmələ gələn sərbəst elektronların sayca artması ilə izah olunur. Aşağı temperaturda isə qeyri-metallarda sərbəst elektron olmadığından onlar elektriki keçirmir.
Elektriki yaxşı keçirən metallar, adətən, istiliyi də yaxşı keçirir və onların bu xassələri də valent elektronlarının sərbəst hərəkətindən irəli gəlir. Hərəkətdə olan elektronlar metal atomları və ionları ilə enerji mübadiləsində iştirak edir ki, bu da metalın bütün kütləsində temperaturun sürətlə bərabərləşməsinə səbəb olur.
Metalların mühüm xassələrindən biri də onların plastikliyidir. Onların mexaniki təsir nəticəsində nazik təbəqə və ya məftil şəklinə salmaq olar. Mexaniki təsir nəticəsində metalın plastikliyi azalır. Poladdan hazırlanmış məftilin plastikliyini artırmaq üçün onu müəyyən temperaturda qızdırırlar. Metalların plastikliyi Au, Ag, Cu, Sn, Pb, Zn, Fe sırasında azalır. Döyülə bilmək qabiliyyətinə görə qızıl birinci yeri tutur. Qızıldan 0,0003 mm qalınlığında tel hazırlamaq mümkündür.
Metalların deformasiyası nəticəsində də onları təşkil edən təbəqələrin ilk vəziyyəti dəyişir. Lakin bu halda elektronların yenidən paylanması hesabına təbəqələr arasındakı ilişmə qüvvəsi pozulmur.
Metallar kütlə şəklində olduqda, onların səthi işıq şüalarını əks etdirir, xırdalanmış halda isə şüanı udur. Buna görə də metallar xüsusi parlaqlığa malikdir. Maqnezium və alüminiumdan başqa bütün metallar narın halda qara və ya boz rəngdə olur.
Metalların ərimə temperaturu geniş hüdudda dəyişilir. Ən çətin əriyən metal volfram (tər=33900 C), renium (31700 C), osmium (27000 C), ən asan əriyən metal isə civə (-390 C) və seziumdur (280 C). Adi şəraitdə civə mayedir, qalan metallar bərk maddədir.
Metallar bərkliyinə görə də bir-birindən fərqlənir. Ən bərk metallara xrom, volfram, nikel və s. misal ola bilər. Ən ağır metal xüsusi çəkisi 22,48q/sm3-ə bərabər olan osmium, ən yüngül metal isə xüsusi çəkisi 0,53q/sm3-ə bərabər olan litiumdur.
Texnikada metallar şərti olaraq yüngül və ağırlığına görə iki yerə bölünür; xüsusi çəkisi 5q/sm3-dən az olan metallar (litium, kalium, natrium, rubidium, kalsium, maqnezium və s.) yüngül, xüsusi çəkiləri 5q/sm3-dən çox olan metallara isə ağır metallar deyilir. Bunlara: xrom, sink, qalay, manqan, dəmir, mis, gümüş, qurğuşun, civə, volfram, qızıl və s. misal ola bilər.
Metallar rənglərinə görə iki qrupa bölünür: qara və əlvan metallar. Qara metallar- dəmir, manqan, xrom, nikel və onların ərintiləri aiddir. Qalan bütün metallar əlvan metallar sayılır. Nadir metallar – litium, berillium, volfram, molibden və s. Qiymətli metallar- platin, qızıl, gümüş, osmium, palladium və s. Maqnit xassələrinə görə metalları üç qrupa ayırırlar.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin