FəNNİN ŞİFRƏSİ – 1- İf-b 01 FƏNNİn adi «Kİmya» K.ü. f d. Nailə Veysova Ələkbər qızı MÜhaziRƏ 10 MÜhaziRƏNİn mövzusu metalların təbii birləşmələri, alınması, xassələri və tətbiqi



Yüklə 1,5 Mb.
səhifə5/11
tarix07.12.2022
ölçüsü1,5 Mb.
#73000
1   2   3   4   5   6   7   8   9   10   11
Yeni mühazirə 10. Metalların alınma üsulları və xassələri.

1. Ferromaqnit xassəli metallar. Bunlar ən zəif maqnit sahəsində belə maqnitləşir (dəmir, kobalt, nikel).
2. Paramaqnit xassəli metallar. Maqnitləşməyə qarşı zəif meyl göstərir (alüminium, xrom, titan).
3. Diamaqnit xassəli metallar. Maqnitlə cəzb olunmur, əksinə zəif də olsa itələnir (bismut, qalay, mis).
Metalların ümumi xüsusiyyətlərindən biri onların atomlarının qeyri-metal atomlarına nisbətən iri ölçülü olmasıdır. Bununla əlaqədar olaraq, metallarda valent elektronları nüvədən daha uzaq məsafədə yerləşir və onların nüvə ilə əlaqəsi zəif olduğundan metallar kiçik ionlaşma enerjisi ilə xarakterizə olunur. Məlumdur ki, metallar valent elektronlarını verərək müsbət yüklü ionlara çevrilir və reduksiyaedici xassə daşıyır. Valent elektronlarını asan verən metalların reduksiyaedici qabiliyyəti də yüksək olur. Odur ki, qələvi və qələvi-torpaq metallar kimyəvi xassələrinə görə ən yüksək aktivliyə malikdir.
Aktiv metallar adi şəraitdə suyu parçalayır. Metalların əksəriyyəti bir sıra qeyri- metallarla müxtəlif birləşmələr əmələ gətirir. Onları (qızıl, gümüş, platin və s. nəcib metallardan başqa) qızdırdıqda müvafiq oksidləri alınır.
Metal oksidlərinin və onlara uyğun gələn hidroksidlərin kimyəvi xassələri metalın dövri sistemdəki vəziyyətindən asılıdır. Bu qanunauyğunluq böyük dövrlərdə də müşahidə edilir. Dəyişkən valentli metalların aşağı oksidləşmə dərəcəsinə uyğun gələn oksidləri əsasi, yüksək oksidləşmə dərəcəsinə uyğun gələn oksidləri isə turşu oksidləridir. Belə metalların orta oksidləşmə dərəcəsinə uyğun gələn oksidləri isə amfoter birləşmələrdir.
Metalların kimyəvi xassələri
Metalların kimyəvi xassələri, onların atomlarının quruluşu ilə müəyyən edilir. Metalların əksəriyyətinin xarici energetik səviyyəsində bir və ya iki elektron olur. Onlar valentlik elektronlarını verib, müsbət yüklü ion əmələ gətirə bilir, məsələn:
K 0 – e- K + Al 0 – 3e - Al 3+ Mg 0 – 2e - Mg 2+
Metallar elektron qəbul etmir. Onlar valentlik elektronlarını başqa atom və ionlara verib onları reduksiya edir, özləri isə oksidləşir. Buradan aydın olur ki, metallar yaxşı reduksiya edicidir. Bütün metallar qeyri-metallarla birləşmələr əmələ gətirir, məsələn:

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin