Nəticə. Determinantın hər hansı bir sətrinin bütün elementləri sıfır olduqda determinant sifra bərabərdir.
Xassə 5. Determinantın mütənasib olan sətirləri varsa, onda determinant sifra bərabərdir: .
Xassə 6.Determinantın hər hansı bir sətrinin bütün elementləri iki toplanandan ibarət olduqda, onu iki determinantın cəmi şəklində yazmaq olar, belə ki, bu determinantların birində həmin sətir elementləri olaraq birinci , digərində isə ikinci toplananlardan ibarət olur: .
Xassə 7.Determinantın hər hansı bir sətir elementlərini müəyyən bir ədədə vurub başqa sətrinin uyğun elementləri ilə topladıqda, onun qiyməti dəyişməz: .
Xassə 8.Determinantın hər hansı sətir (sütun) elementlərinin digər sətrin (sütunun) uyğun elementlərinin cəbri tamamlayıcılarına hasilləri cəmi sifra bərabərdir. Məsələn, üçtərtibli determinant üçün
...........................................
doğrudur.
Xassə 9.İstənilən eyni tərtibli kvadrat və matrisləri üçün bərabərliyi doğrudur.
Diaqonal matrisin determinantı onun baş diaqonal elementlərinin hasilinə bərabərdir.