X1X əsrin əvvəllərində 800 ailədən ibarət Qarapapax eli Qazax bölgəsində qazaxların bir qolu kimi mə’lumdur (129, 43). Gürcüstanın və onun tərkibində Qazax bölgəsinin Rusiyaya birləşdirilməsindən sonra İsmayıl xanın və Nağı xanın başçılıq etdiyi qarapapaxlar rus hakimiyyətinə tabe olmaqdan imtina edərək 1828-ci ildə İrana və Türkiyəyə köçdülər(bax:7). Hazırda İranda və Türkiyədə 60 min nəfər qarapapax yaşayır.(bax: Çislennostğ i rasseleniə narodov mira. M.1962).
Təklə. Gürcüstanda bir sıra yaşayış məntəqələri Təklə adlanır. Təklə adlı kəndlər XIX əsrdə Göyçay, Cavanşir, Lənkəran, Şamaxı və Şuşa qəzalarında da vardı (181-241). Təklə adlı tayfanın Muğan çölündə yaşadığını XVII əsrdə səyyah Adam Oleari qeyd etmişdir. Sonrakı əsrlərdə Təklə yayı Kiçik Qafqazın Muradtəpə, Sırt-yeri-Sərçəli, Kəçəltəpə, Ağçınqıl, Qotur-İsti-Su, Muxurtovlayan və Çal-Bair dağlarındakı yaylaqlarda, qışı Muğanda keçirən maldar el idi. XX əsrin əvvəllərində Mil-Qarabağ düzlərində yaşayan Təklə tayfası Talıbxanlı, Boşcalar, Budaqlı, Bulutlu, Hacılı, Evdələr, Xəlfəqulular, Ağamalılar, Muradxan və Murtulu nəsillərindən ibarət idi. Bu tayfanın bir hissəsinin Gürcüstanın Borçalı bölgəsinə yaşamağa keçməsi vaxtı mə’lum deyil. Hər halda, 1728-ci ilə aid mənbədə Borçalı bölgəsində yaşayan tayfalar içərisində Təklə tayfasının adı çəkilmir. Görünür, bu elin Borçalıda yaşaması sonraya aiddir. Bu tayfa 1540-cı ildə Türkiyə ərazisindən başda Qazı xan olmaqla İrana gəlmiş və Şah Təhmasibə itaətini bildirmişdir (188, 192). Şah yaşamaq üçün Mahmudabad (indiki Salyan) mahalını bu tayfaya vermişdir (yenə orada). Məhz buradan, yə’ni Muğandan onlar Azərbaycanın müxtəlif rayonlarına və Gürcüstanın Borçalı bölgəsinə səpələnmişlər.
Gürcüstanda toponimlər, əsas e‘tibarilə yaşayış məntəqə adları əsasında daha bir sıra türk tayfalarının adları da aşkarlanmışdır: Aban, Basil, Boston, Katak, Katar, Kola, Gerus, Quşçu, Sabunçu, Keşalu (Keşlə) və b. Qeyd edilməlidir ki, eynilə bu tayfalar Şimali Azərbaycan və Ermənistan ərazilərində də yaşayırdılar.
Bu tayfalar barədə qısaca mə’lumat verməyi zəruri sayırıq.
Aban. Albaniyanın şimal-qərb bölgəsində (yə’ni Şəki-Zaqatala bölgəsində) e. ə. 65-ci ildə Qney Pompeyin Albaniyaya hərbi səfəri ilə əlaqədar Avant çayının adı çəkilir (Plutarx, Pompey, XXXV). Musa Kalankatlı Albaniyada Abant adlı üç mahal qeyd edir: Artsakda (Dağlıq Qarabağda), (1 kitab, 14-cü fəsil), Albaniyanın şimal-qərbində, yə’ni Şəki -Zaqatala bölgəsində və Sisakanda (bax: 25). Deməli, antik müəllifin qeyd etdiyi Abant çayı alban tarixçisinin Albaniyanın şimal qərbində çəkdiyi Abant nahiyə adı ilə eynidir. Dağlıq Qarabağdakı Abant axırıncı dəfə 1727-ci ildə bir mənbədə çəkilir, lakin Evan formasında. Strabonun əsərində deyilir ki, (Strabon, X1 5, 1) qarqarlar amazonkaların qonşuluğunda(indiki Dərbənd bölgəsində) yaşayırlar, Yuxarıda biz Samur nahiyəsində bir dağın Qarqardağı adlandığını (181, 56) demişdik. Həmin müəllif yazır ki, qarqarlar frakiyalarlarla və evbeylərlə birlikdə amazonkalara qarşı vuruşmuşlar. Evbey adlanan tayfa həm də Abant adlanırdı. Deməli, Abant tayfası Cənubi Qafqaza qarqarlarla birlikdə gəlmişdir. Qarqarların yaşadıqları bölgələrdə Abant toponimləri də vardır. Abant etnonimi isə Aban tayfa adından və qədim türk dillərində cəm bildirən “t” şəkilçisindən ibarətdir. Gürcüstanın toponimiyasında bu etnonim məhz Aban formasında əksini tapmışdır. Qori qəzasında Abano kənd və Abanostskali çay, Duşet qəzasında Abano kənd, Raçin qəzasında Abano kənd adları bu etnonimin izləridir. Ermənistanda da Aban və Avan formalarında bir neçə kənd adı vardır (bax:6). Avan adı məntəqə Anadoluda mə’lumdur lakin tədqiqatçılar onu Van qalasının adı hesab edirlər.
Basillər. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada Hun tayfa ittifaqında bir tayfa Barsil, yaxud Basil adlanırdı. Sonra bu tayfa xəzərlərin tərkibində mə’lumdur. Şimali Qafqazda yaşamış qədim türkmənşəli bulqarların bir hissəsi Basil adlanırdı. İlk dəfə bu tayfa Şimali Qafqazda I əsr müəllifi Plini tərəfindən qeyd olunmuşdur. Moisey Xorenasi yazır ki, basillər 216-cı ildə Albaniyaya basqın etmişdilər. Bu mə’lumat Moisey Kalankatlının “Alban tarixi” əsərində də (1 kitab, 12-ci fəsil) vardır. Ehtimal ki, bu tayfa Gürcüstana xəzərlərlə gəlmişdir.
Kataklar. Gürcüstanda Ködək formasında toponimlərdə türk mənşəli Katak tayfası da iz qoymuşdur (bu tayfa barədə bax: 108,114-116).
Orta əsrlərdə İrəvan əyalətində və Gürcüstanda Borçalı nahiyəsində Sabunçu və Keşlə adlı ellər də yaşamışdır (bax:49). 1593-cü ilə aid mənbədə Azərbaycanda Kürəkbasar mahalında ( Gəncə bölgəsində) yaşayan bir el Sarı-Sabunçu adlanırdı (239,219).
Erkən orta əsrlərdə Ermənistan, Gürcüstan və Albaniya ərazilərində çoxlu Kol, Kolb və Kolt (qədim erməni dilində “l” səsini “ğ” səsi əvəz etdiyinə görə Koğb və Koğt, yaxud Qoxb və Qoxt) toponimləri vardı. X1X əsrdə Gürcüstanda Kola (Qori qəzasında dağ adı), Kolaqir(Borçalı qəzasında kənd adı), Kolaqıran (yenə orada), Kolevi (Şorapan qəzasında kənd adı) və Koleti(Qori qəzasında kənd adı) toponimləri vardı. Koleti toponimi gürcücə “Kol ərazisi (ölkəsi)” mə’nasını verdiyinə görə Kol komponentinin tayfa adı olmasına şübhə yeri qalmır. Qədim gürcü mənbələrində bu etnonim V1 əsrə aid mənbədə çəkilir və Kürün yuxarı axınında Kola əyalətində yerləşdiyi göstərilir. Bu mənbədə kolalılar xristianlara münasibətdə dinsizlər kimi səciyyələndirilir (180, 263). Gürcü tarixçilərinin tədqiqatlarında Kola Gürcüstanda “tarixi əyalət” kimi göstərilir (180,284).
“Kol” komponentli adlara, XVIII əsrin əvvəllərində Tovuz rayonu ərazisində iki Kol, Naxçıvanda Kul, Dağlıq Qarabağda Kol-Yurt Kəlbəcər rayonunda Qollu(zirvə adı), Laçın rayonunda Qoldağ və b. göstərmək olar. Bu sözün bütün hallarda mə’nalarını üzə çıxarmaq çətindir. Toponimlərdə bu söz həm kol(kol-kosluq, kolluq yer), bə’zi türk dillərində kol(Azərbaycan dilində qol, yə’ni çayın qolu) və göl sözlərinin birindən ibarət olmaqdan başqa, qədim türkmənşəli bolqarlarda, qıpçaqlarda və peçeneqlərdə Kol, Kul tayfalarının adları da ola bilər. Belə adda tayfa indi də bir sıra türk xalqlarının tərkibində vardır(bax 108).
V-VII əsr erməni mənbələrində indiki Ermənistan ərazisində iki Kolb-Ararat vadisində (Moisey Xorenasi, 11 kitab 80-ci fəsil; Favdst Buzand, 111 kitab 9-cu fəsil; “V11əsr Erməni coğrafiyası”, s.53), Kolovit və iki Kolt(ermənicə Qoxt) toponimləri mə’lumdur. Kol və Kolt (Kol etnonimindən və qədim türk dəllərində cəm bildirən “t” şəkilçisindən) toponimlərindən başqa Ordubad rayonu ərazisində Koltene yer adını hələ 11 əsr müəllifi Potolemey qeyd etmişdir. Erməni mənbələrində bu ad Qoxtan (əsli Koltan) kimidir.Ermənistan ərazisində Kolt eranın əvvəllərindən mə’lumdur (bax: 6).
Ermənistan ərazisində bir neçə Kolb (ermənicə yazılışda Koğb) Qulp, Kulp adları 1X-X əsrlərdə Şərqi Avropada yaşamış peçeneqlərin Kulpey(Kuloba etnoniminin yunanca yazılışı), qədim bulqarlarda Kul tayfasının (81,235) və qıpçaqlarda Kuloba (rus səlnamələrində Kulobiçi formasındadır ki, bu da Kuloba etnonimindən və rusca əlavə olunmuş “içi” patronimik şəkilçisindən ibarətdir) tayfa adının qədim ermənicə yazılış formasıdır. Deməli, ermənicə “Koğb” kimi yazılan ad Kol etnonimindən və türk dillərində pe (be) yə’ni “oba” sözünün təhrifi olan “be” səsindən (erməni dilində sözlərdə sonda “e” səsinin düşməsi səciyyəvidir) ibarətdir.
Kuloba etnoniminin qədim ermənicə yazılışı olan Kolb, Kulb(ermənicə Koğb) toponiminin V-V11 əsr erməni mənbələrində Ermənistanda yaşayış məntəqə adları kimi qeyd olunması göstərir ki, bu tayfa orada hər halda V əsrdən əvvəl məskun idi. Məsələn, V əsr erməni müəllifi Eznik Koğbatsi (“Kolblu Eznik” mə’nasındadır), əlbəttə Kolb kəndində doğulmuşdur.
Yuxarıda deyildiyi kimi Kuloba türk tayfasının adı Cənub- şərqi Avropa çöllərində Bizans və rus mənbələrində təhrif olunmuş şəkildə peçeneqlərdə və qıpçaqlarda qeyd olunmuşdur.
Tele. Gürcüstanda bir neçə yaşayış məntəqə adında qədim türk tayfalarından olan Tele tayfasının adı vardır. Bu etnonim Dəllər toponimində qalmışdır. X1X əsrdə Cənubi Qafqazda Dəllər adlı 9 kənd vardı. Tele tayfası Mərkəzi Asiyanın şərq hissəsində yaşamışdır. Eramızın V əsrində telelər Şimali Cunqariyada, Sələng çayı hövzəsində və Balxaş gölü ərazisində yaşayırdılar. V əsrdə 100 min alaçıqdan ibarət tayfa kimi telelər İrtış çayını keçərək qərbə irəliləmiş və dövlət yaratmışlar. VII-VIII əsrlərdə onlar Tokuz-Oğuz adı ilə məşhur olmuşlar(bax: İstoriə Tuvı. M.1964, s.69).Ehtimal ki, Azərbaycana məhz oğuzların tərkibində gəlmişlər.
Tele etnonimi Gürcüstan ərazisində həm Dəlilər(əsli Təlilər), həm də Tele formasında əksini tapmışdır. Qardabani rayonununda Muxaran-Teleti(tele etnonimindən və gürcücə məkan bildirən “eti” şəkilçisindən ) kəndi vardır.
Gürcüstanda türk tayfalarının məskunlaşma tarixi ilə bağlı problemlər çoxdur. Onlardan biri orada yaşayan tayfaların xristian və islam dinlərinə keçmələri məsələsidir. Mə’lum olduğu kimi, Gürcüstanda 1V əsrdə xristian dini yayılmağa başlamışdı və bu vaxt orada əlbəttə, yuxarıda deyilənlərdən göründüyü kimi, türk tayfaları yaşayırdı. Şübhəsiz ki, eranın ilk əsrlərinə qədər gəlmiş türk tayfaları içərisində də bu din yayılmalı idi və nəticədə həmin tayfaların müəyyən hissələrinin assimilə olunması prosesi başlanmışdı.
VII əsrdən sonra Qafqazda islam dini yayılmağa başlanır. Ehtimal ki, Albaniya ilə həmsərhəd bölgələrində yaşayan türk tayfaları da islama keçmiş və bununla da assimmilə prosesindən kənarda qalmışlar. 1X-XII əsr ərəb müəlliflərinin Tiflisi müsəlman şəhəri adlandırmaları da bununla əlaqədardır. Məsələn, ərəb müəllifi İbn Havqəl yazır ki, “Tiflisin əhalisi müsəlmandır “ (9,s. 110).
Gürcüstan ərazisində orta əsrlərdə yaşayış məntəqələri ərəb dilində qəryə “kənd” və bə’zi hallarda türk dillərində qara “camaat”, “el” sözü ilə ifadə olunurdu. Sonra bu söz yaşayış məntəqə adlarının tərkib hissələrinə çevrilmişdir. Kənd icmasının yaşadığı məntəqənin adı kimi qəryə sözü bir qayda olaraq əvvəldə dururdu və sonralar bu söz “qara” formasını kəsb etmişdir. Qəryə sözünün toponimlərdə əksini tapması prosesi XIII-X1V əsrlərdə baş verdiyini güman etmək olar (188,s.290-298). Yaşayış məntəqə adlarının “qəryə“ sözü ilə ifadə olunmasına və bu sözün yaşayış məntəqə adlarının tərkib hissələrinə çevrilməsinə Gürcüstanda Ermənistanda və Azərbaycanda bir sıra kənd adlarında rast gəlinir.
Gürcüstanda bə’zi kənd adlarının əvvəlində “ağ” sözü vardır. Tədqiqat göstərir ki, müsbət və mənfi relyef formalarını bildirən oronimlərdə bu söz süxurun rəngini bildirdiyi halda, kənd adlarında ərəbcə əxi “qardaş” ( Cufi ordeninə mənsub adamlara və dərvişlərə verilən addır) sözünün təhrif formasıdır. Orta əsrlərdə dərviş cəmiyyətlərinin üzvləri biri-digəri üçün əxi “qardaş” adlanırdı və islam hökmdarları onlara əkin sahələri və hətta kiçik məntəqələr, az sayda ailələr bağışlayırdılar. Bu yolla yaranmış məntəqə adlarının əvvəlinə “əxi” sözü əlavə olunurdu və sonra bu söz danışıqda “aq” formasını kəsb edirdi. Borçalı bölgəsində 1727-ci ilə aid mənbədə Əxilik kimi yazılan kənd indi “Axalıq” adlanır.
Orta əsrlərə aid gürcü mənbələrində Gürcüstan ərazisində , o cümlədən Borçalı bölgəsində bir sıra yaşayış məntəqələrinin adları “şen” (gürcücə yazılışda “şeni”) sonluğu ilə bitir. Məsələn, 1X-XV əsrlərə aid gürcü mənbələrində Axalşeni (111,117), Beşkanaşeni(1111, 103), Marmaşeni (yenə orada), Ormaşeni(yenə orada), Padaşeni (111,105), Sauqalaşeni (111,127) və Xodaşeni(111,106) kənd adları çəkilmişdir.1590-cı və 1727-ci ilə aid türkcə mənbələrdə Borçalu bölgəsinin Loru nahiyəsində Çəkrəşən(Çəkrəşin) və Otarşen kənd adları çəkilir (241). Özlüyündə aydındır ki, bu kənd adlarında ermənicə şen “kənd” sözü ola bilməzdi. Şübhəsiz ki, gürcü mənbələrində sonu “şeni” sözü ilə bitən bütün kənd adları gürcücədir və həmin kəndlərin əhalisi də elə gürcülər idi. Gürcü dilində şen(i) “tikilmiş” deməkdir (226,151). Məsələ ondadır ki, qədim türk dillərində də şen sözü “qaynar həyatlı yer”, “becərilən yer” mə’nasındadır (153,67). Azərbaycan dilinin dialektlərində şenlik “abad yer”, “tikintili yer”, “oturaq kənd” mə’nalarındadır. Beləliklə, gürcü və türk dillərində “şen” sözünün mə’naları demək olar eynidir. Qeyd edilməlidir ki, xəzərlərin Saksin və Sarışin şəhər adlarında da bu söz vardır. Əslində erməni dilindəki “şen” sözü elə türk dillərindən keçmədir.
Yuxarıda deyilənlərdən görünür ki, gürcü dilində kənd adlarında şen sözünün türkmənşəli olduğunu deməyə əsas olmasa da, orada türkdilli tayfaların yaşadığı bölgələrdə kənd adlarında (məsələn, Çəkrəşen kənd adında) türkmənşəli “şen“ sözünün əks olunduğu şübhəsizdir.
Gürcüstanda həm ayrılıqda, həm də mürəkkəb toponimlərdə “çala” sözü geniş yer tutur: Ağçala, Alaçala, Salakrosçala, Yux. Avçala, Quluçala, Sariçala, Avçala, Ortaçala və b. Şübhəsiz ki, bu söz türk mənşəlidir. Azərbaycanda Neftçala, Qaraçala və b. toponimlər vardır (lüğətdə Aqçala toponimində Azərbaycandan misallar göstərilmişdir). Gürcü dilində çala “vadi”, “çay sahili meşəlik” mə’nasındadır. Eynilə bu mə’nada “çalı” formasında bu söz Osmanlı türk dilində vardır. Azərbaycan dilində isə çala “çökək yer”, “yağış və qar sularından əmələ gəlmiş sucaq yer” və s. deməkdir.Lakin tədqiqat göstərir ki, toponimlərdə “çala” sözü türk dillərində çalı “ su sahili kolluq” sözündəndir. Lüğətdə bu barədə deyilmişdir (Bax Ağçala).
Eyni sözü Gürcüstanda türk toponimlərində tala sözü haqqında demək olar: Axtala, Baytala, Saburtala, Salerktala, Kaşkatala,Kiçik Aqtala, Köhnə Aqtala, Qaratala və b. Lüğətdə Aqtala toponimində Azərbaycandan misallar göstərilmişdir.
Gürcüstanda türkmənşəli toponimlərdə “tur” və “dur” formalarında qədim türk mənşəli tör “yüksək dağ örüşü” sözü əksini tapmışdır: Ziqator, Qaraxtur, Sabadur, Türkakatur, Qalavdur və b., Azərbaycanda Zavazadur (Zəngəzurda), Çomaxtur (Naxçıvanda) və b.
Gürcüstanda türk toponimlərində qədim türkmənşəli ir “dağın gün düşən tərəfi” və in “mağara, oyuq” (Kalakin, Sananin, Kamakin və b.) sözləri də var.
Gürcü dilində qədim türkmənşəli sözlər. Qafqazda yaşayan bütün xalqların dillərində çoxlu miqdarda qədim türk sözləri vardır. Qədim erməni, müasir ləzgi, lak, avar, talış, tat və udin dillərində indi Azərbaycan dilində və onun dialektlərində olmayan qədim türk sözləri barədə yazılmışdır.
Gürcü dilində türkmənşəli sözlərin iki mənbəyi vardır: 1) Gürcüstan ərazisində eradan əvvəlki əsrlərdən başlayaraq məskunlaşmış türkmənşəli tayfalardan müxtəlif vaxtlarda mənimsənilmiş sözlər;2) Gürcüstanda yaşayan azərbaycanlılardan keçmə sözlər. Gürcü dilinə keçmiş qədim türkmənşəli sözlərə bir neçə misal göstərmək olar.
VII əsr alban tarixçisi Musa Kalankatlı Şimali Qafqazda yaşayan hunlarda Kuar allah adını qeyd etmişdir (Alban tarixi,11 kitab,34-cü fəsil,). Tədqiqatçılara görə hunlarda Kuar ildırım allahının adı idi. Maraqlıdır ki, urartulularda (e.ə. 1X-VII əsrlər) da bir allah Kuera adlanırdı(260,373). Məşhur gürcü tarixçisi Q.A. Melikişvili qədim gürcülərdə məhsuldarlıq allahının Kviria adlandığını və Urartu dilində Kuera allah adı ilə eyni olduğunu yazmışdır. (261,135). Qeyd edək ki, urartulularda Kuera allahı “Göy allahı” və hunlarda Kuar “İldırım allahı” ilə gürcülərdə Kviria məhsuldarlıq ( yağışın yağması ilə məhsuldarlıq) allahı arasında əlaqə göz qabağındadır. Göründüyü kimi Kuar, Kuera və Kviria eyni allah adıdır. Şübhəsiz ki, eranın əvvəllərində Mərkəzi Asiyadan gəlmə hunlar Kuar allah adını nə urartululardan, nə də gürcülərdən götürə bilməzdilər.
Çox maraqlı bir gürcü-türk izoqlossu da diqqəti cəlb edir: bir sıra türk dillərində toba “göl” sözü ilə gürcü dilində tba “göl” sözü ehtimal ki,eyni mənşəyə malikdir.
Gürcü dilində qədim türkmənşəli sözlərdən biri “ar”,ər “kişi”, ”döyüşçü”, “igid”, “mühafizəçi“ (ailəni,eli) sözüdür.Gürcü dilində eri(türkcə “ər” sözündən və gürcücə “i”-adlıq hal şəkilçisindən ibarətdir. Bu söz qədim gürcü məbələrində o cümlədən, məsələn, Leonti Mrovelinin əsərində çəkilmişdir (170,26). Gürcü tədqiqatçılarına görə bu söz (yə’ni “eri”) sözü “azad icma üzvü”, “döyüşçü”, “icma” və “qoşun” mə’nasında idi (164,398). Gürcüstanın erkən orta əsrlər tarixinə aid mə’lumatda deyilir ki, “ u kacdoqo krupnoqo feodala bılo teperğ svoi voyska “gri”, s. kotorım tot bıl obğəzan pri nadobnosti əvlətğsə k üarğö" (180,518). Buradan aydın görünür ki, gürcülərdə erilər (ər’lər) hərbi dəstə (şərqi slavyanlarda “drucina”, oğuzlarda “yoldaş” ) mə’nasında idi.
Gürcü tarixşünaslığında “er” sözünün kökü barədə müxtəlif fikirlər söylənilmişdir. Bir fikrə görə, bu söz gürcülərin qonşuluğunda yaşamış Alban tayfası “Her”lərin adı ilə bağlıdır(Bax:170,s.42,qeyd 4 ). Lakin bu fikir inandırıcı deyil. Əslində yuxarıda deyildiyi kimi, gürcü dilində “eri” (döyüşçü) sözü qədim türkmənşəli er, ər- “döyüşçü”, “qoruyucu”, (bax:206, 1 c.) sözündən və gürcü dilində “i” adlıq hal şəkilçisindən ibarətdir. Deməli, “eri” sözünün albanların “Hər” tayfasının (bax aşağıda) Gürcüstanda feodal cəmiyyətində rolu ilə bağlı olması fikri yanlışdır.Gürcü tədqiqatçıları yazırlar ki, erilər gürcü ordusunun nüvəsini təşkil edirdilər (164, 398). Qədim gürcü dilində eristavi sözü (qədim gürcü mənbələrində eristavi titulu 1057-ci ilə aid sənəddə çəkilmişdir-111,33), eris- yə’ni “ərlərin” və tavi (başçısı) sözlərindən ibarət olmaqla “ordunun başçısı”, dəqiq deyilərsə, “ərlərin başçısı” mə’nasında idi (180,1,335). Gürcü dilində eristavi (qədim forması həm də erismtavar “ərlərin knyazı”) sözü erməni dilindəki naharar (fars dilində nahadar sözündən) səzü ilə mə’naca eyni idi. Qədim gürcülərdə eristavi aznaurilərin yuxarı zümrəsini təşkil edirdi. Sıravi kişilər isə tsvrili eri “xırda ərlər” adlanırdı. Gürcüstanda IV-V əsrlərdə feodalizm münasibətləri inkişaf etməyə başlamışdı. Feodal gürcücə aznaur ( fars dilində azna sözündən və gürcü dilində “uri” şəkilçisindən) adlanırdı. Aznaur (bu titul hələ V əsrə aid gürcü mənbələrində çəkilmişdir) ümumiyyətlə “məşhur” , “şöhrətli” mə’nalarında idi və fars dilində azat (azad) sözü ilə sinonim təşkil edirdi. Qədim gürcülərdə erismtavar (ərlərin başçısı) ordunun komandanı idi. 654-cü ildə ərəb ordusu Kartliyə hücum etdikdə gürcü çarının razılığı ilə erismtavar ərəb sərkərdəsi Müaviyəyə hədiyyələr vermiş və onunla sülh müqaviləsi bağlamışdı(121,70-71).Deyilənlərdən aydın olur ki, qədim gürcü dilində er(i) sözü qədim türkmənşəli er, ər “kişi, “döyüşçü” və s. sözündən ibarətdir. Gürcü dilində “ə” səsi olmadığına görə türk dillərindəki ər sözü “er (i)” formasını kəsb etmişdir. X1-əsr mənbəyində qeyd olunduğuna əsasən demək olar ki, “Eri” sözü eranın 1 minilliyində mənimsənilmişdir. Ehtimal ki, qədim gürcücə mtavar, ermənicə qlxavar və rus dilində qlavar (hər üç söz “başçı” mə’nasındadır) sözlərinin sonluqlarında da elə qədim türk mənşəli ar(ər) “kişi”, “döyüşçü” sözü daşlaşıb qalmışdır.
Qədim gürcü mənbələrində (X1-XIII əsrlər) uci (türk dillərində uc “sərhəd” və gürcücə “ i” şəkilçisindən), çələbi “müqəddəs”, corca (türk dillərində yorqa), balta, arqançı (erkənçi), teimurçi (dəmirçi), ata, buqa və b. sözlər əksini tapmışdır (115,s. 25-26). Qədim zamanlardan gürcü dilində işlənilən tamada (şadlıq məclisinə başçılıq edən) sözünün qədim türkmənşəli olduğunu( bu söz türk dillərində tam və ata sözlərindən ibarətdir ) akademik M.Şirəliyev yazmışdır.
X1-XV əsrlərə aid gürcü yazılı mənbələrində tamqa(pul) , tarxan, ulak, ulus və b. qədim türk sözləri əksini tapmışdır (111). Həmin mənbələrdə bu sözlərin gürcü dilində işləndiyi qeyd olunur.
Gürcüstanda türkmənşəli toponimlərin tədqiqi nəticəsində aydın olmuşdur ki, gürcü dili əsasında yaranmış adlarda qədim türkmənşəli “düşərgə” , “yaşayış yeri” mə’nasında “ev” sözü əksini tapmışdır ( məsələn, Kulevi). Deməli, bu söz qədim gürcü dilində olub. Qeyd edilməlidir ki, “iv” formasında bu söz Urartu mənbələrində Göycə gölü hövzəsində çəkilən bir sıra “ölkə” adlarında da vardır. Bu adlarda ”iv” sözünü həm də “ev” kimi oxumaq olar, ona görə ki, Urartu dilində “e” və “ i” səsləri eyni işarə ilə yazılırdı. Q.A.Melikişvili(164,121) Dağıstanda Qunib , Kaxib, Arçiv, Tsurib və b. kənd adlarının sonluqlarını təşkil edən “ib” komponenti əsasında belə fikir irəli sürmüşdür ki, Göycə hövzəsində o vaxt Dağıstandilli əhali yaşayırdı. Əslində Göycə hövzəsində sonu iv(ev) sözü ilə bitən yaşayış məntəqə adları göstərir ki, Göycə hövzəsində hələ e.əv. VIII əsrdə türkdilli əhali yaşayırdı; digər tərəfdən, Dağıstanda sonu “ib” sözü ilə bitən kənd adlarının özləri qədim türkcə ev (iv) sözündən ibarətdir, yə’ni Dağıstandilli xalqlar bu sözü qədim türklərdən götürmüş və toponim yaradıcılığında istifadə etmişlər.1447-ci ilə aid gürcücə sənəddə Teymurləngin Gürcüstana hərbi səfəri ilə əlaqədə “ulus” sözü işlədilir(111,158). 1470-ci ilə aid mənbədə atabaq(atabəy) sözü vardır (Avaq Atabaq) (111,73).Gürcü çariçası Tamaranın sərkərdə Mxarqdzeliyə “atabaq” titulunu verməsi mə’lumdur (144,1,s.306).
Müasir gürcü dilində isə çoxlu Azərbaycandili mənşəli sözlər vardır: abi(həb, dərman), avara, adamiani (adam), adati(adət), azizi (əziz), alaqapı(alaqapı), almazi (almaz), alubali (albalı), aluça (alça), amaqi (əməg), ambari (ambar), aramzada həramzada), arxaluqi (arxalıq), arxi (arx), askili(əzgil), asli(əsli), axmaqi(axmaq), aşkari(aşkar), aşuqi(aşıq), baqi(baq), baqmazi(bəhməz), badimcani (badımcan), baiquşi(bayquş), bairaqi(bayraq), bairami(bayram), balqami(bəlqəm), bamba(pambıq), bostani(bostan), boxça(boxça), buqa, bürqi(burğu), vada(vədə), varami(vərəm), qaribi (qərib), qasabi(qəssab), qirmizi(qırmızı), qemi (gəmi), qiçi (gic), qişlaqi (qışlaq), qonaqi(qonaq), qulpi(qulp), qumani (guman), qumbati (gümbəd,gümbəz), qunda(gündə), dai(dayı), davtari(dəftər), daqi(dağ, damğa), dapi(dəf), dampaça( tapança), dapna(dəfnə), dardi(dərd), diax ki... (deyək ki), dinsi(dinc), dovlati(dövlət), dol (döl). doşaki (döşək), duqma (düymə), düduki(tütək), duki(dügü), dükani(dükan), eivani(eyvan), elçi(elçi), eşxi(eşq), zambaqi(zambaq), ziani(ziyan), zoli(zol), zorba (zorba), ialaqi(yalaq), ialkani(yelkən), iaraqi( yaraq), iataqi(yataq), imedi(ümid), iorqa(yarğa), ispanaxi(ispanax), itsara(icarə), iurti( yurt, yurd), kaitani(qaytan), kala(qala), kalami(kələm), kamandi(kəmənd), kameçi (gamış), kamari(kəmər), kaptari(kaftar), karani (kərə yağı), kaudci(qayçı), kaçaqi(qaçaq), kvaxi( qabaq,balqabaq), kisa(kisə), kişmişi(kişmiş), koki(kök), kolqa(gölgə), komaqi( köməg), kondaqi(qundaq), kopaqi(köpək), koçi(köç), kurki (kürg), kuçi(güc), lavaşi(lavaş), laşkari(ləşkər), leşi(leş), lukma(loğma), lula(lülə), manqali(manqal), madani(mə’dən), maimuni(meymun), maneti(manat), masxari(masxara, məsxərə), matuli(məftil), maşa(maşa), misxali(misqal), mixaki(mixək), muqaiəti(muqayat), mudam(müdam, həmişə), murabe(mürəbbə), mutaki(mütəkkə), muxannati( müxənnət), nabati(nabat), nava(nəvə), naqara(nağara), naqdi (nağd), nali(nal), namusi(namus), naxiri( naxır), niqabi(niqab), nişani(nişan), nusxa(nəsxə), odcaxi(ocaq), ostadi(ustad), otaxi(otaq), olka(ölkə), pai(pay), palavani(pəhləvan), pandi (fənd), papaxi(papax), parda(pərdə), parça(parça), plakani (pilləkən), peşkaşi (peşkəş), plavi(plov), poladi(polad), puli(pul), sabuti(sübut), saqi (sağ), sadi(sadə), sanqari(səngər), sapra(safra), sanduxi (sandıq), sini (sini), sila(sillə), sumbuli(sümbül), susti(süst), suiqma (su yığma, su yığılan yer), tabaşiri(tabaşir), tadariqi(tədarük), tadbiri(tədbir), takari(təkər), tam(dam), tamami(tamam), tari(tar), tarixi(tarix), tarxuni(tarxun), tarçumani (tərcümən), tasi(tas), taşti(teşt), tolma(dolma), tolça(dolça), toxli(toğul), tombako(təmbəki), tuti(tut), tusaqi(dustaq), tutiquşi(tutuquşu), tutini(tütün), tudci(tunc), tsapi(sap),tsari(çərik, qoşun), tsarima(cərimə), tsibi(cib), xava(hava), çadri(çadra), çaidani(çaydan), çalmiani(çalma ilə), çamça( çömçə), çanaxi(çanax), çanqali(çəngəl), çarçi(çərçi, alverçi), çekme(çəkmə), çepiçi(çəpic), çubuxi( çubuq, qəlyan), çiti (çit), çıraqdani(çıraqdan), çirk(çirk), çixirtma(cığırtma), çopuri(çopur), uzanqi(üzəngi), uti(ütü), unari (hünər), şairi (şair), şali (şal), şarbati (şərbət), şarvali(şalvar), şeirdi (şagird), şişaqi(şişək) və s. (75,98;100-107; 141; habelə bax: Kankova M.V. Kratkiy russko-qruzinskiy slovarğ, Tbilisi, 1965).
Doğrudur, bu sözlərin bə’ziləri ərəb və fars mənşəlidir. Lakin gürcülər bu xalqlarla ərazicə tamasda olmadıqlarına görə, həmin sözləri birbaşa onlardan qəbul edə bilməzdilər. Bu sözlər məhz azərbaycanlıların tələffüz etdikləri formalarda qəbul olunmuş və gürcü dilinin fonetikasına uyğunlaşdırılmışdır. Maraqlıdır ki, gürcü dilində olan abi, aluça, baqmazi, qemi, duki, iurti, kaudci, koçi, sanqari, tam, tolça, tudci, tsari, çarçi və uzanqi sözləri məhz qədim türk dillərində tələffüz formalarını saxlamışdır.
Uzun tarixi müddət ərzində türkdilli tayfalarla yanaşı və qarışıq yaşamaları nəticəsində gürcülərdə çoxlu miqdarda türk şəxs adları da həm qədimdə, həm də indi işlənməkdədir.
Bu şəxs adları iki yerə ayrılır: sırf qədim türk şəxs adları və azərbaycanlılardan götürülməş şəxs adları. Maraqlıdır ki, ikinci hissəyə ayrılan şəxs adlarının bə’ziləri islam dini vasitəsilə azərbaycanlılara keçmiş ərəb mənşəli adlardır. Deməli, gürcülər bu adları yalnız azərbaycanlılardan götürə bilərdilər.
Gürcüstanda dövlət e.ə. III əsrdə yaranmışdır. İlk gürcü çarı mənbələrdə Azo adlanır(164,47).”Kartlisay moksevay” adlı gürcü mənbəyində qeyd olunur ki, Azo özgə tayfadandır(yə’ni yerli, gürcümənşəli deyil) və o, kartvelləri sıxışdırırdı (164,47). Azo şəxs adı e.ə. 719-cu ildə Cənubi Azərbaycan ərazisində Manna dövlətinin hökmdarı Aza şəxs adı ilə eynidir. Manna hökmdarının adının mənşəyi barədə İ.Əliyev yazmışdır ki, hürrimənşəlidir. E.A.Qrantovskiyə görə bu ad İran dillərində az “aparmaq” sözündəndir (252,246).Əvvələn, müəllif bilmir ki, az sözü mənşəcə türk sözüdür və məsələn, elə Azərbaycan dilində azmaq, azman və azdırmaq sözlərində iştirak edir. İkincisi, “aparmaq” fe’lindən şəxs adının yaranması ağlabatan deyil. Əslində sonunda “y” səsinin düşməsi ilə bu ad türkmənşəli Asay şəxs adı türkcə as-“iltifat” “nəvaziş”, ”ağıl”, “dərrakə” (206,1,191) sözündəndir. V əsrdə Albaniyada bir hökmdarın adı Asay idi. Erkən orta əsrlərdə xakasların xaqanı Aco, uyğur xaqanlarından Aço, oğuzlarda Azay şəxs adları ilə eynidir. Deməli, ilk gürcü çarı etnik mənsubiyyətcə türk idi. Bunu həm mənbədə Azonun yad tayfadan olması, həm də yerli Farnavaz adlı hakimin ona qarşı çıxması (164,47) mə’lumatı göstərir.
E.ə. 65-ci ildə Roma ordusu Qney Pompeyin başçılığı ilə Cənubi Qafqaza hücum etmiş, albanlarla və iberlərlə vuruşmuşdur. Bu zaman Kartlidə hökmdar Artak adlı bir şəxs idi (164,51). Artak şəxs adı türk dillərində ər “igid”, “döyüşçü”, “kişi” və tak “sanki”, “təkin” sözlərindən ibarətdir. Artak şəxs adı Midiyada da mə’lumdur.
Gürcü mənbələriYdə deyiAir ki, lrtakın atasının adı Artaşes idi. Artaşes şəxs adı türkcə Ərtaş şəxs adından və qədim yunanca sonuna əlavə olunmuş “es” adlıq hal şəkilçisindən ibarətdir.
Eramızın ilk əsrlərində Gürcüstanda bir neçə çar Bakur adlanırdı. Vaxuşti Bakur çar adlarını çəkmişdir: 1 Bakur(231-296); II Bakur(514-528);, III Bakur (557-570)(bax: 93). Yuxarıda biz III əsrdə şimaldan Gürcüstana bir türk tayfasının Çin Bakurun başçılığı ilə gəldiyini və onun sonra həmin başçının adı ilə “Çinli” (yə’ni Çin Bakura mənsub) adlandığını demişdik. Şübhəsiz ki, Çin Bakur türkmənşəli addır. Görünür, sonra bu şəxs adı qədim gürcülərə də keçmişdir və ona görə də yuxarıda adlarını sadaladšğımız ç1rlar etnik mənsubiyyətcə, şübhəsiz, gürcü olsalar da, adları türkcədir.Q.A.Melikiişviliyə görə “ Moktsevay Kartlisay”da Kaspi şəhərinin adı çəkilir və qeyd olunur ki, çar Arsuk (eranın 1 əsrin sonu) “vzəl Kaspi i vosstanovil uplisüix(krepostğ qospodina)(164,439). Arsuk (Arçuk) şəxs adı türkmənşəlidir.
Gürcü tarixçiləri yazırlar ki, Qney Pomney Cənubi Qafqazda olarkən (e.əv. 66-65-ci illər) Kolxidanın hakimi Oltakı tutub Romaya aparmışdı(164,300). Oltak türkmənşəli addır. Yuxarıda biz Kolxidanın bir hökmdarının Aeta( yə’ni Ata) adlandığını da qeyd etmişik.
X1-XV əsrlərə aid gürcü mənbələrində bir sıra türk şəxs adları çəkilir. Bu şəxslər Gürcüstanda yaşayırdŹlar. Aqbuqa-Raçin mahalının eristavisi, yəni ordu başçısı (111,139). Bu ad XII əsrdə Dağlıq Qarabağda Xaçın knyazlığının hökmdarı Əsən Calal-üd Dövlənin nəvəsi Ağbuğa, Sultan Əhməd Cəlairinin(1371-1410) oğlu Ağbuğa(40,5) və b. türk şəxs adları ilə mə’naca eynidir. Asanadze Mamia (111, 127), onun adı qədim türk dillərində əsən “sağlam” sözündəndir. Qarakanidze (Qaraxan şəxs adından) (51,93); Canibək(111,127); Paratbeq(51, 930(Farhadbeq adının gürcücə tələffüzü); Tumanaşvili(111,196), Mahmadbeq(111,196) və b. Gətirilən şəxs adları türkcədir, lakin biz demək istəmirik ki, bu adları daşıyanlar etnik mənsubiyyətcə də türk idilər. Məsələn, 1402-ci ildə Əmir Teymurun Gürcüstana hərbi səfəri zamanı Berd qalasının alınması göstərildikdə, onun gürcü başçısının Tural adlandığı qeyd olunmuşdur(40,24). 1470-ci ilə aid sənəddə İasi-Buqa şəxs adı çəkilir(111,139). 1470-ci ilə aid sənəddə Tarxan adı çəkilmişdir(111,146).1563-1600-cı illər arasındakı hadisələrdə “qədimdən Gürcüstanın taxtgahı və darülmülkü Tiflis qalasının” hakiminin adı Davudxan kimidir. Deməli, gürcülər bu adları uşaqlarına vermişlər. Onlar bu adları təmasda olduqları türkdilli tayfalardan götürə bilərdilər. Gürcü mənbələrində çariça Tamaranın vəziri Qutni Aslan (Əsli Qutlu Aslan) adlanmışdır (73,45). Bu ad şübhəsiz qutlu “həyat qüvvəsinə malik olan Aslan” mə’nasındadır. Qutlu türk sözü indiyədək gürcü dilində “qetli” formasında qalmışdır(yenə orada). Qədim gürcü mənbələrində beqi(beq, bəy) sözü də öz əksini tapmışdır və ona görə də bu mənbədə Beqlər, Çapar, Buqa və b. şəxs adları vardır(yenə orada).
Deyilənlər gürcü xalqının bir tərəfdən Azərbaycan xalqı ilə, digər tərəfdən Gürcüstan ərazisində müxtəlif tarixi dövrlərdə məskunlaşmış türk tayfaları ilə qarşılıqlı əlaqələrinin qədim tarixə malik olduğunu göstərir.
11 F Ə S İ L
BİR TARİXİ ƏSƏRƏ ELMİ BAXIŞ
Biz bu fəsildə D.L.Musxelişvilinin 1982-ci ildə nəşr edilmiş “Şərqi Gürcüstanın (Şaki və Qoqarena) tarixi coğrafiyası“ əsərində qoyulmuş elmi problemlərdən, ən əsası isə bu əsərdə tarixin təhrif olunmuş problemlərindən bəhs edəcəyik (175).
Bə’zi gürcü tarixçilərinin əsərlərində deyilir ki, Kürün sol sahil Albaniyasının qərb hissəsi gürcü ərazisi olmuşdur(məsələn bax: 228, 3; 183).Guya Azərbaycanın Zəyəmçaydan Gürcüstan sərhəddinə qədərki qərb bölgəsi (Qazax-Ağstafa bölgəsi) və şimal-qərb bölgəsi (Şəki-Zaqatala bölgəsi) X1-X11 əsrlərə qədər gürcülərin tarixi ərazisidir. Bu baxış gürcü tarixçisi D.L. Musxelişvili tərəfindən irəli sürülmüşdür (175). Gürcüstan azərbaycanlılarının etnik tarixinin və toponimiyasının araşdırılması ilə əlaqədar olaraq bu məsələyə toxunmaq zərurəti yaranır.
Azərbaycanın qərb bölgəsinin ( Zəyəmçaydan Gürcüstana qədər) güYcü torpağı olması haqqında D.L. Musxelişvilinin mülahizəsi qismən F. Məmmədova tərəfindən araşdırılmışdır (157,117-123).
D.L.Musxelişvilinin Azərbaycanın qərb bölgəsinin gürcü torpağı olması fikri 1X-XIII-əsr ərəb mənbələrində Bərdədən 14 fərsəhlikdə ( təxminən 85-90 km-likdə) çəkilən və Bərdiç adlandırılan çayın Zəyəmçayla lokalizə etməsinə və onun Xramçayın digər adı olan Berduc hidronimi ilə eyniləşdirilməsinə və X1 əsrə aid gürcü mənbəyində Kartlinin Berduc çayı ilə sərhədlənməsi mə’lumatına əsaslanır (175,7). Halbuki, Bərdiç ( Zəyəmçay) və Bərduc (Xramçay) ayrı-ayrı çaylardır.
Bərduc(Xramçay) adının həmin çayın üstündə Bərduc qala adından olduğunu elə XV11 əsr gürcü müəllifi Vaxuşti göstərmişdir. O yazır ki, Bərduc Debede( Xramçay) üstündə şəhərdir(93,36). Deməli, Xramçayın həm də Bərduc adlanması oradakı Bərduc qalasının adı ilə şərtlənmişdir. Həmin Bərduc isə başqa mənbələrdə Ağcaqaladır. Aydındır ki, Bərdədən 14 fərsəxlikdə olan Bərdic ilə Bərduc qala ( və onunla bağlı çay) adlarının yalnız zahiri oxşarlığı Azərbaycanın qərb bölgəsinin (Zəyəmçaydan Gürcüstana qədərki hissəsini) tarixən gürcü ərazisi sayılması üçün əsas vermir. Nəzərdən qaçırılır ki, nə Bərdic və Bərduc çay adları, nə də eramızın 1 minilliyində bu bölgədə mə’lum toponimlər (Qardman, Kava, Kolt, Kazak, Tovuz, Xalxal, Xunan, Şəmkur,Kür və b.) gürcbcə deyiu.
D.L.Mlsxelişvili Azərbaycanın qərb bölgəsinin bir də ona görə gürcü ərazisi hesab edir ki, mənbələrdə Albaniyada V əsrdən mə’lum olan Xunan qalasını (Tovuz rayonunda) Xramçayın Kürə töküldüyü yerdə mövcud olmuş Xunan qalası ilə lokalizə edilir. Vaxuşti yazmışdır: "Nice Nacbadina naxoditsə Xunani, s vostoka i severa omıvaetsə Kuroö, s öqax Küiey; postroen qorod-krepostğ Kartlosom v naçale on nazıvalsə Mtkvrisüixe, vposledstvii Xunani; nıne ce maqometane nazıvaöt eqo Kızkala... On stoəl na okraine (Kartli)"(93,47). Deməli, müəllif mənbələrdə Xunan adlı iki qalanın olduğunu nəzərə almamış, Gürcüstanın sərhəddində (Xram çayın Kürə töküldüyü yerdə) olan Xunanı Tovuz rayonunda,Kürün sağ sahilində yerləşən və Torpaqqala adlanan Xunanla eyniləşdirmiş və beləliklə Qazax-Tovuz bölgəsinin gürcü ərazisi olması nəticəsinə gəlmişdir.
Göründüyü kimi, D.L. Musxelişvilinin ikinci arqumenti də elə gürcü mənbələri ilə inkar edilir.
Yuxarıda deyildiyi kimi, D.L.Musxelişvili Qəbələ(keçmiş Qutqaşen), Oğuz (keçmiş Vartaşen), Şəki, Zaqatala , Qax və Balakən rayonlarının ərazilərini də Gürcüstanın “tarixi üzvi hissəsi” hesab edir(175, 65) və aşağıdakı fikirləri irəli sürür: hələ 1 əsrdə Strabondan mə’lum olan Qoqarenada (Quqarkda) yaşayan quqarlar gürcüdillilər idilər; XIII-əsr erməni müəllifi Vardan yazıb ki, Şəki quqarların vilayətidir, deməli, Şəki şəhəri və əyaləti gürcülərindir; VIII əsrdə gürcü çarı Arçil Nuxpati adlı yerdə kilsə tikdirmişdir, həmin Nuxpati indi Azərbaycandakı Nuxa (Şəki) şəhəridir; Azərbaycanın Ağsu rayonundakı Gürcüvan kəndinin adında “gürcü” etnonimi əks olunmuşdur; Zaqatala və Qax rayonlarında yaşayan ingiloylar (əsli yeniqeloylar) da gürcü tayfalarıdır və s. Müəllifin bu yanlış fikirlərini nəzərdən keçirək.
Quqarlar sakların içərisində e.əv.VII əsrdə gəlmiş türklərin bir hissəsinin adı idi (Bax:13). Bəs D.L. Musxelişvili nəyə əsasən quqarları gürcümənşəli hesab etmişdir? O yazır ki, Strabonun qeyd etdiyi Qoqarena (erməni mənbələrində Quqark, Ermənistanda 1988-ci ilə qədər azərbaycanlıların yığcam halda yaşadığı rayonlardan biri) və İoan Drasxanakertlinin(X əsr) Dəryal keçidi bölgəsində qeyd etdiyi Quqark eyni əyalətdir (175,9-15). Bu fikir düz deyil! Çünki Strabonun və V əsr erməni müəlliflərinin Ermənistanda qeyd etdikləri Quqark Gürcüstanın cənub-şərqində(Pəmbək mahalında) yerləşdiyi halda, Drasxanakertlinin qeyd etdiyi Quqark ondan xeyli şimaldadır və əlbəttə,I əsr müəllifi Plininin Şimali Qafqazda yaşadığını göstərdiyi qoqarlarla eynidir. Daha sonra D.L.Musxelişvili V əsr erməni müəllifi Moisey Xorenasinin qeyd etdiyi Quşar əyalətinin(onu Gürcüstanda Qucareti hesab edirlər) adını Quqar adı ilə eyniləşdirir (175,6), bu həqiqətən belədir: Qucareti rayonunun adı bəlkə də elə Quqar tayfası adının qədim gürcücə tələffüz formasıdır) və bu əyaləti Drasxanakertlinin Dəryal keçidində qeyd etdiyi Quqarkla birləşdirir. Əslində bu əyalətlər quqarların qədim Gürcüstanda məskun olduqları müxtəlif mahallardır. Lakin D.L.Musxelişvili, görünür, belə hesab edir ki, böyük ərazi tutan Quqar əyaləti Gürcüstanın geniş bir hissəsini əhatə etmişdir.Bu səbəbdən də orada yaşayan əhali yalnız gürcü mənşəli idi. Deməli, quqarlar qədim gürcülərdir (175,14-15). Daha sonra D.L. Musxelişvili Kaxetini (Şərqi Gürcüstanı) də bu Quqar ərazisinə qatır. Kaxeti çarlığının bir müddət Azərbaycanın indiki Zaqatala bölgəsini əhatə etməsinə görə belə nəticə çıxarır ki, bu bölgə Gürcüstan ərazisi idi.
Əvvəla, Kaxeti (kaxların ölkəsi) tarixi şəraitdən asılı olaraq həm dar mə’nada Gürcüstanın şərqində əyaləti, həm də Gürcüstanın Albaniya ilə həmsərhəd bölgəsi idi. Heç vaxt Kaxeti Alazan çayının aşağı axarından solda Alban ərazisini əhatə etməmişdir (bax:170, qeyd 40-41). Sonra müəllif VIII əsrdə Kaxetiya hökmdarının “Nuxpati” adlı yerdə fəaliyyət göstərdiyini misal çəkərək, onu Nuxa (Şəki) ilə lokalizə edir.Əslində adı qədim gürcücə Nuxpati kimi yazılmış məntəqənin də Nuxaya (Şəkiyə) qəti surətdə dəxli yoxdur.Bu məntəqə Zaqatala rayonunda indiki Nuxbid kəndidir. Deməli, gürcü mənbəində bu adın “bid” komponenti “pat” kimi yazılmış və sonuna gürcü dilində “i” adlıq hal şəkilçisi əlavə olunmuşdur. D.L. Musxelişvilinin özü gürcü mənbəyindən bu mə’lumatı da verir ki, Nuxpati iki çayın arasındadır. Həqiqətdə də Nuxbid kəndi Zaqatala rayonunda Talaçay və Katexçay çayları arasında yerləşir və bu məntəqə Nuxa( Şəki) şəhərindən təxminən 75 km qərbdə yerləşir. Nuxbid kəndinin əhalisi avarlar və azərbaycanlılardır, Avar dilində Nuxbid “Yolayrıcı” mə’nasındadır. Azərbaycanlılar isə bu kəndə Yolayrıc deyirlər və indi bu kənd Zaqatala rayonunda Yolayrıc adlanır. Bu mülahizəmiz elə D.L.Musxelişvilinin qədim gürcü mənbəyindən gətirdiyi belə bir mə’lumatla təsdiqlənir ki, Arçil Zuqetidə(gürcü mənbələrində Zaqatala məntəqəsi və onun yerləşdiyi ərazi Zuqeti “Zuq ölkəsi” adlanır; bu toponimdəki “Zuq” sözü Zaqatala adnın “Zaq” komponentinin gürcücə yazılış formasıdır) fəaliyyət göstərirdi. Q.A.Melikişvili yazır ki, Arçil nuxpatilərin ölkəsində xristianlığı yaymışdır (164,130). Bu fakt da Nuxpati adlı məntəqənin Şəkidə (Nuxada) yox, Zaqatalada (Zuqetidə) olduğunu göstərir. Q.A.Musxelişvili isə yuxarıda deyildiyi kimi, Nuxbid kəndini, yə’ni Nuxpatini Nuxa(Şəki) ilə eyniləşdirir.
D.L.Musxelişvili qədim gürcü mənbəyindən belə bir mə’lumatı gətirir ki, Arçil Lakuasti dərəsində Kasri kəndində də kilsə tikdirmişdir (145,1, 243-244). O, bu Kasri toponimini Qax şəhərinin adı ilə lokalizə edir. Lakin bu səhvdir. Çünki Kasri və Qax müxtəlif adlardır. Qax şəhərinin adı elə gürcü mənbələrində Torağay (qala) kimi qeyd olunmuşdur(145, 11; 55,215) X1X əsrə aid rusdilli ədəbiyyatda Qax şəhərini adı Toraqay kimi göstərilmişdir.Mənbədə qeyd olunan Kasri isə İkinci Dünya müharibəsi illərində dağılmış Kusur(Zaqatala rayonu) kənd adının təhrifidir. Bu fakt da Arçilin Zaqatala(gürcü mənbəyində Zuqeti) rayonu ərazisində fəaliyyət göstərdiyini və beləliklə onun Nuxpati məntəqəsini Nuxa(indiki Şəki) ilə eyniləşdirilməsinin səhv olduğunu sübut edir.
D.L.Musxelişvili Azərbaycanın şimal-qərbinin tarixi gürcü ərazisi olduğu fikrini əsaslandırmaq üçün Ağsu rayonunda Gürcüvan kənd adını da fakt hesab edir. Gürcüvan kənd adının gürcü etnonimi ilə əlaqədar olması fikrini ilk dəfə V.F. Minorski söyləmişdir (168,34). Bu fikir səhvdir. 1988-ci ilə qədər Gürcüvan kəndində ermənilər yaşayırdı. Kənd isə XVIII əsrin ikinci yarısında Şirvan xanı Mustafa xanın Gürcüstanın Qurcaani mahalından gətirdiyi erməni ailələrinin yerləşməsi nəticəsində yaranmışdır. Deməli, Gürcüvan kənd adı “gürcü” sözündən ibarət deyil. Deməli, gəlmə ermənilər yeni məntəqəyə ondan əvvəl yaşadıqları Qurcaani kəndinin adını vermişlər. Başqa sözlə, Gürcüvan “Qurcaani” adının təhrifidir. Aydındır ki, Gürcüstanda “gürcü” etnonimi toponimlərdə əksini tapa bilməzdi. Gürcüstanın şərqində “Qurcaani” toponimi isə “qorçi” sözündən düzəlmiş addır. Səfəvilər dövründə şahların seçmə qvardiya döyüşçüsü “qorçi”, onların başçısı qorçibaşı adlanırdı. Qorçilər üçün xüsusi fərqlənmə əlaməti vardı: onlar saqqalı qırxır, amma uzun, sallaq bığ saxlayırdılar. Şahlar qorçilərə tiul kimi torpaq sahələri verirdilər. Ola bilsin, Qurcaani kəndinin yerləşdiyi ərazi qorçilərin tiulu(mülkü) idi. XVIII əsrə aid bir mənbədə Azərbaycandakı Gürcüvan kəndinin adı məhz Qurcuan şəklində qeyd olunmuşdur. Deməli, bu kəndin adındakı “van” sözü erməni dilində danışıqda yaranmışdır.Bu səbəbdən də Gürcüvan kəndinin adında ermənicə “vəng” sözü də ola bilməzdi. Gürcüvan kənd adının “gürcü” etnonimindən və vəng “kilsə” sözündən ibarət olması haqqında D.L.Musxelişvilinin fikri təsdiqlənmir.
D.L.Musxelişvili yazır ki, VII əsrin axırı-VIII əsrin əvvəllərində Alban katolikosu Narse Albaniyada xristian dininin diofizit təriqətini təbliğ etmək istədikdə gürcü katolikosu Talila çalışırdı ki, Alban(yə’ni Şəki) hökmdarını bu təriqətə cəlb etsin(175-33). Onun fikrincə bunun nəticəsində VIII-əsrin yarısında Şəki əyaləti Gürcü çarlığına birləşdirilmişdi (175-34). Guya Şəki əyaləti Kaxetiyaya daxil idi. Sonra 992-ci ilə aid mə’lumata əsaslanır ki, şəkililərin Şirvanşahlarla Qəbələ şəhəri ətrafında mübarizəsi məhz gürcülərin Kaxetiya çarlığının Şirvan dövləti ilə mübarizəsi idi və deməli, Kaxeti(Gürcü) çarlığının şərqdə sərhəddi Qəbələ şəhərinin ərazisindən keçirdi(175-46) .Bu fikir heç bir tarixi fakta söykənmir. Gürcü və alban katolikoslarının əlaqələrindən heç də belə nəticə çıxarmaq olmaz ki, Alban dövləti (guya Şəki əyaləti) Gürcüstana tabe idi, ikincisi, Şəki əyalətinin Kaxetiya çarlığına daxil olması fikri özü də sübut olunmur. Nuxpati toponiminin (Zaqatala rayonu) Nuxa (Şəki) ilə lokalizəsi səhvdir. Müəllifin özü əsərinin bir yerində yazır ki, Kambecan əyaləti(Alazan çayının aşağı axarında) bu vaxt Albaniyanın tabeliyində idi(175,61); ikincisi,bir mənbəiə deyildr ki, VIII əsrdə Kambecan, Qelavu, Xozmas (Qəbələ rayonun indiki Xaçmaz kəndi) və Şəki Alban əyalətləridir(102,92).
D.L.Musxelişvili əsərində gürcü mənbələrində çəkilən Ereti əyalətini Şəki çarlığı ilə eyniləşdirir (175-34). Ola bilər müəllif haqlıdır ki, Musa Kalankatlının “ Alban tarixi”ndəki “Şəki hakimi” ifadəsi gürcü mənbələrindəki “patrik Adarnase” (144, 1,264) və 1X əsr ərəb müəllifi Əl Mə‘sudinin Şəki hakimi Adernase ibn Hamamdır. Lakin bu mə’lumatdan belə nəticə çıxmır ki, Şəki əyaləti Eretinin və Eretini işğal etmiş Kaxeti çarlığının tərkibinə daxil idi.
Alban çarı Hamam və oğlu Adarnase olmuşsa və onlar Şəki çarları adlanırsa, onda necə demək oldr ki, Şəki əyaləti o vaxt ”Gürcüstanın üzvi tərkib hissəsi” idi? Əgər mənbələrə görə V111 əsrin ortalarında Şəki Alban əyaləti adlanırsa (102,92), onda belə nəticəyə gəlmək olar ki, Eretinin (müəllifin fikrincə, Ereti Azərbaycanın Balakən, Qax və Zaqatala rayonlarının və Gürcüstanın Laqodexi rayonunun ərazilərini əhatə edirdi) şərq hissəsi Şəki çarlığına (yə’ni Alban dövlətinə) daxil idi və ona görə də erməni mənbələri haqlı olaraq Şəki hakimini Alban çarı adlandırırlar.
D.L.Musxelişvili yazır ki, VIII-əsrin ortalarından X əsrə qədər Ereti haqqında gürcü mənbələrində mə’lumat yoxdur (175-36). Bu da doğru fikih deyil. Erməni müəllifi 764-cü il hadisələri ilə əlaqədar yazır ki, Erk (gürcü mənbələrindəki Ereti) Gürcüstan ərazisidir. Lakin Eretinin şərq hissəsi Şəki çarlığına məxsus idi. Məsudi yazır ki, Sanariyadan (yə’ni Kaxetiyadan) sonra Şəki çarlığı gəlir, oranın hakimi Ader ibn Nəbih ibn Məhacirdir (9,61).
D.L.Musxelişvilini göstərilən əsərində isə bu fikir əksinədir: X əsrdən Eretini çarlıq hesab etmək lazımdır(175-34), ona görə ki, Məsudi X əsrdə Şəki çarlığı barədə mə’lumat verir, bu çarlıq isə gürcü torpağıdır.
Əgər yuxarıda deyilənlər VIII -X əsrlərdə Şəki əyalətinin Gürcüstanın tərkibində olduğunu təsdiq etmirsə, onda şəkililərin 992-ci ildə indiki Qəbələ rayonu ərazisində şirvanlılarla toqquşmasından heç də belə nəticə alınmır ki, Gürcüstanın şərqdə sərhəddi indiki Qəbələ rayonundan keçirdi (175-46).
Lakin sonralar Şəki çarlığının vəziyyətində dəyişiklik baş verir. X1 əsrin 20-ci illərində Kaxeti Ereti ilə birləşir və X11- əsrdə çarlıq yaranır. Bu çarlıq XIII əsrin əvvəllərinə qədər yaşamışdır(175,42).Bununla əlaqədar olaraq Albaniyanın şimal-qərbinin bir hissəsi (həmin ərazi o dövrə qədər Şəki çarlığına daxil idi) Kaxeti çarlığına birləşdirilir və ona görə də Kaxeti hökmdarları “kaxların, erlərin və ranların şahı” titulunu daşıyırdı. Müəllif haqsız olaraq yazır ki, Kambeçan VIII əsrdə artıq Gürcüstana keçmişdi (175-30), Qevond VIII əsrin ortalarında yazmışdı ki, Kambeçan Alban əyalətidir (102,92). Kaxeti çarı Axsartan (1058-1064) mənbədə həm də Şəkinin(burada Şəki əyalətinin qərbi nəzərdə tutulmalıdır) hakimi adlanır. Başqa sözlə, ondan qabaq Şəki çarlığına daxil olan Zaqatala-Qax-Balakən bölgəsi(Şəki çarlığının qərbi) Kaxetiyə keçir. Deməli, söhbət Şəki məntəqəsindən gedə bilməz. Müəllif V.F. Minorskini tənqid edir ki, o, ərəb müəlliflərinin Şəki çarlığını gürcü mənbələrindəki Eretisi ilə eyniləşdirməmiş və Şəkini gürcü əyaləti hesab etməmişdir(175-43).
Daha sonra D.L.Musxelişvili mənbələrdən bu mə’lumatı gətirir ki, 1053-cü ildə Gəncə hakimi Əbul Əsvar bin Fədl gürcülərdən Bəsrə qalasını qoparmışdı (98-46). O, bu qalanı Şəki rayonunda Ərəb-Bəsrə kəndi ilə lokalizə edir və bu nəticəyə gəlir ki, deməli? Şəki əyaləti Gürcüstana tabe idi.
Bu fikir də düz deyil. Ona görə ki, Ərəb-Bəsrə kəndinin adı İraqın Bəsrə şəhərindən ərəb canişinlərinin köçürüb gətirdiyi ərəb ailələrinin özləri ilə gətirdikləri addır. Başqa sözlə, oradan gəlmə ərəblərin başqa əyalətlərdən gəlmə ərəblərdən fərqləndirilməsi üçün Ərəb Bəsrə, yə’ni “Bəsrəli ərəblər” adlandırılmışdır. Başqa ərəblər Ərəb Şamlı (Şamdan yə”ni Suryadan gəlmə ərəblər), Ərəb Xillə(İraqın Xillə mahalından gəlmə ərəblər), Ərəb Qubalı(əsli Ərəb Kufəli, yə’ni İraqın Kufə mahalından gəlmə ərəblər) və s. adlanırdı. Ona görə də İraqda Bəsrə mahal adı Şəki əyalətində qala adına çevrilə bilməzdi. Bəsrədən gəlmə ərəblər burada heç bir qala tikməmişdilər. Əslində gürcü mənbəyindəki “Bəsrə” toponimi “Kasri” adının katiblərin səhvi üzündən təhrifidir. Yuxarıda biz VIII əsrin ortalarında Arçilin Lakuasti dərəsində Kasridə kilsə tikdiyi mə’lumatını nəzərdən keçirdikdə demişdik ki, Kasri Zaqatala rayonunda ikinci dünya müharibəsi illərində dağılmış Kusur kənd adının təhrifidir, yə’ni Kusur adı mənbədə “Kasri” kimi qeyd olunmuşdur. Digər Kasri isə indi Gürcüstanda Kambori rayonunda kənd adıdır. Deyilənlərdən aydın görünür ki, Kasri Şəki rayonunda deyil, indiki Zaqatala rayonunda lokalizə olunduğuna görə Kasrini təhrifi olan “Bəsrə” adı əsasında Şəki əyalətinin gürcü torpağı sayılması yanlış fikirdir. Aydın görünür ki, D.A.Musxelişvili mənbələrdə olan mə’lumatlarla Şəki- Zaqatala bölgəsinin binadan Gürcüstana aid etmək üçün çox sərbəst hərəkət edir və onda səhv nəticələrə gəlir.
D.L.Musxelişvili yazır ki,(175, 35) V111 əsrin ortalarında İber dövləti parçalandı, əvvəlcə Ereti ondan ayrıldı və knyazlığa çevrildi. Əgər bu ərazi sinxron ərəb və erməni mənbələrində Şəki çarlığı adlandırılırsa necə və nə vaxt bu knyazlıq Azərbaycanın indiki şimal-qərb bölgəsini (Şəki rayonunun ərazisi daxil olmaqla ) əhatə edə bilərdi? Əgər Şəki çarı erməni mənbələrində Alban çarı adlandırılırsa (D.L. Musxelişvilinin özü bu fikirlə razıdır. 175-38), belə halda bu çarlıq niyə Gürcü çarlığı sayılmalıdır?
Deməli, Ereti köklü olaraq Alban ərazisidir. Strabon(1 əsr) yazır ki, albanların Ay ilahəsinin şərəfinə mə‘bədi İberiya sərhəddindən bir az aralıda idi (Strabon,X1,4,7).Gürcü tarixçisi İ.A. Cavaşvili yazmışdır ki, bu mə‘bəd Eretidə idi (121,s.105).Strabon yazır ki, albanların Kambisene əyaləti iberlərlə sərhəddədir (Strabon, X1,4.5).Q.A. Melikişvili yazmışdır ki, bu bu əyalət İori (Qabırrı) çayının aşağı axarında idi (164,123). D.L.Musxelişvili yaxşı bilir ki, Leonti Mroveli (X1 əsr) Eretini gürcü ərazisi hesab etmir və s. Bütün bunlar Şəki Zaqatala bölgəsinin (Eretinin) “binadan gürcü ərazisi” sayılmasını inkar edir.
Bə’zi gürcü tarixçiləri hətta XII-XIII əsrlərdə Şəki-Zaqatala bölgəsi ilə yanaşı, Şirvan dövləti ərazisinin də Gürcüstanın ərazisi olduğunu isbat etməyə çalışırlar. Bu məsələ qismən Z.M.Bünyadov, S.B.Aşurbəyli R.Ə.Hüseynov və S.S.Əliyarov tərəfindən araşdırılmışdır.
D.L.Musxelişvili yazır ki, gürcü çarı 1V David Şirvana basqın etmiş,1120-ci ildə Qəbələ şəhərini , 1123-cü ildə Gülüstan qalasını, 1124-cü ildə isə Şamaxı şəhərini tutmuşdur. Bu səbəbdən də Şirvan dövləti bir müddət Gürcüstandan asılı vəziyyətə düşmüşdür (bax: 85,164-165). XIII əsr müəllifi Sədrəddin Əli əl Hüseyni “Əxbar əd-dövlət əs- Səlcuqiyyə” əsərində (M.1980) XII əsr hadisələrindən danışarkən III Georgi (1156-1184) vaxtında Şirvanşahın gürcülərə xərac verdiyini yazmışdır. Lakin D.L. Musxelişvili yazır ki, bu akt Şirvanşahlar dövlətini bütün ərazisinin Gürcüstana birləşdirilməsi demək idi, Ona görə ki, gürcü tarixşünaslığında bu hücum belə qiymətləndirilir.(175,53) Onun fikrincə, Şirvan dövləti ancaq 1155-ci ildə müstəqilliyini bərpa edə bilmişdir və deməli, 1123-cü ildən 1155-ci ilə qədər Kürdən Dərbəndə qədər uzanmış Şirvanşahlar dövlətinin ərazisi Gürcüstanın tərkib hissəsi olmuşdur(175,56).
Əslində isə X1 əsrin ortalarında Orta Asiyadan Aralıq dənizinə qədər böyük ərazidə Səlcuq türklərinin dövləti yaranmışdı. Səlcuqun nəvəsi Toğrul bəy (1038-1068) ilk hökmdar olmuşdu. Sultan Alp- Arslanın vaxtında Kiçik Asiya da işğal olunmağa başlanmışdı. 1066-cı ildə Şirvan dövləti Səlcuq dövlətindən asılı vəziyyətə düşmüşdü, lakin şirvanşahlar(1 Fəribürz,II Mənuçöhr, I Əfridun) ölkəni müstəqil idarə edirdilər. Deməli, asılılıq nominal idi, yalnız illik xərci verirdilər. Bunun xeyri o idi ki, qonşu dövlətlər Şirvan dövlətinə hücum etməkdən çəkinirdilər. Gürcü dövləti də Səlcuq dövlətinə qarşı mübarizədə Şirvanşahlar dövləti ilə müttəfiqliyə çalışırdı və David(1089-1125) bu niyyətlə 1116-ci ildə qızı Tamaranı Şirvanşah 1 Əfridunun oğlu 11 Mənuçöhrə ərə vermişdi. Xristian David qızını müsəlmana ərə verməkdə əlbəttə siyasi məqsəd güdürdü. O, digər qızını Bizans imperatorunun oğluna ərə vermişdi, özü isə 1124-cü ildə Cənub-şərqi Avropada qıpçaqların başçısı Atrakın (əsli Artuk) qızı Turanduxta ilə (qızın əsl adı mə’lum deyil.”Turandoxta” gürcü mənbələrində çəkilir və “Turan qızı” mə’nasını verir) evlənmişdi (144,1,336). Gürcü yazıçısı K.Qamsaxurdiyanın “Qurucu David” romanında bu nikah Artuk xanın 1V-Davidin qızılına tamahı ilə əlaqələndirilmişdir. Bu. yanlış fikirdir. Əslində bu nikah 1V Davidin xarici düşmənlərə qarşı özünə müttəfiq axtarmaq sə’yi ilə bağlı idi, yə’ni diplomatik nikah idi. Bizans imperatorları 11 Yustinian,11 Tiberi, V Konstantin,1V Lev və b. Xəzər xaqanlarının qızları ilə evləndikdə də ərəblərə qarşı birgə mübarizə məqsədini güdürdülər. Rus knyazı İqorun oğlu Vladimirin Artuk xanın nəvəsinə, yə’ni Konçak xanın qızına evlənməsi də yalnız diplomatik nikah idi. 1V David 1125-ci ildə öldükdən sonra Tamara ilə evlənmiş Mənuçöhr Şamaxıya qayıtmış və taxtında oturmuşdu. Bunu “Al malik Miniçihr ibn Afridun” yazılı pul da təsdiqləyir.
Mənuçöhr 1160-cı ildə ölmüşdür. Onun ölmündən sonra Tamara Gürcüstana qayıtmış və saçını qırxdıraraq monastırda rahibə olmuşdu (92,152 və 156). Bundan sonra Mənuçöhrün oğlu Axsitan artıq “ Axsartan, üarğ Movakana, Şirvana i poberecğə morə ot Derbenda do Xalxala" titulu ilə (yenə orada, s.157) hökmdar olmuşdur. Halbuki, gürcü hökmdarı III Georqinin (1156-1184) zərb etdirdiyi pulun üstündə Sultan Səlcuq və Xəlifə Abbasın adları vardır(116, 26) və deməli, bu hökmdar müstəqil deyildi. Belə olduqda o, Şirvanşahlar dövlətinə necə yiyə ola bilərdi? Lakin Şirvanşahlar 1191-cı ildən müstəqil pullarını zərb etməyə başladılar (yenə orada).
D.L.Musxelişvili də Axsitanın bu titulunu verir(175,57), lakin o, “üarğ Movakana i Şirvana” titulundan “üarğ Movakana” hissəsini şüurlu olaraq ixtisar etmişdi. D.L.Musxelişvili yaxşı başa düşür ki, “üarğ Movakana" hissəsi Azərbaycanın şimal-qərb bölgəsinin XII əsrdə gürcü torpağı olması fikrini təkzib edir. Gürcü mənbələrində Movakan məhz bu bölgədə bir mahalın adıdır.
Gürcü mənbələrində Movakan Kürdən şimala olan torpaqdır.O, Kiçik Alazan mənsəbindən dənizə qədər uzanır.Gürcü müəllifi Vaxuşti isə doğru olaraq Movakanın Kürlə Alazan arasında olduğunu qeyd etmişdir (93,103). Deməli, Axsitan indiki Şəki-Zaqatala bölgəsinin hakimi idi.
İndi qısaca 1V Davidin Şirvan dövlətinə basqın etməsini nəzərdən keçirək. David qızı Tamaranı Şirvanşah II Mənuçöhrə ərə verdikdən sonra Şirvanı sıxışdırmağa başladıqda yerli əmirlər 1123-cü ildə Səlcuq dövlətinin sultanı Mahmudun yanına gedərək II Mənuçöhrün fəaliyyətsizliyindən şikayətlənmişdilər. Mahmud ordusu ilə Şamaxıya gəlmiş və II Mənuçöhrü əsir tutmuşdu (144,11,343). Bunu eşidən gürcü çarı 1V David 30 minlik ordusu ilə Şirvana gəlmişdi. Lakin o, Mahmud ilə döyüşə girə bilməmişdi, çünki onun ordusunda olan qıpçaqlar oğuzlarla döyüşməkdən imtina etmişdilər.Ona görə 1V David Şirvandan geri qayıtmışdı. Sultan Mahmud ordusu ilə getdikdən sonra 1V David yenidən Şirvana basqın etmiş,1123-cü ildə Gülüstan qalasını, 1124-cü ildə bütün Şirvan dövlətinin ərazisini tutmuşdu.1125-ci ildə 1V David öldükdən sonra Şirvanşahlar dövləti əvvəlki vəziyyətinə düşmüşdü.
Aydın görünür ki, bir müddət (1V Davidin hakimiyyəti illərində) Şirvanşahlıq asılı vəziyyətdə idi.Lakin Şirvanşahlığın Gürcüstanın tərkib hissəsi olması baş verməmişdir Çünki həmin illərdə Şirvanşahlıq ərazisinin dövlətçilik atributları ( pul zərbi, paytaxtı və s.) itirilməmiş dir. 1V David öldükdən sonra Şirvan dövləti əvvəlki kimi müstəqil qurum olmuşdur.
X111 əsrin 20-ci illərində Sultan Cəlalədinin Gürcüstana hərbi səfərləri ilə əlaqədar olaraq Gürcüstanın vəziyyəti ağırlaşır. Bundan sonra Gürcüstan Eretini itirir və Alazan yenə Gürcüstanla Azərbaycan torpaqları arasında sərhəd xətti olur.
D.L.Musxelişviliyə görə guya Ağsu çayı Gürcüstanla Şirvan dövləti arasında sərhəd xətti olmuşdur.
X1V əsrə aid bir gürcü mənbəyində deyilir ki, XIII əsrin 60-cı illərində bir monqol xanı Çaqanusun adlı çayın kənarına gəlib (145,11, 251). D.L.Musxelişvili Qavqanusue adlı çayı Ağsu çayı hesab edir.O yazır ki, Gürcüstanın Şirvan dövləti ilə sərhəd xətti XIII əsrdə Ağsu boyunca keçirdi(174,58). Bəs ondan əvvəl Axsitanın (1160-1198) “Movakan çarı” titulu necə olsun? Müəllif bu hissəni öz fikrinin xeyrinə mətndən çıxarmışdır.
D.L.Musxelişvili yazır ki, XIII əsrin 40-cı illərində monqollar Gürcü çarlığını parçalamış və tumanlıqlara bölmüşdülər(175,58). Deməli, bu vaxt Gürcüstanda müstəqil dövlət və çarlıq yox idi. İkincisi, müəllif yazır ki, X1V əsrin 70-ci illərində Şəki əyaləti Şirvan dövlətini tərkibinə daxil idi(175,65).Üçüncüsü, yuxarıda qeyd etmişdik ki, Şirvanşah 1 Axsitan(1160-1198) həm də MovakaYın, yəna Kür-Alizan arası ərazinin çarı idi. Gördüyümüz kimi, Musxelişvilinin bu fikri, yə’ni XII əsrdə Gürcü çarlığının Ağsu çayında Şirvan dövləti ilə sərhədləndiyi fikri real tarixi faktlara əsaslanmır. Belə olduqda onun qeyd etdiyi Çağanusun çayını Ağsu çayı ilə lokalizə etmək olmaz. Doğrudur, monqolca tsağaan “ağ”, usan isə həm “çay”, həm də “su” deməkdir. Lakin müəllifin əlində X1V əsr müəllifi Rəşid Əd-dinin əsərində Ağsu çayının adının Çaqanusun yox, Çaqanmuren adlandırılması haqqında mə’lumatı olmayıb. Monqol dilində muren sözü də “su”, “çay” deməkdir. Monqolların Çağanusun adlandırdıqları çay Oğuz rayonundakı Türyançayın qolu Ağçaydır. Bu fikir Şirvanşah AxYitanı hɳm də Xalxalın hakimi olması (yə’ni hakimiyyətinin Xalxala qədər davam etməsi) faktına uyğun gəlir, çünki Xalxal şəhəri indiki Oğuz rayonunda idi. Orada indi də Xalxal adlı xaraba kənd vardır.
Qədim toponimlərin səhv lokalizasiyası (Kasrinin Qax, Bəsrənin Kasri, Nuxpatinin Nuxa (Şəki), Çaqanusunun Ağsu sayılması və s.), quqarların gürcü tayfası hesab edilməsi, gürcü mənbəyindəki Şirvanşah Axsitanın “Movakan və Şirvan çarı” ifadəsinin “Şirvan çarı” şəklinə salınması, yə’ni “Movakan” adının bilə-bilə çıxarılması, toponimlərin yanlış izahı, Ağsu rayonunda Gürcüvanın “Gürcü kilsəsi (vəngi)” kimi izahı və s. ona gətirib çıxarmışdır ki, Azərbaycanın şimal-qərb bölgəsi ədalətsiz olaraq D.L.Musxelişvili tərəfindən “Gürcü çarlığının tarixi üzvi tərkib hissəsi”(175-66) e’lan edilmişdir.
Eranın 1 əsrindən mə’lum tarixi faktlar da tarixin şüurlu olaraq təhrifinin əleyhinədir. Onların bir neçəsini oxucunun nəzərinə çatdırırıq.
Strabonun Kambisenedə (Alazanın Kürə töküldüyü ərazi) albanların gürcülərlə qonşuluğu(Strabon,X1,4,1) “Proxod iz İberii v Albaniö idet çerez bezvodnuö i kamenistuö oblastğ Kambisenu k reki Alazoniö (Strobon,X1, 4,5); Plini (1 əsr) “Vsö ravninu, naçinaə ot reki Kira, zaseləöt plemə albanov, a zatem iberov, kotorıe otdelenıe ot pervıx rekoy Alazanoy” (Plini, V,26) ; “zemli mosxov do reki İbera”(Plini V, 29) ; Strabonun və Ptolemeyin Alazan çayının Albaniya sərhəddində axması haqda mə’lumatlarını yuxarıda vermişik.
Şəki-Zaqatala bölgəsinin tarixən Gürcüstana mənsub olmasını deyənlər Eretinin gürcü ərazisi olduğuna və bu bölgədə yaşayan ingiloyların (yenqeloyların) gürcü olmasına əsaslanırlar. İngiloylar Zaqatala və Qax rayonlarında yaşayırlar. Bu ərazi isə elə qədim gürcü mənbələrində Ereti adlanır.Gürcü tədqiqatçıları ingiloyları mənşəcə gürcü hesab edirlər. Deməli, Ereti də gürcü ərazisiymiş. Lakin gürcü mənbələrində Ereti gürcü torpağı sayılmır. Tarixi həqiqəti aşkar etmək üçün biz Ereti və ingiloylar haqqında mə’lumat verəcəyik.
Ereti və herlər. Alban dövlətinin Gürcüstanla həmsərhəd bölgəsi olan Zaqatala, Qax və Balakən rayonlarının ərazisi V əsrdən başlayaraq gürcü mənbələrində Ereti (əsli Hereti) adlanır(167,2). Hereti əyalət adı Hər ( gürcücə yazılışı Heri, rusca yazılışı Er) etnonimindən və gürcü dilində et “ölkə”, “ərazi” sözündən və sonda əlavə olunmuş “i” adlıq hal şəkilçisindən ibarətdir. “Hər”etnonimi gürcü dilində. “ə” səsi olmadığına görə (alınma sözlərdə “ə” səsi gürcü dilində ya “a”, ya da “e” səsinə çevrilir) her kimi tələffüz olunur. Deməli, Hereti (əslində Həreti ) ”hərlərin ölkəsi” mənasındadır.
Erməni mənbələrində də bu tayfa və ərazi barədə məlumat vardır. V əsr müəllifi Favst Buzand bu bölgəni Her qavar (rusca tərcümədə Qer qavar ) adlandırır . Erməni dilində “qavar” sözü gürcü dilində “eti” sözü kimi yer, məkan, mahal bildirir. 763-764-cü ilə aid hadisələrlə əlaqədar olaraq ermənicə mənbədə bu əyalət Erk adlanır (102,92) ki, bu da “Hər” etnonimindən və qədim erməni dilində bir qayda olaraq tayfa adlarına əlavə olunan “k” şəkilçisindən ibarətdir. Erk adı ümumiyyətlə “Erlər” yaxud “Er ərazisi (yeri) “ mə’nalarındadır. Erk adı göstərir ki, həqiqətdə də bu bölgədə Er (əsli “Hər”) adlı tayfa yaşamışdır.
Qədim gürcü mənbələrində Her (Hər) tayfası kartvel mənşəli sayılmır və buna uyğun olaraq Hereti Kartli dövlətinin ərazisinə daxil edilmir. Qədim gürcü mənbəyində Cənubi Qafqazda yaşayan xalqların şəcərəsindən danışdıqda Hereti kartvel tayfasının ərazisi olmadığı xüsusi vurğulanır(170). “Rubeci zemli Kartlosa na vostoke Ereti i reka Berduduci “ (170,21). Sonra da deyilir ki, Qafqaz xalqlarının ulu babası Tarqamos “Erosu (yəni her tayfasına) dal stranu k severu ot Kurı, ot ustğə Maloy Alazani (yəni İori çayı) do Tketba, kotoraə nıne nazıvaetsə Qulqula "(170,22). Bu mə’lumatda çəkilən Tketba və Qulqula Telavi rayonu ərazisində lokalizə olunur.Buradan belə nəticə alınır ki, Albaniyanın Hereti əyaləti Alazanın sahil ərazisini də əhatə edirdi. Mənbədə hərlərin yaşayış yerləri barədə yazılır ki, onlar Alazan və İori çaylarının hövzələrində yaşayırlar: "sey Gros precde vseqo vozdviq qorod u sliəniə oboix Alazani i nazval i eqo imenem Greti. Ottoqo-to i nazıvaetsə (strana gta) Greti, nıne sie mesto imeönuetsə Xaranta" (170,22).
Ereti əyalətinin dəqiq sərhədləri mə"lum deyil. E.S.Takayşviliyə görə(216,8) "Greti çastğ Kaxeti, ili oblastğ po basseynam reki Alazani "İori". Gürcüstanın tarixinə dair ümumiləşdirilmiş əsərdə Hər tayfası və Ereti barədə belə yazılmışdır: “Grı predstavləli soboy odnoy iz plemen, naseləöhiy sosednöö s Kartliyskim üarstvom territoriö drevney Albanii"(180,P.269). Bu əsərin müəllifləri Eretinin belə lokalizə edirlər: “Greti sever ot Kurı-gto levıy bereq Kurı,istok Maloy Alazani--gto u reki İori. Tketba naxoditsə u Telavi. t.e.ot sliəniə İori s Alazanom do Telavi"(yenə orada). Gürcü tədqiqatçısı T.Papuaşvili yazır: “Sudci qruzinskix istoçnikov civşix v basseyne r.İori i Alazanami bıli kavkazoəzıçnımi plemennami i vxodili v albanskix soöz plemen. Politiçeskie rasşirenie İberii v storonu Albanii soprovocdalosğ takce i gtiçeskoy assimiləüiey albanskix plemen, obitavşix v zapadnoy Albanii (grov, sudcey i dr";(183,69-70).
Yuxarıda deyilənlərdən aşağıdakı nəticələr alınır.
1) Zuq(gürcü mənbələrində həm Zuq və həm də Suc formalarındadır) adlı Alban tayfası mövcud olmuşdur;
2) İndiki Kür-Alazan arası ərazi tarixən Albaniyaya aid olmuşdur. Sonralar gürcü tayfaları həmin ərazini işğal etmişlər. Bu ərazidə yaşamış tayfalardan biri də hərlər idi. Onların müəyyən hissəsi assimilə olmuşdur.
3.İori və Alazan çaylarının hövzələrində hərlər yaşamışlar (183,70).Bu əyalət Albaniyaya aid idi. Bu lokalizə Plininin yuxarıda verdiyimiz bu mə’lumatı ilə təsdiqlənir ki, iberlər albanlardan İber (İori çayı nəzərdə tutulur) çayı ilə ayrılırlar (Plini, V,2).
Deməli, Azərbaycanın indiki şimal-qərb bölgəsi gürcü torpağı olmamışdır.
Alazan və İori çaylarının aşağı axarlarının Alban ərazisi olduğuna dair başqa mə’lumatlar da vardır. Strabon Albaniyada Kambisene əyaləti barədə yazır ki,burada albanlarla iberlər hüdudlanırlar(Strabon,X1,4,5).Q.A.Melikişvili Kambi- sene əyaləti barədə yazır ki, bu əyalət İori çayının aşağı axarında idi(164,123). Bütün mənbələrdə Kambisena (gürcü mənbələrində Kambeçovani, erməni mənbələrində Kambecan, Musa Kalankatlının “Alban tarix”ində Kambecan, ərəb mənbələrində Kambezan) binadan Alban ərazisi sayılır. Kambisene adı ilə İori çayı Plinidə Kambis (Plinii, V, 29), Pomponi Melada Kambis (Pomponi Mela, 111,4) adlanır. Bu əyalət adının qədim türkcə olduğu bizim tərəfimizdən müəyyən edildiyinə görə(108 ) üzərində dayanmırıq.
D.L.Musxelişvilinin özü yazır ki, qədim hərlər və Hereti ölkəsi(dar mə’nada Kambeçovani daxil olmaqla) gürcü mənbələrində İberiyanın tərkib hissəsi sayılmır (175-17). Əgər Kambisene Alban əyalətidirsə, onda nəticə alınır ki, hərlər Alban tayfalarından biri idi.
Gürcü tarixində də hərlərin alban tayfalarından biri olduğu göstərilir (139,126). Hələ vaxtilə gürcü tarixçisi E.S. Takayşvili yazmışdır ki, bu ərazi Kaxetinin bir hissəsi idi və hərlər Alazan-İori çayları hövzələrində yaşayırdılar(216-8).Bu münasibətlə Q.Tsulaya yazmışdır: “Tak, po konüenüii qruzinskoqo istorika X1 v Leonti Mroveli, opisavşeqo drevne qruzinskuö istoriö stranı, oblastğ Ereti vxodit v Albanskiy soöz plemenğ”(170-44) i çto “gri obitali na zapadnoy okraine Albanii”(170, 41).
Deməli, Ereti indi yenqeloyların yaşadıqları ərazini də əhatə edirdi. Gürcü tədqiqatçısı İlya Adamia yazmışdır ki, “drevnəə qeoqrafiçeskie nazvaniə Greti, Soinqilo,Albaniə, Aqvaniə əvləötsə sinonimami”(63,167)
Gürcüstanın tarixinə dair kitabda yazılır ki, “Greti neposredstvenno prisoedinena k Kartliyskoe üarstvo i v V veke voşla v sostav Kartliyskoqo üarstva, əvləsğ odnim iz eqo gristavstv (180, 11, 269) . Daha sonra deyilir ki, “ istoriçeskaə provinüiə Greti v qruzinskix i nekotorıx pisğmennıx istoçninax vstreçaetsə i pod nazvaniem “Ran”, “Albaniə” i “Şaki” (yenə orada, 271). Ümumiyyətlə, Gürcüstanın Kaxeti bölgəsi köklü gürcülərin yaşadıqları bölgədir. Kaxeti - “Kax ölkəsi” deməkdir. Lakin erkən orta əsrlərdə Ereti müxtəlif sərhədlərə malik olmuşdur(175, 16; 183, 68). XV111 əsr gürcü coğrafiyaçısı Vaxuşti qeyd edir ki, Ereti Şərqi Gürcüstanla qonşu əyalətdir ki, indi Kaxetini, Kizikiya (Kambeçovani) və Eliseni(Balakən- Qax bölgəsi, İlisu adından təhrifdir), əhatə edir(183,7). T.Papuaşviliyə görə sonra Ereti Kaxetini v Alazan arxası ərazini və Dağıstanın dağ rayonlarının ərazisini əhatə etmişdir(102,70). Tarixi dəlillər göstərir ki, Ereti heç vaxt Dağıstan ərazisini əhatə etməyib, bu Papuaşvilinin elmi əsası olmayan mülahizəsidir.
Göründüyü kimi, Albaniyanın Ereti əyalətinin müxtəlif vaxtlardan sərhədləri dəyişilmiş və bu ad hətta indiki Gürcüstanın Kaxeti bölgəsinə də şamil olunmuşdur. Buna uyğun olayaq “hər” etnonimi ümumi mə’na kəsb edərək Heretidə yaşayan müxtəlif tayfalara da aid edilib. Eretidə (Alazan çayının aşağı axarı daxil olmaqla) hərlərdən başqa albanlar(gürcü mənbələrində alban etnonimi Aran ölkə adına uyğun olaraq ran-lar kimi qeyd olunmuşdur), qədim mənbələrdə Albaniya ərazisində yaşadığı qeyd olunmuş lbinlər(indiki avarların Azərbaycanda yaşayan qədim hissəsinin adı), silvlər( avarların Cənubi Dağıstanda yaşayan hissəsinin adı) , çiğblər(indiki saxurlar) və indi yenqeloylar adlanan qellər yaşayırdılar (bax: 108).
Q.A.Melikişviliyə görə, gürcü mənbələrindəki hərlər Ptolemeyin Xəzərin şimal-şərq sahillərində qeyd etdiyi qerrlərdir(164,125). T.Papuaşviliyə görə, hərlər iberlər tərəfindən artıq e.ə. 11-1 əsrlərdə assimillə olunmuşdu (102-118) və onlar Alban dövlətinin tarixində iştirak etməyiblər (yenə orada). Bununla belə o, bu etnonimin daşıyıcılarının etnik mənsubiyyətini müəyyən edə bilməmişdir. Digər fikrə görə Her etnonimi ümumiyyətlə tayfa adı deyildi və gürcü mənbələrində er (i) “hərbi drucina üzvü” sözündəndir(87, 623). Q.Sulaya yazmışdır ki hərlər Nax-Dağıstanmənşəli idilər (170,42). Nəhayət, belə fikir də vardır ki, Her etnonimi irandilli osetinlərin özünü adlandırması olan İr etnonimidir və s. Ona görə də İlya Adamia yazmışdır ki, guya Eretinin mə’nası hələ də mə’lum deyil (63,167).
Əslində hərlər Alban rövlətini təşkilində iştirak edə bilməzdilər, ona görə ki, türkdilli albanlara nisbətən azlıq təşkil edirdilər; hər etnonimi ona görə qədim gürcü dilində er(i) sözündən ola bilməz ki, bu sözün özü yuxarıda dediyimiz kimi, qədim türkmənşəli ər “döyüşçü” sözüdür. Herlər İrandilli də ola bilməzdilər, bu şübhəsizdir.
Biz 70-ci illərdə bu məsələni araşdırmış və müəyyən etmişik ki, bu etnonimin əsl forması olan “hər” Azərbaycanın şimal-qərbində yaşayan və indiki Dağıstandilli qrızlıların və haputluların özünüadlandırması olan Hər etnonimidir.1961-1962 ci illərdə apardığımız çöl tədqiqatı işləri əsasında deyirik ki, haputlular özlərini indi də Hər adlandırırlar. Haput kəndinin yaxınlığında yaşayan Əlik və Çək kəndlərinin əhalisi də haputlulara Hər deyirlər.Əlik kəndinin adamları Haput kəndini Harud, cəklilər isə Herud adlandırırlar. Bu, gürcü mənbələrindəki Her etnoniminin fonetik formasıdır, “ud” isə onların qrızmənşəli dillərində şəkilçidir. İndi Qrız kimi yazılan kəndin əsl adı Qərəzdir və bu toponimdə “Hər” etnonimi “Qər” şəklindədir. Bu fikir bir də onunla təsdiqlənir ki, qonşu buduqlular qrızları Qərəd adlandırırlar. Haputlular isə Qrız kəndinə Hərəd deyirlər. Bütün hallarda “əd” şəkilçisi gürcü dilində “et(i)” şəkilçisi kimi məkan bildirir. Haputluların və qrızlıların yaşadıqları Yergüc kəndinin adında isə Hər etnonimi “Yer” fonetik formasını kəsb etmişdir. Qrız kəndinin adamları bu kəndə Ervocid deyirlər.
Bizcə, qrızlılar və haputlular qədim gürcü mənbələrində çəkilən Hereti toponimində əksini tapmış “her”lərin nəsillərindən qalmadır. Ehtimal ki, müəyyən tarixi hadisə ilə əlaqədar olaraq Alazan-İori çaylarının aşağı axarlarında yaşamış “hər”lərin müəyyən hissəsi yerlərini tərk edərək Qızılqaya (Şahdağ) dağının yamaclarına gələrək məskunlaşmışlar. Onların digər hissəsi isə Eretinin Gürcüstanın tərkibinə daxil olması nəticəsində erkən orta əsrlərdə assimilə olunmuşdur.
Haput kəndində topladığımız rəvayətdə onların əcdadlarının ərəb işğalları zamanı Hərnə adlı şəhərdən gəldikləri göstərilir. Ehtimal ki, bu hadisə Albaniyada ərəb canişinin Həsən ibn Kaxtabın vaxtında (770-775) baş vermişdir. Bu canişin Kaxetiyanın şərqində xristian dinli sanar(erməni mənbələrində sanark) tayfası ilə vuruşmuş və hərlərin Hərnə şəhərini dağıtmışdır(77, 65). Haputluların rəvayətində qeyd olunan Hərnə şəhəri qədim gürcü mənbələrində, Eretidə adı çəkilən Haranta və Hornabuc şəhərlərindən biri ola bilər. Qeyd etmək lazımdır ki, haputluların və qrızlıların rəvayətlərində onların əvvəlcə xristian olmaları(gürcü tarixçilərinə görə Eretidə xristian dini 1V əsrdə Kaxetidən keçmişdir-180, 11-278) və indi yaşadıqları kəndlərdə islam dininə keçdikləri göstərilir.
Ümumiyyətlə, Azətbaycanı_ şimal-Ůərq bölgəsində yaşayan və etnoqrafik ədəbiyyatda “Şahdağ etnik qrupları”(qrızlılar, xınalıqlılar və buduqlular) adlananlar bizcə, məhz Albaniyanın şimal-qərb bölgəsindən getmədirlər.Biz bu məsələni başqa yerdə araşdırmışıq və Xınalıq kənd adının Albaniyanın şimal-qərbində Xeni əyalətinin adından ibarət olduğunu göstərmişik(Bax:108). Xınalıq dilində comərt “allah” sözü gürcü dilində qmerti “allah”(çan dilində kermet, svan dilində qerbet) sözü ilə mənşəcə eynidir. Biz hesab edirik ki, xınalıqlılar bu sözü Albaniyanın şimal qərbində yaşadıqları vaxtlarda gürcülərdən götürmüşlər. Xınalıq dilində məda “dağ” və qrız dilində məkan,yer bildirən “ed” sözləri il˼”- gYrcü dilində mta “dağ” və məkan bildirən et(i) sözlərinin paralelliyi də diqqəti cəlb edir.
Yuxarıda deyilənlərdən görünür ki, gürcü mənbələrindəki Hereti toponiminin mənşəyi aydınlaşdırıldı və Hər tayfasının etnik mənsubiyyəti müəyyənləşdirildi.Hereti tarixi Alban ərazisidir.
Yenqeloylar və Sainqelo. Son vaxtlara qədər yenqeloy(gürcücə “y” səsi olmadığına görə “inqilo”) etnoniminin mənşəyi mə’lum deyildi. Yenqeloylar (yaxud yengeloylar) yığcam halda azərbaycanlılarla, avarlarla və saxurlarla birlikdə Azərbaycan Respublikasının Zaqatala, Qax və Balakən rayonlarında yaşayırlar. Yenqeloylar bu rayonlarda 26 kənddə(ondan 19 kəndi Qax rayonunda) məskundurlar.
Yenqaloyların əsas hissəsi Zaqatala və Balakən rayonlarında müsəlman, Qax rayonunda isə xristiandır.X1X əsrin sonlarında bu bölgədə 8727 nəfər müsəlman yenqeloy, 3709 nəfər xristian(bu əsrə aid rusdilli ədəbiyyatda onlar “gürcü” adı ilə qeyd olunmuşdur) yeniqeloy yaşayırdı (Bax: Puteşestvie v Kaxetiö i Daqestan letom 1898 q. E.O. Qana. SMOMPK, 31.) Buna uyğun olaraq müsəlman yengeloylar azərbaycanca, xristian yengeloylar isə gürcücə və azərbaycanca danışırlar.
Yengeloylar (yaxud yeniqeloylar) XV11 əsrin əvvəllərinə qədər bütünlüklə xristian olmuşlar. Həmin əsrin əvvəllərində Dağıstandan köçüb gəlmiş avarlar və saxurlar onlara zorla islam dinini qəbul etdirmişlər. Lakin 1823-cü ildən başlayaraq gürcü kilsəsi onların bir hissəsini (Qax rayonunda yaşayan yengeloyları) yenidən xristian dininə itaət etməyə məcbur etmişdir. Bu proses 1850- 1858-ci illərdə başa çatmışdır. Yengeloyların qalan hissəsi isə müsəlman dinini saxlamışdır. 1850-1853-cü illərdə Qax, Əlibəyli, Qarağan, Kötüklü, Meşəbaşı, Tasmalı, Zaqalı, Lələpaşa, Marsan və Yengian kəndlərinin müsəlman yengeloyları yenidən xristianlaşdırılmışdır. Bu, Çar Rusiyasının Car-Tala camaatlarını zəiflətmək siyasəti ilə bağlı idi. 1862-ci ildə Balakəndə kilsə tikilmişdi. Zaqatala dairəsinə isə gürcü Tarxan Mouravov hakim qoyulmuşdu.
Bu məsələnin mühüm tərəfi “ yenqeloy” (yengeloy) etnoniminin mənşəyidir Qədim gürcü mənbələrində XVIII-əsrə qədər “inqilo” adı çəkilmir. Gürcü dilində inqilo adı azərbaycanlıların “yeniqeloy” sözünün fonetik şəklidir: yuxarıda deyildiyi kimi gürcü dilində “y” səsi olmadığına görə “yeniqeloy” sözü “inqilo” formasını kəsb etmişdir.Azərbaycanlılarda isə bu söz XV11 əsrdə yaranmışdır.
Hələ X1X əsrdə yenqeloylar barədə yazmış rus mə‘murları bu adın “yenqiyol” yə’ni “yeni yola”, (başqa sözlə islam dininə) keçmə mə’nasında olduğu yazmışlar. Lakin bu yanlış fikirdir., çünki bu ad “yenqiyol” yox “yeniqeloy”dur və gürcü dilindəki “inqilo” adı da dediyimizi təsdiqləyir.XV1-əsrin əvvəllərində 1 Şah Abbas Dağıstandan avarların və saxurların köməyi ilə Kaxetini tutmuş və ondan sonra həmin Dağıstan xalqları Car-Balakən azad icmalarını yaratmışdılar. Bu proses xristian qeloyların islama keçməsi ilə müşaiyət olunmuşdu. Məhz bu hadisə ilə əlaqədar olaraq qeloylar “yeni qeloylar”, yəni “müsəlman qeloylar” adlanmış və yeniqeloy (inqilo) etnonimi yaranmışdır.
Çöl etnoqrafik materialları əsasında biz 1960-cı illərdə müəyyən etmişdik ki, “yeniqeloy” etnonimi “yeni qeloy”, yə’ni “islama keçmiş qeloylar” mə’nasındadır. Deməli, indiki yenqeloyların (gürcücə inqiloların) etnik adları “Qeloy”dur. XV11 əsrin əvvəllərində islam dininə keçdikdən sonra (76,24) onlara “yeni qeloy” adı verilmişdir. Bu etnonimin “yeni” sözü göstərir ki, yeniqeloy etnonimi məhz azərbaycanlılar içərisində yaranmışdır.Müəyyən etmişik ki, yeniqeloylar özlərini indi də “qeli” adlandırırlar. Azərbaycanlılar bu adı qeloy, avarlar qelou, saxurlar isə qelovu kimi tələffüz edirlər.
Bu göstərir ki, qeloylar (indi yeniqeloylar) gürcümənşəli deyillər. Onlarda kartvel (gürcülərin etnik adı) və Sakartvelo (“gürcülərin ölkəsi”) adları yoxdur. Gürcü yazılı mənbələrində Sainqilo (”yeniqeloyların ölkəsi”) adı XV11 əsrdən qabağa getmir, yə’ni qədim gürcü mənbələrində inqilo etnonimi yoxdur.Bu belədirsə, yeniqeloyların yaşadıqları Qax və Zaqatala rayonları tarixi gürcü ərazisi sayıla bilməz.
Qeloylar etnik mənsubiyyətcə kimlərdir?
V. Dondua yazmışdır ki, kaxların bir hissəsi və herlər yenqeloyların əcdadları olmuşlar (125). V. Qukasyana görə, orta əsrlərdə bu bölgənin udin inqiloy dialekti təşəkkül tapmışdır.Deməli, onun fikrincə inqiloylar udin- mənşəlidir.Bu fikirlərin hər ikisi əsassızdır.
İlk dəfə Strabon (1 əsr) albanlarla qonşuluqda Qel adlı tayfanın yaşadığını yazmışdır (Strabon, X1. 5, 1). Bu mə’lumata əsasən bə’zi tədqiqatçılar qelləri Qafqaz dağlarında lokalizə etmişlər. Qellərin Şimali Qafqazda yaşadıqlarını yazanlar da var. K. Əliyev onların Cənubi Dağıstanda yaşadıqlarını göstərmişdir. Bizcə, bu fikirlər də həqiqəti əks etdirmir. Strabonun “Qel” kimi qeyd etdiyi etnos (indiki ingiloylar) Albaniyanın şimal-qərbində məhz indi yaşadıqları bölgədə məskun idilər(Bax: 108).Bizcə Strabonun mə’lumatında “albanlar ilə amazonkalar arasında” ifadəsi belə izah olunmalıdır: qellər Albaniyada özünüadlandırması “alban” olan albanlarla amazonkalar arasında yaşayırdılar, çünki, Albaniyanın bu bölgəsində alban tayfasından başqa digər tayfalar da məskun idi.
Bizim mülahizəmiz aşağıdakı faktlarla təsdiqlənir. qellərin yaşadığı yer Albaniyada Ptolemey tərəfindən Qelda kimi qeyd olunmuşdur (Ptolemey, V.8,2). Bu ad Qel etnonimindən və na’məlum mə’nalı “da” sözündən ibarətdir. İqrar Əliyev də Ptolemeyin Qelda toponimini Qel etnonimi ilə əlaqələndirilmişdir. (İstoriə Midii, Baku,1960,s.104). Lakin o, K.V.Trever(222, 275) kimi Qeldanı indiki Dərbənd bölgəsində lokalizə etmişdir. Biz bu mülahizə ilə razılaşmırıq. Nəzərə alınmalıdır ki, Ptolemeyin Qelda toponimi indiyədək Azərbaycanın şimal-qərb bölgəsində yaşayan avarlar və saxurlar içərisində Zaqatala rayonunun adı kimi Qoloda formasında qalmaqdadır. Deməli, Ptolemeyin qeyd etdiyi Qelda “Qoloda” adından təhrifdir. Ptolemey Albaniyada olmamışdır. Onun bu mə’lumatı er.əv. 65 və 66-cı illərdə Albaniyanın məhz bu bölgəsində olmuş Roma sərkərdəsi Pompeyin ordusunda iştirak etmiş döyüşçülərdən daxili ola bilərdi və sözsüz ki, bu ad Ptolemeyə ikinci-üçüncü əldən keçə bilərdi, ona görə Qoloda toponimi təhrifə uğrayaraq “Qelda” şəklinə düşmüşdür.
A.Bakıxanov yazmışdır ki, Qoloda XVIII əsrə qədər Qax rayonunun İlisu mahalının bir hissəsinin adı idi(80,53). P.K.Uslara görə Qoloda Car- Balakən dairəsini adıdır. Nəhayət qeyd edilməlidir ki, Zaqatala rayonunda Car kəndindən şimalda keçmişdə Qoloda adlı kənd vardı və onu Nadir şah dağıtmışdır. Bütün hallarda Qoloda indiki yenqeloyların (qədim qellərin) yaşadıqları ərazini əhatə edir. Belə nəticə alınır ki, Dağıstandilli avarlar və saxurlar qellərin qədimdə yaşadıqları əraziyə Qoloda demişlər və bu adda “qel” etnonimi əksini tapmışdır. V11 əsrə aid bir mənbədə qellərin yaşadığı ərazidə qel etnonimi ermənicə yazılışda “xel” kimi qeyd olunmuş və qellərin silvlər( indiki avarların ulu əcdadları) və ciqblər (indiki saxurların ulu əcdadları) ilə yanaşı yaşadıqları göstərilmişdir(71, 37).Həmin tayfalar isə Alazan vadisində məskun idilər.
VIII əsr müəllifi Qevond albanlara məxsus əyalətlər içərisində Kürdən şimalda Qelovu adlı nahiyəni qeyd edir(102, 37). S.T.Yeremyan doğru olaraq Qelavu toponimini Albaniyada qel tayfası ilə əlaqələndirmişdir. Maraqlı budur ki, VIII əsrdən mə’lum olan Qelavu toponimi ilə Azərbaycanın şimal-şərq bölgəsində azərbaycanlılar, avarlar və saxurlar içərisində yeniqeloylara verilən Qeloy, Qeleou və Qelovu adları (bax yuxarıda) eynidir. Yenqeloyların özləri də öz aralarında bir-birini Qeli (“i” gürcücədir) çağırırlar.
Yeniqeloylar Albaniyada yaşamış Qel tayfasının sonrakı nəsilləridir və onlar qədimdə Albaniyanın şimal-qərbində yaşayırdılar. İngiloyların yaşadıqları bölgədə çöl materialları topladığımız zaman mə’lum olmuşdur ki, Zaqatala və Qax rayonlarında türkdilli azərbaycanlıların bir hissəsi özlərini “ləqi” adlandırır( Sarıbaş, İlisu, Ağçay və b. kəndlərdə) (Bu barədə bax: 215,8). Bu maraqlı fakt Strabonun qelləri leqlərlə yanaşı göstərməsi mə’lumatı ilə yüzə-yüz üst-üstə düşür. Leq etnonimi VIII əsrə aid hadisələrdə gürcü mənbəində çəkilən Lakuasti, müasir Laqodex, Lek dərəsi və Ləkit kənd adlarında qalmışdır. V.F.Minorski yazır ki, Lax adlı tayfa Cənubi Azərbaycanda Savalandan şimalda indi də yaşamaqdadır. Onun fikrinə görə Gilanda Lahican mahal adında məhz lax(ləg) tayfa adı vardır(168,33). Bu bölgədə azərbaycanlıların gəlmə hesab olunan hissəsi (Qax-Muğal, Qaxbaş və Güllücə kəndlərinin əhalisi) “muğal” adlanır ki, bu da monqol etnoniminin təhrifi olmaq e‘tibarilə onların XIII əsrdə gəldiklərini göstərir.
İndi isə qellərin mənşəcə etnik mənsubiyyəti məsələsinə nəzər salaq. Biz yazmışıq ki, yenqeloyların ulu əcdadları olmuş qellər İrandilli tayfa idi. Qellərin (qeloyların) bir hissəsinin Xəzərin cənub qərbində talışların ulu əcdadları sayılan kaduslarla qonşuluqda yaşadıqlarını antik müəlliflər yazmışlar. Orada qel etnonimi indiyədək Gilan toponimində qalmaqdadır. K.V.Trever(222, 47) həm cənubda, həm də Albaniyada qellərin eyni olduqlarını yazmışlar. K.V.Trever yazmışdır: “Qeli, mecdu proçim, cili ne tolğko severnee albanov, no i u öqo-zapodnoqo uqlə Kaspiə (oblastğ Qilan), o çem svidetelğstvust i istoriçeskaə tradiüiə”(222, 47).
Qeloyların ulu əcdadlarının İrandilli olduğunu göstərən bir fakt da vardır. Qax rayonunda Güllük kəndi vardır. Güllük toponiminin dilimizdəki gül(çiçək) sözü ilə heç bir əlaqəsi yoxdur. Əslində bu ad Gellək (gel etnonimindən və Azərbaycan dilində məkan bildirən-“lək“ şəkilçisindən) olmuş, zaman keçdikcə təhrifə uğrayaraq indiki formanı kəsb etmişdir. Bu kəndin əhalisi iki dillidir: onlar Azərbaycan dilindən başqa ailə daxilində iranmənşəli bir ləhcədə də danışırlar. Bu dil Cənubi Azərbaycanda gellərin ( giləklərin ) dilinə yaxındır. Həm də kəndin adamları özlərinə “parsi” deyirlər. Qeyd edilməlidir ki, Şəki-Zaqatala bölgəsində Güllük kəndi ən qədim kəndlərdən hesab olunur: “Çaylarda Qurmux, çöllərdə Turut, kəndlərdə Güllük” məsəli vardır. Güllük kəndi məşhur Armaiti dağının 5-6 km-liyindədir (xəritələrdə səhvən bu dağın adı Armatian adlanır). Arxeoloq A. Qaraəhmədovaya görə dağın zirvəsində “V-V1 əsrlərə aid dairəvi planda qala və məbəd xarabalıqları vardır. Əhali arasında bu qala Pəriqalası adlanır. Gürcü tədqiqatçıları X1X əsrdə bu barədə yazmış rus məmurlarının məlumatlarına əsasən Pəriqalasını çariça Tamara ilə əlaqələndirir və bununla da Qax rayonunun və bütünlükdə Şəki-Zaqatala bölgəsinin gürcü ərazisi olduğunu yazırlar. Bu da uydurmadır. Başqa bir Pəriqala Zaqatala rayonu ərazisindədir. Hər iki qala səciyyəsinə görə Od mə‘bədlərinin qalıqlarını xatırladır. Armaiti mə‘bədinin tədqiqi göstərmişdir ki, mə‘bəd Zərdüşt panteonunda barışıq və sədaqət ilahəsi olan Armaitinin şərəfinə tikilmişdir. Aydındır ki, bu məbəd yalnız zərdüştlüyə xidmət edənlərin yaşadığı bir məkanda mövcud ola bilərdi. Bu da qeloyların İrandilli olmasına sübutdur. Ona görə də Q.A.Melikişvilinin Armaiti adını xet dilində arma- “Ay ilahəsi” sözü ilə bağlaması (164,229) fikri düz deyil.
Mə‘bədin 5-6 km-liyində keçmişdə Çardaq (indi Yuxarı Çardaqlar) adlı kənd yerləşir. Onun ərazisində də Od mə‘bədinin qalıqları qalmışdır. Çardaq məhz bu məbədin adıdır. Çardaq kəndinin əhalisi XV11 əsrin əvvəllərində Dağıstandan gəlmiş avarlardır. Onların yaratdıqları yaşayış məntəqəsi Çardaq mə‘bədinin adı ilə adlandırılmışdır X1X əsrin axırlarında bu kənddən digər məntəqə yaranmış və Aşağı Çardaqlar adlanmışdır. Çardaq kəndinə isə bundan sonra “Yuxarı Çardaqlar” adı verilmişdir.
Bu bölgədə İrandilli tayfaların yaşamasını_Balakən (əsli Belokan) toponimi də göstərir. V.F.Minorski yazmışdır ki, bu toponimdə iranmənşəli Bel tayfa adı əksini tapmışdır(168,33). Toponimin sonluğunu təşkil edən qədim İranmənşəli məkan bildirən “kan” şəkilçisi də sanki bu fikrə haqq qazandırır.
Musa Kalankatlının “Alban tarixi” əsərində bu bölgədə Baqin məntəqəsi qeyd olunmuşdur(Alban tarixi, 1 kitab, 29-cu fəsil). Baqin İran dillərində, o cümlədən qədim fars dilindəki baqa “Od allahı” sözündəndir. Ehtimal ki, Çardaq mə‘bədi məhz qədim Baqindir. Bu bölgədə hər iki od mə‘bədinin qalıqları “Şeytanqala” adlanır. Ehtimal ki, qellər xristian dinini qəbul edənə qədər odpərəst olmuşlar və ona görə xristian dininindən sonra od məbədləri “Şeytanqala” adlanmışdır. Armaiti və Çardaq məbədləri arasında Sasanilər dövrünə aid qala divarlarının qalıqları aşkar olunmuşdur. Gürcü mənbələrində bu divar Kalasur adlanır ki, bu da İran dillərində kala(qala) və ərəbcə sur “divar” sözlərindən ibarətdir. Biz ehtimal edirik ki, divara Qalasur adını məhz İrandilli qeloylar (qədim qellər) vermişlər.
Qeyd edilməlidir ki, ümumiyyətlə Şərqi Gürcüstanda da xristianlığın 1V əsrdə qəbuluna qədər oda sitayiş geniş yayılmışdı. Bu barədə gürcü mənbələrində mə’lumatlar vardır (170,80-81).
Beləliklə, yenqeloyların ulu əcdadları olmuş qellərin İran mənşəli olmasına şübhə yeri qalmır və gürcü tədqiqatçılarıaın yen1eloylarűn gürcü tayfası hesab etmələri və bunun əsasında Azərbaycanın Şəki-Zaqatala bölgəsini binadan gürcü torpağı saymaları heç bir faktla təsdiqlənmir.
Lakin sual ortaya çıxır: nəyə görə qellər qədim gürcü mənbələrində yada salınmır? Əgər bu bölgə binadan gürcü ərazisidirsə, nəyə görə bu mənbələrdə XVIII-əsrə qədər yeniqeloy adı çəkilmir? Gürcü tarixçisi T.Papuaşvili yazır ki, gürcü mənbələrində Sainqilo (“ inqiloy ölkəsi”) toponimi yalnız XVIII əsrdə qeyd olunmuşdur (184).
Gürcü mənbələrində qel və onunla bağlı Qelovu mahal adı əvəzinə Movakan mahal adı vardır.Qədim gürcü mənbələrində qellərin dini məncubiyyəti-onların odpərəst olmaları göstərilmiş və qellərin yaşadıqları ərazi Movakan adlandırılmışdır. Movakan adının kökünü “maq” sözü təşkil edir. Gürcü mənbələrindəki “Movakan” yerli Muqkan adının fonetik formasıdır. Gürcü mənbəində movakanların (yə’ni Movakan mahalında yaşayanların) kartvel(gürcü) mənşəli olmadıqları göstərilmişdir(170,23). Q.Sulaya yazmışdır ki, Movakan “ naimenovanie osoboy qruppı alban”(170,41) və “Movakan-gtnonim odnoqo iz albanskix plemen”(170,44).
Movakan əyalətinin sərhədləri gürcü mənbələrində bir qədər şişirdilmişdir. Movakan əyaləti Alazandan Xəzərə qədər böyük bir ərazinin əhatə edə bilməzdi. Bu mə’lumat Kürdən şimalda Alazandan Xəzərə qədər əhalinin xristianlığa qədər atəşpərəst olmasına işarə sayılmalıdır. İslam və xristian dinlərinə qədər atəşpərəst maqlar bu bölgədə təkcə qellər və leqlər deyildilər, bütün Şirvan və Abşeron əhalisi də atəşpərəst olmuşdur. Musa Kalankatlının “Alban tarixi” əsərində deyilir ki, Zərqun vadisində (Albaniyanın şimal-qərbində) bütpərəstlər( yə’ni atəşpərəstlər) yaşayırlar(Alban tarixi,1 kitab, 27-ci fəsil). Bu, şübhəsiz xristian dininə mənsub müəllifin ifadəsidir. Ona gərə də Vaxuşti Movakan mahalının sərhədlərini düz vermişdir; Kürlə Alazan arasında(93, 103).
Beləliklə, gürcü mənbələrində Movakan toponimi atəşpərəst maqların adı ilə bağlıdır. Bu ad əslində Muqan olmaq e’tibarilə Muq sözündən və fars dilində yer, məkan bildirən “kan” şəkilçisindən ibarətdir. Muqkan “maq yeri” mə’nasındadır. K.V.Trever (222,21) səhv olaraq Muqkan mahalını Kürdən cənubda Muqan çölü ilə lokalizə etmişdir (222,21). Halbuki, 1X əsr ərəb müəllifi Mə‘sudi Kürdən şimalda(yə’ni indiki Şəki- Zaqatala bölgəsində) Muqkan mahal adını çəkir və xəbərdarlıq edir ki, onu Muğaniyyə (yə’ni Muğan düzü) ilə eyniləşdirmək olmaz (32, 52).
Xristian dininin 1V əsrdə qəbul edilməsinə qədər gürcülərin içərisində də atəşpərəstlik olmuşdur. Gürcü çarı Farnamaz Gürcüstanda Armaz qalasını tikmişdi (180,1, 252). Dağın üstündə qalıqları qalmaqda olan bu qalanı gürcülər indi Baqineti adlandırırlar ki, bu da qədim farsca baqa Od allanı” sözühdəndir. Armaz qala adı isə Ahuramazda (Hörmüzd) allah adının təhrif formasıdır.
Odpərəst qellər (azərbaycanlılarda geloylar) 1V əsrdən sonra xristian dinini qəbul etmiş və gürcü kilsəsinin tə’siri altında həm Azərbaycan dilinə həm də gürcü dilinə keçmiş və assimilə olunmuşlar. Yenqeloyların əcdadlarının yaşadıqları ərazi gürcü mənbələrində Movakan adlanmışdır. Tarixi mənbələrdə yenqeloylar gürcümənşəli tayfa hesab olunurlar. Şəki-Zaqatala bölgəsində gürcü dili əsasında yaranmış coğrafi ad yoxdur. Bütün bunlar bu bölgənin köklü gürcü və yeniqoyların gürcü tayfası ərazisi sayılmasının əsassız olduğunu göstərir. Albaniyanın şimal-qərb bölgəsinin əhatɢ etmiş Yu ərazidə türkmənşəli albanlar, İrandilli leqlər, qellər və indiki Dağıstandilli avarların, saxurların və Şahdağ xalqlarının (xınalıqlılar, qrızlılar və buduqlular) əcdadları yaşamışlar,
Yenqeloyların ulu əcdadları olmuş qellərlə əlaqədar olaraq Leq tayfasının tarixi də diqqəti cəlb edir. Strabon qellərlə yanaşı Leq tayfasının yaşadığını yazmışdır. X1 əsr gürcü mənbəyində bu tayfanın adı Lek(i) kimidir. Tarixşünaslıqda Leq tayfası indiki ləzgilərin ulu əcdadları hesab edilir və “ləzgi” etnoniminin ləq (lək) etnonimindən törəndiyi fikri mövcuddur.Bu məsələ ilə əlaqədar aşağıdakı faktlar üzərində dayanaq.
1. X əsr gürcü müəllifi Evfimiy Svyatoqor albanla ı lek adlandırır (170). Vaxuşti yazır ki, Pipinetidə(indiki Zaqatala şəhəri Pipan adlı dağın ətəyində yerləşir və bu məntəqə ona görə də gürcü mənbələrində Pipineti adlanır) gürcü hökmdarı Levon (1520-1574) lekləri yerləşdirmişdir(93,116). Bu mə’lumatda “Lək” dedikdə məhz türkləşmiş leqlər nəzərdə tutulur, çünki o vaxtlar Zaqatala şəhərində heç vaxt ləzgi yaşamamışdır.
2. Bu bölgədə türkdilli azərbaycanlılar üç qrupa ayrılırlar a) muğallar (monqolların tərkibində gəlmiş türklər nəzərdə tutulur); b) padarlar(Şah Abbasın bu bölgəyə köçürdüyü padarlar nəzərdə tutulur) və leqlər.
“Lək“ etnonimi bu bölgədə Ləkit kənd adında qalmışdır. Balakən rayonunda Mazımçayın sağ qolu Laqodexi adlanır ki, bu da əslində “Ləgidağ” adının gürcücə yazılışıdır. Bu çayın sahilində Zaqatala rayonunun Böyük Tala kəndindən getmiş avar ailələrinin yaratdıqları məntəqə də Laqodexbinə, Gürcüstanda bu bölgə ilə həmsərhəd rayon Laqodexi adlanır.
Deyilənlərə görə Azərbaycanın şimal - qərb bölgəsində İranmənşəli qel və leq tayfaları yaşamışdır. Bu tayfalar mə’lum olmayan tarixi hadisə ilə əlaqədar Xəzərin cənub qərbindən gəlmiş, yaxud köçürülmüşlər.
Yuxarıda biz dedik ki, E.S. Takayşvilinin fikrincə Ereti əyaləti həm də indiki Gürcüstanın Kaxeti bölgəsinin bir hissəsi idi. Eretinin isə Alban əyaləti olduğu haqda faktları yuxarıda verdik. Əgər hərlər və qeloylar(qədim qellər) Alban tayfaları idisə və bu tayfalar Eretidə yaşayırdılarsa, onda Kaxetinin Ereti hissəsinin köklü Alban ərazisi olduğu nəticəsi alınır.
Kaxeti bölgəsində gürcümənşəli toponimlər azlıq təşkil edir. “Kaxeti” toponiminin (“Kax” komponentindən və gürcücə məkan bildirən “eti” şəkilçisindən) mə’nası mə’lum deyil. Belə fikir vardır ki, Kax bir gürcü tayfasının adıdır (bu barədə bax: S.T.Eremən Gkonomika i “soüialğnıy stroy Albanii. III-VII vv.” Oçerki istorii SSSR, M.1958, s. 304) . Bizcə bu fikir şübhə doğrur. Əvvələn, qədim gürcü mənbələrinin heç birində Kax gürcü tayfasının adı çəkilmir. İkincisi, fikrimizcə Kax (bu bölgədə Qax şəhər adı da şübhəsiz “Kax” sözü ilə bağlıdır) Dağıstanmənşəli sözdür. X1X əsrdə Dağıstanın Qunib dairəsində Qax, Qars əyalətinin Ərdahan dairəsində Qaxcvari dağ, Dağıstanın Avar dairəsində Qaxqala kənd adı, Dağıstanın Teymerxanşura dairəsində Qax-Mataş dağ adı, Dağıstanın Kürə nahiyəsində Qaxtsuq kənd adı(181,125) və b. adlar göstərir ki, “Kax” komponenti avarların özləri ilə Dağıstandan gətirdikləri sözdür, lakin mə’nası mə‘lum deyil.
İndiki Qax toponimi X1 əsrə aid qədim gürcü mənbəyindən mə’lumdur (167 s.7). Qax yaşayış məntəqəsinin digər adı Turaqay olmuşdur. Turaqay adlı yer Orta Asiyada da mə’lumdur. V.V. Bartold yazır ki, Turaqay Orta Asiyanın səhra ərazisində şəhərin adı idi (83, 1V, 516). Maraqlıdır ki, Rusiyada Orenburq qalasının qədim adı da Torqayqala olmuşdur. Ehtimal ki, bu toponim türk dillərində tarağa “istehkam”, “xəndək” sözü (199, III, 1 341) ilə bağlıdır. Ola bilsin Qax toponimi qədim türk dillərində qaq “vadi” (126,s.422) sözündəndir. Mənbələrdə Özbəkistanda Fərqanə əyalətində Kax adlı kənd mə’lumdur (83, 1 217). V.V. Bartolda görə, Kax “nüfuzlu knyazın evi, qalası” mə’nasındadır(83, II, 1, 207).
Göründüyü kimi, D.L.Musxelişvilinin Azərbaycanın qərb və şimal-qərb bölgələrinin tarixən gürcü torpağı olduğunu sübut etmək üçün gətirdiyi arqumentlərin heç biri elmi mə‘xəzlərdə təsdiqlənmir. Müəllifin bu baxışı ilə neçə razılaşmaq olar ki, həmin bölgədə nə qədimdə, nə də indi gürcü dili əsasında yaranmış makrotoponim yoxdur. Qax, Balakən, Zaqatala, Şəki, Qutqaşen, Vartaşen rayon adları və onların ərazilərində yüzlərcə dağ, çay və kənd adı gürcücə deyildir.Bu bölgədə yaşamış Dağıstandilli hərlərə, silvlərə, lbinlərə, udinlərə, ciqblərə və türkmənşəli albanlara bu bölgədə yaşamışlar.Bu bölgədə yaşayan azsaylı xalqların dillərində, o cümlədən ingiloyların dilində qədim gürcü sözləri qalmamışdır. Deməli, D.L. Musxelişvili tarixi həqiqəti bilərəkdən danmağa cəhd göstərmişdir.
Müxtəlif tarixi dövrlərdə siyasi qabarmalar olmuş və gürcü hökmdarları Şəki-Zaqatala bölgəsini, yəni Heretini işğal etmişlər. Lakin bu işğallar heç də həmin bölgənin köklü gürcü torpağı olması fikrini söyləməyə əsas vermir. Bir vaxt ərəblər də İspaniyanı, monqollar Şərqi Avropanı, ruslar Qafqazı tutmuşdular, lakin tarix bu ölkələri köklü ərəb, monqol və rus əraziləri hesab etmir.
V.F.Minorski Şəki knyazlığını erməni knyazlığı saymış və bölgənin əhalisinin erməni qarışıq olduğunu yazmışdır (45,47). Bu fikrin də, elmi əsası yoxdur.
Deyilənlərdən aydın olur ki, D.L.Musxelişvili coğrafi adlardan,xüsusilə etnonimlərdən düzgün istifadə etmədiyindən tarixi faktları öz ideyası xeyrinə təhrif etmişdir.
Elm tarixi səhvlərə gec-tez süpürgə çəkir və tarixi reallığa üstünlük verir. Tarixi ədalət xalqların, millətlərin həqiqi dostluğunun bünövrəsini təşkil edir. Biz xalqlarımızın mehriban dostluğu xatirinə tarixin bə’zi təhriflərini düzəltmək üçün real elmi əsas verdik. Atalar demişlər ki,” Düz həmişə əyrini kəsir”.
Dostları ilə paylaş: |