MƏHƏMMƏD (S) ƏHLİ-BEYTİNƏ SALAVAT DEMƏK XÜSUSUNDA İRAD VƏ ONUN CAVABI
Də᾽vətçi: «Şiə camaatı qətiyyən nəssə zidd bir iş etməmişlər və etmirlər də. Keçmiş əsirlərdə onların düşmənləri məsələn, xəvaric, nasibi, Əməvi və onlara bağlı olanlar bəhanələr axtararaq, şiələri bid᾽ət əhli olaraq tanıtmaları üçün əsasız dəlillər gətirmişlər. Şiənin böyük alimləri onların bütün cavablarını vermiş və bid᾽ət əhli olmadıqlarını isbatlamışlar. Qələm düşmənin əlində olarsa, istədiyini yazar. Bu mövzunun da cavabı təfərrüatıyla verilmişdir. Amma vaxt keçdiyinə görə, geniş bir şəkildə cavab verə bilməyəcəyəm. Buyurduqlarınızın cavabsız qalmaması və məsələnin də məclisdə iştirak edən əziz qardaşlarımız tərəfindən səhv başa düşülməməsi üçün mövzu ilə bağlı bə᾽zi nöqtələrə qısaca toxunmaq istəyirəm:
Birincisi, zikr edilən ayə, salavat və salamın başqalarına söylənməsini qadağan etməmişdir; Müsəlmanların həzrət Peyğəmbərə (s) salavat deməyin vacib olduğunu əmr edir.
İkincisi, həmən bu ayəni nazil edən Allah-təala Saffat surəsinin 130-cu ayəsində belə buyurur: «Ali Yasinə salam olsun».
Risalət ailəsinin böyük xüsusiyyətlərindən biri də, Qur᾽anın hər yerində böyük Peyğəmbərlərə xüsusi salam buyurur: «Aləmlər arasında Nuha salam olsun», «İbrahimə salam olsun», «Musa və Haruna salam olsun»1.
Qur᾽anın heç bir yerində peyğəmbərlərin övladlarına salam söylənməmişdir. Sadəcə Xatəmul-Ənbiyanın (s) övladlarına salam söylənmişdir. Allah-təala «Yasin övladlarına salam olsun» buyurur. «Yasin» Rəsulallahın (s) adlarından biridir».
«YASİN» KƏLMƏSİNİN MƏ᾽NASI, «SİN» ƏDATININ PEYĞƏMBƏRİN MÜBARƏK ADI OLMASI XÜSUSUNDA
Də᾽vətçi: «Bildiyiniz kimi, Qur᾽ani-məcidə həzrət Peyğəmbərin on iki adından beşi, ümmətin bəsirətinin artması üçün zikr olunmuşdur. Beş müqəddəs adlar bunlardır: Məhəmməd, Əhməd, Əbdullah, Nun və Yasin. 36-cı surənin əvvəlinci 3 ayəsində belə buyurur: «Ya Sin, and olsun hikmətli Qur᾽ana, həqiqətən sən göndərilən (Peyğəmbər)lərdənsən».
«Ya» nida ədatıdır, «Sin» də Rəsulallahın (s) mübarək adıdır; o həzrətin həqiqətinə, zahiriylə batininin bərabərliyinə işarədir».
Nəvvab: «Təhəcci hərflərinin arasında «Sin» ədatının, o həzrətin mübarək ismi olmasının səbəbi nədir?».
Də᾽vətçi: «Bir az əvvəl ərz etdiyim kimi, mə᾽na aləminə və o həzrətin həqiqəti mö᾽tədilinə işarədir. Çünki xatəmiyyət məqamına sahib olacaq kəs, vücudu-həddi mö᾽tədilə yetişən və zahiri ilə batini bərabər olan kəsdir. Bu mərtəbə o həzrətin müqəddəs vücudunda mövcud idi. Bax buna görə, «Sin» ədatıyla o həzrət üçün məqam isbat edilir.
Hər kəsin anlaya biləcəyi bir üslubla bəyan etməli olsaq, təhəcci hərflərinin arasında zahir və batini bərabər olan sadəcə «Sin» ədatıdır. Belə ki, elmi ədəd (hesab) alimlərinin bildiyi iyirmi səkkiz təhəcci hərflərinin hər birinin zübür və bəyyinəsi2 vardır; hər hərfin zübür və bəyyinəsi tətbiq edildiyində, kəsinliklə ya zübürü çoxdur və ya bəyyinəsi».
Nəvvab: «Möhtərəm qardaşımız, cəsarət edib soruşduğuma görə üzr istəyirəm, əhf edin; məsələni anlamaqda aciz olduğum üçün bu gecələrdə məsələləri, hər kəsin anlaya biləcəyi sadə və açıq bir şəkildə bəyan etmənizi istəyirəm. Çünki zübür və bəyyinənin nə olduğunu anlaya bilmədik; aydın bir şəkildə izah etməyiniz rica edirik».
Də᾽vətçi: «Məmnuniyətlə. «Zübür», kağızın üzərində yazılan hərfin şəklidir; «bəyyinə» də oxunarkən artımı ortaya çıxan şeydir. Məsələn, «S» ədatı kağızın üzərində bir hərfdir, amma oxunduğunda üç hərf ‒ «sin» olur və beləcə, iki hərf artır. Çünki 28 ədəd olan təhəcci hərflərinin arasında, tətbiq edildiyində zübür və bəyyinəsi bərabər olan sadəcə «Sin» hərfidir. Sin altmış ədəddir, bəyyinəsi də «in» hərflərindən ibarət olub altmışdır; «i» on, «n» da əllidir, ikisinin cəmi 60 olur3.
Bax bu səbəbdən, Qur᾽anda Xatəmul-ənbiyaya «Ya Sin» olaraq xitab edilir. Bu həzrət Peyğəmbərin zahir və batininə işarədir. «Ya Sin», yə᾽ni «Ey zahir və batin baxımından bərabərliyə sahib olan kəs!».
«ALİ YASİN»DƏN MƏQSƏD, MƏHƏMMƏD ƏHLİ-BEYTİDİR
Bu səbəbdən Sin Rəsulallahın (s) mübarək ismidir. Allah-təala bu ayədə buyurur: «Salamun əla ali Yasin» (yə᾽ni Ali Yasinə salam olsun).
Hafiz: «Buyurduğunuz bu şeylər, sirli kəlamla isbatlamaq istədiyiniz sözlərdir; alimlər arasında belə bir mə᾽nada (Ali Yasinə salam olsun) söylənməmişdir».
Də᾽vətçi: «Rica edirəm, bir şeyi inkar etmək istədikdə, qəti bir qərarla onu inkar etməyin, cavabı verildikdən sonra utanmamağınız üçün ihtimal verərək danışın. Sizin öz kitablarınızdan ya xəbəriniz yoxdur və ya xəbəriniz olsa da, təsdiq etmək istəmirsiniz. Amma biz sizin kitablarınızdan xəbərdarıq və haqqı da inkar etmək istəmirik.
Sizin böyük alimlərinizin kitablarında, həmin bu mə᾽naya çox işarə edilmişdir. Məsələn: mütəəssib İbni Hacər Məkki «Səvaiqul-muhriqə» kitabında, Əhli-beyt haqqında nəql etdiyi ayələrdən üçüncü ayənin izahında yazmışdır ki, bir qrup müfəssirlər İbni Abbasdan belə nəql etmişlər: «Ali Yasindən məqsəd, Məhəmməd Əhli-beytidir». Bu səbəbdən, «Ali Yasinə salam olsun» demək, «Məhəmmədin (s) Əhli-beytinə salam olsun» deməkdir.
Yenə yazır ki, imam Fəxri Razi belə zikr etmişdir: «Peyğəmbərin Əhli-beyti beş şeydə o həzrətlə bərabər vəziyyətdədir:
a) Salamda;
Buyurmuşdur ki: «Salam olsun sənə ey Peyğəmbər». Yenə buyurmuşdur ki: «Ali Yasinə salam olsun». Yə᾽ni Məhəmmədin (s) Əhli-beytinə salam olsun.
b) Təşəhhüddə ona və onlara salavat deməkdə;
c) Təharətdə;
Allah-təala buyurmuşdur ki: «Taha!» Yəni: «Ey Tahir (pak və münəzzəh)». Onların haqqında da təthir ayəsini nazil edərək, «Allah hər növ ricsi (pisliyi) siz (Əhli-beytdən) uzaqlaşdırmaq və sizi təmiz və pak etmək istəyir»1 buyurmuşdur.
d) Sədəqəni onlara haram etmişdir.
e) Məhəbbətdə.
Allah-təala buyurmuşdur: «Ey Peyğəmbər, de ki: Əgər Allahı sevirsinizsə, mənə bağlanın, Allah sizi sevsin».
Yenə buyurmuşdur ki: «Ey Peyğəmbər de ki, mən buna (təbliğimə) qarşılıq olaraq Əhli-beytimi sevməkdən başqa sizdən heç bir muzd istəmirəm»2.
Seyid Əbubəkir bin Şəhabüddin Ələvi, «Rəşfətüs-Sadi min Bahri Fəzaili Mənin-Nəbiyyil-Hadi» adlı kitabının Ι babında bir qrup camaatın İbni Abbasdan, ΙΙ babında da Nəqqaşın, Kəlbidən, «Həmən ayədəki Ali Yasindən məqsəd, Məhəmmədin «Ali»sidir (Əhli-beyt)» deyə nəql etdiyini söyləmişdir. İmam Fəxri Razi «Təfsiri-kəbir»in VΙΙ cildində bəhs olunan ayəni həmin mə᾽nada oxşar surətdə nəql etmişdir. «Ali Yasindən məqsəd, Məhəmmədin (s) Əhli-beytidir» demişdir.
Yenə İbni Hacər «Savaik» kitabında bir qrup müfəssirlərin İbni Abbasdan belə nəql etdiklərini yazmışdır: «Salamun əla Ali Yasin»dən məqsəd, «Salamun əla Ali Məhəmməd»dir».
Pak Əhli-beytə salavat deməyə gəlincə, bu hər iki tərəf (şiə və əhli-sünnət) arasında qətidir. Hətta Buxari və Müslim, səhihlərində həzrət Peyğəmbərin (s) belə buyurduğunu təsdiq etmişlər: «Salavatda mənimlə Əhli-beytim arasına ayrılıq salmayın».
Dostları ilə paylaş: |