A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
63
Beləliklə, qeyd edilənlərdən aşağıdakı nəticələrə gəlmək mümkündür:
1. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir.
2. Əgər hər iki valideynin soyadı eynidirsə, məsələn, “Məmmədovdursa, onda uşağın soyadı əlbəttə
ki, “Məmmədov” olacaqdır.
3. Əgər valideynlərin soyadı müxtəlifdirsə, məsələn, “Məmmədov” və “Hüseynov”, onda valideynlər
qarşılıqlı razılığa gələrək uşağın soyadını ya “Məmmədov”, ya da, “Hüseynov” qoya bilərlər.
4. Əgər soyadları müxtəlif olan valideynlər arasında fikir ayrılığı yaranarsa, onda bu fikir ayrılığı
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll ediləcəkdir.
5. Uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın
verilməsi AM və adı çəkilən Qaydalarda nəzərdə tutulmamışdır. Başqa sözlə, qüvvədə olan
qanunvericilik uşağa valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsinin
mümkünlüyünü nəzərdə tutur.
Sual 4: Şəhərin gözəllik mərkəzlərindən birində lazer epilyasiyasının həyata keçirilməsindən
sonra üzümdə ilk öncə qızartılar, daha sonra suluqlar, ən sonda da, yanıqlar əmələ gəldi. Artıq
neçə vaxtdır ki, bu vəziyyətdədir. Epilyasiyanı edən kosmetoloq mənə demişdi ki, narahat olma
2‐3 günə keçib gedəcək. Xahiş edirəm deyəsiniz, gözəllik mərkəzinə və epilyasiyanı bilavasitə
icra etmiş kosmetoloq qarşı məhkəmədə hansı iddianı qaldıra bilərəm?
Cavab: Sizin vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürmək
hüququnuz vardır. İddia tələbinizin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin
Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlanan IX bölməsinin
müvafiq müddəaları (1096, 1097, 1115, 1128 və s.) təşkil edir. Əgər kosmetoloq gözəllik mərkəzinin
işçisi kimi Sizə xidmət göstərmişdisə, onda cavabdeh qismində gözəllik mərkəzi çıxış edəcək. Çünki
MM‐in 1099.1‐ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq
pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı
işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İrəli sürdüyünüz iddianın təmin edilib‐edilməməsi
təqdim olunacaq sübutlardan böyük ölçüdə asılıdır. Nəzərə almalısınız ki, kosmetoloqun qüsuru
nəticəsində zərər vurulduğunu sübut etmək vəzifəsini Siz daşıyırsınız (Mülki Məcəllənin 1132‐ci,
Mülki Prosessual Məcəllənin 77.1‐ci maddələri).
Sual 5: Borclunun məhdud məsuliyyətli cəmiyyətdə payı vardır. Borcun ödənilməməsi halında,
həmin paya da tutma yönəldilməsi mümkündür?
Cavab: Borclu şəxsin məhdud məsuliyyətli cəmiyyətdəki payına tutma yönəldilməsi mümkündür,
lakin nəzərə alınmalıdır ki, tutmanın borclunun məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı
payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol
verilir. Bu zaman Siz tutmanın yönəldilməsi məqsədi ilə məhdud məsuliyyətli cəmiyyətdən ya
cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini
ödəməyi, ya da bu əmlak hissəsini ayırmağı tələb edə bilərsiniz. Cəmiyyətin əmlakının ayrılmalı
hissəsi və ya onun dəyəri Sizin tələb irəli sürdüyünüz məqamda tərtib edilmiş balans üzrə
müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 94.1‐ci maddə).
Sual 6: Bağ sahəmdə yaşayış evi tikmək istəyirəm. Eşitdiyimə görə, artıq yeni qanuna görə
tikintiyə icazə almaq tələb olunmur. Bu, doğrudurmu?
Cavab: Mərtəbələrinin sayı 3‐dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən
çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların
tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq‐planlaşdırma bölməsinin hazırlanması tələb
olunur. Belə yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Şəxs tikintiyə
64
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti
orqanına) məlumat verir və yaşayış evinin layihəsinin memarlıq‐planlaşdırma bölməsini
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1‐ci və 80.3‐cü maddələrində
nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq
icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən 3 ay müddətində layihəyə dair
irad şəxsə təqdim edilmədikdə, şəxs tikinti işlərinə başlaya bilər. Yaşayış evinin tikinti layihəsinin
memarlıq‐planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti isə müvafiq icra hakimiyyəti orqanı
(Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həyata keçirir (Azərbaycan Respublikası
Şəhərsalma və Tikinti Məcəlləsinin 80‐ci maddəsi).
Sual 7: Məhkəmə inzibati işlər üzrə məhkəmə qərarını icra etməyən dövlət orqanını cərimə
edə bilərmi?
Cavab: Azərbaycan Respublikası İnzibati prosessual məcəlləsində inzibati orqanların üzərinə
qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməməsinə görə cərimənin tətbiqi nəzərdə
tutulmuşdur. Lakin bunun üçün bir neçə şərt vardır: 1) Azərbaycan Respublikası İnzibati
prosessual məcəlləsinin 33.4‐cü, 40‐cı, 70‐ci, 71‐ci və 73‐cü maddələrində nəzərdə tutulmuş
hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş
öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd
inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilməmiş olmalıdır; 2)
İlkin olaraq, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti
vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən etməli və cərimə tətbiq olunacağı
barədə həmin orqana xəbərdarlıq etməlidir. 3) İnzibati orqan məhkəmənin müəyyən etdiyi
müddətdə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdən sonra məhkəmə cərimənin
məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə
qərardad qəbul edir.
Qeyd edək ki, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna
və məcburi qaydada tutula bilər.
Sual 8: İşə apellyasiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verilə
bilərmi?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2‐ci maddəsinə görə məhkəmə tərəfindən
iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında
tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi
məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 375.2‐ci maddəsində iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin
hansı (birinci instansiya və ya yuxarı instansiya) məhkəmə qərarının çıxarılmasınadək
mümkünlüyü göstərilməmişdir. Ümumi qayda ondan ibarətdir ki, iddia müddətinin tətbiqi barədə
ərizə yalnız işə birinci instansiya məhkəməsində baxılarkən verilə bilər. Bu qaydadan istisna yalnız
o halda mümkündür ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh tərəf olduğu
məhkəmə icraatı barədə məlumatlı olmadığından həmin ərizəni sözügedən məhkəməyə təqdim
edə bilməmiş olsun. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki
işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008‐ci il tarixli
Qərarında ifadə etdiyi hüquqi mövqe də bu yöndə olmuşdur.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
65
Sual 9: Atam özünə məxsus mənzili qardaşıma vəsiyyət etmişdir. Lakin vəsiyyətnamədə digər
əmlakla, o cümlədən özünə məxsus avtomobillə bağlı hər hansı qeyd yoxdur. Bu halda,
mənzildən başqa digər əmlak yalnız mənə çatır, yoxsa, qardaşımın da bu əmlaklara hüququ
var? Atamın mənzili qardaşıma vəsiyyət etməsinin miras əmlakın qanun üzrə bölgüsündə
əhəmiyyəti varmı?
Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ‐ MM) 1133.1‐ci maddəsinə
görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət
üzrə və ya hər iki əsasla keçir. MM‐in 1159.1.1‐ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı
birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər),
valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM‐in 1166‐cı
maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr
sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM‐in 1172‐ci
maddəsinə görə əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın
hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata
keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir
hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Göründüyü kimi, miras əmlakın
Sizə və qardaşınıza qanun üzrə və (və ya) vəsiyyət üzrə keçməsi mümkündür. Bu halda, atanızın
vəsiyyətnamə ilə özünə məxsus mənzili qardaşınıza vəsiyyət etməsi sonuncunu vəsiyyətnamədə
göstərilməmiş, lakin miras kütləsinə daxil olan əmlakları qanun üzrə vərəsəlik qaydasında qəbul
etmək hüququndan məhrum etmir. Başqa sözlə, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə
tutulmayıbsa, vəsiyyətnamədən kənarda qalmış əmlak Sizin və qardaşınız arasında qanun üzrə
vərəslik qaydasında bərabər paylarda bölüşdürüləcəkdir.
Sual 10: Qanunda şəxsi hüquq və vəzifələrin vərəsəlik üzrə keçməsinin mümkün olmamasına
dair göstəriş var. Burada hansı hüquq və vəzifələr nəzərdə tutulur?
Cavab: Belə bir məhdudiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153‐cü maddəsində
öz əksini tapmışdır. Həmin maddəyə görə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub
ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız
kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və
vəzifələr mirasın tərkibinə daxil deyildir. Belə hüquqlara misal kimi Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228‐ci maddəsində təsbit edilmiş yaşayış binasının tərkib hissəsindən istifadə
hüququnu göstərmək mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.3‐cü maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun
alqı‐satqının, girovun və icarənin müstəqil predmeti ola bilməməsinə dair göstəriş vardır. “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 29‐cu maddəsinin 1‐ci hissəsinə görə müəllifin bu
Qanunun 14‐cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları (əsərin müəllifi kimi tanınmaq
hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və
ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif
olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq
hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin
istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ)vərəsəlik
üzrə keçmir. Bu cür vəzifələrə nümunə kimi aliment ödəmək vəzifəsini göstərmək mümkündür.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.4‐cü maddəsi aliment ödəyən
şəxsin ölməsini, aliment öhdəliklərinə xitam verilməsi əsası kimi nəzərdə tutur.
*‐ Rubrikada təqdim olunan sualların cavabları Vəkillər Kollegiyasının üzvü Dünyamin
Novruzov tərəfindən tərtib olunmuşdur.
Asudə
Sadəcə vəkillərin anlaya biləcəyi 12 fakt
Təkcə Azərbaycanda deyil, bütün dünyada vəkillik peşəsi heç də asan peşə deyil. Vəkillər teztez
yersiz olaraq müştəriləri tərəfindən müxtəlif mövzularda ittiham olunurlar. Məsələn, vəkilləri
pula düşkün və s. adlandırırlar. Və yaxud hər bir sahədə olduğu kimi vəkillər arasında da olan
bəzi fırıldaqçıları haqsız olaraq bütün vəkilliyə aid edirlər. Beləliklə, vəkilliyin həqiqətən çətin
peşə olmasını sübut eləyən 12 faktı nəzərinizə çatdırırıq.
“Nə etmisən ki?! Bir ərizə yazmısan da...”
Gördüyün iş, çəkdiyin əziyyət sonda “bir ərizə yazmısan da” cümləsi ilə dəyərləndirilir.
Müştərilərin çoxu uduzulmuş işlərin səbəbini yerli‐yersiz vəkillərdə görürlər.
Sadəcə bunlarla yetərlənməyib, vəkilin qarşı tərəfdən pul aldığını və onun arxasından işlər
çevirməsini düşünənlər də heç də az deyil.
Xalqın möhtac olduğu bir peşəni icra etmək.
Vəkillik də, həkimlik də mütəxəssis peşəsidir. Belə ki, hər iki sənət sahibləri insanların özlərinin
həll edə bilmədiyi problemləri onların əvəzinə həll edirlər. Yəqin ki, bu səbəbdəndir ki, həm
vəkillər, həm də həkimlər cəmiyyət tərəfindən ən çox təzyiqə məruz qalan peşə sahibləridirlər.
Vəkilin xidmət haqqı problemi.
Həkim tərəfindən müayinə xərclərini əksiksiz ödəyən insanlar, vəkillə müqavilə bağlayarkən
qiymət mövzusunda çox zaman problem yaşadırlar.
Telefonun bir dəqiqə susmaması.
Hər gün yüzlərlə suallara cavab verməkdən əlavə, qohum‐əqrəba, dost‐tanış tərəfindən gələn
zənglərin ardı‐arası kəsilmir.
Onsuzda pulunu vermişəm deyə, müştərinin vəkilə istədiyi saatda zəng eləməsi.
“Pulun vermişəm də. İstədiyim vaxt mənimlə maraqlanmalıdır.”
Pul vermişəm də, yenə nəyə istəyirsən?!
Proses uzandıqca əlavə xərclər çıxan zaman vəkillər müştərilərindən pul istəyirlər. Cavab isə çox
zaman təxminən bu cür olur: “Bir dəfə pul almısan da, yenə nə istəyirsən?”
Ofisdə işləyirsən bir dərd, öz işini qurmaq istəyirsən başqa dərd...
Bir vəkillik bürosunda işləyən zaman yüksək qazanc əldə bilmirsən. Öz şəxsi ofisini açsan da, gərək
böyük çevrən olsun.
Məhkəmə prosesləri, sənədlər, cəzaçəkmə müəssisələri arasında uçub gedən zaman.
Vəkilin vaxtının böyük bir hissəsi yollarda, məhkəmələrdə və saysız‐hesabsız sənədlərin arasında
keçir.
“Hər kəsin müdafiə olunmaq hüququ var”
Bir çox insanlar yuxarıdakı cümləni unudurlar və nəticədə cinayətkarı müdafiə edən vəkilə də
bəzən cinayətkar kimi baxırlar. Cinayətkara olan qəzəb və hiddəti onun vəkilinə də göstərirlər.
Depressiv yaşam tərzi.
Müştərilərin əksəriyyətinin dərdli və problemli insanlar olması öz mənfi təsirini vəkillərə də
göstərir. Müştərilərinin problemlərinə şərik olduqları üçün vəkillərdə tez‐tez depressiya hallarına
rast gəlmək olur.
“Sən bu işi qazan, nə qədər istəyirsən pul verəcəm...”
Bunu deyən müştərilən çoxu iş bitdikdən sonra qeybə çəkilirlər.
66
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Bu rubrikada oxucularımızı vəkil Turqay Hüseynovun öz asudə vaxtını necə
dəyərləndirməsi barədə məlumalandıracayıq. Məlumat üçün bildiririk ki, hörmətli
vəkilimiz öz hobbisi ilə bağlı maraqlı foto‐şəkilləri jurnalımızın oxucuları ilə bölüşmək
qərarına gəlmişdir.
67
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Şəkil 1:
Magiya maskası (Qana)
Şəkil 2:
Qazıntılarda tapılmış büst (Afina)
Şəkil 3:
Çaxır Allahı (Gürcüstan)
Şəkil 4:
Dəmir skripkaçı (Bosniya)
Şəkil 5:
Təbii alliqator kəlləsi (ABŞ)
Şəkil 6:
Dua çarıxı (Tibet)
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
68
Şəkil 7:
Açan‐açar (Makedoniya)
Şəkil 8:
Əl Aksa (İsrail)
Şəkil 9:
Sərkərdə (San Marino)
Şəkil 10:
Sufi (Türkiyə)
Şəkil 11:
Akveduk (İspaniya)
Şəkil 12: Dörd
sifətli adam (Çin)
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
69
Şəkil 13:
Venesiya qondolası (İtaliya)
Şəkil 14:
Tapıntı (Suriya)
Şəkil 15:
Qaudi parkı (İspaniya)
Şəkil 16:
Oynayan maral (Finyandiya)
Şəkil 17:
Taxta fil (Hindistan)
Şəkil 18:
Romanın rəmzi canavarı (İtaliya)
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
70
Şəkil 19:
Barbaros (Türkiyə)
Şəkil 20:
Formula 1 kepkası (Monako)
Şəkil 21:
Xoruz (Portuqaliya)
Şəkil 21:
Güdən usta (Slovakiya)
Şəkil 24:
İnək (İsveçrə)
Şəkil 24:
Qolf topu (ABŞ)
Dostları ilə paylaş: |