A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
“Dövlət gənclər siyasəti haqqında” 13 noyabr 1991‐ci il tarixli Qanunun 4‐cü maddəsi beynəlxalq
hüquq normalarının tənzimləyici funksiyalarının qanuna formal olaraq daxil etməsədə, həmin
qanunun 5‐ci maddəsi beynəlxalq müqavilələrin üstün tənzimləyici xüsusiyyətini təsbit edirdi. Belə
ki, həmin maddədə deyilir: “Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulan qaydalar Azərbaycan Respublikasının gənclər haqqında qanunvericiliyindəki
qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir” [20]. Oxşar müddəalara
Kütləvi informasiya vasitələri haqqında 21 iyul 1992‐ci il tarixli, Dini etiqad azadlığı haqqında 20
avqust 1992ci il tarixli, İctimai birliklər haqqında 10 noyabr 1992‐ci il tarixli, Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında 14 iyun 1994‐cü il tarixli, Gömrük tarifi haqqında 20 iyun
1995ci il tarixli Qanunlarda rast gələ bilərik.
Oxşar müddəaya biz hətda ilk məcəllələrimizdən olan 9 noyabr 1991‐ci il tarixli Torpaq Məcəlləsində
də rast gələ bilərik. Həmin Məcəllənin 115‐ci maddəsinə əsasən Azərbaycan Respublikasının
beynəlxalq müqaviləsində Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən fərqli qaydalar
nəzərdə tutulmuşdursa beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
Bu qanunlarda müvafiq sahəni tənzimləyən qanunvericilik aktları bir qayda olaraq qanunun ümumi
müddəalar bölməsində müəyyən edilsədə, beynəlxalq müqavilələrin statusu məsələsi adətən
“Beynəlxalq müqavilələr” adlanan ayrıca maddə şəklində qanunların yekun müddəalarında təsbit
edilirdi. Bununla belə bəzi qanunlarda bu məsələ fərqli qaydada həll edilmişdir.Baytarlıq təbabəti
haqqında Qanunun “Baytarlıq təbabəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi”
adlanan 2ci məddəsi beynəlxalq hüquq normalarının tənzimləyici funksiyaları formal olaraq
maddənin mətninə daxil etməsədə, həmin maddənin ikinci hissəsi beynəlxalq müqavilələrin üstün
tənzimləyici xüsusiyyətini təsbit etmişdir [21]. Oxşar müddəalara Girov haqqında 15 iyul 1994‐cü
il tarixli, Mühasibat uçotu haqqında 24 mart 1995‐ci il tarixli, İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında 19 sentyabr 1995‐ci il tarixli Qanunlarda rast gələ bilərik.
Bu dövrün bəzi qanunvericilik aktları diqqətimizi cəlb etməyə bilməz. Belə ki, Təbiəti mühafizə və
təbiətdən istifadə haqqında Qanunun 95‐ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan
Respublikasının qanunları ətraf təbii mühitin mühafizəsi məsələlərinə dair Azərbaycan
Respublikasının imzaladığı və təsdiqlədiyi beynəlxalq müqavilələrə və ətraf mühitin mühafizəsinin
hamılıqla qəbul edilmiş beynəlxalq normalarına uyğun gəlməlidir [22]. Göründüyü kimi burada
qanunverici təkcə Azərbaycan Respublikasının imzaladığı və təsdiqlədiyi beynəlxalq müqavilələri
deyil həm də ətraf mühitin mühafizəsinin hamılıqla qəbul edilmiş beynəlxalq normalarının da
əhəmiyyətini vurğulayır və milli qanunların onlara uyğun olması məsələsini təsbit edir.Bununla
belə həmin qanunun eyni maddəsinin ikinci hissəsində təsbit edilmişdi ki, Ətraf mühitin mühafizəsi
məsələlərinə dair Azərbaycan Respublikasının imzaladığı və ya təsdiqlədiyi müqavilədə Azərbaycan
Respublikasının təbiəti mühafizə və təbiətdən istifadə haqqında qanunlarında müəyyən olunmuş
qaydalardan fərqli qaydalar qoyulduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.Göründüyü
kimi bu halda ətraf mühitin mühafizəsinin hamılıqla qəbul edilmiş beynəlxalq normalarından söhbət
getmir və daha dar anlayışdan istifadə edilir.
Diqqəti cəlb edən digər qanun Sanitariya‐epidemioloji salamatlıq haqqında Qanundur.Bu qanunun
41ci maddəsində müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı
beynəlxalq
müqavilədə
Azərbaycan
Respublikasının
sanitariya
qanunvericiliyində
müəyyənləşdirilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutulmuşdursa, həmin qaydalar əhalinin
sağlamlığı və ətraf mühit üçün təhlükə yaratmayan həddə qədər tətbiq edilir” [23].Beynəlxalq
müqavilənin tədbiqində belə mücərrəd mənalı məhdudiyyətin tədbiqi hüquqtədbiqedicini çətin
vəziyyətə sala bilər.
Qüvvədən düşmüş Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında Qanunun
5ci maddəsi müəyyən edir ki, “Əgər Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulanlardan fərqli qaydalar müəyyən
edilmişdirsə, onda beynəlxalq müqavilənin qaydaları tətbiq olunur [24]. Qanunda belə geniş mənalı
müddəanın nəzərdə tutulması qanunvericilik texnikası baxımından kobud yanlışlıq idi və qanunun
19
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
bu müddəası tədbiq edildiyi müddət ərzində dar mənada anlaşılmalı idi.Belə ki, bu müddəanın
məzmunundan həmin göstərişin sırf fiziki şəxslərdən gəlir vergisi sahəsində olan münasibətlərə
aid olması tam aydın olmur. Eyni məzmunlu qüsurlu müddəaya Sığorta haqqında 5 yanvar 1993‐cü
il tarixli Qanunun 36‐cı maddəsində də rast gəlirik [25].
Araşdırılan məsələlərə dair bu dövrdə qəbul edilmiş mühüm qanun Normativ‐hüquqi aktlar
haqqında 6 sentyabr 1994‐cü il tarixli Qanun idi. Bu qanunun 8‐ci maddəsində müəyyən edilmişdi
ki, “Normativ‐hüquqi aktların Azərbaycan Respublikasının iştirak etdiyi, müəyyən edilmiş qaydada
bağlanmış beynəlxalq müqavilələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına
və prinsiplərinə zidd olduğu hallarda beynəlxalq müqavilə və normalarda nəzərdə tutulan qaydalar
tətbiq olunur” [26]. Bu məzmunda müddəanın müəyyən edilməsi mühüm əhəmiyyət malik
idi.Bundan əlavə qanunun 50‐ci maddəsinə əsasən məzmunu əvvəllər qəbul edilmiş aktlara zidd
olan yeni aktın qəbul edilməsi, müəyyən edilmiş qaydada beynəlxalq müqavilənin bağlanması
halında normativ‐hüquqi akt öz qüvvəsini itirirdi.
12 noyabr 1995‐ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquqla milli
hüququn nisbəti məsələsinə dair mühüm müddəalar müəyyən etdi. Konstitusiyanın 7‐ci maddəsinin
II hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili
məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Eyni zamanda 12‐ci
maddənin II hissəsinə əsasən bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və
azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir.Konstitusiyanın 148‐ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz
tərkib hissəsidir.Bundan əlavə 151‐ci maddənin tələbinə əsasən Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının
Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr
tətbiq edilir [27].Bu konstitusion normalar beynəlxalq hüquqla milli hüququn qarşılıqlı nisbəti və
beynəlxalq hüquq normalarının milli hüquqa implementasiyası məsələlərinə dair əsas istiqaməti
müəyyən etmiş və sonrakı qanunvericilik üçün bir növ yol göstərərək “Ariadna yumağı” rolunu
oynamışdır.
Lakin beynəlxalq müqavilələri qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi elan etmiş
konstitusion müddəaların mövcudluğuna baxmayaraq bu dövrdən sonar qəbul edilmiş bəzi
qanunvricilik aktlarında beynəlxalq müqavilələrin müvafiq münasibətlərin tənzimlənməsində
iştirak edib etməməsi barədə açıq‐aşkar müddəalar nəzərdə tutmayan qanunlar da qəbul edilirdi.
Kooperasiya haqqında 7 fevral 1996‐cı il tarixli Qanunun 2‐ci maddəsində müəyyən edilmişdir ki,
Kooperasiya haqqında qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarından ibarətdir [28]. Oxşar müddəalara Vətəndaşların müraciətlərinə baxılması
qaydası haqqında 10 iyun 1997‐ci il tarixli, Məlumat azadlığı haqqında 19 iyun 1998‐ci il tarixli,
Girov haqqında 3 iyul 1998‐ci il tarixli, Sərbəst toplaşmaq azadlığı haqqında 13 noyabr 1998‐ci il
tarixli, İnformasiya əldə etmək haqqında 30 sentyabr 2005‐ci il tarixli, Gender (kişi və qadınların)
bərabərliyinin təminatları haqqında 10 oktyabr 2006‐cı il tarixli, Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012ci il tarixli Qanunlarda
rast gəlmək olar. Göründüyü kimi Konstitusiyanın qəbul edilməsinə baxmayaraq qanunvericilik
praktikasında hələdə bu məsələ tam olaraq öz əksini tapmamışdır.
Bununla belə Əsas Qanunun qəbulundan sonra qəbul edilmiş qanunların əksəriyyəti beynəlxalq
müqavilələrin müvafiq münasibətləri tənzimləyən normativ bazaya aid olmasına dair müddəaları
özündə əks etdirirdi. Mülki Müdafiə haqqında Qanunun 2‐ci maddəsinə əsasən Mülki müdafiə
haqqında
Azərbaycan
Respublikasının
qanunvericiliyi
Azərbaycan
Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir [29].
20
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Oxşar müddəalara biz Polis haqqında 28 oktyabr 1999‐cu il tarixli, Vəkillər və vəkillik fəaliyyəti
haqqında 28 dekabr 1999‐cu il tarixli, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
12 dekabr 2003‐cü il tarixli, Konstitusiya Məhkəməsi haqqında 23 dekabr 2003‐cü il tarixli,
Korrupsiyaya qarşı mübarizə haqqında 13 yanvar 2004‐cü il tarixli, Banklar haqqında 16 yanvar
2004‐cü il tarixli, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial
adaptasiyası haqqında 31 may 2007‐ci il tarixli, Təhsil haqqında 19 iyun 2009‐cu il tarixli, Bədən
tərbiyəsi və idman haqqında 30 iyun 2009‐cu il tarixli, Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında 20 aprel 2010‐cu il tarixli, Fərdi məlumatlar haqqında 11 may 2010‐cu il tarixli
Qanunlarda rast gələ bilərik.
Göründüyü kimi Əsas Qanunun qəbulundan sonarkı əksər qanunlar “beynəlxalq müqaviləni”
müvafiq münasibətləri tənzimləyən normativ bazaya daxil etmişdir.Bununla belə bəzi qanunlarda
“beynəlxalq müqavilə” deyil “dövlətlərarası müqavilə” anlayışından istifadə edilmişdir.
Terrorçuluğa qarşı mübarizə haqqında Qanunun 2‐ci maddəsinə əsasən Terrorçuluğa qarşı mübarizə
haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən, bu Qanundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir [30]. Eyni məzmunlu müddəlar
Kinematoqrafiya haqqında 3 iyul 1998‐ci il tarixli, Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında 22 iyun 1999‐cu il tarixli, Tibbi sığorta haqqında
28 oktyabr 1999‐cu il tarixli, Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında
5 iyun 2001ci il tarixli Qanunlarda təsbit edilmişdir. Bu qanunvericilik praktikasını
məqsədəmüvafiq hesab etmək olmaz. Belə ki, belə formulə Əsas Qanunda müəyyən edilmiş
müddəaların ruhuna uyğun gəlmir.
Milli və beynəlxalq hüquq normalarının üstünlük məsələnin necə həll edilməsi barədə normaların
qanunvericiliyə daxil edilməsinin mühüm əhəmiyyətə malik olması barədə yuxarıda qeyd etmişdik.
Normativ‐hüquqi aktlar haqqında 6 sentyabr 1994‐cü il tarixli Qanunun 8‐ci və Əsas Qanunun 151‐ci
maddələrinin müəyyənləşdirdiyi qaydadan sonra bu sahədə qanunvericilik təcrübəsinin birmənalı
olaraq vahid xətt istiqamətində inkişaf edəcəyini proqnozlaşdırmaq olardı. Lakin 1995‐ci ildən sonra
qəbul edilmiş qanunvericilik aktlarının məzmununun təhlili bunun əksini deməyə əsas verir. Belə
ki, bundan sonra da qanunverici əvvəlki dövrdə olduğu kimi iki üsuldan istifadə edir. Birinci halda
qanunlarda müvafiq sahəni tənzimləyən qanunvericilik aktları bir qayda olaraq qanunun ümumi
müddəalar bölməsində müəyyən edilsədə, beynəlxalq müqavilələrin statusu və onların üstünlüyünə
dair müddəalar adətən “Beynəlxalq müqavilələr” adlanan ayrıca maddə şəklində qanunların yekun
müddəalarında təsbit edilirdi. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında Qanunun 3‐cü maddəsinə əsasən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Ölkədən getmək, ölkəyə gəlmək
vəpasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu, “İmmiqrasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan Respublikasının digər
qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələri
ilə müəyyən edilir. Həmin qanunun 28‐ci maddəsində isə müəyyən edilmişdir ki, Azərbaycan
Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş
qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir
[31]. Oxşar göstərişlərə Patent haqqında 10 iyun 1997‐ci il tarixli, Bədən tərbiyəsi və idman
haqqında 23 dekabr 1997‐ci il tarixli, Yol hərəkəti haqqında 3 iyul 1998‐ci il tarixli, Şəhərsalmanın
əsasları haqqında 11 iyun 1999‐cu il tarixli Qanunlarda rast gəlmək olar. Bununla belə bəzi
qanunlarda bu məsələ fərqli qaydada, fikrimizcə daha düzgün qaydada həll edilmişdir.Belə ki, bu
qanunların müvafiq maddəsində beynəlxalq müqavilələr müvafiq münasibətləri tənzimləyən
normativ bazaya daxil edilməklə yanaşı beynəlxalq müqavilələrin milli hüquq normalarına nisbətdə
primatlığı elə həmin maddənin mətnində təsbit edilmişdir. “Rabitə haqqında” Qanunun 5‐ci
maddəsində göstərilmişdir ki, Rabitə haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunlarından, onların
21
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
əsasında qəbul edilmiş müvafiq normativ‐hüquqi aktlardan və beynəlxalq müqavilələrdən ibarətdir.
Elə həmin maddənin ikinci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının müvafiq
beynəlxalq müqaviləsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydalardan fərqli qaydalar nəzərdə tutulduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir
[32]. Oxşar müddəalara biz Memarlıq fəaliyyəti haqqında 15 may 1998‐ci il tarixli, Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında 12 iyun 1998‐ci il, Sosial müavinətlər haqqında 7 fevral 2006‐cı il
tarixli, Əmək pensiyaları haqqında 7 fevral 2006‐cı il tarixli, Dövlət borcu haqqında 22 may 2007‐ci
il tarixli, Xüsusi iqtisadi zonalar haqqında 14 aprel 2009‐cu il tarixli, Pambıqçılıq haqqında 11 may
2010‐cu il tarixli, İnvestisiya fondları haqqında 22 oktyabr 2010‐cu il tarixli Qanunlarda rast gəlmək
olar. Konstitusiyanın 148‐ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz
tərkib hissəsidir.Bu səbəbdən beynəlxalq müqavilənin qüvvəsinə dair müddəaların qanunlarda
müvafiq sahəyə aid münasibətləri tənzimləyən normativ bazanı müəyyən edən maddələrin
tərkibində təsbit edilməsi konstitusion normanın ruhuna daha uyğundur.
Bununla belə Əsas Qanunun qəbulundan sonarkı dövrdə də qanunverici beynəlxalq hüquq
normalarının tənzimləyici funksiyalarının qanunlara formal olaraq daxil edilməməsi təcrübəsindən
istifadə etməkdə davam etsə də dolayısı ilə onun tənzimləyici funksiyalarını qəbul edir və hətda
onun tənzimləyici qüvvəsini milli normalardan qüvvəsinə görə daha üstün hesab edir.Toxumçuluq
haqqında Qanunun 2‐ci maddəsinə əsasən toxumçuluq haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi bu Qanundan «Seleksiya nailiyyətləri haqqında» Azərbaycan Respublikasının
Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.Həmin
qanunun eyni maddəsinin 2‐ci hissəsinə əsasən Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində toxumçuluq üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş
qaydalara uyğun gəlmədikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur [33]. Oxşar
müddəalara biz Damazlıq işi haqqında 26 mart 1996‐cı il tarixli, Qan və onun komponentlərinin
donorluğu haqqında 26 mart 1996‐cı il tarixli, Standartlaşdırma haqqında 16 aprel 1996‐cı il tarixli,
Notariat haqqında 26 noyabr 1999‐cu il tarixli, Auditorun mülki məsuliyyətinin icbari sığortası
haqqında 22 may 2007‐ci il tarixli Qanunlarda rast gələ bilərik.
Bu dövrdə qəbul edilmiş bir sıra qanunlar diqqəti cəlb edir. Qaz təchizatı haqqında Qanunun 24‐cü
maddəsinə əsasən müəyyən edilmişdir ki, Bu Qanun beynəlxalq hüququn, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən sualtı kabellər və boru
kəmərləri ilə, sərhədlərdən çirklənmə, iqlim dəyişiklikləri ilə bağlı müqavilələrin təsir dairəsini
azaltmır [34]. Bu qanun dövrün qanunvericilik təcrübəsində qəbul edilmiş formuladan fərqli
müddəa müəyyən etmiş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrindən
əlavə “beynəlxalq hüququn” təsir dairəsinə istinad etmişdir. Beynəlxalq xüsusi hüquq haqqında
Qanunun 1.2ci maddəsinin tələbinə görə xarici elementli mülki‐hüquqi münasibətlərə tətbiq
olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq
adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir [35]. Göründüyü kimi burada “ümumi
qəbul olunmuş beynəlxalq adətlər” söz birləşməsindən istifadə edilmişdir.
Diqqəti cəlb edən digər qanun Normativ hüquqi aktlar haqqında 26 noyabr 1999‐cu il tarixli
Qanundur. Bu qanunda qüvvədən düşmüş və beynəlxalq hüquqla milli hüququn nisbəti məsələsinə
dair mühüm müddəaları əks etdirən Normativ‐hüquqi aktlar haqqında 6 sentyabr 1994‐cü il tarixli
Qanun ilə müqayisədə geriləmə hiss olunur. Belə ki, beynəlxalq müqavilələrə və beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş normaları və prinsiplərinin milli qanunvericilikdən üstün mövqeyə malik
olması barədə müddəa nəzərdə tutulmuş keçmiş qanundan fərqli olaraq yeni qanunda bu məzmunlu
müddəa yox idi. Yeni qanunun 5‐ci maddəsinə əsasən normativ hüquqi aktlar Azərbaycan
Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi
aktlara uyğun olmalıdır. Göründüyü kimi qanunverici bu maddədə beynəlxalq müqavilələrin
qaydalarının cari qanunlardan üstün olması barədə konstitusion normanın olmasına bir növ “göz
22
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
yummuşdur”. Bununla belə həmin qanunun 44.1.3‐cü maddəsinə əsasən əvvəllər qəbul edilmiş
aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda
normativ hüquqi aktın (onun hissəsinin) qüvvəsini itirməsini təsbit etmişdir [36].Fikrimizcə bu
aktlarda da beynəlxalq müqavilə ilə milli hüququn qarşılıqlı nisbəti məsələsinə dair müddəaların
əks etdirilməsi müsbət hal olardı.
Beynəlxalq hüquq normalarının implementasiyasının ümumi məsələlərinə dair milli
qanunvericiliyin inkişafı məsələsinin tədqiqi zamanı kodifikasiya aktları olan məcəllələrin
müddəaları maraq doğurmaya bilməz.Qüvvədən düşmüş Gömrük Məcəlləsinin 5‐ci maddəsində
müəyyən edilmişdir ki, gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu
Məcəllədən, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.Həmin məcəllənin 6‐cı maddəsinə əsasən
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən qaydalar bu Məcəllə
və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə nəzərdə
tutulmuş qaydalardan fərqlənərsə, dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir
[37].Göründüyü kimi qanunverici formal olaraq beynəlxalq müqaviləni gömrük işini tənzimləyən
normativ bazaya daxil etməsə də dövlətlərarası müqavillərin üstünlüyünü təsbit etmişdir.Fikrimizcə
burada “dövlətlətarası müqavilələr” əvəzinə “beynəlxalq müqavilələr” yazılması daha doğru olardı.
Meşə Məcəlləsi [38], Torpaq Məcəlləsi [39] də eyni mövqedən çıxış edir.Bu məsələyə dair Su
Məcəlləsinin mövqeyi bir qədər fərqlidir. Belə ki, Məcəllənin 2‐ci maddəsi formal olaraq beynəlxalq
müqaviləni su münasibətlərini tənzimləyən normativ bazaya daxil etməsə də müəyyən etmişdir ki,
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi
ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir [40].
Vergi Məcəlləsi [41] də eyni mövqedən çıxış edir. Göründüyü kimi burada söhbət məhz beynəlxalq
müqavilələrədən gedir.
Nəzərədən keçirilən məsələyə mütərəqqi münasibəti biz Mülki Prosessual Məcəllədə görə
bilərik.Məcəllənin 1.1‐ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının
məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan
Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının
Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrlə müəyyən edilir.Həmin Məcəllənin 1.5.‐ci maddəsində müəyyən edilmişdir ki,
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrdə
prosessual
qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq
edilir.Göründüyü kimi qanun beynəlxalq müqaviləni müvafiq münasibətləri tənzimləyən normativ
bazaya daxil etməklə yanaşı beynəlxalq müqavilənin üstün vəziyyətini təsbit etmişdir. Oxşar
müddəalara Cinayət‐Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, Ticarət Gəmiçiliyi
Məcəlləsində, Mənzil Məcəlləsində rast gəlmək olar.
Diqqəti cəlb edən qanunlardan biri də Əmək Məcəlləsidir.Məcəllənin 1‐ci maddəsi “Azərbaycan
Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar” adlanır.Lakin
maddənin mətnindən aydın olur ki, əmək, sosial‐iqtisadi məsələlərlə əlaqədar Azərbaycan
Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının
əmək qanunvericiliyi sisteminə daxildir [42]. Fikrimizə görə maddənin belə adlandırılması
qüsurludur.Belə ki, beynəlxalq müqaviləni normativ hüquqi akt adlandırmaq düzgün deyildir.
Ailə Məcəlləsinin 1.1‐ci maddəsinə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul
edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir [43]. Göründüyü kimi bu halda qanunverici beynəlxalq
müqaviləni normativ bazaya daxil etməklə kifayətlənmiş, onun milli qanunlara münasibətdə
mövqeyini müəyyən etməmişdir. Eyni məzmunlu müddəaya yeni Gömrük Məcəlləsində və
Şəhərsalma və Tikinti Məcəlləsində rast gələ bilərik.
23
Dostları ilə paylaş: |