Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

mülkiyyət  hüququnun  məhdudlaşdırılması  qanunçuluğun  tələblərinə  cavab  verməli,  başqa

şəxslərin  hüquq  və  azadlıqlarının  müdafiəsi  məqsədilə  tətbiq  edilməli,  mütənasib  olmalı  və  bu

konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə,

mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka

sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz.

Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla

bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər

mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı

hüquqların,  o  cümlədən  mülkiyyət  hüququnun  məhdudlaşdırılması  mütənasiblik  prinsipi

gözlənilməklə həyata keçirilməlidir.

Konstitusiya  Məhkəməsinin  Plenumu  “Sosial  sığorta  haqqında”  Azərbaycan  Respublikası

Qanununun 21‐ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr

2010‐cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki,

Əsas  Qanun  hüquq  və  azadlıqlarla  yanaşı  onlardan  irəli  gələn  vəzifələri  də  müəyyən  edir  və

hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər

hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və

ya  dövlətin  ümumi  maraqları  ilə  fərdin  konstitusiya  hüquqlarının  qorunması  arasında  ədalətli

tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1‐ci

maddəsinin  mühüm  tələblərindən  biri  ondan  ibarətdir  ki,  mülkiyyətdən  maneəsiz  istifadə

hüququna  dövlət  hakimiyyəti  orqanı  tərəfindən  edilən  istənilən  müdaxilə  qanuni  olmalıdır...

Qanunilik  prinsipi  onu  da  nəzərdə  tutur  ki,  daxili  qanunvericiliyin  tətbiq  edilə  bilən  normaları

kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün

olsun.  Konvensiya  tərəfindən  tanınan  hüququn  və  ya  azadlığın  həyata  keçirilməsinə  hər  hansı

müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1‐ci maddəsinə xas olan “ədalətli balans”

prinsipi  özlüyündə  cəmiyyətin  ümumi  marağının  mövcudluğunu  nəzərdə  tutur...  Mülkiyyətdən

maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas

hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət

istənilən  tədbiri  tətbiq  edərkən,  ...  tətbiq  edilən  vasitələrlə  qarşıya  qoyulan  məqsəd  arasında

ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun

2004‐cü il tarixli Qərarı, §147‐148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart

2006‐cı il tarixli Qərarı, § 93).

Nəzərə  alınmalıdır  ki,  əmlakın  açıq  hərracdan  satılaraq  bölünməsindən  əvvəl  Mülki  Məcəllənin

220.3‐220.4‐cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı

mülkiyyətdə  olan  əmlakın  bölünməsi  və  ondan  payın  ayrılmasının  mərhələli  formada

tənzimlənməsini  nəzərdə  tutur.  İlk  növbədə,  əmlakın  naturada  bölünməsinin  mümkünlüyü

müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi

öz  payının  dəyərinin  paylı  mülkiyyətin  digər  mülkiyyətçiləri  tərəfindən  ona  ödənilməsini  tələb

etmək hüququna malikdir.

Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək

istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni

zamanda,  payının  naturada  ayrılması  mümkün  olmadıqda  və  mülkiyyətçi  payın  əvəzinə  pul

kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını

tələb  edə  bilməz.  Həmçinin  paylı  mülkiyyətin  mülkiyyətçisi  birbaşa  əmlakın  açıq  hərracdan

satılmasını tələb etmək hüququna malik deyil.

Bu  baxımdan,  paylı  mülkiyyətin  mülkiyyətçilərinin  razılığı  olmadan  əmlakın  açıq  hərracdan

satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib

surətdə  bölüşdürülməsi  haqqında  məhkəmə  tərəfindən  qərarın  qəbul  edilməsi  mülkiyyət

hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.


­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Mülki Məcəllənin 220.6 və 221‐ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı

olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri

arasında  onların  paylarına  mütənasib  surətdə  bölüşdürülməsi  haqqında  məhkəmə  tərəfindən

qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə

bilməz.

Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış



pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki

Məcəllənin  220.3‐220.4‐cü  maddələrində  nəzərdə  tutulmuş  qaydaların  ardıcıllıqla  tətbiq

edilməsindən sonra mümkündür.

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  VI  hissəsini,  “Konstitusiya

Məhkəməsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  60,  62,  63,  65‐67  və  69‐cu

maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221‐ci maddələrinin mənasına görə bütün

paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi

mülkiyyətin  mülkiyyətçiləri  arasında  onların  paylarına  mütənasib  surətdə  bölüşdürülməsi

haqqında  məhkəmə  tərəfindən  qərarın  qəbul  edilməsi  mülkiyyət  hüququnun  qanunsuz

məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2.  Məhkəmənin  qərarı  əsasında  ümumi  mülkiyyətdə  olan  əşyanın  açıq  hərracdan  satılması  və

satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  220.3‐220.4‐cü  maddələrində  nəzərdə  tutulmuş

qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə

bilməz.

Sədr                                                    Fərhad Abdullayev


­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194‐cü maddəsinin şərh edilməsinə dair

22 aprel 2014‐cü il                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova,  Südabə  Həsənova,  Rövşən  İsmayılov,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze,  Mahir

Muradov (məruzəçi‐hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

maraqlı  subyektlərin  nümayəndələri  Sumqayıt  Apellyasiya  Məhkəməsinin  hakimi  Səyyad

Qafarinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş

məsləhətçisi Vasif Əmiraslanovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının

dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,

mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin iştirakı ilə,

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  VI  hissəsinə  müvafiq  olaraq

Sumqayıt  Apellyasiya  Məhkəməsinin  müraciəti  əsasında  xüsusi  konstitusiya  icraatı  üzrə  açıq

məhkəmə  iclasında  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1194‐cü  maddəsinin  şərh

edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin

çıxışlarını,  ekspertin  rəyini  dinləyib,  iş  materiallarını  araşdırıb  müzakirə  edərək,  Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



MÜƏYYƏN  ETDİ:

Sumqayıt  Apellyasiya  Məhkəməsi  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə

(bundan  sonra  –  Konstitusiya  Məhkəməsi)  müraciət  edərək  Azərbaycan  Respublikası  Mülki

Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1194‐cü maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Zinaida Yakovlevna Paraskeviç 7 oktyabr 2011‐ci il tarixdə Sumqayıt

şəhər 1 saylı Notariat Kontorunda ona məxsus Sumqayıt şəhəri, 2‐ci mkr. 20 B/35 saylı binada

yerləşən 20 saylı mənzilini Esmira Şəmil qızı Abbasovaya vəsiyyət etmişdir. Z.Paraskeviç 27 fevral

2012‐ci il tarixdə vəfat etmiş və E.Abbasova 27 fevral 2012‐ci il tarixdə həmin mənzilə qeydiyyata

düşmüşdür.

Z.Paraskeviçin  ölümündən  sonra  E.Abbasova  mənzilə  vərəsəlik  şəhadətnaməsinin  verilməsi

barədə Notariat Kontoruna müraciət etdikdə, ona mirasın qəbul edilməsi müddətinin ötürüldüyü

və  həmin  miras  əmlakın  ½  hissəsinə  miras  qoyanın  nəvəsi  Vladimir  Paraskeviçə  vərəsəlik

şəhadətnaməsi verildiyi bildirilmişdir.

E.Abbasova  V.Paraskeviçə  və  Sumqayıt  şəhər  1  saylı  Notariat  Kontoruna  qarşı  vərəsəlik

şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair

iddia ərizəsi ilə, V.Paraskeviç isə Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və E.Abbasovaya qarşı

vərəsəlik  hüququnun  itirilməsi  və  mənzildən  çıxarılma  tələbinə  dair  qarşılıqlı  iddia  ərizəsi  ilə

məhkəməyə müraciət etmişlər. Sumqayıt şəhər məhkəməsinin 29 may 2013‐cü il tarixli qətnaməsi

ilə E.Abbasovanın iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. V.Paraskeviç

birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  ləğv  edilməsi  və  mirasdan  məcburi  pay  alma

hüququnun olması barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti ilə Sumqayıt

Apellyasiya Məhkəməsinə müraciət etmişdir.



­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Birinci  instansiya  məhkəməsi  ilkin  iddia  tələbini  təmin  edərkən  Mülki  Məcəllənin  1193‐cü

maddəsinə əsaslanmışdır. Həmin maddədə miras əmlaka məcburi pay hüququ olan vərəsələrin

dairəsi konkret müəyyən olunmuşdur. Bununla yanaşı, Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən

məcburi pay tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik

üzrə keçir.

Müraciət edənin qənaətinə görə, bu normanın “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası

mübahisə doğurmaqla hüquqtətbiqetmə təcrübəsində müəyyən çətinliklər yaradır.

Müraciətlə  əlaqədar  Konstitusiya  Məhkəməsinin  Plenumu  vərəsəlik  hüququnun  mahiyyətinin,

tərkibinin və əsaslarının açıqlanmasını zəruri hesab edir.

Azərbaycan  Respublikasının  Konstitusiyası  (bundan  sonra  –  Konstitusiya)  insan  və  vətəndaş

hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının  vətəndaşlarına  layiqli  həyat

səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmişdir (12‐ci maddənin I

hissəsi).

Buna  əsasən  dövlətin  üzərinə  həmin  hüquq  və  azadlıqları  müdafiə  etmək,  onları  beynəlxalq

hüququn  hamılıqla  tanınmış  prinsip  və  normalarına  uyğun  olaraq  həyata  keçirmək  öhdəliyi

qoyulmuşdur.

Konstitusiyanın  29‐cu  maddəsinin  V  hissəsinə  əsasən  dövlət  vərəsəlik  hüququna  təminat  verir.

Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat

vermişdir.  Belə  ki,  vərəsəlik  hüququna  təminat  miras  qoymağı,  yəni  bir  tərəfdən  vəsiyyət  edə

bilməyi,  digər  tərəfdən  isə  vərəsə  olaraq  mirası  qəbul  edib  ona  sahib  olmanı  nəzərdə  tutur.

Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın

29‐cu maddəsinin III hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət

etmək azadlığının əsasını təşkil edir.

Konstitusiya  Məhkəməsinin  Plenumu  bir  sıra  qərarlarında  vərəsəlik  hüququnun  hüquqi

tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar

qrupunun  (ailə  və  əmlak)  spesifik  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Belə  ki,  vərəsəlik  hüquq

institutunun  bu  xüsusiyyəti  həm  ona  aid  olan  qaydaların  xeyli  hissəsinin  məcburi  xarakter

daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir

(“Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1193‐cü  maddəsinin  Azərbaycan  Respublikası

Konstitusiyasının  13‐cü  maddəsinin  I  və  II  hissələrinə,  29‐cu  maddəsinin  I,  II  və  III  hissələrinə

uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011‐ci il tarixli; “Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 1203.1‐ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011‐ci il tarixli Qərarlar).

Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun

və  ya  vəsiyyət  üzrə  vərəsəlik  münasibətlərini  tənzimləyir  və  vərəsəlik  hüququnun  yaranması

əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik

institutu  hər  bir  şəxsə  zəmanət  verir  ki,  sağlığında  əldə  etdiyi  əmlak  və  digər  maddi  nemətlər

(onların  yüklülükləri  ilə  birlikdə)  ölümündən  sonra  onun  iradəsinə  uyğun  olaraq  ifadə  etdiyi

vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

Mülki Məcəllənin 1133.1‐ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla

həyata  keçirilir.  Qanun  üzrə  vərəsəlik  (ölmüş  şəxsin  əmlakının  qanunda  göstərilmiş  şəxslərə

keçməsi)  o  zaman  qüvvədə  olur  ki,  miras  qoyan  vəsiyyətnamə  qoymur,  yaxud  vəsiyyətnamə

tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2‐ci maddəsi). Vərəsəlik hüququnun

yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi

kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr

əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi

hallarda  isə  miras  qoyanın  qohumluq  münasibətlərinin  dərəcəsi,  vərəsələrin  dairəsi  və  onların

növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr

arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir

və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini

istisna edir.


­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Vərəsəlik institutu fərdilik və ailə‐təminat prinsipləri üzərində qurulmuşdur.

Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın

iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən

sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını

ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur.

Vərəsəlik  hüququnda  ailə‐təminatı  prinsipi  vətəndaş  cəmiyyətinin  özəyini  təşkil  edən  ailə

üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə

əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras

qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır.

Mülki  hüquq  münasibətlərinin,  o  cümlədən  vərəsəlik  hüquq  münasibətlərinin  əmələ  gəlməsi,

dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks ətdirən əqdlərə

əsaslanır.

Mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipi mülki qanunvericiliyin digər prinsipi olan

müqavilə azadlığı prinsipi ilə birbaşa əlaqəlidir.

Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir.

Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir

və  ya  bir  neçə  şəxsə  vəsiyyət  edə,  vərəsələrin  miras  payını  müəyyənləşdirə  bilər,  qanun  üzrə

vərəsələrdən  birini,  bir  neçəsini  və  ya  hamısını  mirasdan  məhrum  edə  bilər  və  bunu

əsaslandırmağa  borclu  deyildir.  Eyni  zamanda,  vəsiyyət  edən  mirasdan  məcburi  pay  almaq

hüququndan məhrum etməni öz sağlığında məhkəmə qaydasında həyata keçirə bilər.

Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib

etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə

bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam

vermək hüququnu təmin edən amillərdən biridir.

Əqd  kimi  vəsiyyətnamənin  spesifik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  tərtib  edildikdən  sonra

ehtimal  olunan  vərəsələr  üçün  heç  bir  hüquqi  nəticə  yaratmır.  Vərəsəlik  hüquq  münasibətləri

vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır.

Beləliklə,  vəsiyyətnamə  ‐  yalnız  miras  açıldıqdan  sonra  hüquq  və  vəzifələr  yaradan  birtərəfli

əqddir.


Bununla  yanaşı,  qanunvericilikdə  vəsiyyət  üzrə  vərəsəlik  hüququna  xas  olan  vəsiyyət  etmə

azadlığının  məhdudlaşdırılması  da  nəzərdə  tutulmuşdur.  Belə  ki,  Mülki  Məcəllənin  1193‐cü

maddəsinə  əsasən  vəsiyyət  edənin  uşaqlarının,  valideyinlərinin  və  arvadının  (ərinin)

vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə

vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Belə məhdudlaşdırmanın müəyyən edilməsi vəsiyyət edənin ailə üzvlərinin qanuni maraqlarının

müdafiəsinə xidmət edir.

Mirasda məcburi pay – sosial‐iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun

mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına

(məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır.

Göründüyü  kimi,  Mülki  Məcəllə  ilə  şəxsin  mülkiyyətinin  bir  hissəsi  üzərində  vəsiyyətnamə

əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ

təmin edilmişdir.

Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı

an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan

şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  edir  ki,  Mülki  Məcəllənin  1159.1‐ci  maddəsində

müəyyən  edilmiş  qanun  üzrə  vərəsələrin  (birinci  növbə  vərəsələrin)  qanuni  maraqlarının

müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun

vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələrin yaranmasına səbəb olur.

Mülki  Məcəllənin   1151‐ci   maddəsinə  əsasən  mirasa  (miras  əmlaka)  miras  qoyanın  öldüyü


­  46 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu

daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki

Məcəllənin 1153‐cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras

qoyanın  sağlamlığına  dəymiş  zərərin  ödənilməsi  öhdəlikləri  və  sairdir.  Miras  əmlakı  təşkil  edən

maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki

mülkiyyət  və  sair  əşya  hüquqları,  tələb  hüquqları)  və  öhdəliklər  Mülki  Məcəllənin  1133‐cü

maddəsinə  əsasən  vərəsəlik  qaydasında  miras  qoyanın  vərəsələrinə  keçir.  Mirasın  açılmasının

əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna

malik  olan  şəxslərin,  vəsiyyətnamə  üzrə  isə  məcburi  paya  malik  olan  şəxslərin  dairəsi;  mirasın

açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı

(mirasın qəbul edilməsi, imtina olunması və s.). Beləliklə, Mülki Məcəllənin 1193‐cü maddəsində

göstərilən  vəsiyyət  edənin  sağ  olan  vərəsələrinin  məcburi  pay  hüququ  mirasın  açıldığı  andan

etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın

öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən

vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə

vərəsənin  (vərəsələrin)  vərəsəlik  hüquqları  miras  əmlakın  bölüşdürüldüyü  andan  deyil,  mirasın

açıldıgı  andan  yaranır. Qeyd  olunmalıdır  ki,  miras  əmlakdan  vərəsələrə  çatası  pay,  o  cümlədən

məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da

miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay

almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın

ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr

həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194‐cü maddəsinə müvafiq

olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış

edirlər. Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193‐cü maddəsində müəyyən

edilmiş  mirasda  məcburi  pay  almaq  hüququ  olan  şəxslərdən  miras  açıldığı  an  sağ  olmuş,  lakin

məcburi  payı  tələb  etmək  hüququnu  həyata  keçirmədən  ölmüş  şəxsin  bu  hüququ  qanun  və  ya

vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə,

onun  vərəsəsi  (vərəsələri)  vəsiyyətnamə  üzrə  miras  qoyanın  məcburi  vərəsəsi  statusunda  deyil,

yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir.

Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna

görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı,

Mülki Məcəllənin 1194‐cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin

Məcəllənin 1159.1‐ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri,

həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna

malik ola bilərlər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə

gəlir ki, Mülki Məcəllənin 1194‐cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası

məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb

etmək  hüququnu  həyata  keçirmədən  öldüyü  halda,  onun  bu  hüququnun  vərəsəlik  qaydasında

keçməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsini,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu

maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin