Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

verilməyibsə,  onun  barəsindəki  məhkəmə  qərarında  onun  təqsirkar olduğu  barədə  fikir  ifadə

edilərsə, təqsirsizlik prezumpsiyası pozulur. Bu, hətta formal qərarın olmadığı hallara da aiddir,

bunun üçün sadəcə məhkəmənin təqsirləndirilən şəxsi təqsirkar hesab etdiyini düşünmək üçün

müəyyən əsasların olması kifayətdir.(4, s.60)



­  12 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

II. 2. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6‐ci



maddəsinin tələbləri baxımından de lege lata mənasında preyudisiya institutunun təhlili

Preyudisiyanın AR CPM‐dəki məzmununun təhlili göstərdi ki, burada məhkəmə hökmünün tam

mənada, mülki işlər üzrə məhkəmə qərarının məhdud mənada təkzibedilməz preyudisiya növü

ifadə  olunmuşdur.  Müvafiq  hallarda  təqsirləndirilən  şəxsin onları mübahisələndirmək  və  inkar

etmək, xüsusən müdafiə  hüquqlarını  həyata  keçirmək  imkanı faktiki  olaraq  olmur.  Qeyd

etməliyik ki, CPM‐in 142‐ci maddəsinin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, 142.2‐ci

maddədə müvafiq mülki işlər üzrə qərarın preyudisial hissəsinin “təqsirləndirilən şəxsin təqsirli

olub‐olmaması  nəticəsini  əvvəlcədən  həll  etmir”  müddəası  qeyd  olunsa  da,  belə  bir  müddəa

məhkəmə hökmlərinin preyudisiallığını müəyyənləşdirən 142.1‐ci maddədə göstərilməmişdir.

Preyudisiya institutunun məhz prosesin parçalanması səbəbindən meydana gəlməsini nəzərə alsaq

və  buraya    müvafiq  zəruri  səbəblərdən  birinin  də,  qanuni  qüvvəyə  minmiş  hökmün  çıxarılması

zamanı  şəxsin  və  ya  şəxslərin  prosesdə  iştirakının  mümkünsüzlüyü  ilə  əlaqədar  olaraq  onun

barəsində icraatın dayandırılması və ayrılmasının qanunvericilik qaydası olduğunu əlavə etsək,

onda  belə  bir  məntiqi  nəticə  çıxartmalıyıq  ki, faktiki  olaraq  qanuni  qüvvəyə  minmiş  hökmün

baxıldığı prosesdə iştirak etmək, ittiham tərəfinin irəli sürdüyü ittihamı inkar və ya təsdiq etmək,

iş üzrə sübutetmə predmetinə dair hallar barəsində özünün mövqeyini seçməklə müvafiq sübutlar

təqdim etmək və bununla bağlı olan müdafiə hüquqlarının həyata keçirmək imkanı da daxil

olmaqla digər  hüquqlarını  həyata  keçirmək imkanı  olmayan  təqsirləndirilən  şəxsin  ədalətli

məhkəmə araşdırması hüququnu məhdudlaşdırmaqla (bəzən məhrum olunmaqla) onun barəsində

hökm  çıxarmış  oluruq.  Çünki  birinci  prosesdə  iştirak  etməyən  təqsirləndirilən  şəxsin  ikinci

prosesdə  qanuni  qüvvəyə  minmiş  hökmdə  sübutetmə  predmetinə  daxil  olan  halları

mübahisələndirmək, ümumiyyətlə onların müəyyənləşdirilməsi prosesində iştirak etmək imkanı

olmayacaqdır. Bu fikri qəbul etməyənlər ona istinad edə bilərlər ki, AR CPM‐in 142.1‐ci maddəsində

müdafiə tərəfinin müvafiq imkanlarını məhdudlaşdıran hər hansı bir qayda yoxdur. Lakin yaddan

çıxarmaq olmaz ki, cinayət işi üzrə  təqsir və sübutetmə predmetinə daxil olan digər hallar barəsində

qərar qəbul etmək səlahiyyəti olan yeganə orqan məhkəmədir və müvafiq maddədə onun üçün işi

əvvəlki iş kimi həll etmək vəzifəsi müəyyənləşdirilmişdir.

Qeyd olunanları ümumiləşdirərək hesab edirik ki, AR CPM‐in 142.1‐ci maddənin ədalətli məhkəmə

araşdırılması hüququna uyğun olmadığı açıq‐aydın müşahidə olunur.



III.1. Problemin həllinə dair mülahizələr

Hesab  edirik  ki,  qeyd  olunan  problemlərin  həlli  qaydasına  keçməzdən  əvvəl,  o  məsələni

dəqiqləşdirmək zəruridir ki, qanunvericilik səviyyəsində bütün məhkəmə aktlarının preyudisiallığı

tanınmalıdırmı?  Daha  sonra  seçilən  konsepsiyaya  uyğun  olaraq  preyudisiya  institutunun  həlli

qaydasını təklif etmək olar. Problemin həlli ilə bağlı fikirlərimiz aşağıdakılardan ibarətdir.

Hesab  edirik  ki,  ədəbiyyatda İ.Y.Foynitskidən  bəri ümumi  qəbul  edilmiş o  fikir  doğrudur  ki,

həqiqətin  müəyyənləşdirilməsi  üçün  kifayət  edən  prosessual  vasitə  və  üsullar  yalnız  cinayət

mühakimə  icraatında mövcuddur.  Eyni  zamanda  cinayət  mühakimə  icraatının  prinsiplərinin,

xüsusilə hakimlərin müstəqilliyi və sübutların qiymətləndirilməsi prinsiplərinin istənilən cinayət­

prosessual hüquq institutu çərçivəsində gözlənilməsinin zəruriliyini qeyd etmək yerinə düşərdi.

Məhz  bu  baxımdan  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmünün  məhkəmənin  şübhələnmək

hüququnu saxlamaqla onun preyudisiallığını qəbul etmək olar və bu, zəruridir. Əks halda, məhkəmə

hökmünün  stabilliyini  və  nüfuzunu  təmin  etmək  mümkün  olmayacaqdır.  Bununla  yanaşı,

təqsirləndirilən  şəxsin  təqsiri  məsələsində  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmünün

preyudiallığının qəbul edilməsi yolverilməzdir.

Digər  icraatlar  üzrə  qəbul  olunmuş  və  qüvvəyə  minmiş  məhkəmə  qərarlarının,  hətta  müvafiq

icraatlar  çərçivəsində  həqiqətin  müəyyənləşdirilməsi  prinsip  kimi  təsbit  olunmuş  olsa  belə,

preyudisiallığını  ümumiyyətlə  qəbul  etmək  olmaz.  Bu  növ  qərarlar  M.S.Stroqoviçin  dediyi  və

V.L.Qolovkonun (10) da qəbul etdiyi kimi, sənəd növündə sübutdan heç bir fərqi yoxdur.


­  13 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Qeydlər:

[1] Sovet dövründə 1961‐ci il CMP‐inə qədər əksər müttəfiq respublikaların CPM‐lərində mülki

işlər  üzrə  məhkəmə  qərarının  preyudisiallığı  şəklində  preyudisiya  institutu  mövcud  olsa  da,

1961­ci ildə RSFSR CPM‐i istisna olmaqla bütün müttəfiq respublikaların CPM‐lərində, həmçinin

Azərbaycan SSR CPM‐indən də, preyudisiya institutu çıxarıldı;

[2] AR CPM‐in 142.2‐ci maddəsi 1923‐cü il Azərbaycan SSR Cinayət Üsuli‐Mühakimə məcəlləsinin

13‐cü  və  1961‐ci  ildə  RSFSR  CPM‐nin  28‐ci  maddəsində  ifadə  olunmuş  məzmunu  olduğu  kimi

təkrarlayır.



İstinadlar:

1. Azərbaycan Respublikası Konstitusiyası. 12 noyabr 1995­ci il

2. Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsi.1 sentyabr 2000‐ci il

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsi. 1 sentyabr 2000‐ci il

4.  ABA  ROLİ.  Hüquq  Maarifçiliyi  Cəmiyyəti  /  Ədalətli  Məhkəmə  Araşdırması  hüququ.  Təlim

materiallar toplusu. Bakı 2012. 339s.

5.  Èñêåíäåðîâ  Ð.Ã.  Î  ïðåþäèöèàëüíîì  çíà÷åíèå  ïðèãîâîðà  //  Ñîâåòñêàÿ  þñòèöèÿ.  1990,

¹22, Ñ. 22­23

6.  Ìîóë  Í.,  Õàðáè  Ê.,  Àëåêñååâà  Ë.Á.  Åâðîïåéñêàÿ  êîíâåíöèÿ  î  çàùèòå  ïðàâ  ÷åëîâåêà  è

îñíîâíûõ ñâîáîä. Ñòàòüÿ 6 Ïðàâî íà ñïðàâåäëèâîå ñóäåáíîå ðàçáèðàòåëüñòàî. Ïðåöåäåíòû

è êîììåíòàðèè. Ì., 2001, 151 ñ.

7. Ñìèðíîâ  À.Â.,  Ê.Á.  Êàëèíîâñêèé. Ïðåçóìïöèè  â  óãîëîâíîì  ïðîöåññå  //  Ðîññèéñêîå

ïðàâîñóäèå. 2008. ¹4. ñ. 68­74.

8. Ñòðîãîâè÷ Ì.Ñ. Ó÷åíèå î ìàòåðèàëüíîé èñòèíå â óãîëîâíîì ïðîöåññå. Ì., Èçäàòåëüñòâî

ÀÍ ÑÑÑÐ, 1947, 276 ñ.

9. http://dejure.az/h­uezr­avropa­mhkmsinin­qrarlar/1113­abbasov­azrbaycana­qar­ikayt­­

2427105 17 yanvar 2008­ci il  tarixli Abbasov Azərbaycana qarşı işi. (Şikayət № 24271/05)

10. http://pravo.ru/review/face/view/73251/



­  14 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

Oktay Məhərrəmov

Vəkillər Kollegiyasının üzvü

BEYNƏLXALQ HÜQUQ NORMALARININ

İMPLEMENTASİYASINA DAİR MİLLİ

QANUNVERİCİLİYİN İNKİŞAF

TARİXİNİN BƏZİ MƏSƏLƏLƏRİ

Çağdaş dövlətlər,  o cümlədən  Azərbaycan  Respublikası  qarşısında  duran əsas  vəzifələrdən  biri

beynəlxalq  hüquq  normalarının  realizəsi  üçün  şəraitin  yaradılmasıdır.  Müstəqillik  əldə  etmiş

Azərbaycan  öz  dövlətdaxili  hüquq  normalarını  beynəlxalq  hüquq  normalarına  hörmət  prinsipi

üzərində qurmuşdur. Hələ «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında Ümumdünya İnsan

Hüquqları Bəyannaməsinin tanınması bəyan edilmişdir. Bu mövqe sonradan ölkə Konstitusiyasında

da inkişaf etdirilmişdir. Bununla da, dövlət tərəfindən öz üzərinə götürülmüş beynəlxalq öhdəliklərin

implementasiyası üçün effektiv konstitusion əsas yaradılmışdır. Əsas Qanunumuz Respublikamızda

pacta  sunt  servanda  (müqavilələr  icra  olunmalıdır)  prinsipinə  müvafiq  olaraq  beynəlxalq

öhdəliklərin  yerinə  yetirilməsi  prosesinin  mühümlüyünü  müəyyən  etmişdir  ki,  bu  Azərbaycan

Respublikasının demokratik ənənələrə sadiqliyinin bariz ifadəsidir.

Son illər Azərbaycan Respublikasının universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil

olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir.Həmin müqavilələr müxtəlif

sahələrdə  məsələlərə  həsr  edilmişdir.Azərbaycan  Respublikası  tərəfdar  çıxdığı  beynəlxalq

müqavilələri  özünün  qanunvericilik  sisteminə  daxil  etməklə,  beynəlxalq  öhdəliklərini  yerinə

yetirmək yolunu tutmuşdur.Beynəlxalq müqavilələr dövlətlər arasındakı beynəlxalq münasibətlərin

tənzimlənməsinin,  dövlətlərarası əməkdaşlığın  inkişafının əsas  vasitəsi  olmaqla,  milli

qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.

Bu prosesin ayrılmaz hissəsi olan beynəlxalq hüquq normalarının implementasiyasının mahiyyətinin

müəyyən edilməsi üçün beynəlxalq hüquq normalarının implementasiyasının ümumi məsələlərinə

dair milli qanunvericiliyin inkişafı tarixinə ekskurs əhəmiyyətlidir.İctimai elm olduğu üçün hüquq

elmi də öyrəndiyi hadisələrin necə yaranması, hansı inkişaf mərhələləri keçməsi, bu zaman hansı

keyfiyyət dəyişikliklərinə məruz qalmasını araşdırır.

Beynəlxalq hüquq normalarının implementasiyasının ümumi məsələlərinə dair müddəalara biz hələ

keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının qanunvericiliyində rast gələ bilərik.

Belə ki, 1964‐cü il 11 sentyabr tarixli qanunla təsdiq edilmiş Mülki Məcəllənin 574‐cü maddəsinə

əsasən SSRİ‐nin beynəlxalq müqaviləsində sovet mülki qanunvericiliyində göstərilənlərdən fərqli

olaraq  sair  qaydalar  müəyyən  edilmişdirsə,  beynəlxalq  müqavilənin  qaydaları  tətbiq  olunur.

Azərbaycan SSR‐in beynəlxalq müqaviləsində Azərbaycan SSR‐in mülki qanunvericiliyində nəzərdə

tutulanlardan fərqli olan sair qaydalar müəyyən edilmişdirsə, Azərbaycan SSR mülki qanunvericiliyi

barəsində  də  beynəlxalq  müqavilənin  qaydası  tətbiq  edilir  [1]. Oxşar  müddəalara  1964‐cü  il  11

sentyabr  tarixli  qanun  ilə  təsdiq  edilmiş  Mülki‐Prosessual  Məcəllənin  458‐ci  maddəsində  [2],

Azərbaycan SSR Mənzil Məcəlləsinin 149‐cu maddəsində [3] rast gəlmək olar. Bununla belə 1960‐cı

il 8 dekabr tarixli qanun ilə təsdiq edilmiş Cinayət Məcəlləsi, 1960‐cı il 8 dekabr tarixli qanun ilə

təsdiq edilmiş Cinayət‐Prosessual Məcəlləsi, 1971‐ci il 10 dekabr tarixli  qanun  ilə  təsdiq edilmiş


­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Əmək  Qanunları  Məcəlləsi  və  1984‐cü  il  13  dekabr  tarixli  qanun  ilə  təsdiq  edilmiş  İnzibati

hüquqpozmalar haqqında Məcəllə bu məsələyə dair müddəalara malik deyildi.

1991‐ci il avqustun 30‐da qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa

etmək haqqında Bəyannamədə təsbit edilmişdi ki, Azərbaycan Respublikasının və onun xalqının

mənafeyinə  zidd  olmayan  beynəlxalq  paktları,  konvensiyaları  və  başqa  sənədləri  qəbul  edərək,

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  Birləşmiş  Millətlər  Təşkilatının

Nizamnaməsində,  digər  beynəlxalq  hüquq  paktlarında  və  konvensiyalarında  təsbit  edilmiş

prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı

tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa

olunduğu  elan  edilir  [4].  Göründüyü  kimi  gənc  Azərbaycan  dövlətinin  ilk  addımmları  atılarkən

beynəlxalq hüququn əhəmiyyəti diqqət mərkəzində olmuşdur.

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktıda  bu  məsələyə

münasibət bildirmişdir. Bu konstitusion sənədin 16‐cı maddəsində müəyyən edilmişdir ki, hamılıqla

qəbul  edilmiş  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq  Azərbaycan  Respublikası  başqa

dövlətlərlə  münasibətlərini  beynəlxalq  hüququn  prinsiplər  əsasında  qurur.  Həmin  aktın  19‐cu

maddəsində  isə  müəyyən  edilmişdir  ki,  Azərbaycan  Respublikası  insan  hüquqlarının  Ümumi

Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş başqa beynəlxalq

hüquq sənədlərinə qoşularaq, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların

cinsindən,  irqindən  və  milli  mənsubiyyətindən,  dini  e’tiqadından,  sosial  mənşəyindən,  siyasi

əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz

həyata  keçirilməsini  təmin  edir  [5].  Göründüyü  kimi  beynəlxalq  hüquqa  istinadlar  və  onun

əhəmiyyəti hələ 90‐cı illərin əvvəllərində ən mühüm əhəmiyyətli sənədlərdə öz əksini tapmışdır.

Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında 26 iyun 1990‐cı il tarixli Qanunun 8‐ci

maddəsinə əsasən Azərbaycan Respublikasında ədalət mühakiməsi Azərbaycan Respublikasının

qanunvericiliyinə  və  Naxçıvan  MSSR‐in  qanunvericiliyinə  tam  müvafiq  surətdə  həyata  keçirilir.

Azərbaycan Respublikası məhkəmələri qanunla müəyyən edilmiş hallarda SSR İttifaqının və digər

müttəfiq  respublikaların  qanunvericiliyini  tətbiq  edirlər.Göründüyü  kimi  bu  halda  beynəlxalq

hüququn tətbiqindən söhbət getmir [6]. Oxşar müddəaya Hərbi tribunallar haqqında 27 may 1992‐ci

il tarixli Qanunun 3‐cü maddəsində də rast gəlmak olardı. Lakin bununla belə Arbitraj məhkəməsi

haqqında 25 fevral 1992‐ci il tarixli Qanunun mövqeyi bu məsələdə fərqli idi. Belə ki, həmin qanunun

4‐cü  maddəsində  göstərilmişdir  ki,  Arbitraj  məhkəməsi  öz  fəaliyyətində  Azərbaycan

Respublikasının Konstitusiyasını, bu Qanunu, Azərbaycan Respublikasının Təsərrüfat Prosessual

Məcəlləsini,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarını,  habelə  Azərbaycan

Respublikasının digər dövlətlərlə bağladığı ikitərəfli və çoxtərəfli müqavilələri və sazişləri rəhbər

tutur [7].

Təsərrüfat Prosessual Məcəlləsinin 12‐ci maddəsinə əsasən isə müəyyən edilmişdi ki, təsərrüfat

mübahisələrinin  həlli  zamanı  tətbiq  edilən  qanunvericilik  Azərbaycan  Respublikasının

Konstitusiyası,  Azərbaycan  Respublikasının  qanunları,  dövlətlərarası  ikitərəfli  və  çoxtərəfli

müqavilələr  və  bağlaşmalar,  beynəlxalq  sazişlərdir.  İqtisad  məhkəmələri  Azərbaycan

Respublikasının  qanununa  və  beynəlxalq  müqaviləsinə  uyğun  olaraq  xarici  hüquq  normalarını

tətbiq  edirlər.  Diqqəti  cəlb  edən  müddəalardan  biri  də  hüququn  analogiyası  zamanı  hakimlərin

qanunların ümumi əsaslarını və mənasını, özlərinin daxili düşüncəsini, məhkəmə təcrübəsini rəhbər

tutmaqla  yanaşı  müvafiq  qərar  qəbul  edərkən  xarici  məhkəmə  təcrübəsini  də  rəhbər  tutmalı

olmaları idi [8].

Qüvvədə olan qanunvericiliyin bu məsələyə dair mövqeyi Arbitraj məhkəməsi haqqında Qanunun

mövqeyinə  oxşardır.  Məhkəmələr  və  hakimlər  haqqında  10  iyun  1997‐ci  il  tarixli  Qanunun  2‐ci

maddəsinə əsasən məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər

qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin qanunun

4‐cü maddəsində təsbit edilmişdir ki, məhkəmələr  işlərə  baxarkən  Azərbaycan  Respublikasının


­  16 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının

tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar [9].

Azərbaycan  Respublikasının  iqtisadi  müstəqilliyinin  əsasları  haqqında  Konstitusiya  Qanununun

11­ci maddəsində göstərilmişdi ki, iqtisadi fəaliyyət məsələlərinə dair Azərbaycan Respublikasının

beynəlxalq  sazişləri  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  bağlanır  və

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilir. Bununla belə qanunun 22‐ci maddəsi

formal olaraq beynəlxalq sazişləri iqtisadi qanunvericiliyin tərkibinə daxil etmirdi [10].

Ümumiyyətlə  beynəlxalq  hüquq  normalarına  müəyyən  qədər  «ögey»  münasibət  bu  dövrün

qanunvericilik praktikası üçün adi hal idi. Məsələn İcarə haqqında 30 aprel 1992‐ci il tarixli, Banklar

və bank fəaliyyəti haqqında 7 avqust 1992‐ci il tarixli, Antiinhisar fəaliyyəti haqqında 4 mart 1993‐cü

il  tarixli,  Müflisləşmə  və  iflas  haqqında  22  iyul  1994‐cü  il  tarixli  qanunlar  buna  misal  ola  bilər.

Göründüyü kimi mühüm sahələri tənzimləyən və beynəlxalq hüquqi nizamlamanı heç də istisna

etməyən normativ hüquqi aktlarda beynəlxalq hüququn həmin münasibətlərin tənzimlənməsində

hansı mövqeni tutması müəyyən edilməmişdir.

Eyni  zamanda  bu  dövrdə  bəzi  qanunvericilik  aktlarının  preambulalarında  və  ya  maddələrinin

məzmununda beynəlxalq hüquqa ümumilikdə və ya ayrı‐ayrı büynəlxalq sənədlərə qeyri‐müəyyən

səciyyə daşıyan istinadlara da rast gəlmək olur. Hərbi qulluqçuların statusu haqqında 25 dekabr

1991­ci il tarixli Qanunun 5­ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Silahlı

Qüvvələri  hərbi  qulluqçularının  statusu  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının

Konstitusiyası əsasında,  Azərbaycan  Respublikasının  beynəlxalq‐hüquq  öhdəliklərini  nəzərə

almaqla hərbi qulluqçuların hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edən «Azərbaycan

Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikası Qanunundan, bu Qanundan

və  Azərbaycan  Respublikasının  başqa  qanunvericilik  aktlarından  ibarətdir  [11].  Bu  məzmunda

müddəalar müəyyən edən qanunvericilik aktlarının digər bir xüsusiyyəti ondan ibarətdir ki, onların

preambula  və  maddələrinin  məzmununda  həmin  qanunların  müvafiq  münasibətləri  beynəlxalq

hüququ normalarına və öhdəliklərə (bəzən də konkret aktlara) uyğun olaraq nizamlayıcı fəaliyyət

göstərmələri göstərilsə də həmin qanunların bu sahədə qanunvericiliyin tərkibini müəyyən edən

müddəalarında  beynəlxalq  müqavilələr  tənzimləyici  vasitə  kimi  təsbit  edilməmişdir. Həmkarlar

ittifaqları haqqında 24 fevral 1994‐cü il tarixli Qanunun preambulasında müəyyən edilmişdir ki, Bu

Qanun İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və

tövsiyələrinə,  Avropa  Sosial  Xartiyasına uyğun  olaraq  Azərbaycan  Respublikasında  həmkarlar

ittifaqlarının  hüquqlarının,  onların  üzvlərinin  əmək,  sosial,  iqtisadi  hüquqlarının  və  qanuni

mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir [12]. Lakin buna baxmayaraq

həmin  qanunun  3‐cü  maddəsində  beynəlxalq  hüququn  hansı  mövqeyə  malik  olması  müəyyən

edilməmişdir. Oxşar və eyni müddəalara Müdafiə haqqında 26 noyabr 1993‐cü il tarixli, Qaçqınların

və məcburi köçkünlərin statusu haqqında 29 sentyabr 1992‐ci il tarixli və Veteranlar haqqında 28

iyun 1994‐cü il Qanununlarda rast gəlmək olar.

Qüvvədən  düşmüş Hava  Məcəlləsinin  2‐ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  hava

sahəsindən  hava  gəmilərinin  uçuşları  üçün  istifadə  olunması  bu  Məcəllə  ilə,  Azərbaycan

Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq

müqavilələr,  habelə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi  qaydada

təsdiq  olunan  Azərbaycan  Respublikasının  hava  sahəsindən  istifadə  haqqında  Əsasnamə,

Azərbaycan Respublikasının hava sahəsində uçuşların əsas qaydaları ilə və başqa normativ aktlarla

tənzimlənir  [13].  Hava  Məcəlləsi  ilə  tənzimlənən  münasibətlərin  xarakterini  nəzərə  alsaq  bu

qanunda belə qeyri‐müəyyən məzmunlu müddəanın təsbiti məqbul hesab edilə bilməzdi.

Bununla belə bu zaman beynəlxalq hüququ müvafiq münasibətləri tənzimləyən qanunlarla bir sıraya

daxil edən normativ hüquqi aktlar da verilirdi. Azərbaycan Respublikasında mülkiyyət haqqında

Qanunun 2­ci maddəsinə asasən “Azərbaycan Respublikasında mülkiyyət münasibətləri Azərbaycan

Respublikasının  qanunları  ilə  və  onlara  müvafiq  surətdə  qəbul  edilən  normativ  aktlarla,

dövlətlərarası müqavilələrlə, habelə Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, yerli xalq


­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

deputatları  Sovetlərinin  öz  səlahiyyətləri  daxilində  qəbul  etdikləri  aktlarla  tənzimlənir.  Elm,

ədəbiyyat  və  incəsənət  əsərləri  yaratmaq,  ixtiralar  və  kəşflər  etmək,  səmərələşdirmə  təklifləri

vermək,  sənaye  nümunələri,  proqram  vasitələri  və  digər  intellektual  mülkiyyət  obyektləri

hazırlamaq  və  bunlardan  istifadə  etmək  sahəsində  münasibətlər  müəlliflik  hüququ  və  mülki

qanunvericiliyin başqa aktları ilə, habelə hökumətlərarası sazişlərlə tənzimlənir [14]. Göründüyü

kimi  burada  söhbət  dövlətlərarası  və  hökümətlərarası  müqavilə  və  sazişlərdən  gedir.Bu  halda

qanunverici  beynəlxalq  elementli  sənədlərin  tənzimləyə  biləcəyi  münasibətlərin  hədlərini

azaltmışdır.Belə  ki,  bu  zaman  “beynəlxalq  müqavilələr”  anlayışından  istifadə  edilməsi  daha

məqsədəmüvafiq olardı.Eyni məzmunlu müddəalara biz Azərbaycan Respublikasının dövlət sərhədi

haqqında Qanununda [15] rast gələ bilərik. Bu məsələyə dair Əməyin mühafizəsi haqqında Qanunun

3‐cü maddəsinin müddəası diqqəti cəlb edir. Maddədə müəyyən edilmişdir ki, əməyin mühafizəsi

haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  Naxçıvan  Muxtar

Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar

Respublikasının digər qanunvericilik aktlarından və bunlara müvafiq surətdə qəbul edilən normativ

aktlardan,  Azərbaycan  Respublikasının  təsdiqlədiyi  beynəlxalq  normativ‐hüquq  aktlarından  və

dövlətlərarası  müqavilələrdən  ibarətdir  [16].  Göründüyü  kimi  bu  halda  söhbət  dəvlətlərarası

müqavilələrdən  əlavə  “Azərbaycan  Respublikasının  təsdiqlədiyi  beynəlxalq  normativ‐hüquq

aktlarından” gedir ki bu kifəyət qədər qüsurlu anlayışdır və bu anlayışın işlədilməsini uğurlu hesab

etmək  olmaz.Belə  ki,  normativ‐hüquqi  akt  anlayışını  beynəlxalq  münasibətlərin  subyektləri

tərəfindən yaradılan normalara aid etmək düzgün olmazdı. Bu müddəanın işlədilməsi dövlətlərdən

yuxarı  dayanmış  hansısa  suverenin  olmasını  göstərir  ki,  bu  mübahisəlidir.  Bu  halda  mübahisəli

olsada “beynəlxalq hüquqi akt” anlayışı daha münasibola bilərdi. Bu dövrün qanunlarında bəzən

digər  anlayışlardan  da  istifadə  edilmişdir.  Sahibkarlıq  fəaliyyəti  haqqında  Qanunun  2.3‐cü

maddəsində  müəyyən  edilmişdir  ki,  Xarici  hüquqi  və  fiziki  şəxslərin  Azərbaycan  Respublikası

ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1‐ci və 2‐ci bəndlərində göstərilən

qanunvericilik  aktları  ilə  yanaşı  «Xarici  investisiyaların  qorunması  haqqında  Azərbaycan

Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim

edilir [17]. Bununla belə bu dövrün qanunvericiliyi üçün vahid istilah kimi “beynəlxalq müqavilə”

anlayışından istifadə də səciyyəvidir. Rəsmi statistika haqqında Qanunun 4‐cü maddəsində müəyyən

edilmişdir ki, Statistika haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu

Qanundan,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarından  və  Azərbaycan

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir [18]. Oxşar müddəalara biz

Müəssisələr haqqında 1 iyul 1994‐cü il tarixli, Lizinq xidməti haqqında 29 noyabr 1994‐cü il tarixli

Qanunlarda rast gələ bilərik.

Beynəlxalq hüquq normalarının tənzimləyici funksiyalarının qanunlara daxil edilməsindən əlavə

milli hüquq sisteminin normaları ilə beynəlxalq hüquq sisteminin normaları arasında ziddiyyətlər

olduqda məsələnin necə həll edilməsi barədə normaların qanunvericiliyə daxil edilməsi də mühüm

əhəmiyyətə malikdir.Belə ki, beynəlxalq hüquq normalarının tənzimləyici funksiyalarını təsbit etmiş

bəzi  qanunlar  eyni  zamanda  onların  mövqeyinə  dair  müddəalar  da  təsbit  etmişdir.İnvestisiya

fəaliyyəti  haqqında  Qanunun  5‐ci  maddəsi  beynəlxalq  hüquq  normalarının  tənzimləyici

funksiyalarını  təsbit  etməklə  yanaşı,  həmin  qanunun  21‐ci  maddəsi  müəyyən  etmişdir  ki,

“Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində investisiya fəaliyyəti haqqında Azərbaycan

Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydalardan  fərqli  qaydalar  müəyyən

olunduqda,  beynəlxalq  müqavilənin  qaydaları  tətbiq  edilir”  [19].  Eyni  məzmunlu  müddəaya  biz

Xarici investisiyanın qorunması haqqında 15 yanvar 1992‐ci il tarixli Azərbaycan Respublikasının

Qanununda rast gələ bilərik.

Bununla belə bu dövrün xarakterik əlamətlərindən biri ondan ibaratdir ki, qanun beynəlxalq hüquq

normalarının tənzimləyici funksiyalarının qanunlara formal olaraq daxil edilməsi tacrübəsindən

istifadə etməsə də dolayısı ilə onun tənzimləyici funksiyalarını qəbul edir və hətda onun tənzimləyici

qüvvəsini milli normalardan qüvvəsinə görə daha üstün hesab edirdi.


­  18 ­


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin