A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
55
Vətəndaşlara pulsuz virtual hüquqi yardım göstərilir
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri‐
Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
“Virtual Hüquqi Klinika” adlı yeni layihənin icrasına başlayır.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası
vətəndaşlarının virtual ortamda peşəkar hüquqşünaslar
tərəfindən pulsuz hüquqi yardım almalarına şərait
yaradılmasından ibarətdir.
Belə ki, layihə çərçivəsində vətəndaşlar 4 ay ərzində
“Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin
internet səhifəsində ‐ www.lawreform.az saytında hüquqi
məsləhət bölməsinə daxil olaraq, orada hüquqla bağlı
suallarını və problemlərini yazıb göndərəcəklər və bu
suallar ən qısa zamanda peşəkar hüquqşünaslar (vəkillər)
tərəfindən cavablandırılacaq.
Layihənin əhəmiyyəti barədə Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin üzvü, ictimai birliyin sədri Anar Bağırov
deyib: “Biz, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai
birliyi
olaraq,
fəaliyyətimizin
əsas
fəaliyyət
istiqamətlərindən birini də vətəndaşların ödənişsiz hüquqi
yardım almaq hüququ ilə bağlı olan məsələlər təşkil edir.
Ölkəmizdə indiyə kimi bu sahədə aparılmış mütərəqqi
islahatlara baxmayaraq, insanların ödənişsiz hüquqi yardım
almaq məsələsində mövcud olan problemlərin sayı heç də
az deyildir. Bununla bağlı mən və bir neçə dəyərli
hüquqşünaslarımız birlikdə “Ödənişsiz hüquq yardım haqqında” qanun layihəsi də hazırlamışıq.
Hesab edirəm ki, “Virtual Hüquqi Klinika” layihəsindən bir çox vətəndaşlarımız, xüsusən də
aztəminatlı ailələrin üzvləri, qaçqın və məcburi köçkünlər yararlanacaq, pulsuz hüquqi yardım
alacaqlar. Belə xoş məramlı layihədə bizə dəstək verdiklərinə görə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri‐Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına dərin təşəkkürümü
bildirirəm.”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri‐Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının Katibliyinin məsləhətçisi Elnur Bağırlı da layihəni yüksək qiymətləndirib və ümid
etdiyini bildirib ki, layihənin icrası zamanı xeyli insan öz problemlərinin həlli yolunu tapacaq.
Sonda oxucuların nəzərinə çatdıraq ki, http://lawreform.az/?module=consultation&lang=az
internet ünvanına daxil olmaqla suallarınızı hüquqşünaslara göndərə bilərsiniz.
Mənbə: http://www.lawreform.az/index.php?module=news&name=view&id=1990&lang=az
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Beynəlxalq mətbuat səhifələrindən
Din Şpilmanın həyat prinsipləri
Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra
AİHM) hal‐hazırdakı sədri Din Şpilman Luksemburqda
anadan olmuş, Belçikada yerləşən Luvena Katolik
universitetində hüquq təhsil almış, daha sonra isə
təhsilini Britaniyanın tələbələr şəhərciyi sayılan
Kembricdə yerləşən Fitzvilyam kollecində davam
etdirmişdir. Diplomunu alandan sonra gənc mütəxəssis
Luksemburqa
qayıtmış
və
orada
vəkil
məsləhətxanalarından birində işləmiş, bir neçə ildən
sonra isə əvvəllər tələbəsi olduğu universitetdə
mühazirələr deməyə başlamışdır. 2004‐cü ilə kimi o,
vəkillik fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda
Belçika, Luksemburq və Fransa universitetlərində dərs demişdir.
2004‐cü il iyunun 24‐də Şpilman Luksemburqdan AİHM‐ə hakim seçildi və o vaxtdan hər kəs onun
yüksəlişini müşahidə edirdi. 2011‐ci ildə o, Strasburq məhkəməsinin 5‐ci fraksiyasının sədri,
2012‐ci ildə AİHM‐nin vitse‐prezidenti, bir qədər sonra – elə həmin ildə isə AİHM‐nin prezidenti
(sədr) seçildi.
Keçmişi haqqında
Universitetdə mən Beynəlxalq hüquq üzrə təhsil alırdım. Beynəlxaq hüquqda isə sözsüz ki, ən vacib
sənədlərdən biri – İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa
Konvensiyasıdır. Vəkillik fəaliyyətimdə təcrübəmdə daha çox cinayət hüququ ilə bağlı işlər var idi
və universitetlerdə cinayət hüququndan dərs deyirdim. Bir sözlə, təsadüfi deyil ki, insan
hüquqlarının qorunması mənim əsas amalım oldu, hansı ki, bu amala mən həmişə sadiqəm. Yəqin
ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olmağıma təkan verən səbəblərdən biri də budur.
Mənim atam da AİHM‐nin hakimi olub, ondan əvvəl isə Luksemburqun Baş prokuroru olmuşdur.
O, həmişə məhkumların, məhbusların hüquqlarını həvəslə qoruyurdu. Görünür, ailəmizdə olan bu
ənənənin təsiri məndən də yan ötməyibdir.
Əslində, mən çox tez anladım ki, əsas hüquqlar mərkəzi mövqe tutur və onlar hüququn müvafiq
bütün sahələrinə münasibətdədirlər. Beləliklə, təbiidir ki, mənim bütün elmi tədqiqatlarım bu
məsələnin üzərində cəmləşir.
AİHM barədə
Aydındır ki, Konvensiyada göstərilmiş hüquq və azadlıqların mahiyyəti əsrlərdən qalmış bir daş
üzərində həkk olunmayıbdır. O, hüquqi, sosial və elmi tərəqqi ilə harmoniyada inkişaf etməlidir.
Konvensiyanın belə elastik interpretasiyası onun təsvir etdiyi normaların tələbata uyğun olmasına
icazə verir, hansı ki, Avropa ölkələrində mürəkkəb inkişaf prosesini yaradır. Başqa sözlə, məhkəmə
yeni hüquqlar icad eləyə bilməz. Onun səlahiyyəti yalnız Konvensiya və protokollarla təmin
olunmuş hüquqları yeniləmək və müasirləşdirməkdir.
Vətəndaşlar gündəlik həyatlarında əsas insan hüquqlarına hörmət etməlidirlər. Konvensiyaya yeni
qoşulmuş ölkələrdə isə hələ görülməli çox işlər var. İlk növbədə həmin ölkələrdə yeni təfəkkür
yaradılmalıdır. İnsan hüquqlarının qorunması mədəniyyətini möhkəmləndirmək lazımdır. Amma,
bu uzun prosesdir.
Bu məhkəmənin (Strasburq) işi, şübhəsiz ki, tarixi bir uğurdur. Bizim qərarlar Avropa hüququnu
dəyişdirdi.Konvensiyanın təsir dairəsindən heç bir sahə kənara qaça bilmədi.
56
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Biz heç zaman ikili standartlar tətbiq etmədik. Bir çox vacib işlər olub ki, həmin işlərdə qərarların
çıxarılmasında şəxsən mən iştirak etmişəm. Sadəcə sizə bir‐iki misal göstərmək istəyirəm Salduz
Türkiyəyə qarşı”. Bu müdafiəçinin məhkəmə zamanı və vəkilin ilkin dindirmə vaxtı malik olduğu
hüquqlarla bağlı ən vacib işlərdən biri idi. Digər əlamətdar iş isə anti‐terroristik qanunvericiliklə
bağlı – “Saadi İtaliyaya qarşı” işi idi. Bu halda məhkəmə əsas diqqəti o hala yönəltdi ki, insan , hətta,
terrorizmə qarşı mübarizə çərçivəsində belə qəddar rəftara məruz qalmamalıdır. Əgər
Konvensiyanın iştirakçısı olduğu dövlətlər öz funksiyalarını daha səylə və məsuliyyətlə yerinə
yetirsələr, o zaman gələcəkdə bizə gələn şikayətlərin sayı da azalar. Biz gücləndirilmiş təhlükəsizlik
tədbirləri görürük və tam əminik ki, məhkəməyə işə təyin olunmuş gənc hüquqşünaslar prinsiplərə
tam sadiqdirlər. Nəticələr yalnız müsbətdir. Bizim işçilərin ləyaqətsiz davranışları ilə bağlı
problemimiz yoxdu, əksinə xoşbəxtik ki, belə məhsuldar əməkdaşlarımız var.
Görülmüş işlər haqqında
Bizim, insanların hüquqlarını müdafiə sistemimiz unikaldır və çox qüdrətli bir sistemdir. Mən həm
təqsirləndirilən şəxslərin, həm məhbusların və həm də azlıqların hüquqları barədə düşünürəm.
Bütün bu müxtəlif sahələrdə məhkəmə belə demək olarsa, gündəlik həyatı dəyişmişdir. Bu bizim
məhkəmənin başlıca nailiyyətidir. Bizim məhkəmə, presedent hüququna uyğun olaraq,
Konvensiyanı canlı və inkişaf edən vasitə kimi tətbiq edir. Konvensiyaya Avropada dəyişən
proseslərin fonunda baxmaq lazımdır. Aydındır ki, bizim qərarlar bəzən tənqidlə də qarşılanır, bu
isə qaçılmazdır.
İnsan hüquqları və musiqi haqqında
Məncə, musiqi və insan hüquqları arasında əlaqə mövcuddur. Özünüifadə azadlığı , bəlkə də
Konvensiyanın musiqi ilə bağlı olan ən uyğun maddəsidir. Lakin, bəzən musiqi özü də insan
hüquqları üçün təhlükə yarada bilər. Məsələn, işgəncə zamanı bəzən işgəncə vasitəsi kimi
musiqidən istifadə olunur. Bu artıq müəyyən çətinliklər yaradır. Mən orqan (musiqi aləti)
musiqisinə üstünlük verirəm. Özüm də bu alətdə ifa etməyi bacarıram. Ən çox sevdiyim
bəstəkarlardan biri – Baxdır. Heç bir halda, mən özümü “birinci skripka” hesab etmirəm. Bilirsiniz
ki, nə zaman ki, böyük orkestr əsəri ifa etməyə başlayanda birinci olaraq skripkanın səsi gəlir və
digər musiqi alətləri də onun səsinə uyğun köklənirlər. Hər hansı araşdırma və ya müzakirə zamanı
birinci sözü sədr demir, əksinə o, bütün kolleqalarını dinlədikdən sonra söz alır. Buna baxmayaraq,
sədr auditoriyaya nəzarət edir və onu idarə edir, daha sonra bizim solist ‐ məruzəçi‐hakim birinci
olaraq çıxış edir, ondan sonra milli hakim, daha sonra isə yerdə qalan bütün hakimlər öz paylarına
düşən vəzifələri icra edirlər.
Mənbə: http://pravo.ru/story/view/102097
Ən qədim vəsiyyətnamə harada tapılıb?
1946‐cı ildən bəri arxeoloji qazıntılar aparılan və Anadolunun
ən qədim yazılı sənədlərinin olduğu bildirilən Kayserinin
Kültəpə Kaniş‐Karum ticarət koloniyasından dünyada ən qədim
olduğu iddia olunan vəsiyyətnamə tapılıb. Ankara Universiteti
Arxeologiya Fakültəsinin üzvü professor Fikri Kulakoğlu
bildirib ki, vəsiyyətnamədə “ulaq (eşşək) borcu” ilə bağlı
ödəmədən söhbət gedir.Professor Kulakoğlu bildirib ki,
qazıntılar zamanı bir qəbirə rast gəlinib. Qəbirin açılışı zamanı
üstündə yazı olan lövhə tapılıb. Hamı bu yazıda hər hansı dini
mətnin və ya duanın olacağını təxmin edib. Lakin, mətnin oxunması üçün filoloq dəvət olunub və
ortaya belə bir surpriz çıxıb. Belə ki, yazının mətni “ulaq satışı” ilə bağlı imiş. Lövhədəki yazının
mətni təxminən belə imiş: “Bu məktubumu oxuduğun zaman, bu ulağın sahibinə get və ona üçdə
bir gümüş pul ver.”
57
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Ən məzəli məhkəmə qərarları
Dünyada qəribə müsabiqələr çoxdur. Məsələn “Darvin”
müsabiqəsində mükafatlar dünyasını ən axmaq üsulla
dəyişən insanlara verilir. “Stella” mükafatının qalibləri isə
təsadüf, yaxud hakim səhvi nəticəsində qeyri‐adi məhkəmə
proseslərini udan şəxslərə verilir.
2000‐ci ildə Texas məhkəməsi Ketlin Robinsonun, mebel
dükanının sahibinə qarşı qaldırdığı iddiaya baxırdı. Mebelə
baxarkən Ketlin dükandakı uşaqla toqquşmuş və biləyini
sındırmışdı. Məhkəmənin qərarı ilə mebel mağazasının
sahibi, Ketlinə 78 min dollar ödəməli oldu. Sahibkarın ürəyini
partladan məqam vardı: axı dükanda nadinclik edən uşaq elə
Ketlinin öz doğma oğlu idi.
1998‐ci ilin oktyabrında Pensilvaniya ştatında Terrens Dikson qonşusunun evinə oğurluğa girir.
Oğurladıqlarını toplayır. Ancaq bu zaman evdə olan mühafizə sistemi işə düşür. Terrens evdən
çıxa bilmir. Bir ay orda qalır. Evdə olan pişik yeməkləri ilə qidalanır. Ev sahibi gəlib onu buraxır.
Terrens üzr istəmək əvəzinə qonşusunu məhkəməyə verir. Bir ay müddətində psixoloji zədə
aldığından məhkəmə Terrensin lehinə qonşunu yarım milyon dollar cərimələyir.
2007‐ci ildə isə Kara Uolton adlı qadın gecə klubunda yüngülvari yeyib‐içir. Beş dollar borcu
qaytarmamaq üçün klubun tualetindən çölə çıxmağa çalışır. Ancaq sürüşüb yıxılır və ağzındakı iki
dişi sındırır. Kara gecə klubunun sahibini məhkəməyə verərək iddiasını təmin etdirə bilir. Klub
sahibi qadının dişini düzəltdirmək üçün həkimə 12 min dollar ödəməli olur.
Mənbə: http://publika.az/p/29261
58
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
59
Tanınmış hüquqşünaslar silsiləsindən
FYODOR PLEVAKONU
NƏ DƏRƏCƏDƏ TANIYIRIQ?
Fyodor Nikiforoviç Plevako, Rusiyanın ən tanınmış
vəkillərindən hesab olunur. Onun dövründə yaşayan
insanlar Plevakonu “Moskvanın ən gözəl natiqi
adlandırırdılar. Aşağıda Plevakonun gözəl natiqlik
qabiliyyətini sübut edən misallar çəkilmişdir.
“20 dəqiqə”
Vəkil Plevakonun kiçik dükanları olan , orta savadlı qadını
müdafiəsi haqqında hekayə məşhurdur. Belə ki, bu qadın
hansısa dini bayram ərəfəsində ticarət vaxtı ilə bağlı qanunu
pozmuş və dükanı qanunda nəzərdə tutulduğundan 20
dəqiqə gec bağlamışdı. Bu iş üzrə məhkəmə prosesi saat 10:00‐a təyin olunmuşdu. Hakim zala 10
dəqiqə gecikərək daxil oldu. Hər şey qaydasında idi, bircə vəkil Plevako zalda yox idi. Məhkəməyə
sədrlik edən hakim Plevakonun tapılması haqqında göstəriş verdi. Daha 10 dəqiqə vaxt keçmişdi
ki, ümumi tələsməyən görkəmi olan Plevako zala daxil oldu, yerinə keçdi və iş çantasını açdı. Hakim
ona gecikdiyinə görə irad bildirdi. Bu zaman Plevako saatını çıxardı, ona baxdı və dedi ki, onun
saatında əqrəblər onu göstərir ki, saat 11‐ə 5 dəqiqə işləyib. Hakim zaldakı saatı işarə edərək,
orada saatın 11‐ə 20 dəqiqə işlədiyini bildirdi. Plevako hakimdən soruşdu: “Möhtərəm hakim, bəs
sizin saatınızda əqrəblər neçəni göstərir?”
Hakim saatına baxdı və dedi:
11‐ə 15 dəqiqə işləyib.
Plevako eyni sualı prokurora da verdi və prokuror istehzalı təbəssümlə cavab verdi:
Məndə saat 11‐ə 25 dəqiqə işlədiyini göstərir.
Prokurorun ağlına da gəlməzdi ki, Plevako ona tələ qurub və o, özü də bilmədən müdafiə tərəfinə
necə kömək etdi.
Məhkəmə istintaqı çox tez yekunlaşdı. Şahidlər bir daha təsdiqlədilər ki, təqsirləndirilən qadın
dükanı 20 dəqiqə gec bağlayıb. Prokuror hakimdən müttəhimi günahkar hesab eləməyi xahiş etdi.
Nəhayət, söz Plevakoya verildi. Onun çıxışı cəmi 2 dəqiqə davam etdi. O, dedi:
Müdafiə etdiyim şəxs həqiqətən də 20 dəqiqə gecikib. Amma, nəzərə alın ki, qadın yaşlı, eyni
zamanda kifayət qədər savadlı deyil. Saatlardan da yaxşı başı çıxmır. Biz sizinlə savadlı, alicənab
insanlarıq. Divardakı saatda 11‐ə 20 dəqiqə, cənab hakimdə 15 dəqiqə, prokurorda isə 25 dəqiqə
işləyib. Əlbəttə ki, ən düzgün saat cənab prokurordadır. Deməli, mənim saatım 20 dəqiqə geri qalıb
ki, mən 20 dəqiqə gecikmişəm. Halbuki, mən həmişə öz saatımı ən dəqiq hesab edirdim, axı onlar
bahalı və qızıldandır. Belə olan halda, prokurorun saatına görə, hakim prosesi 15 dəqiqə gec açır,
vəkil isə 20 dəqiqə gec gəlirsə, çox da savadı olmayan kiçik ticarətçinin bizdən yaxşı saatla bağlı
dəqiq anlayışa malik olmasını necə tələb etmək olar?!
Hakimlər 1 dəqiqəlik müşavirə keçirdilər və qadına bəraət verdilər.
60
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
“15 il haqsız danlaqlar”
Bir dəfə Plevakoya bir kişinin öz arvadını öldürməsi ilə bağlı iş düşmüşdü. Plevako həmişə olduğu
kimi məhkəməyə sakit, özünə inamlı tərzdə, heç bir kağızsız və konspektsiz gəlmişdi. Çıxış üçün
növbə Plevakoya gələndə, o ayağa qalxdı və dedi:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Zalda olan səs‐küy azalmağa başladı. Plevako yenidən:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Zalda sükut çökdü. Vəkil yenidən dedi:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Zalda kiçik pıçıltılar eşidildi, lakin çıxış başlamadı. Yenidən:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Artıq zaldakı insanların narazı uğultuları eşidilməyə başladı. Vəkil isə yenidən:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Zaldakı insanlarda artıq ele bir təssürat yaranmışdı ki, Plevako onların hamısını sanki məsxərəyə
qoyur. Lakin, yenidən eyni cümlə eşidildi:
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Zalda böyük bir səs‐küy əmələ gəldi. Artıq narazı səslərin içərisindən hakimin və prokurorun da
səsləri aydın eşidilirdi. Nəhayət, Plevako əlini qaldıraraq, zaldakıları sakitləşdirməyə çalışdı və
dedi:“Hörmətli cənablar və xanımlar, sizlər mənim bu eksperimentimə heç 15 dəqiqə də dözə
bilmədiniz. Bəs bu bədbəxt kişi 15 il ərzində arvadının hər boş şey üstündə olan haqsız
danlaqlarına və yersiz deyinmələrinə necə dözsün?!” Zaldakılar 1 anlıq donub qaldı. Daha sonra
biraz öncə olan narazı baxışlar heyranlıq dolu alqışlarla əvəz olundu.
Kişiyə bəraət verildi.
“Günahlardan azad olmaq”
Bir dəfə o, zinada və oğurluqda ittiham olunan yaşlı bir keşişi müdafiə edirdi. Belə nəticəyə gəlmək
olardı ki, ittiham olunan şəxs üçün məhkəmə tərəfindən heç bir müsbət qərara ümid etmək
mümkün deyil. Prokuror keşişin günahlara batmasını bütün dərinliyi ilə təsvir etdi. Nəhayət,
Plevako yerindən qalxdı. Onun çıxışı qısa oldu: Möhtərəm hakim! İş aydındır. Prokuror bütün
çıxışında tamamilə haqlı idi. Müdafiə etdiyim şəxs bütün bu cinayətləri törədib və bunları etiraf
edib. Lakin, mən bir məqamı sizin nəzərinizə çatdırmaq istərdim. Sizin qabağınızda ele bir insan
oturub, hansı ki, 30 il müddətində sizin günahlarınızdan azad olunmanıza yardımçı olub. Bəs siz
indi ona yardımçı ola biləcəksinizmi?” Keşiş azadlığa buraxıldı.
“30 qəpik”
Məhkəmə 30 qəpik qiyməti olan çaydanı oğurlamış irsən fəxri vətəndaş olan qarının işinə baxırdı.
Prokuror qoca qarını Plevakonun müdafiə edəcəyini bilərək qərara gəldi ki, sanki vəkilin əvəzinə
danışsın və ittiham olunan şəxsin belə bir addım atmasına səbəb olan ağır həyat şəraitini təsvir
elədi. Prokuror hətta vurğuladı ki, qoca qarının bu hərəkəti ona qarşı mərhəmət hissi doğurur,
nəinki qəzəb. Prokuror eyni zamanda bildirdi ki, bunlara baxmayaraq, özəl mülkiyyət
toxunulmazdır. Buna görə qadına bəraət vermək üçün məntiqi əsas olmalıdır. Hakimlər razılıq
əlaməti olaraq başlarını tərpətdilər. Söz Plevakoya verildi. O dedi: “Rusiya minilliklər ərzində çox
bəlalardan, çox sınaqlardan keçib. Bir çox xalqlar Rusiyanı parçalamaq istəyiblər. Lakin, Rusiya
bütün bunlara dözdü, əzablar arxada qaldı, bu sınaqlar onu gücləndirdi və böyütdü. Amma indi...
Qarı 30 qəpik dəyəri olan köhnə bir çaydan oğurlayıb. Rusiya əlbəttə ki, buna dözə bilməz və bu
hadisədən birdəfəlik məhv olacaq...”
Qarı bəraət aldı.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
61
“Ayaqqabılarımı çıxartmışdım”
Plevako bir kişini müdafiə edirdi. Həmin kişini bir fahişə onu zorlamaqda ittiham edirdi və kişidən
dəymiş zərərə görə böyük məbləğdə təzminat istəyirdi. İşin təfərrüatları: “Zərərçəkmiş” iddia
edirdi ki, cavabdeh onu mehmanxana otağına apararaq, orada onu zorlayıb. Cavabdeh isə deyirdi
ki, hər şey qarşılıqlı razılıq əsasında olub. Sonuncu söz isə Plevakoya verildi:
Cənab hakim! Əgər siz mənim müdafiə etdiyim şəxsi cərimələmək barədə qərar çıxarsanız, xahiş
edirəm o məbləğdən döşəkağıların yuyulması ilə bağlı xərcləri çıxasınız. Hansına ki, qadın öz
ayaqqabıları ilə ləkələr salmışdı.
Bu zaman şikayətçi qadın yerindən sıçrayaraq qışqırır:
Yalandı! Mən ayaqqabılarımı çıxartmışdım!
Zalda qəhqəhə səsləri eşidilir. Cavabdeh azadlıqdadır.
62
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
“Sualınıza vəkil cavab versin!” rubrikası
*
Sual 1: İş yerimdə ştat ixtisarı aparıldığından əmək
müqaviləmə xitam verilmişdir. Mənə işdən çıxma
müavinəti və orta əmək haqqı ödənilmişdir. Bilmək
istəyirəm, həmin pul məbləğindən gəlir vergisi tutula
bilər?
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin
70‐ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya
ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən
tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77‐ci
maddəsinin 3‐cü hissəsinə görə əmək müqaviləsi bu
Məcəllənin 70‐ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv
edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı
gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4‐cü maddəsinə görə işçilərin sayının və
ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən
azaddır.
Beləliklə, Sizə ödənilmiş işdənçıxarma müavinəti və orta əmək haqqı gəlir vergisindən azaddır.
Sual 2: Məhkəmə avtomobilə dəymiş zərərin hesablanması ilə bağlı ekspertiza təyin etmişdir.
Tərəfimdən araşdırılması üçün suallar təqdim edilmişdir. Lakin ekspertiza qərardadında
həmin suallardan bəziləri göstərilməmişdir. Bu, qanuna uyğundurmu?
Cavab: Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 97.3‐cü maddəsinə görə işdə
iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə
haqlıdırlar. Həmin Məcəllənin 97.4‐cü maddəsinə görə ekspert rəyinin alınmasına dair sualların
yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların
rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.
Beləliklə, ekspert qarşısında qoyulan sualların yekun məzmununu müəyyən etmək səlahiyyəti
məhkəməyə məxsusdur. Lakin məhkəmə Sizin təqdim etdiyiniz sualların rədd edilməsini
əsaslandırmağa borcludur.
Sual 3: Mənim və həyat yoldaşımın soyadı “Hüseynov”dur. Lakin uşağımıza atasının adına
(atasının adı Etibardır) uyğun olaraq “Etibarlı” soyadını vermək istəyirik. Bu, mümkündürmü?
Cavab: Uşağın soyad daşımaq hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra
‐ AM) 53‐cü maddəsində təsbit olunmuşdur. AM‐in 53.1‐ci maddəsinə görə uşaq ad, ata adı və
soyad daşımaq hüququna malikdir. AM‐in 53.3‐cü maddəsinə görə uşağın soyadı, bir qayda olaraq,
valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa
valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi
və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM‐in
53.4‐cü maddəsinə görə valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda
yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və
himayə orqanları) tərəfindən həll olunur. AM‐in 53.3 və 53.4‐cü maddəsində nəzərdə tutulmuş
hüquq normaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011‐ci il tarixli 79
nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının vəsoyadın verilməsi və dəyişdirilməsi
Qaydaları»nın 4‐cü bəndində də öz əksini tapmışdır.
|