QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194‐cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik
üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu,
lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun
vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev
47
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
BİRİNCİ BÖLMƏ
İSRAFİLOVA VƏ AĞALAROV AZƏRBAYCANA QARŞI
(16806/11 və 61696/11 nömrəli ərizələr)
QƏRAR
STRASBURQ
10 oktyabr 2013‐cü il
İsrafilova və Ağalarov Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) Komitə qismində,
Sədr Julia Laffranq,
Hakimlər Xanlar Hacıyev,
Dmitri Dedov,
və Bölmə katibinin müavini Andre Vampakdan ibarət tərkibdə, 17 sentyabr 2013‐cü ildə qapalı
müzakirə keçirərək, həmin tarixdə aşağıdakı qərarı qəbul etmişdir:
PROSEDUR MƏSƏLƏLƏRİ
1. Bu iş Azərbaycan Respublikasının iki vətəndaşı ‐ xanım Rozaxanım İsrafilova (birinci ərizəçi) və
cənab Miryusif Ağalarovun (ikinci ərizəçi) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında
Konvensiyanın (Konvensiya) 34‐cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasına qarşı
2011‐ci ilin müvafiq olaraq 28 fevral və 20 sentyabr tarixlərində təqdim etdikləri iki ərizə (16806/11
və 61696/11 nömrəli) ilə başlanmışdır.
2. Ərizəçini Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab R.Mustafazadə, Azərbaycan
Hökumətini (Hökumət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdirlər.
3. 2012‐ci il 4 iyul tarixində ərizələr Hökumətə göndərilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
4. Ərizəçilər müvafiq olaraq 1950 və 1946‐cı illərdə anadan olmuş və Sumqayıt şəhərində yaşayırlar.
5. Birinci ərizəçi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış sahəsi orderi əsasında
mənzilinə sahiblik və istifadə hüquqlarına, ikinci ərizəçi isə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş çıxarış əsasında mənzili üzərində mülkiyyət hüququna malikdir (baxın: Əlavə
‐ I Cədvəl).
6. Hər iki işdə ərizəçilərin mənzilləri Ermənistan‐Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı
Azərbaycanın müxtəlif rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi
nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.
7. Ərizəçilər ölkə məhkəmələri qarşısında ayrı‐ayrılıqda mülki iddia qaldıraraq məcburi köçkünlərin
mənzillərindən çıxarılmalarını tələb etmişlər.
8. Əlavədə göstərilmiş tarixlərdə ərizəçilərin iddiaları ölkə məhkəmələri tərəfindən təmin olunmuş
və məcburi köçkünlərin mənzillərindən çıxarılmasına göstəriş verilmişdir.
9. Birinci ərizəçi tərəfindən təqdim edilmiş 16806/11 nömrəli ərizə üzrə işdə qətnamənin nəticə
48
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
hissəsində onun icrasının məcburi köçkünlərin doğma torpaqlarına və ya digər müvəqqəti yaşayış
yerlərinə köçürülənə qədər təxirə salınması nəzərdə tutulmuşdur.
10. Bu qətnamələrdən apellyasiya şikayəti verilməmiş və qətnamələrin qəbul edilməsi zamanı
qüvvədə olan qanunvericiliyə uyğun olaraq bir ay müddətində onlar qüvvəyə minmişdir. Lakin
məcburi köçkün ailələri bu qətnamələri yerinə yetirməkdən imtina etmiş və ərizəçilərin müxtəlif
dövlət orqanlarına şikayət etmələrinə baxmayaraq qətnamələr icra olunmamışdır.
11. Ərizəçilər icra orqanlarına qarşı məhkəmədə iddia qaldıraraq onların hərəkətsizliyindən şikayət
etmiş və qətnamələrin tez bir zamanda icra olunmasını xahiş etmişlər. 2010‐cu il 19 mart tarixində
Sumqayıt şəhər məhkəməsi xanım İsrafilovanın iddiasını təmin etməmişdir. 2010‐cu il 11 may
tarixində Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini mümkünsüz hesab etmişdir. 2011‐ci il
21 may tarixində Sumqayıt şəhər məhkəməsi cənab Ağalarovun iddiasını təmin edərək qətnamənin
dərhal icra olunmasına göstəriş vermişdir.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
12. Daxili qanunvericilikdən müvafiq çıxarışlar Məhkəmənin “Gülməmmədova Azərbaycana qarşı”
işi üzrə qəbul etdiyi qərarda (38798/07 nömrəli ərizə, 18‐24‐cü bəndlər, 22 aprel 2010‐cu il)
verilmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 6‐CI MADDƏSİNİN 1‐Cİ BƏNDİ VƏ KONVENSİYANIN 1 SAYLI
PROTOKOLUNUN 1‐Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI
13. Ərizəçilər Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun
1‐ci maddəsinə istinad edərək xeyirlərinə çıxarılmış qətnamələrin icra olunmamasından şikayət
etmişlər. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin müvafiq hissəsində qeyd edilir:
“Hər bir kəsin......mülki hüquq və vəzifələrinin müəyyən edilməsi ilə bağlı işə...məhkəmə
tərəfindən...ədalətlə baxılması hüququ vardır....”
1 saylı Protokolun 1‐ci maddəsində qeyd edilir:
“Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Şəxs yalnız
cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə
tutulmuş qaydada mülkiyyətindən məhrum edilə bilər.
Lakin yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə
nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin
etmək məqsədilə zəruri olan qanunları həyata keçirmək hüququnu məhdudlaşdırmır.”
14. Məhkəmə hesab edir ki, ərizələrə baxılması, onların faktiki və hüquqi dəlillərinin eyni olması
nəzərə alınaraq, Məhkəmənin Prosedur Qaydalarının 42‐ci maddəsinin 1‐ci bəndinə uyğun olaraq
bir icraatda birləşdirilməlidir.
A. Ərizələrin mümkünlüyü
15. Məhkəmə hesab edir ki, ərizələr Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin (a)
yarımbəndində nəzərdə tutulmuş mənada açıq‐aşkar əsassız deyil və hər hansı digər əsasa görə də
onlara baxılması mümkünsüz hesab edilə bilməz. Buna görə bu ərizələr mümkün hesab edilir.
B. Ərizələrin mahiyyəti
16. Məhkəmə qeyd edir ki, bu işlərin faktiki dəlilləri, şikayətlər və qaldırılmış hüquqi məsələlər
49
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin və 1 saylı Protokolun 1‐ci maddəsinin pozulduğunun
müəyyən edildiyi “Gülməmmədova” işindəki ilə (yuxarıda qeyd edilmişdir) eynidir.
17. Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı ərizələrlə
bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.
18. Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçilərin
xeyirlərinə olan qətnamələrin icrası ilə bağlı müəyyən çətinliklər yaratdığını qəbul etməyə hazırdır.
Bununla belə, bu qətnamələr qəti və qanuni qüvvəyə malik olmuş, lakin dövlət orqanları onlara
əməl edilməsi üçün heç bir adekvat tədbir görməmişdir. Qeyd olunan qətnamələrin icra olunması
üçün zəruri olan tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini
təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Hökumət
qətnamələrin uzun müddət icra edilməməyinə bəraət qazandıran hər hansı dəlil irəli sürməmişdir.
19. Ərizəçilərin mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlı təqdim etdikləri izahatlara
gəlincə, ərizəçilərin Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsi ilə müdafiə olunan
əmlaklarından maneəsiz istifadə hüquqları ilə məcburi köçkünlərin yaşayış sahələri ilə təchiz
olunmaq hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət
orqanları tərəfindən hər hansı xüsusi tədbirlərin görülməsi nə ölkə məhkəmələri, nə də Avropa
Məhkəməsi tərəfindən təsbit edilmişdir.
Belə olan halda, qətnamələrin icrasının kifayət qədər uzun müddət ərzində təmin olunmaması
ərizəçilərin son dərəcə ağır duruma düşmələri ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, bu ağır
duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti
olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə
ərizəçilərin əmlaklarından maneəsiz istifadə hüquqlarının müdafiə edilməsi arasında ədalətli
tarazlılığı təmin edə bilməmişdirlər (baxın: yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43‐50‐ci
bəndlər).
20. Beləliklə də, Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun
1‐ci maddəsi pozulmuşdur.
II. KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ
21. Konvensiyanın 41‐ci maddəsində bildirilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər
Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün
hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi
barədə qərar çıxarır.”
22. Ərizəçilər ədalətli kompensasiya ilə bağlı tələb irəli sürməmişdirlər. Buna görə də Məhkəmə
hesab edir ki, onlara hər hansı kompensasiya verilməməlidir.
23. Bununla belə, Məhkəmə hesab edir ki, qətnamələr hazırda da qüvvədə qaldıqları üçün dövlətin
onları icra etmək vəzifəsi mübahisə oluna bilməz. Buna görə də hər iki iş üzrə ərizəçilərin müvafiq
qətnamələrin icra olunmasını tələb etmək hüquqları vardır.
Məhkəmə bir daha təkrar edir ki, 6‐cı maddənin pozulması zamanı pozulmuş hüquqların bərpasının
ən münasib forması ərizəçilərin mümkün olduğu qədər 6‐cı maddənin tələblərinin pozulmayacağı
təqdirdə ola biləcəkləri vəziyyətə qaytarılmalarının təmin edilməsidir (baxın: Piersack Belçikaya
qarşı” (50‐ci maddə), 26 oktyabr 1984‐cü il, 12‐ci bənd, A Cildi, 85‐ci nömrə). Təsbit edilmiş
pozuntunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu prinsip hazırkı işə də tətbiq edilir.
Buna görə də o hesab edir ki, Hökumət müvafiq vasitələrdən istifadə etməklə ərizəçilərin xeyirlərinə
olan qətnamələrin icrasını təmin etməlidir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ MƏHKƏMƏ YEKDİLLİKLƏ
50
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
1. Ərizələrə baxılmasını bir icraatda birləşdirməyi qərara alır;
2. Ərizələri mümkün hesab edir;
3. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu qət edir;
4. Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin pozulduğunu qət edir;
5. Qərara alır ki, cavabdeh dövlət müvafiq vasitələrdən istifadə etməklə üç ay ərzində ərizəçilərin
xeyirlərinə olan ölkə məhkəmələrinin qətnamələrinin icra olunmasını təmin etməlidir.
Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2‐ci və 3‐cü bəndlərinə uyğun olaraq
10 oktyabr 2013‐cü ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.
Andre Vampak Katibin müavini Julia Laffranq Sədr
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
51
Yerli mətbuat səhifələrindən
Azərbaycanlı vəkillər Rusiyada təltif olunmuşlar
Aprelin 24‐də Rusiyanın paytaxtı Moskva şəhərində Rusiyada vəkilliyinin yaranmasının 150 illiyi
ilə münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbir həmçinin 19‐20‐ci əsrlərdə yaşamış
görkəmli rusiyalı vəkil Fyodr Nikiroviç Plevako adına 16‐ci ali vəkil mükafatlarının təqdimetmə
mərasimi ilə yadda qalmışdır.
Bu mükafat insan hüquqlarının müdafiəsində, eyni zamanda vəkillik peşəsinin nüfuzunun
artırılmasında və vəkillik institunun inkişaf etdirilməsində xüsusi əməyi və fəaliyyəti olan vəkillər
üçün nəzərdə tutulmuşdur.
Təntənəli mərasimdən öncə “Vəkilliyin cəmiyyətin hüquqi maarifləndirilməsinə rolu” mövzusunda
beynəlxalq konfrans keçirilmişdir.
Qeyd edək ki, konfransda və təntənəli tədbirdə ölkəmizi Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov və Vəkillər Kollegiyası Rəyasət Heyətinin
beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov təmsil etmişlər. Belə ki, ölkəmizi təmsil edən
hər iki vəkil fəxri fərman ilə təltif olunmuşlar.
Tədbirdə çıxış edən Anar Bağırov vəkil peşəsinin insan hüquqlarının səmərəli müdafiəsində
əhəmiyyəti və bu peşənin məziyyətlərini xüsusilə qeyd edərək tədbirin təşkilatçılarına onlara
verdikləri yüksək qiymətə görə öz təşəkkürünü bildirmişdir, Azərbaycan və Rusiya vəkilliyi
arasında formalaşmış peşəkar və səmimi əməkdaşlıq münasibətlərinin bundan sonrakı inkişafına
dair əminliyini ifadə etmişdir.
Tədbirdə həmçinin, Rusiya Federasiyası Prezident Administrasiyasının nümayəndələri, hökümət
təmsilçiləri, hakimlər, RF hüquq‐mühafizə orqanlarının işçiləri və digər məsul şəxslər iştirak
etmişlər.
Qeyd edək ki, tədbir “Plevako adına Ali Vəkil Mükafatı”nın Təqdimetmə Komitəsi, Rusiya Vəkillər
Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, Rusiya Vəkillərinin Federal Palatası və Rusiya
Vəkillərinin Federal Birliyi tərəfindən təşkil olunmuşdur.
Mənbə: http://www.lawreform.az/?module=news&name=view&id=1779&lang=az
Azərbaycan məktəbliləri məhkəmə ilə tanış olublar
Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə Azərbayan
Hüquq İslahatları Mərkəzi və Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi
“Hüquq və Mən” adlı layihə çərçivəsində Bakı şəhərinin
240 nömrəli tam orta məktəbinin şagirdləri Yasamal
Rayon Məhkəməsində olmuşlar. Xatırladaq ki, bu
layihəyə əsasən, pilot olaraq Bakı şəhərinin 5 orta
məktəbi daxil olmaqla 1 ay ərzində məktəblilərə
peşəkar hüquqşünaslar tərəfindən ilkin hüquqi biliklər
tədris olunmuş, sonra isə dərslərdə xüsusi fərqlənmiş
52
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
şagirdlər üçün məhkəməyə ekskursiya təşkil olunmuşdu. Ekskursiya çərçivəsində məktəblilər
Fəxri Fərman və sertifiktlarla təltif olunmuşlar.
Sertifikatların təqdim edilməsi mərasimində ilk olaraq
şagirdləri salamlayan Hakimlərin Seçki Komitəsinin və
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, AHİM‐in
sədri Anar Bağırov layihə, onun məqsədləri barədə çıxış etdi.
A.Bağırov məktəblilərin öz hüquq və vəzifələrini
bilmələrinin vacib olduğunu və bu biliklərin onların gündəlik
həyatlarında rastlaşdıqları çətinliklərin dəf edilməsində
zəruri olduğunu qeyd etdi.
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının və Yasamal
Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə öz çıxışında
Layihəni yüksək qiymətləndirmiş, bu tip layihələr vasitəsilə
gələcək üçün daha sağlam, öz hüquqlarını bilən yeni nəslin yetişməsinin əhəmiyyətini
vurğulamışdır. Daha sonra natiq, Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası və məhkəmənin
iş prinsipi haqqında uşaqlara maraqlı məlumatlar verdi.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Layihə bürosunun rəhbəri Şakir Səfərbəyov
isə öz növbəsində Layihənin əhəmiyyətindən danışdı və onun icra olunmasında əməyi keçən hər
kəsə təmsil etdiyi qurumun adından təşəkkürünü bildirdi.
Təlimlərdə xüsusi fərqlənmiş şagirdlər fəxri fərman və sertifikatlarla təltif olundular. Şagirdlər
daha sonra məhkəmənin inzibati binası ilə yaxından tanış
olaraq canlı məhkəmə prosesində iştirak etdilər.
Xatırladaq ki, Layihəyə görə dərslərdə istifadə olunması
üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri
hazırlanmışdır. Dərslikdən və işçi dəftərdən ibarət olan bu
vəsaitlərdə Azərbaycanın hüquq sistemi və hüquq tarixi,
əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə
sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə
məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunan hüquqi
məlumatlara həsr olunmuş illüstrativ‐praktiki tədris
tapşırıqları ‐ krossvord, test, sual‐cavab formasında əks
olunub. Layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərini əhatə
etmiş və analoji məşğələlərin gələcəkdə digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.
Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=1912&lang=az
Sığorta münasibətləri nəticəsində yaranan məhkəmə mübahisələri
Sığorta münasibətləri nəticəsində son zamanlarda tərəflər arasında
yaranan məhkəmə mübahisələrinin artması, bir neçə amillə bağlıdır.
Bu məsələyə hüquq məsləhətçisi Tahir Əliyev aydınlıq gətirib. O, ilk
olaraq qeyd edib ki, sığortalıların sayı artmaqdadır və nəticədə baş
verə biləcək sığorta hadisələrinin sayının artma ehtimalı yaranır və
bunun məntiqi nəticəsi kimi məhkəmə mübahisələri yaranır.
Tahir Əliyev bildirib ki, ölkəmizdə əsasən avtonəqliyyat vasitələrinin
icbari və kasko sığorta münasibətləri üstünlük təşkil edir və yaranan
məhkəmə mübahisələrinin əsas hissəsi bu sahə ilə əlaqəli olur. Lakin, daşınmaz əmlakın sığortası,
həyat sığortası ilə bağlı da məhkəmə mübahisələrinə rast gəlinir. Hüquqşünas təəssüf hissi ilə qeyd
edib ki, sığortalıların müqavilə şərtlərinə əməl etməmləri və ya müqavilədəki bəzi şərtlərlə razı
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
53
olmadıqlarını yalnız məhkəmə prosesinin gedişi zamanı bildirmələri halları teztez baş verir. Bu
sahənin ölkəmizdə yeni yaranan, inkişafda olan sahə olması və sığorta mübahisələri ilə bağlı
işlərdə vahid məhkəmə praktikasının formalaşmaması bir çox problemlər yaradır.
T.Əliyev misal olaraq qeyd edib ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə bağlı yaranan
mübahisələrdə sığorta təşkilatları(sığortaçı) sığorta hadisəsi barədə vaxtında(müəyyən vaxt
ərzində) məlumat verməməklə bağlı sığortalıya sığorta ödənişi verməkdən imtina edirlər. Lakin,
sığortalı müqavilə şərtinin ədalətsiz olmasını əsas gətirir və sığorta təşkilatına qarşı məhkəmədə
iddia qaldırır. Yol‐nəqliyyat hadisəsi nəticəsində sığortaçıya vaxtında məlumat verilməməsi
sığortaçının hadisə nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərin miqdarını
müəyyənləşdirməkdən, hadisənin baş vermə səbəblərini araşdırmaqdan və digər hallardan
məhrum edir. Bu cür mübahisələrlə bağlı təqribi olaraq 80% işlərdə, sığortalıların iddiaları təmin
edilmir.
Daşınmaz əmlakın yanğından sığortası ilə bağlı yaranan məhkəmə mübahisəsindən misal çəkməyi
zəruri sayıram. Yanğının baş vermə səbəbi kimi evin boyalanması və boyanın tez quruması üçün
evi gecə vaxtı boş saxlayaraq sobanın işlək vəziyyətdə saxlanılması olmuşdur. Tərəflər arasında
bağlanılmış müqavilənin ayrılmaz tərkib hissəsi olan Sığorta qaydalarına əsasən, təhlükəsizlik
qaydalarının pozulması olan sığorta hadisələrinə görə sığortaçı sığorta ödənişi verməkdən imtina
etmək hüququna malikdir. Məhz bu səbəbdən sığorta təşkilatı tərəfə sığorta ödənişi verməkdən
imtina etmiş, tərəf sığorta şirkətinə qarşı məhkəmədə iddia qaldırmış və nəticədə iddiası təmin
olunmamışdır.” –deyə hüquqşünas bildirib.
Yüklərin sığortalanması ilə bağlı yaranan və az təsadüf olunan iddia da məhkəmələr tərəfindən
təmin edilməmişdir. Sığortanın predmeti xaricdən Azərbaycana daşınan bitkilər olmuşdur. Lakin,
yükün boşaldılması zamanı bitkilərin bir hissəsinin tamamilə məhv olması aydınlaşmışdır.
Bununla bağlı müvafiq xidməti rəy də tərtib olunmuşdur. Tərəflər arasında bağlanmış yük sığortası
müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Yük sığortası qaydalarının şərtlərinə əsasən sığorta
şirkəti tərəfə sığorta ödənişi verməkdən imtina etmişdir. Tərəf bununla razılaşmamış və sığorta
şirkətinə qarşı iddia qaldırmışdır. Məhkəmələr məhz həmin Yük sığorta qaydalarına əsaslnaraq
tərəfin iddiasını əsassız saymışdır. Belə ki, Yük sığorta qaydalarına əsasən yüklərin
qablaşdırılmasının lazımı şəkildə edilməməsi, yükün təbii xüsusiyyətlərindən (xarab olma,
azalma, paslanma, kiflənmə, əksilmə, sınma, öz‐özünə alışma və sairə) xarab olması sığorta
təminatı ilə əhatə olunmur.
Tahir Əliyev bildirib ki, əsas problemlərdən biri hüquqşünasların sığortalılara düzgün hüquqi
məsləhət verməməsi nəticəsində yaranır. Onların yalnış məsləhətləri nəticəsində sığortalı özünün
haqlı olduğunu düşünür, sığortaçıya qarşı iddia qaldırır, məhkəmə xərclərini çəkir və nəticədə
iddiası təmin edilmədiyi halda ona yalnış məsləhət verən hüquqşünası deyil, yalnız sığorta
təşkilatını qınayır. Bu cür hallar ölkəmizdə sığorta təşkilatlarının nüfüzuna ciddi zərbə vurur və
vətəndaşların onlara qarşı olan inamını azaldır.
Sığortalıların baş vermiş hadisə ilə bağlı sığorta təşkilatına və ya müvafiq dövlət orqanına yanlış
məlumat verməsi və ya hər‐hansı məlumatın və ya faktın gizlədilməsi də aktual problemlərdən
biridir.” – deyə T.Əliyev qeyd edib.
Sonda hüquqşünas deyib ki, ümumiyyətlə, müqavilə münasibətlərinə girən hər bir şəxs, müqavilə
şərtlərinə, müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq sığorta qaydalarına, sığorta
qanunvericiliyə və Mülki Məcəllənin normalarına əməl etdiyi halda sığorta ödənişi tələb etmək
hüququna malikdir.
Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=1476&lang=az
54
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IV nömrə
Uşaqların xarici ölkəyə aparılması proseduru qanunla necə tənzimlənir?
Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud da səyahət məqsədilə ölkədən çıxarılması
zamanı əksər hallarda tərəflər arasında problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan
uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir, yaxud da müəyyən
çətinliklər yaradır.
Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?
Vəkil Dünyamin Novruzov bildirib ki, qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan
vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin
biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik
yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum
olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında
təsdiq edilmiş razılığı tələb olunur.
Vəkilin sözlərinə görə, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan
vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Hüquq məsləhətçisi qeyd edib ki, məhkəmə bu halda uşağın mənafelərinin təmin edilməsinə
yönələn qərar çıxarmalıdır.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3‐cü maddəsində
deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin
edilməsinə yönəldilir. Həmçinin “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin
qərarında deyilir ki, Konvensiyanın 8‐ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın
maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində
uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən
və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8‐ci maddəyə
əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna
malik ola bilməz”.
Hüquq məsləhətçisi bildirib ki, uşaq ölkədən gedərkən müəyyən hallarda digər valideynin razılığı
tələb olunmur. Belə ki, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və
ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə
məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb
olunmur.
D.Novruzovun sözlərinə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa
götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi
haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında
şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.
“Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına,
ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət
həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının
üzərinə düşür”.
Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları
övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni
nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.
Mənbə: http://lawreform.az/index.php?module=news&name=view&id=2018&lang=az
|